воскресенье, 10 июля 2011 г.

Ə. Səədi. QURAN TƏFSİRİ, c. 1, 17-ci parça


  ﭦ  ﭧ  ﭨ  ﭩ      ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭰ  ﭱ  ﭲ  ﭳ   ﭴ  ﭵ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ 

(88) “Siz niyə münafiqlərlə bağlı iki dəstəyə ayrıldınız? Allah onları öz törətdiklərinə görə əvvəlki hala salmışdır. Doğrudanmı siz Allahın azdırdığı şəxsi düz yola qoymaq istəyirsiniz? Allahın azdır­dı­ğı şəxs üçün sən heç vaxt yol tapmazsan”.

ﭿ  ﮀ    ﮁ  ﮂ    ﮃ  ﮄ  ﮅ  ﮇ  ﮈ  ﮉ  ﮊ      ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮑ  ﮒ  ﮓ  ﮔ    ﮕ  ﮖ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  

(89) “Onlar istəyirlər ki, siz də onlar kimi kafirliyi qəbul edib bərabər olasınız. Buna görə də onları, Allah xatirinə hicrət edənə qə­dər özünüzə köməkçi və dost tutmayın. Onlar üz döndərərlərsə, onda onları harada görsəniz yaxalayın və öldürün. Onlardan özünüzə nə havadar və nə də köməkçi götür­məyin!”

Münafiqlərin adı altında özünü müsəlman kimi göstərən və öz kafirliyi üzündən hicrət etməkdən boyun qaçıran insanlar nəzərdə tutulur. Səhabələr onlara şübhə ilə yanaşırdılar və onlara münasibətdə rəyləri ha­ça­laşdı. Səhabələrin bəziləri onlara qarşı döyüşmək və onlarla münasi­bət­lərini kəsmək istəmirdilər, çünki onlar özlərini mömin kimi aparırdılar. Digər səhabələr isə onların əməllərinə görə əsil sifətlərini artıq başa düş­müşdülər və onları küfrdə ittiham edirdilər.
Belə olduqda Uca Allah müsəlmanlara münafiqlər barədə şübhə et­məməyə əmr nazil etdi, axı onların vəziyyəti aydın idi. Onlar əsil müna­fiqlər idilər və dəfələrlə kafirliyə qayıtmışdılar. Buna baxmayaraq, onlar özlərini möminlərə oxşatmaq istəyirdilər. Bu o deməkdir ki, müsəlman­lara onları sevmək qadağan edilmişdi, dostluq isə məhəbbətin bir təzahü­rüdür. Bu həm də onu bildirir ki, onlara münafiqlərə nifrət bəsləmək və onlarla düşmənçilik etmək əmr olunmuşdu, axı hər hansı qadağa qarşı-qarşıya gəlməyi əmr edir.
Allah əmr edir ki, münafiqlər hicrət edənə qədər onlara belə müna­sibət göstərsinlər, çünki hicrət etdikdən sonra onlar digər müsəlmanlarla eyni hüquqa sahib olurdular. Məhz buna görə Peyğəmbər (ona Allahın sa­la­vatı və salamı olsun) müsəlmanlara məxsus olan hüquqları, həqiqi iman sahibi və ya özünü müsəlman kimi göstərən münafiq olmasından asılı ol­mayaraq, onunla bərabər olan və onun yanına hicrət edənlərin hamısına verirdi. Əgər münafiqlər hicrət etmir və bu hökmü yerinə yetirmirdilərsə, müsəlmanlara icazə verilmişdi ki, istənilən vaxtda və istənilən yerdə on­ları yaxalayıb öldürsünlər.
Bu ayə haram aylarda vuruşmaya qoyulan qadağanın ləğv olunma­sının dəlillə­rindən biri idi. İslam alimlərinin əksəriyyəti bu rəyi müdafiə edirlər. Onlara etiraz edənlər belə hesab edirlər ki, bu nasslar ümumi məna daşıyır, amma haram aylarda döyüşün qadağan olması xüsusi istisnadır.

ﮟ  ﮠ  ﮡ  ﮢ     ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ   ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮱ   ﯓ   ﯔ  ﯕ  ﯖ  ﯗ  ﯙ  ﯚ  ﯛ  ﯜ      ﯝ  ﯞ    ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ   ﯤ  ﯥ  ﯦ  
(90) “Lakin sizinlə müqavilə bağlamış bir xalqa sığınanlar və ya nə sizə qarşı və nə də öz qəbiləsinə qarşı döyüşmək istəmədiyinə gö­rə qəlbi daralanlar istisnadır. Əgər Allah istəsəydi onlara sizin üzə­rinizdə qələbə çalmağa imkan verərdi və onda onlar sizinlə hökmən vuruşardılar. Bir halda ki, onlar sizdən geri çəkildilər, sizinlə döyüş­mək istəmədilər və sizə sülh təklif edirlər, onda Allah sizə onlara qar­şı çıxmağa yol vermir”.

ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ     ﯯ  ﯰ  ﯱ   ﯲ  ﯳ  ﯴ  ﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ        ﯻ  ﯼ  ﯽ  ﯾ  ﯿ  ﰀ   ﰁ  ﰃ  ﰄ  ﰅ  ﰆ  ﰇ  ﰈ  ﰉ  
(91) “Siz başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən və həm də öz xalqından təhlükəsizliklərinə zəmanət əldə etmək istəyirlər. Hər dəfə onları fitnəkarlığa sövq etdikdə onlar başlarını da qaldırmadan ona dalırlar. Əgər onlar sizdən geri dönməsələr, sizə barışıq təklifi  etməsələr və sizdən əllərini üzməsələr, onda onları harada aşkar etsəniz yaxalayıb öldürün.  Biz sizə onlara qarşı aydın dəlil təqdim etmişik”.

Allah müsəlmanlara üç qrup münafiqlərlə döyüşməyi qadağan edir, həm də onlardan ilk ikisi ilə döyüşməyi hər hansı şəraitdən asılı olmaya­raq qadağan edir. Onlardan birincisinə aid olanlar, müsəlmanların sülh müqaviləsi bağladığı topluma pənah aparmış münafiqlərdir. Bu topluma sı­ğınaraq onlar öz canları və mallarının təhlükə­siz­liyini təmin etmişlər.
İkinci qrupa aid olan münafiqlər müsəlmanlara və öz xalqına qarşı vuruşmaqdan ürəyi sıxılaraq möminlərin yanına gələnlərdir. Onların mə­nəvi-əxlaqi vəziyyəti onlara həm müsəlmanlara və həm də öz qəbilədaş­la­rına qarşı döyüşməyə yol vermir və buna görə onlar hər iki tərəflə vuruş­maqdan imtina etməyi üstün tuturlar. Müsəlmanlara əmr olunmuşdu ki, onları rahat buraxsınlar və bunun səbəbi ondaydı ki, əgər Allah istəsəydi onlara möminlər üzərində qələbə çalmağa imkan verərdi və o zaman onlar mütləq müsəlmanlara qarşı döyüşərdilər.
Münafiqlərin qarşısında üç açıq yol vardı. Onlar möminlərin tərəfi­ni saxlayaraq onların düşmənlərinə qarşı vuruşa bilərdilər. Lakin onların vəziyyətində bu mümkün deyildi və buna görə onlara bir o qalırdı ki, ya sizə qarşı öz xalqı tərəfində vuruşaydılar, ya da hər iki tərəflə döyüşmək­dən boyun qaçırsınlar. Bu iki variantdan sonuncusu müsəlmanlar üçün da­ha əlverişli idi və onlar hadisələrin belə inkişafı ilə razı qalmalı və Allaha həmd etməliydilər ki, O, onları düşmənləri ola biləcək adamlarla döyüş­mək­­dən xilas etmişdi. Bir sözlə, əgər münafiqlər müsəlmanlara qarşı döy­üş­­məkdən imtina edərək, onlara barışıq təklif edirlərsə, Allah müsəlman­ların onlara qarşı vuruş­masına icazə vermir.
Üçüncü qrupa isə öz maraqları barədə qayğı çəkən və müsəlman­lara heç bir hörmət bəsləməyən adamlar aid edilir. Bu münafiqlər müsəlman­lardan qorxurlar və həm onlardan və həm də öz  xalqından təh­lü­kəsizlik zəmanəti almaq istəyirlər. Onlar kafirlikdən imtina etmir və mü­nafiqlikdən də əl çəkmək istəmirlər. Onlar fitnəkarlıq girdabına düşən­də gözləri tutularaq baş-ayaq olurlar, kafirliyin və münafiqliyin daha da dərinliyinə batırlar.
İlk nəzərdə bu münafiqlər qrupu ikinci qrupa bənzəyir, lakin əsil həqiqətdə onların arasında böyük fərq vardır. İkinci qrupa daxil olan mü­na­fiqlər öz həyatlarına görə ehtiyat etdiklərinə görə deyil, məhz mömin­lərə bəslədikləri hörmətə görə onlara qarşı döyüşmək istəmirlər. Birinci qrupa aid olan adamlar isə möminlərə hörmət etdiklərinə görə deyil, öz canlarından qorxduqlarına görə müsəlmanlarla döyüşməkdən imtina edir­lər. Buna baxmayaraq, əgər onların əlinə möminlərlə vuruşmaq fürsəti düş­sə, hökmən bundan istifadə edərlər. Buna görə, əgər müsəlmanlar bu münafiqlərin onları sakit buraxacağına və onlarla döyüşmək istəməyəcək­lərinə tam əmin olmasalar, onlara qarşı döyüşmələrinə icazə verilir. Məhz bunu nəzərə alaraq Allah buyurur ki, əgər onlar müsəlmanlardan əl çəkib geriyə dönməsələr, onlara barış təklif etməsələr və silahı yerə qoymasalar, onda müsəlmanlar, onların harada olmasından asılı olmayaraq, onları yaxalayıb öldürə bilərlər. Allah həmin münafiqlərə qarşı  müsəlmanlara açıq-aşkar bir dəlil vermişdir, çünki onlar cinayətkardırlar. Onlar mömin­lərlə zalımcasına davrandıqlarına, dinc yanaşı yaşamaqdan imtina etdiklə­rinə görə, özlərindən başqa heç kimi qınamamalıdırlar. 

ﭑ  ﭒ       ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ   ﭘ  ﭚ  ﭛ   ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ         ﭤ  ﭥ   ﭦ  ﭧ  ﭩ  ﭪ           ﭫ  ﭬ  ﭭ  ﭮ      ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭵ  ﭶ   ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ   ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮄ  ﮅ  ﮆ   ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮎ   ﮏ  ﮐ  ﮑ  ﮒ 

(92) “Möminə mömini öldürmək, səhvən törədilməsi istisna edilməklə, yaraşan iş deyil. Mömini səhvən öldürənin kimliyindən ası­lı olmayaraq, o, mömin bir qul azad etməli və qətl edilənin ailəsinə qanbahası ödəməlidir. Onların ödənci bağışlaması istisnadır. Əgər mömin sizə düşmənçilik edən qəbilədəndirsə, onda bir mömin qul azad etmək lazımdır. Əgər qətl edilən sizinlə müqaviləsi olan xalqa məxsusdursa, onda onun ailəsinə qanbahası verilməli və bir mömin qul azad edilməlidir. Kim bunu edə bilməsə, onda o, Allah qarşısında tövbə edərək iki ay ərzində fasiləsiz oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir”.

Bir möminin bir başqasını qəsdən öldürməsi mümkün deyil. Bunun xatırlanması bu qadağanın qətiliyini xüsusilə vurğulayır və göstərir ki, möminin öldürülməsi həqiqi imanla qətiyyən bir araya sığmazdır. Belə bir hərəkəti ancaq kafir və ya itaətdən çıxmış, imanı tam tənəzzülə uğramış və daha böyük günaha yuvarlanma həddinə çatmış bir kəs edə bilər. Həqiqi iman heç vaxt insana imkan verməz ki, öz din qardaşını öldürsün. Belə qardaşlığın telləri insana digər möminləri sevməyi və onlarla dostluq etməyi və onlara heç bir ziyan vurmamağı bir vəzifə kimi həvalə edir. Məgər qətldən daha ağır iztirab varmı?
Bütün dediklərimiz: “Məndən sonra bir-birinizin başını vuraraq kafir olmayın” hədisi ilə təsdiq edilir. Bu o deməkdir ki, qətl əməldə ka­fir­liyin təzahür etməsinə aid edilmişdir və Allaha şərik qoşmadan sonra ən ağır cinayətlərdən biridir.
İman sahiblərinin bir-birini öldürməsinin onlara yaraşmayan bir əməl olması müddəası geniş mənaya malikdir və bütün hallara şamil edilərək göstərir ki, müsəlman heç bir şəraitdə öz qardaşını öldürməmə­lidir. Allah buna görə, qətlin səhvən baş verməsi halları üçün istisnalar müəyyənləşdirmişdir. Əgər insan öncədən qəsd niyyəti olmadan qətl hadi­səsi törədərsə, o, günah işlətməmiş və Allahın hədlərini aşmamış sayılır. Lakin bununla belə onun əməli olduqca çirkin və dəhşətli olaraq qalır, çünki faktın özü, insan onu təsadüfən törətsə də, nifrət doğurucudur. Buna görə də Allah belə hallarda günahı yüngülləşdirən hərəkətlər yerinə yetirməyi və qanbahası verməyi əmr edir.
  Köləni səhvən kimin öldürməsindən asılı olmayaraq, istər kişi olsun, istərsə də qadın, azad insan və ya kölə olsun, uşaq və ya yaşlı olsun, ağıllı və ya dəli olsun, müsəlman və ya kafir olsun, o, bir mömin kölə azad etməli və öldürülənin ailəsinə qanbahası verməlidir. Bu şərh ayənin ümumi mənası ilə təsdiq edilir və Allahın burada “mən” (“kim”) sö­zünü işlətməsini açıqlayır. Bu hissənin mətninə nəzər yetirsək görərik ki, bu ayəni aşağıdakı kimi davam etdirmək lazım gələrdi: “Əgər o, mö­mi­ni səhvən öldürərsə, onda bir mömin kölə azad etməli və öldürülənin ai­ləsinə qanbahası verməlidir”. Lakin mətnin beləcə davam etməsi, Allahın sözlərinin əhatə etdiklərini ehtiva edə bilməzdi.
Qeyd etmək lazımdır ki, öldürülənin kişi və ya qadın, uşaq və ya yaşlı adam olmasından asılı olmayaraq, bu hökm öz qüvvəsini saxlayır. Buna şərti cümlənin mətnində ismin qeyri-müəyyən formada işlədilməsi dəlalət edir. Bütün xatırlanan hallarda qatil günahını yüngülləşdirən ad­dım­lar atmalı və öz hesabına bir mömin kölə azad etməlidir. Bu kölə uşaq və ya yaşlı adam, kişi və ya qadın, sağlam və ya şikəst ola bilər. Bu rəyin tərəfdarları bəzi alimlər idi. Lakin sağlam mühakimə bizə deyir ki, şikəst edilmiş köləni günahın yüngülləşdirilməsinin əvəzi kimi azad etmək olmaz, çünki bu hökmün mənası ondan ibarətdir ki, öz ağasına fayda verən və öz azadlığından istifadə edə bilən köləyə azadlıq verilməlidir. Əgər insanın bundan sonra da kölə halında qalması onun məqsədinə uyğundursa və köləlikdən azad edilməsi ona zərər vurarsa, onda onun azad edilməsi günahı yüngülləşdirən hal kimi hesab olunmur. “Təhrir” (“azad etmə”) sözünü təhlil etdikdən sonra bu rəyə gəlmək olur. Bundan o vaxt istifadə edilir ki, başqasına fayda verən insan, azad edildikdən sonra, özünə fayda vermək imkanı əldə edir. Əgər o, başqasına fayda verə bil­mirsə, onda onu bu baxımdan azad etmək mümkün deyil. Əgər bu müddə­anın üzərində lazımınca düşünülərsə, çıxartdığımız nəticə aydın olar.
Qanbahası məsələsinə gəldikdə isə, əgər qətl təsadüfi olduqda və ya onun qərəzli olması şübhə doğurduqda, o, öldürülənin kişi xətti üzrə qohumlarına həvalə edilir. Qanbahası öldürülənin ailəsinə ona görə verilir ki, onlar təsəlli tapıb sakitləşsinlər. Burada öldürülənin ailəsi adı altında onun mirasına varis çıxanlar nəzərdə tutulur. Qanbahası öldürüləndən sonra qalan ümumi əmlaka qatılır və onun bölünməsi İslam şəriətinə aid kitablarda təfərrüatı ilə təsvir edilir.
Əgər öldürülənin varisləri qanbahasını qatilə sədəqə verir və onu bağışlayırlarsa, onda onun qohumları qanbahası vermək öhdəliyindən azad edilirlər. Uca Allah belə bir əməli sədəqə vermək adlandırır və bu­nunla insanları qanbahasını qatilin qohumlarına bağışlamalarına dəvət edir, çünki müsəlmanlardan hər vaxt sədəqə vermək tələb olunur.
Əgər öldürülmüş mömin möminlərlə düşmənçilik edən kafir xalqa məxsusdursa, onda qatil ancaq bir mömin kölə azad etməli və onun varis­lərinə qanbahası ödəməməlidir, çünki onları canı və malı müsəlmanlar üçün toxunulmaz sayılmır. Lakin əgər öldürülən müsəlman müsəlmanlarla müqaviləsi olan xalqa məxsusdursa, qatilin qohumları qanbahası verməli, qatil özü isə bir müsəlman kölə azad etməlidir. Bu onunla izah edilir ki, sülh müqaviləsi insanların həyatını və əmlakını toxunulmaz edir.
Əgər qatil kölə azad etmək imkanına malik deyilsə və bunun üçün zəruri olan vəsaitdən məhrumdursa, əgər o, ehtiyac içindədirsə və onun əsas tələbatından artıq – bir  köləni azad etməyə çatan əmlakı yoxdursa, onda o, iki ay ərzində fasiləsiz oruc tutmalıdır, yəni, üzrlü səbəb olmadan orucu pozmamalıdır. Əgər o, üzrlü səbəbə görə orucu pozmaq məcburiy­yətində qalsa, məsələn, xəstəliklə və ya aybaşı ilə əlaqədar, bu orucun fa­si­ləsizliyinin pozulması sayılmır. Əgər üzrlü səbəb olmadan orucu poz­arsa, onda o, onu yenidən başlamalıdır.
Qatillərə yerinə yetirilməsi əmr edilmiş günahı yüngülləşdirən məc­buri əməllər Allahın qullarına göstərdiyi iltifatıdır. Onlar qatilə əlin­dən çıxan xətaların əvəzini verməkdə kömək edir və qəsdsiz qətl törətmiş insanlar belə əvəzi tez ödəyirlər.
Allah kamil biliklərə və qüsursuz hikmətə malikdir. Nə yerdə və nə də göylərdə heç bir şey, istər zərrəcik olsun və ya ondan kiçik, ya da böyük olsun, Ondan gizlənə bilməz. Heç vaxt və heç yerdə Ondan hara­dasa sığınmaq olmaz. Onun yaratdıqları və qanunları ilahi hikmətindən məhrum edilməmişdir. Əksinə, Onun əməlləri və hökmləri ən ali dərəcədə müdrik və düşünülmüşdür. Buna görə, Öz biliklərinə və müdrikliyinə əs­as­lanaraq, Allah qatilə günahlarını yüngülləşdirən və xətasının ağırlı­ğına uyğun gələn addımlar atmağı əmr edir.
İnsan qətl törədərək, həyatı toxunulmaz olan birisini həyatdan məh­rum edir. O, insanı varlıqdan yoxluğa göndərir və buna görə, insanlar qar­şısında bir köləni əsarətdən azad edib, ona tam azadlıq verməlidir. Əgər o, bunu etmək imkanına malik olmasa, onda iki ay ərzində ardıcıl olaraq oruc tutmalıdır ki, ruhunu, insana əbədi səadəti qazanmağa mane olan ehtiraslar və maddi ləzzətlər qarşısında köləlikdən xilas edə və Ona ibadət etmək sayəsində Uca Allaha yaxınlaşa bilsin.
Allah uzun müddət ərzində fasiləsiz oruc tutmağı əmr etmiş və günahın yüngülləşdirilməsinin bu formasını ağırlaşdırmış və onu kasıb­la­rın yedizdirilməsi ilə əvəz etməyə imkan verməmişdir, çünki sonuncu, törədilən cinayətə müvafiq deyildir. Bu, qətl zamanı yüngülləşdirici əməl, cahillik dövründəki arvadı rədd etmək kimi ayinlərdən (kişi arvadını, evlənməsi qadağan olan anasına, bacısına və ya başqa bir qadına bərabər tutmaqla, onu özündən uzaqlaşdırardı) fərqlənir. Bu ayin haqqında, inşallah, bir qədər sonra bəhs edəcəyik.
Allah Öz müdrikliyinə müvafiq olaraq qanbahasının, hətta qətl qəsdən törədilmə­yəndə də, ödənilməsinə əmr vermişdir ki, bu insanları adam öldürməkdən çəkindirsin və onları bundan uzaq olmağa sövq etsin. Allah Öz müdrikliyinə müvafiq olaraq qərəzsiz qətlə görə qatilin kişi xətti üzrə qohumlarına qanbahası vermələrini həvalə etmişdir, özü də alimlər bu məsələdə yekdildirlər. Qəsdsiz qətl törədən insan günah eləmir və bö­yük qanbahası ödəmək hökmü tək onun üçün çox ağır olardı. Buna görə, bu vəzifənin ondan başqa, onunla birlikdə xeyirxahlıq əldə etmək və şərdən qorunmaq istəyənlərin üzərinə qoyulması tamamilə ədalətlidir.
Aydındır ki, bu, qatilin qohumlarına ona yardım göstərməkdən bo­yun qaçırmağa qadağa qoyulmasının səbəblərindən biridir. Lakin onların vəzifəsi, məsuliyyətin onların arasında imkanlarının və maddi vəziyyət­lə­rinin nəzərə alınması ilə və həmçinin onlara qanbahasını üç il ərzində ödə­məyə yol verilməsi ilə asanlaşdırılmışdır.
Qeyd etmək lazımdır ki, Allah qatilin yaxın adamlarına qanbahası ödəməyi ona görə əmr edir ki, öldürülənin qohumlarının dərd-qəmini azaltsın və bu da həmçinin Onun müdrikliyi və elminin nəticəsidir.

ﮓ  ﮔ  ﮕ   ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ   ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ     ﮡ  ﮢ  ﮣ 

(93) “Mömini qəsdlə qətlə yetirən hər bir adamın cəzası həmişəlik qalacağı Cəhənnəm olacaqdır. Allah ona qəzəblənərək, onu lənətləyəcək və ona hədsiz əzab hazırlayacaqdır”.

Əvvəlcə biz qeyd etmişdik ki, bir mömin başqasını öldürməz və qətl kafirliyin əməldə təzahür etməsidir. Bu ayədə isə Allah insanları qəsdən öldürəni elə bir cəza ilə təhdid edir ki, onun hövlündən ürəklər qorxu içində titrəyir, ağıllı insanlar isə rahat­lıqlarını itirirlər. Heç bir ağır günah bu dərəcədə sərt və ya eynilə belə cəza ilə qeyd olunmamışdı.
Uca Allah bildirir ki, qəsdən adam öldürmənin cəzası Cəhənnəm­dir. Bu dəhşətli günah onu dözülməz ağrıların və böyük rüsvayçılığın gözlədiyi, Qüdrətli Rəbbin qəzəbinə məhkum ediləcəyi, xoşbəxtlikdən və müvəffəqiyyətlərdən məhrum olunacağı, ümidsizliyə qapılacağı və böyük ziyana uğrayacağı yerə düşməsi üçün kifayət edir. Allah bizi Onun mərhə­mətindən uzaqlaşdıra bilən hər hansı əməldən qorusun!
Bu qorxunc xəbərdarlıq, bəzi ağır günahlara və itaətsizliyə görə cəzalandırılmanın əbədi olaraq Cəhənnəmdə qalma və Cənnət bağlarına düşmək imkanından məhrum edilmə olması haqqında digər mətnlərlə bir­likdə dəyərləndirilməlidir. Alimlərin bu mətn­lərin təfsiri ilə əlaqədar fikir­ləri müxtəlif olsa da, onların hamısı itaətsizlik göstə­rənlərin, onlar Allaha şərik qoşmasalar belə, Cəhənnəmi heç vaxt tərk etməyəcək­lərini iddia edən xəvariclərin və mötəzilələrin yanlış baxışları barədə yekdil rəydə idilər. Həmin mətnlərin ən düzgün təfsiri imam Şəmsəddin İbn əl-Qəy­yi­m­in “Mədaric əs-Salikin” adlı kitabında əks etdirdiyi rəy idi.
Məsələ ilə əlaqədar müxtəlif rəyləri sadalayıb onları, onlara dair tənqidi fikirlərini bildirdikdən sonra, imam demişdir: “Başqa alimlər belə hesab edirlər ki, bu və buna bənzər digər mətnlərdə ancaq insanı cəzaya məhkum edən amillər xatırlanır. Lakin ittiham hökmü verilməsini müəyyən edən amillərin mövcudluğu hələ o demək deyildir ki, bu hökm hökmən icra olunacaq, çünki hökmün icra edilməsi üçün təkcə bu hökmün çıxarılmasını müəyyənləşdirən amillərin olması deyil, həm də buna mane olan amillərin olmaması da zəruridir.
Həmin mətnlərin mənası ancaq ondan ibarətdir ki, onlarda xatırlanan günahlar cəzalandırılmanın səbəbləridir və insanı ona məhkum edir. Lakin elə amillər də var ki, insanı cəzadan xilas edir. Bunların bəzilərinin lehinə alimlərin yekdil rəyi dəlalət edirsə, digərlərinin lehinə sübut isə müqəddəs mətnlərdir. Alimlərin yekdil rəyinə görə tövbə onlara aiddir. Tövhid də onlara aiddir və bu, şübhə edilməsi mümkün olmayan çoxsaylı nasslarla təsdiq olunur. Günahları yuyan gözəl saleh əməllər və günahları yüngülləşdirən böyük bədbəxtliklər də bu amillərə aiddir. Bu dünyada şəriətin müəyyən etdiyi cəzaların alınması da həmin amillərə məxsusdur və bu nasslarla təsdiq olunur. Bunların mətnlərinə laqeyd ya­naşmaq olmaz və onlara iki tərəfdən yanaşmaq lazımdır. İnsanın yaxşı əməllərini pis əməlləri ilə müqayisə etmək və həm onu cəzaya məhkum edən amilləri və həm də buna mane olan amilləri nəzərə alaraq onlardan ən yaxşısına əsaslanmaq zəruriyyətdir.
Şəriət alimləri belə hesab edirlər ki, insanın əmin-amanlığı və bədbəxtliyi hər iki dünyada məhz bu prinsipə istinad edir. Bu prinsipin özülü üzərində din və kainat qanunları bərqərar olmuşdur. O (prinsip), Kainatda hökmranlıq edən, səbəb və amillər arasında əlaqə yaradan, bütün yaratdıqlarında və hökmlərində bu səbəbləri müəyyənləş­dirən Hikmətə tabedir. Allah qarşılıqlı zidd amilləri yaratmışdır ki, onlar bir-birinə qarşı müqavimət və əks-təsir göstərsinlər və buna görə hökm həmişə ən güclü amilə istinad etməlidir.
İnsanın imkanları onun sağlamlığı və təhlükəsizliyi ilə müəyyən olur, onun yaramaz və qüsurlu keyfiyyətləri onu təbii olan işləri görmək­dən yayındırır və buna görə də onun fəaliyyəti hansı amilin daha güclü olmasından asılıdır. Beləliklə, dərmanların və xəstəliklərin təsirini də qiymətləndirmək mümkündür. Qul onların təsiri altında ya sağalır, ya da xəstələnir, özü də bu zaman onların hər biri digərinə əks təsir göstərərək onun effektini azaltmağa yönəlir. Son nəticədə, insan üstün gələn amilin təsirinə məruz qalır.
Bu üsulun sayəsində, insanların Cənnətə düşüb Cəhənnəmdən xilas olanlara və Cəhənnəmə düşüb Cənnətdən məhrum olanlara və həmçinin Cəhənnəmə düşüb sonra oradan çıxanlara necə bölündüyünü başa düşmək olar. Belə insanların Cəhənnəmdə qalma müddəti onların oradan tez və ya gec çıxmasını müəyyənləşdirən amillərdən asılıdır. Buna görə, aydın ağıl sahibi olan hər bir şəxs Allahın Öz Kitabında təfərrüatı ilə təsvir etdiyi Axirət həyatı hadisələrinin mahiyyətini, öz gözləri ilə görürmüş kimi, dərk edə bilər.
Bundan aydın olur ki, bu prinsip Allahın ilahlığı, hökmranlığı, qüdrəti və müdrikliyinin labüd nəticəsidir və onun pozulması Onun üçün qəbulolunmazdır. Əgər insan Allaha buna zidd olan bir nəsnə aid edirsə, onda o, öz Rəbbinə Ona yaraşmayan bir şey qoşur. Belə bir davranışla o, sanki günəşi və ayı Allahın gözlərinə aid edir.
Belə iman mükəmməl etiqad adlanır və günahları, od odunu yan­dır­dığı kimi, yan­dırır. Əgər insanın imanı bu yüksək dərəcəyə çatırsa, onda o, bir də heç vaxt törətdiyi cinayətləri inadcıllıqla təkrar etməz və əgər o, tez-tez günah işlədərdisə də, onun imanı­nın nuru onu hər dəfə Allah qarşısında tövbə etməyə və hər aldığı nəfəslə onu Ona qayıtmağa sövq edər. Allah Özünün bütün yaratdıqlarından məhz belə qullarını daha çox sevir”.

ﮤ   ﮥ  ﮦ  ﮧ    ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ   ﮯ  ﮰ  ﮱ   ﯓ  ﯔ  ﯕ  ﯖ   ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ    ﯝ   ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ   ﯦ  ﯨ     ﯩ  ﯪ        ﯫ  ﯬ  ﯭ  ﯮ  
(94) “Ey iman gətirənlər! Siz Allah yolunda yürüşə çıxarkən si­zi salamlayana, dünyanın keçəri maraqlarına uyaraq, əmin olmadı­ğınız halda: “Sən mömin deyilsən!” – söyləməyin! Allah dərgahında qənimətlər boldur. Siz də əvvəllər onlar kimi idiniz, Allah sizə lütf­kar­lığını göstərdi və buna görə əmin olun ki, Allah, həqiqətən, sizin nə etdiyinizi bilir”.

Uca Allah Öz mömin qullarına əmr edir ki, Onun yolunda yürüşə çıxarkən və Onun etimadını qazanmağa can atarkən, hər hansı şübhəli məlumatları yoxlasınlar. Bütün məlumatları iki qrupa bölmək olar: açıq-aydın və şübhəli olanlar. Açıq və aydın məlu­mat­ların təsdiqə ehtiyacı du­yulmur və buna görə də sübut olunmuşu yenidən sübuta yetirmək zəru­riy­yəti yaranmır. Aydın olmayan və şübhə doğuran məlumatlara gəldikdə isə, onların təsdiq olunmasına ehtiyac qalır, çünki insanlar bu məlumatlara istinad edib etməmək üçün bir qərara gəlməlidirlər. Əldə edilmiş məluma­tın yoxlanması müsəlmanlara çoxlu fayda verə və böyük şərdən qurtara bilər və əgər qul həmişə belə edərsə, onda bu onun dindarlığını, sağlam düşüncəli və ağıllı olmasını sübut edir. Yox, əgər o, aldığı məlumatların gerçəkliyinə əmin olmadan tələsik qərarlar qəbul edirsə, onda bu hökmən onu arzuolunmaz nəticələrə gətirib çıxaracaqdır.
Bu ayədə Allah məhz baş vermiş bu hadisəyə görə müsəlmanları qınamışdı. Onlar müsəlmanlara salam verən insanın səmimiliyinə əmin olmadan onu öldürmüş və yanında olan əmlakını götürmüşdülər. Bu, onla­rın əldə etdikləri hərbi qənimət və yaxud başqalarının ona saxlanmağa verdikləri əşyaları idi. Müsəlmanlar belə qərara almışdılar ki, o, ölümdən xilas olmaqdan ötrü onları salamlamışdı. Onlar belə rəftar etməməliydilər və buna görə, Allah onları belə hərəkət etdikləri üçün qınamışdı. Onlar fani dünya malını ələ keçirməyə çalışaraq, müsəlmanlara salam verən şəxsi kafir adlandırmamalı idilər. Onları Allahın bol və əbədi mükafatın­dan məhrum edən cüzi və dəyərsiz maddi sərvət onları bu ləyaqətsiz əməli törətməyə sövq etməməliydi. Həqiqətən, Onun təltifi çox gözəl və daha uzunömürlüdür.
Buradan belə bir nəticə çıxır ki, əgər qul onun ürəyinə yatan bir əmələ özündə şiddətli meyl duyarsa, o, qoy öz alçaq həvəslərinə müqa­vimət göstərənlər, öz şəxsi marağındansa, Allahın xoşuna gələn şeylərə üstünlük verənlər üçün Onun hazırladığı mükafatı yadına salsın. Allah bu minvalla insanları, bu onlar üçün çətin olsa da, Onun hökmlərini yerinə yetirməyə dəvət edir.
Sonra Allah, onlara İslama gəlməyə kömək edənə qədər, dindar­ların hansı vəziyyətdə olduqlarını onlara xatırladır. O, müsəlmanlara düz yola gəlməyi nəsihət edərək onları  azğınlıqdan xilas etmişdir və beləliklə, O, qalan başqa insanları da düz yola gəlməyə yönəldə bilər. Müsəlmanlar İslamı tədricən qəbul etmişlər və bu yolla digər insanlar da İslama gəlirlər. Əgər bir insan, kamilliyə çataraq, əvvəllər onda olan nöqsanlar üzərində düşünərsə, əgər o, İslama yenicə gəlmiş müsəlmanlarla öz biliklərinə əsa­sən davranarsa, əgər o, dini hikmətlə və xeyirxah çağırışlarla təbliğ edərsə, onda bu onun özünə də, başqalarına da bundan faydalanmağa imkan verər. Məhz buna görə, Allah bu barədə xəbərdarlıq etdikdən sonra, alınmış məlumatlara əmin olmaq üçün onları yoxlamağı bir daha əmr edir.
Əgər Allah yolunda vuruşan, Onun düşmənlərinə qarşı mübarizə aparan və onlara sarsıdıcı zərbə endirməyə hazırlaşan müsəlmanlara on­lara salam verənlərin səmimiliyinə əmin olmaq əmri verilmişdirsə, onda düşmənin onlara salam verməsinin öz həyatı üçün qorxmasından irəli gəl­məsi və ölümdən xilas olmasına cəhd göstərməsi haqqında onların əlində kifayət qədər əsas olsa da, müsəlmanlar hər hansı bir şəraitdə yaranan gümanları və şübhələri yoxlayıb onların mahiyyətini aydınlaşdırmağa borcludurlar.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ    ﭚ  ﭛ  ﭜ  ﭝ   ﭞ  ﭠ  ﭡ  ﭢ  ﭣ      ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭮ  ﭯ   ﭰ   ﭱ  ﭲ   ﭳ  ﭴ  ﭵ 

(95) “O möminlər ki, üzrlülər istisna edilməklə, evlərində otu­rur, Allah yo­lunda öz malları və canları ilə döyüşənlərə bərabər de­yillər. Allah Onun yolunda malları və canları ilə döyüşənləri evlə­rində oturanlardan bir dərəcə yüksəltmiş, lakin onların hər birinə ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah böyük mükafatı sayəsində döyüşənləri evdə oturanlardan yüksəltmişdir –”

ﭶ  ﭷ    ﭸ   ﭹ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ 

(96) “Özünün bağışlama və mərhəmət dərəcələri ilə. Allah Bağışlayandır, Rəhmlidir!”

