среда, 3 августа 2011 г.

Ə. SƏƏDİ. QURAN TƏFSİRİ, cild 3, 2-ci parça




   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ    ﭗ  ﭘ  ﭙﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ               ﭠ  ﭡ

(9.41) “Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, ma­lınız və canınızla Allah yolunda cihad edin! Bilin ki, bu si­zin üçün daha xeyirlidir”[1].

Ey möminlər! Sizə yüngül və ya ağır gəlməsindən, bunu həvəslə və ya həvəssiz etməyinizdən asılı olmayaraq müqəddəs müharibəyə yollanın. Qızmar isti havada da, bərk şaxtada da – istənilən şəraitdə Allah yolunda vuruşun. Əlinizdən gələni edin, malınıza heyfiniz gəlməsin və həyatınızı belə qurban verin. Siz döyüş əməliyyatlarında nəinki iştirak etməlisiniz, həm də öz sərvətinizi, əgər buna zəruriyyət varsa, döyüşən müsəlmanların ehtiyaclarına sərf etməlisiniz. Allah yolunda öz malınızla və canınızla mübarizə aparmaq sizə hərəkətsizlikdən daha yaxşıdır, çünki belə saleh əməllərin sayəsində siz Onun iltifatını qazanar və Onun hüzurundə yüksək pillələrə ucaldılar, Onun dininə kömək edər və Onun fədakar döyüşçüləri sırasına daxil olarsınız.

   ﭢ  ﭣ       ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ   ﭫ  ﭬﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ   ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ

(9.42) “Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”,- deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir”.

Ey Muhəmməd! Əgər hərbi yürüş adamlara asan qazanc və dünyavi nümətlər əldə etməyə imkan versəydi, əgər yol uzun və məşəqqətli olmasaydı, onda adamların çoxu həvəslə sənin ardınca gələrdilər. Belə bir yürüş onlara ağır gəlməzdi. Lakin gediləcək məsafə onlara olduqca uzaq, yol isə çox ağır göründü və onlar sənə qoşulmadılar. Belə rəftar nümunəvi əməl deyil, çünki əsil qul istənilən şəraitdə öz Rəbbinə ibadət edir. O, ona ğır olduqda da, yüngül olduqda da öz vəzifələrini yerinə yetirir. O, bütün vaxtlarda Allahın qulu olaraq qalır. Kəmetiqad olanlar and içirlər ki, onlar yürüşə üzürlü səbəbə görə çıxmırlar. Onlar and içirlər ki, sənin çağırışına cavab verə bilmirlər. Lakin cihadda iştirak etməkdən imtina və yalan danışıqları onları məhv edir, axı Allah gözəl bilir ki, onlar yalan deyirlər.
Allah bu sözlərlə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə birlikdə Təbuk yürüşünə çıxmayan münafiqləri qınayır. Onlar özlərinə bəraət qazandırmaq üçün saxta tarixçələr uydurmuşdular və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də onların boş iddialarını qəbul etmişdi. O (ona Allahın salavatı və salamı olsun!) kimin doğru dediyini və kimin də yalan söylədiyini aydınlaşdırmadı. Buna görə sonra Fövqəluca Allah onu (ona Allahın salavatı və salamı olsun!) belə tələsik qərar qəbul etdiyi üçün məzəmmət etdi:

   ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ   ﭫ  ﭬﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ   ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ

(9.43) “Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?”

Ey Muhəmməd! Adamlara şəhərdə qalmağa və yürüşdə iştirak etməməyə icazə verdiyinə görə Allah səni bağışlasın! Sən onları sınaqdan keçirməliydin ki, onlardan doğru danışanları və yalan söyləyənləri ayırd edə biləsən. Sən təkcə doğrudan üzürlü səbəbi olanlara şəhərdə qalmağa icazə verməliydin.

  ﮉ  ﮊ  ﮋ   ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ ﮒ ﮓﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ ﮛﮜﮝﮞﮟﮠﮡ  ﮢ   ﮣ   ﮤﮥ  ﮦ  ﮧ

(9.44) “Allaha və Axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyır!”
(9.45) “Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, Axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhə­lərində tərəddüd edib durarlar”.

Fövqəluca Allah bu ayələrdə bildirir ki, Allaha və Axirət gününə iman gətirən möminlər evdə qalmağa və cihadda iştirak etməməyə görə icazə istəməzlər. Onlar Onun yolunda öz malını və öz həyatlarını qurban verir, çünki saleh əməllər etmək və haqq dinə etiqad göstərmək arzusu onları, hətta dəvət edən olmasa da, Allah xatirinə döyüşməyə ruhlandırır. Həm onlar heç vaxt üzürlü səbəb olmadan döyüş əməliyyatlarında iştirak etmək vəzifəsindən azad olunmağı xahiş etmirlər. Allaha təqvalı möminlər haqqında hər şey məlumdur. Buna görə, O bildirir ki, onları fərqləndirən xüsusiyyət – onların heç vaxt evdə oturub, cihada getməmək məqsədilə icazə istəməməsidir. Təkcə günahkarlar icazə istəyərlər, çünki onlar kamil imandan və möhkəm əqidədən məhrumdurlar. Onların saleh əməllər işlətmək arzusu o qədər də böyük deyil və onlar cihadda iştirak etməkdən qorxurlar. Onlar evdə qalmağa icazə istəməyə məcburdurlar, çünki onları şübhələr didişdirir və onlar tam çaşqın haldadırlar.

ﮨ  ﮩ  ﮪ  ﮫ   ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ   ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ

(9.46) “Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: “(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də oturun!” – deyildi”.

Fövqəluca Allah izah edir ki, hərbi yürüşdə iştirak etməkdən imtina edən münafiqlərin davranışı onların səfərə çıxmaq niyyətində olmadıqlarını təsdiq edir. Onların özlərinə qazandır­maq istədikləri bəraət saxta və əsassız idi. İnsanın saleh əməl işlətməsinə üzürlü səbəb o vaxt mane ola bilər ki, o, həmin əməlin icrası üçün əlindən gələni etmiş olsun. Əgər münafiqlər yürüşə çıxmaq üçün səy göstərsəydilər və bunu üzürlü səbəbə görə edə bilməsəydilər, onda onların bəraəti əsaslandırılmış olardı. Lakin münafiqlər yürüşdə iştirak etmək istəmirdilər və yürüş üçün heç bir hazırlıq aparmırdılar. Onlar ərzaq və ləvazimat tədarükü etmirdilər və bu, onların vuruşmamaq istəyini birmənalı şəkildə təsdiq edirdi.
Allah Özü də onların möminlərlə birlikdə yürüşə çıxmasını istəmirdi. O, belə etdi ki, onlara əvvəlcə döyüşdə iştirak etməyə əmr verməsinə, onları haqq işə ruhlandırmasına və buna görə onlara zəruri hər şeyi əta etməsinə baxmayaraq, onlar ləngisinlər və yubanıb geciksinlər. İlahi hikmət tələb edirdi ki, Allah onlara ağır yürüşə hazırlaşmağa kömək etməsin və onları bundan çəkindirsin. Sonra isə onlara, qadınlar və üzürlü səbəblərə görə məcbur olub qalanlarla birlikdə qalmaları buyuruldu. Bu barədə xatırlatdıqdan sonra Fövqəluca Allah bu qədərin hikməti haqqında xəbər verərək, belə buyurur:

  ﯚ  ﯛ  ﯜ     ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ    ﯤ  ﯥ  ﯦ  ﯧﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ
(9.47) “Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyır!”

Ey müsəlmanlar! Əgər münafiqlər sizinlə birgə səfərə çıxsaydılar, onların aranızda olması qoşunlarınıza zərər vurardı. Onlar aranızda düşmənçilik və ixtilaf salmaq ümidi ilə fitnə-fəsad və kin-küdurətlə dolu dedi-qodu yayardılar. Aranızda elə adamlar da vardır ki, onlar sağlam düşünmək bacarığına malik deyillər və onlar tələskənliklə o fitnəkarların sözlərinə qulaq asaraq aldanardılar. Təsəvvür edin ki, əgər münafiqlər sizinlə birgə yürüşə çıxsaydılar sizə nə qədər ziyan vurardılar. Onlar yorulmadan sizə məqsədinizə çatmaqda maneə yaradaraq, sıralarınızı zəiflədər, sizi düşmənlə mübarizədən çəkindirər və sizlərdən bəziləriniz də onların yalançı iddiaları ilə razılaşar və onların məsləhətlərinə qulaq asardınız. Həqiqətən, bu, sizin ciddi qüsurunuz olardı.
Fövqəluca Allah ilahi müdrikliyinə əasalanaraq münafiqləri yürüşə qatılmaqdan yayındırdı və onlara möminlərlə birlikdə yola çıxmağa imkan vermədi. Bununla O, müsəlmanlara mərhəmətini göstərdi və onları zərərdən başqa bir şey gətirməyəcək kəslərdən qoruyub saxladı. Allah ədalətsiz zalımları gözəl tanıyır və qullarına onlardan mühafizə olunmağı öyrədir. O, iman gətirənlərə izah edir ki, günahkarlarla yaxın olmaq onlar üçün necə təhlükəli nəticələr verə bilər. Sonra Fövqəluca Allah münafiqlərin əvvəllər də bədxah niyyətdə olduqlarını xəbər verərək, buyurur:

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ    ﭙ   ﭚ  ﭛ  ﭜ   ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ

(9.48) “Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bir sıra işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu”.

Siz Mədinəyə hicrət etdiyiniz zaman onlar cəhd edirdilər ki, planlarınızı pozsunlar. Onlar fikirlərinizi qarışdırır və fitnə-fəsad qururdular ki, təbliğ etdiklərinizin yalan olduğunu ifşa etsinlər və dininizə zərər vursunlar. Onlar, haqq gələnə və Allahın hökmü zahirə çıxana qədər bu cür davranmaqdan əl çəkməmişdilər. Münafiqlərin fitnə-fəsadları nəticə vermədi və yalanları izsiz-tozsuz yox oldu. Həqiqətən də, Allah Öz mömin bəndələrini belə insanlardan qoruyur və onların iman sahibləri ilə birlikdə cihada getməməsindən sonuncular kədərlənməməlidirlər.

   ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨﭩ  ﭪ  ﭫ  ﭬ     ﭭﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ   ﭳ

(9.49) “Onlardan (münafiqlərdən): “Mənə (döyüşə getmə­məyə) izin ver, məni fitnəyə salma!”– deyənlər də var. Bilin ki, onlar özləri fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!”

