воскресенье, 10 июля 2011 г.

Ə. Səədi. QURAN TƏFSİRİ, c. 1, 16-ci parça

             \`                        

ƏN-NİSA
(“Qadınlar”) surəsinin təfsiri

ﭑ       ﭒ  ﭓ  ﭔ

Mərhəmətli və Rəhimli Allahın adı ilə!


ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚﭛ  ﭜﭝﭞ  ﭟ  ﭠ   ﭡ  ﭣ  ﭤ  ﭥ  ﭦ   ﭧ    ﭨ  ﭪ  ﭫ  ﭬ ﭭ  ﭮ  ﭯ 

(1) “Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, onun özün­dən zöv­cəsini ya­radan və on­lardan da bir çox kişi və qa­dın törədib yer üz­ünə yayan Rəb­biniz­dən qorxun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istə­diyiniz Allahdan və qo­humluq əlaqələri­ni kəsməkdən çəkinin! Hə­qi­qətən, Allah sizə nəzarət edir”.

Fövqəluca Allah bu surəni təqvalılığa etiqad, Ona ibadət etmək və qohumluq əlaqələri saxlamaq hökmü ilə başlayır. Bunlarla yanaşı, Allah insanları belə davranmağa vacib edən amilləri də izah edir.
Allah insanların Ondan qorxmalı olduqlarını açıqlayır, çünki Rəbb onları yaratmış, onlara ruzi vermiş və böyük nemətlər bəxş etməklə onları himayəsinə götürmüşdür ki, onlardan hər biri bütün bəşəriyyətin hamısı üçün bir olan əcdaddan törəməsidir. Allah ondan onun faydalanması üçün zövcəsini yaratmışdır ki, onunla yaxınlaşıb onda rahatlıq tapsın. Allah ona tam mərhəmət göstərərək böyük sevinc bəxş etmişdir.
Adamlar Allah qorxusuna etiqad etməlidirlər, çünki ancaq Allahın adı ilə bir-birilərindən bir şeyi xahiş edir və Ona ehtiram bəsləyirlər. Onlar arzu olunan bir şeyi əldə etmək və lazım olanı almaq istədikdə Onun adından istifadə edir və bir-birilərinə deyirlər: “Səndən xahiş edirəm bunu Allah xatirinə edəsən”. Onlar başa düşürlər ki, Allah onların ürə­yində elə böyük bir yer tutub ki, Onun adı ilə edilən xahişin yerinə ye­tirilməsindən boyun qaçıra bilmirlər. Əgər onlar Ona belə hörmət bəslə­yirlərsə, onda onlar Onu ucaldaraq, Ona ibadət mərasimləri həsr etməli və təqvalılıq etiqadı göstərməlidirlər.
Daha bir xüsusiyyət insanları Allahdan qorxmağa sövq edir ki, o da onlar işlədikləri və istirahət etdikləri, təklikdə və ya başqaları ilə birlikdə qal­dıqları zaman Onun Öz qullarına nəzarət etməsidir. Allah hər cür şəra­it­­də onlara nəzarət edir və bu hal onları Allahı daima xatırlamağı və Ondan layiqincə utanmağı zəruriləşdirir.
Allah bu ayədə xəbər verir ki, O, insanları bir adamdan yaratmışdır və bütün yer üzünə yayıb yerləşdirmişdir. İnsanların planetin bütün ucqar­larına səpələnməsinə baxmayaraq onlar ümumi mənşəyə malikdirlər və bu onları xeyirxah və bir-birinə qarşı mərhəmətli olmağa məcbur edir.
Sonra Allah təqvalı olmaq hökmünü qohumluq əlaqələrinə riayət edilməsi və onları kəsməyin qadağan olması hökmü ilə əlaqələndirir. Bu, insanın qohumları qarşısında vəzifələrinin vacib əhəmiyyət kəsb etdiyini göstərir. Hər kəs öz vəzifələrini nəinki Allah qarşısında və həm də məx­luqlar qarşısında, xüsusilə, əgər bunlar onun qohumlarıdırsa, yerinə yetir­mə­lidir. Bundan başqa, onların qarşısında vəzifələrinin yerinə yetirilməsi Allahın Özü qarşısında icra edilən vəzifələrə aid edilir, çünki bunu insana belə əmr edən O Özüdür.
Diqqət yetirin ki, təqvalılığa etiqad edilməsi, qohumluq əlaqələ­ri­nin kəsilməməsi və zövcələrə yaxşılıq etmək hökmü ilə başlanan bu surə ümumi məna daşıyır. Surənin  birin­cidən sonuncuya qədər sonrakı ayələ­rində Allah bu hökmləri təfərrüatı ilə izah edir; bu surə ilə nazil edilən ayə­lər onlara istinad edir. Onlar hökmlərin mənasını ətraflı surətdə açıqla­yaraq bütün qeyri-müəyyən məqamlara aydınlıq gətirir.
Onu da qeyd etmək lazımdır ki, Adəmdən onun zövcəsinin yaradıl­ması haqqında vəhylə arvadın kişidən yaradılması ilə müəyyən edilən ər-arvadlıq vəzifələri, onların bir-birinin qarşısında ər-arvadlıq borclarına riayət etmələrinin zəruriliyini göstərir.