Canlarını və mallarını fəda edərək cihadda iştirak edən möminlər cihadda iştirak etməyən və Allahın düşmənlərinə qarşı vuruşmayanlara bərabər deyillər. Allah bu sözləri ilə müsəlmanları Onun yolunda mühari­bəyə getməyə çağırır və onları cihaddan boyun qaçırmaq və üzrsüz yerə evdə oturmaq cəhdlərindən çəkinmək barədə xəbərdar edir.
Üzrlü səbəblərə görə, məsələn, xəstəliyə, korluğa, axsaqlığa və ya cihadda iştirak etmək üçün vəsaiti olmadığına görə müharibəyə getməyən­lərə gəldikdə isə, onlar da səbəbsiz evdə oturanlarla eyni dərəcədə de­yil­lər. Əgər bir adam cihadda üzrlü səbəbə görə iştirak etmirsə, onda o, səbəbsiz evdə oturanlara o halda bərabər tutulur ki, öz vəziyyətindən razı olsun və Allah yolunda mübarizədə iştirak etməməyindən təəssüflənməsin və hətta bu barədə heç ağlına belə gətirməsin.
Lakin əgər o, Allah uğrunda döyüşmək eşqi ilə hazır olmasına baxmayaraq bunu üzrlü səbəbə görə edə bilmirsə, onda o, cihadda iştirak edənlərdən geri qalmır, çünki bir əməli etmək üçün insanın qəti niyyətdə olması, əgər onun bu niyyəti imkanı daxilində olan sözlər və işlərlə mü­şa­yiət edilirsə, onu bu əməli həyata keçirənlərlə bir sıraya qoyur.
Sonra Uca Allah tamamilə aydın bildirir ki, Onun yolunun mücahidləri evdə oturanlardan tam bir dərəcə üstündürlər. O, bu barədə ümumi şəkildə xəbər verir və bundan sonra onların üstünlüyünün mahiy­yətini daha təfsilatlı izah edir və onlara Rəbdən bağışlanma və mərhəmət vəd edir ki, bu onlara istənilən nemətləri əldə etməyə və hər cür şərdən uzaq olmağa imkan verir. Dərəcələrə gəldikdə isə, onların əsil mahiyyəti əl-Buxari və Müslimin “əs-Səhih” adlı əsərlərində verilmiş etibarlı hə­disdə açıqlanır. Hədisdə deyilir ki, Cənnətdə yüz dərəcə vardır ki, Allah onları Onun yolunda döyüşənlər üçün hazırlamışdır, özü də, bu dərəcə­lərin hər ikisinin arasındakı məsafə göylərlə yer arasındakı məsafəyə bərabərdir.
Allahın mücahidlər üçün hazırladığı mükafatlar bunlardır.
“əs-Səff” surəsinin bir oxşar ayəsində deyilir: “Ey iman gəti­rən­lər! Sizə sizi şiddətli əzabdan xilas edən ticarəti göstərimmi? * Allaha və Onun Elçisinə iman gətirin və Allah yolunda malınızla və canınızla döyüşün! Əgər bunun sizin üçün necə yaxşı olduğunu bilsəydiniz. * O, günahlarınızı bağışlayacaq və sizi çaylar axan  Ədn bağlarında gözəl məskənləri olan Cənnət bağlarına yerləşdirəcəkdir. Bu, böyük uğur­dur. * Bir də çox sevdiyiniz şey olacaqdır: Allahın köməyi və yaxın qələbə. Möminləri bu xoş xəbərlə müjdələ!” (Səff, 61/10-13).
Bir fikirləşin, görün Allah bir məsələdən digərinə necə məharətlə keçid edir. Allah əvvəlcə bildirir ki, din uğrunda mübarizə aparan möminlər digər möminlərlə eyni bərabərlikdə deyillər. Sonra O, birmənalı olaraq bəyan edir ki, din uğrunda mübarizə aparanlar evdə oturanlardan tam bir dərəcə üstündürlər. Ancaq bundan sonra O, onların üstünlüyünün müzakirəsinə keçir və onlardan ötrü hazırlanmış bağışlanma, mərhəmət və dərəcələrdən bəhs edir. Tərifləyərkən az dəyərli üstünlüklərdən daha çox dəyərli üstünlüklərə və ya qınayarkən gözə az çarpan nöqsanlardan özünü daha qabarıq büruzə verənlərə belə keçid etmə ən təsirli və insanların qəlbinə toxunan ifadə üsuludur.
Bundan başqa, əgər Uca Allah bəzi adamların digərləri üzərində üstünlüyünü vurğulayırsa və əgər onlardan hər biri müəyyən müsbət cəhətlərə malikdirlərsə, onda Allah hökmən onların yaxşı məziyyətlərini yad edir ki, insanlar səhvən, Allahın üstünlük əta etdiyi möminlərdən geriyə qalanların həmişə qınandıqlarını güman etməsinlər. Bax elə buna görə, bu ayədə Allah buyurur ki, möminlərin hər birinə ən yaxşı olan nə varsa, o da vəd edilmişdir[7].
Məhz bu səbəbdən, “əs-Səff” surəsinin əvvəllər xatırlanan ayələ­rində Uca Allah möminlərə müjdə verməyi əmr edir.
Uca Allah buyurur: “... İnsanlar sizin aranızdan olan və Məkkəni fəth edənə qədər malını xərcləyən və döyüşənlərlə müqayisəyə gəl­məzlər. Bunlar, sonradan malını xərcləyib və döyüşənlərdən, dərəcə etibarı ilə, üstündürlər. Lakin onlardan hər birinə Allah ən gözəl olanı vəd etmişdir və Allah sizin nə etdiyinizi bilir” (Hədid, 57/10);
“Biz Süleymana bu məsələni araşdırmaqda yardım etdik və onların hər ikisinə də hakimiyyət və elm verdik...” (Ənbiya, 21/79).
Əgər insan bəzi adamların, xalqların və əməllərin başqalarından üstünlüyünü təhlil edirsə, onda o, bu şərtləri nəzərə almalıdır. Əgər o, adamları və ya onların fikirlərini tənqid edirsə və onların hansı birinin daha çox qınağa layiq olduğunu vurğulayırsa, onda o, onların ümumi nöqsanlarını göstərməlidir ki, heç kim səhvən, daha yüksək qiymət veril­miş adamların və ya onların fikirlərinin mütləq qüsursuz olduğunu zənn etməsinlər. Məsələn, əgər bir nəfər desə ki, xristianlar zərdüştilərdən yax­şı­dır, onda o, əlavə etməlidir ki, onların hamısı – kafirdirlər. Əgər o, desə ki, insanı öldürmək zinakarlıqdan daha yaramaz əməldir, onda, sonra əlavə etməlidir ki, bu əməllərin hər ikisi Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) qadağan etdiyi ağır günahlardandır.
Müqəddəs müharibədə iştirak etmiş möminlərə vəd edilmiş bağış­lanma və mərhəmət Allahın gözəl Bağışlayan və Rəhmli adlarının təzahürü olduğu üçün bu ayə məhz bu adlarla da bitir.

ﮀ  ﮁ  ﮂ  ﮃ      ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ   ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮙ  ﮚ   ﮛ  ﮝ  ﮞ  ﮟ 

(97) “Özlərinə zülm etmişlərin canını alan zaman mələklər on­lardan soruşa­caqlar: “Siz hansı vəziyyətdə idiniz?” Onlar belə cavab verəcəklər: “Biz zəif idik və yerdə incidilirdik”. Onlar soruşacaqlar: “Məgər Allahın ərazisi o qədər geniş deyildi ki, siz başqa bir yerə hic­rət edəydiniz?” Onların sığınacağı Cəhənnəm olacaqdır. Ora necə də olduqca pis dönüş yeridir!”

Bu sərt hədə, imkanı olduğu halda hicrət etməkdən boyun qaçıran və bu vəziyyətdə də ölənlərə ünvanlanmışdır. Mələklər onların canını almağa gələndə onları ən qorxunc tərzdə qınamağa başlayacaqlar. Onlar soruşacaqlar: “Siz hansı vəziyyətdə idiniz? Müşriklərdən hansı cəhətinizlə fərqlənirdiniz? Siz onların sıralarını artırırdınız və hətta möminlərin əley­hi­nə onlara kömək edirdiniz. Siz Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə birlikdə cihadda iştirak etməyərək, böyük nemətdən məh­­rum oldunuz. Siz müsəlmanların yanında deyildiniz və onlara düşmə­ni darmadağın etməkdə yardım göstərmirdiniz”. Onlar belə cavab verə­cəklər: “Biz zəif idik, bizə əziyyət verir və incidirdilər. Biz hicrət etmək imkanına malik deyildik”.
Lakin onların sözləri yalandır, çünki Allah onları hərəkətsizliklə­rinə görə qınamışdı və onları cəzalandıracağı ilə hədələmişdi, axı O, in­sana onun imkanından artıq vəzifə həvalə etmir. Bundan başqa, O, həqi­qətən zəif olanlar və əziyyət verilənlər üçün istisnalar qoymuşdur. Buna görə mələklər onlara deyəcəklər: “Məgər Allahın ərazisi o qədər geniş de­yildi ki, siz başqa bir yerə köçəydiniz?”
Bu, özündə cavabı əks etdirən sualdır və hər bir insan yaxşı bilir ki, Allahın yeri çox genişdir. Əgər qul yaşadığı ölkədə Allahın dininə açıq etiqad edə bilmirsə, onda o, istədiyi vaxtda Ona ibadət etmək mümkün olan hər hansı bir yerə köçüb gedə bilər. Uca Allah buyurur: “Ey iman gə­tirmiş qullarım! Həqiqətən, Mənim ərazilərim genişdir, Mənə iba­dət edin!” (Ənkəbut, 29/56).
Lakin insan üzrlü səbəb olmadan hicrət etmirsə, onda onun məskə­ni Cəhənnəm olacaqdır. Bu qayıdış yeri necə də pisdir! Bu ayəni əvvəl­ki­lər kimi nəzərdən keçirmək lazımdır, çünki onda insanı ancaq cəzaya məhkum edən amil xatırlanır. Lakin insan cəzaya o zaman məruz qoyulur ki, bu cəzanı labüd edən amillərin mövcudluğu ilə yanaşı, onu təkzib edən amillər də olmasın. Bu halda elə şərtlərin olması mümkündür ki, itaətsiz­lik edəni Cəhənnəmdən xilas etsin.
Bu ayədən aydın olur ki, məcburi hicrət dinin fərzlərindən biridir və ondan imtina etmək qadağan olunmuş əməllərə aid edilir və hətta ən ağır günahlardan biri hesab olunur. Həm də aydın olur ki, insanın ölümü onun üçün müəyyən edilmiş müddət, ruzi və əməllər tamamilə bitdiyi zaman baş verir. Bu rəyin lehinə olan dəlil “təvaffa” (“götürmək, tam  al­maq, “qurtarmaq”) sözünün lüğəti anlamıdır. Əgər insan onun üçün müəy­yən edilmiş şeyin bir hissəsini hələ də almalıdırsa, o şeyin qurtarması haq­qında danışmaq və onu qurtarmışdır adlandırmaq olmaz. Bu ayə həmçinin mələklərə iman gətirməyin zəruriliyini göstərməklə onların ünvanına tərif­dən ibarətdir, çünki Allah onların əməllərini bəyənmiş və onları münasib qəbul etmişdir.

ﮠ  ﮡ  ﮢ  ﮣ      ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ  

(98) “Bu ancaq o zəif kişilərə, qadınlara və uşaqlara aid deyil ki, onlar bacarıb doğru yol tapa bilmirlər”.

ﮭﮮﮯﮰﮱ ﯓﯕﯖﯗﯘﯙ

(99) “Allah belələrini bağışlaya bilər, axı Allah Əfvedən və Bağışlayandır”.

Allah həqiqətən hicrət etməyə imkanı olmayan şəxsləri istisna edə­rək buyurur ki, qorxunc xəbərdarlıq vəziyyətdən çıxış yolu tapa bilməyən zəif kişilərə, qadınlara və uşaqlara şamil edilmir. Allah onları bağışlaya bilər, axı O, Əfvedən və Bağışlayandır.
Belə ifadələr onu göstərir ki, Uca Allah hökmən belə edəcək – alicə­nablıq və iltifat göstərəcəkdir. Allah bu sözləri ilə bəzi vəzifələrini la­zımi qaydada yerinə yetirə bilməyən, diqqətsizliyə yol verən və mükafata layiq olmayan insanlara mükafat almaq imkanı verir. Bu barədə ən yax­şı­sını bilən Allahdır.
Bu gözəl ayələrdən aydın olur ki, əgər insan ona əmr edilmiş fərz və ya nafilə əməlləri yerinə yetirmək imkanına malik deyilsə, onda o, bağışlanmağa layiqdir. Buna görə, Allah cihadda iştirak edə bilməyənlər haqqında buyurur: “Kora günah yoxdur, şikəstə günah yoxdur, xəstəyə də günah yoxdur. Allaha və Onun Elçisinə müti olanlara, O, çaylar axan Cənnət bağlarını qismət edəcəkdir. Kim də üz çevirərsə, O, onu şiddətli əzaba düçar edəcəkdir” (Fəth, 48/17). Bütövlükdə dini ehkam­lardan bəhs edərək Uca Allah buyurur: “Öz imkanlarınız daxilində Allahdan qorxun...” (Təğabun, 64/16). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə demişdir: “Mən sizə əmr vermişəmsə, onu öz imkan­larınız daxilində yerinə yetirin”.
Lakin insan bəraət almağa və bağışlanmaya o vaxt layiq olur ki, əmri yerinə yetirmək üçün əlindən gələn bütün imkanlardan istifadə etmiş olsun, çünki Allah təkcə əlindən heç bir iş gəlməyənlər üçün istisnalar edir.
Bu ayədən məlum olur ki, bələdçinin olması və ya düz yolu tanı­maq insanın həcc, kiçik ümrə və ya zəvvarlıqla bağlı digər ehkamları yerinə yetirməsi imkanlarını müəy­yənləşdirən şərtlərə aiddir.

  ﯛ  ﯜ   ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ        ﯥ   ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ     ﯲ  ﯳ  ﯴ  ﯵ  ﯶ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯼ 

(100) “Allah yolunda hicrət edən şəxs yer üzündə geniş dalda­lanacaq və çoxlu imkanlar tapacaqdır. Allahın və Onun Elçisinin ya­nına hicrət məqsədilə evindən çıxan haqqa qovuşarsa, onun mükafa­tını vermək Allahın öhdəsinə qalır. Heç şübhəsiz ki, Allah Bağışlayan və Rəhmlidir”.

Bu ayə məcburi hicrət etməyə çağırır və onun faydasını izah edir. Allahın gerçək vədinə müvafiq olaraq, Onun xatirinə hicrət edən və Onun mərhəmətini qazanmaq istəyən hər bir şəxs yer üzündə çoxlu daldalana­caq və bol nemətlər əldə edəcəkdir. Daldalanacaq dedikdə dini işlərdə əmin-amanlıq və bol nemətlər dedikdə isə, dünyəvi məsələlərdə nailiy­yət­lər nəzərdə tutulur.
Bir çoxları səhvən elə başa düşürlər ki, hicrət əvvəllər möhkəm olan əlaqələri kəsir, insanı dilənçiliyə, alçalmaya və çətinliklərə məhkum edir, onu zənginliyindən, qüdrətindən və firavanlığından məhrum edir.
Lakin belə təsəvvürlər yanlışdır, çünki müşriklərin arasında yaşa­yan möminin əməlləri çoxsaylı çatışmazlıqlarla doludur. Bu, insanın həm özünə xeyir gətirən (məsələn, namaza), həm də onun ətrafındakılara (məsələn, kafirlərlə söz və əməllə mübarizəyə və bundan doğan bütün nəticələrə) aid işlərdir. Məsələ orasındadır ki, iman sahibi belə şəraitdə o vəzifələri lazımınca yerinə yetirə bilmir. Bundan başqa, onu istənilən anda, xüsusilə, o, zəif və müdafiəsiz olduqda, Allahın dinindən ayıra bilərlər. Əgər o, Allah yolunda hicrət edərsə, onda o, Onun dininə etiqad etmək, Onun düşmənləri ilə vuruşmaq və onlara zərər vurmaq imkanı qazanar. O, Onun düşmənlərini qıcıqlandıran hər hansı bir işi görə və hər hansı sözü söyləyə bilər. Bununla yanaşı o, maddi nemətlər bolluğu ilə firavan yaşaya bilər.
Həyatda hər şey Uca Allahın vəd etdiyi kimi baş verir. Doğma evlərini tərk edərək, uşaqlarını qoyaraq və öz əmlakını ataraq Allahın yoluna hicrət etmiş səhabələrin taleyi üzərində düşünün. Bunun sayəsində onların imanı kamilliyə yüksəldi və onlar möhkəm əqidə sahibi oldular, böyük cihadda iştirak etdilər, Allahın dininə kömək göstərdilər və öz ardı­cılları üçün təqlid edilməyə layiq nümunəvi şəxsiyyətlər oldular. Bununla bərabər onlar çoxlu ərazilər fəth etdilər və bolluca qənimətlər ələ keçirt­məklə dünyada ən zəngin insanlara çevrildilər. Bu tale, onların izini tutub ta Qiyamətə qədər gedəcək hər bir insana nəsib olacaqdır.
Sonra Allah buyurur ki, əgər insan Rəbbinin lütfünü əldə etməyə, Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) məhəbbətinə layiq olmağa və Onun dininə kömək göstərməyə can ataraq öz evini tərk edib, məcburi hicrətə gedirsə, əgər bu zaman o, heç bir tamahkarlıq məqsədi güdmədiyi halda bu yolda həlak olur və ya ölürsə, onda o, əvvəllər hicrət etmiş və Uca Allahın köməyi sayəsində arzuladıqları məqsədə çatmışların mükafatı kimi mükafatla təltif edilir. Belə bir insan qəti niyyətə malikdi və hətta öz xeyirxah əməlini həyata keçirməyə başlamışdı və Allahın mər­həməti ilə o, xeyirxah əməlini sona çatdıra bilməsə də, mükafatını bü­tövlüklə alır. Həmçinin Allah onun hicrət zamanı və başqa işlərdə yol verdiyi səhvlərini də bağışlayır.
Məhz buna görə, Allah bu ayəni Özünün gözəl Bağışlayan və Rəhmli adlarını xatırlamaqla bitirir. O, möminlərə, etdikləri xətaları, xü­su­silə, onları tövbə edib Onun yoluna qayıtdıqda, bağışlayır. O, yaratdığı zaman bütün insanları Öz mərhəmətinin altına alır və onlara əmin-amanlıq, var-dövlət, övladlar, güc və bir çox başqa nemətlər əta edir. O, möminlərə iman sahibi olmağa kömək edərkən, onlara möhkəm əqidə əl­də etməyə imkan verən biliklər verərkən, xoşbəxtliyə və müvəffəqiy­yət­lərə aparan yolu yüngülləş­dirərkən xüsusi lütfkarlıq göstərir. Onlar bunun sayəsində qeyri-adi uğurlar qazanır və heç kəsin görmədiyi, heç kimin eşitmədiyi və hətta heç bir insan zəkasının təsəvvür belə etmədiyi Allahın nemətlərini görmək imkanı əldə edirlər. Biz isə Allaha yalvarırıq ki, bizi özümüzdə olan yamanlıqlara görə bu nemətlərdən məhrum etməsin.

ﯽ  ﯾ   ﯿ  ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄ  ﰅ  ﰆ  ﰇ  ﰈ      ﰉ   ﰊ  ﰋ   ﰌ  ﰍ  ﰏ    ﰐ  ﰑ  ﰒ   ﰓ  ﰔ  ﰕ  

(101) “Siz yerdə səfər edərkən kafirlər tərəfindən aldadılaca­ğınızdan ehtiyat edərsinizsə, bəzi namazlarınızı qısaltmağınız sizə gü­nah yazılmaz. Bu bir həqiqətdir ki, kafirlər sizə məlum olan düşmən­lə­rinizdir”.

Bu və sonrakı ayələr səfərə çıxarkən və təhlükə yarandığı zaman namazların qısaldılması üçün əsas rolunu oynayır. Onun aydın mənasın­dan məlum olur ki, insana istənilən səfərdə, hətta günah işlətmək niyyəti ilə yola çıxdıqda belə, namazları qısaltmağa icazə verilir. Əbu Hənifə bu rəyin tərəfdarı idi. Lakin alimlərin əksəriyyəti, o cümlədən, qalan üç imam onun bu fikrinə şərik deyildilər. Onlar günah işlətmək niyyəti ilə gedilən səyahətlərdə namazın qısaldılmasına, şərh etdiyimiz ayəni məna və şərtlərinə görə konkretləşdirərək, icazə vermirdilər. Allah Öz qullarının vəzifələrini asanlaşdıraraq, onlara səfər zamanı namazları qısaltmağa və orucu pozmağa imkan verir, lakin səfərə çıxan insan öz Rəbbinin hökmünü yerinə yetirmədikdə, o, bu yüngülləşdirilməyə layiq bilinmir.
Uca Allah buyurur ki, müsəlmanlar səfər zamanı namazı qısaltsalar günah etməzlər. Bu müddəa, səfərdə namazı tam qılmaqdansa, onun qısaldılmış formasının daha əfzəl olması ilə qətiyyən ziddiyyət təşkil etmir, çünki bu əməlin günah olmaması ona görə xatırlanır ki, insanların ürəyinə dama bilən yanlış zənni aradan qaldırsın. Bundan başqa, bunun xatırlanması heç də o demək deyildir ki, bu əməl vacib deyildir. Biz bu barədə Allahın: “Həqiqətən, əs-Səfa və əl-Mərvə Allahın ayinlərinin əla­mətlərindən biridir. Kəəbəyə həcc və ya ümrə niyyətilə gələnlər onların arasından keçsələr, günah işlətmiş olmazlar. Xeyirxah əməli könüllü surətdə yerinə yetirən bilməlidir ki, Allah Əvəzverən və Bilən­dir” (Bəqərə, 2/158) kəlamının şərhində qeyd etmişdik.
İndiki halda yanlış zənlərin aradan götürülməsinin zəruriliyi tama­milə aydındır, çünki bütün müsəlmanlara məlumdur ki, onlar namazı tam qılmalıdırlar. Buna görə, bəzi hallarda namazın tam formasının qılınması­nın vacib olmamasına əksəriyyəti inandırmaq üçün belə əməlin günah ol­madığını onlara bildirmək lazımdır.
Səfər zamanı namazın qısaldılmasının üstünlüyünü təsdiq edən iki cəhət vardır. Birincisi, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) özünün bütün səfərlərində namazlarını qısaldardı. İkincisi, namazların qıs­aldılması Allahdan gələn asanlaşdırma və Onun qullarına lütf etdiyi mər­hə­mətidir, axı O, qullarının Onun asanlaşdırmasından istifadə etmələrini xoşlayır və onların Ona itaətsizlik göstərməsinə nifrət bəsləyir.
Uca Allah bəzi namazları qısaltmağa yol verir, amma namazları ümu­miyyətlə qısaltmağa razılıq verdiyini söyləməmişdir. Buradan iki fay­dalı nəticə çıxartmaq olar.
Birincisi, əgər Allah namazı qısaltmaq haqqında əmr versəydi, bu hökm məhdu­diyyətə malik olmazdı və güman etmək olardı ki, səfərdə bir rükətdən ibarət namaz da məqbul ola bilər. Lakin Allah ancaq bəzi namazları qısaltmağa icazə verir ki, bu da həmin hökmün, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hərəkətləri ilə və onun səhabələri tərəfindən müəyyənləşdirilən məhdudiyyətlərinin mövcud olduğunu bil­dirir.
İkincisi, “min” ön şəkilçisindən istifadə edilməsi təsdiq edir ki, bü­tün namazlar deyil, ancaq bəzi fərz namazları qısaltmağa icazə verilir. Bu­na görə, fəcr və məğrib namazları qısaldılmır, amma dörd rükətdən ibarət olan namazlar iki rükətə qədər azaldılır.
Səfərdə namazların qısaldılmasına yol verilməsinin asanlaşdırma olması aydın­laşdırıldıqdan sonra, namaz qılanların kafirlər tərəfindən az­dırıla bilməsi təhlükəsi halında namazın qısaldılmasına icazə verilməsi ba­rədə şərhçilərin rəylərinin niyə müxtəlifləşməsi məsələsinin izah edil­mə­sinə keçmək olar. Ayənin anlaşıqlı mənasından aydın olur ki, namazlar eyni zamanda iki şərt olduqda qısaldıla bilər: səfər zamanı və təhlükə anında. İslam alimləri arasında ixtilaf “namazın qısaldılmasına icazə” adı altında məhz nəyin nəzərdə tutulması ilə əlaqədardır: təkcə rükətlərin sa­yının azaldılması və yaxud rükətlərin azaldılması ilə bərabər namazın qı­lınması qaydasının dəyişilməsi? Təkcə birinci təfsir nəzərdən keçiri­ləndə anlaşılmazlıq baş verir.
Bu anlaşılmazlıqla möminlərin əmiri Ömər b. əl-Xəttab da rast­laş­mışdı və bu onu: “Ey Allahın Elçisi! Niyə biz təhlükəsizlikdə olduğumuz halda namazları qısaldırıq?” – deyə sual verməyə sövq etmişdi. O, Allah­ın, namaz qılanlara, onlar kafirlər tərəfindən aldadılmaq təhlükəsi hiss etdikləri halda, namazı qısaltmalarına icazə verdiyini düşünürdü. Onda Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) demişdi: “Bu, Allahın sizə bəxş etdiyi sədəqədir. Onun sədəqəsini qəbul edin!” Ola bilsin ki, hədisin mətninin ifadə tərzi bir qədər fərqli olsun.
Bütün deyilənlərdən aydın olur ki, təhlükə zamanı namazın qısaldılması barədə burada ona görə xatırlanır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz səhabələri ilə səfər zamanı məhz daha çox belə şəraitdə olurdu. Onların da böyük əksəriyyəti isə hərbi yürüşlər idi.
Buradan, Allahın niyə namazları qısaltmağa icazə verməsi barədə daha bir nəticə çıxarmaq olar. O, asanlaşdırma üçün əsas ola bilən ən böyük çətinliyi – təhlükə ilə bağlı olan səfərləri xatırladır. Lakin bu o demək deyildir ki, namazı təhlükəsiz səfər zamanı qısaltmaq olmaz, çünki səfər elə özlüyündə insana narahatçılıq yaradır.
Əgər namazın qısaldılması adı altında rükətlərin sayının azaldıl­ması ilə bərabər namazın qılınması qaydasının dəyişdirilməsini nəzərdə tutan ikinci şərhi nəzərdən keçirsək, görərik ki, təhlükə haqqında xatırlat­ma tamamilə yerinə düşür, çünki səfərdə təhlükə zamanı namazı qısalt­ma­ğa və onun qılınma qaydasını dəyişməyə, təhlükəsiz səfərlərdə isə ancaq rükətləri azaltmağa, daimi yaşayış yerində təhlükə zamanı isə, təkcə namazın qılınma qaydasının dəyişdirilməsinə icazə verilir. Bax buna görə, Allah təhlükə zamanı namazın qılınması qaydası haqqında bildirərək buyurur:

ﭑ  ﭒ    ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ   ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ   ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ      ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭭ  ﭮ   ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ   ﭵ    ﭶ  ﭷ  ﭸ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ         ﭿ     ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮄ     ﮅ  ﮆ  ﮇ  ﮈ   ﮊ  ﮋ  ﮍ  ﮎ  ﮏ  ﮐ     ﮑ  ﮒ  ﮓ  

(102) “Sən onların arasında olarkən və namazlarına imamlıq edərkən, qoy onlardan bir qrup səninlə birlikdə dayansınlar və silah­la­rını da götürsünlər. Onlar səcdə qıldıqdan sonra, sizin arxanıza keçsinlər. Namaz qılmayan başqa qrup gəlsin və onlar da səninlə na­maz qılsınlar, amma ehtiyatlı olsunlar, silahlarını götürsünlər. Kafir­lər istəyirlər ki, siz silahlarınıza və əşyalarınıza qayğısız yanaşasınız ki, onlar da sizə cəmi bir dəfə həmlə etməklə işinizi bitirsinlər. Sizə, yağışda və ya xəstə olduğunuz zaman narahatçılığa görə silahınızı yerə qoymaqda bir günah yoxdur, lakin ehtiyatlı olun. Həqiqətən, Allah imansızlara həqarətamiz işgəncə hazır etmişdir”.

Uca Allah bildirir ki, müsəlmanlar təhlükəli bir vaxtda namaz qılmağa hazırlaşırlarsa, onda namaza rəhbərlik edən imam və digər namaz qılanlar namaza dair fərz hökmləri yerinə yetirməlidirlər. Sonra Allah izah edir ki, onlar bunu necə etməlidirlər: bir qrup namaz qılan imamla birlikdə namaza durmalı, digər qrup isə üzü düşmənə tərəf dayanmalıdır. Son müddəanın lehinə dəlalət edən rəy, namaz qılanlar səcdəyə getdikləri zaman qalan müsəlmanların onların arxasında dayanması ifadəsidir.
Burada səcdə dedikdə, namazın sona çatdırılması nəzərdə tutulur. Allah namazı səcdə adlandırır ki, onun əhəmiyyətini xüsusilə vurğulasın. Bu həm də o deməkdir ki, səcdə namazın sütunudur. Bundan başqa, o, namazın ən vacib sütunlarındandır.
Müsəlmanların birinci qrupu namazı bitirdikdə, hələ namaz qılma­mış və düşmənlə üz-üzə dayanmış ikinci qrup yaxınlaşmalı və imamla birlikdə namaz qılmalıdır. Buradan aydın olur ki, imam namaz qılan birinci qrupla namazı bitirməyib ikinci qrupu gözləyir. O qrup ona yetiş­dikdə, o, onlarla birlikdə namazının qalan hissəsini davam etdirir və bun­dan sonra isə onlarla birlikdə salamlarını verir. Təhlükə zamanı namazın formalarından biri belə qılınır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) haqqında olan səhih hədislərdə belə namazların bir çox formaları yad edilir.
Bu ayə camaat namazının hər bir müsəlman üçün məcburi olduğu­nu sübut edir. Bunun lehinə iki cəhət vardır. Birincisi, Uca Allah, müsəl­manlara, düşmən tərəfindən hücum gözlədikləri şəraitdə belə camaat namazı qılınmasını əmr etmişdir. Əgər camaat namazı belə ağır şəraitdə vacib sayılırsa, onda sülh və əmin-amanlıq şəraitində onun vacibliyi daha da əfzəldir.
İkincisi, təhlükə gözlənildiyi bir vaxtda namaz qılanlara namazın bir sıra şərtlərini və vacib tələblərini yerinə yetirməməyə yol verilir. Onla­ra, başqa vaxtda namazı pozan bir çox hərəkətlər bağışlanılır. Bütün bun­lar bir daha camaat namazının vacibliyini göstərir, çünki fərz və nafilə hökmlər arasında ziddiyyət yaranmır. Əgər camaat namazı vacib (fərz) sayılmasaydı, onda müsəlmanlara ona görə namazın bəzi vacib tələblərini yerinə yetirməməyə yol verilməzdi.
Bu ayə təhlükə zamanı camaat namazının bir imamla qılınmasına, hətta bu zaman bəzi qaydaları pozmaq lazım gəlsə də, daha çox üstünlük verildiyini sübut edir. Lakin onu bir-neçə imamla qılmağa da icazə verilir. Bu ona görə edilir ki, müsəlmanlar vəhdət halına gəlsinlər və dağılmasın­ lar və həm də düşmənin ürəyinə vahimə salsınlar.
Uca Allah təhlükə gözlənilən şəraitdə əldə silahla namaz qılmağı və eyni zamanda xüsusi ehtiyat tədbirləri görməyi əmr edir. Hərçənd buna görə namaz qılanlar bir sıra artıq hərəkətlərə yol verməli olur və bir qədər namazdan yayınırlarsa da, belə davranma onlara daha çox fayda verir, çünki onlar eyni zamanda həm namazlarını qılmağa nail olur və həm də cihaddan ayrılmır və onlara basqın edib əşyalarını qəsb etmək niyyətində olan düşməndən qorunurlar. Bax buna görə, Uca Allah buyurur ki, iman­sızlar istəyirlər müsəlmanlar öz silahları və əşyalarına laqeyd münasibət bəsləsinlər və bu halda onların işini bitirmək üçün onlara bir dəfə basqın etmək kifayətdir.
Sonra Allah yağışdan və ya xəstəliyi üzündən narahatlıq hiss edən­lərə silahı əlindən yerə qoymağa icazə verir. Lakin bu, onları ehtiyat təd­birləri görmək vəzifəsindən azad etmir. Uca Allah buyurur ki, müsəlman­lara, onlar yağışdan narahat olduqda və ya xəstələndiklərinə görə silahı kənara qoymaqda bir günah yoxdur. Lakin bu zaman onlar ehtiyatlı dav­ran­malıdırlar.
Daha sonra Allah bildirir ki, kafirlər üçün həqarətamiz bir işgəncə hazırlamışdır. Bu, artıq, Allahın mömin tərəfdarlarına və tövhid dini uğrunda mübarizə aparan müvahhidlərə kafirləri öldürmək və onlara qarşı, harada olmalarından asılı olmayaraq, döyüşmək, onları hər tərəfdən müh­a­sirəyə almaq və onlar üçün pusqu qurmaq, həmçinin onlardan qorunmaq, onların müsəlmanlara qarşı məkrli niyyətlərini həyata keçirə bilməmələri üçün onlara laqeyd yanaşmamaq haqqında verdiyi əmrində özünü büruzə vermişdir.
Allah möminlərə göstərdiyi mərhəmətinə görə ən böyük təriflərə layiqdir. O, onları möhkəmlətmiş və onlara elə bir təlim hədiyyə etmişdir ki, onun sayəsində müsəlman bayrağı heç zaman məğlub edilməyəcəkdir. Əgər onlar bu təlimə layiqincə riayət etsələr, düşmənlər onların üzərində heç vaxt qələbə çala bilməyəcəklər.
Bir qrup müsəlman camaatının namaz qılanlar səcdəyə gedənə qədər onların arxasında dayanması haqqında bildirilənlərdən aydın olur ki, birinci namaz qılanlar namazı bitirəndən sonra o birilərini mühafizə etmə­yə getməliydilər. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bu zaman ikinci qrup namaz qılanların gəlməsini gözləməliydi ki, öz qalan namazını onlarla birlikdə qılsın və salamları versin. Bu rəyin lehinə dəlalət edən Allahın birinci qrup namaz qılanlara namazı Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə başlamaya hökm verməsi və sonra isə, onlara namazı müstəqil surətdə bitirməyi əmr etməsidir ki, burada artıq Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) yad edilmir.
Müsəlmanların başqa bir qrupunun gəlib Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə namaz qılması haqqında müddəadan aydın olur ki, bu vaxt artıq birinci qrup namazı bitirməlidir. İkinci qrup imamla birlikdə ancaq bir rükət qılırlar ki, bu onlar üçün əslində namazın birinci rükətidir, lakin onlara görə son rükət kimi hesablanır və buna görə imam onların namazlarının qalan hissəsini qılmalarına qədər gözləməlidir ki, onlarla birlikdə salamları versin. Bu, bu ayə üzərində düşünən hər kəs üçün aydındır.

ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ   ﮜ  ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮣ    ﮤ     ﮥ  ﮦ  ﮧ  ﮨﮩ  ﮪ 

(103) “Siz namazı bitirəndə ayaq üstə, oturan yerdə və ya böy­rü üstə uzanmış olsanız da Allahı xatırlayın. Namazı təhlükəsizlikdə olduqda qılın. Həqiqətən, möminlərə namazı müəyyən vaxtlarda (qıl­maq) əmr edilmişdir”.

Namazı bitirdikdən sonra, istənilən vəziyyətdə olduğunuz halda Allahı xatırlayın. Bu hökm təkcə təhlükə vaxtı qılınan namaza deyil, qalan bütün namazlara aiddir, lakin onun bu mətndə xatırlanması dərin məna daşıyır.
Birincisi, insanın dindarlığı, uğuru və xoşbəxtliyi Allahı sevməsin­dən və qəlbinin Onu xatırlayan və mədh edən sözlərlə dolu olmasından asılıdır. Bu məqsədə yetişməyin ən yaxşı vasitəsi, öz mahiyyəti etibarı ilə, qulu onun Rəbbi ilə bağlayan namazdır.
İkincisi, Allahı xatırlama (zikr) insana həqiqi iman və mükəmməl etiqad sahibi olmağa imkan verir və buna görə, O qullarına əmr edir ki, Onu gündüz də, gecə də yad etsinlər. Yaxşı məlumdur ki, insanın həyatı təhlükə altında olduqda, o, namaz zamanı görkəmli nəticələr əldə edə bilmir, çünki qorxu onun qəlbinə də, canına da hakim kəsilir. Bu xətanı aradan qaldırmaq üçün Allah namazdan sonra Onu zikr etmək hökmü vermişdir.
Üçüncüsü, qorxu insanın ürəyinə narahatçılıq salır ki, bu da onun zəifləməsinə səbəb ola bilər. İnsanın qəlbi və ruhu zəifləyib gücdən düş­ər­sə, onun bədəni rəqibə layiqincə müqavimət göstərə bilməz. Lakin Allahı tez-tez yada salmaq qəlbin möhkəmlənməsinə səbəb olan mühüm amillər­dən biridir.
Dördüncüsü, Uca Allahı xatırlamaq və layiqincə səbir etmək mü­vəf­fəqiyyətin və düşmən üzərində qələbənin rəhnidir. Uca Allah buyurur: “Ey iman sahibləri! Siz bir dəstə ilə toqquşanda, sarsılmayın və Allahı çoxlu-çoxlu zikr edin, ola bilsin ki, uğur qazanasınız” (Ənfal, 8/45).
Bu və bir çox başqa səbəblərə görə Allah əmr edir ki, təhlükə za­ma­nı namazı qılıb qurtardıqdan sonra, Onu tez-tez xatırlasınlar. Müsəlman­lar təhlükəsizlikdə olduqda isə onların cismi də, qəlbi də rahat­lıq tapdığı üçün onlar namazı ən kamil tərzdə qılmalı, ürəklə və canla-başla namazın rüknlərini, şərtlərini və bütün qalan hökmlərini müti halda yerinə yetirməlidirlər. Möminlərə müəyyən vaxtlarda namaz qılmaq əmr olunmuşdur. Bu o deməkdir ki, namaz vacib hökmdür və hər bir namaz üçün müəyyən vaxt təyin edilmişdir. Söhbət, uşaq və ya yaşlı, savadlı və nadan adam olmasından asılı olmayaraq, müsəlmanlara yaxşı məlum olan namaz vaxtlarından gedir. Onlar onu öz Peyğəmbərindən (ona Allahın salavatı və salamı olsun) öyrənmişlər. O (ona Allahın salavatı və salamı olsun), demişdir: “Siz mənim necə namaz qıldığımı gördünüz, siz də onu belə qılın”.
Namazın möminlərə əmr edilməsi haqqında xatırlatmadan görün­dü­yü kimi, aydın olur ki, o, imanın meyarıdır, özü də qulun imanı nə qə­dər güclü olarsa, qul namazı bir o qədər yaxşı və qüsursuz qılar. Buradan həmçinin belə bir nəticə çıxır ki, kafirlər əgər İslam qanunlarına riayət etsələr də, məsələn, onlar müsəlman dövlətində müqavilə şərtləri ilə yaşa­salar da, dinin namaz kimi ikinci dərəcəli hökmlərini yerinə yetirmə­yə borclu deyillər. Bundan başqa, onlar kafir olaraq qaldıqca, yerinə yetir­dikləri istənilən ayinlər etibarsızdır. Lakin, buna baxmayaraq, Axirət həy­a­tın­da onlar namaz qılmadıqlarına və dinin digər ehkamlarını yerinə yetir­mədiklərinə görə cəzalandırılacaqlar.

ﮫ  ﮬ   ﮭ  ﮮ  ﮯ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯗ     ﯘ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯡ  ﯢ  ﯣ   ﯤ  ﯥ 

(104) “Düşməni təqib edərkən zəiflik göstərməyin. Əgər siz əziy­yət çəkirsinizsə, bilin ki, onlar da siz kimi əziyyət çəkirlər. Lakin siz Allahdan almağa ümid etdiyinizə, onlar ümid bağlamırlar. Allah Biləndir və Müdrikdir”.

Kafirlərə qarşı döyüşəndə və öz sərhədlərinizi müdafiə edəndə zə­iflik və qorxaqlıq göstərməyin, çünki ruhun zəifliyi fiziki iqtidarsızlığa sə­bəb olur. Əgər sizin bədəniniz gücdən düşsə, düşmənlərə qarşı müqavimət göstərə bilməzsiniz. Güclü olun və qeyrətlə vuruşun.
Bundan sonra Allah möminlərin ürəklərini möhkəmləndirən iki amil haqqında xəbər verir. Onlardan birincisi ondan ibarətdir ki, əgər mö­minlər ağrı, yorğunluq və aldıqları yaralardan əziyyət çəkirlərsə, bilməli­dirlər ki, eyni çətinliklər onların düşmənlərinin də payına düşür. Buna gö­rə, cəsarətli və şücaətli olmalı olan müsəlmanlar, onlar kimi çətinlik çəkən düşmən qarşısında zəiflik göstərməməlidirlər. Ancaq daima məşəqqət iç­in­də olan və düşmənə məğlub olanlar ruh düşkünlüyünə qapıla bilərlər. Əgər müharibə dəyişən müvəffəqiyyətlərlə gedirsə, onda insana ruhdan düşmək yaraşmaz.
İkinci amil ondan ibarətdir ki, müsəlmanların Allahdan almağa ümid bəslədiklərinə kafirlər bel bağlamır. Onlar mükafat almağa və cəza­dan xilas olacaqlarına arxayındırlar. Möminlərin ən yaxşıları isə daha şə­rəfli niyyətlərə və yüksək məqsədlərə malikdirlər – onlar Allahın dinini qo­rumağa, Onun qanunlarını bərqərar etməyə, müsəlman ərazilərini geniş­ləndirməyə, yolunu azmışları doğru yola dəvət etməyə və dinin düşmən­lərini darmadağın etməyə can atırlar.
Bu şərtlər həqiqi möminləri güclü, enerjili və şücaətli olmağa məc­bur edir, çünki vuruşan döyüşçü təkcə ona görə mətinlik göstərir ki, ancaq bu dünyada qüdrət əldə etsin və həm bu həyatda və həm də ölümdən sonra xoşbəxtlik əldə etməyə ümid bəsləyərək, döyüşənlərlə heç vaxt müqayisə edilməsin və Allahın mərhəmətini qazanaraq Cənnət bağlarına düşsün.
Pak və Müqəddəs Allah Öz elmi və müdrikliyinə əsaslanaraq qul­larını müxtəlif yaratmışdır. Allah Bilən və Müdrik Rəbdir, kamil biliyə və nöqsansız müdrikliyə malikdir.

ﯦ  ﯧ  ﯨ     ﯩ  ﯪ  ﯫ   ﯬ   ﯭ  ﯮ         ﯯ  ﯰ  ﯲ  ﯳ  ﯴ  ﯵ  ﯶ  

(105) “Biz sənə haqq olan Kitab nazil etdik ki, sən insanlar ara­sında, Allahın sənə göstərdiyi kimi, mübahisələri araşdırıb qərar çıx­a­rasan. Buna görə, xainləri müdafiə etmə”.

Uca Allah bu ayədə bildirir ki, O, Öz quluna və Elçisinə (ona Allahın salavatı və salamı olsun) haqq olan Kitab nazil etmişdir. Bu o de­məkdir ki, nazil edilməsi gedişində Kitab şeytanlardan qorunmuşdur və onlar ona yalan uydurmalar qata bilməmişlər. O, bir haqq kimi nazil edil­ib və özündə həqiqəti təcəssüm etdirir, çünki onun hekayətləri doğru, hökm­ləri və haramları isə ədalətlidir. Uca Allah buyurur: “Rəbbinin sözü doğ­ru və ədalətlə icra edilmişdir!” (Ənam, 6/115).
Allah qeyd edir ki, Müqəddəs Kitab ona görə nazil edilmişdir ki, insanların arasında olan bütün mübahisələr bu qanunun əsasında araşdı­rılsın. Başqa bir ayədə isə deyilir: “Sənə isə Biz bu Zikri nazil etdik ki, insanlara nazil ediləni onlara aydınlaşdırasan ki, onu yaxşı başa düş­sünlər” (Nəhl, 16/44).
Belə bir rəy mövcuddur ki, şərh etdiyimiz ayə ancaq mübahisəli məsələlərin araşdırılmasına aiddir və digər ayə isə dinin əsas və ikinci də­rəcəli məsələlərinin izahı ilə əlaqədardır. Başqa bir şərhə görə isə, hər iki ayənin mənası eynidir. Ondan aydın olur ki, burada çəkişmələr adı altında təkcə insan həyatına, namusuna və onların əmlakına qəsdlə və onların haqlarına qəsdlə bağlı məhkəmə araşdırmaları deyil, həm də dini etiqad və hökmlərə dair iddialar da nəzərdə tutulur.
Sonra Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) əmr edir ki, o, qərarları Onun ona göstərdiyi kimi qəbul etsin. Ona öz istəklə­rinə uyğun olaraq rəftar etməyə icazə verilməmişdi. Ona, Rəbbin ona öyrətdiyi kimi davranmaq əmr olunmuşdu. Oxşar bir ayədə deyilir: “O öz istəyi ilə danışmır. Bu, ona təlqin edilmiş vəhydir” (Nəcm, 53/3-4).
Buradan belə çıxır ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hökmləri bəyan edəndə və ya Allahın adından danışanda səhvlərdən qorunurmuş. Bundan həm də aydın olur ki, bilik və ədalət hər bir məhkəmə qərarına verilən tələblərdir, çünki Allah hakimlərin qərarları  öz mülahizələri əsasında deyil, Onun göstərdikləri əsasında çıxarmalarını əmr etmişdir. Buna görə də, insanlar arasında mübahisələri həll etmək üçün Allahın Kitabı haqqında biliklərə malik olmaq lazımdır.
Ədalətli və qərəzsiz qərarlar çıxarmaq əmrini verdikdən sonra, Allah ədalətsiz davranmağı və xainləri müdafiə etməyi qadağan edir. Bu o deməkdir ki, müsəlman, bir adamın ona etibar edənə xəyanət etdiyini, ona məxsus olmayana iddia irəli sürdüyünü və yaxud iddiaçı qarşısında öz borclarını inkar etdiyini bildikdə və ya güman etdikdə, onu müdafiə etmək haqqına malik deyil. Beləliklə, başqasının haqqına iddia etmək və belə davrananların maraqlarını təmsil etmək həm dini və həm də dünyəvi məs­ə­lə­lərdə qəti qadağandır. Bu ayədən həm də belə bir nəticə çıxarmaq olar ki, müsəlmana başqasının mənafeyini təmsil etməyə o halda icazə verilir ki, o, onun ədalətsizliyində şübhələnmiş olmasın.

ﭑ  ﭒ  ﭔ  ﭕ  ﭖ    ﭗ  ﭘ  ﭙ 

(106) “Allahdan bağışlanma dilə, axı Allah Bağışlayan və Rəhmli­dir”.

Törətdiyiniz günahların bağışlanmasını Allahdan xahiş edin, çünki O, Ona bağışlanmaları barədə yalvaranların, əməllərinə görə tövbə edən­lərin və Onun yoluna qayıdanların ən böyük günahlarını belə bağışlayır. Rəbb belə insanları bağışlayır və onları mükafata layiq olmağa və cəzadan çəkinməyə imkan verən saleh əməllərə ruhlandırır.

ﭚ  ﭛ   ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ      ﭧ  ﭨ  ﭩ 
(107) “Özləri özlərinə xəyanət edənlərə görə mübahisə etmə, axı Allah xainləri və günahkarları sevmir”.

Burada xəyanət adı altında cinayətlər, zalımlıq və günahlar nəzərdə tutulur. Bu onu göstərir ki, Allah, həddi şəriətlə müəyyən edilmiş cina­yətlər törədən və cəzaya layiq olanlara və yaxud qınanmaq məqsədilə cəzaya layiq olanlara havadar çıxmağı qadağan etmişdir. Cinayət törət­dik­lərinə görə onlardan ittihamı götürmək üçün və ya onları layiq olduqları cəzadan qurtarmaq üçün belə insanları müdafiə etmək olmaz. Göstərilən etibara tez-tez xəyanət edən və günah işlədənlər Allahın xoşuna gəlmir. O, belə adamları sevmir və onlara nifrət edir. Yuxarıda qeyd olunan qadağa­nın səbəbi bundadır.

ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ   ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭻ   ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ 

(108) “Onlar insanlardan gizlənirlər, lakin Allahdan gizlənmir­lər. Onlar gecələr Allahın xoşlamadığı sözləri səsləndirəndə O, onlar­la olur. Allah onların törətdiklərini əhatə edir”.

Uca Allah buyurur ki, xainlər öz günahlarını insanlardan gizlət­dik­ləri halda, onları Allahdan gizlətmirlər. Onlar gecələr Onun xoşuna gəl­mə­yən sözləri düşünəndə O onlarla olur. Kəmetiqad olduqlarına, möhkəm əqidəyə malik olmadıqlarına görə, onlar Ondan çox, insanlardan ehtiyat edirlər. Onlar insanlar qarşısında rüsvay olmaqdan bütün yol verilən və qa­dağan olunmuş vasitələrlə qaçınmağa cəhd göstərsələr də, böyük gü­nahlar işlədirlər və Allahın onları gördüyünə əhəmiyyət vermirlər.
O, onların harada olmasına baxmayaraq, Öz elmi ilə onların yanın­dadır. Onlar özlərini təmizə çıxartmaq ümidi ilə, günahsız insanları itti­ham edəndə və xoşagəlməz sözlərlə düşünəndə, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) öz düşündüklərini yerinə yetirməsi üçün xahiş edəndə, O, onlarla bərabər olur. Onlar eyni zamanda bir neçə cina­yət törədərək göylərin və yerin Hökmdarının onları müşahidə etdiyi üzə­rində fikirləşmirlər, halbuki Ona bütün sirlər və gizli niyyətlər məlumdur. O Öz elmi ilə onların törətdikləri hər şeyi əhatə edir, lakin onları cəza­landırmağa tələsmir. Əksinə, O, onlara möhlət verir, tövbə etməyə imkan yaradır və insanları dözülməz əzablara məhkum edən günahları təkrar etməkdən çəkindirir.

ﮁ  ﮂ  ﮃ   ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ    ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ 

(109) “Yaxşı, deyək ki, siz bu dünyada onları müdafiə edirsiniz. Bəs onda Qiyamət günü onları Allah qarşısında kim müdafiə edə­cək?” Ya da onların müdafiəçisi kim olacaq?”

Siz bu dünyada onları himayə edirsiniz və sizin onlara havadar çıx­mağınız onları bərk qorxduqları insanlar qarşısında namussuz görün­məkdən və rüsvay olmaqdan qorunmağa imkan verir. Lakin bu onlara fayda verəcəkmi? Kim Qiyamət günü onlara sübutlar təqdim ediləndə, onların törətdikləri bütün əməlləri haqqında dilləri, əlləri və ayaqları Allah qarşısında öz əleyhlərinə şahidlik edəndə onlara havadar çıxacaq? Uca Allah buyurur: “O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar  Allahın Aydın və Haqq olduğunu biləcəklər” (Nur, 24/25). Gizli və aşkar olanları bilən Allahın qarşısında, Onun onların əleyhinə gə­ti­rəcəyi şahidlərin şəhadətini təkzib edə bilməyəcəkləri halda, kim onların mənafeyini müdafiə edəcək?
Bu ayə, insanları, Allahın hökmlərini yerinə yetirməkdən boyun qaçırmaq və qadağan olunmuş işlər görmək sayəsində əldə edə biləcəkləri təsəvvür edilən dünya nemətlərini, Axirət həyatında ala biləcəkləri və bu əməlləri üzündən məhrum edildikləri mükafatlarla və məhkum edildikləri cəza ilə müqayisə etməyə çağırır.
Qoy Allahın hökmlərini yerinə yetirmək istəməyən hər kəs özü özündən soruşsun: “Mən öz tənbəlliyim və səhlənkarlığım üzündən Rəb­bimin hökmlərini pozsam nə qazanaram?” Qiyamət həyatında hansı mü­kafatdan məhrum olaram? Məgər Allaha itaətsizlik etməyim məni bəd­bəxtliyə, məhrumiyyətlərə, ümidsizliyə və ziyana uğratmazmı?”
Əgər o, öz nəfsinə tabe olaraq, qadağan olunmuş əməllər etmək is­tə­yirsə, qoy onda özü özünə desin: “Mən belə bir əməli edə bilərəm, lakin ondan duyacağım ləzzət bitəcək və onun yerini qəm-qüssə, narahatçılıq və kədər tutacaq. Mən mükafatdan məhrum ediləcək və cəzaya layiq görülə­cəyəm ki, dərrakəli insanın belə əməldən çəkinməsi üçün onun kiçicik bir hissəsi bəs edər”.
Bu barədə düşünməsi insana daha çox fayda gətirər və bu, əsil ağıllı insanların məziyyətidir. Özlərini ağıllı sayanlar isə tamamilə başqa cür düşünürlər, halbuki, həqiqətdə, belə deyillər. Öz nadanlıqları və zalım­lıqlarına görə, onlar bu dünyada maddi həzz almağa və rahatlığa üstünlük verir və atdıqları addımların nəticələri haqqında fikirləşmirlər. Allah bizi bundan saxlasın!

ﮔ  ﮕ   ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ   ﮠ  ﮡ 
(110) “Kim cinayət törədəndən və ya özünə zülm edəndən son­ra Allahdan bağışlanmasını diləyərsə, Allahın Bağışlayan və Rəhmli olduğunu görəcəkdir”.

İnsan Allaha itaətsizlik edərək günah işlədərsə və sonra da, güna­hını etiraf edərək, bu günahı etməsinə son verərək törətdiyi əmələ təəs­süfləndiyini bildirərsə və qəti olaraq bir daha onu təkrar etməyəcəyi niy­yətini bildirərək, Ondan bağışlanmasını layiqincə xahiş edərsə, onda Allah beləsinə Öz mərhəmətini və bağışlanma əta edəcəyini vəd etmişdir. Bilin ki, O, Öz vədlərini pozmur!
O, günahkarın əvvəllər etdiyi günahları ona bağışlayacaq və onu  günah­larının nəticələri olan qüsur və nöqsanlarından azad edəcəkdir. Allah onun əvvəlki saleh əməllərini bərpa edəcək və ona qalan bütün həyatı boyu xeyirxahlıqlar etməyə kömək göstərəcəkdir. Günahları artıq ona hidayət yolu ilə getməyə maneçilik törətməyəcək, çünki Allah onları bağışlaya­caq. Bundan başqa, O, onun günahlarını bağışladıqdan sonra, onu onların yaramaz nəticələrindən də xilas edəcəkdir.
Cinayətlər, sözün geniş mənasında, hər hansı böyük və kiçik gün­ah­lardan ibarətdir. Onlar “su” (“pislik”, “şər”) adlanır və onların işlədil­mə­si cəzalanma tələb edir və dərd-qəm gətirir, çünki onlar başa bəla gətirən bəd və yaxşı olmayan əməllərdir.
Özünə qarşı zalım münasibət adı altında, sözün ən geniş mənasında həm də Allaha şərik qoşmaq və bütün qalan günahlar nəzərdə tutulur. Bu iki məfhum birlikdə yad ediləndə, onların hər birinə müvafiq şərh verilir.
Şərh edilən bu ayədə cinayətlər adı altında insanlara dərd-qəm gəti­rən zalımcasına münasibət başa düşülür. Bu, onların həyatına, əmlakına və ya namusuna edilən qəsdlər ola bilər. Özünə qarşı zalım münasibət adı ilə isə burada qul və Allahın arasında qalan günahlar fərz edilir. Bu gün­ah­ların zülm adlandırılması ona görədir ki, qulun canı onun özünə məxsus deyil və o, istədiyi kimi öz canına sərəncam verə bilməz. Can Uca Allaha məxsus mülkiyyətdir və O, onu quluna etibar edərək ona əmr etmişdir ki, onunla insafla rəftar etsin, düzgün biliklər alaraq və yaxşı əməllər işlədə­rək doğru yolla getsin. Qul ona əmr olunanları yerinə yetirməyi öyrən­məli, zəhmət çəkərək öz vəzifələrini yerinə yetirməlidir. Əgər o, bu yolla getmirsə, onda o, özünə qarşı zülm edir, ona göstərilən etibara xəyanət edir və ədalətli olmaqdan boyun qaçırır ki, bunun da əksi zülm, incitmə və zalımlıqdır.
ﮢ  ﮣ  ﮤ    ﮥ  ﮦ  ﮧ  ﮨ   ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ 
(111) “Kim günah işlədirsə, onu özünün zərərinə edir. Allah Biləndir və Müdrikdir”.

Əgər insan günah işlədirsə, o, özünə zərər vurur. Bu, bütün böyük və kiçik günahlara aiddir və buna görə onlardan ötrü cəzanı, həm bu dünyada və həm də Axirət həyatında, asi olanların təkcə özləri alacaqlar. Günahsız insanlar özgələrinin günahlarına görə cəzalandırılmayacaqlar və Uca Allah bu barədə belə buyurur: “...Hər kəsin qazandığı günah təkcə onun özünə zərərdir. Heç kim başqasının yükünü daşımayacaqdır...” (Ənam, 6/164).
Yox əgər asilər günahı açıq şəkildə törətdikləri halda ətrafdakılar onları buna görə qınamırlarsa, onda günah onları görüb qınamayanların üzərinə də düşür və onların hər biri cəzaya layiq görülür. Bu, şərh etdiyi­miz gözəl ayədə istisna hal deyildir, çünki insan günahkarları törət­dikləri cinayətlərə görə, qınamalı olduğu halda, qınamırsa, halbuki o, bunu etməliydi, onda o özü də günah işlətmiş olur.
Bu ayə Allahın ədalətliliyinin və müdrikliyinin sübutudur. O, Öz qullarını başqalarının günahına görə heç vaxt cəzalandırmır və günahkar­ları, onların törətmədikləri cinayətlərə görə cəzalandırmır. Buna görə, O bildirir ki, mütləq biliyə və qüsursuz müdrikliyə malikdir. Öz biliyi və müdrikliyi sayəsində Allah bütün günahlar və onları törədən qulları haq­qında məlumata malikdir. Ona onları günah törətməyə sövq edən səbəblər və onlara veriləcək cəzalar da məlumdur. O bilir ki, insan, ona hökm edən nəfsinin istəklərinə güzəştə gedərək günah işlədirsə, çox vaxt Rəbbinin qarşısında peşmançılıq çəkir və buna görə, O, onu hökmən bağışlayır və onu tövbə etməyə ruhlandırır. O həmçinin bilir ki, əgər insan Onun qada­ğanlarını ötkəmliklə pozaraq, Rəbbin onu müşahidə etməsinə əhəmiyyət vermirsə və cəzalandırılacağına laqeyd yanaşırsa, onda o, bağışlanmaqdan uzaqdır və Allahın onu tövbə etməyə ruhlandırmasına layiq deyil.

ﮯ  ﮰ  ﮱ  ﯓ   ﯔ     ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ 
 (112) “Əgər kimsə səhv edərək və ya günah işlədərək, bunda günahsız bir adamı günahlandırarsa, o, böhtançı və bəlli günah yükü­nü öz üstünə götürmüş olur”.

İnsan xəta edərsə, yəni, böyük günah və ya az ağır günah işlədərsə və sonra da öz günahını bir başqasının üstünə atarsa, bu başqası günahkar olsa da, həmin cinayətlə qətiyyən heç bir əlaqəsi yoxdursa, onda o, iftira yükünü və açıq-aşkar günahı öz üstünə götürmüşdür. Bu, ən ağır və çox ziyanlı günahlardan biridir. O, özündə eyni vaxtda bir-neçə bəd əməli birləşdirir və böyük zərər gətirir.
Birincisi, insan günah qazanır və cinayət törədir. İkincisi, o, bu cinayətə heç bir aidiyyəti olmayan şəxsi günahlandırır. Üçüncüsü, o, özünü təmizə çıxartmaq xatirinə müdhiş bir yalan danışır və öz günahını günahsız bir adamın üstünə yıxır. Dördüncüsü, bunun nəticə­sində bu dünyada cəzanı ona layiq olan şəxs deyil, törədilmiş cinayətlə heç bir əlaqəsi olmayan şəxs alır. Beşincisi, bunun nəticəsində insanlar, bu günahı törətməmiş şəxs haqqında pis rəydə olurlar. Bu əməlin bir çox digər bəd nəticələrini saymaq mümkündür. Biz isə Allaha yalvarırıq ki, bizi onlar­dan və hər cür şərdən qorusun!

ﯟ   ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ    ﯧ     ﯨ  ﯩ  ﯪ  ﯫ    ﯬ  ﯮ  ﯯ  ﯰ    ﯱ  ﯳ  ﯴ  ﯵ  ﯶ  ﯷ  ﯸ   ﯹ  ﯺ  ﯻ  ﯼ  ﯾ  ﯿ  ﰀ  ﰁ  ﰂ  ﰃ  

(113) “Əgər sənə Allahın rəhmi və mərhəməti olmasaydı, onlar­dan bir dəstə səni azdırmaq niyyətinə düşmüşdülər, lakin onlar ancaq özlərini azdırırlar və sənə zərər vura bilməzlər. Allah sənə Kitab və Hikmət nazil etmişdir və sənə bilmədiklərini öyrətmişdir. Allahın sənə olan mərhəməti böyükdür”.

Uca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) onu azdırmaq istəyənlərdən müdafiə edərkən Allahın ona göstərdiyi mərhə­mətini xatırladır. Müfəssirlər qeyd edirdilər ki, bu ayələr Mədinədəki ailələrin birinin üzvünün oğurluq etməsi ilə əlaqədar nazil olunmuşdu. Adamlar bu barədə eşidəndə, rüsvayçılıqdan qorxaraq, oğurlanmış əşyanı bu işə aidiyyəti olmayan bir nəfərin evinə atmışdılar. Sonra oğru qohum­la­rından xahiş etmişdi ki, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına gedib, onun günahkar olmadığını adamlar qarşısında elan etməsini xahiş etsinlər. Onlar ona kömək etməyə razılaşaraq dedilər: “O, oğurluq etməmişdir. Oğruluq edən, evindən oğurluq əşya tapılmış adam­dır. O isə günahsızdır”. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) artıq həmin şəxsin günahkar olmadığını elan etməyə hazırlaşdığı bir vaxtda Allah bu ayələri nazil edir. Bununla da Allah baş vermiş ha­disəyə aydınlıq gətirir və Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) satqınlara və xainlərə havadar çıxmağı qadağan edir, çünki yalan danışanlara havadarlıq etmək yolunu azmaqdır.
Azmaq iki cür olur. Onlardan birincisinə aid olan yanlış nəzər nöqtələridir. Bu, insan həqiqəti bilməyəndə baş verir. İkinci növə aid olanlar əməldə yanlışlıqdır ki, bu zaman adam öz vəzifələrini yerinə yetirmir. Allah, beləliklə, Öz Elçisini (ona Allahın salavatı və salamı olsun) həm yanlış məlumatlardan və həm də doğru olmayan addımlardan qoruyur.
Sonra Allah xəbər verir ki, bu adamların məkrli niyyətləri onların ancaq özlərinə zərər vurur, çünki hiyləgərlik edənlərin hamısını belə bir tale gözləyir. Onlar ancaq özləri özlərini yanıldırlar, axı onların fitnələri və hiylələri istədikləri nəticəni almaqda onlara kömək etməyəcək və əvə­zində onlara ümidsizlik, məhrumiyyət, günahlar və zərər gətirəcəkdir.
Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) bəxş etdiyi bu böyük nemət əməlisaleh fəaliyyətlə bağlı idi. Allah ona öz vəzi­fə­lərini nöqsansız yerinə yetirməyə kömək etdi və onu qadağan olunmuş hərəkətlərdən qorudu. Bunları xatırlatdıqdan sonra, Allah Elçiyə (ona Allahın salavatı və salamı olsun) göstərdiyi salehlərə məxsus biliklərlə bağlı olan Öz mərhəmətini yada salır. Buna görə O deyir ki, ona Kitab və Hikmət nazil etmişdir.
Kitab – Müqəddəs Qurandır və Hikmətli Zikrdir. Bu, var olan hər şeyi izah edir və özündə birinci və sonuncu nəsillərin biliklərini ehtiva edir. Hikmət sözü ilə, təfsirlərdən birinə uyğun olaraq, Sünnə nəzərdə tutulur. Bizim mömin sələflərimizdən biri demişdir: “Sünnə ona Quranla yanaşı nazil edilmişdir”. Başqa bir şərhə görə isə, hikmət – şəriətin incəliklərini bilməkdir, təkcə qanun və hökmlərin ən üstün bilikləridir və hər şeyi öz yerinə qoymaq istedadıdır.
Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) onun bilmədiklərini öyrətmişdir. Bu, Uca Allahın ona öyrətdiyi hər şeyə aiddir, çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəziyyəti onun peyğəmbərliyinin başlanmasınadək Allahın səciyyələndirdiyi kimi idi: “Sən bilmirdin ki, Kitab nədir və iman nədir” (Şura, 42/52).
“O səni azmış tapdı və doğru yolla apardı” (Duha, 93/7).
Allah, bütün insanlar üçün mümkün olmayan yüksək biliklərə nail olana qədər, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) ayələr nazil etməkdə, ona təlim verməkdə və onun biliklərini kamilləşdirməkdə davam edirdi. O (ona Allahın salavatı və salamı olsun), insanlar arasında ən bilikli oldu və özündə ən yaxşı keyfiyyətləri təcəssüm etdirdi. Allahın ona (ona Allahın salavatı və salamı olsun) göstərdiyi mərhəməti böyük idi və Onun başqa insanlara göstərdiyi mərhəmətini üstələyirdi. Bu nemətin bütün formalarını tam nəzərdən keçirmək mümkünsüzdü və hətta onları saymaq belə sadə bir iş deyildir.

