среда, 3 августа 2011 г.

Ə. SƏƏDİ. QURAN TƏFSİRİ, cild 3, 1-ci parça


Əbdürrəhman bin Nasir
əs-Səədi

MÜQƏDDƏS QURAN
TƏFSİRİ



SƏXAVƏTLİ VƏ MƏRHƏMƏTLİ
ALLAHDAN GƏLƏN ASANLAŞDIRMA



Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov


III cild




BAKI - 2009
Mob. 634.38.78
e-mail: odersalafi@gmail.com


 əs-Səədi, Əbdürrəhman ibn Nasir
        Müqəddəs Quranın Təfsiri, “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma”. 6 cilddə, III c. /Əbdürrəhman ibn Nasir əs-Səədi; rus dilin­dən Azərbaycan dilinə tərcümə edən: Fərahim Süleyman oğlu Qurbanov (Fərahim Sələfi). Bakı. 2009. –  575 s.


Annotasiya:
      Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş yayılmış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təfsirlərindən biridir.  Bu əsər çox sadə dildə yazılmışdır və ona görə geniş oxucu kütləsi üçün asan başa düşüləndir. 
       Bu, Müqəddəs Quran ayələrinin bəhs etdiyi bütün mövzular üzrə ensiklopedik təfsir kimi qəbul edilə bilər. Müəllif ayələri şərh edərkən, ilk növbədə, Müqəddəs Qurana, sonra  Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərinə, daha sonra isə onun səhabələrinin (Allah onlardan razı olsun) müddəalarına istinad etmişdir.

Əbdürrəhman ibn Nasir əs-Səədinin “Müqəddəs Quranın Təfsiri” əsərinin
Azərbaycan dilinə tərcümə edilmiş üçüncü cildindən ibarət olan bu kitabın nəşr hüququ Azərbaycan Respublikasının müvafiq qanunları ilə mühafizə olunur. Onu yenidən istənilən formada nəşr etmək hüququ ancaq tərcüməçi Fərahim Süleyman oğlu Qurbanova məxsusdur!
                  
                                                                 Fərahim Süleyman oğlu Qurbanov
                                                                            
Azərbayan Respublikası Dinin Qurumlarla İş üzrə Komi­tə­­­sində qeydiy­yatdan keçirilmişdir: DK-66/Q saylı 07. 07. 08-ci il tarixli məktubunda bildirilir: “Sizin 19 may 2008-ci il tarixli ərizə­nizlə bağlı bildiririk ki, rus dilindən Azərbaycan dilinə tərcümə etdiyiniz Əbdürrəhman bin Nasir əs-Səədinin “Müqəddəs Quran Təfsiri” kitabının bir min nüsxə çap olunmasına etiraz etmirik.

KOMİTƏNİN SƏDRİ                       ə/i                HİDAYƏT ORUCOV
07.07.08.



                                                                                   e   \

ƏT-TÖVBƏ     
                                  SURƏSİNİN
                                      ŞƏRHİ
                 
             
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ                       ﭤﭥ         

(9.1) “Bu, Allah və Onun Elçisi tə­rə­fin­dən əhd bağladığı­nız müş­rik­lərə bir xəbərdarlıqdır”[1].     
(9.2) “(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib do­laşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əza­bın­dan qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (bu dünyada və Axirətdə) rüsvay edəcəkdir!”

Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) bütün müşriklərə və kafirlərə imkan verdilər ki, dörd ay ərzində yer üzündə, müsəlmanlar tərəfindən basqınlardan ehtiyat etmə­yərək sərbəst gəzib dolaşsınlar. Onlara xəbər verilmişdi ki, bu aylar sona çatdıqdan sonra müsəlmanlar onların qarşısında heç bir öhdəlik daşımayacaqlar. Bu hökm, müsəlmanlarla dörd ay müd­dətinə və ya ondan az və yaxud da vaxt çərçivəsi ilə müəyyən edilməmiş sülh müqaviləsi bağlamış bütün kafirlərə aid idi. Dörd ay müddətindən artıq bağlanılmış müqavilələrə gəldikdə isə, kafir­lər birinci olaraq öz öhdəliklərini pozmasaydılar və müsəlman­ları xaincəsinə satmasaydılar,  müsəlmanlar onlara riayət etməli idilər.
Sonra Fövqəluca[2] Allah müsəlmanlarla sülh müqaviləsi bağ­la­yan kafirlərə bildirir ki, onlar özlərini möminlərdən təhlükə­siz­likdə hiss etsələr də, Onun verəcəyi cəzadan qaça bilməyə­cəklər. Əgər onlar yalançı ilahlara ibadət etməkdə davam edər­lərsə, onda O, onları mütləq rüsvay edəcəkdir. Belə vəhylər, Allahın təhdidinə heç bir əhəmiyyət verməyən inadkar kafirlərdən başqa, bütün digər dinlərə etiqad edənlərdə İslamı qəbul etməyə həvəs oyadırdı.

ﭫ ﭬﭭﭮ ﭯﭰﭱﭲﭳ           ﭸﭹ   ﭺﭻ        ﭿ  ﮀﮁ               ﮈﮉ           ﮎ ﮏ

(9.3) “Allahdan və Onun Peyğəmbərindən böyük həcc gü­nü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfr­dən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!”

Allah möminlərə vəd etmişdi ki, Öz dininə qələbə bəxş etsin, Öz adını şərəflən­dirsin və Allahla düşmənçiliyə başlamış və Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) və möminləri Məkkədən və Məscidülharam­dan – onların hakimiy­yətinin yayıldığı torpaqdan qovmuş müşrikləri hər hansı yardım­dan məhrum etsin. Sonradan Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və iman gətirənlərə kömək etdi. Məkkə azad edildi, müşriklər isə alçaldıldı, mömin müsəlmanlar bu müqəddəs yeri idarə etməyə başladılar. Qurban bayramı gəldikdə, bu gün həm də böyük həcc günü adlanır, Ərəb yarımadasının hər yerindən müsəlmanlar və kafirlər də Məkkədə yığıldıqda, müəzzinə əmr edildi ki, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) müşriklərdən üz döndərdiklərini hamıya car çəkib bəyan etsin. Allah artıq bundan sonra müşriklər qarşı­sında heç bir öhdəlik daşımır və müsəlmanlara icazə verildi ki, harada olmasından asılı olmayaraq onları öldürsünlər. Onlara deyildi: “Bu ildən sonra sizə Məscidülharama yaxınlaşmaq qadağan edilmişdir!” O vaxt Mədinəyə hicrətin doqquzuncu ili idi. Həmin ildə həcc ziyarətinə Əbu Bəkr Sıddıq rəhbərlik edirdi, Qurban bayramı günü isə Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) müşriklərdən əl çəkməsini ucadan bəyan edən Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əmisi oğlu – Əli ibn Əbu Talib olmuşdu[3].
Sonra Fövqəluca Allah müşrikləri tövbə etməyə dəvət edir və onları bütpərəstliyə və müşrikliyə bağlılıqdan çəkindirir. Onlara deyilirdi ki, əgər onlar tövbə etsələr bu onların öz xeyirlərinə olcaqdır, amma bundan üz döndərsələr, onda Allahın cəzasından qaça bilməyəcəklər, çünki onlar Onun hakimiyyəti altındadırlar və O, öz mömin bəndələrinin əli ilə onları cəzalandırmağa qadirdir. Onda qoy kafirlər həm bu dünyada və həm də öldükdən sonra dəhşətli və əzablı cəzadan xəbərdar olsunlar. Dünya həyatında onları ölüm, əsir düşmək və ya sürgün olunmaq, Axirət həyatında isə Cəhənnəm və çox pis sığınacaq gözləyir.

                                        ﮡﮢ         
(9.4) “Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!”

Müşriklərin qarşısında bütün müqavilə öhdəliklərindən imtina etmək onların hamısına aiddir. İstisna olanlar müsəlman­larla sülh müqaviləsi bağlayıb, öz öhdəliklərini qüsursuz yerinə yetirənlərdir ki, onlar müsəlmanları müqaviləni pozmağa məcbur  etmir, onu özləri də birtərəfli pozmurlar və müsəlmanların əley­hinə vuruşanlara da kömək etmirlər. Müsəlmanlara əmr olunmuş­du ki, belə müşriklərlə müqavilənin (davamlılı­ğın­dan asılı  olma­ya­raq) şərtləşdirilmiş müddəti qurtarana qədər ona riayət edilsin, çünki İslam müttəfiqlərə xəyanət etməyə yol vermir, əksinə, öhdəlikləri yerinə yetirməyi tələb edir. Həqiqətən, Allah verilən tapşırıqları icra edən, müşriklikdən, xəyanətdən və başqa günah­lardan çəkinən təqvalı möminləri sevir.

                               ﯖﯗ                   ﯟﯠ          

(9.5) “Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!”

Allah müsəlmanlarla dörd haram ayları üçün sülh müqa­viləsi bağlamış müşriklərlə döyüşməyi qadağan etmişdi. Bu aylar ərzində onlara yer üzündə maneəsiz gəzib dolaşmağa icazə verilmişdi. Lakin həmin müddət keçdikdən sonra, onlar toxunul­ma­mazlıqdan məhrum edilirlər və müsəlmanlara onlarla istənilən yerdə və istənilən vaxtda döyüşməyə və həmçinin onları əsir götürməyə ixtiyar verilir. Bundan başqa, müsəlmanlar onları mühasirəyə almalı və onlara özlərini, Allahın Özünə ibadət edilməsi üçün yaratdığı yer üzündə sərbəst hiss etməyə imkan verməməlidirlər. Müşriklər onun üzərində yaşamağa layiq deyillər və bu torpağın hətta bir qarışına belə haqları yoxdur, çünki yer bütünlüklə Ona məxsusdur, onlar isə Onun düşmənləridir. Onlar öz Rəbbinə və Onun elçilərinə (onlara Allahın salamı olsun) zidd çıxırlar və həm də Yer üzündə Onun dinini sarsıtmağa ümid bəsləyərək vuruşurlar. Lakin Allah buna yol verməyəcək və Öz dininin nurunu, bu kafirlərin nifrətini doğursa da, hər tərəfə yayacaqdır.
Sonra Fövqəluca Allah möminlərə müxtəlif əraziləri tutmaq və Onun yolu uğrunda bütün vasitələrdən istifadə edərək mətanətlə döyüşmək hökmü vermişdir. Müsəlmanlar bu təşəbbü­sü, müşriklər saxta ilahlara ibadətdən əl çəkib tövbə edənədək, davam etdirməlidirlər. Əgər onlar tövbə etsələr, layiqincə namaz qılsalar və haqqı olanlara zəkat versələr, onda müsəlmanların onları tutub saxlamaq haqqı yoxdur. İslamı yeni qəbul edənlər bütün digər müsəlmanların malik olduqları kimi, haqq sahibi olurlar və digər müsəlmanlara həvalə edilən vəzifələr onlara da həvalə edilir. Həqiqətən, Bağışlayan və Rəhmli Allah tövbə edən­lərə müşrikliyi və bütün digər günahları bağışlayır. O, əvvəlcə qullarını tövbə etməyə ruhlandırdıqda, onlara rəhm edir, sonra isə tövbəni onlardan qəbul edir.
Bu vəhy ona dəlalət edir ki, əgər insanlar namaz qılmaqdan və ya zəkat verməkdən boyun qaçırırlarsa, onda onlarla bu ayinləri icra edənə qədər mübarizə aparılmalıdır. Əbu Bəkr Sıddıq öz vaxtında məhz bu ayəyə istinad etmişdi.