Münafiqlər arasında elə bir adam tapıldı ki, o, özünü doğrultmaq üçün tamamilə qəribə bir dəlil gətirdi. O dedi: “Mənə evdə qalmağa icazə ver və məni fitnəyə salma! Əgər mən yürüşə çıxıb Əsfər nəslindən olanların qadınlarını görsəm, onlaın qarşısında dayana bilmərəm”. Bu adam əl-Cudd b. Keys idi. Allah onu rüsvay etsin! O, öz müna­fiqliyini[2] gizlətməyə cəhd göstərərək, özünün təmiz və gözəl niyyətli olduğunu büruzə vermək istəyirdi. O, bəyan edir ki, əgər yürüşdə iştirak etsə, fitnəyə düşəcək və günah işlədəcək, əgər evdə qalsa, günahdan çəkinə bilər və nəfsini pis əməllərdən saxlayar.
Allah onun yalanını ifşa edərək, xəbər verir ki, o, artıq fitnəyə düşmüşdür. Əgər o, doğrudan da şərdən qaçmaq niyyətindəydisə, onda bilməliydi ki, yürüşdə iştirakdan imtina onun üçün daha boyük bir azğınlıq idi və ona daha böyük ziyan vurmuşdur, axı o, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərmiş, kobud günah işlətmiş və öz çiyinlərinə ağır yük götürmüşdü. Hərbi yürüş zamanı qurşana biləcəyindən ehtiyat etdiyi günah, onun yol verdiyi cinayətdən daha yüngül idi. Bundan əlavə, onun qorxusu süni idi, çünki o, əslində, əlindən gələni etmişdi ki, yürüşdə iştirakdan yayınsın. Bax elə buna görə, sonra Allah münafiqləri hər tərəfdən bürüyəcək Cəhənnəmə atacağı ilə təhdid edir. Onlar oradan qaça bilməyəcəklər və Cəhənnəm əzabından xilas olmayacaqlar.

  ﭴ  ﭵ  ﭶ  ﭷﭸ  ﭹ  ﭺ   ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ   ﮃ  ﮄ  ﮅ
(9.50) “Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər”.

Münafiqlər – İslamın əsil düşmənləridir və bu dinə nifrət edirlər. Müsəlmanlar öz düşmənləri üzərində qələbə çalanda, bu onları məyus edir, düşmənlər müsəlmanlara üstün gələndə isə onlar sevinirlər ki, məğlubiyyət zamanı onların yanında olmayıblar. Onlar deyirlər: “Biz öncədən ehtiyat tədbirləri gör­müşdük və buna görə belə xoşagəlməz hallardan necə qaçın­maq lazım gəldiyini bilirdik”. Onlar canlarını qurtarmağa nail olduqları bədbəxtliyin müsəlmanlara üz verməsindən məmnun idilər.


  ﮆ  ﮇ  ﮈ  ﮉ     ﮊ  ﮋ   ﮌ  ﮍ  ﮎ  ﮏﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ    ﮕ

(9.51) “De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim Hamimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”[3]

Fövqəluca Allah münafiqlərin yanıldıqlarını ifşa edərək, Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Bizə Allahın Lövhi-məfhuzda yazdığından başqa heç nə üz verməz. Allah bizi himayə edir və bizim dünyəvi və dini işlərimizi sahmana salır. Biz taleyimizdən razıyıq və onu öz istədiyimiz kimi dəyişə bilmərik. Qoy özlərinə xeyirxahlıq edilməsini və bədbəxtliklərdən qaçınmaq istəyən möminlər yalnız Allaha təvəkkül etsinlər və Onun köməyinə güvənsinlər. Ona təvəkkül edən və güvənənlərin ümidi heç vaxt boşa çıxmayacaqdır. Başqa himayədarlara təvəkkül edən günahkarları isə Allah Öz yardımın­dan məhrum edəcək və onlar arzularına nail ola bilməyəcəklər.

ﮖ  ﮗ  ﮘ  ﮙ        ﮚ       ﮛ   ﮜﮝ  ﮞ   ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ   ﮧ    ﮨﮩ  ﮪ  ﮫ    ﮬ  ﮭ  ﮮ

(9.52) “De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik!”

Ey Muhəmməd! Sizin növbəti bəlaya düçar olacağınıza ümid bəsləyən müna­fiq­lərə  de ki: “Siz nəyi gözləyirsiniz? Bizə nə ola bilər? Bizə iki nemətdən biri nəsib ola bilər ki, onların hər biri bizə hökmən böyük fayda verə bilər. Biz düşmənlərimizə üstün gələrək qələbə çalsaq, həm bu dünyada və həm də ölümdən sonra savab alarıq. Əgər şəhid olsaq, Allah dərgahında ən yüksək pilləyə ucalmağa nail olarıq. Lakin, ey münafiqlər, biləsiniz ki, biz də sizin başınıza gələnləri görməyə ümidvarıq. Biz, Allahın sizi Cəhənnəmdə şiddətli cəzaya məruz qoyacağını və ya sizi öz əllərimizlə cəzalandıracağınə gözləyirik. Bu baş verdikdə, sizə üstün gələcəyik və siz bizim əllərimizlə həlak ediləcəksiniz. Siz bizə nəsib olacaq neməti gözləyin, biz də sizə üz verəcək əzab-əziyyəti gözləyirik”.

  ﮯ   ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯗﯘ  ﯙ  ﯚ   ﯛ  ﯜ  ﯝ

(9.53) “(Münafiqlərə) de: “İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.

Fövqəluca Allah xəbər verir ki, münafiqlərin verdiklıri qurbanlar əbəs və faydasızdır. Bunun səbəbini izah etmək üçün Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Ey münafiqlər! Sizin sədəqələrinizi, könüllü və ya məcburiyyət qarşısında, verməyinizdən asılı olmayaraq, onlar və eyni zamanda digər əməlləriniz onsuz da qəbul edilməyəcək, çünki siz Allaha itaət etmirsiniz”.

  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ   ﯤ   ﯥ   ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ     ﯬ    ﯭﯮﯯ ﯰ ﯲﯳ   ﯴ
(9.54) “Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmə­ləridir”.

Münafiqlərin itaətsizliyi ondan ibarətdir ki, onlar Allah və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən imtina etmişlər. Haqq din – istənilən xeyirxah əməlin qəbul olunmasının vacib şərtidir. Lakin münafiqlər ondan məhrumdurlar və buna görə onların əməlləri xeyirxah adlandırıla bilməz. Onlar namaz qılmağa tənbəlliklə qalxarlar. Namaz onlar o dərəcədə ağır gəlir ki, onu, ümumiyyətlə, qılmamağa hazırdırlar[4]. Onlar sədəqə verəndə, bunu təmiz ürəklə etmirlər.
Bunları izah etdikdən sonra, Allah münafiqlər kimi davranan hər bir kəsi qınayır və bəyan edir ki, möminlər belə­lərindən fərqlənməli, Allaha bütün varlığı ilə ibadət edərək, namazı həvəslə və ruh yüksəkliyi ilə qılmalı və yalnız Ondan savab alacağına ümid bəsləyərək, sədəqəni ürəkdən payla­malıdır.

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ      ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ

(9.55) “(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər”.

Qoy münafiqlərin var-dövləti və övladları səni heyrətə salmasın – sərvət və uşaqlar onlara heç bir sevinc gətirməyəcək. Onlardan heç bir fayda olmayacaq, çünki münafiqlər öz Rəbbinin lütfkarlığını qazanmaqdan daha çox, onlara can atırlar, onlara görə Ona itaətsizlik göstərirlər. Buna görə də, uşaqları və sərvətləri bu dünyada münafiqlərin cəzalandırılmasna səbəb olur. Onlar bu maddi nemətlərə böyük əziyyətlər bahasına nail olur və buna, daima narahatçılıq keçirməklə və ağır zəhmətlə özlərini əldən salaraq, çox böyük qüvvə sərf edirlər. Əgər onların maddi həyatdan aldıqları zövqü, sərf etdikləri həddən ziyadə cəhdlərlə müqayisə etsək, onda bu zövqün çox cüzi bir şey olduğu məlum olacaq. Maddi nemətlər onları Allahı zikr etməkdən yayındırır və dünya həyatında onların cəzalandırılmasının səbəbinə çevrilirlər. Bunun ən ağır və təhlükəli nəticələrindən biri onları qəlblərinin dünya malına bağlanması olur. Nəticədə onlar artıq hər hansı bir şey haqqında düşünməyi yadırğayır və dünya zövqü onların arzularının hüduduna çevrilir. Onların ürəklərində Axirət üçün yer qalmır və onlar bu dünyadan kafir kimi ayrılırlar. İnsanı əbədi bədbəxtliyə və sonsuz matəmə məhkum edən cəzadan da daha dəhşətli cəza nə ola bilər?!

   ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ   ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ   ﭴ     ﭵ  ﭶ  ﭷ   ﭸ  ﭹ  ﭺ

(9.56) “(Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə də zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir”.
(9.57) “Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir deşik (yer) tapsaydılar, tələsik ora üz tutardılar”.

Münafiqlər Allaha and içirlər ki, onlar da sizlərdən biridirlər, lakin taleyin dönüklüyünə görə belə davranırlar. Öz əsil etiqadlarını etiraf etməyə cəsarətləri çatmır. Onlar qorxurlar ki, əgər onların həqiqi əqidələri və əməlləri sizə məlum olarsa, siz onlardan üz döndərərsiniz və onda insanlar hər tərəfdən onların üstünə hücum çəkməyə başlayarlar.
Ruhən möhkəm olan ağıllı insanlar belə hərəkət etmirlər. Onlar, əməllə­rinin saleh olub-olmasından asılı olmayaraq, həmişə açıq hərəkət edirlər. Lakin münafiqlər – qorxaq və yalançı camaatdır. Onlar o dərəcədə qorxaqdırlar ki, əgər taleyin dönüklüyündən xilas ola biləcəkləri bir sığınacaq tapmağa nail olsaydılar və gizlənmək üçün bir mağara və ya əlçatmaz bir daldalanacaq tapsaydılar, onda onlar hökmən oraya girməyə tələsərdilər. Həqiqətən, onlar mətanətlilik və qətiyyət göstərməyə kömək edən keyfiyyətlərdən məhrumdurlar.

  ﭻ  ﭼ   ﭽ      ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ     ﮉ  ﮊ  ﮋ

(9.58) “Onlardan (münafiqlərdən) sədəqələr (onların bö­lün­məsi) barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblə­nərlər”.

Ey Muhəmməd! Münafiqlər arasında elələri var ki, səni sədəqələri bölməyinə görə qınayırlar. Lakin onlar səni ağıllı dəlillərə əsaslanan təmiz niyyətlə günahlandırmırlar. Onlar yalnız sənin onlara daha çox dünya nemətləri bəxş etməyini istəyirlər. Əgər sən onlara bolluca pay versən, səndən razı qalarlar, amma onlara bir şey çatmasa, qəzəblənəcək və inciyəcəklər. Axı qullara sırf maddi mülahizələrə və mənfəət məqsədi güdməyə əsaslanaraq sevinmək və hiddətlənmək yaraşmır. Əksinə, insan həmişə öz Rəbbinin lütfkarlığını qazanmağa doğru hərəkət etməlidir. Məhz buna görə, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Sizin hər birinizin arzusu mənim gətirdiklərimə uyğun gəlməyənə qıdır, o, iman gətirmiş sayılmaz”.


  ﮌ  ﮍ  ﮎ  ﮏ     ﮐ  ﮑ   ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ   ﮚ  ﮛ      ﮜ   ﮝ  ﮞ  ﮟ

(9.59) “Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə kifayətdir. Allah bizə Öz nemətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən). Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!” – deyəydilər!”

