суббота, 23 июля 2011 г.

Ə. əs-Səədi, Təfsir, 2-ci cild, 2-ci parça




                                          \                                                                   a
      ƏL-MAİDƏ
      (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ
                   
                 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

     ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎﮏ  ﮐ  ﮑ  ﮒ    ﮓ  ﮔ  ﮕ  ﮖ   ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜﮝ  ﮞ  ﮟ   ﮠ  ﮡ  ﮢ  ﮣ 

(5.1) “Ey iman gətirənlər! Öhdəliklərinizə sadiq qalın! Ehramda oldu­ğunuz zaman heyvanları ovlamayın, haram olma­sını nəzərə alaraq sizə bəyan ediləcək­lə­rindən başqa, qalan heyvanları ovlamağınıza icazə verilir. Bilin ki, Allah İstədiyinedəndir”.

Fövqəluca Allah mömin qullarına dinin tələblərinə uyğun dav­ranmağı və öz öhdəliklə­rini pozmadan və səhvlərə yol vermədən qüsursuz yerinə yetirməyi əmr etmişdir. Bu o deməkdir ki, qul öz Rəbbinə layiqincə ibadət etməli, Onun qarşısında vəzifələrini pozma­dan yerinə yetirməlidir. O, öz vəzifələrini Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) qarşısında da, ona itaət edərək, onun yolu ilə gedərək yerinə yetirməli, həmçinin onları öz vali­deynləri və qohumları qarşısında yerinə yetirməli, onlara yaxşılıq etməli və qohumluq əlaqələrini kəsməməlidir.
O, öz vəzifələrini dostları qarşısında, varına və kasıblığına, firavan və çətinlik içində yaşamasına baxmayaraq, yerinə yetirməlidir. O, insanlarla bağla­dığı müqavilələ­rin, istər ticarət əqdləri, icarə haqqında müqavilə olsun və ya ianə və yaxud hədiyyə etmək barədə saziş olsun, şərtlərinə riayət etməlidir. O, Allahın Özünün müəyyən etdiyi qardaşlıq telləri ilə bağlandığı müsəlmanlar qarşısında bütün vəzifələrini yerinə yetirməlidir. Fövqəluca Allah buyurur: “Mömin­lər, həqiqətən, qardaşdırlar...” (Hucurat, 49/10). Bu o deməkdir ki, onlar bir-birilərinə kömək etməli, yaxşı işlərdə bir-birini müdafiə etməli, bir yerdə olmalı və ayrı düşməməlidirlər.
Bu hökm dinin bütün əsas və ikinci  dərəcəli müddəalarına şamildir, çünki dini hökmlər Allahın qullarına həvalə etdiyi vəzifələrdir.
Sonra Allah qullarına, onlara ev heyvanlarının (dəvə, inək və qoyunların) yeyil­məsi ilə bağlı göstərdiyi mərhəmətini xatırladır. Hərçənd heyvanlar sırasına vəhşi heyvanlar, o cümlədən, antilop və ya zebr də daxildir ki, onları ovlamağa icazə verilir. Qeyd etmək lazımdır ki, bu ayənin əsasında bir sıra səhabələr kəsilmiş heyvanların bətnindən çıxan balaların yeyilməsinə də icazə verirdilər.
Lakin bəzi heyvanları yemək haram edilmişdir. Fövqəluca Allah buyurur: “Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, döyülüb öldürülmüş, yıxılıb gəbər­miş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvanlar tərəfindən parça­lanıb yeyilmiş, ölməmiş kəsdikləriniz istisnadır, dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsil­miş heyvanlar... sizə haram edildi...” (Maidə, 5/3).
Mal-qaranın qida məhsulu kimi istifadə edilməsinin geniş mənada istəni­lən şəraitə və vaxta aid edilməsinə baxmayaraq, Fövqəluca Allah bu ümumi qaydadan istisnalar edir və zəvvarlara ehramda ikən cəsarət göstərib ovladığı quş ətini yeməyi haram buyurmuşdur. Ehramda olan zəvvarlara ovunda iştirak etdiyi heyvanın ətini yemək də qadağandır. Ovla əldə etmək deyildikdə, əti yeyilən çöl heyvanlarının, məsələn, antilopun ovlanması nəzərdə tutulur.
Allah istədiyi hökmü verir. Bu o deməkdir ki, dini hökmlər Allahın istədiyi mənanı daşıyır. O, belə qanunları ilahi müdrikliyi əsasında yaradır və sizə vəzifələrinizi yerinə yetirməyi əmr edir ki, siz bundan faydalanasınız və ziyandan çəkinəsiniz. O, sizə ev heyvanlarının ətini yeməyə icazə verməklə mərhəmət göstərmiş, rəhm etmişdir və ölmüş heyvanların və digər haram edilmiş heyvanların ətini yeməyi qadağan etməklə isə sizi onların zərərindən xilas etmişdir. Bundan başqa, O, ehramda ov etməyi qadağan etməklə bu mərasimin xüsusilə böyük əhəmiyyət daşıdığını insanların nəzərinə çatdırmağa nail olmuşdur.

ﮤ  ﮥ  ﮦ  ﮧ   ﮨ  ﮩ  ﮪ   ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ    ﯔ  ﯕ    ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛﯜ  ﯝ  ﯞ  ﯟﯠ   ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ    ﯩ  ﯪ  ﯫﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰﯱ  ﯲ  ﯳ   ﯴ  ﯵ  ﯶﯷ  ﯸ  ﯹﯺ  ﯻ     ﯼ  ﯽ  ﯾ  ﯿ  

(5.2) «Ey iman gətirənlər! Allahın mərasim nişanələrinə, qadağan aya hörmət­sizlik göstərməyin. Qurbanlara və ya boyunbağılı heyvanlara (və ya insanlara) və yaxud öz Rəbbinin mərhəmətini və razılığını əldə etmək üçün Beytülharamı ziyarət etməyə gələnlərə qəsd edilməsinə yol verilmədiyini bilin. Siz ehramdan azad olan kimi ov edə bilərsiniz. Məscıdülharama getməyinizə maneçilik edən insanların nifrəti sizi cinayətə sövq etməsin. Möminlikdə və təqvalılıqda bir-birinizə kömək edin, amma günah işlərdə və zalımlıqda bir-birinizə kömək etməyin. Allahdan qorxun, bilin ki, Allahın cəzası sərtdir”.

Burada mərasim nişanələri adı altında Allahın müsəlmanlara ehtiram göstərmə­lərini və pozmamalarını əmr etdiyi hədlər nəzərdə tutulur. O, bu hədləri aşmamağı və onlara yol verildiyini hesab etməyi qadağan etmişdir. Buraya həm də ziyarət zamanı ehramda ikən qadağan olunmuş və haram ərazidə qadağan edilmiş hərəkətlər və həmçinin, Allahın aydın buyurduğu, haram aylar zamanı qadağan edilmiş əməllər də daxil edilir.
Müsəlmanlar haram ayların paklığını, bu aylar ərzində döyüşməklə və ya digər ədalətsiz əməllər törətməklə pozmamalı­dırlar. Fövqəluca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylarıdır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin...” (Tövbə, 9/36).
İslam alimlərinin əksəriyyəti haram aylarda döyüşün qadağan edilməsi ilə əlaqədar hesab edirdilər ki, Fövqəluca Allah: “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qur­un...” (Tövbə, 9/5) ayəsi ilə onu ləğv etmişdir. Kafirlərə qarşı istənilən şəraitdə döyüş­mək və cihaddan boyun qaçıranların ünvanına sərt təhdid hökmündən ibarət digər mətn­lər də mövcuddur ki, o həmçinin geniş mənaya malikdir. Bu rəyi, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məhz haram olan zül-qədə ayında Taif əhalisi ilə döyüş aparması da təsdiq edir.
Bir sıra alimlər hesab edirdilər ki, bu aylarda döyüşməyin haram olması ləğv edilməmişdi. Onlar şərh etdiyimiz ayəyə və məhz həmin aylarda döyüşün qadağan edilməsinin əks olunduğu digər vəhylərə istinad edirdilər. Onların fikrincə, bu vəhylər kafirlərə qarşı döyüşmək hökmünün ümumi mənasını konkretləşdirir, çünki ümumi mənalı müqəddəs mətnləri konkret mənalı mətnlərin əsasında anlamaq lazımdır.
Bəzi alimlər də hesab edirdilər ki, qadağanın özünün izah edilməsinə əlavə ehtiyac var. Onlar güman edirdilər ki, haram aylarda döyüşə başlamaq qadağan olduğu halda, əgər o, başqa aylarda başladılıbsa, onu davam etdirməyə və ya sona çatdırmağa icazə verilir. Onlar Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Taif əhalisinə qarşı apardığı döyüşləri bu qaydaya uyğun olaraq izah edirdilər. Məsələ orasındaydı ki, bu qarşıdurma şəvval ayında Hüneyn döyüşləri zamanı başlamışdı.
Yuxarıda bütün deyilənlərin müdafiə döyüşlərinə dəxli yoxdur, çünki ka­firlər birinci olaraq müsəlmanlara qarşı döyüşə başladıqları üçün müsəlmanlara müdafiə olunmaq məqsədilə hətta haram aylarda belə onlara qarşı vuruşmağa icazə verilir. Özü də alimlər bu barədə yekdildirlər.
Müsəlmanlar, həcc və ya ümrə zamanı boyunlarına boyun­bağı taxılaraq Allahın Evinə gətirilən qurbanlıqlara və heyvanlara da qəsd etməməlidirlər. Onlar heyvanları qurban kəsiləcək yerlərə gətirən insanlara maneçilik törətmə­məli, heyvan­ları oğurlama­malı və ya güc tətbiq etməklə almamalı, onlara zərər vurmamalı, onları, kəsiləcək yerə çatanadək gəbərdə biləcək həddə yükləməmə­lidirlər. Əksinə, onlar qurbanlıq heyvanlara mərhəmət göstərməli və onları gətirənlərə hörmətlə yanaşmalıdırlar. Boyunbağı taxılmış heyvanlar deyildikdə, boyunlarına həmail və ya ilgək taxılan qurbanlıq heyvanların xüsusi bir növü nəzərdə tutulur. Boyunba­ğını heyvanların boynu­na keçirməklə onların qurban­lıq olduğunu bildirirdilər. Bunu ona görə edirdilər ki, başqa insanlar da bu xeyirxah əməldən nümunə götürsünlər, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsini öyrənərək, bilsinlər ki, bu heyvanlar qurban kəsilməsi üçün təyin olunublar. Məhz buna görə qurbanlıq heyvanlara taxılan boyun­bağılar[1] Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsidir və qanuniləşdirilmiş dini ayindir.
Allah Onun mərhəmətini və lütfkarlığını qazanmaq üçün Beytülharama yola düşən insanlara qəsd edilməsini haram etmiş­dir. Bu, Məscidülharama ticarət etmək və ya başqa yol verilən üsullarla pul qazanmaq məqsədi ilə və yaxud da Allahın iltifatına layiq olmaq ümidi ilə həccə və ya ümrəyə, Kəbəni təvaf etməyə, məsciddə namaz qılmağa və ya başqa ayinləri yerinə yetirməyə gələn şəxslərə də şamildir. Müsəlmanlar belə insanları incitməməli və ya onları təhqir etməməlidirlər. Əksinə, onlar belə insanlara hörmətlə yanaşmalı və öz Rəbbinin məbədini ziyarət edənlərə qayğı göstərməlidirlər.
Bu tələbdə zəvvarların rahatlığının və əmin-amanlığının, şəxsi təhlükəsiz­liyinə inamın, onların öz həyatı və əmlakından ötrü qorxu keçirməmələri, qətl olunma təhlü­kəsinə, soyğunçuluğa, rüşvət və vergi alınmasına məruz qalmama­ları və Allahın Evinə aparan yollarda təhlükəsizliyin təmin edilməsi hökmü əks olunmuşdur.
Bu şərəfli ayə Fövqəluca Allahın aşağıdakı kəlamı ilə daha da dəqiqləşdiril­mişdir: «Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidülharama yaxınlaşmasınlar... (Tövbə, 9/28). Buna görə müşrik­lərə Məscidülharama ayaq basmağa icazə verilmir.  
Şərh olunan ayədə xatırlanan şərtlərə görə Allahın mərhə­mətini və lütfünü qazanmaq məqsədilə Məscidülharamı ziyarət etməyə can atanlara maneçilik törətmək olmaz. Beləliklə, əgər oraya gələn şəxs orada günah işlətmək istəyərsə, haram torpağa ehtiram göstərilməsinin ciddiliyinin qorunması məqsədi ilə, ona Allahın Evi yaxınlığında şuluqluq salmağa yol verilməməlidir. Fövqəluca Allah buyu­rur: “... Məscidülharamdan sapdıranlara və orada zülm etməklə haqdan dön­mək istəyənlərə üzücü bir əzab daddıracağıq” (Həcc, 22/25).
Bundan əvvəlki ayədə Allah, ehramda ikən heyvan ovlamağı qadağan etdiyinə görə, həcc və ümrə zamanı ehramdan çıxdıqdan sonra zəvvarlara ov etməyə icazə verir. Onlar ehramdan çıxan kimi o qadağa da götürülür. Qadağan edildikdən sonra əmr formasından istifadə edilməsi onu göstərir ki, şəriət müddəası, qadağana qədər olan vəziyyətə qayıdır[2].
Sonra Allah buyurur ki, müsəlmanların haqqına qəsd edən və onları Məscidülharama getməyə imkan verməyən insanların kinliliyinə və düşmənçilik münasibətinə qarşı, onlardan qisas almaq məqsədi güdən düşmənçilik hərəkəti ilə cavab verilmə­məlidir. Qul Allahın əmrlərinə sadiq qalmalı və əgər insanlar ona qarşı günah işlədib, ədalətsizlik etsələr, onun haqqını tapdasalar da, o, ədalətli olmalıdır. O, ona böhtan atana, böhtan atmamalı və yaxud ona xəyanət edənə, o da xəyanət etməməlidir.
Allah qullarına əmr edir ki, dindarlıqda və müttəqilikdə bir-birilərinə kömək etsinlər. Dindarlıq dedikdə, insanın Allah qarşısında və insanlar qarşı­sında vəzifələrini qəlbən və cismən yerinə yetirdiyi və Allahın da sevdiyi və Onun razı qaldığı bütün əməllər məcmusu nəzərdə tutulur. Müttəqilik adı altında isə, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) nifrətini doğuran və qulun qəlbən və cismən törətdiyi bütün əməllərdən əl çəkməsi nəzərdə tutulur. Bir sözlə, müsəlman Allahın mənimsə­nil­məsini əmr etdiyi bütün keyfiyyətlərə can atmalı və Onun tərk edilməsini buyurduğu bütün sifətlərdən azad olmalıdır. O, özü bu əmrləri yerinə yetirməli və bu məsə­lələrdə iman sahibi olan qardaşlarına, onları xeyirxahlıq və istənilən müvafiq əməllər etməyə ruhlandıran zəruri sözlər işlətməklə köməklik göstərməlidir.
Bununla yanaşı Allah günah işləməkdə və zalımlıq etməkdə bir-birinə kömək göstərməyi qadağan edir. Burada günah adı altında başa düşülən itaətsiz­likdir ki, o, insanın özünə zərər vurur, zalımlıq isə, insanın başqa adamların həyatına, əmlakına və ya namusuna qəsd etməsi kimi başa düşülür. Bu o deməkdir ki, Allahın qulu bütün günahlardan və ədalətsiz əməllərdən çəkinməli və başqalarına da belə etməyə kömək göstərməlidir.
Qoy insanlar Allahdan qorxsunlar və bilsinlər ki, O, Onun haramlarını pozaraq Ona itaətsizlik göstərənləri sərtliklə cəzalandırır. Qoy onlar haram edilmiş əməllərdən qorxub çəkinsinlər ki, onlardan nə bu dünyada və nə də Axirətdə dəhşətli intiqam alınmasın.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ      ﭚ   ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ   ﭢ  ﭣ    ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ   ﭬﭭ  ﭮ  ﭯﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ   ﭵ  ﭶ   ﭷ  ﭸ  ﭹﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ   ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮅﮆ  ﮇ  ﮈ  ﮉ   ﮊ  ﮋ  ﮌ  ﮍﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ  

(5.3) “Sizə ölmüş heyvan əti, qan, donuz əti və (kəsilərkən) Allahın adı çəkil­məyən və ya boğulmuş və yaxud vurulub öldürülmüş, bir yerdən yıxılıb canı çıxmış və ya vəhşi heyvanlar tərəfindən buynuzlanmış və ya parçalanmış (ölməmiş kəsmə­yə macal tapdığınız istisna edilməklə), bütlər üçün kəsilmiş hey­vanlar və oxlarla falabaxma qadağan edilmişdir. Bütün bunlar günahdır. Kafirlər bu gün artıq sizi dininizdən çəkindir­məkdən ümidlərini kəsdilər. Artıq onlardan deyil, Məndən qor­xun! Bu gün Mən sizə görə dininizi kamil­ləşdirdim və sizə olan neməti­mi tamamladım və din kimi İslamı seçməyə razılaşdım. Əgər kimsə, günah etmək məqsədi güdmədən, aclıq üzündən məcbur qalaraq bunlardan yeyərsə, bilsin ki, Allah Bağışlayandır və Rəhmli­dir”.
 