                             ﯲﯳ            

(9.6) “Müşriklərdən kimsə ona aman verməni istəsə, Allahın Sözünü eşitməsi üçün aman ver. Sonra isə onu təhlü­kəsiz bir yerə göndər. Bil ki, onlar nadan məxluqlardır”[4].

Əvvəlki ayədə belə deyilmişdi: “Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun...” (Tövbə, 9/5). Bu vəhy ümumi səciyyə daşıyırdı və bütün müşriklərə aid idi. Lakin Fövqəluca Allah xəbər verir ki, əgər şərait müsəlmanlardan tələb edirsə ki, onlardan kimisə özlərinə yaxınlaş­dırsınlar, onda belə etməyə icazə verilir. Bundan əlavə, onlar bunu etməyə borcludurlar. Buna görə də, hər hansı bir müşrik müsəlmanlardan ona sığınacaq verilməsini və ya onu bəladan qurtarmağı xahiş edərsə, onda onlar ona zəruri yardım göstərməlidirlər ki, o, Allahın Quranını eşidə bilsin və həqiqi İslamla tanış ola bilsin. Əgər bu adam sonradan Allahin dininə gəlsə, bu çox gözəl olardı. Əgər belə olmazsa, onda müsəlmanlar onu təhlükəsiz bir yerə yola salmalıdırlar.
Ayənin bu hökmü onunla izah olunur ki, kafirlər cahil insanlardır və onların arasında elələri də var ki, öz xəbərsizliyi üzündən küfrə etiqad edirlər, amma əgər onlar gerçək biliklər əldə etsələr, İslama gələrlər. Bax elə buna görə Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və ondan (ona Allahın salavatı və salamı olsun!) nümunə götürən bütün müsəlmanlara buyurur ki, müşriklərə sığınacaq versinlər ki, onlar Onun Kəlamını eşidə bilsinlər.
Bu vəhy – Müqəddəs Quranı Allahın Sözü hesab edən Sünnə və camaat əhlinin baxışlarının xeyrinə aydın bir dəlildir. Quran yaradılmamışdır, çünki Fövqəluca Allah onu Özü söyləmiş və onu, Özünün digər keyfiyyətlərini səciyyələndirdiyi kimi, Öz nitqi adlandırmışdır. Bu ayə, Müqəddəs Quranın məxluq olduğunu iddia edən mütəzililərə və bütün digərlərinə qarşı dəlildir. Şübhəsiz ki, belə nəzər nöqtələrinin yanlışlığı çoxsaylı sübutlarla təsdiq olunur, lakin bu şərh onların daha təfsilatlı müzakirəsi üçün münasib yer deyil.  

               ﭘﭙﭚﭛﭜﭝ              ﭤﭥ           

(9.7) “Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni–Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!”

Ayədə Fövqəluca Allah Onun və Elçisinin (ona Allahın salavatı və salamı olsun!) müşriklərlə bağlanan bütün saziş və müqavilələrdən üz döndərdiklərinin səbəbini izah edir. Məgər müşriklərin Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə müqaviləsi ola bilərmi? Məgər onlar öz vəzifələrini yerinə yetirir və haqq dinə etiqad edirlərmi? Məgər onlar Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və möminlərə əziyyət verməkdən əl çəkiblərmi? Məgər onlar artıq yalanı müdafiə edərək haqqa qarşı vuruşmur­larmı? Məgər onlar yer üzündə fitnə-fəsad yaymırlarmı? Əgər bu belədirsə, onda onlar Allahın onlardan üz döndərməsinə və onların nə Allahla, nə də Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə heç bir müqaviləsi olmama­sına layiqdirlər. Təkcə Məscidülharamın yanında, müqəddəs torpaqda bağlanmış müqavilələr qüvvədə qalır. Nəqədər ki, müşriklər həmin müqavilələrə riayət edirlər, müsəlmanlar da öz vəzifələrini onların qarşısında yerinə yetirməlidirlər, axı Allah təqvalı qullarını sevir.


                           ﭴﭵ              

(9.8) “Necə?[5] Əgər  onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqələrinə və nə də bir əhdə əməl edərlər? Onlar ürəkləri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti (Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!”[6]

Ey müsəlmanlar! Allahın müşriklərlə hansı müqaviləsi ola bilər? Əgər onlar sizin öhdənizdən gəlmək üçün kifayət qədər güc toplasalar, sizə aman verməzlər və öz qohumluq əlaqələri və müqavilə öhdəliklərini yaddan çıxararlar. Onlar Allahın qəzəblən­məsindən ehtiyat etməyərək sizinlə xoşluqla davranmaz və sizi dəhşətli işgəncələrə məruz qoyarlar. Əgər onlar sizə üstün gəlsələr hökmən belə edərlər. Buna görə, siz onların sizdən ehtiyat etdikləri üçün sizə göstərdikləri gülərüzlülüyünə aldanmayın. Onlar ancaq zahirdə özlərini elə göstərirlər ki, guya sizə tərəf meyl edirlər və siz səmimi yanaşırlar, amma əslində, onlar sizə amansız nifrət bəsləyən qatı düşmənlə­ri­niz­dir. Onların əksəriyyəti dindarlıqdan və igidlikdən məhrum olan günahkarlardır.

      ﭿ           ﮄﮅ              ﮋ ﮌ                ﮒﮓ        ﮗ ﮘﮙ      ﮠﮡ            

(9.9) “Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (İslamı qəbul etməyə mane oldular). Həqiqətən, onların gördükləri iş necə də pisdir!”
(9.10) “Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır!”
(9.11) “Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!”

 Onlar cüzi dünya zövqünə üstünlük verərək, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!), Allahın ayələrinə təslim olub iman gətirməkdən boyun qaçırdılar. Onlar düz yoldan çıxmış və başqalarını da ondan çıxartmağa başlamışlar. Onlar möminlərə qarşı heç bir qohumluq və müqavilə öhdəliklərinə riayət etmirlər, çünki haqq dinə və ona etiqad edənlərə nifrət bəsləyirlər.
Ey müsəlmanlar! Məhz iman onların sizə nifrət bəsləməsinə və sizinlə qatı düşmənçilik etməyə səbəb olan yeganə meyardır  Buna görə, dininizi qoruyun və ona kömək edin. İslama zidd olanların hamısıyla düşmənçilik edin və ona kömək göstərənlərlə dostluq edin; qoy qərarlarınız bu dinin qanunlarına istinad etsin. Öz istəklərinizə uyaraq və yamanlıq törətməyi əmr edən qəlbinizin çağırışına əsaslanaraq özünüzə dost seçməyin. Yox, əgər müşriklər tövbə etsələr, namaz qılıb zəkat versələr, onda onlar sizin din qardaşlarınız olarlar və belə olduqda, onlar müşrik qaldıqca aranızda olan düşmənçiliyi unutmalısınız. Təkcə bu halda siz Allahın səmimi qulları ola bilərsiniz.
Rəbb Öz əzəmətli hökmlərini və onlardakı böyük hikməti bu qayda ilə izah edir. Lakin bunu təkcə ağıllı insanlar anlayırlar. Bu vəhylər məhz onlara yönəldilmişdir və onların sayəsində başqa adamlar da möcüzələr və hökmlər, İslam dini və şəriət qanunla­rın­dan xəbər tuturlar. Ey Rəbb! Öz mərhəmətin və səxavətinlə bizi elm sahibi olanlardan və onu həyata tətbiq edənlərdən biri et! Ey aləmlərin Rəbbi, bizə bu nemətini bəxş et!

                         ﯓﯔ              

(9.12) “Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yaman­layıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhə­miy­­yəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!”

Fövqəluca Allah müsəlmanlar qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirən müşriklərlə müqaviləyə riayət etmək hökmündən sonra, möminlərə onların arasından öz öhdəliklərini pozanlarla, müsəlmanlarla slüh sazişini ləğv edənlərlə, müsəlmanlara qarşı vuruşanlara kömək edənlərlə və İslam dinini məsxərəyə qoyanlarla döyüşməyi əmr edir. Bu ayədə dinin təhqir edilməsi dedikdə, İslama və ya Müqəddəs Qurana qarşı yönəldilmiş hər hansı sözlər, əməllər nəzərdə tutulur. Fövqəluca Allah müsəlmanlara əmr edir ki, Onun dinini söyən və şeytan əqidəsini müdafiə edən küfr başçıları ilə döyüşsünlər. O, kafirliyə başçılıq edənləri xüsusilə vurğulayır, çünki onların cinayəti ən ağırdır; axı bütün qalan kafirlər məhz onların ardıyca gedirlər.
Buradan belə nəticə çıxarmaq olar ki, dini təhqir edən və onu təkzib etməyə cəhd göstərən hər kəs küfrün başçılarına aiddir. Belə adamlar nə and, nə də öhdəlik qəbul etmirlər, çünki onları yerinə yetirməyə hazırlaşmırlar da. Əksinə, onlar həmişə xaincəsinə hərəkət edir və vədlərinə dönük çıxırlar. Müsəlmanlar onlara qarşı döyüşsələr, ola bilsin ki, onlar İslamı təhqir etməkdən əl çəkərlər və ona daxi olarlar.

                         ﯧﯨ   ﯩﯪ                                 

(9.13) “(Ey möminlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (hə­qiqi) möminlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!”

Fövqəluca Allah möminləri mübarizəyə ruhlandıraraq, düşmənlərinin, müsəlmanları onlara qarşı vuruşmaya məcbur edən bir sıra əməllərini sadalayır. Məgər müsəlmanlar  öz andlarını pozanlara və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!), ona hörmət etməyə, ehtiram göstərməyə və ad-sanını qaldırmağa borclu olduqları halda, onu (ona Allahın salavatı və salamı olsun!) doğma torpağından qovmaq üçün əlindən gələni edənlərə qarşı döyüşməyəcəklərmi? Məgər onlar birinci olaraq öz müqavilə öhdəliklərini pozmuş möminlərin düşmənlərinə kömək etməyə girişmiş kəslərə qarşı döyüşməyəcəklərmi?
Burada söhbət ondan gedir ki, qureyşlilər, müsəlmanlarla sülh müqaviləsi imzaladıqdan sonra, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) müttəfiqi olan xuzaitlərə qarşı mühari­bədə öz müttəfiqləri olan Bəni Bəkr qəbiləsinə kömək edirdilər. Qureyşlilər hətta onların tərəfində döyüşürdülər. Bu barədə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) həyatına həsr olunmuş kitablarda ətraflı məlumat verilir.
Ey müsəlmanlar! Doğrudanmı siz müşriklərdən ehtiyat etdiyinizə görə onlara qarşı döyüşmək istəmirsiniz? Əgər siz iman gətirmişsinizsə, onda siz ancaq Allahdan qorxmalısınız. O, sizə müşriklərlə mübarizə aparmağı əmr etmiş və bu hökmün vacib­liyini xüsusilə vurğulamışdır. Əgər siz doğrudan da iman gətirmişsinizsə, onda siz müşriklərdən qorxmayın, Rəbbin hökmü­nə tabe olun və Ona təvəkkül edin.
Allah müşriklərlə döyüşmək hökmü verdikdən sonra cihadın faydası haqqında xəbər verir ki, möminləri bir daha müşriklərin əleyhinə vuruşmağa ruhlandırsın. Fövqəluca Allah buyurur: 

   ﭑﭒﭓ ﭔﭕ ﭖ  ﭘﭙﭚﭛﭜ ﭞ ﭟﭠ            ﭥﭦ         

(9.14) “Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin”.
(9.15) “Və onların (müşriklərin əlindən əziyyət çəkən müsəlmanların) qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah (hər şeyi) Biləndir, Hikmət Sahibidir!”