Onlar, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) onlara bəxş etdikləri hər hansı nemətin miqdarından asılı olmayaraq razı qalmalıydılar. Onlar sadəcə deməliydilər: “Allah bizə bəsdir! Biz bizə bağışlanılandan məmnunuq və Onun mərhəmətinə və xeyirxahlığına ümid bəsləyirik. Bizə xeyir nazil etməsi və bizi şərdən qoruması üçün Ona dua edirik”.

    ﮡ  ﮢ   ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ   ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ   ﯓ  ﯔ  ﯕ  ﯗ  ﯘ    ﯙ  ﯚ

(9.60) “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlan­maqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”

Fövqəluca Allah müsəlmanlardan yığılan vacib sədəqələrin necə bölünməsini bildirir. Söhbət təkcə zəkatın bölünməsi haqqında gedir, çünki könüllü ianələri istənilən insanlara heç bir məhdudiyyət qoyulmadan paylamaq olar. Vacib ianələrə gəldikdə isə, onları səkkiz dərəcəyə bölmək olar.
Birinci iki dərəcəyə dilənçilər və yoxsullar daxildir. Bu halda onların arasında fərq qoymaq lazımdır, çünki dilənçilər kasıblara nisbətən böyük ehtiyac içində olurlar. Allah birinci olaraq məhz dilənçiləri xatırladır, çünki Quran ayələri həmişə ardıcıl olaraq daha vacib olandan daha az vacib olana keçir. Belə bir rəy var ki, dilənçi – yaşamaq vasitələrindən tamamilə məhrum olan və yaxud yaşamaq üçün zəruri olan minimum vəsaitin yarısını və ya yarıdan çoxunu qazanırlar, lakin özlərini tam təmin etməyə qadir deyillər. Əgər insan özünü tam təmin etməyi bacarırsa, onda o, zəngin adlanır. Birinci və ikinci dərəcələrə aid edilən insanlar heç bir ehtiyac hiss etməyəcəkləri qədər ianə almaq haqqına malikdirlər.
Üçüncü dərəcəyə - ianələrin toplanması, saxlanması, daşınması və ya qeydiyyatı ilə məşğul olan və habelə zəkatın toplanması və bölünməsi ilə əlaqədar olan hər hansı digər fəaliyyət üzrə çalışan qulluqçular aid edilmişdir. Bu qulluqçular öz vəzifələrini yerinə yetirdiklərinə görə maaş alırlar.
Dördüncü dərəcəyə aid olan insanlar müsəlmanların ürəklərini ələ almaq istədikləri şəxslərdir. Bunlar, ətrafındakı­larının tabe olduqları ağsaqqallar və ya hörmətli adamlardır. Əgər müsəlmanlar onlara İslamı qəbul etdirmək istəyir­lərsə və yaxud onların vura biləcəyi ziyandan qorunmaq, istəyirlərsə, ya da onların imanını möhkəmlətmək niyyətindədirlərsə və yaxud başqa ağsaqqalları İslama dəvət etmək, ya da ki, zəkat verməkdən boyun qaçıranlardan onu toplamaq istəyirlərsə, onlara ianələrin bir hissəsini verməyə icazə verilir. Toplanmış ianələri belə faydalı məqsədlərə sərf etməyə icazə verilir.
Beşinci dərəcəyə, öz sahibləri ilə müəyyən məbləğə öz azadlığını satın almaq məqsədilə müqavilə bağlamış qullar aid edilir. Belə qullar əllərindən gələni edirlər ki, köləlikdən xilas olsunlar və onlar toplanmış ianələrdən yardım almağa layiqdirlər. Buraya həmçinin kafirlərin əlində əsir olan müsəlmanların azad edilməsi də şamildir. Bundan başqa, zəkat vəsaitlərinin sərf edilməsi zamanı belə müsəlmanların köləlikdən azad edilməsinə üstünlük verilməlidir. Şərh etdiyimiz ayənin mətni toplanmış zəkatın bütövlükdə təkcə qulların azad edilməsinə xərclənə bilməsinə dəlalət edir.
Altıncı dərəcəyə iki qrupa ayrılan borclular aiddir. Birinci qrupa mübahisə edən tərəfləri barışdırmaqdan ötrü maddi vəsaitlərini sərf edilən insanlar daxil edilir. Məsələn, əgər iki adam arasında bir münaqişə baş verdikdə, müsəlman onların arasında vasitəçilik edərək, onlardan birinin və ya hər iki tərəfin xeyrinə ianə vermişsə, onda o, varlı və təminatlı olsa belə, öz xərclərini zəkat vəsaiti hesabına bərpa edə bilər. Bu hökm insanları barışdırarkən müsəlmanların qətiyyət göstərməsi üçün nazil edilmişdir. İkinci qrupa öz ehtiyacları üçün borc alan, lakin onu qaytarmağa qadir olmayan insanlar daxildir. Onların öz borclarını ödəmək üçün kifayət edən miqdarda ianə almağa haqqı vardır.
Yeddinci dərəcəyə aid olanlara – müntəzəm qoşun döyüş­çüləri sırasında olmayan və Allah yolunda könüllü vuruşan döyüşçülər aiddirlər. Onlar zəkat vəsaitlərindən döyüş əməliyyat­larında iştirak üçün zəruri olan hər şeyi almaq haqqına malikdirlər. Buraya silah və nəqliyyat vasitəsi əldə edilməsi və həm də maaş və ailənin təminatına xərclər daxildir. Bu ona görə edilir ki, döyüş­çülər heç bir narahatçılıq keçirmədən, özlərini bütövlükdə döyüş əməliyyatlarına həsr edə bilsinlər.
İslam alimlərinin çoxu hasab edirdi ki, həyatını müstəqil təmin etməyi bacaran adam özünü şəriəti öyrənməyə həsr edirsə, ona toplanmış zəkatdan məvacib verilməlidir, çünki şəriət elmlərinin öyrənilməsi Allah yolunda mübarizənin növlərindəndir. Belə bir rəy də var ki, kasıb müsəlman vacib həcc ziyarətinə getmək üçün zəkatdan ianə almaq haqqına malikdir. Lakin bununla əlaqədar müxtəlif yanaşmalar da mövcuddur.
Səkkizinci dərəcəyə - səfərə çıxaraq yad ölkədən evinə qayıtmağa vəsaiti olmayan müsafirlər aiddirlər. Onlara, evlərinə qayıtmağa kifayət edən ianə almağa icazə verilir. Bu səkkiz dərəcədən olan insanlar zəkatdan ianə almaq haqqına malikdirlər. Bu, Allahın hər şeyi əhatə edən elmi və İlahi müdrikliyinin nəticəsi olan hökmdür!
Bilmək lazımdır ki, sadalanan səkkiz dərəcə iki qrupa bölünür. Birinci qrupa aid olan insanlar – öz kasıblığı üzündən ianə alanlardır. Bunlar – dilənçilər, kasıblar və onlar kimi olanlardır. İkinci qrupa aid olanlar – müsəlmanlarıa lazım olan və dinə fayda verə bilən insanlardır. Fövqəluca Allah varlılara və təmin olunmuş insanlara öz əmlakının bir hissəsini vacib zəkat kimi verməyi və onunla insanların ən ümumi və fərdi ehtiyaclarını – İslamın və müsəlmanların ehtiyacını təmin etmək hökmünü vermişdir. Əgər varlı müsəlmanlar zəkatı layiqincə versələr, onda möminlər arasında ehtiyacı olanlar qalmaz və onların da öz sərhədlərini qorumağa, kafirlərlə vuruşmağa və dinin bütün tələbatlarını ödəməyə kifayət qədər vəsaitləri olar.


ﯛ   ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡﯢ  ﯣ  ﯤ  ﯥ   ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ     ﯭ  ﯮﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ  ﯵ  ﯶ  ﯷ
(9.61) “(Münafiqlər içində) Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”,- deyənlər də var. De: “O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Elçisinə əzab verənləri isə şiddətli bir əzab gözləyir!”

Münafiqlər arasında elələri də var ki, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) təhqir edir və onu (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) dinini ləkələməyə cəhd göstərirlər. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) ünvanına söylənən qanqaraldan ifadələrə diqqət yetirmir və belə deyirlər: “Əgər onun haqqında danışdığımız bu sözlər ona çatsa, biz ondan üzr istəyərik və o bizi bağışlayar, çünki o, qulaq kimidir: doğruçuya və yalançıya fərq qoymadan, hər deyilənə inanır”. Allah onları rüsvay etsin! Onlar öz aralarında söhbət edərkən sözlərinin nəticələrinə heç bir əhəmiyyət vermirlər. Onlar istəmirlər ki, insanlar onların onların dedikləri barədə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) xəbər versinlər, lakin güman edirlər ki, hətta bu baş versə də, onlar özlərini boş sözlərlə safa çıxarda biləcəklər.
Onlar eyni vaxtda bir neçə mənfi tərəfləri olan ağır günah işlədirlər. Birincisi, onlar insanları bədbəxtlikdən və məhv olmaqdan xilas etməyə və onları düz yola yönəltməyə və onlara xoşbəxtlik əldə etməyə kömək göstərməyə gələn Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) təhqir edirlər. İkincisi, onlar ağızlarından çıxartıqları naqis sözlərinə xüsusi əhəmiyyət vermirlər ki, bu onların təhqirini daha da ağırlaşdırır. Üçüncüsü, onlar Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) doğruçu ilə yalançı adamları ayırd etməyi bacarmayan düşüncəsiz adam sayırlar, halbuki, əslində, o (ona Allahın salavatı və salamı olsun!), bütün insanlardan  ən dərrakəlisi, ağıllısı və  düşüncəlisi idi. Məhz buna görə, Fövqəluca Allah bildirir ki, o (ona Allahın salavatı və salamı olsun!) təkcə xeyirxah sözlər danışan və doğruçu olanlara inanırdı.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) həqiqətən münafiqlərin çoxundan üz döndərirdi və bu zaman onları, özlərinə bəraət qazandırmaq üçün söylədikləri saxta dəlillərə görə, qınamırdı. O (ona Allahın salavatı və salamı olsun!) öz alicənablığına görə belə davranırdı. O (ona Allahın salavatı və salamı olsun!) onların fitnəkarlığına əhəmiyyət vermir və Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! Çünki onlar murdardırlar və qazandıqları (günahların) cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!”[5] (Tövbə, 9/95) - buyuran Allahın hökmunə itaət edirdi.
O (ona Allahın salavatı və salamı olsun!) Allaha iman gətirmişdi və həqiqəti deyən və haqqı etiraf edən möminlərə də inanırdı. O (ona Allahın salavatı və salamı olsun!) doğruçu insanları yalançılardan ayırd edirdi və çox vaxt yalanını ifşa edə biləcəyi kəslərdən sadəcə üz çevirirdi. O (ona Allahın salavatı və salamı olsun!), onun yolu ilə gedən, onun (ona Allahın salavatı və salamı olsun!) gözəl əxlaqını və rəftarını örnək götürən mömin müsəlmanların xatirinə belə güzəştlərə gedirdi. O (ona Allahın salavatı və salamı olsun!) təkcə möminlər üçün mərhəmət idi, çünki bütün qalan insanlar onu qəbul etməkdən boyun qaçırmışdılar. Bundan əlavə, onlar onun (ona Allahın salavatı və salamı olsun!) lütfkarlığını rədd etməklə öz dünya və sonrakı Axirət həyatlarını da məhv etdilər. Onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) həm sözləri və həm də əməlləri ilə incitməyə cəsarət etdilər və buna görə, onları yerdəki həyat zamanı və ölümdən sonra məşəqqətli cəza gözləyir. Bu cəzalandırmanın formalarından biri də, Muhəmməd Peyğəmnəri (s.ə.s) incidən və ya təhqir edən hər kəsə ölüm hökmü çıxarılmasıdır.