Bu ayədə Allahın surənin əvvəlində bəyan etdiyi qadağaları xatırlanır. Bilmək lazımdır ki, Hərnövxeyirxahlıq Sahibi olan Fövqəluca Allah qida məhsullarını yeməyə icazə verilən və ya qadağan olunan ona görə elan edir ki, qullarını onlara zərər vura biləcək haram məhsullardan qorusun. Bəzi hallarda O, bu qadağaların hikmətini izah etsə də, başqa hallarda bunu etmir.
Allah bildirir ki, ölü heyvan əti müsəlmanlara haramdır. Bu ad altında şəriətin nəzərdə tutduğu tərzdə kəsilmədən tələf olan heyvanların əti başa düşü­lür. Onların ətini yemək üçün istifadə etmək olmaz, çünki belə ət zərərli olur. Bu, qanın belə heyvanların ətində və daxili orqanlarında laxtalanması və onu yeyən insanın sağlamlığına zərər vurması ilə izah olunur. Bəzi heyvanlar xəstəliklərdən gəbərirlər ki, bu xəstəliklər insan orqanizminə də zərər vurur. Bu qaydadan yeganə istisna – ölmüş çəyirtkə və ölü balıqdır – şəriət onları yeməyə icazə verir.
Allah həmçinin qidalanmaq məqsədilə axıdılmış qanı içməyi qadağan edir. Bu hökmün mənası Fövqəluca Allahın bu sözləri ilə dəqiqləşdirilmişdir: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmib murdarlanmış heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm...” (Ənam, 6/145).
Allah donuz ətini yeməyi də haram etmişdir. Bu qadağa həmin heyvanın cəmdəyinin bütün hissələrinə aiddir. Allah onu digər murdar heyvanlardan fərqləndir­mişdir, çünki bəzi xristianlar belə güman edirlər ki, O, onlara onu yeməyə icazə ver­mişdir. Möminlər buna aldanmamalıdırlar, çünki donuz əti haram və natəmiz məhsuldur.
Müsəlmanlar Allahın adı ilə deyil, bütlərin, “müqəddəs­lərin”, ulduzların və ya digər məxluqların adı ilə kəsilən heyvan ətini də yeməməlidirlər. Heyvan kəsilərkən Allahın adının xatırlanması onun ətini halal edir, lakin məxluqların adlarının çəkilməsi isə onları ruhi mənada murdarlayır, çünki belə əməl Fövqəluca Allaha şərik qoşmaqdır.
Əllə və ya kəndirlə boğulmuş heyvanların yeyilməsi də haramdır. Buraya, başı dar bir yerə keçmiş və onu oradan çıxara bilmədən gəbərmiş heyvanlar da daxildir. Həmçinin əsa, daş zərbəsindən və ağacla döyülməkdən və ya qəsdən törədilmiş və yaxud təsadüfi uçqun altında qalmaqdan gəbərmiş heyvanların yeyilməsi haramdır. Yüksəklikdən – dağdan, divardan, damdan düşərək murdar olmuş heyvanların əti də haramdır. Başqa heyvan tərəfindən buynuzlanaraq gəbərmiş heyvanı yemək də haramdır. Canavar, şir və ya pələng kimi vəhşi heyvanlar və ya vəhşi quşlar tərəfindən parçalanıb-dağıdılmış heyvanlar da haramdır. Əgər heyvan vəhşi heyvanların hücumuna məruz qalaraq gəbərmişsə onun ətini yemək olmaz.
Lakin əgər heyvan boğulduğu[3], ağacla vurulduğu, hün­dür­lükdən düşdü­yü, buy­nuzlandığı, vəhşi heyvan tərəfindən parça­landığı halda canı çıxmamış­dan öncə şəriət qaydalarına uyğun olaraq kəsilmişsə, onda onun ətini yemək olar. Bu zaman o heyvanı kəsərkən şəriət qaydalarının bütün tələblərinə riayət edilməlidir və buna görə bəzi alimlər qeyd etmişlər ki, əgər vəhşi heyvanın basqını nəticəsində heyvanın içalatı görünərsə və ya boğazı kəsilmişsə, onu yemək olmaz, hətta o, hələ ölməmiş belə olsa, çünki bu halda heyvanın kəsilməsi tamamilə mənasızdır.
Başqa şəriət alimləri heyvanın canı çıxmadığı halda buna diqqət yetirmə­miş və belə heyvanın ətini, o, tam ölməmişdən qabaq kəsilmişsə, içalatı görünsə də, onu yeməyə icazə vermişlər. Bu rəy şərəfli ayənin aydın mənasına da uyğun gəlir.
Allah oxlarla fala baxmağı da haram etmişdir. Belə falabaxmanın mahiy­yəti onun vasitəsi ilə hər bir insan üçün müəyyən edilmiş taleyin müəyyənləş­dirilməsinə cəhd etməkdir. Cahillik dövründə ərəblər fala baxmaq üçün üç oxdan istifadə edərdilər. Onlardan birinin üstündə “et”, digərində “etmə” yazar, üçüncünü isə yazısız qoyardılar. Əgər bir nəfər səfərə çıxmaq, evlənmək və ya hər hansı mühüm bir addım atmaq istəsəydi, onda o, eyni ölçüdə olan belə oxlardan götürüb, birini çəkərdi. Əgər “et” yazılmış oxu çıxarsaydı, niyyət etdiyini yerinə yetirərdi. Əgər çıxartdığı ox “etmə” yazısıyla olsaydı, onu yerinə yetirməzdi. Çəkdiyi ox yazısız olsaydı, o, yazılı oxlardan birini çıxarana qədər bu əməliyyatı aparardı. Allah bu və ya hər hansı başqa bir tərzdə fala baxmağı qəti olaraq qadağan etdi və bunun əvəzində Öz qullarına bütün hallarda ancaq Onun razılığını almağı əmr etdi.
Allah bəyan edir ki, Öz qullarının xilası üçün nazil etdiyi sadalanan haramların pozulması günahdır, yəni bu, Allaha itaətdən boyun qaçırmaq və şeytana tabe olmaqdır. Bundan sonra, O, qullarının yadına salır ki, O, onlara böyük iltifat göstərməklə, kafirlərin onları dindən çıxaracaqlarına olan ümid­lərini kəsmişdir. 
Ayədə Allahın Öz dinini tamamladığından, qulu və Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qəti qələbə bəxş etdiyi Ərəfə günündən bəhs edilir. Həmin gün müş­riklər sarsıdıcı məğlubiy­yətə uğradılar və öz gücsüzlüklərini anladılar. Əvvəllər onlar bütün imkanlarından istifadə edərək möminləri dinlə­rindən döndərməyə çalışırdılar. Həmin gün onlar İslamın zəfər çalmasının və qüdrətinin şahidi oldular və möminləri öz dinlərinə çəkə biləcəklərinə dair ümidlərini tamamilə itirdilər. Onlar artıq müsəlman­lardan qorxmağa başlamış­dılar və həmən il bir nəfər də olsun müşrik Kəbənin ziyarətinə lüt gəlməyə və beləcə də onu təvaf etməyə cürət göstərə bilmədi. O zaman hicrətdən sonrakı on birinci il idi və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) vida həccini yerinə yetirirdi.
Məhz buna görə Allah sonra müsəlmanlara müşriklərdən qorxmağı haram sayır və təkcə Ondan qorxmalarını əmr edir. O, iman sahiblərinə düşmənləri üzərində qələbə bəxş edir, onların düşmənlərini isə Öz köməyindən məhrum edir və onların bəd niyyətlərini özlərinə qarşı çevirir. Allah möminlərin dinini kamilləşdirir, yəni, onlara qəti qələbə verir, İslam şəriətinin bütün aydın və qaranlıq tərəflərini təkmilləşdirir və həmçinin onun əsas və fərdi müddəalarını qəti şəkildə təsdiq edir. Bu o demək idi ki, Quran və Sünnə bütün qanunları və habelə dinin əsas və fərdi ehkamlarını başa düşmək üçün artıq kifayət idi.
Əgər insan özünə əlavə vəzifələr yükləyərək düzgün baxışlara və qanunlara nail olmaq üçün Qurandan və Sünnədən başqa dini fəlsəfə və digər fənləri bilməyin vacib olduğunu iddia edirsə, onda o, cahildir və yolunu azmışdır. Onun bu yanlış bəyanatları göstərir ki, o, dinin tamlığını və kamilliyini ancaq öz təbliğatı və dəvəti sayəsində ola biləcəyini düşünür. Bu tərzdə davranan insan ən böyük zalımlıq edir, Allahın Özünü və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) nadanlıqda günahlandırır.
Allah Özünün insanlara açıq və gizli göstərdiyi lütfünü sona qədər tamamlayır və onlar üçün din olaraq İslamı bəyənir. O, İslamı Öz dini edir və onun davamçılarını müəyyənləşdirir. Qoy insanlar İslama etiqad bəsləsinlər və öz Rəbbinə minnətdarlıq bildirsinlər. Qoy onlara ən gözəl, ən şərəfli və ən kamil din Əta Edənə həmd etsinlər!  
Sonra Allah qeyd edir ki, əgər insan bu ayənin əvvəlində sadalanan haram edilmiş məhsullardan yeyərək, onlara qarşı həvəs göstərməzsə və əgər o bunu böyük ehtiyac üzündən edərsə və zəruri olduğundan artıq yeməzsə, onda Allah ona bu haramı yeməyə icazə verir, çünki O, Bağışlayandır və Rəhmlidir. O, belə adama onun niyyətinə görə iltifat göstərir və onun əməlini dinində qüsur saymır.

ﮔ  ﮕ  ﮖ  ﮗﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜﮝ  ﮞ  ﮟ   ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦﮧ  ﮨ  ﮩ  ﮪ    ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯﮰ  ﮱ  ﯓﯔ  ﯕ  ﯖ  ﯗ  ﯘ    ﯙ 

(5.4.) “Onlar üçün nəyin halal edildiyini səndən soruşurlar. De: “Təmiz olan bütün şeylər sizə halal edilmişdir. Allahın sizi öyrətdiyi kimi, sizin də təlim keçdiyi­niz vəhşi heyvanların tutub gətirdiyi ovdan, “Bismillah” deyə­rək, yeyin. Allahdan çəkinin. Bilin ki, Allah Tezhesabçəkəndir”.

Fövqəluca Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yadına salır ki, adamlar ondan yeyilməli halal məhsullar haqqında soruşurlar və ona (ona Allahın salavatı və salamı olsun!) əmr edir desin ki, onlara təmiz olan bütün yeyiləcək məhsullar halal edilmişdir. Bunlar, faydalı və ya ləzzətli olan və insan orqanizminə və ağlına zərər verməyən istənilən ərzaq məhsullarıdır. Onlara insanların yaşadığı və ya məskunlaşma­dığı ərazidə bitən hər cür taxıl məhsulları və meyvələr aiddir. Onlara həm də quruda yaşayan, Qanun Sahibinin yeyilmə­sini qadağan etdiyi yırtıcı və murdar heyvanlar istisna edilməklə, bütün digər heyvanlar daxildir. Natəmiz məhsulların yeyilməsinin haram edilməsi bu ayənin mahiyyətindən irəli gəlir və Fövqəluca Allahın bu kəlamında aydın xatırlanır: “...O, onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləş­dirər və onları buxovlardan xilas edər...” (Əraf, 7/157).
Sonra Allah, Özünün insanlara öyrətdiklərindən onların təlim verdikləri ov itləri və ya quşları tərəfindən tutulmuş heyvanların yeyilməsinə icazə verir. Lakin insanlar tutulmuş heyvanlar üzərində öncədən “Bismillah” deməlidirlər.
Buradan bir neçə faydalı nəticələr çıxarmaq olar. Birincisi, Allah qullarına mərhəmət göstərib rəhm etməklə halal qapısını onların qarşısında geniş açmış və onlara hətta şəriət qaydaları ilə kəsilməyən heyvanların da, onlar ov heyvanları tərəfindən ovlandıqda belə, yeyilməsinə icazə vermişdir. Bu heyvanlara itlər, bəbirlər, şahinlər, qırğılar və köpək dişləri və dimdiyi vasitəsi ilə ovu tutan əhliləşdirilmiş digər vəhşi heyvanlar və quşlar da şamil edilir.
İkincisi, ov heyvanları ilə hökmən təlim keçilməlidir. Bu isə o deməkdir ki, onlar hazırlaşdırılmalıdır. Adətən, ov heyvanları ilə belə hazırlıq keçirilir. Ov heyvanlarını ovun ardınca göndərdikdə, ona basqın etməli və onları ovdan kənarlaşdırmaq istəyəndə isə kənara çəkilməli və ovu tutandan sonra onu yeməməlidir. Məhz buna görə, Allah ov heyvanının insan üçün ovladığı heyvanı yeməyə icazə verir. Əgər heyvan ovladığını özü yeməyə başla­yarsa, biz onun ovu öz sahibi üçün tutduğuna inana bilmərik və tam ehtimalla güman etmək olar ki, ov heyvanı yediyi ovu özü üçün tutubmuş.
Üçüncüsü, ov iti və quşu ovladığı qurbanını yaralamalıdır, “cərih” (“yırtıcı”) sözü “cərəhə” (“yaralamaq”) felindən törəmişdir. Öncə biz qeyd etmişdik ki, boğulmuş heyvanları yemək haramdır və əgər ov iti və ya başqa yırtıcısı tutduğu ovu boğmuş və ya öz ağırlığı altında qoyub öldürmüş olsa, onda onu yemək olmaz. Bu rəyə görə ərəb dilində, öz köpək dişləri ilə və ya dimdiyi ilə ovu yaralayan heyvanları yırtıcı adlandırırlar. Lakin daha geniş yayılan rəy – heyvanı qovub ona çata bilən və onu tuta bilən heyvanlar yırtıcı adlandırılır. Bu şərh bizim çıxartdığımız nəticənin xeyrinə deyildir. Bu barədə ən yaxşısını bilən Allahdır.
Dördüncüsü, şəriətin ov iti saxlamağa icazə verməsi səhih hədislə təsdiq edildiyi halda, adi itlərin saxlanması qadağan edilmişdir. Bu onunla izah olunur ki, itlərlə ov etməyə və onlara təlim verməyə icazə verilməsi onların saxlan­masını da nəzərdə tutur.
Beşincisi, ov itinin ağzının toxunduğu ovun hissəsi təmiz hesab olunur, çünki Allah onu yeməyə icazə vermiş və it toxunandan sonra o hissəni yumaq əmri vermə­mişdir. Bu o deməkdir ki, ov bundan sonra da təmiz qalır.
Altıncısı, şərh etdiyimiz ayə biliyin üstünlüyünü xüsusilə vurğulayır, çünki təlim görmüş yırtıcı heyvanın tutduğu ovun yeyilməsinə icazə verildiyi halda, təlim görməmiş yırtıcının tutduğu ov haram sayılır.
Yeddincisi, ov itlərinin, quşlarının və digər heyvanların təlimləndiril­məsinə qınaq yoxdur və bu faydasız vaxt itirməyə aid edilmir. Əksinə, bu məşğələ tərifəlayiqdir, çünki onun sayəsində insanlar ovladıqları heyvanı yeyə və ya onları başqa məqsədlər üçün isti­fadə edə bilirlər.
Səkkizincisi, şərh etdiyimiz ayə ov itlərinin satılmasına icazə verilməsinin lehinə olan bir dəlildir, çünki bəzən bu yol ov itlərinin əldə edilməsinin yeganə vasitəsi olur.
Doqquzuncusu, ovçu ov itini və ya quşunu ovun dalınca göndərərkən, “Bismillah” deməlidir. Əgər o, bunu bilərəkdən etmirsə, onda həmin ovun yeyilməsi haramdır.
Onuncusu, ov heyvanının tutub gətirdiyi ovun ölməsinin, onu tutan yırtıcının basqınının nəticəsi olub olmamağından asılı olmayaraq, yeyilməsinə icazə verilir. Lakin ovçu tutulmuş heyvanın canı çıxanadək ona çatdıqda, həmin ov şəriətə müvafiq kəsilərsə, halal olar. Allah bunu xatırlatdıqdan sonra qullarına təqvalılığa etiqad göstərmək hökmü verərək, xəbərdar edir ki, Qiyamət günü onların hamısı cavab verməli olacaqlar. Allah xatırladır ki, həmən Gün artıq yaxınlaşmışdır və çox tez gəlib çatacaqdır.
ﯚ  ﯛ  ﯜ  ﯝﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ   ﯤ  ﯥ  ﯦ  ﯧﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ   ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ  ﯵ   ﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻﯼ  ﯽ  ﯾ   ﯿ  ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄ  ﰅ  ﰆ  ﰇ  ﰈ  

(5.5.) “Bu gün sizə təmiz və yaxşı yeməklər halal olundu. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz də onlara halal olundu və həmçinin iman gətirmiş iffətli qadınlar və sizə qədər Kitab verilmişlərdən olan iffətli qadınlar da, əgər siz onlara, ismətinizi qorumağı diləyərək, mehrlərini versəniz, pozğunluq etməsəniz, onları özünüzə aşna kimi götürməsəniz, sizə halal edilmişlər. Dindən üz çevirənin əməlləri əbəsdir, çünki Qiyamət günü o, zərərə uğramışların arasında olacaq”.

Fövqəluca Allah insanlara göstərdiyi nemətini izah etmək üçün bir daha bildirir ki, təmiz və pak məhsullar halaldır. Onlar isə, öz növbəsində, minnətdar qullar olmalı və öz Rəbbini tez-tez xatırla­malıdırlar. Axı O, onlara, kəskin ehtiyac duyduqları və onlara fayda verə bilən nemətlərdən istifadə etməyə icazə vermişdir.
Allah müsəlmanlara Kitab əhlinin kəsdiyi heyvanları yeməyi də halal etmişdir. Bu, digər kafirlər tərəfindən kəsilmiş heyvanlara aid edilmir və müsəlmanların onların kəsdiyi heyvanların ətini yeməyə ixtiyarı yoxdur. Bunun səbəbi ondadır ki, Kitab əhli özlərini peyğəmbərlərin ardıcılları və Müqəddəs Kitabların tərəfdarları hesab edirlər, ancaq məlum olduğu kimi, Allahın elçiləri Allahdan başqa kiminsə adı ilə qurban kəsməyi qadağan edirdilər, çünki bu əməl müşrikliyin təzahürü idi. Yəhudilər və xristianlar etiraf edirlər ki, Allahdan başqa kiməsə qurban kəsmək qəti qadağandır və bu səbəbə görə müsəlmanlara onların kəsdiyi əti yeməyə icazə verilmişdir. Bununla onlar qalan bütün başqa kafirlərdən fərqlənirlər.
“Kitab əhlinin yeməyi” adı altında nəzərdə tutulan onların kəsdikləri heyvanların yeyilməsinin dəlili, Kitab əhlinin taxıl və meyvələrinin digər kafirlərin taxıl və meyvələ­rindən fərqlənməməyindədir. Buna görə, müsəlmanların, istənilən dini inanc nümayəndə­lərinin istehsal etdikləri taxıl və meyvələri yeməsinə icazə verilir. Bundan başqa, bu ayədə söhbət Kitab əhli ilə bağlı olan yeməkdən gedir. Bu isə o deməkdir ki, yemək sözü ilə onların kəsdikləri heyvan nəzərdə tutulur.
Biz deyə bilmərik ki, burada söhbət Kitab əhlinə məxsus istənilən bütün yemək­lərdən gedir, çünki müsəlmanlara onların yeməyini güclə əllərindən almağa icazə veril­məmişdir. Sonra Allah bildirir ki, müsəlmanların yeməklərini yeməyə də Kitab əhlinə icazə verilmişdir. Bu o deməkdir ki, müsəlmanlara yeməklərini onlarla bölüşməyə icazə verilir.
Bundan sonra, Allah müsəlmanlara azad və ismətli mömin qadınlarla və həmçinin Kitab əhlindən olan azad və ismətli qadın­larla, yəni yəhudi və xristian qadınlarla evlənməyə icazə vermişdir. Bu ayə Fövqəluca Allahın: ““Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin...” (Bəqərə, 2/221) kəlamını daha da dəqiqləşdirir.
Şərh olunan ayənin mənasından aydın olur ki, azad müsəlman kişilərin mömin kölə qdınlarla evlənmək haqqı yoxdur və çıxarılmış bu nəticə doğrudur. Kölə qadın Kitab əhlinə mənsub olduqda, azad müsəlman kişi heç bir şəraitdə onunla evlənmək hüququna malik olmur, çünki Fövqəluca Allah buyurmuşdur: ““Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlər­dən alsın...” (Nisa, 4/25). Əgər kölə qadın müsəlmandırsa, müsəlman kişiyə onunla evlənməyə ancaq iki şərtlə icazə verilir: kifayət qədər maddi imkanı olmadıqda və subay qalmasının ona zərər vuracağından və yaxud onu zinakarlığa sövq edəcəyindən ehtiyat etdikdə.
Əgər qadın əxlaq sahibi deyilsə və zinakarlıq edirsə, onun müsəlman və ya Kitab əhlinə mənsubiyyətindən asılı olmayaraq, müsəlmana onunla evlənmək qadağandır, çünki Fövqəluca Allah bu­yurur: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu, mömin­lərə haram edilmişdir”.
Sonra Allah xəbər verir ki, qadınlarla evlənməyə, onlara mehr verdikdən sonra, icazə verilir və əgər kişi mehr vermək niyyətində olmazsa, ona nikah bağlamağa icazə verilmir. Allah mehri həddi-buluğa çatmış qadının özünə verməyi əmr etmişdir. Əks halda, ər onu gəlinin qəyyumuna verməlidir.
Mehrin zövcələrin mükafatı olduğunun xatırlanması, cehizin bütövlükdə arvadın şəxsi mülkiyyətinə məxsusluğunu göstərir. Qadın öz razılığı ilə onu öz ərinə, qəyyumuna və ya hər hansı başqa bir adama verməsə, heç kim onu mənimsəmək haqqına malik deyil.
Sonra Allah ərlərə əmr edir ki, öz zövcələrinin əxlaqı haq­qında qayğı çəksinlər və digər qadınlarla cinsi yaxınlıqdan uzaq olsunlar. Bunlarla yanaşı, Allah hər hansı qadınla zinakarlıq etməklə pozğun həyat sürməyi, aşnalarla nikahsız yaşamağı qadağan edir. Bu onunla izah edilir ki, cahillər arasında elə əxlaqsızlar da var ki, istənilən qadınla zina etməyə və elələri də var ki, öz rəfiqələri və ya sevgililəri ilə zina etməyə hazırdırlar. Fövqəluca Allah bildirir ki, bütün buna bənzər əməllər ismət və namusla bir araya sığmır və evlənən kişi zinakar olmamalıdır.
Daha sonra, Allah xəbər verir ki, hər bir insan, iman gətir­məyə borclu olduğu Allaha, Müqəddəs Kitablara və ya elçilərə iman gətirməkdən boyun qaçırırsa və əgər o, dini qanunların hər hansı birini şüurlu surətdə rədd edirsə, onda onun bütün əməlləri əbəs və faydasız olacaqdır. Bu, o, kafir kimi ölərsə, belə olacaqdır. Oxşar bir ayədə Fövqəluca Allah buyurur: “...Sizlərdən hər kim dinin­dən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və Axirətdə puça çıxar. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar...” (Bəqərə, 2/217). Axirət həyatında belə insanlar ziyana uğramışların arasında olacaqlar. Qiyamət gününün başlaması ilə onlar özlərini itirəcək, var-dövlətlərindən və öz ailələrindən məhrum olacaq və əbədi olaraq bədbəxtliyə düçar ediləcəklər.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘﭙﭚﭛﭜ  ﭝ  ﭞ      ﭟ  ﭠ  ﭡﭢ  ﭣ  ﭤ  ﭥﭦﭧ ﭨﭩ  ﭪ  ﭫ    ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ   ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ   ﭽ  ﭾ  ﭿ  ﮀﮁ  ﮂ  ﮃ  ﮄ   ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ    ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ  