Ey müsəlmanlar! Əgər siz müşriklərlə döyüşə girsəniz, onda Qüdrətli Allah onları cəzalandırar və onlar sizin əlinizlə həlak edilərlər. Bununla yanaşı O, müşrikləri rüsvay edər və sizə onların üzərində qələbə bağışlayar. Onlar – rüsvayçılığa və namussuzluğa məhkum edilmiş düşmənlərdir və buna görə Allah sizə hökmən yardım göstərəcəkdir.
Bu müjdə və vəd artıq gerçəkləşdirilmişdir. Bundan başqa, müşriklərlə aparılan döyüşlər möminlərin qəlbinə şəfa verir və onların qəzəbini soyudur. Möminlər həmişə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı döyüşənlərə və Onun nurunu söndürməyə cəhd edənlərə qəzəblənirlər. Buna görə onlarla döyüş və onların üzərində qələbə iman sahiblərini narahatçılıqdan və qəm-qüssədən xilas edir və həmçinin onların ürəklərindəki qəzəbi soyudur.
Bütün bu deyilənlər Allahın möminlərə olan məhəbbəti və qayğısının dəlilləridir. Məhz buna görə O, müsəlmanların ürək­lərinin müalicəsini və onların qəzəbdən xilas olmasını bəzi dini hökmlərin məqsədlərindən biri etmişdir. Lakin, Əgər Allah İslama qarşı vuruşanlardan kimi isə bağışlamaq istəyərsə, onda O, ona bu dinə qatılmağa kömək edir, onun ürəyində bu dinə qarşı məhəbbət və kafirliyə, günahkarlığa və itaətsizliyə qarşı nifrət oyadır.
Onun gözəl adları arasında – Bilən və Müdrik adları. Allah hər şeyi öz yerinə qoyur və bilir ki, kim doğru yolla getməyə layiqdir, kimsə buna layiq deyil və buna görə O, birinciləri doğru yola yönəldir, sonuncuları isə azğınlıq və zalımlıq zülmətində dolaşmağa buraxır.

ﭫﭬﭭﭮ ﭯ ﭰ                              ﭾﭿ  ﮀ ﮁ     

(9.16) “Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!”

Ey möminlər! Sizə müqəddəs müharibə aparmaq hökmü verilmişdir. Doğrudanmı siz belə güman edirdiniz ki, əsil möminləri yalançılardan ayırd etmək üçün sizi heç vaxt sınaqdan keçirməyəcəklər? Bu sınağın nəticələrinə görə bəzi insanlar mükafata layiq görüləcək, digərləri isə cəzalandırılmaya layiq olacaqlar, Fövqəluca Allah isə Onun adını şərəfləndirmək xatirinə döyüşənləri, dostlarını kafirlər arasından seçməyənləri və Onu və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) və möminləri səmimiyyətlə sevənləri tanıyır.
Cihad aparılması hökmünün ən böyük hikməti də elə bundadır və bunun sayəsində ancaq Allahın dininə meyl edən sədaqətli iman sahibləri, özləri özlərini mömin adlan­dıran, lakin əslində dostlarını və köməkçilərini Allahdan, Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) və möminlərdən başqaları arasından seçən yalançılardan fərqlənirlər. Fövqəluca Allaha insanların etdikləri hər şey yaxşı məlumdur. O, onları sınaqdan keçirir ki, hər bir insana fitrətdən verilmiş əsil keyfiyyətləri üzə çıxsın və onlar əməllərinə görə: yaxşılığa yaxşılıqla və pisliyə pisliklə əvəz ala bilsinlər.

                       ﮏﮐ               ﮗﮘ

(9.17) “Müşriklər küfr etdikləri barədə özləri-özlərinə şa­hid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar Cəhənnəm­də (od içində əbədi qalacaqlar!)”.

Müşriklər məscidlərdə ibadət etməyə və namaz qılmağa və habelə digər ibadət ayinləri icra etməyə layiq deyillər. Onlar kafir olduqlarını açıq etiraf edirlər və bunu onların əməlləri də sübut edir. Onlar bunu qəlblərinin dərinliyində dərk edirlər, çoxları isə öz imansızlığı və azğınlığından yaxşı xəbərdardırlar. Əgər onlar istənilən saleh əməli qəbul etmək üçün vacib şərt olan imandan məhrumdurlarsa, onda onlar necə özlərini Allahın məscidlərinə layiq saya bilərlər? Onlar təməl əsaslardan məhrumdurlar və buna görə onların bütün cəhdləri əbəsdir və faydasızdır.

                     ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ  ﮨﮩ ﮪﮫ ﮭﮮ

(9.18) “Allahın məscidlərini yalnız Allaha və Qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!”

Fövqəluca Allah bildirir ki, məscidə gəlməyə təkcə möminlər layiqdirlər, çünki onlar Allaha və Qiyamət gününə iman gətirmiş, qəlbləri və vücudları ilə fərz və nafilə namazları icra edir, zəkatı haqqı olanlara verir və təkcə Allah qarşısında qorxu hissi keçirir və hər çür haramdan çəkinir və Onun qarşısında öz vəzifələrini yerinə yetirərkən çatışmazlıqlara yol vermir. Onların malik olduğu iman onlara fayda verə bilər. Onlar xeyirxah işlər görürlər ki, bunların ən mühümü namaz və zəkatdır, Fövqəluca Allahdan qorxarlar. Bütün bu keyfiyyətlət böyük uğurun rəhnidir. Belə insanlar doğrudan da Allahın məscidlərini canlandırmağa qadirdirlər və məscid əhli adlandırılmağa layiqdirlər. Ola da bilsin ki, onlar doğru yolla getsinlər. Qeyd etmək lazımdır ki, Quranda “asa” sözü (“ola bilsin”) təkcə mütləq baş verəcək hadisələrin xatırlanması zamanı istifadə edilir.
Allahın qarşısında qorxu hissi keçirməyərək, Ona və Qiyamət gününə iman gətirməyənlərə gəldikdə isə, onlar məs­cidləri canlandırmağa qabil deyillər və hətta özlərini məscid əhli[7] hesab etsələr də, əslində onlar belə adlandırıla bilməzlər.

                                        ﯢﯣ  ﯤﯥﯦﯧﯨ           ﯭﯮ

(9.19) “(Ey müşriklər!) Məgər siz hacılara su verənləri və Məscidülharamı təmir edənləri Allaha və Qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!”

Bir sıra müsəlmanların və ya bir sıra müsəlmanlarla bir sıra müşriklərin arasında Məscidülharamın inşasının, onda namaz qılıb ibadət etməyin və həmçinin zəvvarların susuzluğunun aradan qaldırılmasının Allaha ibadətdən və Onun yolunda cihadda iştirak etməkdən üstün olması barədə mübahisə düşmüşdü. Bununla əlaqədar Fövqəluca Allah  xəbər verir ki, bu əməllər arasında olduqca böyük fərq mövcuddur. Məgər zəvvarlara susuzluq yanğısını söndürməyə kömək göstərənlər və Məscidülharamı abadlaşdıranlar, Allaha və Qiyamət gününə iman gətirən və cihadda iştirak edən möminlərlə müqayisə edilə bilərmi?
Zəvvarların susuzluq yanğısının söndürülməsi adı altında onların Zəmzəm mənbəyindən götürülmüş suya qonaq edilməsi nəzərdə tutulur. Bu ifadə həmişə, başqa mətn daxilində xatırlanmırsa, qeyd etdiyimiz mənanı verir.
Cihadda iştirak və Allaha iman zəvvarların susuzluq yanğısının söndürülməsi və Məscıdülharamın abadlaşdırılma­sından qat-qat üstündür, çünki iman – dinin əsası və sayəsində istənilən yaxşılığın qəbul edildiyi və mənəvi keyfiyyətlərin nəcibləşdirildiyi amildir, müqəddəs müharibə isə - dinin zirvəsi və amilidir ki, onun sayəsində müsəlmanlar öz imanını qoruyur və yayırlar, haqqı müdafiə edir və yalanla mübarizə aparırlar. Məscidülharamın abadlaşdırılmasına və zəvvarların susuzluq yanğısının söndürülməsinə gəldikdə isə, bu əməllər xeyirxah əməllərdir, lakin onlar haqq dindən asılıdır, imanın özünün və cihadda iştirakın gətirdiyi fayda qədər fayda vermir. Buna görə Allah bildirir ki, bu əməllər arasında çox böyük fərq var.
Allah, ayrılmaz xislətləri ədalətsizlik olan zalımları doğru yola yönəltməz. Onlar yaxşılığa layiq deyillər; bundan əlavə, onlar pislikdən başqa heç nəyə layiq deyillər. Bunu xatırlatdıqdan sonra, Fövqəluca Allah açıq-aydın bildirir ki, insanlardan hansıları qalan digərlərindən üstündür:

ﯯﯰﯱﯲ ﯳﯴ                ﯻﯼ      ﯿ 

(9.20) “İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır)”.

Bu ayədə Allaha iman gətirmiş, Onun xatirinə hicrət etmiş, qoşunun və döyüş­çülərin silah-sursatla təminatına öz vəsaitlərini sərf etməklə nail olmuş və həmçinin cihadda şəxsən iştirak etmiş möminlərdən bəhs edilir. Onlar bütün qalan insanlardan üstündürlər, çünki müqəddəs məqsədə çatmaq və hər cür narahatçılıqlardan xilas olmaq təkcə sadalanan keyfiyyətlərə malik olan möminlərə nəsib olacaqdır.

                       ﭛ ﭜ ﭝ  ﭞﭟ              

(9.21) “Rəbbi onları Özündən bir mərhəmət (bağışlanma), razılıq və içəri­sində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr”.
(9.22) “Onlar orada əbədi qalacaqlar. Böyük savab, həqiqətən, Allah yanındadır!”