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ   ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭜ  ﭝ

(9.62) “(Ey möminlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları barədə) Allaha and içirlər. Əgər onlar mömindirlərsə, (bilsinlər ki,) Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!”

Onlar Allaha and içirlər ki, əvvəllər sizi təhqir etdiklərinə və digər  günahlar törətdiklərinə görə peşman omuşlar. Onlar bunu sizin xoşunuza gəlmək üçün belə edirlər. Əgər onlar iman sahibləri olsaydılar, onlar Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) lütfünü qazanmağa daha çox can atardılar.  Əməlisalüh insan heç bir şeyi Rəbbinin mərhəmətindən üstün tutmaz. Onları isə Allah və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) lütfükarlığı deyil, daha çox insanların razı qalması qayğılandırır ki, bu da onların mömin olmadıqlarını təsdiq edir.

ﭞ ﭟ ﭠ   ﭡ ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ ﭨﭩﭪﭫﭬﭭﭮ ﭯ

(9.63) “Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbəri­nə qarşı çıxanı içində əbədi qalacağı Cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçı­lıqdır”.

Münafiqlər Allahla düşmənçilik edir və Ona müqavimət göstərirlər, halbuki Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) üz döndərib, Onun hökmlərini saymayan və Onun haramlarını pozan hər bir günahkara Cəhənnəm Odu hazırlanmışdır və onlar orada əbədi qalmalı olacaqlar. Bu günahkarla rüsvay ediləcək və biabır olacaqlar. Onlar tükənməz səadətdən məhrum ediləcək və Cəhənnəmdə əzab-əziyyətə düçar ediləcəklər. Allahım, bizi bundan qoru!

  ﭰ  ﭱ   ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹﭺ  ﭻ  ﭼ   ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ

(9.64) “Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza etməyi­nizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!”

Bu gözəl surə “əl-Fadıha” (“İfşaedən”)[6] adını da almışdır, çünki o, müna­fiqlərin bütün gizli niyyətlərindən xəbər verir və onların altında gizlən­dikləri örtüyü açır. Allah münafiqlərə xas olan sifətləri bildirirsə də, onların adlarını ayrı-ayrılıqda çəkmir. Bunun isə iki səbəbi var idi. Birincisi, Allah Öz qullarının əməllərini pərdələməyi sevir. İkincisi isə, bu surədə xatırlanan sifətlərə malik olan münafiqlərin qınanması təkcə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zamanında yaşayanlara deyil, bütün onunkimilərindən tutmuş ta Qiyamət qopana qədər yaşayanlara şamil edilir. Məhz münafiqlərin sifətləri haqqında xatırlama onlardan hər birini dəhşətə salmışdır.
Fövqəluca Allah buyurur: “Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Onlar) məlunlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər” (Əhzab, 33/60-61). Müna­fiqlər qorxurdular ki, rüsvay edilsinlər, onların gizli niyyətləri isə aşkar edilsin. Onlar istəmirdilər ki Allahın qulları onların əsil niyyətlərini öyrənsinlər və öyüd-nəsihətə qulaq asanlar üçün örnək olmaq istəmirdilər. Lakin Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onlara belə desin: “Siz istehza etməyi­nizdə və ələ salmağınızda olun. Allah çox tezliklə gizlətməyə cəhd göstərdiyinizi ifşa edəcəkdir[7]”. Fövqəluca Allah Öz vədini yerinə yetirdi və münafiqlərin sifətlərini açıqlayan və onların altında gizləndikləri örtüyü qaldıran surəni nazil etdi.

ﮃ  ﮄ   ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉﮊ  ﮋ  ﮌ  ﮍ   ﮎ  ﮏ              ﮐ  ﮑ ﮒ ﮓ ﮔ ﮕ   ﮖ ﮗﮘﮙﮚﮛ ﮜ  ﮝﮞﮟ   ﮠ­ ﮢﮣ

(9.65) “(Ey Elçim!)Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”, - deyə cavab verərlər. De: “Allaha, Onun ayə­lərinə və Peyğəmbərinə istehzamı edirsiniz?!”
(9.66) “(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxili­nizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!”

Təbuka hərbi yürüş zamanı münafiqlərin bəziləri dinə istehza edərək, müsəlmanları təhqir etməyə başladılar. Onlar deyirdilər: “Biz bizim Quran oxuyanlarımızdan da daha qarınqulu, yalançı və qorxaq adamlar görməmişdik!” Onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrini nəzərdə tuturdular. Onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) onların dedikləri sözləri bildiyini başa düş­dükdə, üzürxahlıq etmək üçün onun (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib dedilər: “Biz ancaq söhbət edib zarafatlaşırdıq və pis niyyətimiz yox idi. Biz heç kimi incitmək və ya təhqir etmək istəmirdik”.
Fövqəluca Allah xəbər verir ki, onların özlərinə bəraət qazandırması uydurulmuş və yalandı. O, Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Doğrudanmı siz Allahı, Onun ayələrini və Onun Elçisini masqaraya qoymağa cəsarət etmisiniz? Əbəs yerə üzr istəməyin və özünüzü təmizə çıxarmağa çalışmayın. Siz haqq dinə iman gətirdikdən sonra, artıq kafir oldunuz”.
Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) istehza etmək kafirlikdir və insanı İslamın ağuşundan çıxardır, çünki din – Allaha ehtirama, Onun dininə və elçilərinə  hörmətlə yanaşmağa əsaslanır. Onlara rişxənd etmək İslam dininin özülünə uyğun gəlmir və ona tamamilə ziddir.
Münafiqlər özlərinə bəraət qazandırmağa çalışırdılar və onları bağışlamağı xahiş edirdilər, lakin Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) əvvəl dediklərinə heç nə əlavə etmədi. O (ona Allahın salavatı və salamı olsun!) belə dedi: “Doğrudanmı siz Allahı, Onun ayələrini və Onun Elçisini masqaraya qoymağa cəsarət etmisiniz? Əbəs yerə üzr istəməyin və özünüzü təmizə çıxarmağa çalışmayın. Siz haqq dinə iman gətirdikdən sonra, artıq kafir oldunuz”.
Fövqəluca Allah bildirir ki, əgər onlar günahlarını tövbə etsələr, Ondan bağışlanmalarını xahiş etsələr və etdikləri cinayətlərə görə peşman olduqları bildirsələr, onda O, onların tövbəsini qəbul edər. Bütün qalan münafiqləri isə O, küfrə etiqad etdiklərinə və tövbə etmədiklərinə görə cəzalandıracaqdır.
Bu ayələr ona dəlalət edir ki, əgər insan Allahın dininə qarşı gizlicə bədxah niyyətdədirsə, Onu, Onun ayələrini və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) ələ salırsa, onda Fövqəluca Allah mütləq onun gizli niyyətini ifşa edəcək, onu ətrafdakıları qarşısında rüsvay edəcək və sərt cəzaya məruz qoyacaqdır. Bu ayələr onu göstərir ki, əgər insan Allahın Kitabını məsxərəyə qoyursa və ya Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) səhih Sünnəsinə sataşırsa və yaxud onlarda bir əskiklik axtarırsa, ya da Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) ələ salırsa və ya ona (ona Allahın salavatı və salamı olsun!) böhtan atırsa, onda o – kafirdir. Ayələr təsdiq edir ki, tövbə istənilən adamdan, hətta o, ən dəhşətli cinayətlər törətsə də, qəbul edilir.

ﮤ  ﮥ   ﮦ  ﮧ  ﮨﮩ  ﮪ  ﮫ  ﮬ   ﮭ  ﮮ  ﮯ  ﮰﮱ  ﯓ  ﯔ  ﯕﯖ   ﯗ    ﯘ  ﯙ  ﯚ  ﯛ

(9.67) “Münafiq kişilərlə münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Həm də xəsisdirlər. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqdirlər!”[8]

Münafiq kişilər və münafiq qadınlar bir-birilərinə bənzəyirlər[9], çünki bu yaramaz xislət onların hər birinə xas olan keyfiyyətdir. Onlar bir-birilərini sevirlər və bir-biriləri ilə dostluq  edirlər. Bu isə o deməkdir ki, möminlərin onlara dostluq münasibəti bəsləməyə haqları yoxdur.
Allah, bu barədə xatırlatdıqdan sonra, bütün münafiqlərə, - istər gənc olsun, istərsə də yaşlı, məxsus olan ümumi xüsusiyyətlərdən xəbər verir. Onlar insanları küfrə, əxlaqsızlığa və itaətsizliyə doğru yönəldir və haqq dindən, nəcib əxlaqdan, saleh əməllərdən və ləyaqətli davranışdan uzaqlaşdırırlar. Onlar o dərəcədə xəsis və tamahkardırlar ki, Allah xatirinə sədəqə verməmək və yaxşılıq etməmək üçün əllərini bərk-bərk yumarlar. Onlar Allahı nadir hallarda yada salar və buna görə Allah da onları unudar. O, onları Öz mərhəmətindən məhrum edir və onlara xeyirxahlıq etmələri üçün köməklik göstərmir. Axirət həyatında isə O, onlara Cənnət bağlarına girməyə imkan verməyəcək və onları əbədi qalacaqları Cəhənnəmin lap dibinə atacaqdır.
Doğrudan da, münafiqlər - əsil günahkarlardırlar. Onlar kimi bu vəsfə uyğun gələn kimsə yoxdur, çünki onların günahkarlığı bütün qalan insanların günahlılığından üstündür. Bunun dəlili – onların ən sərt cəzaya layiq görülə­cə­yi­dir. Bununla yanaşı, onlar, aralarında olduqları müsəlmanlar üçün təhlükə mənbəyidir və buna görə möminlər istənilən vasitə ilə onlardan çəkinməlidirlər.

  ﯜ  ﯝ   ﯞ  ﯟ  ﯠ  ﯡ   ﯢ  ﯣ   ﯤﯥ  ﯦ  ﯧﯨ  ﯩ   ﯪﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ

(9.68) “Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət etdi (mərhə­mətindən qovdu). Onları daimi bir əzab gözləyir!”

Fövqəluca Allah bütün münafiqləri və kafirləri – həm kişi və həm də qadınları, Cəhənnəmdə toplayacaqdır. Onların nəsibi – lənət və Cəhənnəmdə əbədi qalmaq olacaqdır[10]. Onlar əzabı birlikdə dadacaqlar, çünki dünya həyatında da bir yerdə kafirliyə etiqad edir, Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə düşmənçilik edərək, Onun ayələrini və möcüzələrini inkar edirdilər.