  ﭒ    ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ   ﭛ    ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭣ  ﭤ  ﭥ   ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ 

(114) “Onların gizli söhbətlərinin bir çoxunda, sədəqə vermək, yaxşılıq etmək və insanları barışdırmaq istəyənlər istisna olmaqla, xeyir yoxdur. Kim ki, bunları Allah xatirinə edir, Biz onlara böyük mükafat əta edərik”.

İnsanların öz aralarında apardıqları gizli söhbətlər onlara xeyir gətirmir. Bu o deməkdir ki, onlar ya adi mövzulara həsr edilmiş boş-boş danışıqlar kimi fayda vermir, ya da qadağan olunmuş mövzular kimi ziyan vururlar.
Bu qaydadan istisna olan hallar insanları sədəqə verməyə çağıran, yəni, öz əmlakı və bilikləri ilə paylaşmaq və kömək göstərmək kimi məsələlərlə bağlı aparılan söhbətlərdir. Ehtimal ki, buna Allaha həmd etmək və Onu şərəfləndirməklə bağlı sözlər və insanın ancaq özünə xeyir gətirən digər tədbirlər də aiddir, çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Həqiqətən, Allaha hər dəfə həmd etmək – sədəqədir, Allahı hər dəfə ucaltmaq – sədəqədir, hər dəfə tövhid şəhadətinin deyilməsi – sədəqədir və xeyir işlərə çağırış – sədəqədir, qınanılan əməllərdən çəkindirmə - sədəqədir və hətta öz zövcəniz ilə cinsi əlaqə hər biriniz üçün sədəqə ola bilər”.
Yenə bu qaydadan bir istisna – birinin digərini bəyənilən əməllər etməyə dəvət etdiyi söhbətlərdir. Onlara aid olanlar: yaxşılıq və itaət, habelə şəriətin və sağlam ağlın bəyəndiyi hər şeydir. Bəyənilənə çağırış,  qınanılandan çəkindirməklə eyni vaxtda deyil, ayrıca xatırlandıqda, onun mənası qınanılandan çəkindirilməyə də aid olur, çünki qınanılan əməl­lərdən imtina edilməsi özü bəyənilən əməl sayılır. Bundan başqa, insan cinayətlərdən əl çəkmədikcə, onun etdiyi yaxşı əməllər tam başa çatdı­rılmış əməl sayılmır. Bu iki anlayış birlikdə xatırlandıqda isə, bəyənilənə çağırış adı altında dinin hökmlərini yerinə yetirmək çağırışı, qınanılandan çəkindirmə adı altında isə qadağan olunmuş əməllərdən çəkinməyə çağırış nəzərdə tutulur.
Yenə bu qaydadan bir istisna, insanların barışdırılması məqsədi ilə aparılan söhbətlərdir. İnsanları o vaxt barışdırmaq olar ki, onların arasında mübahisə və bir-birinə iddialar yaranmış olsun. Höcətləşmək, çəkişmək və qəzəb yamanlıq yaradır və insanları bir-birindən ayırır. Məhz buna görə, Şəriət Qanunlarını Yaradan bizi, insanların həyatına, malına və namusuna aid bütün məsələləri dinc vasitələrlə həll etməyə çağırır. Bu həmçinin dinlə bağlı məsələlərə də şamil edilir, çünki Uca Allah buyurur: “Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın və ayrılmayın!” (Ali İmran, 3/103);
“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barış­dırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir” (Hucurat, 49/9);
“...çünki dinc yolla həlli daha yaxşıdır” (Nisa, 4/128).
Adamları barışdırmağa səy göstərən müsəlman, ciddi-cəhdlə namaz qılan, oruc tutan və sədəqə paylayandan daha yaxşıdır. Əgər bir nəfər baş­qa insanların vəziyyətini yaxşılaşdırmağa və onlara əmin-manlıq gətirmə­yə çalışarsa, onda Allah onun səylərini və əməllərini mütləq doğruldar. Yox, əgər o, yer üzündə fitnə-fəsad yaymağa və nifaq salmağa can atarsa, onda Allah onun əməllərini boşa çıxardar və ona istədiyinə nail olmağa yol verməz. Uca Allah buyurur: “Allah şərəfsizlik edənlərin əməllərini islah etməz” (Yunus, 10/81).
Sadalanan əməllər istənilən şəraitdə yaxşı əməllər sayılır ki, bunu da təsdiq edən Allahın istisnasıdır. Lakin mükafatın mükəmməl və tam­lığı insanın niyyəti və səmimiyyətindən asılıdır və buna görə, Onun mərhə­mə­tini qazanmağa çalışaraq belə davrananlara Allah böyük mükafat bəxş edəcəyini bildirir. Bu o deməkdir ki, qul Allahın Üzünü görməyə can at­malı və istənilən vaxtda hər hansı xeyirxah əməli səmimiyyətlə Onun xatirinə yerinə yetirməlidir. Bunun sayəsində o, böyük mükafat qazanar, özünü səmimi olmağa alışdırar və seçilmiş qullardan birinə çevrilər. Bun­dan başqa, o, hətta yerinə yetirə bilmədiyi əməllərə görə də bütöv mükafat alar, çünki onun niyyəti həmişə təmiz olmuş və o, yaxşılıq etmək üçün əlindən gələni heç vaxt əsirgəməmişdir. 

ﭮ   ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ   ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮁ   ﮂ  ﮃ 

(115) “O şəxs ki, hidayət yolu ona məlum olduqdan sonra Allahın Elçisinə asilik edərək möminlərin yolu ilə getmir, Biz onu dön­düyü tərəfə yönəldərik və Cəhənnəmdə yandırarıq. O yer necə də pisdir!”

Quran dəlilləri və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sübutları ona doğru yolu göstərdikdən sonra, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) dəvətini və çağırışlarını inadkarcasına rədd edərək, ona asi çıxan və möminlərin yolu ilə getməyən, onların ba­xışlarını və əməllərini yerinə yetirməyən bir şəxsi Allah, onun özünün seçdiyi  azğınlığı ilə baş-başa qoyacaqdır. Allah onu köməkdən məhrum edəcək və xeyirxah əməllərə ruhlandırmayacaqdır. O, haqqı görərək onu dərk etsə də, ondan şüurlu surətdə imtina etdi və Allah da ədalətlə onun əvəzini verdi və onu azğınlığın zülmətində sərgərdan dolaşmağa və orada onu daha da dərin girdaba yuvarlanmağa buraxdı.
Uca Allah buyurur: “...Onlar yollarını azan kimi, Allah da onların qəlbini azdırdı. Allah fasiqləri doğru yola yönəltmir” (Səff, 61/5);
“Biz onların qəlblərini və ağıllarını tərsinə çeviririk, çünki on­lar ona ilk dəfədə də iman gətirməmişdilər və onları öz zalımlıqları içində çaşıb-qaldıqları halda qoyuruq” (Ənam, 6/110).
Bu ayədən belə bir nəticə çıxartmaq olar ki, əgər insan Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) zidd çıxmırsa və mömin­lə­rin yolu ilə gedirsə, əgər o, Allahın Üzünü görməyə can atırsa, Onun Elçi­sinə (ona Allahın salavatı və salamı olsun) itaət edirsə və İslam millətin­dən ayrılmırsa, amma günah şeylər haqqında düşünür və hətta öz ehti­raslarına uyaraq və insan təbiətinə güzəştə gedərək, onları törədirsə, onda Allah onu ehtiraslarının və şeytanın cəlb etdiyi tərəfə istiqamətlən­dirmir. Əksinə, O, ona rəhm edir, mərhəmət göstərir və onu şərdən qoruyur. Bax buna görə, Yusuf peyğəmbərdən (s) bəhs edərək, Uca Allah buyurur: Qadın ona meyl etmişdi. Əgər Yusuf  Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır” (Yusuf, 12/24). Onun səmimiyyəti Allahın şəri ondan kənarlaşdırmasına səbəb oldu və Allah öz açıqürəkli qullarının hər biri ilə bu minvalla rəftar edir, çünki bu qayda bütün insanlara aiddir.
Sonra Allah möminlərdən aralanıb ayrı düşən hər bir adamı Cəhən­nəmdə böyük cəzaya məruz qoyacağını vəd edir. Şübhəsiz ki, möminlərə müqavimət göstərməyin çoxsaylı dərəcələri mövcuddur ki, onlar günahla­rın ağırlığı ilə müəyyən olunurlar. Onlardan bəziləri adamları Cəhənnəm­də əbədi işgəncələrə məhkum və hər növ nemətlərdən məhrum edir, di­gərləri isə az ağır olurlar. Aydındır ki, növbəti ayə bu geniş mənalı ayəni daha geniş təfərrüatı ilə açıqlayır.
Bu gözəl ayə müsəlmanların vahid rəyinin inandırıcı sübut olma­sı­nın xeyrinə dəlalət edir və göstərir ki, bütün müsəlmanlar eyni vaxtda yanıla bilməzlər. Belə nəticə çıxarılması, Allahın, möminlərin yolu ilə getməkdən imtina edən hər bir kəsi Cəhənnəmə atacağı və Öz kömə­yindən məhrum edəcəyi təhdidi ilə izah olunur. Möminlərin yolu tək sayla ifadə olunmuşdur və o, onların etiqad etdiyi və ya yerinə yetirdikləri bütün baxışları və əməlləri özündə birləşdirir. Əgər möminlər hər hansı bir hökmü yekdil olaraq fərz (vacib), nafilə (könüllü), haram (qadağan olunmuş), arzue­dil­məz və ya yol verilən hesab edərlərsə, onda bu rəy onların yoluna çevrilir və onların bu yekdil rəyinin əleyhinə çıxan istəni­lən şəxs onların yolundan dönmüş sayılır.
Bütün bu deyilənlər başqa bir ayə: “Siz bəşəriyyətin xeyri üçüm gəlmiş, bəyəniləni etməyə əmr verən və qınanılandan çəkindirərək, Allaha iman gətirən millətlərin ən yaxşısısınız” (Ali İmran, 3/110) ilə təsdiq olunur. Bu dəlilin mənası nədədir? Uca Allah bildirir ki, mömin müsəlmanlar ancaq bəyənilən əməllərə dəvət edirlər və əgər onlar hər hansı bir hökmün vacib və ya arzuedilən (mübah) olması barədə öz rəylə­rində yekdildirlərsə, onda ətrafdakıları da onu yerinə yetirməyə çağırırlar və, beləliklə, bu ayədən aydın olur ki, onların rəyi mütləq bəyənilən əməl­lərə aid olur. Əgər onlar hər hansı bir hökmün qadağan (haram) olması haqqında yekdil qərara gəlirlərsə, o, hökmən qınanılan əməllərə aid olur.
Bunun lehinə həmçinin bu ayə də dəlalət edir: “Biz sizi orta bir millət etdik ki, bütün bəşəriyyətə şahidlik edəsiniz, Allahın Elçisi də sizin hamınıza şahidlik etsin...” (Bəqərə, 2/143). Uca Allah xəbər verir ki, O, İslam millətini ədalətli və bütün digər dini icmalardan ən yaxşı millət etmişdir ki, onlar bütün baş verənlər haqqında şahidlik etsinlər. Əgər müsəlmanlar Allahın hər hansı bir əməli əmr və ya qadağan etdiyini və yaxud da onu icazə verilən bəyan etdiyini yekdilliklə təsdiq edirlərsə, onların şahidliyi yanlış ola bilməz, çünki onlar müvafiq bilikləri mənim­səmişlər və ədalətlə rəftar edirlər. Əgər vəziyyət belə olmasaydı, onda müsəlmanların şahidliyini ədalətli saymaq olmazdı, onların özlərini isə biliyə malik olanlara aid etmək olmazdı.
Deyilənləri təsdiq edən bu ayədir: “...Əgər hər hansı bir şey barəsində mübahisə etməli olsanız, Allaha və Axirət gününə iman gətirirsinizsə, bu məsələnizlə Allaha və Elçisinə müraciət edin...” (Nisa, 4/59). Bu o deməkdir ki, əgər müsəlmanlar bir-biriləri ilə çəkişmir­lərsə və hər hansı bir məsələ barədə yekdil fikir bildirirlərsə, onda onların Qurana və Sünnəyə müraciət etməsi hökmən deyil, çünki onların vahid rəyi həmişə ancaq Qurana və Sünnəyə əsaslanır və onlara zidd olmur.
Bu və buna bənzər digər dəlillər sübut edir ki, müsəlmanların yek­dil rəyi inandırıcı dəlildir.

ﮄ  ﮅ  ﮆ  ﮇ   ﮈ  ﮉ  ﮊ    ﮋ  ﮌ  ﮍ   ﮎ  ﮏ  ﮐﮒﮓﮔﮕﮖ  ﮗﮘ  ﮙ 

(116) “Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamır, amma bundan başqa (az ağır) günahları istədiyinə bağışlayır. Allaha şərik qoşan isə dərin zəlalətə düçar olmuşdur”.

Uca Allah Ona şərik qoşulmasını bağışlamır, çünki belə rəftar aləm­lərin Rəbbinə təhqir, tövhidin pozulması, hətta özlərinə belə kömək edə və ya zərər vura bilməyən yaratdıqlarının Onunla, bütün xeyir və şər sərəncamında olan Hökmdarla, qullarına nemətlər bəxş edən və onları bədbəxtliklərdən qoruyan Vahid, hərtərəfli kamilliyə malik və heç bir  şe­yə Ehtiyacolmayanla bərabərləşdirilməsidir.
Ən böyük zalımlıq və ən dərin azğınlıq belə əzəmətli sifətlərə ma­lik olan Allaha səmimi ibadətdən boyun qaçıraraq, kamil keyfiyyət­lər­dən məhrum və daima ehtiyac içində olan məxluqlara sitayiş etməkdir. Heçlik, natamamlıq və hərtərəfli ehtiyac yaradılmışlara xas keyfiyyət­lərdir.
Öz ağırlığı və dərəcəsi etibarı ilə şirkdən geri qalan günah və xətalar törədən şəxslərə gəldikdə isə, onların taleyi Allahın iradəsindən asılıdır. O, rəhm və müdriklik göstərərək onları bağışlaya bilər, lakin bu günahlara görə, müdrikcəsinə və ədalətlə rəftar edərək onları cəzalandıra da bilər.

ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ        ﮟ   ﮠ  ﮡ   ﮢ    ﮣ  ﮤ  ﮥ 

(117) “Müşriklər Allahın əvəzinə qadın bütlərə sitayiş edir və  ancaq üsyankar şeytana səcdə qılırlar”.

Allah müşriklərin azğınlığını ifşa edərək buyurur ki, onlar Onun yerinə qadın bütlərə, əl-Uzza və ya Manat kimi daşdan yonulmuş heykəl­lərə etiqad edirlər. Yaxşı məlumdur ki, ad onu daşıyana işarə edir və əgər onların sitayiş etdikləri bütlərin adları qadın adları idisə, onda bu özü o bütlərin natamamlığını təsdiq edirdi.
Uca Allah Öz Kitabında dəfələrlə xatırladır ki, bütlər yaratmaq, ruzi vermək və onlara sitayiş edənləri müdafiə etmək qabiliyyətinə malik deyillər. Bundan başqa, onlar hətta özlərinə belə xeyir gətirməyə və ya zərər vurmağa qadir deyillər. Onlar özlərini belə onlara ziyan vurmaq istəyən­lərdən qoruya bilməzlər. Onlar eşitməkdən, görməkdən və ağıldan  məhrumdurlar. Necə ola bilər ki, bu cür keyfiyyətlərə malik olan ilahcıq­lara sitayiş olunsun, Tək olan Allaha isə səmimi ibadətdən imtina edilsin? Halbuki Allah ən gözəl adlara və yüksək keyfiyyətlərə malikdir. Həmd, kamillik, şan-şöhrət, əzəmət, qüdrət, gözəllik, rəhmdillik, xeyirxahlıq və yaxşılıq Vahid Yaradan və Hökmdara məxsusdur, Onun bütün hökmləri və qərarları dərin hikmətlə cilvələnmişdir! Müşriklərin bu hərəkəti hədsiz dərəcədə mənfur alçaqlıqdır və belə davrananların qüsur və nöqsanlarının aşıb-daşdığına dəlalət edir və onlar o qədər alçaqlığa batmışlar ki, bunu təsəvvür etmək və sözlə söyləmək mümkün deyil.
Əlavə etmək lazımdır ki, müşriklərin öz naqis tanrıçalarına sitayiş etmələri zahirən belə görünür, əslində onlar şeytana ibadət edirlər. Şeytan onların düşmənidir, onları məhv etmək niyyətindədir və bundan ötrü  əlindən gələn hər şeyi edir. Şeytan onu lənətləmiş və mərhəmətindən uzaqlaşdırmış Allahdan sonsuzluğa qədər uzaqdır. Allahın mərhəmətindən kənarlaşdırılmış şeytan çalışır ki, Onun bütün qalan qullarını da Onun mərhəmətindən uzaqlaşdırsın. Uca Allah buyurur: “Həqiqətən, şeytan sizin düşməninizdir. O öz tərəfdarlarını Cəhənnəm sakinləri olmağa çağırır” (Fatir, 35/6).

ﮦ  ﮧ  ﮩ  ﮪ    ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ 

(118) “Allah onu lənətləmişdir və o demişdir: “Mən hökmən Sənin qullarının müəyyən bir hissəsini öz tərəfimə çəkəcəyəm”,

ﮰ  ﮱ   ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯗ   ﯘ  ﯙ  ﯚ  ﯜ  ﯝ  ﯞ  ﯟ     ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ  

(119) “onları azdıracaq, onlarda ümid oyadacaq, onlara hey­van­ların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını təhrif etməyi əmr edəcəyəm”. Kim Allahın əvəzinə şeytanı özünə hami və köməkçi etmişsə, onun zərərə uğraması artıq bəllidir”.

Bu ayələrdə Allah bildirir ki, şeytan Onun qullarını yoldan çıxart­maya can ataraq onların nəzərində şərə və şərəfsizliyə yaraşıqlı don geydirməyə çalışır. O, hətta Rəbbinə də and içir ki, Onun qullarının müəyyən bir hissəsini öz tərəfinə çəkəcəkdir. Lənətlənmiş şeytan anlayırdı ki, o, Allahın bütün qullarını şirnikləndirib yoldan çıxara bilməz və onun hakimiyyəti Allahın səmimi xidmətçilərinə təsir göstərə bilməz. O, bilirdi ki, yalnız onu özünə himayəçi götürənlər, əsil Himayədara itaət etməyə laqeyd yanaşanlar, ona tabe olaraq hakimiyyəti altına düşəcəklər.
Başqa bir ayədə deyilir ki, şeytan insanları yoldan çıxaracağına and içərək demişdir: “Rəbbim! Məni azdırdığına görə, mən də yerdə olan­ları onlar üçün bəzəyəcək və hökmən onların hamısını yoldan çıxara­cağam, Sənin seçilmiş (və ya səmimi) qullarından başqa” (Hicr, 15/39-40).
Allahın itaətindən çıxmış günahkar bunu belə fərz etmişdi və qəti qərara almışdı ki, buna nail olsun. Uca Allah isə buyurur ki, onun zənni doğru idi: “İblisin onlar haqqında zənni düz çıxmışdı və bir dəstə mömin istisna olmaqla, onlar onun ardıyca getdilər” (Səbə, 34/20).
İblis onun üçün təyin olunmuş qullardan nə istədiyi barədə bildirir ki, o, onları, düz yoldan çıxmaları üçün yanlış biliklər qazanmaqla və yaramaz əməllər etməklə azğınlığa salacağına vədə vermişdi. O, onlarda mükafat alacaqları xülyası doğuracağına söz vermişdi. Halbuki mükafatı doğru yolla gedənlər alırlar.
Şeytanın əməlləri əsil aldatmadır. O, insanları təkcə yoldan çıxart­maqla qane olmur, o, bu azğınlıqlar onların gözündə gözəl görünməyənə qədər rahatlıq tapmır. O, onlarda olan bədxahlığı artırır və onlar da Cəhənnəm sakinlərinə xas olan əməllər törədirlər ki, bunlar da insanı cəzalandırılmaya məhkum edir. Həm də onlar özləri elə zənn edirlər ki, əməlləri onlara Cənnətə düşməyə kömək edəcəkdir. Bu keyfiyyətlər yəhu­dilərə, xristianlara və onlara oxşayanlara məxsusdur.
Uca Allah buyurur: “Onlar dedilər: “Yəhudilərdən və ya xristi­an­­lardan başqa heç kim Cənnətə girməyəcəkdir”. Bu onların xülya­sıdır” (Bəqərə, 2/111);
“Biz hər xalq üçün onların əməllərini belə gözəl bəzədik”. (Ənam, 6/108);
“De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyə­cəyik” (Kəhf, 18/103-105).
Uca Allah Qiyamət günü müşriklərin möminlərlə aparacağı danışıq haqqında da xəbər verir: “Onlar möminləri çağırıb deyəcəklər: “Məgər biz sizinlə deyildikmi?” Onlarsa belə cavab verəcəklər: ”Bəli, lakin siz özünüz özünüzü aldadırdınız, fürsət gözləyirdiniz, şübhə edirdiniz və Allahın hökmü gələnədək xam xəyallarla yaşayırdınız. Sizi tovla­yan (İblis) sizi Allah barəsində də aldatdı” (Hədid, 57/14).
Allah bildirir ki, şeytan adamlara ev heyvanlarının qulaqlarını kəsməyi əmr edir. Müşrik ərəblər baxira, saibə, vəsilə və xami adlı, müqəddəs saydıqları, heyvanlarla belə rəftar edirdilər. Bu barədə xatır­latma Allahın halal etdiyini haram və haram etdiyini halal saymaqla bağlı bir sıra yanlışlıqlara işarə edir. Bu həmçinin insanları azdıran ən böyük amillər olan bütün nöqsanlı baxışlara və ədalətsiz qanunlara da aiddir.
Allah bildirir ki, şeytan insanlara Onun yaratdıqlarını təhrif etmə­lərini əmr edir. Bu, onların bədənlərinə şəkillər döydürməklə, gözəllik üçün dişlərini yonmaqla, qaşları aldırmaqla, ön dişlər arasında məsamə yaratmaqla və digər belə işlər üçün xarici görünüşlərini dəyişdirməyə aiddir ki, bunlar şeytan azdırmalarının nəticəsidir. Rəhmanın yaratdıq­la­rının öz simalarını dəyişdirməsi Onun yaratdığından narazı olmağı və Onun müdrikliyini əskiltməyi bildirir. Belə adamlar güman edirlər ki, onların əlləri ilə yaratdıqları Rəhmanın yaratdığından daha yaxşıdır və bununla da Onun qədəri və hökmlərindən narazı qaldıqlarını göstərirlər.
Bu həmçinin qullarının mənəvi simasının təhrif edilməsinə aiddir. Uca Allah onlara təkcə Ona ibadət etmək, həqiqəti qəbul etmək və ona üstünlük vermək kimi təbii bir qabiliyyət bəxş etmişdir. Lakin şeytanlar insanları hər tərəfdən əhatə edərək, onları bu gözəl keyfiyyətdən məhrum edir və onların nəzərində şərə, şirkə, kafirliyə, günahkarlığa və itaət­sizliyə cəzbedici don geydirirlər.
Hər bir körpə tək Allaha ibadət etmək qabiliyyəti ilə doğulur, amma valideynləri onu yəhudiyə, xristiana, atəşpərəstə və ya başqa bir dinin tərəfdarına çevirirlər. Onlar Allahın insana verdiyi keyfiyyətləri də­yişir və onu tək Ona ibadət etmək, Onu sevmək və dərk etmək arzusundan məhrum edirlər. Şeytanlar öz qurbanlarına, sürüdən ayrı düşmüş qoyun­lara vəhşi heyvanların və canavarların divan tutduğu kimi, divan tuturlar.
Əgər Allah Öz səmimi qullarına mərhəməti və səxavətini göstər­mə­səydi, onları da öz həyatını bu dünyada və Axirət həyatında da itirmiş və aldadılaraq azdırılmışların taleyi gözləyərdi. Onlar zərərli sövdə bağla­yaraq kor-peşman qayıtdılar. Onların başına gəlmiş bütün müsibətlərin səbəbi öz Rəbbindən və Xaliqindən imtina etmələri və öz qatı düşmən­lərinə tərəf üz döndərmələri idi, halbuki o, onlara həmişə bütün təzahür formalarında şər arzulayırdı. Məhz buna görə Allah buyurur ki, kim Allahın yerinə şeytanı özünə himayəçi seçərsə, onun ziyana uğraması artıq bəllidir. Ümumiyyətlə, öz dinini də, bu dünya həyatını da məhv edəndən, öz günahlarının və xətalarının qurbanı olandan, əbədi müsibətlər qazanaraq sonsuz səadətdən məhrum olandan də açıq-aydın və böyük bir ziyana düşən kim ola bilər?!
Lakin əgər insan ona havadarlıq edilməsi üçün özünün Həqiqi Havadarına müraciət edirsə və Onu razı salan şeylərə üstünlük verirsə, onda o, ən böyük nemət qazanır və əsil uğura nail olur. O, hər iki dünyada xoşbəxtlik əldə edir və gerçək zövq alır.
Ey Allah, Sənin verdiyinin qabağını heç kim ala bilməz və heç kim də Sənin vermədiyini kiməsə hədiyyə verə bilməz! Ey Allah, bizi də yönəltdiklərinin arasında doğru yola yönəlt və əmin-amanlıq bəxş etdiklə­ri­nin arasında bizə də əmin-amanlıq əta ət!

ﯨﯩﯫﯬﯭﯮ   ﯯﯰ  

(120) “O onlara vəd verərək ümid oyadır. Halbuki şeytanın vədi aldatmaqdan başqa bir şey deyildir”.

Şeytan aldadıb yoldan çıxartmaq istədiyi kəslərə bol vədlər verir, həm də, bu vədlər arasında təhdidlər də ola bilər. Uca Allah buyurur: “Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaqlıq törətməyi əmr edir” (Bəqərə, 2/268). O, insanları, Allah yolunda sədəqə verdikləri halda, kasıb­laşacaqları ilə qorxudur. O, onları cihadda iştirak edəcəkləri halda öldürüləcəkləri ilə qorxudur. Uca Allah buyurur: “Bu şeytanın sizi köməkçiləri vasitəsi ilə qorxutmasıdır. Onlardan qorxmayın, əgər siz möminsinizsə, Məndən qorxun!” (Ali İmran, 3/175).
İnsanlar Allahın mərhəmətini qazanmağa hazırlaşanda, şeytan mümkün olan və mümkün olmayan nə varsa edir ki, onları qorxutsun və xeyirxah əməlləri həvəslə yerinə yetirməkdən soyudana qədər onları tovlamaqda davam edir. O, onlarda boş xülyalar oyadır ki, bunlar ilğıma bənzəyir və gerçəklikdən uzaqdır, bunu, onlara yaxından yanaşdıqda asanlıqla aşkar etmək mümkündür. Həqiqətən, onun bütün vədləri – ancaq aldatmadır.
ﯱﯲﯳ ﯴﯵﯶﯷﯸ  

(121) “Onların sığınacaqları Cəhənnəm olacaqdır və onlar ora­dan çıxmağa xilas yolu tapa bilməyəcəklər”.

Öz Rəbbindən üz döndərən və şeytan firqəsinə girib onun ardıcıl­larından biri olan şəxs Cəhənnəmdə əbədi məşəqqət içində əziyyət çəkə­cək və oradan xilas ola bilməyəcəkdir. O, orada əbədi qalacaqdır.

ﭑﭒﭓﭔﭕ   ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭜ  ﭝ  ﭟ   ﭠ  ﭡ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ 
(122) “İman gətirib yaxşı işlər görənləri isə Biz çaylar axan Cənnət bağlarına daxil edəcəyik. Onlar Allahın haqq vədinə uyğun olaraq orada əbədi qalacaqlar. Allahın sözündən başqa daha kimin sözü doğru ola bilər?”

Şeytanın bədbəxt əlaltılarını hansı aqibətin gözlədiyini izah etdik­dən sonra, Uca Allah Ona, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə, Qiyamət gününə və xeyri və şəri ilə qədərə iman gətirmiş saleh əməl sahibləri haqqında xəbər verir. Onlar bu saydıqlarımıza, onlara əmr olunduğu kimi, zəruri biliklər əldə edərək və onların doğruluğunu qəbul edərək iman gətirmişdilər. Onlar imanlarının nəticəsi olaraq saleh əməllər yerinə yetirirdilər. Onlar, insanın qəlbinə, dilinə və bədəninin qalan hissələrinə həvalə edilmiş bütün fərz və nafilə hökmləri yerinə yetirərdilər və onların hər biri, əməlləri ilə müəyyən edilən, imanının və möminliyinin dərəcə­sinə, əməllərinin bəhrəsinə uyğun və həmçinin imanının və əməllə­rinin qüsurları nəzərə alınmaqla mükafata layiq görülmüşlər. Şübhəsiz ki, bütün bunlar onun Allahın müdrikliyini və mərhəmətini və həmçinin Onun haqq vədini nə dərəcədə yaxşı anlamasından asılıdır və bunu isə ancaq Qurana və Sünnəyə riayət edilməsi sayəsində dərk etmək  müm­kündür.
Allah bildirir ki, bu yaxşı əməllərə görə mükafat kimi möminlər gözlərin görmədiyi, qulaqların eşitmədiyi, barəsində hətta insan qəlbinin təsəvvür belə etmədiyi çaylar axan Cənnət bağlarına daxil olacaqlar. Ora­da hər cür ləziz yeməklər, iştahaçan içkilər, ecazkar mənzərələr, gözəl zövcələr, möhtəşəm imarətlər və bəzəkli otaqlar, qol-budaqları yerə salla­nan ağaclar və əla meyvələr vardır. Orada adama riqqətli səslər eşitmək və bol nemətlərdən ləzzət almaq, qardaşları yoluxmaq və keçmişdə olanları yada salmaq olar. Amma daha şərafətli mükafat Allahın lütfü və Onun yaxında olmasından, Onu öz gözlərinlə görmək və Onun ilahi nitqini eşitməkdən duyulan məmnunluq imkanıdır. Təkcə bu, möminləri qalan bütün sevinc və xoşbəxtlik duyğularını və ləzzətləri unutmağa məcbur edəcəkdir və əgər Allah onlara yardın göstərəcəyinə söz verməsəydi və belə bir sevincdən onların ruhu bədənindən pərvazlanar və özləri isə ölü kimi yerə yıxılardılar.
Cənnət səadəti necə də gözəldir! Lütfkar Rəbbin möminlərə bəxş edəcəyi mükafat necə də əzəmətlidir! Bu nemətləri və bu sevinci təsvir etmək və ya sözlə çatdırmaq mümkünsüzdür və bütün bunlara əlavə ola­raq, onlar öz yüksək imarətlərində əbədi olaraq qalacaqlar. Allahın gerçək vədi belədir. Böyük Rəbb həqiqəti demişdir və Onun sözü ən doğrudur! Onun sözlərinin və hekayətlərinin həqiqiliyini nəzərə alsaq, onda onların müvafiqliyi, məzmunu və ya zəruriyyəti əsasında çıxarılan bütün nəticələr də doğru olar. Onlar Onun buyurduqlarının əsil mənasını əks etdirir. Eyni şey Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) sözlərinə də aiddir, o, ancaq Onun icazəsi ilə danışar və Onun vəhylərini rəhbər tu­tardı.
ﭩ  ﭪ       ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ    ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ 

(123) “Buna sizin xülyalarınız və ya Kitab əhlinin xülyaları va­sitəsilə nail olmaq mümkün deyil. Kim pislik edərsə, əvəzini alacaq və özü üçün Allahın yerinə nə başqa bir havadar, nə də köməkçi tapa­caq”.