Allah onları müjdəsi ilə sevindirir ki, bu Onun möminlərə mərhəmətli, rəhmli olmasını, xeyirxah münasibət və məhəbbət bəsləməsinə və qayğı göstəməsinə dəlalət edir. Allah Öz mərhəməti və həm də Özünün lütfkarlığı – Cənnətdə ən böyük və şərəfli savabı haqqında onları müjdələyib sevindirir ki, onlar bunun sayəsində hər hansı şərdən xilas olmağa və böyük nemət əldə etməyə nail olacaqlar. Allah onlardan razı qalacaq və heç vaxt onlara qəzəblənməyəcək. Onlar əbədi olaraq Cənnət bağlarında qalacaqlar və insan qəlbinin istədiyi və baxışların həzz aldığı nə varsa orada toplanacaqdır. Cənnətin gözəlliklərini təsvir etməyə və onların kamilliyini dəyərləndir­məyə Fövqəluca Allahdan başqa heç kim qadir deyildir. Onların arasında, cihadda iştirak edənlər üçün hazırlanmış savab olacaqdır. Onlar yüz Cənnət dərəcəsi alacaqlar ki, təkcə ikisinin arasındakı məsafə yerlə göy arasındakı məsfəyə bərabərdir və əgər bütün məxluqlar bu dərəcələrdən ancaq birində yığışsaydılar, onların hər birinə yer çatardı. Onlar Cənnət məkanını heç vaxt tərk etməyəcəklər və özlərinə hər hansı başqa bir şey arzu etməyəcəklər.
Allah qullarını böyük savabla təltif edir, lakin Onun mərhəməti o dərəcədə böyükdür ki, Cənnət nemətlərinin bolluğu heç bir təəccüb doğurmur. Onsuz da Cənnət savablarının əzəmətinə və gözəlliklərinə təəccüblənməyə ehtiyac yoxdur, çünki onlar Allah tərəfindən əta edilir. O isə, “Ol!” deyən kimi, Onun istədiyi şey o saat olur.

ﭦﭧﭨﭩ  ﭪﭫ                 ﭲﭳ                

(9.23) “Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar”.

Ey möminlər! İman sizdən dininizə etiqad edənlərlə dostluq etməyi və onun qanunlarına riayət etməyənlərlə düşmənçilik etməyi tələb edir. Buna görə əgər atalarınız və qardaşlarınız haqq dindən daha çox kafirliyi sevirlərsə, onları özünüzə dost və köməkçi saymayın. Atalar və qardaşlar ən yaxın qohumlardır, bu isə o deməkdir ki, xatırlanan hökm bütün digər insanlara daha çox aiddir. Əgər sizdən bəziləriniz kafirləri sevərlərsə və onlarla dostluq edərlərsə, onda onlar ədalətsiz zalımlara çevrilərlər, axı onlar Allaha itaətsizlik etməyə cəsarət göstərmişlər və Onun düşmənlərini öz dostları qəbul etmişlər. Dostluq həmişə məhəbbətə və yardıma əsaslanır və əgər insan kafirlərlə dostluq edirsə, belə dostluq onu, Allahdan çox, onlara tabe olmağa, onları Ondan daha möhkəm sevməyə məcbur edir.
Sonra Fövqəluca Allah möminlərin kafirlərdən əl çəkməyə məcbur edən səbəb haqqında xəbər verir. Burada söhbət Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) olan məhəbbətdən gedir və o, bütün hər şeyə olan məhəbbətdən yüksək olmalıdır. Ondan başqa, bütün hər şeyə bəslənən məhəbbət Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bəslənən məhəbbətdən asılı olmalıdır. Buna görə, sonra Fövqəluca Allah belə buyurur:

    ﭼ ﭽ    ﭿ                                   ﮍﮎ ﮏ       ﮒ ﮓ      ﮖﮗ            

(9.24) “(Ey Elçim!)De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, öv­rətləriniz, qəbiləniz (qohumlarınız), qazandı­ğınız mallar, kasad olmasından qorx­duğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərin­­dən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!”

Əgər atalarınız və analarınız, oğullarınız və qızlarınız, qardaşlarınız və bacılarınız, zövcələriniz və qalan qohumlarınız, böyük zəhmət hesabına qazandığınız var-dövlətiniz, kasadla­şacağından və iflasa uğrayacağından qorxduğunuz ticarətiniz, təm-təraqlı və öz arzunuzla bəzədiyiniz və sizə zövq verən evləriniz sizə Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) və cihaddan əzizdirlərsə, onda siz günahkarlar və fasiqlərsiniz. Bir qədər gözləyin, çox keçməz Allah sizi, qarşısını almaq mümükün olmayacaq məşəqqətli cəzaya məruz qoyar. Həqiqətən, O, Ona itaət etməkdən boyun qaçıran və sadala­dıqlarımızdan nəyi isə öz Rəbbindən daha çox sevən günahkaları doğru yola yönəltməz.
Allah insanların böyük zəhmət hesabına qazandıqları mül­kiy­yəti xatırladır, çünki insan bu vasitə ilə topladığı var-dövlətini, ciddi-cəd göstərmədən və heç bir çətinlik çəkmədən əldə etdiyi sərvətindən daha möhkəm saxlamağa can atır. Allah ticarəti də xatırladır ki, bu ad altında qiymətli daş-qaşlar, qab-qacaq, silah, avadanlıq, taxıl, kənd təsərrüfatı məhsulları, mal-qara və digər istənilən əmtəə ilə alış-veriş nəzərdə tutulur.
Bu kərim ayə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) məhəbbətin zəruriliyini təsdiq edən ən böyük dəlillərdəndir. Bu məhəbbət bütün hər şeyə bəslənilən məhəb­bətdən daha üstün olmalıdır. Ayədə sadalanan dünyəvi nemət­lərdən hər hansı birinə bəslənən məhəbbəti, Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və Onun yolunda cihada bəslənən məhəbbətdən üstün tutan hər bir kəsə sərt təhdid və qorxunc xəbərdarlıq vardır. Bu xüsusiyyət insan seçim arasında qalanda təzahür edir. Belə ki, insan Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) razı qaldığı əməllə özünün istəklərinə uyğun gəlməyən əməl arasında və insana uyğun gələn, amma bunun nəticəsində Allahın və Onun Elçisin (ona Allahın salavatı və salamı olsun!) razı qalacağı  əməldən tamamilə və ya qismən məhrum olacağı əməl arasında seçməli olur. Əgər insan öz istəklərinə uyursa və Allahın razı qaldığından başqasına üstünlük verirsə, o, ədalətsiz zalım olur və öz vəzifələrini layiqincə yerinə yetirmir.

             ﮣﮤ    ﮦﮧ                                    

(9.25) “Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız”.

Fövqəluca Allah möminlərə göstərdiyi lütfkarığından bəhs edir. O, onlara döyüş meydan­­larında düşmən üzərində dəfələrlə qəlbə bəxş etmişdi. Allah Huneyn yaxınlığındakı döyüş günü müsəlmanlar böhran vəziyyətinə düşəndə, özlərini zəif hiss etdikdə və geri çəkilmək haqqında fikirləşməyə başladıqda onlara yardım göstərdi. Hətta yer də həmin gün, genişliyinə baxmayaraq, onların gözünə dar göründü.
Huneyn döyüşü, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Məkkəni fəth etdikdən sonra baş vermişdi. O (ona Allahın salavatı və salamı olsun!) xəvazin qəbiləsinin müsəlmanlarla vuruşmaq üçün qoşun yığdığını eşitmişdi və onlarla  döyüşə girmək üçün yola düşmüşdü. Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) birlikdə Huneynə Məkkənin fəthində iştirak edənlər və ya bu hadisədən sonra İslamı qəbul edənlər səfərə çıxmışdılar. Müsəlman ordusu on iki min döyüşçüdən ibarət olduğu halda xəvazin qəbiləsi cəmi dörd min döyüşçü toplaya bilmişdi. Bu, bəzi müsəlmanları öz qoşunlarının say çoxluğuna aldanmaya təhrik etdi və onlardan bəziləri həyya belə dedilər: “Bu gün bizi, sayımızın azlığına görə məğlub etmək olmaz”.
Müsəlmanlar xəvazin qəbiləsinin qoşunları ilə üz-üzə gəldikdə, sonuncular özlərinin bütün qüvvələri ilə şiddətli hücuma keçdilər və möminlər itgi verməyə başladılar. Onlar heç nəyə fikir vermədən qaçmağa üz tutdular və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ətrafında təxminən yüz nəfərə yaxın adam qaldı, onlar dözümlülük göstərərək, müşriklərlə döyüşü davam etdirirdilər. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz dişi yabısını mahmızlayaraq müşriklərə çapır və ucadan deyirdi: “Mən – Peyğəmbərəm. Mən – Əbdülmütəllibin nəvəsiyəm”.
Müsəlmanların bu davranışını görüb, o (ona Allahın salavatı və salamı olsun!), uca səsə malik olan əl-Abbas b.Əbdülmütəllibə əmr etdi ki, ənsarlara və qalan müsəlmanlara bu sözlərlə müraciət etsin: “Ey Samuranın yaxınlığında and içənlər! Ey “əl-Bəqərə” surəsini əzbərləyənlər!” Onun səsini eşidən müsəlmanlar hamısı bir nəfər kimi müşriklərə tərəf  çevrildilər və Allah müşrikləri dəhşətli məğlubiyyətə uğratdı. Müsəlmanlar onların düşərgəsini tutdular, qadınlarını əsir götürüb, qənimət ələ keçirdilər. Bu döyüş Məkkə ilə Taif arasında yerləşən Huneyn adlı bir yerdə olmuşdu.

                              ﯧﯨ       

(9.26) “Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi, (köməyinizə mələklərdən ibarət) görmə­diyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!”

Müsəlmanlar saylarının çoxluğuna aldandılar, lakin bu (say çoxluğu) onlara heç bir fayda vermədi. İtgilər və geri çəkilmə müsəlmanları o dərəcədə narahat etdi ki, ucsuz-bucaqsız geniş sahə olmasına baxmayaraq yer onlara dar gəldi. Onlar geri çəkilirdilər, lakin Allah Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) və möminlərin qəlbinə insanlara hətta ən çətin və narahatçılıq anlarında dözümlülük göstərməyə kömək edən inam nazil etdi. Müsəlmanlar sakitləşdilər və qələbəyə əmin oldular və bu onlara qarşı Allahın ən böyük neməylərindən biri oldu. Bununla yanaşı Allah qoşunlar nazil etdi ki, müsəlmanlar onları görə bilmirdilər. Bunlar möminlərə kömək etmək, onlara əminlik vermək və onları yaxın qələbə ilə sevindirmək tapşırığı verilmış mələklər idilər. Beləliklə, Allah müşrikləri sarsıdıcı məğlubiyyətə uğradaraq, müsəlmanlara onların kişilərini məhv etmək, qadınlarını və uşaqlarını əsir götürmək və həmçinin onların əmlakına sahib olmaq imkanı verdi. Budur bu dünyada kafirlər üçün hazırlanmış cəza, Axirət həyatında isə onları daha da sərt qisas gözləyir.

                   ﭙﭚ        
(9.27) “Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər, çünki Allah Bağışlayandır, Rəhmlidir!”[8]

Allah, peşman olaraq Mühəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlmiş məğlubiy­yətə uğrayan kəslərin çoxunu bağışladı. Belə olduqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onların zövcələrini və uşaqlarını özlərinə qaytardı. Həqiqətən, Allah hər şeyi əhatə edən mərhəməti ilə hər hansı günahı bağışlayır və əgər insanlar tövbə edirlərsə, O, onlara hətta ən böyük günahlarını da bağışlayır. Allah insanlara rəhm etdiyi üçün onların tövbə etməsinə və itaət yoluna gəlməsinə kömək göstərməklə onların törətdikləri cinayətləri bağışlayır və tövbələrini qəbul edir. Qoy heç kim çoxsaylı günahlar və cinayətlər törətdiyinə görə Onun mərhəmət göstərəcəyi və bağışlayacağı barədə naümid olmasın.