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ   ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ   ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ   ﭦ  ﭧﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ   ﭮﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ
(9.69) “(Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimi­siniz. Hələ onlar sizdən daha qüvvətli, mal-dövlət, övlad baxı­mından daha artıq idilər. Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özü­nüzdən əvvəlkilər kimi (dünya­dakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, Axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər edənlərdir!”
Ey münafiqlər! Siz sizdən əvvəl yaşamış mürtədlərə oxşayırsınız. Onlar da iman gətirməkdən boyun qaçırmışdılar, amma özlərini elə aparırdılar ki, guya mömindirlər. Lakin onlar sizdən daha qüdrətli idilər. Onların var-dövləti də və övladları da çox idi. Onlar nəsibləri olan dünya nemətlərindən ləzzət alır, Allahı zikr etməkdən və təqvalılığa etiqaddan isə imtina edirdilər. Onlar Allahın peyğəmbərlərinə etinasız yanaşır, onlara hörmətsizlik edir və öz aralarında onları lağa qoyurdular. Siz də nəsibiniz olan dünya nemətlərindən, sizdən əvvəlkilərin etdiyi kimi, həzz alırsınız. Siz də günah işlədir və faydasız söhbətlərə qurşanırsınız. Lakin unutmayın ki, onların əməlləri puç oldu və onlara nə dünyada, nə də ölümdən sonra (Axirət həyatı üçün) fayda vermədi. Onlar zərərə düşmüşlərin cərgəsinə düşdülər və siz də əməllərinizlə və əldə etdiklərinizlə onlardan fərqlənmirsiniz. Bu isə o deməkdir ki, sizi də belə müdhiş sonluq gözləyə bilər[11].

ﭴ  ﭵ   ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ   ﭿ  ﮀ  ﮁ  ﮂﮃ  ﮄ   ﮅ  ﮆﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ   ﮍ  ﮎ  ﮏ  ﮐ

(9.70) “Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özləri özlərinə zülm etmişdilər”.

Ey münafiqlər! Keçmişdə kafir xalqların cəzalandırıldığı kimi, sizə də o cəzalardan nəsib ola bilər. Nuhun (ə) xalqı, adlar, səmudlar, İbrahimin (ə) xalqı, Mədyənin sakinləri və sonradan bərbad hala salınmış şəhərlərdə məskunlaşan Lutun (ə) xalqı – onların hamısı aralarında açıq-aşkar haqqı təbliğ edən və şeylərin əsil mahiyyətini onlara izah edən elçiləri rədd etmişdilər[12]. Allah bu kafirlərin, sizin cinayətlərinizə bənzəyən günahlarına görə, köklərini necə kəsdiyi barədə artıq sizə bildirmişdir. O, onları cəzalandırmışdır, lakin onlara zalımlıq etməmişdir. Əksinə, onlar öz Rəbbinə itaətsizlik etməyə cəsarət göstərməklə, Onun elçilərinə itaətdən boyun qaçırmaqla və hər cür inadkar zalımların ardıyca getməklə özləri özlərinə sülm etmişdilər.

ﮑ  ﮒ  ﮓ   ﮔ  ﮕﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ     ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ   ﮢﮣ  ﮤ  ﮥ  ﮦﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ
(9.71) “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayan­dırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz Qüvvət Sahibi, Hikmət Sahibidir!”

Münafiqlərin bir-birinə məxsus olduqlarını xatırlatdıqdan sonra, Fövqəluca Allah xəbər verir ki, iman gətirənlər də bir-birilərinin dostudur. Onların məziyyətlləri münafiqlərinkinin tamamilə əksinədir. Onlar bir-birilərini sevir, bir-biriləri ilə dostluq edir və bir-birilərinə yardım göstərirlər. Onlar insanları bəyənilən şeylərə[13], yəni düzgün baxışlara, saleh əməllərə və ləyaqətli davranışa dəvət edirlər. İlk növbədə, onlar özləri buna riayət edirlər. Onlar insanları qınanılan şeylərdən, yəni yanlış nəzər nöqtələrindən, yaramaz əməllərdən və nöqsanlı əxlaqdan çəkindirirlər. Bununla yanaşı, onlar yorulmadan Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət edirlər. Buna görə Allah Öz kölgəsini onlardan əsirgəməyəcək və onlara böyük nemətlər qismət edəcəkdir. Onun gözəl adları arasında – Qüdrətli və Müdrik adları haqqında. O, əzəmətə və qüdrətə, hökmə və müdrikliyə malikdir və onların əsasında hər şeyi öz yerində yerləşdirir və yaratdıqlarına və hökm verdiyi hər şeyə görə həmd olunmağa layiqdir. Sonra Fövqəluca Allah Özünün mömun qulları üçün hazırlanmış savabdan bəhs edir:  

   ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ   ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝﯞ   ﯟ  ﯠ  ﯡ  ﯢﯣ  ﯤ  ﯥ   ﯦ    ﯧ  ﯨ

(9.72) “Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!”[14]

Cənnət bağlarında insanlara nə əzab və nə də qəm verməyən hər növ sevinc və ləzzətlər cəm edilmişdir. Sarayların, yüksək evlərin və Cənnət ağaclarının arasında şırıldayan çaylar axır və öz suları ilə bütün gözəllikləri Fövqəluca Allahdan başqa heç kimə məlum olmayan füsunkar bağları sulayır. Möminlər orada əbədi olaraq qalacaqlar və özləri üçün ürəklərindən başqa bir şey keçməyəcək. Onların mənzilləri Allahın müttəqi qullarının qəbulu üçün bəzə­diləcək və hazırlanacaqdır. Cənnət mənzərələri, uca evlər və istirahət yerləri o dərəcədə füsunkar olacaqdır ki, insan arzusunun hüdudunu təcəssüm etdirə­cəkdir. Onların otaqları elə təmiz və qəşəngdir ki, içəridə olanlar çölündə nə baş verdiyini görəcək, çöldəkilər də içəridəkiləri görə biləcəklər. Bu füsunkar mən­zillər həqiqətən insanların qəlbinin onlara doğru can atmasına layiqdir. İnsan qəlbi həmişə onların həsrətində olmuşdur, çünki o mənzillər Ədəm bağlarında - əbədiyyət bağlarındadır və möminlər onları heç vaxt tərk etməyəcəklər.
Allahın Cənnət sakinlərini əhatə edən lütfkarlığı Cənnətin digər gözəlliklərindən qat-qat üstün olacaqdır. Bu gözəlliklər Rəbbin üzünü görmək və Onun lütfkarlığını öz üzərində hiss etmək imkanı olmadan möminlərə layiqincə səadət bəxş etməzdi, çünki məhz bu, Allaha ibadət edən və Onu sevən qulların müqəddəs arzusudur. Doğrudan da, yerin və göylərin Rəbbinin mərhəməti hər cür Cənnət ləzzətlərindən üstündür. Bu, böyük uğurdur ki, onun sayəsində insan ən çox arzuladığı şeyə nail ola bilər, hər cür xoşagəlməzliklərdən xilas ola bilər və gözəl və cahcəlallı həyat sürməyə başlaya bilər. Ey Allah, Öz mərhəmət və səxavətinlə bizi o salehlərdən biri et!   

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗﭘ   ﭙ  ﭚﭛ  ﭜ  ﭝ  ﭞ

(9.73) “Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!”

Ey Peyğəmbər, kafirlər və münafiqlərlə mübarizə apar və şərait tələb etdikdə onlara qarşı amansız ol![15] Bu ayədə mübarizə ifadəsi ilə təkcə əldə silahla döyüşmək deyil, həm də dəlil və sübutların vasitəsilə mübarizə aparmaq nəzərdə tutulur. Əgər kafirlər müsəlmanlara qarşı döyüşürlərsə, onda onlarla mübarizəni həm sözlə və əməllə və həm də qılınc və nizələrlə  aparmaq lazımdır. Əgər kafirlər müsəlmanlara məğlub olurlarsa və onlarla sülh müqaviləsi və ya saziş bağlayırlarsa, onda onlarla dəlil və sübutların vasitəsi ilə mübarizə aparılaraq, İslamın üstünlüyü, müşrikliyin və kafirliyin yanlışlığı onlara izah edilməlidir. Belə aqibət kafirləri dünya həyatında gözləyir, ölümdən sonra isə onların cığınacağı alov püskürən Cəhənnəm olacaqdır ki, onlar oranı heç vaxt tərk etməyəcəklər.

ﭟ  ﭠ   ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ        ﭪ  ﭫ  ﭬ  ﭭﭮ  ﭯ  ﭰ  ﭱ       ﭲ  ﭳ  ﭴ  ﭵ   ﭶ  ﭷﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽﭾ  ﭿ  ﮀ  ﮁ    ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ    ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ

(9.74) “(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmiş­dilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələ-­ rinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlan­-  dır­masıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllə­rin­­­dən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz dön­dərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!”

Münafiqlər and içirlər ki, heç bir pis söz deməmişlər, halbuki, əslində, onlar İslam dinini və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) məsxərəyə qoymuşdular. Hətta onlardan biri söz vermişdi ki, qüdrət sahibi olan zənginlər aciz  müsəlmanları mütləq Mədinədən qovacaqlar. Onlar biləndə ki, söylədikləri bəzi sözlər Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qulağına çatmışdır, onun (ona Allahın salavatı və salamı olsun!) yanına gəlmiş və Allaha and içməyə başlamışdılar ki, belə bir şey deməyiblər.
Fövqəluca Allah onların yalançı iddialarını təkzib edərək, bildirir ki, onlar artıq kafirliyi təsdiq edən sözü işlətmişlər və kafir olmuşlar. Onların bundan əvvəlki davranışına əsasən, onların İslamı qəbul etdiklərini və küfrün qucağını tərk etdiklərini demək olardı, lakin onların sonrakı ifadələri imanını pozdu və onları yenə allahsızlığın ağuşuna atdı.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Təbuk yürüşünə çıxarkən müşriklər onu (ona Allahın salavatı və salamı olsun!) öldürmək niyyətindəymişlər, lakin Fövqəluca Allah onların niyyətlərini ona (ona Allahın salavatı və salamı olsun!) bildirmişdi və o (ona Allahın salavatı və salamı olsun!), sui-qəsdçilərin istəyinə manə olan tədbirlər görmüşdü. Onların Elçidən (ona Allahın salavatı və salamı olsun!) intiqam almağa və ya onda (ona Allahın salavatı və salamı olsun!) hər hansı bir nöqsan tapmağa heç bir əsasları yox idi. Onlar ondan (ona Allahın salavatı və salamı olsun!) yalnız ona görə intiqam almaq istəyirdilər ki, Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) onları dilənçilikdən xilas etməklə onlara iltifat göstərmiş­dilər. Acınacaqlı şəraitdə yaşayan miskin insanların onları cəhalət zülmətindən nura çıxmağa və varlanmağa kömək edəni lağa qoyması necə də qəribədir? Məgər belə bir insana iman gətirilməli və ona layiqincə ehtiram bəslənilməməliydi?!!
Sonra Allah münafiqlərə tövbə etməyi təklif edir və bildirir ki, tövbə onlara çox xeyir gətirərdi, çünki məhz tövbə həm bu dünyada və həm də ölümdən sonra xoşbəxtliyin rəhnidir. Lakin onlar tövbə etməkdən və Allahın yoluna qayıtmaqdan imtina edərlərsə, onda onlar həm bu dünyada və həm də Axirətdə əzabverici cəzaya məruz qoyulacaqlar. Bu dünyada onlar kədərlənəcək və Allahın Öz dinini müdafiə etməsindən, Öz Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) uca tutmasından və münafiqlərə istədiklərinə nail olmağa imkan verməməsindən iztirab çəkəcəklər, Axirət həyatında isə onlar Cəhənnəm odunda cəzanı dadacaqlar. Yer kürrəsi sakinlərindən heç kim onlara himayə etmək, işlərini sahmana salmaq və öz məkrli planlarını həyata keçirməyə yardım göstərmək və onları bədbəxtliklərdən və xoşagəlməz hallardan qorumaq məqsədilə heç kim onlara kömək etmək istəməyəcəkdir. Doğrudan da, əgər insan Fövqəluca Allahın himayəsindən məhrum edilirsə, onda yalnız şər və ziyan, bədbəxtlik və məhrumiy­yətlər onun nəsibi olur.

ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ   ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ   ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ    ﮩ ﮪﮫﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ   ﯓ   ﯔ  ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ ﯛ  ﯜ   ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ   ﯥﯦ

(9.75) “(Münafiqlərin) bəzisi də Allahla belə əhd etmişdir: “Əgər Allah bizə Öz nemətindən bəxş etsə, biz mütləq sədəqə verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq”.
(9.76) “(Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan etdikdə xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!”
(9.77) “(Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları Günə (Qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı”.
(9.78) “Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərin­dəki) sirlərini də bilir, gizli danışıqlarını da. Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!”

Münafiqlərin arasında elələri də var ki, Allaha söz verib and içiblər və əgər O, onlara bol maddi nemət əta etsə, onlar mütləq zəkat verəcək, qohumluq əlaqələri saxlayacaq, qonaqlara hörmətlə yanaşacaq, öz haqqını qoruyanları müdafiə edəcək və digər xeyirxah əməllər yerinə yetirəcəklər. Allah da onları maddi nemətlərlə təmin etdi, lakin onlar öz vədlərini yerinə yetirmədilər. Bundan başqa, onlar Allaha itaət etməkdən yayındılar və xeyirxah əməllərə heç bir əhəmiyyət vermədilər. Onlar öz  vədini pozdular və Allah da onları sərt cəzaya düçar etdi. O, münafiqliyi onların qəlbinə saldı ki, onlar ondan Qiyamət gününə qədər xilas ola bilməyəcəklər. Onlar özləri belə cəzaya səbəb oldular, çünki xəsislik və yalançılıq etməyə başladılar. Qoy möminlər bu çirkin keyfiyyətlərdən qorunsunlar və əgər onlar Allaha yaxşı əməllər edəcəklərinə söz vermişlərsə, onda Allah onların arzusunu gerçəkləşdirdikdən sonra, qoy öz vədlərini pozmasınlar. Doğrudan da, belə adamlar, özlərindən əvvəlkilər cəzalandırıldıqları kimi, münafiqliyə düşə bilərlər.
Əl-Buxari və Müslimin toplularında verilən bir səhih hədisdə rəvayət edilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Munafiqə üç xislət xasdır: bir söz danışırsa, yalan deyir; müqavilə bağlayırsa, onu xaincəsinə pozur və söz verirsə, onu yerinə yetirmir”.
Allah onlara nemət verəcəyi təqdirdə sədəqə paylayacaq­larını və mömin kimi yaşayacaqlarını Onun qarşısında vəd edən münafiqlər bütün bu keyfiy­yətlərə malik idilər. Onlar yalan danışdılar, əhdlərini xaincəsinə pozdular və vədlərini yerinə yetirmədilər. Buna görə, Allah onları hədələyir və vəd edir ki, onlar, Ona yaxşı məlum olan, cinayətlərinə görə  mütləq əvəz alacaqlar.
Bu ayələr Sələbə adlı münafiq haqqında nazil edilmişdi. O, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gələrək, ondan (ona Allahın salavatı və salamı olsun!) xahiş edir ki, onun üçün Allaha dua etsin. O deyir ki, əgər Allah ona Öz səxavəti sayəsində nemət əta edərsə, hökmən sədəqə verməyə, qohumluq əlaqələri saxlamağa və öz haqqını müdafiə edənlərə yardım etməyə başlayacaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onun üçün dua edir və bundan sonra onun qoyun sürüsü sürətlə artmağa başladı. Sürü o qədər çoxsaylı oldu ki, Sələbə onları Mədinənin hüdudlarından kənarda otarmağa məcbur oldu və o zaman o, bütün vacib namazlara gəlməməyə başladı. Sonra o, adamlardan uzağa köçdü və təkcə cümə namazlarında görünməyə başladı. Daha sonra onun sürüləri daha da artdı və o, ümumiyyətlə camaatla və cümə namazları qılmaqdan əl çəkdi.
Bir dəfə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onun gözə görünmədiyi hiss etdi və ona (ona Allahın salavatı və salamı olsun!) nə baş verdiyini izah etdilər. Zəkat yığmaq üçün adamları göndərərkən, onlara Sələbənin yanına getməyi də tapşırdı. Onlar onun yanına gəldikdə, o dedi: “Bu ki, vergidir! Bu vergiyə oxşayır!” O, zəkat verməkdən imtina etdi və zəkat yığanlar bu barədə Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) xəbər verdilər. Bunu eşidib, o (ona Allahın salavatı və salamı olsun!) üç dəfə: “Vay Sələbəyə!” – dedi.
Bu ayələr nazil edildikdə qohumlarından biri bu barədə ona xəbər verdi. Belə olduqda, o, zəkatı Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) gətirdi, lakin o (ona Allahın salavatı və salamı olsun!) onları qəbul etmədi. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) vəfatından sonra, o, zəkatı Əbu Bəkrə (A.o.r.) verməyə cəhd göstərdi, o (A.o.r.) isə həmçinin qəbul etməkdən boyun qaçırdı. Əbu Bəkrin vəfatından sonra o, zəkatı Ömərə (A.o.r.)  verməyə çalışdı,  lakin o da onları qəbul etmədi. Deyirlər ki, Sələbə ömrünün sonuna kimi zəkatı ödəyə bilmədi və Osmanın hakimiyyəti dövründə öldü.
Daha sonra Fövqəluca Allah münafiqlərin növbəti utanc gətirən hərəkətindən xəbər verir. Allah onları rüsvay etsin! Onların İslam dininə nifrət bəsləmələri o dərəcədə güclü idi ki, onlar istənilən dini hökmləri və müsəlmanların xeyirxah əməllərini yamanlayırdılar. Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) adamları sədəqə paylamağa dəvət edəndə, müsəlmanlar ləngimədən bu əmri yerinə yetirməyə başlayırdılar. Onlardan hər biri öz imkanların uyğun olaraq sədəqə verirdi. Bəziləri çoxlu sədəqə verir, digərləri isə ancaq cüzi bir şey verməyə imkan tapırdılar. Bu zaman münafiqlər çoxlu sədəqə verən müsəlmanlara deyirdilər: “Siz şöhrət xatirinə belə edirsiniz və öz xeyirxah əməllərinizi nümayiş etdirirsiniz”. Cüzi sədəqə gətirənlərə isə deyirdilər: “Allahın sizin dilənçi payınıza ehtiyacı yoxdur!” Belə olduqda, Fövqəluca Allah növbəti ayəni nazil etdi:

ﯧﯨ ﯩﯪ ﯫ  ﯮﯯﯰﯱ    ﯲ   ﯳ  ﯴﯵ  ﯶ   ﯷ  ﯸ   ﯹ    ﯺ  ﯻ  ﯼ

(9.79) “Könüllü surətdə sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni verən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxə­rəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!”

Münafiqlər bol sədəqə paylayan müsəlmanları nümayişkə­ranəlikdə və özünütərifləməkdə günahlandırır və sədəqə vermək üçün böyük çətinliklə vəsait tapan yoxsul möminləri incidirlər. Münafiqlər onlara rişxənd edirlər və hökmən müvafiq əvəz alacaqlar. Allah isə onları Özü məsxərəyə qoyacaq və şiddətli əzaba düçar edəcəkdir. Onların dediyi sözlər o dərəcədə dəhşətlidir ki, eyni vaxtda özündə bir neçə günahı ehtiva edir.
Birincisi, onlar möminlərin əməllərini izləyirdilər ki, onlara yersiz irad tutmağa imkan tapsınlar, halbuki Fövqəluca Allah buyurmuşdur: “Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!” (Nur, 24/19).
İkincisi, onlar möminləri təkcə haqq dini qəbul etdiklərinə görə yamanla­yırdılar, çünki özləri Allaha iman gətirməkdən imtina edir və Onun dininə nifrət bəsləyirdilər.
Üçüncüsü, müsəlmanları söymək, hətta bu dünyəvi məsələlərə aid ol­sa belə, ağır günahlardandır. Daha ağır cinayət müsəlmanları onların İslama mənsubiyyəti ilə əlaqədər söyməkdir.
Dördüncüsü, əgər insan Allahın hökmünü yerinə yetirirsa və könüllü saleh əməllər işləyirsə, onda ətrafdakılar ona kömək etməli və onu ruhlandırma­lı­­dırlar, lakin münafiqlər qəlbə dəyən sözləri və təhqirləri ilə insanları xeyirxah əməllərdən çəkindirirdilər.
Beşincisi, münafiqlərin çoxlu sədəqə verən möminlər haqqında: “onlar bunu şöhrət xatirinə edirlər” demələri yalançı iyrənc söz idi. Onlar qeybə məxsus olan bir şey haqqında öz zənlərinə əsaslanaraq mühakimə yürütməyə cəsarət edirdilər. Bundan da yaramaz cinayət nə ola bilər?!!
Altıncısı, Allahın qullarının az miqdarlı sədəqələrinə ehtiyacı olmaması fikri əxlaqsız mahiyyət daşıyır. Şübhə yox ki, O, xeyriyyəçilərin ianələrinə, onların həcmindən asılı olmayaraq, qətiyyən möhtac deyil. Bundan başqa, O, göylərdə və yerdə məskunlaşan məxluqlarının heç birinə möhtac deyil. Buna baxmayaraq, O, qullarına onların özlərinin ehtiyacı olan hökmlər nazil etmişdir. O, onlara ehtiyac duymur, amma onlar Ona möhtacdırlar. Fövqəluca Allah buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (savabını alacaqdır)” (Zəlzələ, 99/7). Lakin tamamilə aydındır ki, münafiqlər öz sözləri ilə insanları saleh əməllər işləməkdən çəkindirməyə can atırdılar və buna görə də Allah Özü onları şiddətli cəzaya məruz etməklə məsxərəyə qoyacaqdır.