Müvafiq əməllərlə təsdiq olunmamış boş xəyallar və ümidlər vasi­təsilə nə xilasa və nə də gözəl əxlaqa nail olmaq mümkün deyil. Əsassız iddiaların, əgər söhbət sadə işlərdən gedirsə, heç bir əhəmiyyəti olmaz. Bəs əgər söhbət imandan və əbədi səadətdən gedirsə, onda buna nə demək olar?!
Allah Kitab əhlinin məmnun qaldıqları ümidlərindən xəbər verir. Onlar deyirlər: “Yəhudilərdən və xristianlardan başqa heç kim Cənnə­tə girməyəcək” (Bəqərə, 2/111). Əgər Kitab əhlinin ümidləri ya­landırsa, onda bu, özlərini Müqəddəs Kitabın tərəfdarı və Allahın Elçisi­nin (ona Allahın salavatı və salamı olsun) məsləkdaşı saymayanlara daha çox aiddir.
Allahın ədaləti və qərəzsizliyi kamil olduğuna görə, bu, həm də özlərini müsəlmanlara aid edənlərə də şamildir. Dinin tərəfdarı adlanmaq haqqına əsassız iddialar, insana, özünün haqlı olmasını sübut edən dəlillər gətirincəyə qədər, heç bir fayda verməyəcəkdir. Əməllər onun doğruluğu­nu müəyyənləşdirən meyarlardır və buna görə də, Allah buyurur ki, pislik edən mütləq cəzalandırılacaqdır. Bu, bütün məxluqlara aiddir, çünki həm böyük və həm də kiçik günahlar şər əməl adlanır. Bu həmçinin həm bu dünyada və həm də Axirət həyatında hər hansı böyük və kiçik əvəzini vermə formalarına şamil edilir.
Yaradılmışlar bu meyar əsasında təkcə Allaha məlum olan müxtəlif dərəcələri tutacaqlar. Onların arasında elələri olacaq ki, çoxsaylı cinayət törətmişlər, elələri də olacaq ki, onu çox az törətmişlər. Əgər insan təkcə cinayətlər törətmişsə, belələri ancaq kafirlər ola bilər, sonra da günahlarını tövbə etmədən ölmüşsə, onda onun alacağı əvəz əbədi davam edəcəyi məşəqqətli cəza olacaq. Əgər insan həyatının çox hissəsini saleh əməllər və yaxşılıqlar etmişdirsə, amma hərdən kiçik günahlara yol vermişsə, on­da onu narahat edən qayğılar, qəmginliklər, xoşagəlməz, fiziki və mənəvi əzablar, maddi çətinliklər, habelə sevdiyi insanların qismətinə düşmüş xo­şagəlməz hallar və s. və i. a. onun yol verdiyi günah­ları yuyur, axı Allah Öz qullarına rəhmli və mərhəmətlidir. Bu iki ifrat qütb arasında həddən çox ara pillələr mövcuddur.
Bu ayədə şər əməlin əvəzi geniş mənada xatırlanır, lakin o, təkcə tövbə etməyənlərə aiddir, çünki əgər insan törətdiyi günahlara görə tövbə edibsə, onda o, heç günah etməyənə bərabərdir ki, bu da açıq-aydın ayə və hədislərlə təsdiq olunur.
Sonra Allah bildirir ki, pis əməl törədənlər özünə nə hami və nə də köməkçi tapa bilməyəcəklər. Bu hökm onu göstərir ki, qoy heç kim səh­vən zənn etməsin ki, öz törətdiyi əməllərə görə cəzaya layiq olan günah­karın hamiləri, qoruyucuları və ya onları layiq olduqları qisasdan müdafiə edə biləcək şəfaətçiləri olacaq. Uca Allah belə gümanları rədd etmişdir, çünki insanları, onların Rəbbi və Hökmdarından başqa, istədik­lərinə nail olmağa kömək edən himayədarları və onları xoşagəlməz şeylərdən qoruya bilən köməkçiləri olmayacaqdır.

ﭿ   ﮀ  ﮁ  ﮂﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ    ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ 

(124) “İman gətirmişlərdən bəzi saleh əməllər işləyən kişilər və qadınlar Cənnətə girəcəklər və hətta xurma çəyirdəyinin çuxuru qə­dər belə incidilməyəcəklər”.

Burada saleh əməllər adı altında səmimi qəlblə və hər kəsin özünün yerinə yetirdiyi bütün xeyirxah əməllər nəzərdə tutulur. Buna görə, bu ayə iman sahibi olan bütün insanlara və cinlərə, yaşlılara və uşaqlara, kişilərə və qadınlara aiddir. Bu şərt olmadan əməllər saleh əməl ola bilməz, qəbul edilməz, mükafat gətirməz və cəzadan xilas etməz! İmansız əməllər göv­dəsi doğranmış ağacın budaqlarına və yaxud su üzərində ucaldılmış tiki­liyə bənzər. İman – hər şeyin istinad etdiyi gövdə, təməl və özüldür. Bu şərt üzərində düşünmək lazımdır, çünki o, bütün hallarda zəruridir.
Əgər insanlar özlərində iman və yaxşı əməlləri birləşdirirlərsə, on­da onlar hökmən ürəklərin ləzzət aldığı və baxışların ayrıla bilmədiyi, hər şeyin bir yerə toplandığı Cənnətə düşərlər. Onlarla hətta xurma çərdəyinin oyuğu qədər ədalətsiz davranılmaz, çünki onların yaxşı əməlləri bir qətrə belə əskildilməyəcək. Əksinə, onlar öz mükafatlarını bütünlüklə alacaqlar. Bundan başqa, o mükafat dəfələrlə artırılacaq.

ﮐ   ﮑ  ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ   ﮚ  ﮛ  ﮜ  ﮞ  ﮟ  ﮠ          ﮡ  ﮢ 

(125) “Kimin dini, yaxşılıqlar göstərərək özünü Allaha təslim  edən və İbrahimin hənif dininə tabe olan şəxsin dinindən gözəl ola bilər? Axı Allah İbrahimi Özünün sevimlisi etmişdir”.

Heç kimin dini, bu ayədə xatırlanan keyfiyyətləri özündə cəmləş­dirən şəxsin dinindən gözəl ola bilməz. Belə insan öz Allahına səmimiy­yətlə ibadət edir və öz mənliyi ilə Ona təslim olur, yəni, bütün varlığı ilə Ona itaət edir, tək Ona xidmət göstərir, Ona üzbəüz və bütün vücudu ilə müraciət edir. Bununla yanaşı, o, yaxşı işlər görür, yəni, elçilərin göndə­ril­diyi və Kitabların nazil edildiyi Allahın şəriətini əlində rəhbər tutur. Bu şəriət seçilmiş məxluqların və onların sadiq davamçılarının yoludur. O, İbrahimin (ə) dini və qanunlarına riayət edir və həniflər kimi davranır, yəni, Allaha şərik qoşmaqdan çəkinir, tövhidə can atır, məxluqlara müra­ciət etməkdən boyun qaçırır və təkcə Yaradana müraciət edir.
Allah İbrahimi (ə) Özünün sevimlisi etmişdir. “Xilla” sözü məhəb­bətin ən yüksək formasını bildirir. Allahın ancaq iki sevimlisi bu dərəcəyə nail olmuşlar – Muhəmməd və İbrahim peyğəmbərlər (onlara Allahın sala­vatı və salamı olsun). Allahın məhəbbətinə (hubb) gəldikdə isə, o, bü­tün möminlərə aiddir. Allah İbrahimi Özünün sevimlisi ona görə seç­miş­dir ki, o, ona əmr olunan hər şeyi qüsursuz yerinə yetirərdi və bütün sınaq­lardan keçmişdi. Allah onu təqlid olunmalı nümunə etmiş, onu Özü­nün sevimlisi seçmiş və aləmlər arasında onun adını şan-şöhrətini ucalt­mışdır.
ﮣ  ﮤ   ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮫ  ﮬ  ﮭ  ﮮ    ﮯ  ﮰ 
(126) “Göylərdə də, yerdə də nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir”.

Bu gözəl ayə Uca Allahın bütün varlığı əhatə etdiyini izah edir. Göy­lərdə və yerdə olan bütün yaradılmışlar təkcə Ona məxsusdur və Onun qullarıdır. Onlar Onun hakimiyyəti altındadırlar və O, onların tək Hakimi və Hökmdarıdır. O, bilmək lazım olan hər şeydən xəbərdardır və  eşitmək lazım olan hər şeyi eşidir. Bütün varlıqlar Onun qüdrətinə tabedir, Onun mərhəməti isə yerin və göylərin bütün sakinlərini qapsayır. Bütün məxluqlar Onun qarşısında mütidirlər və bütün varlıqlar Ona tabedirlər.

ﮱ  ﯓ  ﯔ  ﯖ  ﯗ  ﯘ   ﯙ  ﯚﯛﯜﯝﯞﯟﯠﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ     ﯫﯬﯭﯮﯯ  ﯰ        ﯱﯳﯴﯵﯶﯷﯸﯹ ﯺﯻﯼ  

(127) “Onlar səndən qadınlarla əlaqədar hökm verməni xahiş edirlər. De ki: “Allah onlar və onlarla evlənməyinizi düşünərək, təyin olunmuş şeylərini vermədiyiniz yetim qalmış qadınlar və zəif uşaqlar barədə Kitabdan sizə oxunan hökm verəcəkdir. Bundan başqa, siz yetimlərə ədalətli münasibət bəsləməlisiniz və hansı xeyir­xahlığı göstərsəniz də, Allaha o barədə məlumdur””.

Qərar çıxarmaq xahişi dedikdə, şərh edilən məsələnin dini hökmü barədə izahat vermək nəzərdə tutulur. Allah bildirir ki, möminlər Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun) onlarla qadınlar arasında qarşılıqlı münasibətlərin necə olması haqqında soruşurlar. Allah bu barədə hökmü Özü verməyi qərara alır və ona (ona Allahın salavatı və salamı olsun) əmr edir ki, desin: “Qadınlar barə hökmü sizə Allah Özü verəcək­dir. Qadınlarla qarşılıqlı münasibətlərinizin bütün məsələlərində Onun hö­kmlərinə uyğun olaraq rəftar edin. Onların qarşısında vəzifələrinizi yerinə yetirin və onlarla ədalətsiz davranmayın”.
Bu geniş mənalı hökm öz arvadları və istənilən yaşdan olan digər qadınlar barəsində kişilərin vəzifələrinə dair bütün hökm və qadağaları əhatə edir. Bunun ardıyca Allah müdafiəsiz yetimlərə və uşaqlara xüsusi diqqət yetirmişdir. Bununla O, onlara qayğı göstərmiş və insanları onların haqlarına təcavüz etməkdən çəkindirmişdir.
Allah həmçinin Kitabda deyilmiş yetim qalmış qızlara çatası şey­lərin verilməməsi barəsində hökm çıxarmışdır. Uca Allah bildirir ki, belə hallar ayə nazil olan vaxt baş vermişdi. Öhdələrində yetim qalmış qızlar olan bəzi kişilər onların haqqını tapdayır və onlarla zalımcasına davra­nır­lar. Onlar həmin yetimlərin əmlakını bütövlükdə və ya qismən mənimsə­yir və onları ərə getməkdən məhrum edirdilər ki, öz mülkiyyə­tindən isti­fadə edə bilməsinlər. Onlar qız ərə gedəndən sonra onun malının əllərin­dən çıxacağından qorxurdular və ya o, ərə gedən zaman əqdlər bağlamaq və yaxud başqa üsullardan istifadə etmək vasitəsi ilə onun əmlakını əllə­rinə keçirirdilər. Onlar həmin qızla evlənmək istəmədikləri halda belə rəf­tara yol verirdilər. Onlar qızın gözəlliyinə və ya zənginliyinə görə onunla evlənmək istədikdə isə, ona məxsus olan mehri ona vermir və ya dəyərini azaldırdılar.
Bu ayə yetim qalmış qızlara bəslənən ədalətsiz münasibətin bütün sadalanan formalarına toxunur. Allah buyurur ki, kişilər onlarla evlənmək haqqında düşünərək belə addımı atırdılar. Bu o deməkdir ki, onlar ya həmin qadınlarla evlənmək niyyətində olurdular, ya da bunu etməyi arzu­lamırdılar. Biz bunu artıq yığcam nümunələrdə müzakirə etmişik.
Allah həmçinin köməksiz uşaqlara dair hökm çıxarmışdır və irsin onlara düşən hissəsini onlara verməyi və onların qarşısında digər vəzifə­ləri yerinə yetirməyi əmr etmişdir. Allah onların əmlakını ədalətsizcəsinə və zülmkarcasına davranaraq mənimsəməyi qadağan etmişdir.
O, yetimlərə ədalətlə yanaşmayı, yəni, onlara qayğı göstərməyi, onları Allahın hökmlərini və Onun hüzurunda öz vəzifələrini yerinə yetirməyi tapşırmışdır. Bu o deməkdir ki, yetimlərin qəyyumları onlara görə məsuliyyət daşıyırlar və bu, onlarda dinin vacib hökmlərini yerinə yetirməyə həvəs oyatmalıdır. Yetimlərə dünyəvi məsələlərdə qayğı gös­­tərmək onların əmlakını artırmaqdan, onu uşağın mənafeyi üçün ən sərfəli şəkildə və xeyirxah niyyətlə istifadə etməkdən ibarətdir. Dostlarını və baş­qa adamları razı salmaq məqsədilə onların taleyinə sərəncam çəkə­rək, yetim qalmış qızları ərə vermək (qızların haqqı tapdalandığı halda) qada­ğan edilir. Uca Allah ən inandırıcı tərzdə, zəif olması və ya atasını itir­məsinə görə özünə müstəqil qayğı çəkə bilməyən şəxslərə qayğı gös­tər­məyə çağırır. Bununla Allah Öz qullarına bir daha mərhəmətini göstərir.
Allah sözün ən geniş mənasında xeyirxahlıq etməyə çağırır. İnsan­lar yetimlərə və bütün başqa məxluqlara hansı yaxşılığı etsələr də, onların özlərinə və ya ətraflarındakılara fayda verən saleh əməl işlətsələr də, Allah bu barədə mütləq biləcəkdir. O, kimin çoxlu yaxşı işlər gördü­yünü, kiminsə hərdən bir xeyirli işlər yerinə yetirdiyini, kimin isə, tama­milə əksinə, hərəkət etdiyini bilir və hər kəs hökmən öz əməllərinə müva­fiq əvəzini alacaqdır.

ﭑ  ﭒ   ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭡ  ﭢ  ﭤ   ﭥ  ﭦ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ   ﭮ  ﭯﭰ  ﭱ 

(128) “Əgər qadın ərinin ona kin bəsləyə və ya ondan üz dön­dərə biləcəyindən ehtiyat edərsə, onların öz aralarında dinc yanaşı yaşamaq qərarına gəlmələri günah sayılmaz, çünki məsələnin sülh yolu ilə həlli daha yaxşıdır. Simiclik nəfsə xas olan şeydir, lakin əgər siz xeyirxah və təqvalı olsanız, əmin olun ki, Allah əməlləriniz­dən xəbərdardır”.

Əgər qadın ərinin onunla ötkəm davranacağından, ondan soyu­ya­cağından və üz döndərəcəyindən qorxarsa, yaxşı olar ki, əgər nikahı saxla­maq şərti ilə arvad ərinə onun bəzi vəzifələrini yerinə yetirməməyi bağış­layarsa, onda ər-arvad arasında barışıq sazişi bağlansın. Bundan ötrü, arvad ərinə onu saxlamaq üçün nəzərdə tutulduğundan daha az vəsait sərf etməsinə imkan verməli, az dəyərli geyimlə və mənzillə qane olmalı, öz növbəsini ərin başqa arvadına güzəştə getməli və ya ərinə onunla keçir­məli olduğu gecəni, başqa arvadı ilə keçirməyə icazə verməlidir. Əgər ər-arvad öz aralarında bu şərtlərlə razılaşarlarsa, onların heç biri günah et­məz. Ərə arvadından ayrılmaqdansa, onunla bu şərtlərlə yaşama­sına icazə verilir, çünki hətta belə birgəyaşayış ayrılmaqdan yaxşıdır. Məhz buna görə, Allah buyurur ki, dinc razılaşma qərarı – daha yaxşıdır.
Bu ifadənin ümumi mənasından aydın olur ki, bir-birinin qarşısında qarşılıqlı vəzifələri olan insanların arasında baş verən istənilən mübahi­sələrin dinc yolla həlli, hər iki tərəfin bir-birinin qarşılarında olan bütün vəzifələrdən boyun qaçırmalarından daha yaxşıdır. Mübahisələrin dinc yolla həlli tərəflərə barışmağa, əlaqələrini qoruyub saxlamağa və alicə­nablıq göstərməyə imkan verir. Bütün məsələlər üzrə belə hərəkət etməyə o vaxt icazə verilir ki, bu saziş Allahın qadağan etdiyinə yol verməsin və ya halalı qadağan etməsin. Belə saziş dinc həll yolu deyil, ədalətsizlik və özbaşınalıq adlanır.
Bilmək lazımdır ki, istənilən hökm o vaxt qüvvəyə minir ki, bunun üçün zəruri olan müvafiq şərtlər mövcud olsun və maneçilik törədən amillər olmasın. Bu, ən mühüm qərarlardan biri olan sülh sazişinə də aid­dir. Uca Allah sülh müqaviləsi bağlanılması şərtlərini xatırladaraq buyurur ki, belə qərar – yaxşı qərardır, çünki hər bir insan yaxşı iş görmək istəyir. Əgər belə rəftarı əmr edən Allahdırsa, onda möminin bu yaxşılığı etməyə həvəsi daha da artır.
Sonra Allah sülh müqaviləsi bağlamağa maneçilik törədən şərtləri xatırladır. İş orasındadır ki, insan nəfsinə xəsislik kimi bir keyfiyyət­ xas­dır. İnsan öz vəzifələrini könülsüz yerinə yetirir, lakin böyük həvəslə istə­yir ki, özünə lazım olan hər şeyi əldə etsin. Bu təbii keyfiyyət hər bir insana verilmişdir və adamlar bu keyfiyyətdən xilas olmağa və onu ali­cənablıqla əvəz etməyə səy göstərməlidirlər. Alicənablıq – öz vəzifə­lərin­in qüsursuz yerinə yetirməsi və insanın haqqı olan şeyin hətta bir hissəsi ilə razı qalmasıdır.
Əgər o, bu gözəl keyfiyyəti mənimsəyirsə, onda o, mübahisə etdiyi və ya ünsiyyətdə olduğu insanlarla heç bir çətinlik çəkmədən barışığa və razılığa gələ və arzuedilən məqsədə nail ola bilir. Lakin xəsislikdən qur­tula bilməyən buna nail ola bilmir, çünki o, barışığa və sülhə çətinliklə gəlir. Bunun səbəbi, onun ona çatacaq əmlakın hamısını əlinə almadıqca rahatlaşa bilməməsində və öz öhdəliklərini yerinə yetirmək istəməmə­sin­dədir. Əgər onun tərəf müqabili də onun xasiyyətindədirsə, onda vəziyyət daha da mürəkkəbləşmiş olur.
Daha sonra, Allah buyurur ki, əgər insanlar öz Yaradanına ibadət etməkdə xeyirxah olsalar, əgər onlar Ona Onu görürmüşlər kimi, hətta onlar Onu görməsələr belə, çünki O, onsuz da onları görür, ibadət etsələr, əgər onlar öz var-dövlətindən, öz biliklərindən, öz mövqeyindən və digər imkanlarından istifadə edərək,  məxluqlara yaxşılıq etsələr, onlara yardım göstərsələr, əgər onlar öz vəzifələrini icra edərkən bütün qadağan olunmuş əməllərdən çəkinərək Allahdan qorxsalar, bir sözlə, əgər onlar saleh əməlləri nöqsansız yerinə yetirsələr və günahlardan çəkinsələr, onların heç bir əməli Allahın nəzərindən qaçmaz. O, insanların qəlbinin və vücudunun etdiyi hər bir şeydən xəbərdardır və onların əməllərini yadda saxlayır ki, hər birinə layiq olduqları əvəzi bütövlüklə versin.

ﭲ  ﭳ   ﭴ  ﭵ    ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭻﭼﭽﭾ ﭿﮀﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ ﮇ  ﮈ  ﮉﮊ 

(129) “Siz hətta çox istəsəniz də, zövcələrinizə eyni  ədalətliliklə yanaşa bilməyəcəksiniz. Tamamilə ancaq birinə meyl edərək, digər­lə­rini havadan asılı vəziyyətdə qoymayın. Yox, əgər vəziyyəti düzəltsəniz və təqvalı olsanız, bilin ki, Allah Bağışlayan və Rəhmlidir”.

Uca Allah bu ayədə bildirir ki, ərlər öz zövcələrinə eyni dərəcədə  ədalətlə və qərəzsiz münasibət bəsləməyə qadir deyillər. Ədalətli müna­sibət o zaman mümkündür ki, kişi fərq qoymadan özünün bütün zövcə­lərini eyni dərəcədə möhkəm sevsin, onlara eyni dərəcədə meyl etsin, qəlbində onların hər birinə eyni dərəcədə həvəs salsın və bunlara uyğun olaraq rəftar etsin. Lakin bu mümkün olmayan və inanılmazdır və buna görə də Allah Öz qullarını buna qadir olmadıqlarına görə, bağışlayır və onlara təkcə gücləri çatan şeyləri qadağan edir.
Allah arvadlarından yalnız birinə yaxşı münasibət bəsləyərək və onun qarşısında bütün vəzifələrini yerinə yetirərək digər arvadı tamamilə diqqətindən kənarda saxlamağı kişiyə qadağan edir. Ərlərin borcudur ki, onlara eyni dərəcədə ədalətlə yanaşsınlar. Onlar arvadlarını eyni dərəcədə təmin etməli, eyni dərəcədə geyindirməli, onların yanlarına növbə ilə getməli və bütün bu işlərdə insaflılığa riayət etməlidirlər, lakin onlar mə­həb­bət, cinsi əlaqə və s.-lə bağlı olan məsələlərdə eyni münasibət göstər­məyə borclu deyillər. Əgər ər arvadı qarşısında öz vəzifələrini yerinə yetirmirsə, onda arvad sanki havadan asılı vəziyyətdə qalmış olur. Belə qadın artıq hələ ərə getməmiş, öz istirahəti ilə məşğuı olan və ərə getməyə hazırlaşan, lakin onun qayğısını çəkən əri hələ əldə etməmiş ərsiz qadın deyil.
Sonra Allah buyurur ki, əgər ərlər öz arvadları ilə qarşılıqlı müna­sibətlərini qaydaya salsalar, özlərini öz istəklərinin əleyhinə məcbur edə­rək, Allahın mükafatını qazanmaq üçün arvadları qarşısında vəzifələrini yerinə yetirsələr, əgər onlar öz münasibətlərini insanlarla yaxşılaşdırsalar və onlara mübahisələrini dinc yolla həll etməyə kömək göstərsələr, əgər onlar, biz artıq öncə dediyimiz kimi, insanlar arasında barışıq və razılıq yaradılması üçün istənilən imkanlarından istifadə etsələr və Allahdan qor­xaraq Onun hökmlərini yerinə yetirsələr, günahlardan çəkinsələr və tale­yin çətinliklərinə mətanətlə sinə gərsələr, onda Allah mütləq onların gün­ah­larını və unutduqlarını bağışlayar. Bununla bərabər onlar öz zövcələrinə qarşı mərhəmət göstərdiklərinə və onlarla yumşaq rəftar etdiklərinə görə Allah da onlara rəhm edər.
ﮋ  ﮌ    ﮍ  ﮎ  ﮏ   ﮐ  ﮑ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ 
(130) “Əgər onlar ayrılsalar, onda Allah onların hər birini Öz neməti ilə zənginləşdirər. Allah Hərşeyiəhatəedən və Müdrikdir”.

Bu, zövcələr arasında baş verə biləcək üçüncü haldır. Əgər onlar öz aralarında razılığa gələ bilməsələr, onda onlara ayrılmağa icazə verilir. Bu boşanma, nikahın pozulması, arvadın tələbi ilə, ərə maddi əvəz verməklə və ya cehizləri ərə qaytarmaqla boşanma və s. ola bilər.
Əgər ər-arvad belə etsələr Allah onların hər birini hər şeyi əhatə edən mərhəməti ilə zənginləşdirər. O, kişiyə arvad hədiyyə edər və o, kişi üçün əvvəlkindən yaxşı olar, qadını isə səxavəti ilə var-dövlət sahibi edər. Hərçənd qadın onu bütün zəruri olan şeylərlə təmin edən ərdən məhrum olsa da, onun azuqəsini təmin etmək məsuliyyətini Allah Öz öhdəsinə gö­tü­rər. O, bütün varlıqları yedizdirir və onların maraqlarının qayğısını çə­kir. Elə də ola bilər ki, O, qadına əvvəlkindən daha yaxşı ər nəsib edər.
Allah Hərşeyiəhatəedən Rəbdir. Onun mərhəməti böyükdür və bü­tün varlıqları əhatə edir, Onun yaxşılıqları Onun elminin nail olduğu hü­dudlara çatır. Lakin bununla yanaşı, Allah hikmət sahibidir. Öz hik­mə­tinə əsaslanaraq O, bəzilərini təltif edir, bəzilərini isə ondan məh­rum edir. Əgər Onun müdrikliyi Ondan bəzi qullarını onların layiq olmadıqları Öz iltifatından məhrum etməyi tələb edirsə, onda O, onları iltifatından məh­rum edərək, bunu müdrikcəsinə və ədalətlə həyata keçirir.

ﮘ  ﮙ  ﮚ      ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ    ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮬ  ﮭ  ﮮ  ﮯ   ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  

(131) “Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Biz sizə qədər Kitab əta edilmiş şəxslərə və həmçinin sizə əmr etmişdik ki, Allahdan qorxasınız. Siz iman gətirməsəniz, bilin ki, göylərdə olanlar  da, yerdə olanlar da Allaha məxsusdur. Allah Zəngindir və Həmdolunan­dır”.

Uca Allah bu ayədə bildirir ki, Onun hakimiyyəti bütün varlıqlara aiddir və O, kainatda gedən bütün prosesləri Öz qədərinin və dininin qanunları üzrə idarə edir. Dininin qanunlarına görə Allah insanların birin­ci və sonuncu nəsillərinə, bundan əvvəlki Kitabların və sonuncu Vəhyin bütün ardıcıllarına təqvaya etiqad etməyi tapşırmışdır. O, onlara hökmlər və qadağalar nazil etmiş, onlar üçün qanunlar qoymuş və onlara riayət edənlərə mükafat verəcəyini və etinasızlıq göstərənlərə və onları unudan­ların hər birini isə məşəqqətli cəzaya məruz qoyacağını vəd etmişdir.
Əgər insanlar iman gətirməkdən boyun qaçırsalar, təqvalı olmasa­lar və Allahın iradəsinə zidd olaraq saxta tanrıçalara sitayiş etsələr, onlar özlərindən başqa heç kimə ziyan gətirməzlər. Onlar Allaha bir qətrə də ol­sa zərər vura bilməzlər və Onun hakimiyyətini isə sarsıda bilməzlər, çünki Onun daha ləyaqətli, daha qüdrətli və daha çoxsaylı qulları vardır ki, onlar Ona itaət edir və Onun əmrlərini yerinə yetirirlər. Məhz buna görə, Allah buyurur ki, insanlar iman gətirməkdən boyun qaçırsalar belə, onsuz da göylərdə və yerdə olanlar Ona məxsusdur.
Onun gözəl adları arasında – Zəngin və Ehtiyacsız adları haqqında. O, mütləq mərdliyə və hər şeyi əhatə edən xeyirxahlığa sahibdir ki, bunun mənbəyi də İlahi mərhəmətinin xəzinəsidir. Bu xəzinə gecə-gündüz ardı-arası kəsilməyən zəngin hədiyyələr və bol bəxşişlər verilməsindən azalmır. Əgər göylərin və yerin birincidən sonuncuya qədər olan bütün sakinləri bir yerə yığışaraq Allahdan onların bütün istəklərini yerinə yetirməsini istəsəydilər, bu, Allahın varını qətiyyən azaltmazdı, çünki O, Səxavətli, Zəngin və Şanlı Rəbdir. Ona bir söz bəs edir ki, quluna hədiyyə etsin və ya onu cəzaya məruz qoysun. O, bir şeyi istədikdə, “Ol!” deyən kimi, o da olur.
Onun var-dövlətinin kamilliyi və heç nəyə möhtac olmaması Onun qüsursuz keyfiy­yətlərində özünü büruzə verir. Əgər O, heç olmazsa kiçicik bir nöqsana da malik olsaydı, o, özünü göstərərdi. Lakin bu baş vermir, çünki Onun bütün keyfiyyətləri mütləq qüsursuzluqdur. Onun zənginliyinin və özünəbəsliyinin mükəmməlliyi də özünü Onun kainatı idarə etməsində Ona yardım edə biləcək zövcəsinin, uşağının, şərikinin, köməkçisinin olmamasında göstərir. Onun zənginliyinin və özünəbəs­li­yi­nin mükəmməl olmasının bir təzahürü də Ona olan kəskin ehtiyacdır ki, ali və aşağı aləmlərin bütün sakinləri istənilən şəraitdə və bütün işlərində bunu öz üzərində hiss edirlər. Onlar kiçikdən böyüyə qədər Ona yalva­raraq öz ehtiyaclarını təmin etməsini diləyirlər, Allah da onların xahiş­lərini yerinə yetirir, onlara var-dövlət verir, onlara mərhəmət göstərir və onları düz yola yönəldir.
Allahın bir gözəl adı da Həmdolunandır[8]. Bu ad onu göstərir ki, Allah tərifə, sevgiyə, şöhrətə və ehtiram edilməsinə yeganə layiq Olandır, çünki O, tərifəlayiq vəsflərlə, gözəllik və əzəmət keyfiyyətlərinə malikdir. Həm də O, yaratdıqlarına bol hədiyyələr bəxş edir və bu da onu bildirir ki, O, istənilən şəraitdə həmd edilməyə (təriflənməyə) layiqdir.
Allahın iki gözəl Zəngin və Həmdolunan adları necə füsunkardır! O, özünəbəs və hər cür tərifə layiqdir. O, mütləq zənginliyə malikdir və ən yüksək tərzdə həmd olunmağa layiqdir, bu keyfiyyətlərin vəhdəti isə Ona daha bir kamillik bəxş edir.
ﯝﯞﯟﯠﯡﯢﯣﯥﯦﯧ  ﯨ  

(132) “Göylərdə olanlar da, yerdə olanlar da Allaha məxsus­dur. Allahın Hami və Qoruyan olması kifayətdir”.

Allah Öz hakimiyyətinin göylərə və yerə aid olduğunu xatırladır və O, bütün varlıqlara sərəncam çəkir. Bu o deməkdir ki, O, bütün məxluqlar haqqında məlumata malikdir, Öz hikmətinə əsaslanaraq bütün gedən və baş verən prosesləri idarə edir. Həqiqətən, bu keyfiyyətlər işlərə sərəncam çəkənlərin kamilliyini xüsusilə vurğulayır. Sərəncamçı ona sərəncam çək­məsi üçün etibar edilmiş şeylər haqqında biliklərə, qüvvəyə və zəruri qə­rarlar qəbul etmək və onları həyata keçirmək bacarığına malik olmalı, həm də qəbul etdiyi qərarlar müdrik və faydalı olmalıdır. Əgər o, sadala­nan keyfiyyətlərə tam mənada malik deyilsə, onda bu açıq-aydın qüsur­dur. Amma Uca Allah hər hansı qüsurdan uzaqdır, axı O, Özübəs və Tərifəlayiqdir. O, kamil qüdrətə, nöqsansız istedadlara malikdir və istəni­lən arzunu həyata keçirə bilər.

ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯱ   ﯲ  ﯳ  ﯴ  ﯵ  ﯶ 
(133) “Ey insanlar! Əgər O istəsə, sizi yox edib, yerinizə baş­qalarını gətirər. Allah buna qadirdir!”

Əgər Allaha lazım olsa, O, bir qisim insanları məhv edib, onların əvəzinə başqalarını gətirər, onlar da Ona əvvəlkilərdən daha yaxşı itaət edərlər. Allah bu sözləri ilə kafirliyə etiqad edənləri və Ondan üz döndə­rənləri sərt şəkildə təhdid edir. O, Ona itaətdən boyun qaçıran insanlarla hesablaşmır. O, onları cəzalandırmağa da tələsmir və onlara möhlət verir, lakin onları heç vaxt unutmur.

ﯷ  ﯸ     ﯹ  ﯺ  ﯻ  ﯼ   ﯽ  ﯾ  ﯿ  ﰀ  ﰂ  ﰃ  ﰄ  ﰅ  ﰆ  
(134) “Kim ki, bu dünyada mükafat istəyir, bilsin ki, Allahın həm bu dünya və həm də Axirət üçün mükafatı vardır. Allah Eşidəndir və Görəndir”.

Allah ayədə xəbər verir ki, əgər insanın niyyətləri və fikirləri o dərəcədə alçalaraq təkcə bu dünya ilə bağlılığı qalmışdırsa və Axirət həyatı haqqında düşünmürsə, onda o, uzaqgörən adam deyil və onun məq­sədi məhduddur. Özünün bütün cəhdlərinə baxmayaraq, o, onun üçün müəyyən olunmuş maddi nemətlərdən artığını əldə edə bilməyəcəkdir, çünki Allah bütün yaradılmışların Vahid Hökmdarıdır. Bu dünyada və Axirət həyatında mükafatları O paylayır. Qoy insanlar Ona yalvarsınlar ki, onları hər iki dünyada mükafatla təltif etsin və onlara bu işdə kömək olsun, axı onlar Ona itaət etmədən Allahın nemətlərini əldə edə bilməyə­cəklər. Onlar yerdə yaşadıqları və ölümdən sonrakı həyatda Ona yardım göstərməsi haqqında dua etməsələr və özlərinin Ona daima möhtac olduq­larını dərk etməsələr xoşbəxtliyə nail ola bilməyəcəklər.
Allah İlahi hikmətinə əsaslanaraq ya düz yola yönəldir, ya da Öz köməyini əsirgəyir, ya nemətlər bəxş edir, ya da mərhəmətindən məhrum edir. Məhz buna görə Allah bu ayəni Özünün gözəl adları olan Eşidən və Görənlə sona yetirir.

  ﭒ  ﭓﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ   ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭡ  ﭢ  ﭣ   ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭰ   ﭱ  ﭲ   ﭳ  ﭴ  ﭵ  ﭶ   ﭷ  ﭸ  ﭹ  ﭺ 
(135) “Ey iman gətirənlər! Allahın hüzurunda şəhadət verər­kən, hətta şahidliyiniz sizin əleyhinizə və ya valideynlərinizin əleyhinə və yaxud da yaxın qohumlarınızın əleyhinə də olsa, ədaləti müdafiə edin. Şahidlik etdiyiniz varlı və ya kasıb olsa da, Allah hər ikisinə  sizdən daha yaxındır. Ədalətdən geri çəkilməmək üçün istəklərinizə yol verməyin. Əgər siz yalan desəniz və ya haqdan boyun qaçırsanız, bilin ki, Allah sizin etdiklərinizdən agahdır”.