                         ﭫﭬ   ﭰﭱﭲﭳﭴ    ﭶﭷ  ﭸ ﭹ     
(9.28) “Ey iman gətirənlər! Hə­qi­qətən də, müşriklər murdar­dırlar. Odur ki, bu il­dən sonra Məscidulharama yaxınlaş­ma­sınlar. Yoxsullaşacağınızdan ehtiyat edirsinizsə, unutmayın ki, Allah istəsə, Öz lütfkarlığı ilə sizi var­landırar. Allah həqiqətən Bilən­dir, Müdrikdir!”[9]

Ey möminlər! Uydurulmuş “ilahlara” sitayiş edən və Allaha şərik qoşan müşriklər mürdardırlar, çünki onların dünyagörüşləri və əməlləri natəmizdir. Allahın yerinə, nə fayda verməyə və nə də zərər vurmağa qabil olmayan  yalançı “ilahlara” ibadət etməkdən daha pis nə ola bilər?! Onlar Allah müqavimət göstərir, insanları düz yoldan yayındırır, yalanı müdafiə edir, həqiqəti inkar edir, yer üzündə fitnə-fəsad yayır və heç bir xeyir vermirlər. Buna görə siz ən şərəfli və ən pak məscidi onlardan təmizləməlisiniz. Bu ildən sonra müşriklərə Məscidulharama girməyə imkan verməyin!
O vaxt Mədinəyə hicrətin doqquzuncu ili idi. Həmin ildə həcc mərasiminə rəhbərliyi Əbu Bəkr Sıddıq aparırdı və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz əmisi oğlu Əli b. Əbu Talibə (Allah ondan razı olsun) tapşırmışdı ki, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bütün müşriklərdən üz döndərdiklərini Qurban bayra­mında bütün insanlara bəyan etsin. Bununla yanaşı o  müşriklərə sonradan Məscidulharamı ziyarət etmələrini və çılpaq halda kiminsə Kəəbənin ətrafını təvaf etməsini qadağan etdi.
Bu ayə heç də onu bildirmir ki, müşriklərin bədənləri natəmizdır. Kafirlərin və bütün başqa insanların bədənləri təmiz hesab olunur, çünki bunun lehinə Kitab əhli ilə evlənməyə, onlarla cibsi əlaqəyə girməyə və onları əzizləməyə icazə verilməsi bir dəlildir. Müsəlmana, Kitab əhlinə mənsub olan zövcəsinə toxunduqdan sonra, yuyunmaq və çimmək hökmü verilməmişdir. Həmçinin məlumdur ki, müsəlmanlar məcburiyyət qarşısında kafirlərlə dəfələrlə təmasda olduqları halda, onların, natəmizliklərə toxunan­dan sonra təmizlənmə kimi, təmizlənmələri barədə heç bir məlumat yoxdur. Bütün bunlar ona dəlalət edir ki, müşriklər mənəvi baxımdan natəmiz hesab olunurlar. Onların mürdarlan­ması yalançı tanrıçalara ibadətləri ilə özünü büruzə verir. İman və tövhid pak olduqları halda, müşriklik – mənfur murdarlıqdır.
Ey müsəlmanlar! Əgər siz müşrikləri Məscidulharama yaxınlaşmağa imkan vermədiyiniz və onlarla saxladığınız dünyəvi münasibətləri kəsdiyiniz halda, sizə üz verəcək yoxsulluqdan ehtiyat edirsinizsə, bilin ki, Allah sizi Öz mərhəməti ilə mütləq varlandıracaqdır. Maddi qismət sizə müxtəlif yollarla nəsib olur və əgər siz bir mənbədən gələn gəlidrən məhrum olsanız, onda Allah sizin üçün çoxsaylı digər imkanlar yaradar, çünki Onun mərhəməti genişdir, Onun xeyirxahlığı isə hədsiz-hüdudsuzdur. İnsan Onun xatirinə hər hansı bir şeydən imtina etdikdə, o, çox tezliklə əmin olur ki, Allah – Səxavətli Bəxşişverəndir.
Allah Öz vədini yerinə yetirmiş və müsəlmanları Öz səxavəti ilə mükafatlan­dırmışdır. O, onlara o qədər maddi nemətlər nazil etmişdir ki, onlar dünyada ən varlı insanlar və hökmdarlar olmuşlar. Lakin Allah qeyd edir ki, O, istədiyi vaxt möminləri maddi nemətlərlə təmin edəcəkdir, çünki maddi rifah əsil imanın vacib bəhrəsi və Allahın məhəbbətinin dəlili deyildir. Məhz buna görə, O, müsəlmanların maddi firavanlığını Öz istəyi ilə bağlamışdır.
Fövqəluca Allah maddi nemətlərlə sevdiklərini də, sevmədiklərini də təmin edir. Lakin O, iman və dindarlığı təkcə Öz sevimli qullarına əta edir. Onun gözəl adları arasında – Bilən və Müdrik adları haqqında. O, hər şeyi əhatə edən bilik Sahibidir və kimin maddi sərvət əldə etməyə layiq olması, kimin isə layiq olmaması Ona məlumdur. Bununla yanaşı, O, hər şeyi öz yerinə yerləşdirir.
Bu, müşrikləri Məscidulharama buraxmamaq haqqında hikmət dolu ayə və hökm ona dəlalət edir ki, Məkkənin fəthinə qədər müşriklər bu məscidin sahibi olmaqda davam edirdilər, şəhər müsəlmanlar tərəfindən alındıqdan sonra isə, orada hakimiyyət Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) və möminlərin əlinə keçdi. Onlar kəramətli Məkkəni və Məscidulharamı tutduqdan sonra şərh etdiyimiz ayə nazil edilmişdir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) vəfatından əvvəl bütün başqa dinlərə mənsub olanları Hicazdan çıxarmağı buyurmuşdu ki, bu torpaqda təkcə bir din yaşasın. Bu, kafirləri Məscidulharamdan uzaqlaşdırmaq üçün edilmişdi.

    ﭿ  ﮀﮁ ﮂ ﮃ                                                 

(9.29) “Kitab əhlindən Allaha və Qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini (İslamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun”.

Allah möminlərə əmr edir ki, Allaha və Qiyamət gününə layiqincə iman gətirmə­kdən boyun qaçırmış yəhudilər və xristianlarla vuruşun və imanınızı saleh əməllərinizlə təsdiq edin. Onlar Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) haram etdiklərini haram hesab etmirlər, Onun şəriətinə əsaslanmırlar və Onun qadağalarına hörmət etmirlər. Onlar əsil dinə etiqad etmirlər, halbuki özlərini mömin sayırlar. Şübhəsiz ki, onların dini vardır, lakin o, ya təhrif olunmuşdur və heç bir əsasa malik deyil, ya da Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) şəriətinin nazil edilməsindən sonra ləğv olunmuşdur. Əgər Allah əvvəlki dini ləğv etmişdirsə, onda insanlar onun hökmlərinə istinad etmək haqqına malik deyillər.
Allah Kitab əhlinə qarşı vuruşmaq hökmü vermiş və müsəlmanları onlarla mübarizəyə ruhlandırmışdır, çünki onlar ətraflarındakıları öz baxışlarına cəlb etməyə çağırır, özlərini Müqəddəs Kitabların ardıcılları adlandırır və insanlar üçün böyük təhlükə yaradırdılar. Onlarla mübarizəni, onlar müsəlmanlara cizyə verməyə razılaşanadək davam etdirmək lazımdır. Bu vergi müsəlmanların öz torpağında kafirlərə qarşı döyüşü kəsmələrinə görə ödənişdir və onların həyatının, mülkiyyətinin toxunulmaz­lığına zəmanət verir. Cizyə ildə bir dəfə yığılır, özü də, varlılar, təmin olunmuşlar və kasıblar cizyəni öz imkanlarına uyğun olaraq ödəməlidirlər. Ömər b. əl-Xəttab və digər müsəlman hökmdarlar Kitab əhli ilə münasibətləri məhz belə tənzimləyirdilər.
Hər bir xristian və ya yəhudi cizyəni şəxsən və itaətkarlıqla ödəməli idi ki, bu onun müsəlmanlara nisbətən aşağı səviyyədə olduğunu göstərsin. Heç kimin vergini xidmətçisinin və ya başqa bir nəfərin vasitəsilə ödəmək ixtiyarı yoxdur, çünki o, Kitab əhlinə mənsub olan şəxsin ancaq özündən qəbul edilməlidir.
Əgər onlar müsəlmanlardan vergini qəbul etməyi xahiş edir və onların hakimiy­yətini qəbul edir, fitnə-fəsad yaratmağa və müsəlmanlara pislik etməyə cəhd göstərmir, tələbləri yerinə yetirir, təkəbbürlərindən əl çəkir və özlərini alçaldılmış sayır və itaətkar olduqlarını bildirirlərsə, onda müsəlman hökumət başçısı və ya onun canişini onlarla sülh müqaviləsi bağlamalıdır. Yox, əgər Kitab əhli öz öhdəliklərini yerinə yetirmək və ya cizyəni şəxsən və itaətkarlıqla ödəmək istəmirlərsə, onda müsəlmanlar, onlar İslamı qəbul edənə qədər, onlarla döyüşməlidirlər.
Bu ayəyə istinad edən çox alimlər belə hesab edirdilər ki, cizyə ancaq Kitab əhlindən alınır, çünki Allah onu təkcə onlardan almaq hökmü vermiş, digər kafirləri isə ayədə xatırlamamışdır. Bu o deməkdir ki, digər kafirlərlə, onlar İslamı qəbul edənə kimi, mübarizə aparılmalıdır. Lakin müsəlman ərazilərində yaşayan atəşpərəstlərdən də cizyə alınmasına icazə verilir, çünki Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onu Hicrdəki atəşpərəst­lərdən alırdı. Sonralar möminlərin əmiri Ömər b. əl-Xəttab da o zamankı Farsda[10] yaşayan atəşpərəstlərdən cizyə alardı.
Belə bir rəy də mövcuddur ki, cizyə təkcə Kitab əhlindən deyil, bütün kafirlərdən yığılmalıdır. Şərh etdiyimiz ayəyə gəl­dikdə isə, o, müsəlmanlar ərəb müşrikləri ilə müharibəni bitirdikdən sonra və Kitab əhli və digər kafirlərlə döyüşlərə hazırlaşdıqları bir vaxtda nazil edilmişdir. Bu o deməkdir ki, ayənin mətni (həmin dövrdə) baş verən hadisələrlə bağlıydı və lakin nazil edilmiş hökmü konkretləşdirməmişdi. Bu şərhi təsdiq edən – atəşpərəstlərdən, Kitab əhli olmamalarına baxmayaraq, cizyə alınması faktıdır. Çoxlu məlumatlar var ki, səhabələr və digər müsəlmanlar vuruşmalı olduqları insanların hamısını üç şərtdən biri ilə razılaşmağa dəvət edirdilər: İslamı qəbul etmək, cizyə ödəmək və ya qılıncla öldürülmək. Bu zaman onlar Kitab əhli ilə digər kafirlər arasında fərq qoymurdular.

                    ﮤﮥ      ﮨﮩ ﮪﮫ ﮬﮭ    ﮯﮰ     ﯓﯔ       

(9.30) “Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (yalana uyub haqdan) döndərilirlər!”