   ﭑ    ﭒ  ﭓ   ﭔ  ﭕ  ﭖ  ﭗ   ﭘ  ﭙ  ﭚ  ﭛ   ﭜ  ﭝ ﭞ  ﭟﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥﭦ   ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ

(9.80) “(Ey Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!”

Fövqəluca Allah ayədə bildirir ki, münafiqlərə görə bağışlan­malarını xahiş etmək mənasızdır, çünki O, onları bağışlama­ya­caqdır, hətta Elçi (ona Allahın salavatı və salamı olsun!) onların bağışlanması üçün yetmiş dəfə xahiş etsə də. Əlbəttə, bu – mübali­ğədir və qətiyyən onu bildirmir ki, daha uzunmüddətli dualar onlara xeyir gətirə bilər. Allah buyurur: “Sən onların bağışlanma­sını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!” (Munafiqun, 63/6).
Sonra Allah onlara Rəbbin bağışlamasına nail olmalarına yol verməyən səbəb haqqında xəbər verir. Bu səbəb onların Allaha və Onu Elçisinə (ona Allahın salavatı və salamı olsun!) inanmamalarıdır, çünki insan kafir qaldıqca, bağışlanma haqqında dualar və digər əməllər ona heç bir fayda vermir. Axı Allah, ayrılmaz məziyyətləri şərəfsizlik olan günahkarları düz yola yönəltmir. Onlar günahdan başqa heç bir şey istəmirlər və belə vəziyyəti dəyişməyi də arzu etmirlər. Onlar aydın həqiqəti dinləyir, sonra onu rədd edirlər və buna görə Fövqəluca Allah onları cəzalandıraraq bir daha düz yola yönəltmir.


ﭭ  ﭮ   ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ   ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ   ﭽ  ﭾ  ﭿﮀ  ﮁ  ﮂ  ﮃ   ﮄ      ﮅﮆ  ﮇ   ﮈ        ﮉ  ﮊ

(9.81) “(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Elçisinə qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ey Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!”

Münafiqlər evdə qalmalarına sevinirdilər. Onlar buna heç bir əhəmiyyət vermirdilər, axı onlar iman gətirənlər deyildilər və kafirliyi haqq dindən üstün tuturdular. Onlar yürüşdə iştirak etməkdən imtina edəndə nəinki sadəcə günah etmişdilər. Onlar Allaha itaətsizlik göstərdiklərindən məmnun idilər və buna sevinirdilər. Öz mallarını ianə verməklə  və canlarını təhlükə altında qoymaqla Onun yolunda döyüşmək onlarda nifrət doğururdu. Onlar üzürlü səbəblər üzündən evdə qaldıqlarına görə bərk kədərlənən möminlərə qətiyyən oxşamır­dılar. Doğrudan da, möminlər öz mallarını qurban verərək və canlarını təhlükə altında qoyaraq Allah yolunda döyüşməyi sevirlər, çünki onların qəlbində iman kök salmışdır və buna görə də onlar öz Rəbbinin mərhəmətinə və xeyirxahlığına güvənirlər.
Münafiqlər deyirdilər: “Belə isti havada yürüşə çıxmaq çox ağırdır”. Onlar Axirətdə əbədi və kamil istirahət əvəzinə bu dünyanın fani və narahatçılıqlarla dolu istirahətinə üstünlük verdilər. Onlar kölgədə daldalanması mümkün olan, səhər və axşam çağları isə yoxa çıxan hərarətdən qorxaraq, istiliyinin dərəcəsini təsəvvür etmək belə mümkün olmayan Cəhənnəmin yandırıb-yaxıcı odunu unudmuşdular. Əgər onlar bunu başa düşsəydilər, əbədi səadət əvəzinə, keçici zövqlərə üstünlük verməz, əhəmiyyətsiz və qısamüddətli çətinliklərdən qaçınmaq xatirinə özlərini  əzablı və əbədi işgəncələrə məruz qoymazdılar.

  ﮋ  ﮌ  ﮍ  ﮎ        ﮏ  ﮐ  ﮑ        ﮒ  ﮓ

(9.82) “Qazandıqları (günahların) cəzası olaraq qoy az gülüb, çox ağlasınlar!”
Qoy onlar bu narahat dünyanın nemətlərindən zövq alsınlar, onun gözəlliklərinə sevinsinlər və faydasız məşğələlərlə əylənsinlər. Bütün bunlar onlara imkan verəcək ki, əbədi olaraq məşəqqətli cəzanın burulğanında qalsınlar.  Kafirliyə etiqad etmələrinin, münafiqcəsinə müsəlman olduqlarının göstərmələ­rinin və öz Rəbbinin hökmlərini yerinə yetirməkdən imtina etmənin əvəzi belə olacaqdır!

ﮔ  ﮕ  ﮖ  ﮗ     ﮘ   ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ   ﮢ  ﮣ  ﮤﮥ  ﮦ      ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ   ﮬ  ﮭ  ﮮ

(9.83) “Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: “Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!”

Ey Muhəmməd! Əgər Allah sənə icazə versə ki, üzürlü səbəb olmadan evlərində qalanlara və bu əməlinə təəssüflənməyənlərə qayıdasan, bil ki, onlar özlərinə yüngül gələn digər döyüşlərdə iştirak etmək istəyərlər. Onlar səndən bu barədə soruşsalar, de: “Siz bir daha mənimlə hərbi yürüşə getməyəcək və bir daha mənimlə birlikdə döyüşməyəcəksiniz. Allahın sizə ehtiyacı yoxdur. Siz birinci dəfə düşmənlə döyüşməyə çağırılanda evdə qalmağa sevindiniz və buna görə də siz həmişə cihadda iştirak etməyənlərlə qalmalı olacaqsınız”.
Buna oxşar bir ayədə Fövqəluca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq” (Ənam, 6/110). Əgər insan dini hökmü yerinə yetirmək imkanı yarandıqda ondan imtina edirsə, onda Allah ona bu hökmü sonradan yerinə yetirməyə kömək göstərmir və bir çox şərtlər bunu onun etməsinə mane olur.
Münafiqlərlə belə rəftar onlar üçün cəza idi, çünki bütün müsəlmanlara məlum olmuşdu ki, Allah onlara cihadda iştirak etməyi, onlar Ona ilk çağırışda itaətsizlik göstərdiklərinə görə, qadağan etmişdi. Münafiqlər üçün bu rüsvayçılıq və cəza idi, qalanları üçün isə belə hərəkətlərin edilməməsi xəbərdarlıq.

ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯗ   ﯘ   ﯙ  ﯚﯛ  ﯜﯝ ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ   ﯣ

(9.84) “Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər”.

Ey Muhəmməd! Münafiqlərdən heç kimə cənazə namazı qılma, dua oxumaq üçün qəbrinin başında dayanma! Sənin duaların və sənin ölünün qəbri yanında olman onun üçün şəfaətdir, lakin münafiqlərə heç kimin şəfaəti kömək etməz. Onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən imtina etmiş və fasiqlər kimi ölmüşlər. Əgər insan ölənədək fasiq qalmışsa, onda heş kimin şəfaəti ona heç bir fayda verə bilməz. Bu – münafiqlər üçün cəza və bütün qalanlar üçün ibrət dərsidir.
Bu ayədən aydın olur ki, münafiqlər üçün cənazə namazı qılmaq olmaz. Eyni zamanda, vəfat etmiş möminlər üçün onu qılmaq və habelə onların qəbri yanında dayanaraq, onlar üçün dua etmək olar. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) məhz belə edərdi. Allah ona (ona Allahın salavatı və salamı olsun!) münafiqlərin qəbri yanında dayanmağı və qadağan etmişdi, bu isə, onun (ona Allahın salavatı və salamı olsun!) mömin mərhumların məzarı yanına tez-tez  gəlib dayanmasına dəlalət edir.

ﯤ  ﯥ  ﯦ  ﯧﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭ   ﯮ  ﯯ  ﯰ   ﯱ  ﯲ  ﯳ  ﯴ  ﯵ

(9.85) “Onların nə var-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər”.

Allahın bu dünyada münafiqlərə var-dövlət və övladlar bəxş etməsinə aldanma. Bu, onları heç də şərəfləndirmir. Tamamilə əksinə, bu dünyanın firavanlığı, rifahı onlar üçün alçaldılmadır. Maddi aləmdə zənginlik və uşaqlar cəzadır, çünki onlar əldən düşənə qədər işləyir, maddi nemətlər qazanmağa cəhd göstərir və onları itirəcəklərindən vahiməyə düşürlər və onlardan heç bir məmnunluq duymurlar. Bundan başqa, maddi nemətlər onlara daima nara­hat­çılıq və çoxsaylı bəlalar gətirir, onlar dünya həyatından, kafir olaraq, ayrıla­nadək, onları Allahdan və Axirətdən yayındırır. Maddi nemətlərə bəslənən məhəbbət onları qalan hər şeydən məhrum edir və onlar hətta öləndə belə ürəkləri maddi ləzzətlərə bağlı qalır və onlardan mümkün qədər daha çox həzz almaq həvəsi ilə yanır.

  ﯶ   ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯼ  ﯽ  ﯾ  ﯿ   ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄ  ﰅ  ﰆ  ﰇ  ﰈ

(9.86) “Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!” – deyərlər”.

Fövqəluca Allah izah edir ki, münafiqlər həmişə Onun hökmlərinə olduqca könülsüz itaət edirlər. Quran surələri və ayələri onlara təsir göstərmir. Allaha iman gətirilməsi ilə və Onun yolunda buruşmaqla bağlı surə nazil edildikdə, varlılar və təmin olunmuş münafiqlər evdə qalmaq və cihadda iştirak etməmək üçün icazə istəyirlər, halbuki buna görə onların üzürlü səbəbi yoxdur, çünki Allah onları sərvət və övladlarla təmin etmişdir. Bəs onda niyə onlar Ona min­nət­darlıq etməkdən, Onun şanını ucaldaraq Ona həmd etməkdən və Onun hökmlərini yerinə yetirməkdən imtina edirlər? O, onların taleyini asanlaşdır­mışdır, onlar isə zəhmət çəkmək istəmir və evdə qalmağa icazə verilməsi üçün yalvarırlar.

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ    ﭚ   ﭛ  ﭜ

(9.87) “Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də (Allahın öyüd-nəsihətini, cihadın savabını, ondan boyun qaçırmağın rəzalətini) anlamazlar”.

Necə oldu ki, onlar cihadda iştirak etməyən qadınlarla birlikdə qalmağa qane oldular? Onları bu qərarı qəbul etməyə hansı düşüncələr və ya nəticələr sövq etdi? Yaxud onların qəlbi elə möhürlənib ki, artıq xeyirxahlıq gətirməyə qadir deyillər və fayda və uğur gətirən işlər görməyi daha arzulamırlar? Onlar doğrudan da nəyin onlara fayda verə biləcəyini anlamırlar. Əgər onlar bunu başa düşsəydilər, heç vaxt əsil kişilərə layiq olmayan bu hərəkətə qədər alçalmazdılar.

ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ    ﭢ  ﭣ  ﭤﭥ  ﭦ  ﭧ  ﭨﭩ   ﭪ  ﭫ  ﭬ  ﭭ

(9.88) “Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!”

Əgər münafiqlər müqəddəs müharibədə iştirak etməkdən imtina edirlərsə, onda bilməlidirlər ki, Allaın onlara ehtiyacı yoxdur. Onun məxluqları arasında seçilmiş qulları var ki, O, onları Öz mərhəməti ilə şərəfləndirmişdir və onlar özlərinə həvalə edilmiş vəzifəni nöqsansız icra edirlər. Bunlar – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və digər möminlərdir. Onlar Allah yolunda döyüşür, öz mallarını qurban verir və canlarını hər hansı təhlükə qarşısında əsirgəmirlər. Onlar tənbəllik etmir və yorulmaq bilmirlər və Allah yolunda mübarizə etmək imkanı qazandıqlarına görə sevinirlər. Onlar üçün həm bu dünyada və həm də ölümdən sonra böyük savablar hazırlanmışdır və onlar uğur qazanmış salehlər sırasında arzu etdikləri müqəddəs istəklərinə nail olacaqlar.

ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ   ﭳ  ﭴ  ﭵ      ﭶ  ﭷﭸ  ﭹ  ﭺ      ﭻ  ﭼ

(9.89) “Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altın­dan çaylar axan Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur!”[16]

Vay o kəslərin halına ki, onlar bu möminlərin üstün saydıq­larını üstün tutmurlar! Vay o kəslərin halına ki, öz imanlarına zərbə vurdular və öz həyatlarını həm bu dünyada və həm də ölümdən sonra üçün məhv etmişlər! Bu vəhy digər bir ayəyə bənzəyir: “(Ey Elçim, müşriklərə) de: “İstər (Qurana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (Tövrat və İncil verilmiş Kitab əhli) yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar” (İsra, 17/107);
“Onlar Bizim Kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik)” (Ənam, 6/89).

ﭽ   ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮅ               ﮆ  ﮇﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ    ﮏ
(9.90) “Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir”.

Bədəvi ərəblər arasında elələri oldu ki, Allahın hökmlərinə laqeyd yanaş­dılar və yürüşə çıxmamaq üçün icazə istəməyə başladılar. Onlar o dərəcədə kobud və abırsız idilər ki, özlərini doğrultma üçün uydurduqları bəhanələrinin həqiqətə uyğunlu­ğuna heç əhəmiyyət belə vermirdilər. Bunun səbəbi isə onları kəmetiqadlılığı idi. Onlardan Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməyən­lər, ümumiyyətlə, özlərini doğrultmaq üçün heç bir əsas gətirmədilər.
Bir başqa şərhə görə isə, burada söhbət, həqiqətən də, yürüşə getməməyə üzürlü səbəbləri olan bədəvilərdən gedir. Onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib üzr və bəraət qazanma istəyirdilər, çünki o (ona Allahın salavatı və salamı olsun!), həmişə özlərinə haqq qazandır­maq istəyənlərin inandırıcı sübutlarını qəbul edirdi. Amma onlardan Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yalan söyləyənlər yürüşdə iştirak etməkdən imtina edənlər idi. Onlar özlərini yalandan mömin adlandırırdı və unudurdular ki, məhz iman onları yürüşə çıxmağa məcbur edirdi. Buna görə Allah onlara həm bu dünyada və həm də ölümdən sonra şiddətli cəzalandıracağını vəd etmişdi.


ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ    ﮗ  ﮘ     ﮙ    ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡﮢ   ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ
(9.91) “Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah Bağışlayandır, Rəhm edəndir!”

Evində qalmağı xahiş etməyə gələnlər arasında elə adamlar var idi ki, onlar üzürlü səbəblərə malikdilər və elələri də var idi ki, buna əsasları yox idi. Fövqəluca Allah bunları xatırlatdıqdan sonra cihadda kimin iştirak etməməsinə icazə verildiyini bildirir. Belə adamlara: fiziki vəziyyəti və zəif görmə qabiliyyəti onlara yürüş və döyüş əməliyyatlarında iştirak etməyə imkan verməyən zəif kişilər. Onlara aid olanlar: xəstəliyə tutulması nəticəsində yürüşlərdə və müharibədə iştirak etmək gücü olmayanlar. Belə xəstəliklər adı altında şikəstlik, korluq, qızdırmalı, iflic və digər ağır xəstəliklər və xəstələr nəzərdə tutulurdu. Həm də cihadda iştirak etməməyə kifayət qədər ərzaq və nəqliyyat vasitəsi almaq üçün vəsaiti olmayanlara da icazə verilirdi. Bütün sadalanan dərəcələrdən olan insanlar müqəddəs müharibəyə getmədikdə, əgər onlar səmimi olaraq Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmişlərsə,  günah etmirlər və ilk imkan yaranan kimi, qəti niyyətlə müharibəyə yola düşməyə hazır olurlar və əllərindən gələn hər şeyi edirlər ki, ətrafdakıları Onun yolu uğrunda mübarizəyə dəvət etsinlər.
Möminlər heç vaxt qınağa layiq görülmürlər, çünki onlar həmişə Allah və Onun qulları qarşısında vəzifələrini nöqsansız yerinə yetirirlər. Əgər insan gücü çatdığı xeyirxah bir işi görürsə, onda o, onun imkanlarından xaric olan əməllərə görə məsuliy­yətdən azad edilir.
Bu ayədən bir müdrik qayda aydın olur: əgər bir nəfər bir başqasına maddi və ya fiziki kömək etmək niyyətində olduğu halda həmin şəxsə ziyan vurarsa, o, ziyanın ödənilməsinə görə məsuliyyət daşımır, çünki o, xeyirxah bir iş görmək niyyətində idi, xeyirxahlıq etmək istəyən isə heç vaxt qınağa layiq olmur. Lakin əgər insan ziyan vurmağa hazırlaşmışsa və ya etinasızlıq etmişsə, onda o, vurulmuş ziyanı ödəməlidir.
Əfv edən və Rəhmli adları Allahın gözəl adları arasındadır. Öz mərhəməti və lütfkarlığı sayəsində Allah müəyyən xeyir­xahlıqlar etmək imkanı olmayan insanların hamısını bağışlayır və onları, müəyyən xeyirxahlıqlar göstərməyə qəti niyyətləri oldu­ğuna görə, imkanı olan və bu xeyirxah əməlləri işlədən möminləri mükafatlandırdığı kimi, mükafatlandırır.

   ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯗ   ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ    ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ 



[1] Ayənin tərcüməsi redaktə edilmişdir. F.S.

[2] İkiüzlülüyünü. F.S.
[3] Ayənin tərcüməsinin mətni qismən redaktə edilmişdir. F.S.
[4] Əllərinə cüzi bir bəhanə düşən kimi namaz qılmaqdan asanlıqla təxirə salırlar. Tərc. F.S.
[5] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[6] Rus dilindəki tərcümədə “Fadıha” “İfşaedici” («Разоблачающая») kimi verilmişdir. Təbəri Təfsirində isə “Tövbə” surəsi “Rüsvay edən” (“Fadıha”) kimi göstərilmişdir. Əslində də, surədə münafiqlərin rüsvay edildiyi bildirilir (Əbu Cəfər Muhamməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, Hisar Yayınevi, TC, 4/317). Tərc. F.S.
[7] Mücahid deyir ki: “Münafiqlər öz aralarında müsəlmanların əleyhinə danışır və sonra da deyirdilər ki, “Yəqin ki, Allah bu dediyimiz gizli sözləri aşkar etməz”. Ayədə də buna işarə edilir. (Əbu Cəfər Muhamməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, Hisar Yayınevi, TC, 4/317). Tərc. F.S.
 
[8] Ayənin tərcüməsinin mətnində qismən redaktə edilmişdir. F.S.
[9] Təbəri Təfsirində deyilir ki: “Münafiq kişilər və münafiq qadınlar iman gətirdiklərini söylədikləri halda kafir olduqlarını gizlətmələri baxımından eynilə bir-birilərinə bənzəyirlər. Onlar Allahı və Onun Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) inkar etmək kimi yaramaz əməlləri başqalarına qəbul etdirmək istəyirlər”. (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/319). F.S.
[10] “Onlar bu dünyada da əzab və fəlakətlərə uğradılacaqlar... Çünki inkarçılığın və ikiüzlülüyün cəzası budur.” (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/319). F.S.

[11] Görkəmli müfəssir əs-Səədinin bu şərhini Peyğəmbərimiz Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) aşağıdakı hədisi də təsdiq etməkdədir: “Canım qüdrət əlində olan Allaha and içirəm ki, siz də sizdən əvvəlki üm­mətlərin yolunu qarış-qarış, arşın-arşın, qulac-qulac təkrarlayacaqsınız. Belə olacaq ki, onlar kərtənkələnin girdiyi dəliyə giriblərsə, siz də oraya girəcəksiniz”. (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/320). F.S.  
[12] Təbəri bu barədə öz Təfsirində belə yazır: “Məgər bu münafiqlərə özlərindən əvvəl yaşamış bu xalqların nəyə məruz qoyulduğu xəbəri gəlib çatmamaışdımı? Nuhun (ə) xalqıbı tufanla boğmadıqmı? Ad xalqını şiddətli uğultu ilə əsən və hər şeyi məhv edən güclü küləklərlə həlak etmədikmi? Səmud xalqını qorxunc bir sarsıntı ilə yox etmədikmi? İbrahimin (ə) xalqından verdiyimiz nemətləri alaraq, onların padişahı olan Nəmrudu məhv etmədikmi? Mədyən xalqını da, Şueybi (ə) yalançı çıxarınca, onlara kölgə salan buludlu günün əzabı ilə yaxalamadıqmı? Lutun (ə) xalqına əzab əmrimiz gələn kimi, yaşadıqları ölkənin altını üstünə çevirmədikmi? Üstlərinə nişanlanmış yanar daşlar yağdırmadıqmı? Allah onların heç birini nahaq yerə həlak etməmişdir. Onlar Allah itaətsizlik etdiklərinə və Onun peyğəmbərlərini yalançı saydıqlarına görə cəzaya layiq görülmüş və özləri özlərinə zülm etmişlər. Ey münafiqlər, eyni şeylərin sizin də başınıza gəlməyəcəyinə əminsinizmi?” (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/320-321). F.S.

[13] “Bəyənilən şeylərə dəvət” dedikdə, Təbəriyə görə, İslama dəvət, “qınanılan şeylər” adı altında isə insanları bütlərə və şeytanlara ibadət etməkdən çəkindirmək  nəzərdə tutulur. (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/321-322). F.S.

[14] Ayənin tərcüməsi qismən redaktə edilmişdir. F.S.
[15] Abdullah b. Məsuda görə, Fövqəluca Allah bu kərim ayədə Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!): “Münafiqlərə qarşı həm sözlə, həm də silahla mübarizə etməsini əmr etmişdir”. (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/322-324). F.S.

[16] Ayənin tərcüməsi qismən redaktə edilmişdir.

Комментариев нет:

Отправить комментарий