(5.6.) «Ey iman gətirənlər! Namaz qılmağa qalxarkən, üzünüzü və əllərinizi dirsəyədək yuyun, başınıza məsh çəkin və ayaqlarınızı topuğadək yuyun. Cinsi əlaqədən sonra qüsl edin. Xəstə və ya səfərdəsinizsə, ayaq yolundan gəlmişsinizsə və ya qadınlarla yaxınlıqdan sonra su tapa bilmirsinizsə, əllərinizi təmiz torpağa vu­rub, əvvəlcə üzünüzə, sonra da əllərinizi bir-birinə sürtün. Allah sizə çətinlik yaratmaq fikrində deyil, sizi pak etmək və sizə Öz nemətini axıradək çatdırmaq istəyir ki, bəlkə təşəkkür edəsiniz”.

Bu əzəmətli ayə özlüyündə çoxlu hökmlərdən ibarətdir ki, onlardan Allahın bizim üçün asanlaşdıracağının bir neçəsini nəzərdən keçirməyə çalışacağıq.
1. Ayədə sadalanan bütün hökmlərin yerinə yetirilməsi imanın vacib tələblə­rin­dəndir, çünki o, möminlərə müraciətlə baş­layır. Bu isə o deməkdir ki, möminlər hər hansı bir əməli imanın tələblərinə uyğun olaraq, onlara əmr edilən tərzdə yerinə yetir­məlidirlər.
2. Allahın “namaz qılmağa qalxarkən” ifadəsi, əslində nama­zın müsəlman üçün vacibliyini bəyan edir.
3. Namaz qılmaq üçün niyyət etmək lazımdır, çünki onu şüurlu surətdə və qəti niyyətlə yerinə yetirmək lazımdır.
4. Namazın qəbul olunması üçün dəstəmaz alınması vacib şərtidir. Allah namaz­dan qabaq təmizlənməyi əmr edir. Məlumdur ki, hər hansı əmr, onun əksi sübuta yetiril­məyibsə, vacib hökm hesab olunur.
5. Dəstəmaz almaq üçün fərz namazın vaxtının girməsi vacib deyil, sadəcə, namaz qılmağa niyyətin olması kifayətdir.
6. Dəstəmaz, fərz və ya könüllü olmasına, əsasən camaat üçün vacibliyinə[4] və ya cənazə üzərində yerinə yetirilməsindən asılı olmayaraq, namaz adlandırıla bilən hər hansı bir ibadət ayi­ninin vacib şərtidir. İslam alimlərinin bir çoxu belə hesab edir ki, hətta Quran oxunarkən edilən səcdələri və şükür səcdəsini ancaq dəstəmazlı olarkən yerinə yetirmək olar.
7. Dəstəmaz alınan zaman üzün, yəni başın ön hissəsinin tük bitən nahiyədən çənə kənarı və buxaq altının uzununa və bir qulaqdan digərinə qədər eninə olan bütün səthinin yuyulması vacibdir. Üzün yuyulmasına ağzın yaxalanması, buruna su çəkil­məsi və saq­qalın yuyulması da daxildir ki, bunlar Sünnə ilə təsdiq edilir. Saqqal seyrək olduqda, su üzün dərisinə toxunmalıdır. Saqqal gur olduqda, onun ön hissəsini yumaq kifayətdir.
8. Müsəlmanlara əllərini dirsəklərinə qədər yumaq əmr olunmuşdur. Quranın əksər şərhçiləri hesab edirlər ki, “ilə” (“qə­dər”, “...dək”) şəkilçisi burada “...ilə birlikdə” məna­sını bil­dirir. Bu mənada həmin şəkilçi: “...Onların mallarını öz malla­rınızla birlikdə yeməyin...” (Nisa, 4/2) ayəsində istifadə edilmiş­dir. Həm də dəstəmaz alan hər iki dirsə­yini tam yumadıqca, onun dəstəmazı qəbul olunmur.
9. Müsəlman başına məsh çəkməlidir.
10. Baş bütövlüklə məsh edilməlidir, çünki burada “bi” ön şəkilçisi başın ancaq bir hissəsinin məsh edilməsi ilə özünü məh­dudlaşdırma mənasını vermir. Məsh edilərkən əllərlə başın bütün səthinin əhatə edilməsi nəzərdə tutulur.
11. Başı istənilən üsulla: iki əllə, bir əllə, əski parçası ilə, taxta parçası ilə və ya digər oxşar əşya ilə məsh etmək olar, çünki Allah məshi ən geniş mənada xatırlatmışdır. Allah başı məsh etmənin müəyyən formasını təyin etməmişdir və buradan belə aydın olur ki, onu istənilən üsulla məsh etmək olar.
12. Çimərkən başa məsh çəkilməlidir və əgər müsəlman başını yuyub ona əli ilə məsh çəkməsə, o, Allahın əmrini yerinə yetirməmiş sayılır.
13. Allah ayaqları topuğa qədər yumağı əmr etmişdir və əllərin yuyulması haq­qında deyilənlər ayaqlara da aiddir.
14. Alimlərin yekdil rəyinə görə “ərcul” (ayaqlar) sözü tə­sirlik halındadır. Bu isə rafizilərin məsələyə baxışlarının əksinə olaraq göstərir ki, yalın ayağa məsh çəkilməsi qəbul edilmir.
15. Bu ayədə dəri məstlərə məsh çəkilməsinin qanuniliyini təsdiq edən göstəriş vardır. Bununla əlaqədar “ərcul” (“ayaqlar”) sözünün yiyəlik halında olan oxunuşu möv­cuddur. Bu iki oxu­nuşun hər birini öz mənasına görə təfsir etmək lazımdır. Əgər ayaqlar ya­lındırsa, təsirlik halında olan sözün oxunuşuna uyğun olaraq onları yumaq zəruridir. Əgər ayaqlar dəri məstlərdədirsə, həmin sözün yiyəlik halında olan oxunuşuna uy­ğun ol­a­­raq, onlara məsh çəkmək kifayət edir.
16. Dəstəmaz alınarkən hərəkətlərin ardıcıllığına riayət etmək əmr edilmişdir. Allah onları müəyyən ardıcıllıqla sıralamış­dır. Bu ayədə başın məsh edilməsi bədənin digər hissələrinin yuyulması arasında xatırlanır ki, bunun da yeganə izahı göstərilən ardıcıllığa riayət edilməsinin vacibliyidir.
17. Ardıcıllığa riayət edilməsi ayədə xatırlanan təkcə dörd hərəkətə aiddir. Ağzın və burunun yaxalanması ilə üzün yuyul­masından əvvəl ardıcıllığa gəldikdə isə, habelə sağ və sol əl-ayağın yuyulması arasında ardıcıllığa riayət edilməsi vacib deyil. Lakin üzün yuyulmasından öncə ağız və burunun yaxalanması, sağ ətrafların soldan əvvəl yuyulması və başın qulaqlardan əvvəl məsh edilməsi arzu olunandır.
18. Müsəlmanlara Quranın hökmünü dəqiqliklə yerinə yetirmələri üçün hər namaz­dan əvvəl dəstəmazı təzələmək əmr edilmişdir.
19. Cinsi kirlənmədən sonra müsəlman qüsl etməlidir.
20. Qüsl zamanı hökmən bütün bədən yuyulmalıdır, çünki Allah bədənin tamamilə təmizlənməsini əmr etmiş və bu hökmü onun ayrı-ayrı hissələri ilə əlaqələndirməmişdir.
21. Cinsi kirlənmədən sonra çimərkən nəinki saçın səthini, həm də baş tüklərinin diblərini də yumaq əmr olunmuşdur.
22. Kiçik kirlənmə böyük kirlənməyə daxil olduğu üçün hər iki halda kirlənmədən sonra onları yumalı olan şəxsin niyyət etdikdən sonra bədənini tamamilə yuması kifayətdir. Çünki bu halda Fövqəluca Allah ancaq təmizlənməyi əmr edərək, dəstəmaz almağı yad etmir.
23. Yuxuda və ya oyaq ikən və cinsi əlaqədə olduğu zaman insanın mənisi çıxdıq­dan sonra və ya hətta məni çıxmasa da, cinsi kirlənmə baş verir.
24. Əgər insan erotik yuxu gördüyünü xatırlayarsa, lakin məni çıxmadığını görərsə, kirlənmədiyi üçün qüsl etməyə ehtiyac yoxdur.
25. Fövqəluca Allah Öz qullarına təmiz torpaqla təyəmmüm etməyə icazə verməklə onlara böyük mərhəmət göstərmişdir.
26. Xəstəlik zamanı sudan istifadə edilməsinin sağlamlığa zərər vura biləcəyi hallarında, torpaqla təyəmmüm etməyə icazə verilir. Səfərdə olarkən və dəstəmazın kiçik və böyük pozulması zamanı su tapılmadıqda da, buna icazə verilir. Xəstəlik zamanı suyun istifadə edilməsinin sağlamlığa zərər bura biləcəyini nəzərə alaraq, hətta su olduqda belə, təyəmmüm etməyə icazə verilir. Bütün qalan hallarda isə ancaq su olmadıqda təyəmmümə icazə verilir. Bu, daimi yaşayış yerlərində yaşayanlara da aiddir.
27. Sidik kanalından və anus dəliyindən çıxan ifrazatlar dəstəmazı pozur.
28. Bu ayəyə istinad edərək bəzi alimlər iddia edirlər ki, dəstəmaz ancaq sidik və düz bağırsaqdan nəcis çıxanda pozulur, ancaq cinsi orqana toxunanda və bir sıra başqa hallarda isə dəstəmaz pozulmur.
29. Xoşagəlməz və murdar şeylərdən bəhs edildikdə eyham­lardan istifadə edilmə­lidir, çünki Fövqəluca Allah təbii ehtiyacı təmin etməyi – ayaqyolundan qayıtmaq forma­sında ifadə etmişdir.
30. Qadına ehtiras və məmnuniyyətlə toxunmaq dəstəmazı pozur.
31. Suyun olmaması təyəmmümün qanuniliyinin vacib şərtidir.
32. İnsan suyun gəlməsi ilə, hətta o, namaz üstündə olsa da, təyəmmüm öz qüvvəsini itirir, çünki Allah ondan su olmadığı zaman istifadə etməyə icazə vermişdir.
33. Namaz vaxtı girdikdən sonra su olmazsa, insan onu yaxınlıqda axtarmağa başlamalıdır, çünki ancaq suyu axtaran şəxs onu tapmaya bilər[5].
34. Ritual təmizlənməsi üçün su çatmadıqda, olan suyu tam istifadə etdikdən sonra, təyəmmüm edilməlidir.
35. İçinə müxtəlif təmiz şeylərin düşməsi nəticəsində keyfiyyəti dəyişmiş sudan istifadə etmək təyəmmümdən daha üstündür. Belə su dəstəmaz üçün təmiz və yararlı qalır, çünki onun keyfiyyətinin dəyişməsinə baxmayaraq, o, su olaraq qalır, Fövqəluca Allah isə ancaq su olmadıqda təyəmmüm etməyə icazə verir.
36. Təyəmmüm edərkən qəti niyyət tutmaq lazımdır, çünki “təyəmməmə” feli “niyyətli olmaq”, “cəhd göstərmək” deməkdir.
37. Təyəmmüm etmək üçün narın torpaqdan, qumdan və yaxud hər hansı torpaqdan istifadə etməyə icazə verilir. Bu şərhə uyğun olaraq, üzü və əlləri torpaqla təyəmmüm etmək onunla izah edilir ki, yerin üstündə, adətən, narın torpaq və toz olur və onlarla üzə və əllərə məsh çəkmək mümkündür. Bunu həm də onunla izah etmək olar ki, Allah həmişə daha üstün tutulanı göstərir və əgər torpaqla və ya tozla təmizlənmək imkanı varsa, onu yerinə yetirmək daha yaxşıdır. 
38. Natəmiz torpaqla təmizlənmək məqbul deyil, çünki təyəmmüm təmiz tozla  edilməlidir. 
39. Torpaqla təyəmmüm edəndə torpağı ancaq üzə və əllərə sürtmək lazımdır, onu bədənin başqa üzvlərinə çəkmək olmaz.
40. Üz bütövlüklə təyəmmüm edilməlidir, amma torpağı ağıza almağa, buruna çəkməyə, saqqal seyrək olsa da tüklərin dibinə sürtməyə ehtiyac yoxdur.
41. Əllər biləklərə qədər təyəmmüm edilməlidir, çünki əllər haqqında əlavə izahat verilmədən xatırlandıqda əlin ancaq bilək­lərə qədər hissəsi nəzərdə tutulur. Əlləri dirsəyə qədər məsh etmək lazım gəlsəydi, Allah dəstəmaz alınması qaydasını təsvir etdiyi kimi, bunu da izah edərdi.
42. Torpaqla təyəmmüm insanı kiçik və böyük kirlənmə nəticəsində dəstəmazın pozulmasından və hətta bədəndəki natəmizliklərdən təmizləyir, çünki Allah torpaqla təmizlənməyə ən geniş mənada icazə vermişdir və əlavə izahlara ehtiyac görmə­mişdir. Buna baxmayaraq, alimlərin əksəriyyəti belə hesab edirdilər ki, torpaqla təyəmmüm etməklə bədəndən natəmizlikləri təmizləmək olmaz, çünki Quran ayəsində söhbət təkcə müxtəlif kirlənmə formalarından gedir.
43. Böyük və kiçik kirlənmə zamanı bədənin eyni sahələri, yəni təkcə əllər və üz torpaqla təyəmmüm edilməlidir.
44. Hər iki kirlənmə formasından təmizlənmək üçün müva­fiq niyyətlə ancaq bir dəfə torpaqla təyəmmüm edilməlidir, çünki şərh etdiyimiz ayə ümumi məna daşıyır.
45. Üzü və əlləri təyəmmüm etmək ya əllərlə, ya da hər hansı bir əşya ilə edilə bilər. Allah bədənin bu hissələrini təyəmmüm etməyi əmr edib, amma nə ilə təyəmmüm etməyi bildirməyib. Deməli, onların hər hansı bir üsulla təyəmmüm edilməsinə yol verilir.
46. Dəstəmaz alındığı kimi, torpaqla məsh edilmə zamanı da ardıcıllığa riayət edilməlidir. Allah əldən qabaq üzün məsh edilməsini xatırlatmışdır.
47. Fövqəluca Allah nazil etdiyi qanunları bizim üçün ağır və yorucu etməmişdir. Əksinə, O, Öz qullarına mərhəmət göstərərək, onları təmizləmək və onlara olan lütfkarlığını sona çatdırmaq istəmişdir.
48. Su və torpaq vasitəsilə maddi təmizlənmə, Allahın vahidliyini qəbul etməklə və səmimi tövbə vasitəsi ilə həyata keçirilən mənəvi paklaşmanı tamamlayır.
49. Torpaqla təyəmmüm hiss olunan və ya gözlə görülə bilən təmizliyi gətirmir. Bu təmizlik mənəvi təmizlikdir və onun mahiyyəti – insanın Fövqəluca Allahın əmrini yerinə yetirmə­sindən ibarətdir.
            50. Qul, Allahın təmizlənmə ayini və digər hökmləri ilə bağlı hikməti və qanunlarının sirri üzərində yaxşıca düşünməli və bunun sayəsində o, öz biliyini artırmalı, Allaha daha yaxşı həmd etməyi öyrənməli və qullarına böyük yüksəkliklərə nail olmağa imkan verən qanunlar müəyyənləşdirdiyinə görə Onu daha möhkəm sevməlidir.

ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ   ﮙ    ﮚ  ﮛ  ﮜ  ﮝﮞ  ﮟ  ﮠﮡ  ﮢ   ﮣ  ﮤ  ﮥ   ﮦ  ﮧ 
(5.7.) “Yadınıza salın Allahın sizə göstərdiyi lütfünü və: “Eşidirik və itaət edirik” dediyiniz vaxt sizlə bağladığı əhdini! Qorxun Allahdan! Bilin ki, Allah köksünüzdəkilərdən agahdır”.

Fövqəluca Allah qullarına əmr edir ki, Onun onlara bəxş etdiyi mənəvi və dünyəvi nemətləri qəlbən və dillə xatırlasınlar. Əgər insan bu nemətləri daima xatırlayırsa, bu onu Fövqəluca Allaha həmd etməyə və Onu sevməyə sövq edir və onun qəlbi Allahın yaxşılıqlarını dərk etməklə vəcdə gəlir. Bunun sayəsində insan mənəvi zənginlik əldə edir, özündənrazılıq hissindən qurtulur və Rəbbin daha çox lütfkarlığına nail olur.
Fövqəluca Allah həmçinin möminlərlə bağladığı əhdi, yəni Ona verdikləri vədi yadla­rına salmalarını əmr edir. Bu, onların həmin vədi dillə verdiklərini bildirmir. Vədin mahiyyəti ondadır ki, onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməklə öz üzərlərinə hər ikisinə itaət edəcəkləri öhdəliyini götürmüşlər. Onlar demişdilər: “Ey Rəbbimiz! Biz Sənin bizə yönəltdiyin dəvətini eşitdik. Biz Quran ayələrini dinlədik və Öz möcüzələrini bütün Kainata yaydığını dərk etdik. Biz onlara o dərəcədə diqqətlə yanaşdıq ki, mənalarını başa düşüb itaət etdik. Biz Sənin əmrlərinə tabe oluruq və Sənin qoyduğun haramları pozmuruq. Biz dinin bütün hökmlərini qəlbimiz və canımızla yerinə yetiririk”.
Möminlər Allaha verdikləri vədi həmişə xatırlayırlar və həmişə Allahın hökmlərini ən mükəmməl tərzdə, heç nəyi unutmadan yerinə yetirməyə can atırlar. Onlara Allahdan qorxmaq tapşırılmışdır, çünki Ona, insanların qəlbində yerləşən bütün fikirləri, sirləri və niyyətləri haqqında hər şey məlumdur. Qoy onlar Allahın onların qəlbində aşkar edəcəklərindən çəkinsinlər, qoy onlar Onu qəzəbləndirən əməllərdən çəkinsinlər. Onlar Allahı dərk etmələri, Ona məhəbbət və Onun qullarına xeyirxah münasibət bəsləmək sayəsində öz qəlblərini yenidən qurmalıdırlar, çünki əgər onlar buna nail olsalar, onda Allah mütləq biləcək ki, onların qəlbi artıq möminlik mənbəyinə çevrilmişdir. Belə olduqda, O, onların günahlarını bağışlayar və saleh əməllərini artıracaqdır.