“Qəvvam” (möhkəm, mətin) sözü qabartma formasıdır. Bu o de­məkdir ki, Uca Allah Öz mömin qullarına istənilən şəraitdə ədalətlilik məsə­ləsində mətin olmağı əmr edir. Burada ədalətlilik dedikdə, Allahın və Onun qullarının qarşısında öz vəzifələrini dönmədən yerinə yetirmək nəzərdə tutulur. Allahla münasibətlərində ədalətliliyə riayət etmək üçün insan Allahın səxavətindən günah işlətmək üçün istifadə etməməli, ondan ancaq Allaha xoş olan əməlləri yerinə yetirmək üçün istifadə etməlidir. İnsanlarla münasibətlərində ədalətliyə riayət etmək üçün o, onların qarşı­sında öz vəzifələrini, onlardan öz vəzifələrini özünün qarşısında yerinə yetirmə­lərini tələb edəcəyi kimi, icra etməlidir. O, onun himayəsində olanları mad­di cəhətdən təmin etməli, vacib ianələr və borclarını verməli, adam­larla ünsiyyətdə, onların onunla necə rəftar etmələrini istədiyi kimi, dav­ran­malıdır, yüksək əxlaqi keyfiyyət göstərməli, ona göstərilən xidmət­lərə görə minnətdarlığını bildirməli və b.
Ədalətliliyin ən böyük təzahürlərindən biri sözlərə və onları söylə­yənlərə qarşı qərəzsiz münasibət bəsləməkdir. İnsan çəkişən iki tərəfdən hər hansı birinə qohumluq əlaqələrinə və ya şəxsi rəğbətinə görə üstünlük verməməlidir. Əksinə, o, hər iki tərəfin mövqeyinə ədalət müstə­visindən yanaşmalıdır.
Ədalətliliyin daha bir təzahürü, necə olmasından asılı olmayaraq, hətta o sevimli insanların və ya şahidin özünün əleyhinə olsa belə, doğru şahidlik etməkdir. Bax, məhz buna görə Allah ədalətlə şahidlik etmək, (hətta bu şəhadət insanın öz əleyhinə, valideynlərinin və ya yaxın qohum­larının əleyhinə olsa belə) hökmü vermişdir. Müqəssirin varlı və ya kasıb olmasından asılı olmayaraq, onu təkcə Allah ən yaxşı tərzdə müdafiə edə bilər. Buna görə, insanlar varlıların tərəfini onların varına görə saxlama­malı, kasıbların tərəfini də, onlara ürəkləri yandığına görə  saxlamama­lıdırlar. Əksinə, onlar, kimin əleyhinə yönəlməsindən asılı olmayaraq, həqiqi şəhadət gətirməlidirlər.
Ədalətə möhkəm tərəfkeş olmaq möminliyin, təqvalılığın və din­dar­lığın ən əlamətdar dəlillərindən biridir və əgər qul doğrudan da özü üçün xeyir arzu edirsə və xilas olmaq istəyirsə, bu şərtlərə xüsusi diqqət yetirməli, onu həmişə yadda saxlamalı, onu öz düşüncələrinin obyekti etməli və ədalətə doğru can atmasının və ya ona riayət etməsinin qarşısını alan nə varsa, özünü onlardan azad etməlidir. Ədalətə doğru yolda ən bö­yük maneənin alçaq hisslərə yol verməyin olduğunu nəzərdə tutaraq, Allah insanlara, ədalətdən geri çəkilməmələri üçün öz istəklərinə tabe olmağı qadağan etmişdir.
İnsanlar həqiqətə zidd olan ehtiraslarına güzəştə getməməlidirlər, çünki əgər onlar belə etsələr hökmən haqdan dönərlər və qərəzsiz olmaz­lar. Bunun səbəbi isə ondadır ki, istəklər ya insanı uzaqgörənlikdən məh­rum edir və sonra da o, həqiqəti yalan, yalanı isə həqiqət hesab etməyə başlayır, ya da onu şüurlu surətdə həqiqətədən imtina etməyə vadar edir. Lakin əgər insan özünü öz ehtiraslarından qoruyarsa, onda Allah ona düzgün hərəkət etməyə kömək göstərər və onu doğru yolla aparar.
Ədalətliliyin müsəlmanların vəzifəsi olduğunu izah etdikdən sonra, Uca Allah şahidlik edərkən və digər hallarda dillə həqiqətin təhrif olun­ma­sını qadağan edir. Allah gerçək olanı həm tamamilə və həm də qismən təhrif etməyə qadağa qoyur və bu qadağa yalan şahidliyə, natamam şəha­dətə və ya hadisələrin yanlış təsvirinə də aid edilir. Məhz bu, dili əzib-büzmək və həqiqətdən yayınmaq adlanır. Allah həmçinin, ədalət insana bir vəzifə kimi həvalə olunduğu üçün, ona ondan yayınmağı qadağan edir. Bu o deməkdir ki, şahid şəhadət verməkdən boyun qaçıra bilməz, hakim isə verməli olduğu hökmün verilməsindən imtina edə bilməz.
Allah insanların gördükləri hər işi Öz elmi ilə ehtiva edir və onların aşkar və gizli fəaliyyətlərindən xəbərdardır. Bu barədə xatırlatma yalan söyləyən və öz vəzifəsindən yayınan insanlara qorxunc bir xəbərdarlıqdır. Bu isə o deməkdir ki, o, daha çox şüurlu surətdə həqiqət olmayan ittihamnamələr çıxardan və ya yalan şəhadət verənlərə şamil edilir. Bu cinayətlər, iki əvvəlkindən daha ağırdır, çünki əvvəlki əməllər sadəcə həqiqətdən yayınma olduğu halda, bunlara yalanın təsdiq olunması da əlavə olunur.

ﭻ   ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ   ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮌ  ﮍ      ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ ﮔ  ﮕ    ﮖ  ﮗ  ﮘ 

(136) “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Öz Elçisinə nazil etdiyi Kitaba və əvvəllər nazil etdiyi Kitablara iman gətirin! Kim də Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə Qiyamət gününə iman gətirməyibsə, o, dərin azğınlığa düşmüşdür”.

Bilmək lazımdır ki, dini hökmlər iki növ olur. Onların bəziləri mü­əyyən olunmuş hökmləri yerinə yetirməyən və ya müvafiq keyfiy­yətlərə malik olmayan insanlara yönəldilənlərdir. Bu halda onlara bu hökmləri yerinə yetirmək əmr olunur. Bu qrupa kafirlərə yönəldilmiş iman gətirmək əmri daxildir. Uca Allah buyurur: “Ey Kitab verilənlər! ...Bizim sizdə olanı təsdiq etmək üçün nazil etdiyimizə iman gəti­rin!...” (Nisa, 4/47).
Digər hökmlər müəyyən hökmləri yerinə yetirən və müvafiq key­fiyyətlərə malik olan insanlara ünvanlanmışdır. Bu hökmlər onların mən­im­sədiklərini təkmilləşdirmələri və hələ nail olmadıqlarını isə əldə etmə­ləri üçün təyin olunmuşdur. Buna misal olaraq bu ayədə xatırlanan və möminlərə ünvanlanan Allaha iman gətirmək haqqında hökmü göstərmək olar.
O hökm göstərir ki, iman sahibləri öz imanlarını təkmilləşdirməli, səmimiyyətini və həqiqətsevərliyini artırmalı, qüsurlu əməllərdən uzaq olmalı və günahları üçün tövbə etməlidir. O həm də bildirir ki, hər bir mömin yeni dini biliklər qazanmalı və əvvəllər etmədiyi xeyir işlər gör­mə­­lidir, çünki əgər o, müqəddəs nassları eşidibsə, mənasını anlayıbsa və ona iman gətiribsə, onda o, onları yerinə yetirməlidir. Bu, qəlbin və vücu­dun bütün əməllərinə aiddir, çünki onların hər biri imanın tərkib hissə­lə­rin­dəndir. Bu, çoxsaylı naslar və əksər İslam alimlərinin yekdil rəyi ilə təs­diq olunur. Bu həmçinin onu bildirir ki, mömin ölüm anı gələnədək yo­rulmadan daima bu yolla getməli və möhkəm olmalıdır. Uca Allah buyu­rur: “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və müsəlman olaraq ölün!” (Ali İmran, 3/102).
Allah Ona, Onun elçilərinə, Qurana və ondan əvvəlki Müqəddəs Kitablara iman gətirməyi əmr etmişdir. Bunlara iman gətirmək vacibdir, çünki qul o halda mömin ola bilər ki, özündə bütün bu keyfiyyətləri birləşdirə bilsin. Dindar hələ daha təfsilatlı biliklər əldə edənə qədər bun­lara bütövlükdə iman gətirməlidir, əgər o, həmin bilikləri artıq əldə et­mişsə, onda o, hər bir konkret müddəaya iman gətirməlidir. Belə imana sahib olan hər hansı bir şəxs, düz yolla irəliləyir və hökmən uğur qazana­caqdır. Lakin insan Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirməkdən boyun qaçırırsa, o, dərin bir azğınlığa düşmüş olur. Doğru yoldan yayınaraq məşəqqətli cəzalan­maya aparan yola düşən kəsdən daha azğın kim ola bilər?!
Bilmək lazımdır ki, bu ayədə sadalanan şeylərdən birini inkar etmək, sadalananların hamısına birdəfəliyə iman gətirməməyə bənzərdir, çünki bu müddəalar bir-biri ilə sıx bağlıdır və buna görə, onlardan birini qəbul edib digərini rədd etmək olmaz.

ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞﮟ   ﮠ  ﮡ ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ ﮩ  ﮪ  ﮫ         ﮬ  ﮭ 

(137) “Həqiqətən, Allah, iman gətirdikdən sonra kafir olanları, sonra yenə iman gətirdikdən sonra, bir daha kafir olanları bağışlama­yacaq və onları doğru yola yönəltməyəcək”.

Əgər insan dəfələrlə haqq dini qəbul etdikdən sonra, ondan üz döndərirsə, doğru yola gəldikdən sonra, yenidən azğınlığa yuvarlanırsa,  gözü açılır, sonra yenə də haqqı görməkdən məhrum olursa, əgər o, mömin olduqdan sonra yenə kafirliyə qayıdırsa və ona etiqad edirsə və hətta öz bədbəxtliyini artırırsa, onda o, Allahın yardımından, etibarlı rəhbərlikdən və əfv olunmaqdan sonsuzluğa qədər uzaqdır. Bu onunla izah edilir ki, o, elə addımlar atır ki, onlar özlüyündə onun bağışlanması yolunda ən nəhəng maneələrdir. Kafirlik ona düçar olmuş bəlaya və onun ayrılmaz xassəsinə çevrilir və o, artıq ondan xilas ola bilmir.
Uca Allah buyurur: “...Onlar haqq yoldan çıxdıqda, Allah da onların qəlbini azdırdı. Allah günahkarları düz yola yönəltmir” (Səff, 61/5).
“Biz onların qəlbini və ağıllarını tərsə döndərdik, çünki onlar ona birinci dəfədən iman gətirmədilər və onları öz zalımlıqları içində kor-koranə dolaşan qoyduq” (Maidə, 6/110).
Şərh etdiyimiz ayədən göründüyü kimi, insan öz kafirliyini artırma­yaraq, gerçək imanın ağuşuna qayıdaraq kafirliyi tərk etdikdə, hətta dəfələrlə dindən geri çəkilsə də, Allah onu bağışlayır. Əgər bu dini ehkam kafirlərə qarşı belədirsə, deməli, o, yerdə qalan bütün digər günahlara da aid edilir. Buna görə, əgər qul dəfələrlə günah işlədərək hər dəfə tövbə etdikdə, Allah onu hökmən yenə bağışlayır.

ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ 

(138) “Münafiqləri onları gözləyən məşəqqətli əzabla müjdələ,

ﯖ   ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯞ    ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ 

(139) “o şəxsləri ki, özlərinə möminlərin əvəzinə, köməkçi və  dost kimi, kafirləri seçirlər. Doğrudanmı onlar o kəslərdən güc-qüv­vət almaq istəyirlər? Halbuki qüdrət təkcə Allaha xasdır.

“Bişara” sözü “xoş xəbər” deməkdir. Lakin müəyyən şəraitdə bu söz birləşməsi “kədərli xəbər” mənasında işlədilir. O, bu ayədə həmin mə­na­da işlədilmişdir. Uca Allah özlərini müsəlman kimi göstərən və ürəklə­rində kafirliklərini gizlədən münafiqləri ən dəhşətli, qorxunc, əzablı cəza barəsində xəbərlə kədərləndirməyi əmr edir. Onlar belə cəzaya layiqdirlər, çünki kafirləri sevir, onlarla dostluq edir, onlara kömək göstərir və iman sahibləri ilə dostluğu rədd edirlər. Onlar niyə belə davranırlar? Doğru­danmı onlar həmin dostları ilə bərabər qüdrət və əzəmət əldə edəcəklər?
Münafiqləri məhz bu məziyyətlərlə səciyyələndirmək olar. Onlar Allah haqqında pis fikirləşirlər və inanmırlar ki, Allah Öz mömin qulla­rına kömək edir. Onlar kafirlərin bir sıra imkanlarına diqqət yetirir və qalan şeyləri isə görə bilmirlər və buna görə də onları özlərinə dost gö­türür, onların sayəsində uğur qazanmağa cəhd edir və onların yardımına ümid bəsləyirlər.
Lakin qüdrət təkcə Allaha məxsusdur, çünki qulların taleyi Onun əlindədir və buna görə də Onun istənilən iradəsi danışıqsız icra edilir. O, Öz dininə yardım etməyi və mömin qullarına qələbə bəxş etməyi öhdəsinə götürmüşdür, buna baxmayaraq onlar bu yolda bir sıra sınaqlardan keç­məlidirlər. Hərçənd bəzən Allah düşmənlərə müsəlmanlarla mübari­zədə qı­samüddətli uğur qazanmağa yol verir, xeyirli son və əsaslı qələbə müt­ləq möminlərə məxsus olacaqdır.
Bu ayə kafirlərlə dostluq edənlərə və möminlərlə dostluğu rədd ed­ənlərə qorxunc xəbərdarlıqdır, çünki bu xislət münafiqlərin iç üzüdür. Ayə­dən həmçinin aydın olur ki, möminlərə qarşı məhəbbət və onlarla dost­luq və habelə kafirlərə nifrət və onlara qarşı düşmən münasibəti ima­nın[9] təzahürüdür.

ﯦ  ﯧ  ﯨ  ﯩ   ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ    ﯳ  ﯴ   ﯵ  ﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯽ  ﯾ  ﯿ   ﰁ  ﰂ  ﰃ  ﰄ  ﰅ  ﰆ  ﰇ  ﰈ  ﰉ  

(140) “O, artıq Kitabda sizə nazil etmişdir ki, onların Allahın ayələrinə inanmadıqlarını və onlara istehza etdiklərini eşitdiyiniz hal­da söhbəti dəyişib başqa mövzuya keçincəyənədək onlarla bir yerdə oturmayın. Əks halda siz də onlara oxşayarsınız. Həqiqətən, Allah bü­tün münafiqləri və kafirləri Cəhənnəmdə cəmləşdirəcəkdir”.

Allah artıq sizə nazil etdiyi Kitabında günah işlədənlərin və kafir­liyə yol verənlərin, Allahın ayələrini inkar edənlərin və onların barəsində saymazlıq göstərənlərin məcli­sin­də iştirak etməklə bağlı şəriət hökmünü izah etmişdir. Öz əməllərinə məsuliyyət daşıyan hər bir şəxs Onun ayələ­rinə iman gətirməli, onları oxumalı və onlara hörmətlə yanaşmalıdır, çün­ki onlar məhz bu məqsədlər üçün nazil edilmişdir və bu məqsədlə Allah insanları xəlq etmişdir.
Onun ayələrinə inamsızlıq imanın tam əksidir, onlara qarşı etina­sızlıq təzahürü isə onlara ehtiram göstərmənin əksidir. Özlərini belə apa­ranlar kafirlər və münafiqlərdir. Onlar mübahisə salaraq Allahın ayələrini yal­an­­lamaq və yalanı müdafiə etmək istəyirlər. Eynilə öz yanlış baxış­la­rını qorumağa çalışaraq, hər biri haqqı bəyan edən və təkcə həqiqəti bildirən Allahın ayələrinə sayğısızlıq göstərən müxtəlif bidət əhli bu cür davranır.
Bu ayə, insanların, Allaha itaətsizlik göstərildiyi, Onun hökmlərinə və qadağanlarına etinasızlıq göstərərək günah törədildiyi və Onun Öz qulları üçün müəyyən etdiyi hədlərin aşıldığı məclislərdə iştirakını qada­ğan edir. Belə məclislərdə oturmaq, onun iştirakçıları başqa mövzuya ke­çə­nədək və Allahın ayələrini inkar edərək onlara istehza etməkdən əl çəkə­nədək yasaqlanmışdır.
Əgər bir şəxs bu tələbin əksini edərsə, onda o özü də kafirlərə tay olar, çünki o öz hərəkəti ilə, əslində, kafirliyi və Allahın ayələrinə say­maz­yana münasibəti bəyənmiş olur. Kim ki, itaətsizliyi bəyənir, o, Allaha itaətsizlik göstərənə bənzərdir. Bütün bu deyilənlərdən aydın olur ki, əgər insanın iştirak etdiyi məclisdə Allaha itaətsizlik göstərilirsə, o, imkanı daxilində buna maneçilik göstərməlidir. Əks təqdirdə o, belə məclisi tərk etməlidir.
Qiyamət günü Allah bütün kafirləri və münafiqləri bir yerdə cəm­ləşdirəcəkdir, çünki onlar dostluq edir və birlikdə iman gətirməkdən boy­un qaçırırdılar, münafiqlərə isə, ilk nəzərdə, möminlərin yanında olmaları heç bir fayda gətirməyəcək. Uca Allah buyurur: “Həmin gün münafiq kişilər və münafiq qadınlar möminlərə deyəcəklər: “Dayanın, biz sizdən bir qədər nur alaq”. Onlara belə cavab verilə­cək: “Geriyə qa­yı­dın və nur axtarın”. Nəhayət onların arasına darvazaları olan hasar çəkiləcək, daxili tərəfində mərhəmət, zahiri tərəfində isə əzab olacaq. ۩ Münafiqlər onlara: “Məgər biz sizinlə deyildik?” deyə soruşa­caqlar. Onlar deyəcəklər: “Bəli, lakin siz özünüz özünü aldadırdınız, fürsət gözləyirdiniz, şübhə edirdiniz və Allahın hökmü gələnədək özünüzü xam xəyallarla aldadırdınız. Tovlayan (şeytan) sizi Allahla əlaqədar aldatdı. ۩ Bu gün nə sizdən, nə də kafirlərdən fidyə alın­mayacaqdır. Sizin məskəniniz, sizə daha çox yaraşan Od olacaqdır. Bu gəliş yeri necə də pisdir!” (Hədid, 57/13-15).

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ   ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ  ﭛ     ﭜ  ﭝ  ﭞ  ﭟ    ﭠ  ﭡ  ﭢ  ﭣ   ﭤ   ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭪ  ﭫ    ﭬ  ﭭ   ﭮ  ﭰ  ﭱ    ﭲ  ﭳ   ﭴ  ﭵ  ﭶ  ﭷ  
(141) “Onlar gözləyirlər ki, siz bir fəlakətə düçar olasınız. Allah sizə qəlbə bəxş edəndə onlar deyirlər: “Məgər biz sizinlə deyildik?” Qismət kafirlərə çatanda isə onlar deyirlər: “Məgər biz sizi himayə etmirdikmi və sizi möminlərdən qorumurduqmu?” Allah aranızda  Qiyamət günü hökm çıxaracaqdır. Allah möminlərə qarşı kafirlərin yolunu açmayacaqdır”.

Allah ayədə bildirir ki, O, münafiqlərin kafirlərlə dostluğunu və onların möminlərə düşməncəsinə münasibətini sübuta yetirir. Onlar mö­min­lərlə nə baş verəcəyini və sonun necə: pis və ya yaxşı olacağını  göz­ləyirlər. Onlar ikiüzlü adamlardırlar və bu halların hər biri üçün onların müvafiq cavabları hazırlanmışdır.
Allah möminlərə qələbə bəxş etdikdə, münafiqlər deyirlər: “Məgər biz sizinlə deyildik?” Onlar özlərini elə aparırlar ki, qınanmaqdan və təhqirlərdən xilas olmaq, qənimətlərin bir hissəsini almaq və möminlərin müvəffəqiyyətlərindən istifadə etmək ümidi ilə guya qəlbən və cismən iman gətirmişlərdəndirlər. Əgər kafirlər müvəqqəti uğur qazanırlarsa, münafiqlər onlara deyirlər: “Məgər biz sizə himayə göstərmirdikmi və sizi möminlərdən müdafiə etmirdikmi? Biz əlimizdən gələn hər şeyi edirdik ki, sizi onlardan qoruyaq, onları qorxudaq və döyüşdən yayındıraq. Biz onlarla mübarizədə sizin üçün çoxlu başqa şeylər də edirdik”.
Uca Allah demir ki, kafirlər möminlər üzərində qələbə çalırlar, çünki qələbə gələcək uzunmüddətli uğurlar üçün zəmindir. Kafirlərə ancaq daimi olmayan qısamüddətli qismət nəsib ola bilər və bunda ilahi hikməti vardır. Qiyamət günü başladıqda isə Allah qulları arasında olan bütün ixtilafları həll edəcəkdir. O, qəlbi və canı ilə iman gətirənləri Cənnət bağları ilə mükafatlandıracaq və bütün münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları məşəqqətli cəzalara məruz qoyacaqdır.
Allah heç vaxt kafirlərə möminlər üzərində qəti üstünlük qazan­mağa və onların üzərində hökmranlıq etməyə imkan verməyəcəkdir. Mö­min­lərə, nə onları köməksiz qoyanlar və nə də onlara qarşı çıxanlar zərər vura bilməyəcəklər. Allah heç vaxt möminlərə kömək göstərməyə və onları kafirlərin hökmranlığından qorumasına son verməyəcəkdir.Buna isə asanlıqla əmin olmaq mümkündür. Əgər hətta müsəlmanlar kafir xalqların hakimiyyəti altında olsalar da, onlar yenə də öz ləyaqətlərini saxlayacaq, başqa dinlər qarşısında səcdə qılmayacaq və özlərinə nifrətlə yanaşılma­sına yol verməyəcəklər, çünki Allah onlara həqiqi əzəmət bəxş edir. Buna görə hər şeydən əvvəl və hər şeyin sonunda həmd təkcə Allah məxsusdur!

ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ   ﭽ  ﭾ  ﭿ  ﮀ      ﮁ  ﮂ  ﮃ      ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ          ﮊ  ﮋ 
(142) “Həqiqətən, münafiqlər Allahı aldatmağa cəhd edirlər, la­kin, əslində, O, onları aldadır. Onlar namaza qalxanda könülsüz qalxır və ancaq özlərini insanlara göstərmək məqsədi güdür, Allahı isə çox az yada salırlar”.

Uca Allah münafiqlərin yaramaz sifətlərindən və çirkin xüsusiyyət­lərdən xəbər verir. Onlar Allahı aldatmağa cəhd göstərir və özlərini elə aparırlar ki, guya mömindirlər, halbuki onlar kafirliyi ürəklərində gizlə­dirlər. Onlar güman edirlər ki, Allahı azdırırlar və ümid edirlər ki, O, bunu bilməyəcəkdir və onları başqa qulların qarşısında rüsvay etmə­yə­cəkdir. Amma bilmirlər ki, Allah münafiqləri aldadır, çünki onların əməl­ləri və ehtimalları əsil özünüaldatmadır. İnsanı alçaqlığa, nifrətə və məhrumiy­yətlərə  məruz qoyan əməllərdən də ən böyük yalan, ümumiy­yətlə, nə ola bilər?!! Bunlar münafiqin ağlının naqisliyinə dəlalət edir, çünki ancaq ağılsız insan günah işlədə və onları ləyaqətli əməl hesab edə bilər və eyni zamanda zənn edər ki, o özü ağıllı və hiyləgərdir. Ey Allah, Sən cahili Öz yardımından məhrum edəndə onun başına nə bəlalar gəlir!!
Allah Qiyamət günü də münafiqləri aldadacaqdır. O buyurur:  “Həmin gün münafiq kişilər və münafiq qadınlar möminlərə deyə­cəklər: “Da­yanın, biz sizdən bir qədər nur alaq”. Onlara belə cavab veriləcək: “Geriyə qayıdın və nur axtarın”. Nəhayət onların arasına darvazaları olan hasar çəkiləcək, daxili tərəfində mərhəmət, zahiri tərəfində isə əzab olacaq. ۩ Münafiqlər onlara: “Məgər biz sizinlə de­yildik?” deyə so­ruşacaqlar. Onlar deyəcəklər: “Bəli, lakin siz özünüz özünü alda­dırdınız, fürsət gözləyirdiniz, şübhə edirdiniz və Allahın hökmü gələ­nədək özünüzü xam xəyallarla aldadırdınız. Tovlayan (şeytan) sizi Allahla əlaqədar aldatdı.۩  Bu gün nə sizdən, nə də kafirlərdən fidyə alınmayacaqdır. Sizin məskəniniz, sizə daha çox yaraşan Od ola­caq­dır. Bu gəliş yeri necə də pisdir!” (Hədid, 57/13-15).
Münafiqlərin daha bir sifəti də onların Allaha xoş gələn ən şərəfli  əməllərdən biri olan namazı həvəssiz qılmalarıdır. Münafiqlər namaza könülsüz qalxır və namaz qılmalı olduqlarından narazı qalırlar. İnsanın ürəyində zəhmət çəkmək arzusu yaranmadıqda, o, tənbəl olur. Əgər onla­rın ürəyi Allaha və Onun mükafatına doğru can atmaqdan məhrum olma­saydı, əgər onlarda iman olsaydı, onlar namaz qılmağa tənbəllik et­məz­dilər.
Sonra Allah münafiqlərin qəlbində nə gizlətdiklərini bildirir. Onlar şöhrətpərəstlik düşkünüdürlər və özlərini insanlar qarşısında ona görə göstərməyə çalışırlar ki, özlərinə hörmət bəslətdirsinlər və insanları onlara ehtiram göstərməyə sövq etsinlər. Onlar Allah xatirinə səmimiyyətlə çalış­mırlar və Onu nadir hallarda xatırlayırlar, çünki onların ürəkləri özlərini nümayiş etdirməklə və şöhrətpərəstliklə doludur və əslində, Onu zikr et­mək və bütün bu tələbləri yerinə yetirmək Allahı bütün varlığı ilə sevən və Ona layiqincə ehtiram bəsləyən iman sahiblərinə xas olan key­fiyyətdir.

ﮌ  ﮍ  ﮎ  ﮏ   ﮐ     ﮑ  ﮒ   ﮓ   ﮔ   ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ 

(143) “Onlar bunların (iman və küfr) arasında tərəddüd edirlər, lakin nə birinə, nə də digərinə məxsus deyillər. Allahın azdırdığı kəs üçün sən artıq yol tapmazsan”.

Münafiqlər möminlər və kafirlər arasında tərəddüd edirlər, amma eyni zamanda nə qəlbən, nə də cismən nə buna, nə də o birisinə mənsub deyillər. Onlar qəlbən kafirlərlə birlikdədirlər, halbuki onları möminlərlə yanaşı görmək olar. Bu, təsəvvür etmək mümkün olan ən böyük səhvdir və buna görə Allah buyurur ki, Onun yolundan azdırdığı şəxs üçün artıq heç kim doğru yol tapa bilməz. Onlar artıq düz yola çıxa və öz səhv­lə­rin­dən əl çəkə bilməzlər, çünki artıq onların qarşısında Allahın mərhəmət qapısı bağlanmış olacaq və onun əvəzində onlar ən dərin nifrətə layiq görüləcəklər.
Münafiqlərin alçaq keyfiyyətlərinin xatırlanması onu göstərir ki, möminlər, onlarınkına nisbətən, tamamilə əks keyfiyyətlərə malikdirlər. İman sahibləri səmimi, qəlbən və cismən doğruçudurlar. Onlar namazı və digər ibadət ayinlərini böyük həvəslə yerinə yetirir və onları hidayət yolu­na yönəltmiş Allahı tez-tez xatırlayırlar. Qoy ağıllı insan bu iki yol üzərində düşünsün və özünə onlardan ən layiqlisini və əlverişlisini seçsin, bu seçimə isə təkcə Allah kömək edə bilər.

ﮞ  ﮟ  ﮠ   ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮩ   ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ 

(144) “Ey iman gətirənlər! Möminlərin yerinə kafirləri özünüzə  köməkçi və dost götürməyin. Məgər siz Allaha özünüzə qarşı bəlli bir sübut verməkmi istəyirsiniz?”

Kafirlərlə dostluq və möminlərə düşməncəsinə münasibət münafiq­lərin sifətləri olmasını xatırlatdıqdan sonra, Allah mömin qullarına belə yaramaz keyfiyyətlərə malik olmağı və onlara oxşamağı qadağan edir. Əgər onlar belə hərəkət etsələr, onda onlar Allaha özlərinə qarşı aydın bir dəlil vermiş və özlərini cəzaya uğratmış olurlar. Rəbb onları belə əməlləri törətməmək barədə xəbərdar edir və onun çirkin nəticələri haqqında xəbər verir və əgər bundan sonra da onlar bu əməlləri törədərlərsə, amansız cəzaya layiq görülərlər.
Bu ayə Allahın ədalətinin kamilliyinə dəlalət edir. O, insanları, hə­qi­q­ət onlara aydın olmadıqca, cəzalandırmır. Ayədə həmçinin itaətsiz­lik­dən çəkindirmə vardır ki, bu da itaətsizlik edənin özünə qarşı Allaha açıq-aşkar bir dəlil verməsi ilə bağlıdır.

ﮱ  ﯓ   ﯔ  ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  
(145) “Həqiqətən, münafiqlər Cəhənnəmin ən alt qatlarında olacaqlar və sən onlar üçün köməkçi tapa bilməzsən”,

ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ   ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯫ  ﯬ  ﯭ   ﯮ  ﯯ                 ﯰ  ﯱ 
(146) “ancaq tövbə edib törətdiklərini islah edənlər, Allahdan möhkəm yapışanlar və Onun hüzurunda öz imanını paklaşdıranlar istisnadır. Belələri möminlərlə birlikdə olacaqlar və Allah isə iman gətirənlərə böyük mükafat əta edəcəkdir”.

Uca Allah ayələrdə münafiqləri gözləyən aqibətdən xəbər verir. Onlar Cəhənnəmin ən aşağı pilləsinə atılacaqlar və orada ən dəhşətli cəza alacaqlar və bütün qalan kafirlərdən ən aşağıda olacaqlar. Kafirlər kimi, onlar da Allaha iman gətirməkdən boyun qaçırırlar və Onun elçiləri ilə düşmənçilik edirlər. Bununla belə, onlar fitnə və məkrli planlar qurur və möminlərə elə zərər vurmağa çalışırlar ki, insanlar kənardan bunu görmür və hiss etmirlər. Adamlar onları müsəlman kimi tanıyır və bunun sayə­sində onlar layiq olmadıqları şeyi əldə edirlər. Bununla onlar özlərini ən sərt cəzaya məhkum edirlər. Onlar həmin cəzadan xilas ola bilməyəcəklər və əzablarını yüngülləşdirmək üçün heç kim onların kömə­yinə gəlmə­yəcəkdir.
Bu, bütün münafiqlərə aiddir, onlardan istisna edilənlər Allahın mərhəmət göstərdiyi və törətdikləri günahları tövbə etməyə yönəltdiyi şəxslərdir. Belə insanlar bütün varlığı ilə saleh əməllər işləməyə çalışır, Allahdan yapışaraq ümid edirlər ki, O, onlara xeyirxahlıq əta etsin və şərdən qorusun, səmimi qəlblə İslama və haqq dinə etiqad edirlər, Ona elə ibadət edirlər ki, sanki onlar Onu görürlər və məxluqlara xeyirxahlıq göstərirlər. Onlar çalışırlar ki, qəlb və canları ilə Allahın iltifatını qazan­sın­lar, özlərini göstərməkdən və ikiüzlülükdən xilas olsunlar. Belə keyfiy­yət­lərə malik olan insanlar bu dünyada və bərzəx aləmində Qiyamət gü­nünə qədər və o başladıqdan sonra da digər möminlərlə birlikdə olacaqlar. Allah isə onları çox böyük mükafatla təltif edəcəkdir ki, o mükafatın böyüklüyü ancaq təkcə Onun Özünə məlumdur. O, elə bir şey olacaqdır ki, onu nə gözlər görmüş, barəsində nə qulaqlar eşitmiş və nə də insan xəyalı onu təsəvvür edə bilər.
Allahın, “möminlər Ondan möhkəm yapışır və Onun qarşısın­da öz imanını təmizləyirlər” ifadəsini (təvəkkül etmənin və səmimiy­yətin əvvəl­lər qeyd edilmiş xeyirxah əməllərə aid olmasına baxmayaraq), xüsusilə xatırlaması üzərində bir düşünün! Bu onunla izah olunur ki, insan onlara olan ehtiyacı, xüsusilə, çətin bir şəraitə düşdükdə, kəskinliklə hiss edir. Məhz belə hallarda insanların qəlbində ikiüzlülük (münafiqlik) kimi bir keyfiy­yət yaranır ki, Allahın onu şərdən mühafizə edəcəyinə təvəkkül etməklə və ikiüzlülüklə qətiyyən bir araya sığmayan səmimilik sayəsində ondan xilas olmaq mümkündür. Allah bu iki əməli xüsusilə xatırladır və onların əhəmiyyətini vurğulayır, çünki qəlbin və canın bütün əməlləri onlara əsaslanır və çətin anda insan onlara kəskin ehtiyac duyur.
Bir düşünün ki, “tövbə etmiş münafiqlər möminlərlə birlikdə olacaqlar” ifadəsini xatırladıqdan sonra, Uca Allah demir ki, O, onlara böyük mükafat əta edəcəkdir, sadəcə, qeyd edir ki, bütün möminlər mükafata layiq görüləcəklər. Allah Öz Kitabında daima bu məşhur qay­dadan istifadə edir. Əgər söhbət mükafatlandırılmağa və ya cəzalandı­rıl­mağa layiq olan ayrıca, lakin özləri kimi yeganə olmayan, bir qrup ins­andan gedirsə, onda Allah mükafatlandırmanı və ya cəzalandırmanı həm bu insanlara və həm də bütün qalanlara aid olan şəraitlə əlaqələndirir ki, heç kim səhvən bu hökmün təkcə onlara şamil edildiyini güman etməsin. Bu – Müqəddəs  Quranın əsrarəngiz xüsusiyyətlərindəndir.
Bir sözlə desək, bu ayədən aydın olur ki, tövbə etmiş münafiqlər möminlərlə birlikdə olacaqlar və mükafatı onlarla birlikdə alacaqlar. Bu barədə xatırlatdıqdan sonra, Uca Allahın özünəbəsliyinin kamilliyini, hüd­udsuz səbatlı, rəhmli və səxavətli olmasını xəbər verir:

ﯲ  ﯳ  ﯴ  ﯵ    ﯶ  ﯷ  ﯸ  ﯺ  ﯻ  ﯼ  ﯽ  ﯾ  

(147) “Siz şükür edən və iman gətirən olsaydınız Allah sizə niyə əzab verərdi? Allah razılıq edənə minnətdardır və Alimdir”.