Fövqəluca Allah Kitab əhli ilə vuruşmaq hökmündən sonra, onların bəzi müdhiş baxışlarını sadalayır ki, öz Rəbbi və dini üçün qəlbən həyəcan keçirən möminləri fasiqlərlə mübarizəyə və onlara qarşı fəal hərəkətə ruhlandırsın. Yəhudilər Üzeyiri Allahın oğlu adlandırdılar. Şübhəsiz ki, yəhudilərin əksəriyyəti belə etmədilər, təkcə onlardan bəziləri bu rəylə razılaşdılar. Lakin yəhudilərə xas olan bu yaramaz və eyibli keyfiyyətlər onlardan bəzilərini belə kobud yalanı uydurmağa və Allahın Özünün əzəmətini və ləyaqətini əksiltməyə sövq etmişdi.
Şərhlərin birində yəhudilərin Üzeyri Allahın oğlu adlandırmaları səbəbi haqqında xəbər verilir. Müxtəlif hökmdarlar İsrail oğullarını sarsıdıcı məğlubiyyətlərə uğratmış, onlardan Tövratı bilənlərin çoxunu edam etmişdilər. Sonralar məlum oldu ki, Üzeyr Tövratın böyük bir hissəsini və ya hətta bütün Kitabı tamamilə əzbərləmişmiş. O, Kitabı İsrail oğullarına şəxsən yazdırdı, onlar onu yazdılar, sonra isə onlardan bəziləri müdhiş yalan uyduraraq, onu Allahın oğlu adlandırdılar.
Xristianlara gəldikdə isə, onlar Məryəm oğlu İsa peyğəmbəri (ə) Allahın oğlu hesab edirlər. Onlar bunu, əllərində heç bir dəlil olmadan deyirlər. Əgər insan öz dediyi sözlər üzərində düşünmürsə, onda ondan hər cür mülahizə söyləməsini gözləmək olar, çünki belə adam onu məhvedici danışıqlardan çəkindirə bilən Allah qorxusundan və sağlam ağıldan məhrumdur. Buna görə Kitab əhlinin sözləri, mələkləri Allahın qızları adlandıran bütpərəstlərin sözlərinə bənzəyir. Həqiqətən, onların dedikləri eynilə yalan və qüsurludur. Allah onları məhv etsin! Onlar haqdan necə də açıq-aşkar dönmüş və mübahisə doğurmayan yalana üz tutmuşlar!

                                ﯧﯨ            ﯬﯭ       
                                  
(9.31) “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!”

Adicə düşünmək yolu ilə yanlışlığını müəyyən etmək mümkün olan pozğun baxışları çoxsaylı dini icmanın qəbul etməsinə ancaq təəccüb etmək olar. Lakin buna əsaslı səbəb var: Kitab əhli özlərini bütövlüklə ibadətə həsr etmiş alimlərini və ruhanilərini Allahla yanaşı rəbb kimi qəbul edirlər. Əgər Allahın qadağan etdiyini kilsə xadimləri onlara icra etməyə icazə verirlərsə, onda onlar belə hərəkətləri etməyi yol verilən sayırlar. Lakin Allahın icazə verdiyini onlar qadağan etdikdə, yenə bunu qadağan olunmuş sayırlar. Nəticədə, alimlər və kilsə xadimləri Kitab əhli üçün Allahın elçilərinin (onlara Allahın salamı olsun) dininə zidd olan qanunlar uydurmuşlar və onlar da uydurmaçıların ardıyca getmişlər. Onlar öz alimlərinə və ruhanilərinə o dərəcədə ehtiram bəsləyirdilər ki, axırda onların qəbirlərini bütə çevirir və Allahla bərabər o bütlərə də ibadət edirdilər. Bu qəbirlərin yanında onlar qurban kəsir və həm də dua və kömək etmələri xahişi ilə ölülərə müraciət edirdilər.
Onlar Məryəm oğlu İsa peyğəmbəri (ə) ilaha çevirdilər və Allahın əvəzinə ona (ə) ibadət etməyə başladılar. Onlar Fövqəluca Allahın Öz elçilərinin vasitəsi ilə rəsmiləşdirdiyi dindən üz çevirdilər, halbuki onlara təkcə Ona səmimiyyətlə ibadət və itaət etmək, bütün qəlbi ilə təkcə Onu sevmək və dua ilə təkcə Ona müraciət etmək əmr olunmuşdu. Buna baxmayaraq, onlar Onun əmrindən üz çevirdilər və heç bir inandırıcı dəlilə, sübuta istinad etmədən Ona şəriklər qoşdular. Allah onların Ona qoşduqları şəriklərdən Ucadır. Allah onların müşrikliyindən və uydurma­larından sonsuzluq qədər uzaqdır, çünki onlar Onun ilahi əzə­mətinə yaraşmayan nöqsanları və keyfiyyətləri Ona aid edirlər. Onun sifətləri və əməlləri mükəmməldir və ucadır. Onların ilahi kamilliyə zidd olan şeylərlə heç bir əlaqəsi yoxdur.

                 ﭘ ﭙ                     

(9.32) “Onlar Allahın Nurunu ağızları ilə (üfürüb) sön­dürmək istəyərlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah Nurunun (yayılmasını) tamamlaya­caqdır”[11].

Müşriklərin sözlərinin inandırıcı sübutlarla təsdiqlənməyən yalnız yalançı boş iddialar olduğunu izah edərək, Fövqəluca Allah bildirir ki, onlar bu cür üsullarla Onun Nurunu söndürməyə cəhd göstərirlər.
Allahın Nuru dedikdə, Onun elçilərinin təbliğ etdikləri din və Səmavi Kitablar nəzərdə tutulur. O, Nur ona görə adlan­dırılmışdır ki, nadanlığın və saxta dini etiqadların zülmətini işıqlandırır. O, əsil biliyə və xeyirxah əməllərə istinad edir, halbuki bütün digər dinlər tamamilə onun əksi olanları təbliğ edirlər.
Yəhudilər, xristianlar və onların tayı olan müşriklər Allahın nurunu inandırıcı dəlillərlə təsdiqlənməyən boş-boş iddialarla söndürmək istəyirlər. Lakin Allah buna yol  verməyəcək və Öz işığının yayılmasını mütləq tamamlayacaqdır. Bu Nur o qədər parlaqdır ki, əgər bütün məxluqlar birləşib onu söndürmək istəsələr, bunu etməyi qətiyyən bacarmazlar. Onu, bütün yaradılmışların mütləq tabe olduqları Allah nazil etmişdir və O Özü də onu, ona zərər vura biləcək hər kəsdən qoruyacağını vəd etmişdir. Kafirlərin Onun dinini təkzib etmək və ya onun yalan olduğunu ifşa etmək üçün  göstərdikləri cəhdlərə baxmayaraq, onların səyləri Haqqa heç bir zərər vura bilməyəcəkdir.

                             

(9.33) “Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!”

Fövqəluca Allah izah edir ki, yeganə istinad edilməli doğru Təlimat və haqq Din – Allahın qoruyacağını və bütün dünyaya yayacağını öhdəsinə götürdüyü həmin Nurdur. Yeganə istinad edilməli doğru Təlimat dedikdə, faydalı biliklər və haqq Din dedikdə isə xeyirxah əməllər nəzərdə tutulur. Bu o deməkdir ki, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi Təlim haqqı yalandan ayırd etməyə kömək göstərir, Allahın adları və sifətləri, ilahı əməlləri, səma qanunları və dini tarixçələrdən bəhs edir. O Təlim bir olan Allaha səmimiyyətlə qulluq etmək, Onu sevmək və Ona ibadət etmək, əxlaq normalarına riayət etmək və qəlbi gözəl keyfiyyətlərlə nəcibləşdirmək, nəzakət qaydalarına hörmət etmək və xeyirxah işlər və qəlbə, ruha və cana fayda verən hər hansı digər xeyirli işlər görmək hökmü verir. Bununla yanaşı, Onun dini ruha və cana həm bu dünyada və həm də Axirətdə zərər verəcək pozğun əxlaqdan və hər hansı digər çirkin əməllərdən çəkindirir.
Allah Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) doğru yolun Təlimatı və haqq dinlə ona görə göndərmişdir ki, İslam dini öz sübutları və dəlilləri və habelə ardıcıllarının qılıncları və nizələri  sayəsində bütün digər dini inanclar üzərində qələbə çalsın. Əgər bu, fitnə-fəsad yaradan İslamın yayılmasına hər vasitə ilə maneçilik törədən müşriklərin xoşuna gəlməsə də, onların hiyləgərlikləri hökmən özlərinə qarşı çevriləcəkdir. Allahın vədi mütləq icra olunacaqdır və Allah Öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirəcəkdir.

                                    ﭿ  ﮀﮁ                             

(9.34) “Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərdən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ey Elçim!)Qızıl-gümüş yığıb, onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!”

Fövqəluca Allah iman gətirmiş qullarını başqalarının əmlakını yeyən və ətrafdakılara Onun yoluna gəlmək istəyənlərə maneə yaradan yəhudi ilahiyyatçıları və xristian ruhaniləri barədə xəbərdar edir. İnsanlar onlar üçün məvacib təyin etməklə və ya onların xeyrinə maddi yardım göstərməklə onların elmini və Allaha ibadət tərəfdarları olduqlarını və həmçinin onların doğru yolla getməyə səy göstərdiklərini və onların düzgün nəsihət verdiklərini qəbul edirlər. Lakin əgər onlar bu maddi yardımları alaraq insanları doğru yoldan azdırırlarsa, onda onlar son dərəcə zalımcasına davranırlar, çünki insanlar onlara yardım göstərməklə ümid bəsləyirlər ki, həmin bilik sahibləri onları doğru yolla aparacaqlar. Həmin ilahiyyatçılardan və ruhanilərdən bəziləri başqalarının əmlakını qanunsuz yolla yeyir, muzd alıb hökm çıxarır ki, o da Allahın nazil etdiklərinə zidd olur. Buna görə, möminlər belə ilahiyyatçıların və ruhanilərin onların əmlakını yeyərək onları yoldan çıxaracaqlarından ehtiyat etməlidirlər.
İnsanlar qızıl və gümüş yığaraq onları Allaha yaxınlaşmaq üçün xeyirxah işlərə sərf etmirlərsə, onda onların var-dövlətini haram sərvət adlandırmaq olar. Sərvət o vaxt haram hesab edilir ki, ondan məcburi (fərz[12]) ianələr verilməmiş olsun. Onlara aid olanlar: zəkat, zövcələrə və digər yaxın qohumlara verilən ianələr və həmçinin Allah yolundə qurban verilən ianlərdir. Belə insanları aşağıdakı ayədə təsvir olunan əzab-əziyyətli cəza gözləyir:

                        ﮙﮚ                    

(9.35) “Həmin gün yığdıqları qızıl-gümüş Cəhənnəm odunda qızdırılıb alın­larına, böyürlərinə və kürəklərinə dağ basılacaq və onlara: “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Dadın yığdıqlarınızı!” - deyiləcəkdir!”[13].