ﮨ  ﮩ  ﮪ  ﮫ        ﮬ  ﮭ   ﮮ  ﮯﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ   ﯗ  ﯘﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝﯞ  ﯟ  ﯠﯡ  ﯢ   ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ 

(5.8.) «Ey iman gətirmişlər! Allah xatirinə qərəzsiz şahidlik edərək dö­zümlülük göstərin və insanların nifrəti sizi zalımlığa sövq etdirməsin! Ədalətli olun, çünki bu, təqvalılığa daha yaxındır. Allahdan ehtiyat edin, bilin ki, Allah et­dik­lərinizdən agahdır”.

Ey Allahın iman gətirilməsini əmr etdiyi hər şeyə iman gətirənlər! Dininizin tələblərini yerinə yetirin və ədalətliliyi müdafiə edərkən həm qəlbən və həm də bədəncə dözümlü olun! Allah xatirinə səmimiyyətlə davranın və tamahkar dünyəvi məqsədlər güdməyin! Ədalətli və qərəzsiz olun! Sözlərinizdə və əməllərinizdə ifrata varmayın və səhlənkarlıq göstərməyin! Bu rəftarı həm yaxınlarınıza və kənar insanlara, həm də dostlara və düşmənlərə eynilə göstərin![6]
Qoy insanların nifrəti sizin ədalətsizlik etməyinizə səbəb olmasın, çünki ancaq zalımlar belə davranırlar[7]. Əgər siz yaxınlarınızın və dostlarınızın lehinə qərəzsiz şahidlik etməyə hazırsınızsa, onda onların əleyhinə şəhadət verməyə məcbur olduğunuz zaman da eynilə qərəzsiz olmağa çalışın. Əgər siz öz düşmənlərinizə qarşı qərəzsiz şəhadət verməyə hazırsınızsa, onda siz onların lehinə də qərəzsiz olaraq şahidlik edin. Əgər onlar hətta kafir və ya bidət əhli olsalar belə, siz onlara ədalətlə yanaşmalı, onların söylədiyi həqiqəti qəbul etməlisiniz və bilin ki, siz onu, düşmənlərinizin xatirinə deyil, həqiqət olduğuna görə qəbul edirsiniz. Sizin, o həqiqəti, ancaq düşməninizin söylədiyinə görə, rədd etmək haqqınız yoxdur, çünki belə bir hərəkət həqiqətə qarşı haqsızlıq olardı.
Ədalətli olun, çünki bu rəftar təqvalılığa yaxındır. Əgər siz belə davranmağa səy göstərsəniz və bu yöndə qeyrətlə çalışsanız, təqvalılığa yaxınlaşmağa nail olarsınız və əgər bütün əməllərinizdə insaflı olsanız, onda Allahdan qorxu hissiniz kamilləşər. Allaha sizin əməlləriniz məlumdur və siz mütləq öz xeyirxah və şər, böyük və kiçik əməllərinizə görə əvəz alacaqsınız. Siz əvəzi həm bu dünyada və həm də ölümünüzdən sonra alacaqsınız.

ﯨ  ﯩ  ﯪ  ﯫ   ﯬ  ﯭﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ  

(5.9.) “Allah iman sahiblərinə saleh əməllərinə görə əfv olunma və böyük mükafat vəd etmişdir”.

Allah vədini heç vaxt pozmur və Onun sözləri ən doğrudur. O, Ona, Onun Kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirmiş və dinin fərz və nafilə hökmlərini yerinə yetirən möminlərə onların günahlarını bağışlamağı, günahlarının pis nəticələrindən onları xilas edəcəyini və onlara, ölçüsü təkcə Ona məlum olan böyük ənam verəcəyini vəd etmişdir. Fövqəluca Allah bununla əlaqədar buyurur: “Etdikləri əməllərin mükafatı kimi onların gözlərinə sevinc gətirəcək nələrin saxlandığını heç kəs bilmir” (Səcdə, 32/17).

ﭑﭒﭓﭔﭕﭖ   ﭗ  ﭘ 

(5.10.) “Məhz iman gətirməyib ayələrimizi yalan sayanlar Cəhənnəm sakin­ləridir”.

Haqqı təsdiq edən açıq-aydın ayələrimiz onlara bəyan edildikdən sonra, iman gətirməkdən boyun qaçıraraq, onları yalan hesab edən kəslər mütləq Cəhənnəm sakinləri arasında olacaqlar. İnsan öz yoldaşı və dostundan ayrılmadığı kimi, onlar da Cəhən­nəm­dən ayrılmayacaqlar.

ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ   ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ   ﭧ  ﭨ  ﭩﭪ  ﭫ  ﭬﭭ  ﭮ  ﭯ  ﭰ   ﭱ  ﭲ 

(5.11) «Ey iman gətirmişlər! Adamlar sizə əl qaldırmaq istədikdə, Allahın,  sizi onların əlindən qurtarmaqla, sizə göstərdiyi mərhəmətini xatırlayın. Allahdan qorxun və qoy iman gətirənlər Allaha təvəkkül etsinlər”.

Fövqəluca Allah mömin bəndələrinə bəxş etdiyi böyük nemətlərini yadlarına salır və insanları onları ürəklərində və dilləri ilə xatırlamağa çağırır. Onlar düşmənləri darma­dağın etməyə, onların əmlakını və torpaqlarını ələ keçirməyə və bəzilərini əsir götürməyə nail olsalar, bunu Allahın mərhəməti sayarlar. Qoy onlar bilsinlər ki, Allah onları düşmənlərdən qoruyanda da möminlərə mərhəmətini göstərir və onların düşmənlə­rinin məkrli hiylələ­rini özlərinə qarşı yönəldir.
Düşmənlər həmişə plan çəkir və zənn edirlər ki, onları həyata keçirə biləcəklər. Onlar möminlər üzərində istədikləri qələbəni qazana bilmədikdə isə, bunu Allahın köməyi ilə möminlərin qələbəsi adlandırmaq olar. İman sahibləri Allaha bu köməyinə görə minnətdarlıq bildirməli, ibadət etməli və Onu xatırlamalıdırlar.
Bu ayə mömin müsəlmanlara pislik etmək niyyətində olan, lakin, Allahın müsəlmanlara yardım etməsi sayəsində, məqsədlə­rinə çata bilməyən bütün kafirlərə, müşriklərə və zülmkarlara şamil edilir. Həmin ayə onların hər birinə aiddir.
Sonra Allah möminlərə əmr edir ki, bütün qalan məsələ­lərdə, düşmənlə mübarizədə köməklə əlaqədar ancaq Ona yal­varmalıdırlar. Onlar Allaha təvəkkül etməli, yəni Ona ümid bəsləməlidirlər ki, dini və dünyəvi işlərdə xeyir əldə etməkdə O, onlara kömək etsin. Onlar öz qüvvə və bacarıqlarına bel bağlamamalı və qəti inanmalıdırlar ki, sevdiyi şeyləri əldə etmək üçün onlara təkcə Fövqəluca Allah yardım göstərəcəkdir.
Qulun Allaha təvəkkül etməsi onun imanından asılıdır və bu, insanın qəlbində gerçəkləşdirməli olduğu vacib əməllərdən biridir.

ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ   ﭹ  ﭺ  ﭻ   ﭼ  ﭽ   ﭾﭿ  ﮀ  ﮁ   ﮂ  ﮃﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ    ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ   ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ   ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙﮚ  ﮛ  ﮜ  ﮝ   ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ   

(5.12) “Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onların arasında on iki başçı müəyyənləşdirdik. Allah buyurdu: “Mən sizinləyəm. Siz namaz qılsanız və zəkat versəniz, Mənim elçilərimə iman gətirsəniz, onlara kömək etsəniz və Allaha gözəl borc versəniz, Mən sizin günahlarınızı bağışlayaram və sizi altından çaylar axan Cənnətə daxil edərəm. Bundan sonra sizlərdən kimsə kafir olarsa, o, doğru yoldan çıxar”.

Fövqəluca Allah bildirir ki, İsrail oğulları Onunla mühüm və məsuliyyətli bir əhd bağlamışdılar. O, ayədə onlarla bağladığı əhdin və mükafatın mahiyyətindən bəhs edir. Həmin  mükafat onlara vədlərinə sadiq qaldıqları halda veriləcəkdi. Allah həmçinin onların, verdikləri vədi pozarlarsa, batacaqları günahın ağırlı­ğından da xəbər verir. Elə  oldu ki, onlar bu əhdlərini də pozdular və buna görə, daha sonra Allah onların məruz qoyulduqları cəzadan bəhs edir.
Allah İsrail oğullarından mühüm bir vəd almış və onların içindən on iki nəfər başçı ucaltmışdı. Onlar tabeliklərində olan insanların üzərində hakimiyyətə malik idilər, onlara nəzarət edir və onları öz vəzifələrini yerinə yetirməyə dəvət edirdilər. Bu başçıların çiyninə ağır yük qoyulmuşdu və buna görə, Allah onlara söz vermişdi ki, onlarla olacaq, yəni onlara kömək edəcək və yardım göstərəcək. Şübhəsiz ki, ediləcək köməyin ölçüsü onların vəzifələri ilə müəyyənləşdirilirdi.
Sonra Allah İsrail oğullarından aldığı söz haqqında xəbər verir. Onlara əmr olunmuşdu ki, bütün həyatları boyu, tələb olunan bütün zəruri ehkamları yerinə yetirərək  canla-başla namaz qılmalı və zəkatı sədəqə almaq haqqı olanlara verməli idilər. Bununla yanaşı onlar Allahın bütün elçilərinə və onların arasında ən yaxşısı və ləyaqətlisi olan Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməliydilər. Onlara əmr olunmuşdu ki, elçilərə kömək etsinlər, yəni, ehtiramla yanaşsınlar, lazımi hörmət göstərsinlər və layiqincə onlara itaətkarlıq etsinlər. İsrail övladlarına həm də əmr edilmişdi ki, Allaha gözəl borc versinlər, yəni yaxşılıq etsinlər və halal yolla qazandıqları gəlirlərindən xoş niyyətlə sədəqə paylasınlar.
Onlara vəd edilmişdi ki, öhdələrinə götürdükləri vəzifələrini yerinə yetirsələr, Allah onların günahlarını hökmən bağışlayar və onları çaylar axan Cənnət bağlarına daxil edər. Allah onları görmədikləri hər cür nemətlərin cəmləşdirildiyi Cənnətə daxil edərək, onlara bütün arzu etdiklərini verəcəyini və günahlarını bağışlayaraq və günahlara görə onları gözləyən cəzadan qoruyaraq, istənilən xoşagəlməz şeylərdən xilas edəcəyini vəd etmişdi.  
Onlara bəyan edilmişdi ki, içdikləri and və üzərilərinə götürdükləri öhdəliklərlə və onlara əlavə olaraq vəd edilmiş mükafatla təsdiq edilən əhd bağlandıqdan sonra iman gətirməkdən boyun qaçırsalar, açıq-aydın azğınlıq içində qalacaqlar. Onlar bunu artıq şüurlu surətdə edəcəklər və ona görə də azğınların məruz qalacağı nə varsa, onlara düçar olacaq. Onlar mükafatdan məhrum ediləcək və məşəqqətlərə məhkum olunacaqlar.
İsrail oğullarının özlərini sonradan necə apardıqlarını bilmək yaxşı olardı. Onlar öhdəliklərini yerinə yetirdilərmi? Verdikləri vədi pozdularmı? Sanki bu suallara cavab verərək, sonra Allah açıqlayır ki, onlar öz Rəbbi qarşısında əhdi pozdular.

ﮥ   ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫﮬ   ﮭ  ﮮ ﮯ  ﮰﮱ  ﯓ  ﯔ  ﯕ    ﯖ  ﯗﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡﯢ   ﯣ  ﯤ  ﯥﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ  

(5.13) “Əhdi pozduqlarına görə Biz onları lənətlədik və ürəklərini codlaş­dırdıq. Onlar sözlərin yerini dəyişərək onları təhrif edir və onlara öyrədilənin bir qismini yaddan çıxartmışlar. Sən hər dəfə, bəziləri istisna olmaqla, onların xəyanəti ilə rastlaşacaqsan. Onları bağışla və alicənablıq göstər, çünki Allah xeyirxahlıq edənləri sevir”.

İsrail oğulları əhdi pozdular və buna görə də Allah onları eyni vaxtda bir neçə cəzaya məhkum etdi.
Birincisi, O, onları lənətləyərək Öz mərhəmətindən uzaqlaşdırdı. Onlar Allaha verdikləri vədi yerinə yetirmədikdə öz qarşılarında olan mərhəmət qapısını bağladılar, çünki onun yerinə yetirilməsi Allahın mərhəmətinə layiq olmağa imkan verən ən böyük amil idi.
İkincisi, O, onların ürəklərini o qədər codlaşdırdı[8] ki, heç bir dəvət və öyüd-nəsihət artıq onlara kar etmir, fayda vermirdi. Allahın ayələri və nəsihətləri onlara təsir etmirdi, odlu çağırışlar onlarda heç bir həvəs doğurmurdu, qorxuducu xəbərdarlıqlar isə onları dəhşətə gətirmirdi. Bu, qulun məruz qoyula biləcəyi ən ağır cəzalardan biri idi, çünki onun qəlbi elə bir vəziyyətə gətirilmişdi ki, belə hallarda, hətta ən doğru təlimatlar və xeyirxah nəsihətlər də onda yaramazlıqlardan başqa bir şey doğurmur.
Üçüncüsü, onlar tovlanmışdılar və Allahın kəlamlarını və Onun və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) həmin sözlərə verdikləri mənaları təhrif etməyə başlamışdılar.
Dördüncüsü, onlar onlara xəbər verilənlərin böyük bir hissəsini yaddan çıxar­mışdılar. Bu o deməkdir ki, onlar Tövratda nazil edilənlərdən və Musa peyğəmbərə (s) vəhy olunanlardan çox şeyləri unutmuş və itirmişdilər. Allah bunlardan əksəriyyətini, törətdikləri azğınlıqlara görə, cəza olaraq, onlara unutdurmuşdur. Beləliklə, əgər Kitab əhli onların Kitablarında nazil edilmiş bəzi vəhyləri və ya o zamanlar baş vermiş bəzi hadisələri inkar edirlərsə, onda həmin məlumatlar onların unutduqlarına aid edilməlidir.
Beşincisi, onlar həmişəlik satqınlıq və xəyanətkar əməllər törətməyə məhkum edilmişdilər. Buna görə də onlar Allaha və Onun iman sahibləri olan qullarına xəyanət­karlıq edirdilər. Onların satqınlığının və xəyanətkarlığının ən dəhşətli təzahür­lərindən biri də onlara inanan şəxslərdən həqiqəti gizlətmələri idi. Onlar istəyirdilər ki, insanlar kafir olaraq qalsınlar, bu isə onların tərəfindən ən böyük xainlikdi.
Bu pozğunluq sifətləri özünü İsrail oğullarına oxşadan hər kəsə xas olan keyfiy­yətlərdir. Əgər insan Allahın ona yerinə yetirməyi buyurduğunu etmirsə və öz öhdəsinə götürdüyü vəzifələri icra etmirsə, o, özü özünü lənətlənməyə məhkum etmiş olur və qəlbi isə daşa çevrilir. O, aldanmağa meyl edir və Rəbbinin sözlərini təhrif etməyə başlayır. Allah ona düz yol tapmağa kömək etmir və o, ona vaxtilə verilmiş öyüd-nəsihətlərin çoxunu yaddan çıxarır. Bununla yanaşı, belə bir insan hökmən satqına və xəyanətkara çevrilir. Biz isə Allahdan bizi bundan qorumasını diləyirik!
Fövqəluca Allah dini nəsihətləri qismət adlandırır, çünki onlar insanın payına düşən taleyidir. Bütün yerdə qalan nemətlər isə insana bu dünyada nəsib olanlardır. Fövqəluca Allah buyurur: “Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzula­yanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir” (Qəsəs, 28/79).
İnsana fayda verən qismətdən bəhs edərək, Fövqəluca Allah buyurur: “Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (Fussilət, 41/35).
O, sonra buyurur ki, yəhudilərdən ancaq bəziləri əhdə sadiq qaldılar. Rəbb onlara yardım etdi və onları düz yolla apardı. Daha sonra Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onların ona (ona Allahın salavatı və salamı olsun!) qarşı törətdikləri haqsızlığı və təhqirləri bağışlamaq olarsa, onlara bağışlasın, çünki alicənablıq – xeyirxahlıqdır, Allah isə yaxşılıq edənləri sevir.
Allaha münasibətdə xeyirxahlıq dedikdə, Ona edilən elə bir ibadət nəzərdə tutulur ki, bu zaman insan sanki Onu görür, əgər o, Onu görmürsə də, Allah onsuz da onu görür. Məxluqlarla bağlı münasibətdə isə xeyirxahlıq adı altında onlara mənəvi və dünyəvi işlərdə fayda verməyə can atmaq başa düşülür.

ﭑﭒﭓﭔﭕﭖﭗ  ﭘ  ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ    ﭠ  ﭡ  ﭢ  ﭣﭤﭥ ﭦﭧ ﭨﭩﭪ  ﭫ 

(5.14) “Biz “Biz xristianlarıq” deyənlərdən də əhd almış­dıq. Onlar yadlarına salınanın bir qismini unutduqları üçün Biz onların arasında Qiyamət gününədək düşmənçilik və nifrət oyatdıq. Allah onlara törətdiklərini xatırladacaqdır”.

Allah əhdi təkcə yəhudilərlə bağlamamışdı. O, özlərini Məryəm oğlu İsanın (ə) ardı­cılları hesab edən şəxslərlə də əhd kəsmişdi. Onlar bəyan edirlər ki, Allaha və Onun elçilərinə və onların dəvət etdikləri hər şeyə iman gətiriblər, lakin onlar öz vədlərini pozdular, onlara verilən nəsihətlərin çoxunu yaddan çıxarıb, biliklərini itirdilər və müvafiq hökmləri yerinə yetirmədilər. Allah da onların arasına elə bir düşmənçilik və kin-küdurət saldı ki, Məhşər gününə qədər onlardan xilas ola bilməyəcəklər. Onların bir hissəsi digərlərini özlərinə tabe edir və aralarında ədavət və nifrət hissi baş qaldırır. Onlar bir biriləri ilə düşmənçilik edəcək, bir birinə nifrət bəsləyəcək, bir birinə düşməncəsinə baxacaq və aralarındakı nifaqdan əziyyət çəkəcəklər. Çox tezliklə isə Allah onların bütün törətdiklərini yadlarına salacaq və onları cəzalandıracaq.