Məgər siz şükür edən olsanız və iman gətirsəniz Allah sizi cəzalan­dırarmı? Bilin ki, O, Ona edilən minnətdarlığa görə təşəkkür edən Rəbdir. O, Onun xatirinə çətinliklərə dözən və yorulmadan yaxşılıq edən hər kəsə qiymətli mükafat və böyük nemət verir. Kim Onun xatirinə dünya ne­mə­tindən imtina edirsə, O, ona daha artığını bağışlayar. Sizin davranı­şı­nız, sizin niyyətləriniz və əməlləriniz Ona məlumdur. O, sizin havaxt doğ­ru və səmimi olduğunuzu və havaxt yalan danışıb ikiüzlülük etdiyinizi bilir. O, istəyir ki, siz tövbə edərək düz yola qayıdasınız. Əgər siz Ona doğru can atırsınızsa, Onun sizi cəzalandırması nəyə lazımdır? O, sizi cəzaya məruz qoymaqdan məmnun olmur və sizin əzablarınızdan mənfəət götürmür. İnsan Allaha itaət etmədikdə ancaq özünə zərər vurduğu halda, Allahın bəyəndiyi işləri görəndə də təkcə özünə fayda verir.
Qeyd etmək lazımdır ki, şükür (minnətdarlıq) etmək dedikdə, Allah qarşısında bütün qəlbi ilə müti olmaq, Onun mərhəmətini qəbul etmək, Allaha xoş gələn əməllər etmək və Onun bəxş etdiyi nemətləri Ona itaətsizlik göstərmək məqsədlərinə sərf etməmək nəzərdə tutulur.

  ﭒ  ﭓ  ﭔ  ﭕ    ﭖ  ﭗ  ﭘ  ﭙ      ﭚ  ﭛ  ﭝ   ﭞ  ﭟ  ﭠ  ﭡ 
(148) Allah, zülm edilənlərdən başqa, kiminsə çirkin sözü açıq səs­ləndirməsini xoşlamır. Allah Eşidən və Biləndir”.

Uca Allah ayədə bildirir ki, insanların uca səslə pis sözlər danış­ma­sı onun xoşuna gəlmir. Belə davranış Onda nifrət doğurur və O, buna görə cəzalandırır. Pis söz dedikdə, insanı incidən və kədərləndirən bütün yara­maz sözlər nəzərdə tutulur. Bu, Allahın nifrətinə səbəb olan söyüş, iftira, təhqir və bunlara bənzər yasaq edilmiş ifadələrdir.
Bu ayənin mənasından aydın olur ki, Allaha gözəl sözlər, məsələn, Onu zikr edən və ya yumşaq və xeyirxah müraciətlərdən ibarət olan sözlər xoşdur. Amma əgər insanla haqsızcasına rəftar etmişlərsə, onda ona onu incidəni lənətləməyə, ondan şikayət etməyə və bu barədə hamının eşidə biləcəyi şəraitdə danışmağa icazə verilir, bir şərtlə ki, o şəxs, onu incidənə böhtan deməsin, özünə qarşı edilmiş haqsızlığın həddini aşan təhqirlər etməsin və ona pislik etməyənləri incitməsin.
Belə etməyə icazə verilir, lakin daha yaxşı olardı ki, haqsızlığa uğradılmış insan onu incidəni bağışlasın və özünə qarşı edilən haqsızlığa görə əvəz çıxmasın. Uca Allah buyurur: “Pisliyin əvəzi eyni dəyərli pis­likdir. Lakin kim ki, bağışlasa və barışıq etsə, onun mükafatı Allah dərgahındadır. Doğrusu, O, zülm edənləri sevmir” (Şura, 42/40).
Bu ayədə eyni zamanda yaramaz, gözəl və yol verilən sözlər xatır­ladıldığı üçün Uca Allah bildirir ki, O – Eşidəndir. O, insanların nitqini eşi­dir; qoy qullar Allahın onlara qəzəblənməsinə və cəzalanmala­rına sə­bəb olan sözlər söyləməkdən özlərini qorusunlar. Allah qullarını xoş söz­lər söyləməyə ruhlandırır və xatırladır ki, onların danışıqlarının və fikir­lə­ri­nin əsası olan niyyətləri Ona məlumdur.

ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ   ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰ 
(149) “Əgər bir yaxşılıq edib onu gizlətsəniz və ya pis əməli görüb gizlətsəniz, bilin ki, Allah Əfvedən və Qüdrətlidir”.

Burada yaxşılıq adı altında başa düşülən ürəkdən gələn və hərə­kətlə bildirilən bütün vacib və könüllü surətdə deyilən xoş sözlər və edilən əməllərdir. Əgər insan bir xeyirxah işi açıq görərsə və ya onu gizlədərsə və əgər bir adam, onun həyatına, malına və ya namusuna təcavüz etmiş bir insanı, alicənablıq göstərərək, bağışlayarsa, o, hökmən müvafiq əvəz ala­caqdır. Kim Allah xatirinə bağışlayarsa, o, Onun bağışlamasına layiq gö­rü­lər və kim ki, yaxşılıq edər, o, Onun tərəfindən yaxşı münasibətə layiq görülər, çünki O, Əfvedən və Qüdrətlidir. O Öz qullarına səhvləri və bö­yük günahları bağışlayır, onların qəbahətlərini ört-basdır edir və onlara yüksək dərəcədə güzəştlə yanaşır. Bu, Onun üçün çətinlik yaratmır.
Bu ayədə Allah insanları Onun adlarının və sifətlərinin əhəmiyyəti haqqında düşünməyə dəvət edir. Rəbbin bütün yaratdıqları və hökmləri ilahi adların və sifətlərin nəticəsi və təzahürüdür və buna görə O, tez-tez dini hökmləri Öz gözəl adları ilə əlaqələndirir. Bunun nümunəsi şərh etdi­yimiz ayədir ki, onda yaxşı əməllər və incidənlərə qarşı əfvedici müna­sibət haqqında xatırlatdıqdan sonra, Allah bizə imkan verir ki, Onun bəzi adlarını öyrənək. Onların yada salınması, sadalanan saleh əməllərə görə xüsusi mükafat haqqında xatırlatmanı əvəz etmişdir.

ﭱ  ﭲ  ﭳ   ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ   ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ   ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ 

(150) “Həqiqətən, Allaha və Onun Elçilərinə iman gətirməyən­lər, Allah və Onun elçiləri arasında fərq qoymaq istəyərək, deyirlər: “Biz bəzilərinə inanırıq və digərlərinə inanmırıq”, – və bunların arasında yol tapmaq istəyənlər”

ﮈ  ﮉ  ﮊ    ﮋ  ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ 

(151) “əsil kafirlərdir. Biz kafirlər üçün rüsvayedici işgəncələr tədarük etmişik”.

Hər kəsə aydındır ki, insanlar Allaha və Onun elçilərinə iman gətirmiş möminlərə və bütün bunları inkar edən kafirlərə bölünmüşlər. Lakin, üçüncü bir qrup da var ki, onlar bir sıra elçilərə iman gətirdiklərini, başqalarına isə iman gətirmədiklərini bəyan edirlər. Belə adamlar güman edirlər ki, seçdikləri bu yol onları Allahın cəzasından xilas edəcək, lakin onların ümidləri tamamilə əsassızdır. Onlar əslində, Allahla Onun elçiləri arasına, sadəcə, sədd çəkirlər. Əgər insan doğurdan da Allahı sevirsə, o, Onun bütün elçilərini də hökmən sevməlidir. Məhz belə olduqda onun Allaha məhəbbəti kamil ola bilər. Yoxsa ki, o, elçilərdən birinə nifrət bəsləyirsə, əslində o, Allaha və bütün qalan elçilərə nifrət bəsləmiş olur. Uca Allah buyurur: “Əgər kimsə Allahla və Onun mələkləri, elçiləri ilə, Cəbraillə və Mikaillə düşmənçilik edirsə, bilsin ki, Allah da kafirlərin düşmənidir” (Bəqərə, 2/98).
Beləliklə, əgər insan elçilərdən tək birinə belə iman gətirməkdən boyun qaçırarsa, onun bütün elçilərə, hətta özünü ardıcılı hesab etdiyi elçiyə də iman gətirmədiyini təsdiq etmək olar. Heç kim səhvən onların imanla küfr arasında orta mövqe tutduğunu təklif etməsin deyə, Allah onları əsil kafir adlandırmışdır.
Onlar deyirlər ki, elçilərdən bəzilərinə iman gətirirlər, amma əs­lində münafiqlər onlara inanmırlar, çünki əgər onların qəbul etdikləri elçi­lərə iman gətirməyə sövq edən dəlilləri varsa, onda onların inkar etdikləri elçilərə iman gətirməyə sövq edən də elə həmin dəlillərdir və ya onların eyni olan daha inandırıcı dəlillərdir. Əgər iman gətirməkdən boyun qaçır­dıq­ları peyğəmbərlərin inkar edilməsinə səbəb olan şübhəli hallar varsa, onda həmin hallar və ya onlara bənzər hallar və yaxud daha da tutarlı hallar onların qəbul etdikləri peyğəmbərlərin inkar edilməsi üçün əsas ola bilərdi. Deməli, onlar ancaq öz istəklərinə uyğun hərəkət edirlər, onların sözləri isə eyni kəlmələrlə asanlıqla təkzib edilə bilən əsassız iddialardır.
Onların xalis kafir olmalarını xatırlatdıqdan sonra, Allah onlar üç­ün və bütün digər kafirlər üçün tədarük edilmiş cəzadan bəhs edir. Onlar Allaha iman gətirməkdən təkəbbürlə imtina edirdilər və buna görə də O, onları alçaldacaq və dözülməz işgəncələrə məruz qoyacaqdır.

ﮒ  ﮓ   ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ   ﮝ  ﮞ  ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ 

(152) “Allaha və Onun elçilərinə iman gətirənlərə və onların hər hansı birinin arasında fərq qoymayanlara Allah mükafatlarını verəcəkdir. Allah Bağışlayan və Rəhmlidir.

Bu ayədə Allahın Özü haqqında xəbər verdiyi hər şeyə iman gəti­rən və Onun elçilərinin bütün rəvayətlərinə və hökmlərinə iman gətirən möminlərdən bəhs edilir. Onlar elçilər arasında fərq qoymadılar və onların hər birinə iman gətirdilər. Bunun sayəsində onlar həqiqi iman və dəlillərə, sübutlara istinad edən möhkəm əqidə sahibi oldular. Allah mütləq onları imanlarına və onunla bağlı olan saleh əməllərinə, gözəl kəlamlarına və yüksək əxlaqi keyfiyyətlərinə görə onlara layiq olan müka­fatla təltif edə­cəkdir. Onların hər biri əməllərinə müvafiq gələn əvəz alacaqlar. Aydındır ki, məhz buna görə Allah o mükafatı “onların mükafatı” adlandırır. Bağışlayan və Rəhmli Onun gözəl adlarındandır. O, Öz qullarına günah­larını bağışlayır və onların yaxşı, saleh əməllərini qəbul edir.

ﮥ   ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ   ﮬ  ﮭ  ﮯ  ﮰ   ﮱ  ﯓ   ﯔ  ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ   ﯛ  ﯜ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ   ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  

(153) “Kitab əhli səndən göydən bir kitab nazil etdirməni istə­yirlər. Onlar Musadan bundan daha böyük olan bir şey istəyərək de­mişdilər: “Bizə Allahı açıq göstər”. Öz zalımlıqlarına görə ildırım onları vurdu. Onlara açıq-aydın ayələr gəldikdən sonra isə onlar buzova sitayiş etməyə başladılar, buna baxmayaraq Biz bunu bağış­ladıq və Musaya aydın bir dəlil əta  etdik”. 

ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ  ﯵ  ﯶ  ﯷ   ﯸ  ﯹ  ﯺ   ﯻ  ﯼ  ﯽ  ﯾ  ﯿ   ﰀ  ﰁ  ﰂ  

(154) “Biz onlarla bağladığımız əhdə uyğun olaraq dağı onların başı üzərinə qaldırdıq və onlara dedik: “Şənbə günü həddi aşmayın!” Biz onlarla sərt əhd bağladıq”.

ﭑ  ﭒ  ﭓ    ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ    ﭙ     ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ   ﭤ  ﭥ  ﭦ   ﭧ  ﭨ 

(155) “Onlar öz əhdlərini pozaraq Allahın ayələrinə iman gətir­mədilər, peyğəmbərləri zalımcasına öldürərək deyirdilər: “Bizim ürəklərimizə pərdə çəkilmişdir (və ya biliklə doludur)”. Yox-yox, on­la­rı, kafirliklərinə görə, möhürləyən Allahdır və buna görə iman­ları cüzidir (və ya onlardan çox az bir hissəsi iman sahibidirlər)”,

ﭩ  ﭪ  ﭫ  ﭬ   ﭭ  ﭮ  ﭯ 

(156) “iman gətirmədiklərinə, Məryəmə böyük iftira atdıqla­rına görə”

ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ   ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮁ  ﮂ   ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ   ﮒ  ﮓ  ﮔ  ﮕ 
(157) “və belə dedilər: “Həqiqətən, biz İsa Məsihi, Məryəmin oğlunu, Allahın elçisini öldürdük”. Lakin onlar onu öldürməyiblər və çarmıxa çəkməyiblər, bu, ancaq onlara belə görünmüşdür. Bu barədə mübahisə edənlər şübhə içindədirlər və bu barədə heç bir şey bil­mir­lər, təkcə zənnə qapılırlar. Onlar, doğrudan da, onu öldürmə­yiblər  (və ya yəqinliklə öldürməyiblər)”.

ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮛ  ﮜ  ﮝ  ﮞ   ﮟ 

(158) “Yox-yox! Allah onu Öz dərgahına yüksəltmişdir. Bilin ki, Allah Qüdrətli və Müdrikdir!”
Kitab əhli Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) elə bir sualla müraciət etmişdilər ki, onu həm inkar və həm də tək­zib etsinlər. Onlar bildirmişdilər ki, verdikləri suala alacaqları cavabın qa­ne­edici olub olmamasından asılı olaraq ona ya inanacaq, ya da onu rədd edəcəklər. Onlar ondan (ona Allahın salavatı və salamı olsun) tələb edir­dilər ki, Tövrat və İncilin nazil edildiyi kimi, Müqəddəs Quran da bütöv­lüklə nazil edilsin. Bu, onların tərəfindən ən böyük zalımlıqdı, çünki Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir insan və qul idi. O, Allahın iradəsindən asılıydı və Kainatdakı hadisələrə sərən­cam çəkə bilməzdi, çünki bütün hakimiyyət bütövlükdə Allaha məxsus­dur. O, Tək Özü elçilərini göndərir və istədiyini Öz qullarına  nazil edir. Buna görə, müşriklərin Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) tələb etdiklərini xatırlatdıqdan sonra, Uca Allah ona (ona Allahın salavatı və salamı olsun) əmr edir ki, desin: “Allah pakdır! Mən isə bir insan və Elçiyəm” (İsra, 17/93).
Yəhudilər qərara almışdılar ki, Kitabın bütövlükdə və ya hissələrlə nazil edilməsi həqiqəti yalandan fərqləndirməyə əsas verən şərtdir. Lakin onların dəlili əsassız və yersizdi. Bundan başqa, o hətta şübhəli də deyildi, çünki Allahın peyğəmbərlərindən heç biri heç vaxt deməmişdi ki, Kitabın hissələr üzrə nazil edildiyi elçilərə inanmaq və etibar etmək olmaz. Müqəddəs Qurana gəldikdə isə, onun müəyyən hadisələrlə bağlı ayələri­nin nazil edilməsi ancaq onun əzəmətinə və Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) bəslədiyi qayğısına dəlalət edir.
Uca Allah buyurur: “Kafirlər dedilər: “Niyə Quran ona bir dəfəliyə bütöv nazil edilməmişdir?” Biz belə etmişik ki, bununla sənin qəlbini sabitləşdirək və onu ən gözəl tərzdə izah etmişik. ۩  Onların sənə gətirdiyi məsəllərdən asılı olmayaraq, Biz sənə Haqqı və Gözəl Təfsiri bəyan etmişik” (Furqan, 25/32-33).
Yəhudilərin əsassız etirazlarını xatırlatdıqdan sonra Allah bildirir ki, onların belə davranmaları birinci dəfə deyil. Onlar əvvəllər də, özlərini ardıcılı saydıqları elçi ilə bundan daha yaramazcasına davranmışdılar. Onlar elçidən tələb etmişdilər ki, Allahı onlara göstərsin və öz əlləri ilə düzəltdikləri buzova sitayiş etməyə başlamışdılar, halbuki əvvəllər onlara  əksər insanların görmədiyi möcüzələr əyani surətdə nümayiş etdirilmişdi.
Onlar Tövratın hökmlərini, nəhəng bir dağ onların başı üzərində qaldırılmayıncaya qədər, yerinə yetirməkdən boyun qaçırırdılar, onlar iman gətirməyi rədd edəcəkləri halda, Allah bu dağı onların üstünə atmaqla qorxutmamışdı. Ancaq bundan sonra onlar Kitabın qanunlarına riayət edəcəklərinə razılaşdılar. Onlar bu addımı, sanki gözlərini yumaraq atdılar və buna görə onların imanı məcburi atılan addıma bənzəyirdi.
Onlara əmr olunmuşdu ki, şəhərin darvazalarından içəri girərkən ibadət etsinlər və Allahdan bağışlanma diləsinlər, lakin onlar Rəbbin hök­münü yerinə yetirməkdən imtina etdilər. Onlar bu əmri həm sözdə və həm də əməldə pozdular. Onlardan bəziləri, bundan başqa, şənbəni pozmağa cəsarət etdilər və dəhşətli cəzaya məruz qoyuldular.
Allah onlarla sərt əhd bağladı, lakin onlar onu kənara atdılar, Onun ayələrinə iman gətirməkdən imtina etdilər və Onun elçilərini, heç bir haq­ları olmadan, öldürürdülər. Onlar hətta bildirmişdilər ki, İsa Məsihi öldü­rüb çarmıxa çəkmişlər. Lakin onlar onu nə öldürüblər, nə də çarmıxa çə­kiblər – onlar başqa bir adamı onun yerinə qəbul etmişdilər ki, o da onun əvəzinə öldürülüb çarmıxa çəkilmişdi.
Onlar demişdilər ki, ürəklərinə pərdə çəkilmişdir və onlara deyilən­ləri başa düşmürlər. Onlar insanların Allah yoluna gəlməsinə və həqiqəti aydınlaşdırmasına maneə törədir və onları özlərinin getdiyi azğınlıq və aldanma yoluna çağırırdılar. Onlar qanunsuz olaraq əmlak əldə edir və sələmçiliklə məşğul olurdular, halbuki onlara qəti olaraq bu işə qurşan­maq qadağan olunmuşdu. Əgər onlar bu yaramaz işləri tuturdu­larsa, onda onların Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) Müqəddəs Kitabın göylərdən ona bütöv şəkildə nazil edilməsini tələb etmələri heç də təəccüblü deyildi.
Allah yəhudiləri təkzib etmək üçün ən gözəl üsul seçdi ki, onun vasitəsi ilə yalançıların dəlillərini darmadağın etmək mümkündür. Əgər onlar həm özlərini və həm də ətraflarındakıları azğınlığa yönəldən yalan və şübhəli iddiaların vasitəsilə haqqa qarşı mübahisə açmağa cəhd gös­tər­sələr, onda onların tərəf müqabilləri onların artıq törətdikləri yaramaz sif­ət­lərini və ən pis əməllərini göstərməlidirlər. Onda hər bir adama aydın olar ki, onların etirazları da bu əməllərə aiddir və elə özlə­ri­nin yaramaz keyfiyyətlərinin nəticələridir.
Bundan başqa, əgər müşriklər Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyini qəbul etmirlərsə, onda bu və ya bundan da sanballı dəlillərin vasitəsilə onların qəbul etdikləri elçinin də peyğəm­bər­liyini inkar etmək olar. Şübhəsiz ki, bunu etmək ancaq onların cinayət­lərinin qarşısını almaq və yalanlarını darmadağın etmək üçün lazımdır. Əgər müşriklər qəbul etdikləri elçinin peyğəmbərliyinin həqiqiliyini təs­diq etməkdən ötrü əsaslandırmağa cəhd göstərsələr, onda elə eyni uğurla və ya daha da inandırıcı dəlilləri Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinin təsdiqi üçün gətirmək olar. 
Yəhudilərin çoxsaylı qüsurları onların etirazlarını təkzib etməkdən ötrü gətirdiyinə görə, Uca Allah onların barəsində burada daha ətraflı söh­bət açmır, onları sadəcə qeyd edir. Onların hər birini Allah Öz Kitabının bunun üçün daha münasib bildiyi başqa yerlərində təfsilatı ilə izah edir.

ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ   ﮥ  ﮦ   ﮧ  ﮨ  ﮪ   ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ 
(159) “Kitab əhli arasında eləsi qalmayacaq ki, ölümünə qədər ona iman gətirməsin, Qiyamət günü isə, o, onların əleyhinə şahid olacaqdır”.

Belə bir rəy mövcuddur ki, yiyəlik hal əvəzliyi bu ayədə Kitab əhlinə aiddir. Bu o deməkdir ki, ölüm anında onların hər birinə həqiqət aydın olur və o, İsa peyğəmbərə (ə) iman gətirir, amma iman gətirməsi artıq ona heç bir fayda vermir, çünki məcburidir. Belə şərh Kitab əhlinin ünvanına yönəldilmiş sərt təhdiddir. Onlar ölüm ayağında hökmən peş­man olacaqları o yaramaz əməlləri törətmə­məliydilər. Onlar dirildilib qəb­ir­lərindən çıxarıldıqları Həmin gün vəziyyətlərinin necə olacağını ancaq təsəvvür etmək olar.
Başqa bir şərhə görə, yiyəlik hal əvəzliyi İsa peyğəmbərə (ə) aiddir. Bu isə onu bildirir ki, Kitab əhli arasında o, Allahın rəhmətinə qovuşana qədər, ona iman gətirməyənlərdən heç kim qalmayacaqdır. Bu, Qiyamət gününə az qalmış, böyük əlamətlərin zühur etdiyi zaman başlayacaqdır.
Dünyanın Sonunun başlanğıcı ərəfəsində İsa peyğəmbərin (ə) səm­a­dan yerə enəcəyi haqqında çoxsaylı hədislər vardır. İsa Peyğəmbər (ə) yalançı Məsihi öldürəcək, Kitab əhlindən alınan cizyəni (can vergisini) ləğv edəcək, çünki onlar mömin müsəlmanlarla birlikdə ona iman gəti­rə­cəklər. Qiyamət günü başlayanda isə, İsa Peyğəmbər (ə) onların əməllə­rinin Allahın şəriətinə uyğun gəlib gəlmədiyinə şahidlik edəcəkdir. Şüb­həsiz ki, o, Kitab əhlinin Quran qanunlarına və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dəvətinə zidd olan baxışlarının qüs­urlu olduğunu təsdiq edəcəkdir. Bizim bu barədə biliklərimiz Məsihin əda­lətliliyinə və doğruçuluğuna əminliyimizdən irəli gəlir. Onun şəhadəti əsil həqiqət olacaqdır, çünki Muhəmməd Peyğəmbər­in (ona Allahın sala­vatı və salamı olsun) təlimi yeganə bir həqiqətdir ki, ondan başqa olanlar azğınlıqdan və yalandan ibarətdir.
ﮰ  ﮱ  ﯓ  ﯔ   ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ   ﯞ    ﯟ 

(160) “Yəhudilər zalımcasına davrandıqlarına və insanların bir çoxunu Allahın yolundan azdırdıqlarına (və yaxud insanları tez-tez yol­dan çıxartdıqlarına) görə, Biz onlara icazə verilmiş nemətləri onla­ra haram etdik”,
ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ    ﯨ  ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ 

(161) “haram edilməsinə baxmayaraq, faiz almalarına və ad­am­ların əmlakını qanunsuz yediklərinə görə. Onlardan olan kafirlər üçün Biz şiddətli əzab tədarük etmişik”.

Uca Allah bu ayələrdə xəbər verir ki, O, Kitab əhlinə əvvəllər onlara halal edilmiş dünya nemətlərinin çoxusunu haram qıldı. Bu qadağa onların zalımcasına rəftarlarına və icazə verilənlərin həddini aşdıqlarına, insanları Allahın yolundan çıxartdıqlarına, onlara doğru yolu tapmağa maneçilik törətdiklərinə və həm də onlara qadağan edilmiş faiz yediklərinə görə və cəza idi. Onlar ehtiyac içində olan insanları vicdanlı əqdlər bağlamaq imkanından məhrum edirdilər və cəza aldılar ki, bu da onların cinayətlərinə uyğun gəlir. Allah onlara əvvəl halal edilmiş və əslində təmiz və faydalı olan bir çox dünya nemətlərini qadağan etdi. Müsəlman milləti üçün təyin edilmiş haramlara gəldikdə isə, onlara an­caq dinlərinə və dünya həyatına zərər verə bilən pis şeylər haram qılınmış­dır.

ﯰ   ﯱ  ﯲ  ﯳ   ﯴ  ﯵ  ﯶ  ﯷ     ﯸ  ﯹ   ﯺ   ﯻ  ﯼ  ﯽ  ﯿ  ﰀ  ﰂ  ﰃ    ﰄ  ﰅ  ﰆ   ﰇ    ﰈ  ﰉ  ﰊ    ﰋ  ﰌ  

(162) “Lakin onların arasında dərin biliklərə yiyələnənləri və sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirib namaz qılan, zəkat verən, Allaha və Qiyamət gününə inanan möminləri Biz böyük mükafatla təltif edəcəyik”.

Kitab əhlinin biabırçı hərəkətlərini xatırladaraq, Allah onlardan tə­ri­fə layiq olanlar haqqında xəbər verir. Onlar qəlblərinə həkk olmuş də­rin biliklərə sahibdirlər. Onlar möhkəm etiqad sahibi olmuşlar ki, bunun nəti­cə­si də – onların Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və sala­mı olsun) nazil olanların və ondan əvvəlkilərə nazil olanların hamısına kamil iman bəsləmələri olmuşdur. Bu iki əməl ibadətin ən şərəfli ayinlə­rin­dən­­dir – onlar insana Allaha səmimiyyətlə ibadət etməyə və Onun qul­larına xe­yirxahlıq göstərməyə imkan verir. Bununla yanaşı onlar Qiyamət gününə inanır, sərt təhdiddən ehtiyat edir və öz Rəbbinin vədinə ümid bəsləyirlər. Onlar mütləq böyük mükafat alacaqlar, çünki özlərində bilik, iman və sa­leh əməlləri birləşdirməyi bacarmışlar və bütün Kitablara və Allahın bütün elçilərinə iman gətirmişlər.

  ﭒ     ﭓ   ﭔ    ﭕ  ﭖ  ﭗ   ﭘ  ﭙ  ﭚ  ﭛ   ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ   ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ   ﭪ  ﭫ  ﭬ  ﭭ 

(163) “Həqiqətən, Biz sənə də, Nuha və ondan sonrakı peyğəm­bərlərə vəhy etdiyimiz kimi, vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onların nəsillərinə, İsaya, Əyyuba, Yunusa, Haruna, Süleymana vəhy etdik, Davuda isə Biz Zəbur bəxş etdik”.

ﭮ  ﭯ  ﭰ  ﭱ   ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶﭷﭹﭺﭻﭼﭽ

(164) “Biz əvvəllər sənə bəzi elçilərdən danışmış və bəzilərindən də danışmamışıq. Musa ilə isə Allah söhbət etmişdir”.  
Uca Allah bildirir ki, O, Öz quluna və Elçisinə (ona Allahın sala­vatı və salamı olsun) böyük qanunlar vəhy etmiş və ona gerçək əhvalatlar açıqlamışdır ki, onlar əvvəllər digər peyğəmbərlərə də bəyan edilmişdi. Buradan bir neçə faydalı nəticə çıxartmaq olar.
Birincisi, Muhəmməd Peyğəmbər  (ona Allahın salavatı və salamı olsun) elçilərin birincisi deyildi. Ona qədər Allah insanlara çoxsaylı elçi­lər və bir çox peyğəmbərlər göndərmişdi və buna görə onun peyğəmbər­liyinə ancaq cahillər və ya qeyri-adi inadcıl insanlar təəccüb edə bilərdilər.
İkincisi, Allah ona elə bir Kitab göndərmişdir ki, onun əsas müddə­aları, əvvəlki elçilərə nazil edilmiş Kitabların əsas müddəaları ilə uyğun gəlir. Bununla bərabər o, eynilə ədalətlidir. Buradan aydın olur ki, Göy­lərin Vəhyləri bir-birinin doğruluğunu təsdiq edir və bir-biri ilə üst-üstə düşürlər..
Üçüncüsü, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) elçilərdən ancaq biridir və insanlar onu din qardaşları ilə - Allahın elçiləri ilə müqayisə edə bilərlər. Onun dəvəti onların dəvətindən fərqlən­mirdi və onlar eyni əxlaqi keyfiyyətlərə malikdilər. Onlar elmi bir mən­bədən əxz edir və eyni məqsədi güdürdülər. Bütün bunlar o deməkdir ki, o, adsız-sansız şəxsiyyətlərə, qəddar yalançılara və ya zalım hökmdarlara oxşamırdı.
Dördüncüsü, Allahın bir sıra elçilərinin sıra ilə yad edilməsi onların ünvanına yönəldilmiş tərif və onların həqiqi keyfiyyətlərinin izah edilməsi idi. Bunun sayəsində möminlər onlara bəslədikləri imanlarını daha da artı­rırlar. Onların peyğəmbərlərə məhəbbəti və onların doğru yolu ilə getmə­ləri güclənir və onlar peyğəmbərlər qarşısında öz vəzifələrini daha yaxşı dərk edirlər. Buna görə Uca Allah buyurur: “Dünyalar arasında Nuha salam olsun! * Həqiqətən, Biz beləcə yaxşılıq edənlərə qarşı­lığını veririk. * Həqiqətən, o – Bizim mömin qullarımızdan biridir” (Saffat, 37/79-81);
 “İbrahimə salam olsun! * Həqiqətən, Biz beləcə yaxşılıq edən­lərə qarşılığını veririk. * Həqiqətən, o – Bizim mömin qullarımızdan bi­ridir” (Saffat, 37/109-111);
“Musaya və Haruna salam olsun! Həqiqətən, Biz beləcə yaxşı­lıq edənlərə qarşılığını veririk. * Həqiqətən, onlar – Bizim mömin qul­larımızdandırlar” (Saffat, 37/120-122);
“İlyasa (və ya Yasinin ailəsinə) salam olsun! * Həqiqətən, Biz beləcə yaxşılıq edənlərə qarşılığını veririk. * Həqiqətən, o – Bizim mö­min qullarımızdan biridir” (Saffat, 37/130-132).
Hər bir xeyirxah insan öz yaxşı əməllərindən asılı olaraq, yaxşıca tərifə layiqdir. Kitabda isə xeyirxahlığın ən yüksək dərəcəsinə nail olmuş elçilər yad edilmişlər.
Allahın bütün elçilərinin vəhy aldıqlarını xatırlatdıqdan sonra, Allah onlardan hər birinin digərindən üstünlüyü barədə bəhs edir. Davud ləyaqətli və şöhrətli qul idi və ona Zəbur kitabı verilmişdi. Musa ilə Allah vasitəçisiz söhbət etmişdi ki, bu da ona böyük şöhrət gətirmişdi. Onu hətta Kəlim ər-Rahman çağırardılar. Bu – “Rəhmanla danışan adam” de­mək­dir.
Sonra Allah buyurur ki, peyğəmbərlər arasında elələri də var ki, O, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) onların haqqında xəbər vermişdir və elçilərindən elələri də var ki, O, onların barəsində ona heç bir şey deməmişdir. Bu o deməkdir ki, Allahın elçiləri olduqca çox olmuşdur.
Allah xəbər verir ki, elçilər Ona itaət edənlərə və onların ardıyca gedənlərə həm bu dünyada və həm də Axirət həyatında mütləq səadət əldə edəcəkləri barədə müjdə verirdilər. Bununla yanaşı onlar Allaha itaətsizlik edənləri və onların hökmlərinə müqavimət göstərənləri hər iki dünyada bədbəxtliklərlə qarşılaşacaqları barədə xəbərdar edirdilər.
Onlar ona görə göndərilmişdilər ki, qoy heç kim onlara müjdə ver­ən carçı və nəsihətçi gəlmədiyini deyə bilməsin. Uca Allah buyurur: “Ey Kitab əhli! Elçilərin olmadığı dövrdən sonra, Elçimiz sizə izahat vermək üçün yanınıza gəlmişlər ki, daha deməyəsiniz: “Bizə müjdə verən və xəbərdarlıq edən gəlməmişdir”. Müjdəçi və xəbərdar edən nəsihətçi artıq yanınıza gəlmişdir. Allah hər şeyə qadirdir” (Maidə, 5/19).
ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ   ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮊ  ﮋ  ﮌ  ﮍ   ﮎ 

(165) “Müjdələyən və xəbərdarlıq edən elçiləri, onlar gəldikdən sonra, insanların Allaha qarşı heç bir sübut gətirə bilməməsi üçün göndərdik. Allah Qüdrətlidir və Müdrikdir”.