Qiyamət günü qopanda günahkarların yığdıqları sərvət[14] Cəhənnəm odunda pul kimi qızdırılacaqdır. Hər bir qızıl və gümüş pul ən yüksək hərarət dərəcəsinə - közərənə qədər bərk qızdı­rılacaq, sonra isə günahkarların alınları, böyürləri və kürəklərinə basılacaqdır. Onlar soyuyan kimi, yenidən qızdırılacaq ki, bu növ cəza əlli min il davam etsin. Bununla yanaşı günahkarları həmçinin qınayacaq və məzəmmət edəcək və onlara belə deyiləcək: “Budur özünüz üçün yığdıqlarınız. Dadın yığdıqlarınızı! Allah sizə zalımlıq etmir – siz özünüz özünüzə zalımlıq edirdiniz. İndi isə sərvətiniz sizə dözülməz işgəncələr verir”.
Bu və bundan əvvəlki ayələrdə Allah insanın öz əmlakına necə zalımcasına yanaşdığını xatırladır. Birincisi, bu, insan sərvətini ona fayda gətirməyən və ona ancaq zərər vuran yaramaz məqsədlər üçün xərclədiyi zaman mümkün olur. Bunun örnəyi – günah işlətməyə və ya Allah qarşısında vəzifələrinin yerinə yeti­rilməsinə aidiyyəti olmayan alçaq istəklərinin təmin edilməsi xatirinə və yaxud insanlara doğru yola gəlməyə mane olmaq məqsədilə əmlakın xərclənməsidir. İkincisi, bu, insan vacib ianələri verməkdən boyun qaçırdığı hallarda mümkün olur. Əgər belə etmək qadağan olunmuşdursa, onda, deməli, hökm bunun əksini etməyi nəzərdə tutur.

                                        ﯖﯗ      ﯚﯛ          ﯟﯠ              ﯦﯧ           

(9.36) “Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri, Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!”

Allahın qədərinə müvafiq olaraq il on iki aydan aydan olmalıdır ki, bu da insanlara yaxşı məlumdur. Allah göyləri və yeri yaradarkən belə müəyyən etmiş, gecəni və gündüzü təyin etmiş və vaxtı on iki aya bölmüşdür. Bunlardan dördü haram aylar hesab edilir: rəcəb, zülqədə, zülhiccə və mühərrəm. Bu aylar ən əziz tutulan aylardır və o aylar zamanı müsəlmanlara döyüş əməliyyatlarına başlamaq və özünə zərər vurmaq qadağandır.
Bir şərhə görə, u ayədə əvəzlik bütün on iki aya aiddir. Fövqəluca Allah izah edir ki, O, bu ayları qulları üçün zaman fasilələri etmişdir ki, onlar Ona itaət etsinlər, göstərdiyi iltifata görə Ona həmd etsinlər və zalımlıq etməkdən çəkinsinlər.
Başqa bir şərhə görə isə, bu əvəzlik təkcə dörd haram aya şamildir və buna görə də günah etmək və öz zərərinə hərəkət etmək bütün il boyu qadağan edilir, xüsusilə, haram aylar ərzində. Onlar ən çox ehtiram bəslənilən aylar hesab olunur və bu alarda günah işlədilməsi – xüsusilə ağır cinayətdir. Məhz buna görə, möminlərə bu aylarda döyüşmək qadağan edilmişdir.
Bəzi ilahiyyatçılar belə hesab edirdilər ki, haram aylarda döyüş əməliyyatları aparılmasının haram edilməsi ləğv olun­mamışdı. Özü də onlar bu aylarda döyüşmək olmaz barədə nasslara istinad edirdilər. Digər ilahiyyatçılar isə belə hesab edirdilər ki, haram aylarda döyüş əmələyyatları aparılmasına qadağa ləğv olunmuşdu. Onlar, geniş mənaya malik olan, bütün müşriklərlə döyüşmək hökmünə və digər oxşar Quran ayələrinə istinad edirdilər.
Fövqəluca Allah aləmlərin Rəbbinə iman gətirməkdən boyun qaçıran bütün müşriklərə qarşı mübarizə aparmağı əmr etmişdi və bu zaman onların bəziləri istisna olunmamışdı. Onların hamısı möminlərin düşmənidir və onları öz düşmənləri sayırlar. Çünki onlar haqq dinə etiqad edənlərin hər birinə düşmən gözü ilə baxırlar və əllərindən gələni edirlər ki, onlara zərər vursunlar.
Bir başqa şərhə görə isə, Fövqəluca Allah müsəlmanlara əmr etmişdir ki, müşriklərlə hamılıqla birlikdə döyüşsünlər. Bu şərh, hərbi yürüşlərdə iştirak etmək haqqında hökmün  istisnasız olaraq bütün möminlərə aid olduğunu nəzərdə tutur. Lakin belə təfsir: “(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (yürüşə) çıxmamalıdır...” (Tövbə, 9/122) ayəsi ilə ləğv edilmişdir.
Qoy möminlər bilsinlər ki, Allah təqvalı dindarlara kömək və yardım göstərir. Qoy onlar gizli və aşkarda təqvalı olmağa etiqad etsinlər, öz vəzifələrini yerinə yetirsinlər, kafirlərə qarşı mübarizə aparsınlar və döyüşkən və düşmənçilik edən kafirlərlə qarşılıqlı münasibətlərində təqvalılıq tələblərini unutmasınlar.

           ﭕﭖ                                         ﭧﭨ        ﭬﭭﭮ  ﭲ ﭳ
(9.37) “Həqiqətən, (haram ayları) təxirə salmaq (məsələn, rəcəbi şəbana və ya zülqədə, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılırlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (ləngidilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bəzən halal, halal olan bir ayı da bəzən haram hesab edərlər). Pis əməlləri onlara gözəl göstərilmişdir. Allah kafir qövmü doğru yola yönəltməz!”[15]

Cahillik dövründə müşriklər[16] haram ayları başqa vaxta keçirirdilər ki, bu da  onların yaramaz bidətçi uydurmalarına xas bir hərəkət idi. Haram ay ərzində onlara düşmənlə döyüşmək lazım gəldikdə, onların o ayı başqa bir müddətə keçirir və sonradan çalışırdılar ki, Allahın döyüş əməliyyatları aparmağı qadağan etdiyi ayların saylarını düzəldirdilər. Belə ki, onlar haram ayı qabağa çəkir və qadağan olunmamış aylardan bəzilərini haram elan edirdilər. Onlar, öz nəfslərinə uyaraq, haram aylarda müharibə aparmağı özlərinə rəva görür və döyüş əməliyyatları aparılmasına yol verilən ayları isə haram sayırdılar. Lakin Fövqəluca Allah ayədə bildirir ki, onlar bununla ancaq öz kafirliklərini və azğınlıqlarını dərinləşdirirdilər, çünki bu, bir neçə günahın eyni zamanda törədilməsini əks etdirirdi.
Birincisi, onlar özlərinin uydurduqları bidəti Allahın şəriətinin və Allahın dininin bir hissəsi adlandırmışdılar, halbuki Allah və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ona heç bir aidiyyəti yox idi.
İkincisi, onlar dini təhrif edərək, haramı halal, halalı isə haram elan etmişdilər.
Üçüncüsü, onlar səmavi dini yanıldaraq və İlahi əhkamları hiyləgərliklə sayma­mazlığa salaraq Allahı və Onun qullarını aldatmağa cəhd göstərmişdilər.
Dördüncüsü, onlar Allahın şəriətinə zidd adətlərdən uzun müddət o dərəcədə istifadə etmişdilər ki, onların qüsurluluğunu görə bilmirdilər və hətta bu adətləri düzgün hesab edirdilər. Onlar azğınlığa düşmüşdülər və Fövqəluca Allahın qadağan etdiyinin əksini etməyi özlərinə rəva görürdülər. Şeytanlar yaramaz əməlləri onlar üçün bəzəyib süsləmişdilər və günahlar onların gözündə gözəl əməllər kimi görünməyə başlamışdı. Bunun səbəbionların elə əvvəllər də öz çirkin əməllərini gözəl hesab etmələri olmuşdu. Həqiqətən, küfrü ürəklərində gözəl qiyafədə təsvir edənləri Allah doğru yola yönəltmir. Onlar gördükləri möcüzələrdən asılı olmayaraq haqq dinə gəlməkdən boyun qaçırarlar.
Bilmək lazımdır ki, bu gözəl surənin bir çox ayələri Təbuk yürüşü ilə əlaqədar nazil edilmişdi. Onda Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) müsəlmanları bizanslılara qarşı döyüşə hazırlaşmağa çağırmışdı. O zaman havanın hərarəti çox yüksək idi, müsəlmanlar isə ciddi maddi çətinliklər içindəydilər və kifayət qədər ərzağa malik deyildilər. Bu səbəblər üzündən bəzi müsəlmanlar yürüşə həvəssiz hazırlaşırdılar. Məhz onda Fövqəluca Allah onları fəaliyyətsizlikdə məzəmmət etmiş və onları daha fəal olmağa dəvət etmişdi:

                         ﭿ       ﮂﮃ          ﮈﮉ                  

(9.38) “Ey iman gətirənlər! Sizə nə oldu ki, “Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa Axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı Axirətlə müqayisədə yalnız cüzi bir şeydir!”

Doğrudanmı siz bilmirsiniz ki, haqq din və möhkəm əqidə sizdən Allahın hökmlərini ləngitmədən yerinə yetirməyi, Onun lütfkarlığını qazanmağa can atmağı və dininizin düşmənləri ilə mübarizə aparmağı tələb edir? Niyə sizi cihada getməyə çağıranda siz yerə yapışıb qalır və rahat həyat axtarırsınız? Siz dünya həyatından razı qalan və təkcə maddi nemətlərə can atan və Axirət həyatına etinasız yanaşan insanlar kimi davranırsınız. Axı Axirətdən üstün tutduğunuz bu dünyanın nemətləri, onunla müqayisədə hədsiz dərəcədə cüzidir.
Məgər Fövqəluca Allah sizə ağıl verməyib ki, doğrudan da nəyin üstün olmasını müəyyən edə biləsiniz? Məgər dünya nemətləri birincisindən tutmuş sonuncusuna qədər Cənnət səadəti ilə müqayisədə dəyərsiz deyilmi? Məgər bu dünyadakı qısamüddətli həyat layiqmidir ki, insan onu özünün yeganə məqsədi etsin və öz niyyət və səylərini abcaq onunla bağlasın? Doğrudanmı sizin bütün istəkləriniz narahatlıqlar və təhlükələrlə dolu keçici dünya zövqləri ilə məhdudlaşdırılır? Sizi dünya aləmini qəlblərin rahatlıq tapdığı və baxışların heyran qaldığı hər cür nemətlərlə dolu sonsuz Axirət həyatından üstün tutmağa vadar edən nədir? Allaha and olsun ki, iman qəlbinin dərinliyinə kök salmış insan, sağlam düşüncə qabiliyyətinə malikdirsə və doğrudan da ağıllı insanlardan sayılırsa, dünya həyatına Axirət həyatı müqabilində heç vəchlə heç vaxt üstünlük verməz.
Bunları xatırlatdıqdan sonra Allah müsəlmanları, Onun yolunda döyüşmədən boyun qaçıranları cəzalandıracağı ilə təhdid edir. Fövqəluca Allah buyurur:

                        ﮝﮞ            

(9.39) “Əgər siz bu döyüşə çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər. Siz isə Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!”[17]