ﭬﭭ ﭳﭴ ﭵ ﭶ ﭷ  ﭸ   ﭼﭽ ﭿ      ﮃ  ﮄ 

(5.15) “Ey Kitab əhli! Sizin Kitabdan gizlətdiklərinizin çoxunu sizə açıqlayan və çoxunun da üstündən keçən Elçimiz yanınıza gəlmişdir. Sizə Allahın Nuru və açıq-aşkar Kitab gəlmişdir”.

Allahın yəhudilər və xristianlarla bağladığı əhdi barədə, çox az bir qisim insanlar istisna olmaqla, qalanlarının vədlərini pozduqlarını xatırlatmasından sonra Fövqəluca Allah onlara Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmələrini əmr edir və onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin həqiqiliyini sübut edən təkzib­olunmaz dəlillər gətirir. Bu dəlillərin gerçəkliyinin əsasında Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) onların insanlardan, hətta öz nadan dindaş­larından belə gizlətdikləri bir çox şeyləri özlərinə açıqlaması faktı dururdu. Onlar elmə malik olanlar sayılırdılar və onlardan başqa heç kim onların bildiklərini bilmirdilər. Eyni zamanda, bu biliklərə nail olmaq istəyən hər kəs ancaq onların vasitəsilə bunu əldə edə bilərdi.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) bu Əzəmətli Quranı gətirərək, onun köməyi ilə Kitab əhlinin öz aralarında gizlətdiklərindən çox şeyləri izah etdi. O (ona Allahın salavatı və salamı olsun!), yazıb-oxumağı bilməyən bir insandı ki, bu özü də onun (ona Allahın salavatı və salamı olsun!) peyğəm­bərliyini təsdiq edən inandırıcı dəlillərdən biriydi. Kitab əhlinin gizlətdikləri biliklər arasında Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təsviri, onun gələcəyi haqqında onların Müqəddəs Kitablarında xatırlanan pey­ğəm­bərlərin öncə­dən xəbər verdikləri və həmçinin zinakarların daşqalaq edilməsi haqqında ayə və bir çox başqa şeylər var idi.
Allah bildirir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) deyilməsi məqsədəuyğun olma­yan məsələlər haqqında açıqlama verməkdən vaz keçirdi. O (ona Allahın salavatı və salamı olsun!), Allahdan insanlara Nur, yəni Müqəddəs Quran gətirmişdi ki, onun sayəsində nadanlıq və azğınlıq zülmətində haqq yolu işıqlandırırdı. Bu Aydın Kitabda insanların ehtiyac duyduqları bütün dini və dünyəvi məsələlər öz izahını tapmışdı. Onda Allah, Onun adları, sifətləri və əməlləri haqqında biliklər və həmçinin dini qanunlar, ədalətli mükafat­landırma və cəzalandırma qanunları cəmlənmişdi.

ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ   ﮋ  ﮌ ﮍﮎﮏﮐﮑﮒ           ﮓ  ﮔ  ﮕ  ﮖ   ﮗ 

(5.16) “Allah Onu razı salmağa can atanları onun vasitəsilə əmin-amanlıq yolları ilə aparır. O, Öz İradəsi ilə onları qaranlıqlardan aydınlığa çıxarıb doğru yola yönəldir”.

Fövqəluca Allah ayədə bu Quranı rəhbər tutan insanlar və Allahın qulunun buna nail olmaq üçün hansı keyfiyyətlərə malik olması haqqında xəbər verir. Allah, Onun iltifatını qazanmaq ümidi ilə səy göstərən və insana cəzalardan xilas olmağa və Səadət Diyarına düşməyə imkan verən sülh yolunu tapmağa çalışanları doğru yola yönəldir. Bu, özünü düzgün biliklər əldə etməklə və onları bütövlükdə və xüsusilə həyata keçirməklə göstərir. Allah bu yollarla gedənləri imansızlıq, bidətçilik, itaətsizlik, nadanlıq zülmətlərindən çıxarib, iman, Sünnə, itaətkarlıq, elm, Fövqəluca Allahı zikr etmə nuruna yönəldir. Bütün bunlara ancaq Allahın öyüd-nəsihəti sayəsində nail olmaq mümkündür, çünki təkcə Onun istədiyi baş verir, Onun istəmədiyi bir şey isə baş verə bilməz.

ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ   ﮠ  ﮡﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ    ﮪ   ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ   ﯔ  ﯕﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ   ﯛ  ﯜﯝ  ﯞ  ﯟ  ﯠﯡ  ﯢ  ﯣ  ﯤ    ﯥ  ﯦ  ﯧ   

(5.17) “Şübhəsiz ki, Məryəm oğlu Məsih – Allahdır” – deyənlər kafirdirlər. De: “Əgər O, Məryəmin oğlu Məsihi, onun anasını və bütün yerdə olanları məhv etmək istəsəydi, kim Allaha bir az da olsa, maneçilik törədə bilərdi?” Allah göylərin, yerin və onların arasında olanlar üzərində hökmrandır. O, istədiyini xəlq edir. Allah hər şeyə qadirdir!”

Əvvəlki hər iki Kitab əhlinin Allahla əhd bağlaması və sonradan onu pozması barəsində xatırlatdıqdan sonra, Fövqəluca Allah onların bir sıra yaramaz ifadələrini sadalayır.
Xristianlar elə sözlər danışırlar ki, onları başqaları söyləmir. Onlar Məryəm oğlu Məsihi Allah hesab edirlər və pozğun baxışlarını onun atasız doğulması ilə izah edirlər. Lakin onlar unudurlar ki, Həvva bu cəhətdən Məsihə bənzəyir, axı o, dünyaya anasız gəlmişdir, Adəm isə hətta ondan daha da üstündür, çünki o, atasız və anasız xəlq edilmişdir. Onda bəs onlar niyə hər ikisini Allah saymırlar, amma Məsihi ilahiləşdirirlər?
Buradan belə çıxır ki, xristianlar heç bir inandırıcı dəlil, hətta şübhə doğuran sübutlar belə olmadan öz istədiklərini qəbul edirlər. Allah onların iddialarını Özünün aydın məntiqi dəlilləri ilə təkzib edərək deyir ki, nə Məsih, nə onun anası, nə də Yerin digər sakinləri, Allah onları məhv etmək istəsə, özlərini heç bir vasitə ilə müdafiə edə bilməzlər. Əgər kimsə müsibətdən qorunmağa və özünü məhv olmaqdan xilas etməyə qabil deyilsə, o, ilahiləşdirilməyə layiq deyildir.
Yenə bir məntiqi dəlil ondan ibarətdir ki, Allah göylərin, yerin və onların arasında olan nə varsa hamısının üzərində mütləq hakimiyyətə malikdir. O, Kainatı Öz Qədərinin, dininin qanunlarına, ədalətli əvəzalma qanunlarına uyğun olaraq idarə edir. Bütün məxluqlar Ona məxsusdur və Onun İradəsinə tabedirlər. Məgər öz Rəbbinə mənsub olan aciz qul Allah ola və heç bir ehtiyac hiss etməyə bilərmi? Həqiqətən, belə bir şey qətiyyən mümkün deyil.
Xristianlar Məryəm oğlu İsanın (ə) atasız dünyaya gəlməsinə təəccüb etməmə­li­dirlər, çünki Allah istədiyini yaradır. O, istədikdə, insanlar ata və analarından dünyaya gəlirlər ki, bu da Adəmin nəsillərinin əksəriyyəti ilə baş verir. Əgər O, lazım bilsə, insan dünyaya ata-anasız da gələr, buna misal Həvvadır. Əgər O, lazım bilsə, insan atası olmadan anasından doğula bilər ki, buna da misal İsa əleyhissalamdır. Əgər Allah istəyərsə, insan dünyaya ata-anasız da gələ bilər. Adəmin yaradılması da buna nümunə­dir. Fövqəluca Allah Öz məxluqlarını müxtəlif yaratmışdır, çünki Onun İradəsi sözsüz icra edilir və Onun üçün mümkün olmayan bir şey yoxdur.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗﭘ  ﭙ ﭚ  ﭛ  ﭜﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢﭣ  ﭤ  ﭥ   ﭦ  ﭧ  ﭨ  ﭩﭪ  ﭫ  ﭬ  ﭭ ﭮ ﭯﭰﭱﭲﭳ  ﭴ 

(5.18) “Yəhudilər və xristianlar dedilər: “Biz Allahın oğul­larıyıq və Onun se­v­imliləriyik”. De: “Bəs o, sizə günahlarınıza görə niyə əziyyət verir? Xeyir! Siz Onun yaratdığı insanlardan ancaq birisiniz. O, kimi istəyirsə, bağışlayır, kimi də istəyirsə, əziyyətə salır. Göylər, Yer və onların arasında olanlar Allahın  mülküdür və axırda qayıdış Onadır”.

Yəhudilər və xristianlar özlərini günahsız insanlar hesab edir, Allahın oğulları və Onun sevimliləri olmalarını yalandan iddia edirlər. Onların dilində sevilən bir insanı oğul adlandırmaq olar, onlar isə özlərini birbaşa mənada Allahın oğulları saymır­lar. Kitab əhlindən heç kim belə bir söz işlətmir, təkcə xristianlar Məsihi birmənalı olaraq Allahın Oğlu kimi qəbul edirlər.
Allah onların əsassız iddialarını rədd edərək, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onlara desin: “Bəs Allah sizi günahlarınıza görə niyə cəzalandırır? Əgər siz Onun sevimliləri olsaydınız, O sizi cəzalandırmazdı. Bilin ki, Allah ancaq xeyirxah işlər görənləri sevir. Siz isə adi insanlarsınız və Allahın ədalətli qanunlarına və Onun rəhmliliyinə uyğun olaraq mühakimə ediləcəksiniz. Allah istədiyi kəsi bağışlayır, istədiyini də cəzalandırır. Bu isə sizin əməllərinizdən asılı olacaqdır və məhz onların nəticəsi kimi bağışlanmaya və ya cəzalandırılmaya layiq görüləcəksiniz. Allah göylərdə, Yerdə və onların arasında olanların üzərində mütləq Hakimiyyət Sahibidir və biz hamımız Onun yanına qayıtmalıyıq. Əgər siz qullarımızdan birisisinizsə, onda nəyin əsasında digər insanlardan üstün olduğunuz fikrinə düş­müş­­sünüz? Siz hamınız Axirət həyatında Allaha qaytarılacaqsanız və öz əməllərinizə müvafiq əvəz alacaqsınız”.

ﭵ  ﭶ  ﭷ  ﭸ   ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ   ﮄ  ﮅ  ﮆ  ﮇﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌﮍ  ﮎ  ﮏ  ﮐ ﮑ  ﮒ  ﮓ 

(5.19) “Ey Kitab əhli! Elçilərin olmadığı dövrdən sonra, Elçimiz sizə bəyan etmək üçün yanınıza gəlmişdir ki, bir daha deməyəsiniz: “Bizə müjdə verən və xəbərdarlıq edən gəlməmişdir”. Artıq müjdəçi və xəbərdarlıq edən nəsihətçi gəlmiş­dir. Allah hər şeyə qadirdir”.

Pak və Fövqəluca Allah Kitab əhlinə lütfkarlığını göstərərək, onlara Müqəddəs Kitabını nazil etmişdi. O, onları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməyə və insanların möhkəm ehtiyac duyduğu bir şəraitdə, bəşəriyyətə elçilərin gəlmədiyi dövrdə, O, onlara Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) göndərdiyi üçün Ona minnətdar olmağa dəvət etmişdi.
Belə vəziyyət insanları Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməyə məcbur edir, çünki o (ona Allahın salavatı və salamı olsun!) onlara Allahın məqsədini və dini hökmləri izah edirdi. Allah həqiqəti Öz qullarına çatdırmışdı ki, onlar sonradan narazılıq edərək: “bizə müjdə verən və xəbərdar­lıq edən bir nəsihətçi gəlməmişdir” – deməsinlər. Müjdəçi və nəsihətçi artıq gəlmişdir. O (ona Allahın salavatı və salamı olsun!) onları həm bu dünyada və həm də Axirətdə mükafatlandırılacaqları xəbəri ilə sevindirdi, onlara mükafata layiq görüləcəkləri əməlləri bir-bir izah etdi, möminlərin məziyyətlərini təsvir edərək, onları həm bu dünyada və həm də ölümdən sonra cəzalandırılma haqqında da xəbərdarlıq etdi, insanları məşəqqətə məhkum edən əməlləri törətməkdən çəkindirdi və günahkarların xüsusiyyətlərini izah edib anlatdı.
Allah hər şeyin hakimidir. Bütün məxluqlar, istəsələr də, istəməsələr də Ona tabedirlər, çünki O, elə bir qüdrət Sahibidir ki, heç bir şey Ona müqavimət göstərə bilməz. Allah Öz Qüdrəti sayəsində elçilər göndərmiş, Kitablar nazil etmiş və onun sayə­sində O, elçilərə itaət edənləri mükafatlandırır, onlara saymamazlıq edənləri isə cəzalandırır.

ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ   ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢ   ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ 

(5.20) “Bir vaxt Musa öz xalqına demişdi: “Ey xalqım! Allahın sizə mərhəmət göstərərək aranızdan peyğəmbərlər yaratdığını və sizdən hökmdarlar qoyduğunu xatırlayın. Aləmlərdən kimsəyə vermədiyini təkcə sizə əta etdi”.

ﮫ  ﮬ   ﮭ  ﮮ  ﮯ  ﮰ     ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯗ   ﯘ  ﯙ  ﯚ 

(5.21) “Ey xalqım! Allahın (bəxtinizə) yazdığı müqəddəs torpağa girin və geriyə dönməyin, əgər dönsəniz zərərə uğra­yarsınız”.

Allah Musaya (ə) və onun xalqına rəhm edərək onları Firondan və misirlilərdən xilas edir. Allah onları əsirlikdən və qul olmaqdan qurtarır və bundan sonra onlar öz vətənlərinə, doğma evlərinə yola düşürlər. Bu ərazi Qüds və onun həndəvərləri idi. Onlar müqəddəs torpağa yaxınlaşdıqları zaman, Allah onlara düşmənlərlə vuruşmağı və onları oradan qovub çıxarmağı əmr edir. Musa (ə) öz qəbilədaşlarına öyüd verməyə başlayır və onlara nəsihət edir ki, özlərində qüvvə tapıb düşmənlə döyüşsünlər. O (ə) deyir: “Allahın sizə göstərdiyi mərhəməti yadınıza salın. Onu qəlbinizlə və dilinizlə xatırlayın ki, bu sizə Allahı daha böyük məhəbbətlə sevməyə imkan versin və Ona ciddi-cəhdlə ibadət edəsiniz. O, sizə peyğəmbərlər göndərir ki, sizi düz yola dəvət etsinlər və məhv olmaq­dan qorusunlar, sizi əbədi səadətə qovuşmağa ruhlandırırlar və bilmədiklərinizi sizə öyrədirlər. O, sizi öz taleyini müstəqil həll edən hökmdarlar etmişdir. O, sizi öz qullarına çevirmiş düşmənlərinizdən xilas etmiş və sizə müstəqil qərarlar qəbul etmək, öz dininizə azad şəkildə etiqad etmək imkanı vermişdir. O, sizə mənəvi və maddi nemətlər əta etmişdir ki, onları sizdən əvvəl heç kimə verməmişdi”.
Peyğəmbərin (ə) bu sözlərindən aydın olur ki, o uzaq zamanlarda israillilər insanların ən yaxşılarından idilər və Allah da onları, hələ heç kimin layiq görülmədiyi bol nemətlərlə şərəflən­dirmişdi. Musa (ə) öz qəbilədaşlarına Allahın onlara əta etdiyi maddi və mənəvi nemətləri xatırlatmaqla onları iman gətirməyə, mətanət göstərməyə və Allah yolunda döyüşlərdə iştirak etməyə sövq etdirməliydi. Sonra o (ə) onlara əmr edir ki, müqəddəs Qüds torpağına daxil olsunlar və onlara bir xəbər də verir ki, əgər onlar həqiqətən də mömin idilərsə və Allahın sözlərinin doğruluğuna inanırdılarsa, bu onların qəlbinə iman gətirməliydi. O (ə) onlara xəbər verir ki, Allah artıq onların Qüdsü zəbt etməsini və düşmən üzərində qələbəsini təyin etmişdir. Musa (ə) deyir: “Əgər siz geriyə çəkilsəniz, onda zərərçəkmişlər kimi dönərsiniz. Maddi nemətlər­dən məhrum olar, düşmənlər üzərində qələbəni əldən verər və torpaqlarınızı geri qaytara bilməzsiniz. Bununla yanaşı siz Son həyatınızı da itirərsiniz, çünki mükafatlarınızdan məhrum olaraq, özünüzü cəzalandırılmağa məhkum edərsiniz”.

ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠ   ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ    ﯨ  ﯩ   ﯪ  ﯫ  ﯬ 

(5.22) “Onlar dedilər: “Ey Musa! Orada çox güclü adamlar yaşayırlar və onlar oradan çıxıb getmədikcə biz oraya girmərik. Onlar oradan çıxsalar, biz ora girərik”.

İsraillilərin cavabı onların qorxaqlığına, ruh düşkünlüyünə, Allahın və Onun elçisinin (ə) hökmlərinə sayğısız münasibət bəslədiklərinə dəlalət edirdi. Onlar dedilər: “Ey Musa, bu yerdə güclü və cəsur insanlar yaşayırlar və bu bizə oraya girməyə mane olur. Həmin insanlar oranı tərk etmədikcə, biz o yerə ayaq basmarıq. Onlar oradan getsələr, biz oraya girərik”. Onlar qorxaq adamlar idilər və qəti etiqad sahibi deyildilər. Əgər bu belə olmasaydı, onlar başa düşərdilər ki, bütün insanlar – Adəmin nəsilləridir və ancaq Allahın kömək göstərdikləri kəslər güclü olurlar, çünki Ondan başqa heç kimin gücü və qüdrəti yoxdur. Onlar anlayardılar ki, Allahın Özünün vəd etdiyi qələbəni əldə etməyi bacara bilərdilər.   

WÓ†WTÎ gÜð„S–W¤ WÝYÚ WÝÿY¡PVÖ@… WÜéSTʆWWTÿ WØWÅ<TßVK… JðS/@… †WÙXä`~VÕWÆ N…éSTÕSž` @… SØXä`~VÕWÆ f‡†W‰<Ö@… …W¢MX†WTÊ SâéSÙST<ÕfTTTžW  óØRÑPVTßXM†WTÊ &WÜéS‰YÕHTWTçÆ øVÕWÆWè JðY/@… Nv…éSTÕPV{WéWWTÊ ÜMX… ySÞRÒ WÜkYÞYÚ`ëQSÚ (23)

 (5.23) “Allahın mərhəmət göstərdiyi iki təqvalı kişi dedilər: “Onların içinə darvazalardan girin. Siz oraya daxil olsanız, hökmən qələbə çalarsınız. Əgər iman gətirənlərsinizsə, ancaq Allaha təvəkkül edin!”