Allah insanlara bir-birinin ardınca Öz elçilərini göndərirdi və onlar da insanlara dini hökmləri izah edirdilər. Onlar insanlara hansı əməllərin onlara Allahın mərhəmətini qazandıracağı və hansıların Onun qəzəbinə sə­bəb olacağı haqqında xəbərləri çatdırırdılar. Elçilər Cənnət bağına apa­ran yola və Cəhənnəmə aparan başqa yollara aydınlıq gətirirdilər. Əgər bundan sonra insanlar iman gətirməkdən imtina edirdilərsə, onda artıq təkcə özlərindən küsməliydilər.
Allah elçilərini göndərdikdən sonra onlara Kitabını da nazil edirdi və bunlar Onun mütləq qüdrətinin və müdrikliyinin dəlilləriydi. Bu həm də Onun mərhəməti və xeyirxahlığının sübutu idi, çünki insanlar pey­ğəm­bərlərə təsəvvür edilməyəcək dərəcədə çox böyük ehtiyac duyur­du­lar.
Həmd olsun Allaha! O, bizə elçilər göndərərkən artıq bizə mərhə­mət göstərmişdir və biz Ona minnətdarıq və Ondan rica edirik ki, bizə olan mərhəmətini bizi hidayət yolu ilə yönəltməklə sona çatdırsın. Həqi­qə­tən, O – Səxavətli və Comərddir!
ﮏ  ﮐ  ﮑ  ﮒ   ﮓ  ﮔ  ﮖ  ﮗ   ﮙ  ﮚ  ﮜ  ﮝ  ﮞ  ﮟ 
(166) “Lakin Allah Onun sənə nazil etdiyinə Özü şahidlik edir. O, bunu Öz elmi əsasında (və ya Öz biliyi ilə) nazil etmişdir. Mələklər də şəhadət verirlər, lakin Allah Şahid kimi kifayətdir!”

Uca Allah Vəhyin Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun) onun qardaşlarına – Allahın elçilərinə nazil edildiyi kimi, nazil ed­il­diyini xatırlatdıqdan sonra, onun peyğəmbərliyinin gerçək­liyini və onun bütün təbliğ etdiklərinin doğruluğunu təsdiq edir. Allah bəyan edir ki, O, Kitabı ona Öz elmi ilə nazil etmişdir.  
Bir rəyə görə bu o deməkdir ki, nazil edilmiş Vəhy özündə Allahın elmini, dini hökmləri və insanlardan gizli qalan şeyləri ehtiva edir. Bütün bunlar Allahın Öz qullarına öyrətdiyi elminin bir hissəsidir.
Başqa bir şərhə görə isə, bu o deməkdir ki, Allah Öz elminə əsas­la­naraq Kitabı nazil etmişdir. Belə izah ayədə yad edilən şahidliyin məna­sına işarə edir. Əgər Allaha məlumdursa ki, bu Quran özündə hökmləri və qadağaları ehtiva edir və əgər O, Quranın nazil olduğu şəxsin keyfiy­yət­ləri və əməllərindən xəbərdardırsa, deməli, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun), həqiqətən də, insanları Allaha ibadət etməyə dəvət edirdi. Buna görə onun çağırışına cavab verən və ona iman gətirən hər kəs Allaha müti olacaq, lakin kimsə onu rədd edərsə və ona müqavimət göstərərsə, öz Rəbbinin düşməninə çevrilər ki, beləsinin canı da, malı da toxunulmazlığını itirəcəkdir. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) ona kömək edəcəyinə və onun dua­larını qəbul edəcəyinə, düşmənlərini yardımdan məhrum edəcəyinə, onun tərəfdarla­rına isə yardımını əsirgəməyəcəyinə söz vermişdir. Bundan da vacib şa­hidlik ola bilərmi?!! Ona şübhə etmək üçün, ilk növbədə, Allahın Özünü, elmini, qüdrətini və müdrikliyini şübhə altına almaq lazım gələrdi.
Sonra Allah bildirir ki, hətta mələklər də Muhəmməd Peyğəmbər­ə (ona Allahın salavatı və salamı olsun) nazil edilən Qurana şahidlik edirlər. Bu onların imanının kamilliyini və Müqəddəs Quranın əzəmətini göstərir, çünki mühüm hadisələr və hallarla bağlı şahidlik etməyə ancaq seçilmiş­ləri dəvət edirlər. Bax buna görə də, tövhidin lehinə şahidlikdən bəhs edər­kən, Uca Allah buyurur: “Allah, Ondan başqa ilah olmadığına şah­idlik edir, həmçinin mələklər və bilik sahibləri də (şahidlik edirlər). O, ədaləti müdafiə edir. Ondan, Qüdrətli və Müdrik olandan başqa, ilah yoxdur!” (Ali İmran, 3/18).
Təkcə Allahın şahidliyi bəsdir! O, Öz elçilərinin peyğəmbərliyi və onların sonuncusunun da peyğəmbərliyi haqqında xəbər verərək, onun həqiqi peyğəmbərliyini təsdiq edir və bildirir ki, mələklər də bunu təsdiq edirlər. Bu isə o deməkdir ki, Allahın elçilərinin həqiqiliyi şübhə doğur­ma­malıdır və insanlar onlara iman gətirməli və onların izi ilə getməli­dirlər.
ﮠ  ﮡ   ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ   ﮫ 
(167) “Həqiqətən, kafirlər və başqalarını Allahın yolundan sap­dıranlar dərin zəlalətə qapılmışlar”.

Allah elçilərinə iman gətirməkdən imtina edənləri və başqalarına Rəbbin yoluna gəlməyə maneçilik törədənləri təhdid edir. Bunlar – kafirlərin başçıları və azğınlığın təbliğatçılarıdır və onlar həqiqətdən həd­dən artıq kənara çıxmışlar. Yolunu azmış və başqalarını yoldan çıxardan adamdan daha azğın kim ola bilər? O, ikiqat günah işlədir, ikiqat zərərə düşür və həqiqi təlimdən iki dəfə məhrum olur. Bax buna görə də Allah buyurur:
ﮬ  ﮭ  ﮮ   ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ   ﯕ  ﯖ   ﯗ ﯘ  ﯙ 
(168) “Həqiqətən, iman gətirməyənləri və zalımcasına davra­nanları Allah bağışlamayacaq və onları heç bir yolla aparmayacaq,

ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ   ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ 

(169) “Cəhənnəm yolundan başqa və onlar orada əbədi qala­caq­lar. Bu, Allah üçün çox asandır”.

Burada zalımlıq adı altında sadəcə kafirlikdən daha böyük bir şey nəzərdə tutulur. Əgər zalımlıq ayrılıqda xatırlansaydı onun mənası ancaq kafirliyə aid olardı, lakin indiki halda bu ad altında ağır cinayətlər düşünü­lürdü. Belə keyfiyyətlərə malik olan insanlar bağışlanmaqdan uzaqdırlar və onlar düz yola gəlmək imkanından məhrum edilmişlər. Allah onları ba­ğışlamayacaqdır və onları bu yolla aparmayacaqdır, çünki onlar Cəhən­nəm yolu ilə gedirlər. Onlar bağışlanmaya və həqiqi rəhbərliyə layiq de­y­il­lər, çünki şüurlu surətdə pozğunluq törədirlər və kafirliyə daha möh­kəm batırlar. Onların qəlbi möhürlənmiş və onların qarşısındakı düz yola apa­ran qapılar bağlanmışdır. Bunun səbəbi onların davranışıdır. Bilin ki, Allah Öz qulları ilə zalımcasına rəftar etmir.
Bu Onun üçün heç bir çətinlik yaratmır, çünki O, bu mürtədlərə heç bir əhəmiyyət vermir. Onların taleyi Onu narahat etmir, çünki onlar xeyir­xah əməllər üçün yaramırlar və onlar ancaq özlərinin müstəqil surət­də seçdikləri qismətə layiqdirlər.
ﯧ  ﯨ  ﯩ  ﯪ   ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯳ  ﯴ   ﯵ  ﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯼ  ﯽ  ﯾ  ﯿ  ﰀ  

(170) “Ey insanlar! Elçi Rəbbinizdən sizə haqqı gətirmişdir. İman gətirin və bilin ki, sizin üçün belə daha yaxşıdır. Əgər iman gətirməsəniz, onsuz da yerdə olanlar da, göylərdə olanlar da Allaha məxsusdur. Allah Biləndir və Müdrikdir”.

Uca Allah bütün insanlara Onun qulu və Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) iman gətirmələrini əmr edir və onları bunu etməyə vacib qılan şərtləri və imanın onlara gətirəcəyi faydanı və kafirliyin onlara vuracağı zərəri xatırladır.
İnsanları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) iman gətirməyə sövq edən səbəb onun özü ilə gətirdiyi Həqiqət idi. Onun bir peyğəmbər kimi zühur etməsi həqiqətdi və gətirdiyi qanunlar da həqiqətdi. Hər bir dərrakəli insana məlumdur ki, əgər bütün bəşəriyyət cahillik zülmətində kor-koranə dolaşsaydı və şübhələr içində kafirlik burulğanında qalsaydılar, əgər insanlar göylərdən gələn ilahi vəhylərindən xəbərsiz olsaydılar, onda bu, Allahın müdrikliyinə və mərhəmətliliyinə zidd olardı. O, Elçisini (ona Allahın salavatı və salamı olsun) insanlara göndərməklə, dərin müdriklik və böyük mərhəmət göstərmişdi və Elçisi (ona Allahın salavatı və salamı olsun) onlara doğru yolu azğınlıqdan, həqiqəti isə yalandan fərqləndirməyi öyrətdi.
Onun (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinin ger­çəkliyinə tam əmin olmaq üçün onun göndərilməsi və ya gətirdiyi şəriət və Quran üzərində sadəcə olaraq düşünmək kifayətdir. O, (ona Allahın salavatı və salamı olsun) insanlara uzaq keçmişdə baş vermiş və gələ­cək­də olacaq hadisələr haqqında qüdsi hədislərində əhvalatlar nəql etmişdir. O, (ona Allahın salavatı və salamı olsun) Allah və Qiyamət günü haq­qın­da elə hadisələrdən danışmışdır ki, insan onları ancaq səmavi kitablardan əxz edə bilərdi. O, əmr edirdi ki, saleh əməllər yerinə yetirilsin, doğru və ədalətlə davranılsın, mərhəmət göstərilsin, həqiqət deyilsin, yaxşılıq edil­sin, qohumluq əlaqələri saxlanılsın və xoşxasiyyətlik göstə­rilsin. O (ona Allahın salavatı və salamı olsun) pislik etməyi, şərəfsizliyi yaymağı, yol verilənin həddini aşmağı, zalımcasına davranmağı, yaramaz xasiyyətli ol­ma­ğı, yalan danışmağı və valideynlərin sözündən çıxmağı qadağan etmiş­di və onun Allah tərəfindən göndərilməsi də təkzibedilməz bir dəlil idi. İnsan onu (ona Allahın salavatı və salamı olsun) nə qədər çox tanıyırdısa, ima­nı və etiqadı da bir o qədər güclü olurdu və buna görə də onun gətir­diyi Həqiqət insanlar üçün İslam dinini qəbul etməyi labüdləşdirən amilə çevrilırdi.
Bu dinin insanlara gətirdiyi faydadan bəhs edərkən, Uca Allah bu­yurur ki, onlar üçün İslamı qəbul etmək daha yaxşıdır. İman mömin şəxsə yaşılıq bəxş edir ki, bu da özlüyündə hər cür şərin ziddinədir. O onların bədənlərinə, ürəklərinə və ruhlarına xeyir gətirir. O, onlara həm dünya hə­y­a­tında və həm də Axirət günü kömək edəcəkdir. Bundan başqa, insanın hər iki dünyada aldığı mükafat, mütləq onun imanının bəhrəsidir. Qələbə, doğru rəhbərlik, biliklər, saleh əməllər, sevinc, müvəffəqiyyət, Cənnət bağ­ları və ləzzətlər – bütün bunlara iman sayə­sində nail olmaq mümkün­dür. Əgər insan ondan məhrumdursa və ya zəif imana malikdirsə, deməli o, həm bu dünyada və həm də Son həyatında əziyyətlərə düçar edilmişdir.
Nəhayət, əgər Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) iman gətirməməyin zərəri haqqında danışsaq, görərik ki, o, mükafatlandırmanın tam əksidir. Sonuncuya layiq olmaq ancaq həqiqi iman sayəsində mümkündür. Kafir isə təkcə özünə ziyan vurur, çünki Uca Allahın ona ehtiyacı yoxdur və itaətsizlik göstərənlərin törətdiklərindən əziyyət çəkmir.
Məhz buna görə, Allah daha sonra buyurur ki, göylərdə və yerdə nə varsa hamısı Ona məxsusdur. Bütün mülklər və məxluqlar Onun hakimiy­yəti altındadır və Onun iradəsindən asılıdır. O, bütün varlıqlar haqqında hər şeyi bilir, Onun yaratdıqları və hökmləri mütləq hikmətlə doludur. Kimin doğru rəhbərliyə layiq olduğu, kimin isə azğınlıqdan başqa heç nəyə layiq olmadığı Ona məlumdur. O Öz hikməti ilə ancaq layiq olanları ya düz yola, ya da azğınlığa yönəldir.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ   ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ   ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭬ  ﭭ   ﭮ  ﭰ  ﭱ  ﭲ  ﭴ  ﭵ  ﭶ  ﭸ  ﭹ  ﭺ       ﭻ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮃ  ﮄ  ﮅ  ﮆ    ﮇ  ﮈ  ﮉ  ﮋ  ﮌ  ﮍ  ﮎ 

(171) “Ey Kitab əhli! Dininizdə həddi aşmayın və Allah barədə ancaq həqiqəti danışın. Məryəm oğlu İsa Məsih Allahın elçisi, Onun Məryəmə göndərdiyi Söz və Ondan olan ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “Üç üqnim!” deməyin! Daha bəsdirin, bilin ki, bu sizin üçün daha yaxşıdır. Həqiqətən, Allah tək Bir Allahdır. O, pakdır və oğlu olmasından çox uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Allahın Qəyyumluğu və Qoruyan olması bəs edər!”

Uca Allah Kitab əhlinə dində ifratçılıq etməyi, yəni yol verilənlərin həddini aşmağı və qanunsuz hərəkətlər etməyi qadağan etmişdir. Burada söhbət İsa peyğəmbəri (ə) həddən artıq tərifləyib göylərə qaldıran və Rəbbimiz Allahın təkcə Özünə xas olan sifətlərini ona aid edən xristian­lar­dan gedir.
Din nəinki nəzərdən qaçırmaları və laqeydliyi, həmçinin israfçılığı və ifratçılığı da qadağan edir və buna görə Allah əmr edir ki, Onun haq­qında ancaq həqiqi olan şeylər danışılsın. Bu müddəa özlüyündə üç hökm­dən ibarətdir: iki qadağa və bir hökm. Allah Ona böhtan atmağı və Allahın adlarına, sifətlərinə, qanunlarına və elçilərinə aid hər hansı bir məlumatı olmadan, onların haqqında danışmağı qadağan edir. Bununla yanaşı Allah bu barədə təkcə həqiqəti söyləməyi əmr edir.
Bu qayda, həmin ayələrin İsa peyğəmbərlə (ə) əlaqədar nazil edil­mə­sinə baxmayaraq, ən geniş mənaya malikdir. Allah əmr edir ki, Onun haqqında, yəhudilərdən və xristianlardan nümunə götürmədən, həqiqət olandan danışılsın və bəyan edir ki, İsa (ə) Allahın ancaq elçisi idi. O, kamilliyə çata­raq, məxluqun ucala biləcəyi ən yüksək pilləyə qalxmışdı. Ona peyğəmbər­lik əta edilmişdi. Bu, həmin o ən yüksək pillə və şərəfli müka­fatın özüydü. O, Allahın Məryəmə verdiyi söz idi, axı o, Onun bir hökmü ilə dünyaya gəlmişdi. O, Sözün özü deyildi, amma onun sayəsində dünya­ya gəlmişdi. O, Allahdan olan ruh idi, çünki onun canı Allahın yaratdığı və ən üstün sifətlər və kamil əxlaq bəxş etdiyi canlardan biriydi. Allahın Ruhu olan mələk Cəbrail Məryəmin yanına göndərilmiş və yeni bir həyatı onun bətninə üfürdükdən sonra Məryəm Allahın iradəsi ilə hamilə olmuşdu.
İsa peyğəmbərin (ə) malik olduğu əsil keyfiyyətləri açıqladıqdan sonra, Uca Allah Kitab əhlinə ona və bütün digər elçilərə iman gətirməyi əmr edir və “üç üqnimə” ibadət etməyə qadağa qoyur. İsanı (ə) “üç üqni­m­in” birinci təzahürü (tərəfi), Məryəmi (Allah ondan razı olsun) onun ikinci tərəfi, Allahı isə üçüncü tərəfi hesab edən xristianlar məhz belə edirlər. Allah hökm edir ki, onlar bu nəzər nöqtələrindən əl çəksinlər, çünki belə etsəydilər onlar üçün daha yaxşı olardı. Bu – onların xilasına yeganə yoldur, çünki bütün qalan yollar onları məhvə aparır.
Sonra Allah Onun şəriklərinin və övladlarının varlığını rədd edir. O – Vahid Allahdır və tək O, ilahi sifətlərə malikdir. Onunla bərabər ibadətə layiq heç kim yoxdur. O, istənilən qüsurdan uzaqdır və göylərdə və yerdə olan bütün varlıqlar Onun qullarıdır və Ona möhtacdırlar. Bütün bunlar onu bildirir ki, heç bir məxluq Onun şəriki və ya uşağı ola bilməz. Sonra da O, ən ali və ən ibtidai aləmlərin üzərində hakimiyyətin Ona mənsub oldu­ğu­nu xatırladaraq, Allah yada salır ki, O, həm bu dünyada və həm də Axirət aləmində Öz qullarının mənafeyinin qayğısına qalır. O, onları qo­ru­yur və onlardan hər birinə layiq olduqları əvəzi verəcəkdir.

ﮏ  ﮐ   ﮑ  ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ   ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ   ﮠ  ﮡ  ﮢ 
(172) “Nə Məsih, nə yaxın mələklər Allahın qulu olmalarını heç vaxt özlərinə həqarət saymırlar. O şəxslər ki, Ona ibadəti özləri üçün alçaldıcı hesab edir və təkəbbürlük göstərirlər, O, onları Öz yanında bir yerə toplayacaqdır”.

Xristianların Allahın qulu və elçisi olan İsa peyğəmbəri (ə) ifrat dərəcədə tərifləyib göyə ucalt­malarını xatırlatdıqdan sonra, Uca Rəbb bəyan edir ki, o (ə), Ona ibadəti özü üçün alçaldıcı saymır. Nə peyğəmbər, nə də yaxın mələklər bunun əleyhinə etiraz etmirlər və etiraz etməyə­cəklər də. Onlar bunu təhqiredici bir hərəkət hesab etmirlər, həmçinin buna təkəbbürlə yanaşmırlar.
Nəzərə alınsa ki, bir sıra keyfiyyətlərin inkar edilməsi, onların əkslərinin təsdiq edilməsini bildirir, onda buradan belə aydın olur ki, İsa peyğəmbər (ə) və yaxın mələklər öz Rəbbinə ibadət etməyə can atırlar, bu məşğələni sevirlər və onu layiqincə yerinə yetirirlər. Bunun sayəsində onlar böyük şöhrətə layiq görülmüş və böyük uğura nail olmuşlar. Onlar Allahın qulu olmağı alçaldıcı saymırlar, Onu öz Rəbbi bilirlər və Onun yardımına çox böyük ehtiyac duyduqlarını dərk edirlər.
İsa peyğəmbərin (ə) göyə qalxmasını Allahın onu yerləşdirdiyi pillədən yüksək və Ona ibadətə təkəbbürlə yanaşmanı kamillik səviyyəsi saymaq lazım deyil. Əksinə, bu – açıq-aşkar bir qüsurdur ki, qınanılmaya layiqdir və insanın cəzalandırılmasına səbəb olur. Buna görə, daha sonra Allah buyurur ki, O, bütün insanları Öz yanına toplayacaqdır və Ona ibadət etməyi özlərinə alçaqlıq sayanlar, təkəbbürlük göstərənlər və mö­min qullar da onların arasında olacaqlar. Sonra Allah hökm verərək, bəzi­lərinə ədalətini, digərlərinə isə rəhmliliyini göstərəcək. Növbəti ayədə Allah bu hökmü barədə təfsilatı təsvir edir və buyurur:
ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ   ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮮ  ﮯ   ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ   ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ 
(173) “O, iman gətirənlərə və saleh əməllər işləyənlərə müka­fat­larını tam verəcək və hətta Öz iltifatı ilə onları çoxaldacaqdır. Öz­lə­ri üçün alçaqlıq sayanları və təkəbbürlük göstərənləri isə, O, dəh­şətli əzablara düçar edəcəkdir. Onlar özlərinə Ondan başqa nə hami, nə də köməkçi tapa bilməyəcəklər”.

Kimlər ki, Allah və Onun qulları qarşısında vəzifələrini yerinə yeti­rərək, lazımınca iman gətirməklə yanaşı fərz və könüllü saleh əməllər işlə­miş­lərsə, O, onlara əməlləri sayəsində layiq olduqları mükafatı bəxş edə­cək­dir. Onlardan hər biri öz imanından və əməllərindən asılı olaraq müka­fat alacaqdır. Bununla bərabər Allah onları öz xeyirxah əməlləri ilə qazan­madıqları və hətta ağıllarına belə gətirmədikləri mükafatla şərəflən­di­rə­cəkdir. Bu – Cənnət təamları, içkiləri, zövcələri, mənzərələri, sevinci və ha­belə mənəvi və cismani ləzzətlərdir. Bundan başqa, bu – möminlərin yerdə yaşadıqları zaman və ölümdən sonra öz imanı və öz yaxşı əməlləri sayəsində aldıqları bütün nemətlərdir.
Uca Allaha ibadət etməyi özləri üçün təhqiramiz hesab edənləri və lovğalananları isə, O, işgəncəli əzaba məruz qoyacaqdır. O, Öz qəzəbini onların üstünə yağdıracaq və onları Cəhənnəm oduna atacaqdır. O od onların ürəklərinə qədər qalxacaq. Məxluqlardan heç kim onlara, istədik­lərinə nail olmaq üçün hamilik etməyəcək və bütün dəhşətli və xoşagəl­məz şeylərdən xilas olmaları üçün onlara yardım göstərməyəcəkdir. Hətta rəhmlilərdən Rəhmli olan da onlardan üz döndərəcək və onları cəza burul­ğanına əbədi əzab çəkməyə vasil edəcəkdir. O Öz hökmünü verəcək və heç kim buna mane ola və ya onu dəyişdirə bilməz.

ﯠ  ﯡ    ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ  
(174) “Ey insanlar! Sizə artıq Rəbbinizdən dəlil gəlmişdir və Biz sizə aydın bir işıq nazil etmişik”.

Uca Allah bütün insanlara göstərdiyi mərhəmətini yad edərək, bildirir ki, O, onlara təkzibolunmaz dəlillər və sönməz nur bəxş etmiş, həqiqəti onlara açmış və onu inandırıcı şəkildə izah etmişdir.
Allah haqqın lehinə şəhadət verən təkzibolunmaz dəlillər gətirərək, onu izah edir və ona zidd olan hər nə varsa, hamısını aydınlaşdırır. Onlara aid olanlar məntiqi dəlillər, müqəddəs mətnlər və ayələrdir ki, bütün dünyaya yayılmışdır və insanların özlərində əks olunmuşdur. Uca Allah bu­yurur: “Biz əlamətlərimizi bütün dünyada və onların özlərində, onlar başa düşənədək, göstə­rəcəyik ki, bu – həqiqətdir” (Fussilət, 41/53).
Bunun Allahdan gələn dəlil olmasının xatırladılması onun mühüm­lü­yünü və böyüklüyünü göstərir. Onu nazil edən – Öz qullarının qayğısını çəkən, onları mənəvi və maddi nemətlərlə təmin edən Allahdır. Onun qayğısı, insanlara doğru yolu göstərən və Cənnətin səadət bağlarına düş­məyə kömək edən aydın ayələrində özünü büruzə verir. O, insanlara aydın bir nur – Əzəmətli Quranı nazil etmişdir ki, onda ilk və son nəsillərin bi­lik­ləri, faydalı və həqiqi hekayətlər, yaxşı işlər görmək və ədalətli olmaq haqqında hökmlər və həmçinin hər hansı qanunsuzluğa və şər əməllərə qadağalar toplanmışdır. Əgər insanlar öz yolunu bu Kitabın ziyası ilə işıq­landırmırlarsa, onda onlar qatı qaranlıq içində qalırlar və əgər onlar onun nemətindən istifadə etmirlərsə, onda özlərini böyük bir bədbəxtliyə məh­kum edirlər. Buna baxmayaraq, heç də hər kəs Qurana iman gətirmək və ondan fayda əldə etmək istəmir və elə buna görə də insanlar iki qrupa bölünürlər. Uca Allah buyurur:

ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ   ﯳ  ﯴ   ﯵ  ﯶ  ﯷ  ﯸ   ﯹ  ﯺ  ﯻ  

(175) “Allaha iman gətirənləri və Ondan möhkəm yapışanları O, Öz mərhəmətinə və səxavətinə qovuşduracaq və Özünə tərəf düz yolla aparacaq”.

Allahın varlığını qəbul edən başa düşmüşdür ki, O, ən kamil sifət­lərə malikdir və hər hansı qüsurlardan sonsuzluğa qədər uzaqdır, kim Onun himayəsinə sığınmışsa, kim öz qüvvəsinə və imkanlarına ümid bağlamamışsa və kömək üçün öz Rəbbinə müraciət etmişsə, O, mütləq ona xüsusi lütfkarlıq göstərəcəkdir. O, onları yaxşı əməllər etməyə ruhlan­dıracaq, onlara bol-bol mükafat verəcək və onları bəlalardan və bədbəxt­liklərdən qoruyacaqdır. O, onları düz yolla aparacaq, yəni, onlara doğru biliklər əldə etməyə və saleh əməllər işləməyə kömək göstərəcək, onlara haqqı öyrədəcək və bütün işlərində ona əsaslanmağa kömək edəcəkdir.
Buradan aydın olur ki, əgər insanlar Allaha iman gətirmirlərsə, Ona təvəkkül etmirlərsə və Onun Kitabını rəhbər tutmurlarsa, onda Allah onları Öz mərhəmətindən uzaqlaşdırır, onları Öz nemətindən məhrum edir və onlara özləri haqqında fikirləşməyə mane olur. Belə insanlar döru yolla getmir və dərin azğınlıq içində qalırlar. Bu, onların iman gətirmədiklərinə görə cəzalarıdır. Onların nəsibi – ümidsizlik və məhrumiyyətdir. Biz isə Allahdan bağışlanma, əmin-amanlıq və qurtuluş diləyirik.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭥ  ﭦ     ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ   ﭵ  ﭶ    ﭷ    ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ   ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  
(176) “Onlar səndən hökm verməyini xahiş edirlər. De: “Özün­dən sonra valideynləri və uşaqları qalmayanlar haqqında hökmü sizə Allah verəcəkdir”. Əgər uşağı olmayan kişi öldükdə, bacısı varsa, on­dan qalanın yarısı ona çatır. Qardaş da, bacısının uşağı olmadıqda, ona va­ris olur. Əgər onlar iki bacıdırlarsa, onda onlara kişinin (qardaşın) qoy­duğunun üçdə iki hissəsi çatır. Əgər onların biri bacı, biri də qar­daşdırsa, onda kişinin payına iki qadının payı qədər düşür. Allah bu­nu sizə izah edir ki, siz azğınlığa düşməyəsiniz. Allah Hərşeyibiləndir”.

Uca Allah ayədə bildirir ki, adamlar Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun) ölənin atası, babası, doğma övladları, oğulları tə­rəfindən doğma nəvələri qalmadıqda mirasın bölünməsi haqqında soru­şur­lar. Buna görə O, buyurur ki, əgər insan öldükdə onun nə doğma oğulları və ya qızları, nə oğullarından doğma oğlan nəvələri və ya qız nəvələri, nə də valideynləri qalmadıqda onun mirasçıları qardaşları və bacıları olur. Alimlər belə bir rəydədirlər ki, ölənin atası sağ olduqda qardaşlar və bacı­lara miras düşmür. Əgər mərhumun özündən sonra atası və ya uşaq­la­rı qal­mayıbsa, amma bir doğma bacısı və ya atasının bacısı və ya­xud anası­nın bacısı varsa, onda onun mirasının yarısı, o cümlədən, həm nağd pul, daşınmaz əmlak, mebel və həm də digər mülkiyyət həmin bacıya çatır. Bundan əvvəl qeyd etmişdik ki, mərhumun mirasının bölünməsi, onun borclarının borc sahiblərinə ödənilməsindən və vəsiyyət üzrə ödənişlərdən sonra yerinə yetirilir.
Əgər ölən uşaqları olmayan qadındırsa, onda onun doğma qardaşı və yaxud atası tərəfdən qardaşı onun varisi olur. Bu halda o, kişi xətti ilə qohum olduğu üçün mirasda ona müəyyən pay təyin edilmir, əgər mərhum qadının mirasda payı müəyyən edilmiş digər qohumları (ashab əl-fəraid) və ya kişi xətti üzrə başqa qohumları (əsabə) yoxdursa, onda əmlakın hamısı ona çatır. Əks təqdirdə, miras, mirasda payı müəyyən edilmiş qohumlar arasında bölündükdən sonra, yerdə qalan bütün əmlak həmin qardaşa çatır.
Əgər mərhumun iki və daha çox bacısı qalarsa, onda onlar onun əmlakının üçdə ikisinə mirasçı olurlar. Əgər onun doğma qardaşları və yaxud ata tərəfdən qardaşları və həmçinin bacıları qalırsa, onda hər kişinin payı iki qadının payına bərabər olmalıdır. Bu halda qardaşlar bacıları mirasın bir qismindən məhrum edirlər.
Allah Öz qullarına onların ehtiyac duyduqları hökmləri belə izah edir. O, onları, qullarına iltifat və mərhəmət göstərərək, aydın şəkildə ifadə edir ki, onlar dinin qanunlarını yerinə yetirərək düz yolla getsinlər və öz cahillikləri və məlumatsızlıqları üzündən azğınlığa düçar olma­sınlar.
Allah tamamilə hər şeydən agahdır və O, aşkar və gizli olanları bilir. O, keçmişdə nə baş verdiyini və gələcəkdə nə olacağını bilir. O, bilir ki, insanlar Onun izahlarına möhtacdırlar və buna görə də O, bilikləri onlara öyrədir və o biliklər də bütün zamanlarda və dünyanın hər tərəfində  onlara fayda verir.

I cildin sonu

05.01.08. F.S.




[1] Nəvələr, nəticələr və i. a. (F.S.)
[2] Hermoafroditlər (həm kişi və həm də qadın cinsi orqanlarının əlaməti olan insanlar). F.S.
[3] Yuxarıda qeyd etdiyimiz kimi, ikicinsli şəxslər həm kişi və həm də qadın cinsiyyət orqanlarının əlamətlərinə malik olurlar. F.S.
[4] Burada: babanın atası. F.S.
[5] Kursiv – mənimdir. F.S.
[6] Allahın Elçisinin (s.ə.s.), müəllifin mətnində qeyd edildiyi kimi: “qadağan edil­mişdir” hökmü qəti şəkildə göstərir ki, İslamda müvəqqəti nikah (siğə) İslam Peyğəmbəri (s.ə.s.) tərəfindən birmənalı olaraq qadağan edilmişdir və bunu təsdiq edən mötəbər dəlillər mövcuddur (Bax: İmam əl-Buxari və İmam Müslim topluları). Müəllifin 24-cü ayənin şərhində verdiyi: “Bir çoxları elə hesab edirlər ki...” ifadəsi Muhəmməd Peyğəmbərin (s.ə.s.) həmin nikahı ləğv etdiyi dövrə qədərki gerçəkliyi əks etdirir.
   Siğə (muta) mövzusunun bir sıra məzhəblər üçün aktuallığını nəzərə alaraq, qeyd etmək lazımdır ki, siğə adlandırılan müvəqqəti nikah İslamdan əvvəlki cahillik dövründə ərəblər arasında mövcud idi. İslamın bərqərar olması ilə o ləğv edilmişdir. Son dəfə, istisna hal kimi, Allahın Elçisi (s.ə.s.) siğəyə bir sıra döyüşlər zamanı çox qısa müddətə yol vermiş və sonra da Allahdan iradəsini yerinə yetirərək onu qəti surətdə qadağan etmişdi. Bu barədə səhih hədislər çox etibarlı mənbələrdən rəvayət edilmişdir. Onların arasında Əli ibn Əbu Talibin (Allah ondan razı olsun), İbn Abbasın (Allah ondan razı olsun) və bir çox başqalarının rəvayətləri xüsusilə fərqlənir. Hədisləri əldə etdiyimiz mənbələr: “Sahih-i Muslim ve Tercemesi”, türk dilində, İrfan Yatınları N 7/4, İstanbul, 1972, İV cild, 290-300. s.s. F.S.
[7] “Ən yaxşı olan”  dedikdə, “Cənnət” nəzərdə tutulur. F.S.
[8] Həmdə yeganə layiq olan (Allahın adıdır). F.S.
[9] İmanın və ya imansızlığın. F.S.


Комментариев нет:

Отправить комментарий