Əgər siz yürüşə çıxmaqdan imtina etsəniz, onda Allah həm bu dünyada və həm də öləndən sonra sizi şiddətli əzaba düçar edər, çünki hökmdar təbəələrini yürüşə çıxmağa çağırdıqda, hərbi yürüşdə iştirak etməkdən boyun qaçırmaq, insanı sərt cəzaya məhkum edən ən böyük günahlardan biridir. Belə günah dəhşətli nəticələr törədə bilər, axı, hökmdarın əmrini yerinə yetirməkdən və səfərə çıxmaqdan imtina edən insan Fövqəluca Allaha itaətsizlik göstərir, Onun yasaqını pozur, Onun dininə kömək etməkdən qaçır, Onun Kitabını və səmavi şəriətini müdafiə etmir, müsəlmanların kökünü kəsməyi və onların dinini məhv etməyi öz qarşısına məqsəd qoyan düşmənlərlə mübarizədə qardaşlarına yardım etmir. O da ola bilər ki, digər zəifimanlılar ondan nümunə götürsünlər və onda Allahın düşmənlərinə qarşı vuruşan döyüşçülərin sıraları seyrələr.
Belə bir günah işlədən insan doğrudan da ən sərt təhdidə layiqdir və buna görə Fövqəluca Allah belə günahkarları nəinki əzabverici cəzaya məruz qoyacağı ilə qorxudur, həm də onları başqa bir tayfa ilə əvəz edəcəyini vəd edir. Bu, müsəlmanların Onun əmrini yerinə yetirməsindən və ya onu unutmasından asılı olmayaraq, Allahın İslamı müdafiə edəcəyi və Öz Sözünü şərəfləndirəcəyi vədi ilə izah olunur. Allah bütün varlıqlar üzərində hökmrandır. Onun üçün mümkün olmayan bir şey yoxdur və heç kim də Ona qalib gəlməyə qadir deyil!

                 ﮭﮮﮯﮰﮱﯓ ﯔ                     ﯜﯝ                            ﯪﯫ         ﯯﯰ        

(9.40) “Siz Peyğəmbərə kö­mək et­mə­səniz də, Allah ona artıq yardım göstər­mişdir. O vaxt kafirlər onu iki nə­fər­dən ikincisi olaraq Məkkədən çı­xartdı­lar. O iki nəfər mağa­rada olarkən biri öz yoldaşına dedi: “Kədərlənmə, Allah bizimlə­dir!” Sonra Allah ona arxa­yınlıq nazil etdi, sizin görə bilmə­diyiniz döyüşçülərilə ona kö­mək etdi və kafirlərin sö­zü­nü alçaltdı. Təkcə Allahın Sözü ucadır. Allah Qüdrətli və Müdrikdir!”[18]

Əgər siz Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) kömək göstərməkdən imtina etsəniz, bilin ki, Allahın siz ehtiyacı yoxdur və siz Ona heç vəchlə zərər vura bilməzsiniz. O, artıq Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onun (ona Allahın salavatı və salamı olsun!) yanında cəmi bir nəfər olduğu zaman Öz yardımını göstərmişdir. Bu isə kafirlər onu (ona Allahın salavatı və salamı olsun!) Məkkədən qovan zaman baş vermişdi. Onlar onu (ona Allahın salavatı və salamı olsun!) öldürmək niyyətindəydilər və buna yaxşıca hazırlaşmışdılar və Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) şəhəri tərk etməyə məcbur etdilər. O (ona Allahın salavatı və salamı olsun!), Əbu Bəkr Sıddıq (Allah ondan razı olsun) ilə yola çıxmışdı və onlar Məkkənin aşağı hissəsində yerləşən Saur dağının mağarasında sığınacaq tapmışdılar. Onlar, şəhərdə ehtiraslar sakitləşənə qədər orada qaldılar.
Onların vəziyyəti təhlükəli və ağır idi, çünki düşmənlər hər ikisini tapıb öldürmək niyyəti ilə hər tərəfi gəzib dolaşırdılar. Lakin Fövqəluca Allah onlara təsəvvür edilməsi mümkün olmayan yardım etdi. Əbu Bəkrin narahatçılığını görərək, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona (A.o.r.) dedi: “Kədərlənmə, çünki Allah bizimlədir. O, bizə kömək edir və bizi yardımsız qoymaz”. Allah Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) qəlbinə yəqinlik salmışdı ki, o da onu (ona Allahın salavatı və salamı olsun!) özünü sakit saxlamağa və hətta öz yol yoldaşını arxayınlaşdırmağa imkan verirdi. Bundan əlavə, Allah insanların görə bilmədiyi döyüşçülər göndərmişdi. Onlar Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) mühfizə edən alicənab mələklər idilər.
Allah kafirləri alçaldaraq Öz yardımından məhrum etdi. Onlar qəti niyyətlə Elçini (ona Allahın salavatı və salamı olsun!) öldürə biləcəklərini və ya tutacaqlarını güman edirdilər. Onlar bərk qəzəblənmiş­dilər və əllərindən gələn hər şeyi edirdilər ki, niyyətlərini həyata keçirə bilsinlər. Lakin Allah onlara kömək etmədi və onlar istədiklərinə nail ola bilmədilər. Bundan başqa, onlar heç nə edə bilmədilər. Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yardım etdi və onu (ona Allahın salavatı və salamı olsun!) qorudu. Şərh olunan ayədə Allahın yardımı adı altında məhz bu mühafizə nəzərdə tutulur.
Bilmək lazımdır ki, Allahın yardımı iki növ olur. Birinci növ – düşmənlərini yox etmək istəyən möminlərə göstərilən yardımdır. Allah onlara istədiklərinə nail olmaq üçün düşmənlərini darmadağın etməyə kömək edir. İkinci növ – qüvvətli düşmənlərin məhv etmək istədiyi zəif müsəlmanlara göstərilən yardımdır. Allah onlara da kömək edir ki, təhlükəni onlardan uzaqlaşdırsın və onları məhv olmaqdan qoruyur. Aydındır ki, bu növ yardım müsəlmanlara daha çox faydalıdır. Məhz belə bir köməyi Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!), o (ona Allahın salavatı və salamı olsun!) yol yoldaşı ilə mağarada qalan zaman göstərmişdi.
Allahın Sözü həmişə ən alidir və bu, həm Allahın təyin etdiyi qədərə və həm də dini qanunlara aiddir. Onlar bütün qalan sözlərdən və qanunlardan alidir. Fövqəluca Allah buyurur: “...Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Mömin­lərə kömək etmək Bizə vacibdir!...” (Rum, 30/47);
“Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gəti­rənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!” (Mumin, 40/51);
“And olsun ki, peyğəmbər qullarımıza əvvəlcədən bu sözümüz deyilmişdi: Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlə­ri­­mizin zəfər çalması labüddür!” (Saf­fat, 37/171-173)[19].
Allahın dini inandırıcı sübutlara, açıq-aşkar möcüzələrə və sarsıdıcı dəlillərə əsaslanması sayəsində həmişə bütün başqa dini etiqadlardan üstündür. Onun gözəl adları arasında – Qüdrətli və Müdrik adları. Heç kim Onun öhdəsindən gələ bilməz və ya Ondan qaçıb canını qurtara bilməz. O, hər şeyi öz yerində yerləşdirir və möminlərin qələbəsini İlahi hikmətin zəruri saydığı bir başqa vaxtadək ləngidir.
Bu gözəl ayə Əbu Bək Sıddığın (A.o.r.) üstünlüyünə dəlalət edir. O (A.o.r.), hicrət zamanı Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yol yoldaşı idi. Bu böyük şərəfə ondan (A.o.r.)  başqa heç kim nail olmamışdı. Mömin müsəlmanlar yekdilliklə əmindirlər ki, bu ayədə məhz Əbu Bəkrdən (A.o.r.) bəhs edilir və kim ki, Əbu Bəkrin (A.o.r.) Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Mədinəyə hicrəti zamanı onun (ona Allahın salavatı və salamı olsun!) yol yoldaşı olduğunu qəbul etmirsə, kafir sayılır, çünki o, bu barədə Quran ayəsini inkar etmiş olur.
Bu ayə həmçinin sakitliyin və əminliyin faydasını xüsusilə vurğulayaraq, onların, ağır və təhlükəli vəziyyətdə olan qullarına Allahın bəslədiyi mərhəmə­tinə xas keyfiy­yətlər olduğunu göstərir. Qulun sakitliyi və arxayın olması, onun nə dərəcədə öz Rəbbini yaxşı dərk etməsindən və Onun vədinin doğruluğuna iman gətirməsindən asılıdır. Onlar həm də qulun imanından və cəsurluğundan asılı olur.
Bu ayədən bir daha aydın olur ki, möminlərin ən yaxşıları belə çətinliklərdən və təhlükələrdən kədərlənə bilərlər. Lakin Allahın qulu belə hissiyyatdan xilas olmağa can atmalıdır, çünki o onun qəlbini və qətiyyətini zəiflədir. Sonra Fövqəluca Allah mömin qullarını Onun yolunda döyüşə çağıraraq buyurur:


[1] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[2] Fövqəluca Allah – Müqəddəs Allahın mübarək ad və sifətlərindəndir. Azərbaycan dilində indiyədək “ali” – (2:55; 4:34 и др) “əla” – (87:1; 92:20); “mutəali– (13:9) sözləri yeganə bir “uca” ifadəsi ilə tərcümə edilirdi ki, bu həmin sözlərin incə və dərin mənalarını tam əks etdirmirdi. Allaın bu adının tez-tez çəkilməsi onun daha müvafiq  və dolğun bir istilahla əvəzlənməsini zəruriləşdirirdi. Həm də dilimizdəki “uca” sözü ərəb dilindəki bütün mənaları vermirdi. Rus dilində «Всевышний» ifadəsi “Allah-təala” – ya daha yaxındır.  Bütün bu özəllikləri nəzərə alaraq dilimizdə işlək söz axta­rışında “fövqəladə” sözü üzərində dayanmalı oldum. Əvvələn, o, hər şeyin föv­qündə, hər şeydən hündürdə və ucadan da uca olmaq  mənasını verdiyi üçün, “Uca Allah” ifadəsi əvəzinə “Fövqəluca Allah” – mürəkkəb söz birləşməsini seçməyi məq­sədyönlü saydım. Çünki bu, Müqəddəs Allahın ən ucaların da  fövqundə olduğunu ifadə edir və buna görə Allahın şan-şöhrətinə daha yaraşandır və məqsədəuyğundur. F.S. 

[3] İslamım dördüncü xəlifəsi
[4] Ayənin tərcüməsinin mətni redaktə edilmişdir. F.S.
[5] Dinsiz və cahil müşriklərlə hansı müqavilədən danışmaq olar? Fasiqlər üçün müqəddəs sayılan və yerinə yetirilməsi mütləq vacib olan bir şey varmı? F.S.
[6] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[7] Yəni, məsciddə namaz qılmağa layiq olanlar. F.S.
[8] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[9] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[10] İndiki İran İslam Cumhuriyyəti ərazisinin qədim adlarından biridir. F.S.
[11] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[12] Vacib. F.S.
[13] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[14] Qiymətli əşyalar, daş-qaş, qızıl-gümüş və b. F.S.
[15] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[16] Bütpərəstlər. F.S.
[17] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[18] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.
[19] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.

Комментариев нет:

Отправить комментарий