Allahdan qorxan təkcə iki kişi öz xalqını doğma torpaqları azad etmək üçün düşmənlə müharibəyə ruhlandırmağa başladılar. Allah onlara iltifat göstərib onları doğru yola yönəldərək, həmin çətin anda lazım olan sözləri onlara öyrətdi. Bununla yanaşı Allah onlara səbir və etiqad bəxş etdi. Onlar dedilər: “Şəhərə darva­zalarından soxulun və onda hökmən qalib gələrsiniz. Düşmən üzərində üstünlük qazanmaq üçün, sizə təkcə qəti qərar qəbul etmək və darvazalardan zorla içəri girmək kifayətdir. Siz şəhərə daxil olan  kimi düşmən məğlub olacaq”. Sonra onlar öz xalqına ən qüdrətli silahla silahlanmaq və Allaha təvəkkül etmək hökmü verdilər, çünki Ona ümid bəsləmək, xüsusilə belə bir şəraitdə, tapşırığı yerinə yetirməyə və düşmən üzərində qələbə qazanmağa kömək edir. Buradan aydın olur ki, mömin bəndə Allaha təvəkkül etməlidir və qulun təvəkkülü onun imanının dərəcəsindən asılıdır.

N…éRÖ†WTÎ uvøWªéSÙHTWTÿ †PVTßXM… ÝVÖ :†fTTTäVÕSž`ŸVPTß …_ŸTWTŠKV… †QWÚ N…éSÚ…W  $†fTTTä~YÊ pˆWå<¢@†WTÊ ðŒßKV… WÐQSTŠW¤Wè :ð„YHTWÍWTÊ †PVTßXM… †WTÞSäHTTWå fûèSŸYÅHTTWTÎ (24)
 (5.24) “Onlar dedilər: “Ey Musa! Biz, onlar orada qaldıqca, heç vaxt oraya getmərik. Sən Rəbbinlə gedib vuruşun, biz isə burada oturacağıq”.

Heç bir nəsihət və məzəmmət israillilərə fayda vermədi və onlar özlərini ən alçaq adamlar kimi apardılar. Onlar belə dedilər: “Ey Musa! Şəhərin sakinləri orada qaldıqca biz oraya girmərik. Get öz Rəbbinlə döyüş, biz isə bax burada oturacağıq!”
Öz peyğəmbərinə söylənilən bu sözlərdən və bəslənən bu münasibətdən iyrənc və mənfur nə ola bilər?! Onlar bu rəftarı özləri çox ağır vəziyyətdə olduqları bir vaxtda etmişdilər, halbuki şərait onlardan peyğəmbəri müdafiə etməyi, gücə və qüdrətə malik olmağı tələb edirdi.
Bu və buna bənzər olan digər rəvayətlər Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) milləti ilə ondan əvvəlki millətlərin arasındakı fərqi xüsusilə vurğulayır. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) öz səhabələri ilə məsləhətləşdikdə və onlara müşriklərlə Bədr yaxınlığında vuruşmağı təklif etdikdə, o (ona Allahın salavatı və salamı olsun!) öz qərarı üzərində israr etmədi və buna baxmayaraq, onlar dedilər: “Ey Allahın Elçisi! Əgər sən dənizdən piyada keçib getmək istəsən, biz də səninlə bərabər onu keçib gedərik. Sən döyüşə girmək istəsən, bir nəfərimiz də kənarda qalmaz. Biz, Musanın qəbilə­daşlarının ona: “Get öz Rəbbinlə döyüş, biz isə bax burada otu­racağıq” dediklərini sənə demərik. Get öz Rəbbinlə birlikdə döyüş və biz də sizinlə birlikdə: qarşında və arxanda, səndən sağda və solda döyüşəcəyik”.

ﭣ  ﭤ   ﭥ  ﭦ  ﭧ  ﭨ   ﭩ  ﭪﭫ  ﭬ  ﭭ  ﭮ  ﭯ    ﭰ  ﭱ 

(5.25) “O dedi: “Ey Rəbbim! Hökmüm özümdən və qardaşımdan başqa kimsəyə təsir etmir. Bizimlə o fasiq xalqın arasını Sən ayır”.

Musa peyğəmbər (ə) qəbilədaşlarının inadcıllığını görəndə ucadan dedi: “Ey Rəbbim! Mən ancaq özümə və bir də qardaşıma hökm edə bilirəm. Onlar düşmənləri ilə vuruşmaq istəmirlər, mən isə onları məcbur edə bilmirəm. Bizi bu fasiq xalqdan ayır və İlahi müdrikliyinə müvafiq olan qaydada Özün bizi mühakimə edib günahkarları cəzalandır”. Bu deyilənlərdən aydın olur ki, israil­lilərin söylədikləri sözlər ağır günah idi və onları yoldan çıxmağa və şərəfsizliyə salmışdı.

ﭲ  ﭳ  ﭴ  ﭵﭶ  ﭷ  ﭸﭹ   ﭺ  ﭻ  ﭼﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ   ﮃ 

(5.26) “O dedi: “Elə isə ora onlara qırx il müddətinə qada­ğan olacaq. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Fasiq kimsə­lərə görə kədərlənmə”.

Allah Musanın (ə) duasına qulaq asaraq, İsrail oğullarını cəzalandırdı və onları müqəddəs şəhərə girməkdən məhrum edərək, onun müddətini qırx il müəyyən­ləş­dirdi. Bütün bu illər ərzində onlar doğru yol tapmadan və rahatlıq bilmədən yer üzündə dolaşmalıydılar. Yəqin ki, bu cəza bu dünyada israillilərin günahlarını yumalı və onları daha dəhşətli əzab-əziyyətdən xilas etməli idi. Buradan belə çıxır ki, günaha görə cəza, mövcud nemətlərdən və ya insanın artıq layiq olduğu lütfkarlıqdan məhrum edilməsi və yaxud da onun daha sonrakı dövrə saxlanması kimi də ola bilər.
Ola bilsin ki, İsrail oğullarının sərgərdan gəzib dolaşması ona görə belə çox uzadılmışdı ki, səbir və dözümlülükdən məhrum ürəklərində doğmuş o dəhşətli sözləri işlədənlərin əksəriyyəti öləydi. Onlar artıq qul olmağa alışmış və əzəmətlilik iddiasında olmayan insanlara çevrilmişdilər. Allah istəyirdi ki, İsrail oğulları arasında düşmənlərini darmadağın etmək arzusu ilə tərbiyə almış insanların yeni nəsli yaransın və insanları xoşbəxt olmağa imkan verməyən quldarlıqdan və alçaldılmalardan xilas olsunlar.
Musa (ə) insanlara, o cümlədən, öz həmqəbilələrinə qarşı olduqca mərhəmətliydi və Fövqəluca Allaha məlum idi ki, o, öz xalqına ürəyiyananlıq edə bilər, onların məruz qaldığı cəzadan qüssələnə bilər, hətta onları artıq qəti müəyyən olunmuş cəzadan qurtarmağı Ondan xahiş edə bilər. Buna görə Allah ona günahkar xalqa görə kədərlənməyi və itaətdən boyun qaçıranlara acımağı qadağan etmişdi. Onların belə cəzaya məruz qalmalarının səbəbi öz əxlaqsızlıqları idi, Allah onlarla zalımcasına davranmırdı.

ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ   ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ     ﮕ  ﮖﮗ   ﮘ  ﮙ    ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ 

(5.27) “Adəmin iki oğlu haqqında gerçək hekayəti onlara oxu. Budur, onların hər ikisi qurban verdilər və o, onların ancaq birindən qəbul edildi, o birisindən isə qəbul edilmədi. O dedi: “Mən hökmən səni öldürəcəyəm”. O biri isə dedi: “Həqiqətən, Allah ancaq Ondan qorxanlardan qəbul edir”.


ﮟ  ﮠ  ﮡ  ﮢ   ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ   ﮩﮪ  ﮫ    ﮬ  ﮭ   ﮮ  ﮯ  ﮰ 


(5.28) “Əgər sən məni öldürmək üçün əlini mənə uzatsan, mən onsuz da səni öldürmək üçün əlimi sənə uzatmayacağam. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram”.

ﮱ  ﯓ  ﯔ  ﯕ   ﯖ    ﯗ  ﯘ   ﯙ  ﯚ  ﯛﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠ 

(5.29) “Mən istəyirəm ki, sən mənim günahımla və öz günahınla qayıdıb Od əhlinin arasına düşəsən. Zalımlar belə əvəz alırlar”.

ﯡ   ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ    ﯪ  

(5.30) “Nəfsi onu öz qardaşını öldürməyə sövq etdi və o, onu öldürərək zərərə düşənlərdən biri oldu”.

ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ          ﯳ   ﯴ  ﯵﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯼ  ﯽ   ﯾ  ﯿ  ﰀ  ﰁﰂ  ﰃ  ﰄ  ﰅ  ﰆ  

(5.31) “Allah qarğanı göndərdi ki, torpağı qazıb, qarda­şı­nın meyitini gizlətməyi ona göstərsin. O, dedi: “Vay mənim halıma! Məgər mən bu qarğa kimi edib, qardaşımın meyitini gizlədə bilmərəmmi?” Beləliklə, o, təəssüflənənlərdən biri oldu”.

Ey Muhəmməd! İnsanlara Adəmin iki oğlu arasında baş verən hadisə haqqında həqiqəti danış ki, qoy istəyən hər kəs özü üçün ondan faydalı bir nəticə çıxartsın. Doğruçu ol, yalan danışma, vicdanla danış və məzələnmə!
Tamamilə aydındır ki, söhbət Adəmin iki doğma oğlundan gedir. Bu, ayənin mətninin mənasından da aydınlaşır və bu rəyi şərhçilərin əksəriyyəti müdafiə edirlər. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onların necə qurban verdiklərini və onun nə ilə nəticələndiyini insanlara danışmağı əmr edir.
Adəmin iki oğlundan hər biri öz əmlakının bir hissəsini Allaha yaxınlaşmaq üçün qurban verir, Uca Rəbb onlardan ancaq birinin qurbanını qəbul edir. Onlar bu barədə ya göylərdən gələn açıqlama vasitəsilə və yaxud da qədim xalqların mənimsədikləri adətlər vasitəsilə öyrənib bilirlər. Bu adətə uyğun olaraq, Allah qurbanı qəbul etdikdə, göydən od püskürər və onu yandırardı.
Adəmin qurbanı qəbul olunmamış oğlunu paxıllıq və acıq tutmuşdu və o, qardaşına dedi: “Mən səni öldürəcəyəm!” Qardaşı isə, ona ürəyi yanaraq, dedi: “Allah qurbanı ancaq Ondan qorxan qullarından qəbul edir. Mən nə günah etmişəm ki? Sən məni hansı cinayətə görə öldürmək istəyirsən? Yoxsa sən məni Allahdan qorxduğuma görə öldürmək istəyirsən? Halbuki həm biz səninlə Onun qarşısında qorxmalıyıq və həm də qalan məxluqlar qorxmalıdırlar”.
Qeyd edim ki, ən səhih təfsirlərə uyğun olaraq, xeyirxah əməllər, onları Allah qarşısında qorxu hissi, səmimiyyətlə Onun xatirinə və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərinə uyğun yerinə yetirənlərdən qəbul edilir.
Sonra qəlbində Allah qorxusu Adəm oğlu qardaşına deyir ki, o, ona hücum edərək və ya özünü müdafiə məqsədilə onu öldürməyəcək. O belə deyir: “Əgər sən məni öldürməyə cəhd etsən, mən onsuz da əlimi uzadıb səni öldürməyəcəyəm. Bunun səbəbi mənim qorxaqlığımda və ya zəifliyimdə deyil. İş orasındadır ki, mən aləmlərin Rəbbi Allahdan qorxuram. İnsan Ondan qorxduqda günah, xüsusilə onlardan ağırını işlətməz. Əgər sən qətl etməyə hazırlaşırsansa, onda Allahdan qorxmalısan. Lakin iş o yerə çatsa ki, mən ya öldürməli və ya sənin əlinlə öldürülməli olsam, onda mən ölməyi üstün tutaram. Amma bu halda, sən həm özünün günahlarının və həm də mənim günahlarımın ağırlığını öz üstünə götürməli olacaqsan və sonra da sən Cəhənnəm odunun sakinləri arasına düşəcəksən. Zalımlıq edənlərin alacaqları əvəz belədir”.
Bu sözlərdən aydın olur ki, qətl ağır günahlara aiddir və insanı Cəhənnəm cəzasına məhkum edir. Buna baxmayaraq, hətta belə sözlər də cinayətkarı günah törətməkdən saxlamadı və o, qəti qərara gəldi ki qardaşını öldürsün. Ona hətta elə gəldi ki, bu rəftar yüngül və düzgündür, hərçənd Allahın qanunu və pak fitrət insan həyatının toxunul­maz­lığını göstərir. O öz qardaşını öldürməklə öz həyatını həm bu dünyada və həm də axirətdə məhv edənlərdən biri oldu.
O, birinci olaraq ondan sonra qətl törədənlərə yol açdı və səhih hədisdə deyilir: Kim başqa insanlara pis nümunə göstərsə, onun həm öz günahlarının ağırlığı və həm də onun nümunəsini Qiyamət gününə qədər davam etdirənlərin günahlarının ağırlığı onun üstünə düşər”. Digər bir səhih hədisdə də deyilir: “Hər dəfə bir insanı qətlə yetirəndə axıdılan qanın bir hissəsi Adəmin birinci oğlunun üstünə düşür, çünki qətllərə yol açan adamların birincisi o olmuşdur”.
Qardaşını öldürdükdən sonra o onun cəsədi ilə nə edəcəyini bilmirdi, çünki qətl edilən Adəmin birinci oğlu idi ki, öldürül­müşdü. Belə olduqda, Fövqəluca Allah onun yanına bir qarğa göndərir ki, yeri qazıb başqa bir ölü qarğanı basdırsın. Beləliklə, O, ona qardaşının cəsədi ilə nə edəcəyini göstərdi və elə onda da Adəmin oğlu törətdiyi əmələ peşman oldu. Həqiqətən, təəssüf və zərər – bütün günahların nəticəsidir.
“Sava” sözü “bədənin örtülməli olan hissəsinə deyilir”. Cəsədin belə adlandırıl­ma­sı­nın səbəbi onun bir şeyə bürünməli olduğuna işarədir.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭜ   ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ   ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ   ﭫﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ       ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ 

(5.32) “Bu səbəbə görə Biz İsrail oğullarına yazdıq ki: “qətl törətməyən və ya yer üzündə fəsad yaymayan bir insanı öldürən kəs bütün insanları öldürmüş kimi­dir, kim də bir insanın həyatını qoruyarsa, o, bütün insanların həyatını qorumuş kimi­ olar. Bizim elçilərimiz artıq açıq-aydın ayələrimizlə onların yanına gəlmişlər, lakin bundan sonra da, onların əksəriyyəti yer üzündə qudurğanlıq edir”.

Adəmin iki oğlu haqqında hekayət onunla sona yetdi ki, onlardan biri öz qardaşını öldürdü və ondan sonra qətl törədənlər üçün yol açdı. Bu hekayətdən aydın olur ki, qətlin kədərli nəticəsi həm bu dünyada və həm də Axirət həyatında peşmançılıq və zərər olacaqdır. Buna görə Allah Səma Kitablarına uyğun olaraq yaşayan İsrail oğullarına əmr edir ki, bir insanın, başqasını öldürməsi və ya yer üzərində fitnə-fəsad yayması istisna edilməklə, öldürülməsi bütün insanları eyni vaxtda öldürmək kimidir. Bu, öldürülənlə digər insanlar arasında fərqin olmaması ilə və həm də insanın təkcə şəriətin yol verdiyi halda öldürülməsinə icazə verilməsi ilə izah edilir. Əgər qatil ölümə layiq olmayanı həyatdan məhrum edirsə, onda bu o deməkdir ki, onun üçün qətl etdiyi ilə qalan insanlar arasında fərq yoxdur və o, ancaq onu pislik törətməyə yönəldən nəfsinin istəklərinə tabe olmuşdur.
Eyni şeyi, Fövqəluca Allah qarşısında qorxu hissi keçirdiyinə görə, nəfsinin ona başqa əmr verməsinə baxmayaraq, insanı öldürməyib həyatını xilas edən haqqında da demək olar. Belə insan sanki bütün insanların həyatını xilas edir, çünki Allah qarşısında qorxu hissi onu ölümə layiq olmayan hər hansı bir adamı öldürməkdən hökmən saxlayar.
Bu ayədən aydın olur ki, iki halda insanı öldürməyə icazə verilir.
Birincisi, insan qanuni əsasları olmadan qəsdən qətl törət­dikdə, əgər o həddi-buluğ yaşına çatmışsa, törətdiyi qətlə görə məsuliyyət daşımalıdırsa, yəni, öldürülənin valideyni deyilsə, onu edam etməyə icazə verilir.
İkincisi, əgər insan yer üzündə dinə, insanların həyatına və mülkiyyətinə zərər vuraraq şərəfsizlik, fitnə-fəsad yayırsa. Bu, mürtədlərə, döyüşkən kafirlərə və bidət təbliğatçılarına aiddir ki, onların qarşısını ancaq edam etməklə almaq mümkündür. Bu həmçinin yol kəsən soyğunçulara və insanlara hücum çəkərək onların həyatını və malını təhlükə altına alan digər cinayətkarlara aiddir.
Sonra Allah bildirir ki, insanlara aydın mənalı ayələr göndərilmişdi və onlar insanların öz şərəfsizliklərinə haqq qazan­dırmasına imkan vermir. Buna baxmayaraq, insanların əksəriyyəti onları düz yolla getməyə məcbur edən təkzibolunmaz dəlilləri dinləyərək, yenə də haram edilmiş sərhədləri aşmaqda davam edir, günahlar törədir, onlara aydın ayələr və dəlillər gətirən Allahın elçilərinə müqavimət göstərirlər.


ﭻ   ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ   ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ   ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒﮓ  ﮔ   ﮕ  ﮖ  ﮗ  ﮘﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ   ﮟ 

(5.33) “Həqiqətən, o kəslər ki, Allaha və Onun Elçisinə qarşı vuruşurlar və yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərirlər, əvəzində ya öldürülməli, ya çarmıxa çəkilməli və ya da əlləri və ayaqları çarpaz kəsilməli və yaxud da onlar ölkədən sürgün edilməlidirlər. Bu, onlar üçün bu dünyada biabırçılıqdır və Axirət həyatında onlar üçün böyük əzab hazırlanmışdır”.

Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq  nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar sanki yolların arasını kəsirdilər və Fövqəluca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir.
Şərhçilər bu cəza tədbirləri arasında hansını seçmək barədə rəylərində müxtəlif fikirlər söyləmişlər. Bəziləri hesab edirdilər ki, hökmdar və ya onun canişini hər hansı qulduru göstərilən cəza növlərindən məqsədəuyğun saydığı biri ilə məhkum etmək haqqına malikdir. Bu rəy təfsir olunan ayənin aydın mənasına uyğun gəlir.
Digər bir təfsirə görə isə, quldurlar törətdikləri cinayətlərə müvafiq olaraq cəzaya məhkum edilməlidirlər. Ayədən aydın olur ki, hər bir cinayət növü üçün Fövqəluca Allahın müdrikliyi ilə təyin olunmuş müvafiq cəza müəyyənləşdirilmişdir. Əgər quldurlar qətl və soyğunçuluq törətmişlərsə, onda onları edam etmək və çarmıxa çəkmək lazımdır ki, onlar insanların gözü qarşısında biabır edilib rüsvay olsunlar və başqaları da belə əməllərdən çəkinsinlər. Əgər onlar soyğunçuluq etmədən qətl törətmişlərsə, onda onlar ancaq edam edilməlidirlər. Əgər onlar yolçuları ancaq qarət etmiş və öldürməmişlərsə, onda onların ancaq əlləri və ayaqları çarpaz kəsilməli, yəni, sağ əlləri və sol ayaqları kəsilməlidir. Əgər quldurlar insanları ancaq qorxutmuşlarsa, kimsəni öldürməmiş və soymamışlarsa, onları təkcə ölkədən qovmaqla və insanlar onların tövbə etdiklərinə əmin oluncayadək şəhərlərdə yaşamağa imkan verməməklə qane olmaq. İbn Abbas və bir çox görkəmli İslam alimləri bu rəyə tərəfdar idilərsə də, onların arasında da bəzi fərqli münasibətlər vardı.
Bu cəza quldurlar üçün bu dünyada rüsvayçılıq və biabır­çılıqdır. Axirət həyatında isə onları böyük bir cəza gözləyir. Buradan aydın olur ki, yollarda quldurluq etmək, insanları yer üzündə yaşadıqca rüsvayçılığa və öldükdən sonra isə cəzaya məhkum edən ağır günahlara aiddir və həm də belə rəftar etdikdə insan Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə müharibəyə başlayır. Əgər bu cinayət bu qədər ağırdırsa, onda yer üzünü azğınlıq törədən şərəfsizlərdən təmizləmək, yollarda təhlükəsizliyi təmin etmək və insanları öz həyatı və əmlakı üçün qorxu hissi keçirməkdən xilas etmək ən böyük xeyirxah əməllərdən və Allahın bəyəndiyi ən gözəl işlərdəndir. Belə yaxşı əməllər yer üzündə əmin-amanlığı və doğruçuluğu təmin edir və yer üzündə fitnə-fəsadın yayılmasının əks göstəricisidir.

ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ   ﮥ  ﮦ  ﮧﮨ  ﮩ   ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ 
(5.34) “Siz onların üzərində hakimiyyət əldə etməzdən öncə tövbə edib qayı­dan­lar istisnadır. Həqiqətən, Allah Bağışlayandır və Mərhəmətlidir”.

Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşan quldurlar müsəlmanların hakimiy­yəti altına düşməzdən öncə tövbə etsələr, onda Allah qarşısında əvvəllər yerinə yetir­mədikləri vəzifələrinə görə məsuliyyət daşımaqdan azad ediləcəklər. Belə günahlara görə[9] onlar edam edilə, çarmıxa çəkilə, əlləri və ayaqları çarpaz kəsilə və ya ölkədən sürgün oluna bilməz. Onların insanların hüquqlarına qəsd etmələri məsələsinə gəldikdə isə, əgər onlar belə cinayətləri İslama daxil olana qədər törətmişlərsə, o cinayətlər onlara bağışlanır. Yox, əgər onlar müsəlman olduqları halda belə cinayətlər etmişlərsə, onda törətdikləri qətllərə və soyğunçuluqlara görə məsuliyyət daşıyırlar.
Bu ayənin mənasından aydın olur ki, əgər Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşan quldurlar müsəlmanların əlinə keçdikdən sonra tövbə etsələr, bu onları törətdik­ləri cinayətlərə görə məsuliyyətdən xilas etmir. Bu hökmün hikməti tamamilə aydındır. Əgər cinayətkar ədalət məhkəməsinin əlinə düşənə qədər onun tövbəsi yer üzündə fitnə-fəsad yaymağa görə məsuliyyətdən xilas edirsə, onda digər cinayətlərə qarşı bu hökm daha artıq dərəcədə aid olur.

ﮯ  ﮰ  ﮱ   ﯓ  ﯔ  ﯕ  ﯖ   ﯗ  ﯘ  ﯙ  ﯚ   ﯛ  ﯜ  ﯝ 


(5.35) «Ey iman gətirmişlər! Allahdan qorxun və Ona yaxınlaşmağa vasitə ax­tarın və Onun yolunda vuruşun, ola bilsin ki, uğur qazanasınız”.

Allah Öz mömin qullarına imanın tələblərinə uyğun olaraq davranmağı, təqva­lı­lı­ğa etiqad etməyi və Rəbbin qəzəbi və narazılığından qorunmağı əmr edir. Qul səy göstərməli və mümkün olan hər şeyi etməlidir ki, qəlbi, dili və bədən üzvləri ilə yerinə yetirilən əməllərlə Allahın qəzəbinə səbəb ola biləcək hərəkətlərdən uzaq olsun. O, Allahdan xahiş etməlidir ki, Onun qəzəbindən və cəzasından xilas olmaq üçün belə günahlardan çəkinməyə ona kömək etsin. O, öz Rəbbinə yaxınlaşma yolları axtarmalı, Onun lütfünü qazanmağa və Onun məhəbbətinə layiq olmağa can atmaqla dinin bütün vacib hökmlərini yerinə yetirməlidir.
Bu ehkamlara qəlblə edilən əməllər, məsələn, Allaha məhəbbət, Onun xatirinə sevmək, Onun qarşısında qorxmaq, Ona ümid etmək, Onun qarşısında tövbə və ya Ona təvəkkül etmək daxildir. Belə əməllərə həmçinin bədənlə yerinə yetirilən ayinlər, məsələn, zəkat ödənilməsi və ya həcc ziyarətinə getmək və qarışıq ayinlər, məsələn, namaz aid edilir. Onlara həm də Quran oxunması, Allahın zikr edilməsi və məxluqlara qarşı xoş rəftarın müxtəlif formaları, məsələn, maddi yardım, elm öyrətmək, himayəçilik, fiziki kömək və ya yaxşı məsləhət vermək də aid edilir.
Bütün bu əməllər qulun Allaha yaxınlaşmasına imkan verir və bu, Allahın məhəb­bətinə nail olana qədər davam etdirilir. Bu baş verdikdə, yəni, Allah qulunu sevməyə başladıqda, O, onun eşidən qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı olur[10] və bunlarla yanaşı Allah onun bütün dualarına cavab verir.
Sonra Bərəkət Sahibi Fövqəluca Allah qulları Ona yaxın­laşdıran bütün ibadət ayinlə­rindən Onun yolunda cihadı xüsusilə qeyd edir. Cihad dedikdə, kafirlərlə müba­rizədə səy göstərilməsi nəzərdə tutulur ki, bunu da insan maddi ianələr vasitəsilə və ya onda bilavasitə iştirak etməklə gerçəkləşdirir. O, faydalı təkliflər verməklə, bu mübari­zədə sözü ilə iştirak etməklə və yaxud bacardığı digər imkanlardan istifadə etməklə, Allahın dininə kömək göstərir. Cihada Allahın bəyəndiyi ən şərəfli əməllərdən və Allaha yaxınlaşmanın ən ləyaqətli yollarından biridir və əgər insan bu hökmü yerinə yetirirsə, onda o, dinin başqa hökmlərini də hökmən icra edir.
Sonra Allah vurğulayır ki, əgər insanlar Ondan qorxsalar, günahlardan çəkinsələr və əgər Allahın bəyəndiyi əməlləri yerinə yetirməklə Ona yaxınlaşma yolları axtarsalar və Onun lüffkarlığını qazanmaq üçün Onun yolunda mübarizədə iştirak etsələr, hökmən müvəffəqiyyətə nail olarlar. Burada müvəffəqiyyət dedikdə isə arzu edilən hər şeyin əldə edilməsi və hər hansı dəhşətli və xoşagəlməz şeylərdən xilas olmaq nəzərdə tutulur ki, bunun da mahiyyəti əbədi xoşbəxtliyə və sonsuz səadətə nail olmaqdan ibarətdir.

ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ   ﯣ    ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ   ﯭ  ﯮ   ﯯ  ﯰ  ﯱ  ﯲﯳ  ﯴ  ﯵ  ﯶ  ﯷ  

(5.36) “Həqiqətən, yer üzündə olan hər şey və bir o qədər də kafirlərin olsaydı və onlar Qiyamət günü əzab-əziyyətdən xilas olmaq üçün onu fidyə versəydilər, onlardan qəbul olun­mazdı. Onlara dəhşətli işgəncələr hazırlanmışdır”.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ   ﭖ  ﭗ  ﭘ    ﭙﭚ   ﭛ   ﭜ  ﭝ  ﭞ 

(5.37) “Onlar Oddan çıxmaq istəyəcəklər, lakin oradan çıxa bilməyəcəklər. Onlar üçün əbədi iztirab hazırlanmışdır”.

Fövqəluca Allah kafirlərin Qiyamət günü düşəcəkləri pis vəziyyətdən xəbər verərək bildirir ki, onlar üçün dəhşətli cəza hazırlanmışdır. Əgər onlar Allahın cəzasından qurtul­maq üçün yer böyüklükdə və bir o qədər də üstəlik qızıl fidyə versələr, onsuz da onlardan qəbul edilməyəcək və onlara heç bir fayda verməyəcək, çünki Qiyamət gününün başlaması ilə insanların etdikləri əməllərinin onlara fayda verə biləcəyi vaxt artıq keçmiş olacaqdır. Kafirlərə məşəqqətli, ağrıdıcı və əbədi əzabı dadmaqdan başqa bir şey qalma­yacaq, ondan qurtulmaq mümkün olmayacaq və onlar orada sonsuzluğa qədər qalacaqlar.


ﭟ  ﭠ  ﭡ   ﭢ  ﭣ  ﭤ  ﭥ    ﭦ  ﭧ   ﭨﭩ  ﭪ  ﭫ ﭬ   ﭭ 

(5.38) “Oğru kişiyə və oğru qadına etdiklərinin əvəzi olaraq əllərini kəsin. Allahın cəzası belədir, axı Allah Qüdrətli­dir və Müdrikdir”.     

Oğru, haqqı olmadığı özgə malını gizlicə götürən adamdır. Oğruluq ağır günahlara aiddir və nəticəsi dəhşətli cəza – sağ əlinin kəsilməsidir. Səhabələrdən bizə qədər gəlib çatmış Quran oxunuş­larının birində məhz sağ əldən bəhs edilir.
Əlavə izahlar olmadan söhbət əldən getdikdə təkcə bilək nəzərdə tutulur və buna görə, oğurluq üstündə əlin kəsilməsi biləyə qədərdir ki, kəsildikdən sonra onu qaynar yağa salırlar ki, qan damarları tıxansın və qan axması dayansın. Sünnə bu ayənin ümumi mənasını bir neçə müddəalarla konkretləşdirmişdir.
Birincisi, oğurlanmış əşya, adətən, qorunan əmlaka aid olmalıdır. Əgər oğurlanmış şey belə mühafizə olunan əşyalara aid olmadığı halda əlin kəsilməsi nəzərdə tutulmur.
İkincisi, oğurlanmış əşyanın dəyəri dörddə bir dinardan[11] və ya üç dirhəmdən[12] az olmamalıdır. Əgər oğru bundan az dəyərli şeyi oğurlamışsa, onun əlini kəsmirlər. Aydındır ki, bu hökm “sirka” (“oğurluq”) ərəb sözünün leksik mənasından irəli gəlir. Qarşısı alınması (qorunması) mümkün olmayan məhz bu üsulla əmlakın oğurlanması “sirka” adlandırılır. Deməli, qorunmayan əşyanın icazəsiz götürülməsini, şəriətə görə, oğurluq adlandırmaq olmaz.
Sağlam mühakimə göstərir ki, xırda oğurluğa görə əl kəsmək lazım deyil. Əgər əlin kəsilməsi üçün oğurlanan əşyanın müəyyən dəyərə malik olması tələb edilirsə, onda şəriət artıq bu ayənin mənasını konkretləşdirmişdir.    
Oğurluq üstündə əlin kəsilməsi ona görə əmr olunmuşdur ki, insanların əmlakının təhlükəsizliyi təmin edilsin, belə cinayətlərin qarşısı alınsın və bədənin bu cinayəti törətmiş üzvü kəsilsin. İnsan təkrar oğurluq etdikdə, onda onun sol ayağı kəsilməlidir. O, üçüncü dəfə oğurluq edərsə, onda sol əli kəsil­məlidir, dördüncü eyni cinayətə görə isə sağ ayaq kəsilməlidir. Başqa bir rəyə görə, belə bir adam ömürlük həbsə məhkum edilməlidir.
Oğrunun əlinin kəsilməsi başqasının əmlakını oğurlamasının əvəzi olaraq Allah tərəfindən verilən ibrətamiz cəza, ona və başqa insanlara xəbərdarlıqdır. Hər bir oğru bilməlidir ki, belə bir cinayətə görə əlindən məhrum ola bilər. Qüdrətli və Müdrik Allahın qərarı belədir.

ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ     ﭷﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ 

(5.39) “Allah, zülm etdikdən sonra tövbə edib, islah olanın tövbəsini qəbul edir, çünki Allah Bağışlayandır və Rəhmlidir”.

ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ   ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋﮌ   ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ 

(5.40) “Məgər sən bilmirsən ki, göylərin və yerin üzərində hakimiyyət Allaha məxsusdur? O, istədiyini əzaba düçar edir, istədiyini də bağışlayır. Allah hər şeyə qadirdir”.

Allah tövbə edən, günahdan əl çəkən, əməllərini islah edən və qüsurlardan təmizlənən hər kəsi bağışlayır. O, göylər və yer üzərində hakimiyyət Sahibidir və Özünün kainat və dini qanunları əsasında onları istədiyi kimi idarə edir. O, Öz Müdrikliyinə, hərşeyiəhatəedən Rəhminə və hərşeyibağışlayanlığına əsaslanaraq bağışlayır və cəzalan­dırır.

ﮓ  ﮔ  ﮕ   ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ   ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣﮤ  ﮥ  ﮦ   ﮧﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ    ﮭ  ﮮ  ﮯﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖﯗ   ﯘ  ﯙ   ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ   ﯟ  ﯠﯡ   ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫﯬ   ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ   ﯴﯵ  ﯶ  ﯷ   ﯸ   ﯹﯺ  ﯻ  ﯼ  ﯽ  ﯾ  ﯿ  ﰀ  

(5.41) “Ey Elçi! Qoy kafirliyə etiqad etməyə can atanlar və öz dilləri ilə: “Biz iman gətirdik” – deyib, əslində qəlbən iman gətirməyənlər səni kədərləndirməsinlər. Yəhudiliyə etiqad edənlər arasında elələri də var ki, yalanlara həvəslə qulaq asırlar və sənin yanına gəlməyən başqa adamlara qulaq asırlar. Onlar sözlərin yerini dəyişdirməklə onları təhrif edir və deyirlər: “Əgər onu sizə versələr, götürün, o sizə verilməsə, onda çəkinin”. Allah yolundan azdırmaq istədiyi kəsi, sən Allahdan qorumağa qadir deyilsən. Allah onların qəlbini təmizləmək istəmir. Bu dünyada onları rüsvayçılıq, Axirət həyatında isə onlar üçün şiddətli əzab-əziyyət hazırlan­mışdır”.

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) var gücü ilə çalışırdı ki, insanları doğru yola gətirsin və onlardan bəziləri dini qəbul etdikdən sonra, yenidən kafirliyə qayıtdıqda kədərlənirdi. Belə olduqda Fövqəluca Allah ona əmr edir ki, belə günahkarlara görə qəmlənməsin, çünki onlar tamamilə yolsuz insanlardır. Onlar sənin yanında olanda heç bir fayda vermirlər, onların yaxında olmamalarını isə heç kim hiss etmir. Onların davranışının müsəlmanda məyusluq doğurmamalı olmasının səbəbi ondadır ki, onlar ancaq sözdə iman gətirirlər, halbuki ürəklərində hələ kafir qalmış olurlar. O şəxslər üçün kədərlənmək olar ki, onlar qəlbən və cismən iman gətirdikdən sonra küfrə qayıtmış olsunlar. Lakin belə insanlar dindən heç vaxt üz döndərmirlər və etiqaddan dönmürlər, çünki onların qəlbi imanın gözəlliyini bir dəfə hiss etdikdən sonra, onu heç vaxt başqa bir şeylə dəyişməzlər.
Sonra Allah ayədə bildirir ki, yəhudilərin arasında elələri var ki, yalana həvəslə qulaq asır və baxışları yalana, azğınlığa və zalımlığa əsaslanan öz başçılarına və ağsaqqallarına kor-koranə itaət edirlər. Bu ağsaqqallar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) qəbul etmirlər, ondan üz döndərirlər və öz yanlış nəzər nöqtələrinə sevinirlər. Onlar Səmavi Kitaba Allahın vermədiyi mənaları əlavə etmək istəyirlər və bununla insanları azdırmaq və həqiqəti inkar etmək istəyirlər. Onlar azğınlıq təbliğatçılarıdırlar, hər cür yalan danışır, ağıldan və qəti qərar qəbul etmək qabiliyyətindən məhrum olan insanları öz dallarıyca aparırlar. Əgər onlar Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etmirlərsə, buna xüsusi əhəmiyyət verilmə­məlidir, çünki bu adamlar çoxsaylı qüsurlara malikdirlər və onlara əhəmiyyət verilməsinə və diqqət yetirilməsinə layiq deyillər.
Sonra Allah xəbər verir ki, yəhudilərin Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) onların mübahisəsini həll etməyi xahiş etməkdə niyyətləri öz məqsədlərinə nail olmaq idi. Onlar bir-birinə belə deyirdilər: “Muhəmmədin qərarı sizin istədiyinizə uyğun gəlsə, onunla razılaşın, yox, əgər o, başqa bir qərar çıxarsa, ona itaət etməkdən çəkinin”.
Onlar yollarını azaraq öz nəfslərinə tabe oldular, Allah isə insanı azdırmaq istədikdə, hətta Onun elçisi də onu Ondan qoruya bilməz. Bu barədə Fövqəluca Allah belə buyurur: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır” (Qəsəs, 28/56).
Allah bu insanların ürəklərini təmizləməmişdir və buna görə onlar öz cinayətlərini törətmişlər. Bu isə o deməkdir ki, əgər insan şəriət məhkəməsinə ürəyindən keçən qərarı eşitmək ümidi ilə müraciət edirsə, əgər qərar onun xeyrinə veriləndə sevinirsə və istədiyinə nail olmadıqda qəzəblənirsə, bunun səbəbi onun qəlbində kök salmış rəzalətdir. Əksinə, o, şəriət məhkəməsinə müraciət etdikdə, qəbul edilmiş qərarla, onun istəyi ilə uyğun gəlib gəlməməyindən asılı olmayaraq, qane olduqda, bu onun qəlbinin təmizliyinə dəlalət edir. Buradan aydın olur ki, qəlbin təmizliyi xeyirxahlığın rəhni və insanın sağlam fikirlər söyləməsinə və yaxşı işlər görməsinə səbəb olan əzəmətli amildir. Lakin insanın qəlbi təmizlənmədikdə, bu dünyada onu ancaq şərəfsizlik və namussuzluq, Axirət həyatında isə Cəhənnəm odu və Qüdrətli Allahın qəzəbi gözləyir.

ﭑ  ﭒ  ﭓ  ﭔﭕ  ﭖ  ﭗ   ﭘ  ﭙ  ﭚ  ﭛ  ﭜﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ   ﭢ  ﭣﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩﭪ   ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭯ 

(5.42) “Onlar yalanı məmnuniyyətlə dinləyir və haram yeyirlər. Onlar yanına gəldikdə, istəsən aralarında hökm ver, istəməsən onlardan üz döndər. Üz döndərsən onlar sənə heç vəchlə zərər vura bilməzlər. Lakin hökm çıxarmalı olsan, insaflı ol. Həqiqətən, Allah insaflıları sevir”.

Yalanı dinləmək dedikdə, ona tabe olmaq nəzərdə tutulur. Belə insanların dindarlığı və ağlı o dərəcədə qüsurludur ki, onları doğru olmayan bir şeyi deməyə dəvət etdikdə, buna həvəslə razılaşırlar. Bununla yanaşı, onlar haram yolla əldə etdikləri əmlakı da yeyirlər. Bəzən onlar axmaqları və cahilləri aldadır, bəzən isə, verdikləri məlumata və ya gördükləri işlərə görə layiq olmadıqları mükafat alırlar. Onlar təkcə yalan danışmaqla qənaətlənmir, həmçinin haram yolla var-dövlət də əldə edirlər.
Belə insanlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gəldikdə, ona icazə verilmişdi ki, müraciət edənlərin çəkişməsini, öz istədiyi kimi, ya həll etsin, ya da onlardan üz döndərsin. Bu hökm ləğv edilməmişdi və əgər onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məhkəməsinə müraciət edirdilərsə, o (ona Allahın salavatı və salamı olsun!) onlara dair ya qərar çıxarırdı, ya da bundan imtina edirdi, çünki onlar istədiklərinə uyğun gəlmədiyi halda şəriət qanunlarına tabe olmaq barədə düşün­mür­dülər.
Buradan belə bir nəticə çıxır ki, əgər insanlar şəriət alimlərinə dini müddəalar haqqında məlumat almaq və məhkəmə qərarı çıxarılması üçün xahişlə müraciət etdikdə və eyni zamanda onların xeyrinə olmayan qərardan razı qalmayacaqlarını və onlara tabe olmayacaqlarını bildirdikdə, onların xahişini rədd etmək olar. Yox əgər hakim qərara alsa ki, onların məsələsinə baxsın, onda o, insaflı qərar çıxartmalıdır, çünki Allah insaflıları sevir. Məhkəməyə müraciət edən insanlar hətta zalım və düşmən olsalar da, bu, hakimə ədalətli qərar qəbul etməyə maneə olmamalıdır. Bütün bunlar, insanlar arasında çəkişmə­lərə baxılarkən ədalətli olmağın və qərəzsizliyin üstünlüyünü xüsusilə vurğulayır və bu o deməkdir ki, Allah bu keyfiyyətləri sevir.

ﭰ  ﭱ  ﭲ   ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻﭼ   ﭽ  ﭾ  ﭿ  ﮀ 

(5.43) “Onlar əllərində Allahın hökmlərindən ibarət Tövrat olduğu halda səni necə hakim seçir və sonra da üz döndərirlər? Çünki onlar mömin deyillər”.  

Əgər o insanlar iman sahibi olsaydılar və dinin vacib tələblərinə uyğun olaraq davransaydılar, onda onlar Allahın Tövratla nazil etdiyi və onlara yaxşı məlum olan qanunlarından üz döndərməz­dilər. Onlar səni hakim seçməklə ümid edirlər ki, sən onların tələblərinə uyğun olan qərar çıxaracaqsan. Lakin sən Allahın onlarda olan hökmlərinə müvafiq gələn qərar qəbul edirsən və buna görə onlar narazılıq edir və sənin qərarından üz çevirirlər. Onlar iman gətirməmişlər, çünki iman gətirənlərə belə rəftar etmək yaraşmaz. Onlar doğru iman sahibi olmağa layiq deyillər, çünki öz istəklərini ilahlaşdırır və dinin qanunlarını onlara tabe etməyə cəhd göstərirlər. 

ﮁ  ﮂ  ﮃ  ﮄ   ﮅ  ﮆﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ     ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ      ﮕ  ﮖ  ﮗ  ﮘﮙ  ﮚ  ﮛ  ﮜ   ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢﮣ  ﮤ  ﮥ  ﮦ   ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ 

(5.44) “Tövratı Biz nazil etdik. Onda doğru yol və nur vardır. Özlərini (Allaha) təslim etmiş peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarar­dılar. Allahın Kitabını qoruyan və ona şahid olan ravvinlər və alimlər də (onunla hökm verərdilər). İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimizi dəyərsiz­ləş­dirməyin. Allahın nazil etdikləri əsasında hökm verməyənlər, məhz onlar kafir­lərdir”. 

Allah Tövratı İmran oğlu Musaya nazil etmişdi. O, insanlara imana və haqqa doğru yol göstərir, onları azmaqdan qoruyur və onların yolunu cahillik, çaşqınlıq, şübhə­lər, inamsızlıq və alçaq nəfsin zülməti içində işıqlan­dı­rırdı. Bu barədə Fövqəluca Allah buyurur: “Biz Musa və Haruna Furqanı bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik” (Ənbiya, 21/48).
Peyğəmbərlər bu Kitaba əsaslanaraq yəhudilərin işlərinə baxır və onlar üçün dini hökmlər verirdilər. Bu peyğəmbərlər Allaha təslim olanlardı və Onun əmrlərini yerinə yetirirdilər. Onların itaətkarlığı və sədaqətliliyi bütün digər insanların itaətkarlığından üstün idi, çünki Allah onları Öz qulları arasından seçmişdi.
Əgər Allaha minnətdar peyğəmbərlər (onlara Allahın salamı olsun!) və bəşəriy­yə­tin ən yaxşı nümayəndələri Tövratın hökm­lərini rəhbər tutur, yerinə yetirir və onlara tabe olurdularsa, bəs onda niyə yəhudilərdən olan mənfur günahkarlar onlara əsaslanmaqdan boyun qaçırırdılar? Onları Tövratın ən şərəfli ehkamlarından birini rədd etməyə və Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) inanmamağa məcbur edən nə idi? Halbuki Allah bu iman olmadan qəlb və bədən üzvlərinin köməyilə yerinə yetirilən heç bir əməli qəbul etmir. Onlar bu nümunəni kimdən götürürdülər? Onlar bu nümunəni, Kitabı təhrif etməyə, insanları idarə etməyə və bu yolla varlanaraq həqiqəti gizlətməyə və yalanı yaymağa adət etmiş din xadimlərindən mənimsəyirlər. Belə din rəhbərləri insanları azğınlığa yönəldir və onları Cəhənnəm oduna doğru sürükləyirlər.
Sonra Allah buyurur ki, ravvinlər və alimlər də həmçinin Tövratın əsasında hökm çıxarırdılar. Ravvinlər o din alimləri idilər ki, onlar öz biliklərinə uyğun olaraq rəftar edir və bildiklərini başqalarına öyrədirdilər. Onlar insanlara ən yaxşı tərbiyə verir və onları təqvalı peyğəmbərlərin yolu ilə aparırdılar. Kahin adı ilə isə din xadimləri arasında başqa insanlar tərəfindən sözlərinə ehti­ramla yanaşılan və fərqlənənlər adlandırılırdılar. Onlar özlərindən sonra tarixdə əhəmiyyətli bir iz qoyur və öz xalqının yaddaşında xoş xatirə buraxırdılar.
Belə alimlər həqiqətə uyğun olan qərarlar qəbul edir, Allahın Kitabından mühafizə olunması tapşırılan hökmlərə istinad edirdilər. Allah onlara əllərində qalan Müqəddəs Kitabı qorumağı etibar etmişdi. Onlara əmr edilmişdi ki, onu hər hansı əlavələrdən, əksiltmələrdən və təhriflərdən qorusunlar və onunla tanış olmayanlara onu öyrətsinlər. Məhz onlar Müqəddəs Kitab haqqında şahidlik etmişdilər, çünki bir sual yarandıqda və ya Kitab barədə aydınlıq olmadıqda insanlar təkcə onlara müraciət edirdilər.
Bizim günlərimizdə də Fövqəluca Allah, cahillərə həvalə edilməyən vəzifələri din alimlərinə tapşırmışdır. Onlar öz vəzifələrini layiqincə yerinə yetirməli, faydasız işlərə və tənbəlliyə qurşanmış cahillərdən nümunə götürməməlidirlər. Onlar özlərini ancaq insanın özünə fayda verən, məsələn, Allahın zikr edilməsi, namaz, zəkat, həcc və ya oruc kimi ibadət ayinləri ilə məhdudlaşdır­mama­lıdırlar, çünki təkcə bu ayinlərin yerinə yetirilməsi, onlardan başqa, hamıya xilas olmağa kömək edir. Onların özünə isə, bu ayinlərin icra edilməsi ilə yanaşı, insanları öyrətmək, onlara ehtiyac duyduqları dinin əsas hökmlərini xatırlatmaq tələb olunur. Bu daha çox, İslamın əsas müddəalarına və insan­ların daha tez-tez rastlaşdıqları məsələlərə aiddir. 
Alim insanlardan qorxmamalıdır, o, öz Rəbbindən qorxmalı və Onun ayələrini ucuz qiymətə satmamalıdır. O, haqqı gizlətməməli və cüzi maddi nemətlər əldə etmək xatirinə yalan təbliğat aparmamalıdır. Əgər o, bu qüsurlardan çəkinməyə nail olsa, doğru yolla gedər. O, o halda xoşbəxtlik əldə edə bilər ki, düşüncələri təkcə elmi biliklər qazanmaqla və insanları öyrətməklə bağlı olsun. O başa düşməlidir ki, Allah, ona əta edilmiş biliyi qoruyub saxlamağı onun özünə tapşırmış və onu haqqın şahidi etmişdir. O, təkcə Ondan qorxmalıdır və insanlar qarşısında qorxu hissi onu öz vəzifələrini layiqincə və qüsursuz yerinə yetirməyə mane olmamalıdır. Bundan başqa, o, din qarşısında maddi nemətlərə üstünlük verməməlidir.
Amma bəzən biliklər insana bədbəxtlik gətirir. Bu, əhəmiyyətsiz işlərə qurşanan və öz vəzifələrini icra etməyən alimlərə aiddir. Onlar Allahın onlara saxlanmasını tapşır­dığı şeyə əhəmiyyət vermirlər. Onlar biliklərə laqeyd yanaşır, onları unudur, dini dünyəvi nemətlərə satır və hətta dini qərarlar çıxartmaq üçün rüşvət alırlar. Onlar dini fitvalar verməklə varlanır və insanlara bilikləri təkcə pula və mükafata görə öyrədirlər. Allah belə insanlara böyük iltifat göstərir, onlar isə nankorluq edirlər. Allah onlara böyük qismət bəxş edir, onlar isə başqalarını bu qismətdən məhrum edirlər. Biz isə Alicənab Allahdan rica edirik ki, bizə, fayda verən biliklər və bizdən qəbul ediləcək əməllər nəsib etsin, bizi bağışlasın və hər hansı bəlalardan xilas etsin!
Sonra Allah buyurur ki, əgər insan onlara nazil edilən aydın həqiqətə istinad etmirsə, tamah məqsədilə bilərəkdən yalan qərarlar çıxarırsa, onda o – kafirdir. Bəzi hallarda belə hərəkət insanı İslamdan çıxarır və bu, Allahın qanunlarının ziddinə qərar qəbul edilməsini yol verilən hesab edən kəslərə aiddir. Digər hallarda isə belə hərəkətlər ağır günah və küfrün təzahürüdür ki, buna görə insan ağır cəzaya layiq görülür.


ﮮ  ﮯ   ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯗ   ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ   ﯞﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥﯦ  ﯧ   ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰ  

(5.45) “Biz onda onlara: cana canla, gözə gözlə, buruna burunla, qulağa qulaqla, dişə dişlə və vurulmuş yaralara isə onların əvəzini qisas almağı yazmışıq. Amma kimsə bunları sədəqə edərsə, onda bu onun günahlarının kəffarəsi olar. Allahın nazil etdiklərinə uyğun olaraq qərar qəbul etməyənlər isə zalımlardır”.

Bu hökmlər Tövratla nazil edilmiş qanunlara aiddir. İtaətkar peyğəmbərlər, ravvinlər və din alimləri yəhudiləri mühakimə edəndə o qanunlara əsaslanırdılar. Allahın əmrinə müvafiq olaraq, insan qəsdlə qətl törədəndə buna görə məsuliyyət daşımalıdırsa, onda o, edam edilməlidir. Əgər o, bir nəfərin gözünü çıxarıbsa, onun da gözünü çıxartmaq lazımdır; əgər o, birinin qulağını kəsmişsə, onun da qulağını kəsmək lazımdır; əgər o, bir adamın dişini sındırmışsa, onun da dişini sındırmaq lazımdır; əgər o, insanı ətraflarından və ya başqa bədən üzvlərindən məhrum etmişsə və buna görə ondan qisas almaq olarsa, həddi aşmadan, onu, həmin üzvündən məhrum etmək lazımdır. Əgər o, bir insanı bilərəkdən yaralamışsa, onda ona da həmin ölçüdə, həmin yerdə və eyni uzun­luqda, enlikdə və dərinlikdə yara vurulmalıdır. Bir şeyi də əlavə etmək lazımdır ki, əvvəlki peyğəmbərlərin qanunları, əgər onlar dəyişdirilməyiblərsə, bizim üçün də qanuni qüvvəsini saxlayır.
Sonra Allah buyurur ki, əgər qətl edilənin varisi və ya zərərçəkən alicənablıq edərək qətlə, şikəst edilməyə və yara­lanmağa görə qisas almaqdan imtina etsələr, canini bağışlasalar, onda bu cani üçün ünahının bağışlanması olar, çünki insan insanı bağışlayanda, Fövqəluca Allah da onu[13] bağışlayır. Bu həm də alicənablıq göstərən şəxs üçün də günahlarının bağışlanmasına səbəb olur, çünki əgər insan ona qarşı cinayət törədəni və ya cinayətlə əlaqəsi olanı bağışlayırsa, onda Allah onu da yol verdiyi nöqsanlara və işlətdiyi günahlara görə bağışlayır.
Lakin insan Allahın nazil etdiklərinə müvafiq olaraq qərarlar qəbul etmədikdə, o, zalım günahkardır. İbn Abbas (Allah ondan razı olsun) demişdir ki, burada söhbət “kafirliksiz kafirlik”, “zalım­lıqsız zalımlıq” və “fasiqliksiz fasiqlik” haqqındadır. Belə günah, insan onu yol verilən hesab etdikdə, böyük kafirlikdir, lakin o onu etdikdə və yol verilən saymadıqda, ağır günah hesab edilir.

ﭑ  ﭒ  ﭓ  ﭔ   ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ  ﭛ   ﭜﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ   ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ 

(5.46) “Biz əvvəlkilərin dalınca ondan öncəki Tövratın həqiqiliyini təsdiq edən Məryəm oğlu İsanı göndərdik. Biz ona doğru yol göstərən və nurlu İncili verdik. O, ondan əvvəlki Tövratla nazil ediləni təsdiqləyəndir, təqvalılar üçün isə haqqın bələdçisi  və nəsihətdir”.

Tövratın əsasında hökm verən peyğəmbərlərin və elçilərin ardınca, Allah Öz qulu və elçisi İsanı (ə) – Allahdan gələn ruhu və Özünün Məryəmə yönəldilən sözünü göndərdi. Allah onu gön­dərib ki, əvvəlcə nazil edilmiş Tövratın həqiqiliyini təsdiq etsin və Musanın (ə) doğruçuluğuna və gətirdiyi Kitaba şahidlik etsin. O (ə), öz sələfinin işini davam etdirir və yəhudiləri, əksər hissələrində əvvəlki qanunla üst-üstə düşən, qanun əsasında mühakimə edirdi. O əvvəlki qanunun ancaq bəzi müddəalarını asanlaşdırmış və buna görə, Fövqəluca Allah onun (ə) dilindən belə buyurur: Mən gəlmişəm ki, mənə qədər Tövratda olanın həqiqiliyini təsdiq edim və sizə haram edilənlərin bir hissəsini sizə halal edim” (Ali İmran, 3/50F).
Allah İsaya (ə) Tövratı təkmilləşdirən Böyük Kitab bəxş et­mişdi. Bu, insanlara doğru yol göstərən İncildi və o, onlara həqiqəti yalandan fərqləndirməyə imkan verdi. O, əvvəllər Tövratda nazil edilənlərin hamısının gerçəkliyini təsdiq etdi, çünki o, Tövrata şahidlik edirdi və ona zidd deyildi. Lakin təkcə təqvalı olan qullar onu Haqq Təlim və nəsihət Verən kimi qəbul etdilər, çünki ancaq onlar nəsihətlərdən faydalana bilirlər, nəsihətləri dinləyir və layiq olmayan hərəkətlərdən çəkinirlər.

ﭭ   ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ   ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ 

(5.47) “İncilə iman gətirənlər Allahın onunla nazil etdikləri əsasında mühakimə etsinlər! Allahın nazil etdikləri ilə mühakimə yürütməyənlər məhz əsil fasiqlərdir”.

İncil əhli öz Kitabına tam əsaslanmalı və ondan kənara meyl etməməlidirlər. Əgər onlar Allahın nazil etdiyinə uyğun olaraq mühakimə yürütməsələr fasiqlərdən olarlar.




[1] Azərbaycanda, məlum olduğu kimi, qurbanlıq (adətən, kiçik buynuzlu) heyvanlara, həmin məqsədlə qırmızı rəng çəkilir və ya qırmızı zolaq parça bağlanır. F.S.
[2] Bu o deməkdir ki, qadağa qoyulmasına qədər olan şərait bərpa olunur ki, bu da şəriət qaydasına çevrilir. F.S.
[3] Ehtimal etmək olar ki, burada “boğulmuş” deyildikdə, suda batdıqdan sonra xilas edilmiş heyvan nəzərdə tutulur. Çünki heyvan boğulmuş o vaxt sayılır ki, o, suda batdıqdan sonra ölmüş olsun. Yoxsa, azca da olsa diri qalanı heyvanı “boğulmuş” adlandırmırlar. F.S.
[4] “Əsasən camaat üçün vacib olan” – ifadəsi ilə, şəriət termini olan fərzi-kifayə deyilən və müsəlman­ların müəyyən bir hissəsi camaat halında onu yerinə yetirdikdə, digər müsəlmanlar üçün vacib olmayan ibadət ayini nəzərdə tutur. F.S.
[5] Yaxın ətrafda su axtarmadan onun olmaması qərarını qəbul etmək yolverilməzdir. F.S.
[6] İmam əl-Kurtubi (Allah ona rəhmət etsin) bu ayənin şərhində yazır: “Bu ayə onu göstərir ki, imansızın kafirliyi ona qarşı ədalətli yanaşmaya maneə yaratmır”. (Bax: “Təfsir əl-Kurtubi”, 5/85). F.S.
[7] Şeyx əs-Səədinin bu müddəası ilə əlaqədar Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bir ifadəsi yerinə düşür: “Hər bir insan üçün (zəruri olan) – hər şeyə və hər kimə qarşı ədalətli olmasıdır. Həmçinin hər bir insan üçün ədalətsizlik özünün bütün formalarında və hər bir kəsə qarşı, istər müsəlman olsun, istər kafir və yaxud zülmkar olsun, qadağandır”. Macmuul-fətava.  F.S.
[8] Codlaşdırmaq (məcazi mənada) sərtləşdirmək, bərkləşdirmək, daşa döndərmək. F.S.
[9] Tövbə etdikləri andan əvvəl törətdikləri günahlara görə. F.S.
[10] Bu barədə həmin surənin 54-cü ayəsinin təfsirinə də bax. F.S.
[11] Dinar – qızıl pul vahididir. F.S.
[12] Dirhəm – çəki vahididir və təxminən -3 qrama (3,207 qr.) bərabərdir. F.S.
[13] Cinayət törədən nəzərdə tutulur. F.S.

1 комментарий:

  1. Təfsirin bu parçasını oxumaq istəyənlər onu siçanla kölgələyib, normal oxuya bilərlər.

    ОтветитьУдалить