ﭰ  ﭱ  ﭲ   ﭴ   ﭵ  ﭶ  ﭷ  ﭹ   ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭿ ﮀ  ﮁ  ﮂ       ﮃ

(2) “Yetimlərin mallarını öz­ləri­nə ve­rin və pisi yaxşı ilə dəyiş­mə­yin. Onla­rın mallarını öz malları­nızla birlikdə ye­mə­­yin. Şübhəsiz ki, bu, böyük gü­nahdır”.

Allahın bu surədə yerinə yetirilməsini buyurduğu və insanın başqa adamlar qarşısında ilk vəzifəsi yetimlərin hüquqlarına riayət etməsidir. Burada, öz atalarının şəxsiyyətində qəyyumlarından məhrum olmuş kiçik yaşlı və öz mənafeləri üçün qayğı çəkə bilməyən köməksiz uşaqlar nəz­ərdə tutulur.
Şəfqətli və Rəhmli Allah müsəlmanlara tapşırır ki, yetimlərə yax­şılıq etsinlər və onların əmlakına ancaq xeyirxah niyyətlə yanaşsınlar və onlar həddi-buluğa çatdıqda öz əmlakını bütövlüklə ala bilsinlər. Allah, insanın, insafsızcasına yetimin malını yeyərək və pis nəticələrindən ehti­yat etməyib, çəkinmədən istifadə edə biləcəyi halal nemətlərlə qane olmayaraq, yaxşını pislə əvəz etməsini qadağan etmişdir. Yetimlərin malı­nın yeyilməsi – yaramaz bir əməldir ki, insan bunsuz çətinlik çəkmə­dən keçinə bilər, çünki Allah ona kifayət qədər ruzi və sərvət bəxş edir. Əgər o, bu imkanlara baxmayaraq belə özbaşına hərəkətə yol verirsə, onda bö­yük günah və dəhşətli cinayət işlətmiş olur. Zay malın yaxşı malla dəyiş­dirilməsinə yetimin qəyyumunun onun qiymətli əşyasını özünün ucuz əşyasına dəyişməsi də aiddir.
Ayədən aydın olur ki, yetimin qəyyumu olmalıdır, çünki yetimə onun əmlakını vermək barədə hökm onun mülkiyyəti üzərində qəyyumlu­ğun olmasını nəzərdə tutur. Ondan həmçinin yetimin mülkiyyətinin qay­ğı­sını çəkmək hökmü də çıxır. Yetim öz mülkünü ən yaxşı halda o vaxt ala bilər ki, qəyyum onu saxlamış olsun, onun qayğısına qalsın, onu çoxaltsın və təhlükəyə məruz qoymasın.

ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ   ﮊ    ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮔ  ﮕ  ﮖ   ﮗ    ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢ 
(3) “Yetim qızlara qarşı əda­lətli olma­yacağınızdan qorxur­su­nuzsa, onda xo­şu­nuza gələn halal qadın­lardan ikisi, üçü və dördü ilə ev­lənin. Əgər o qa­dın­larla ədalətlə dolanmaya­ca­ğı­nız­dan qor­xursu­nu­z­sa, onda onlardan biri ilə və yaxud sa­hib olduğunuz cariyə­lər­lə ki­fa­yət­lənin. Bu, haqsızlıq et­mə­məyə da­ha yaxındır”.

Əgər siz himayəniz altında olan yetim qızlarla ədalətli davrana bil­məyəcəyinizdən ehtiyat edirsinizsə, onların qarşısında öz borcunuzu, onla­ra məhəbbət bəsləmədiyinizə görə, qüsursuz yerinə yetirə bilməyəcə­yiniz­dən qorxursunuzsa, onda onlarla evlənməyin, ürəyinizcə olan mömin, zən­gin, gözəl, adlı-sanlı və digər keyfiyyətlərə malik və kişidə rəğbət oyadan qadınlarla evlənin. Qadını öz istəyinizə uyğun seçin və bilin ki, dindarlıq – keyfiyyətlərdən ən layiqlisidir.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) de­miş­dir: “Qadınla dörd xüsusiyyətinə: zənginli­yinə, əsil-nəcabətinə, göz­əl­li­yinə və dinə bağlılığına görə evlənirlər. Sən dindar olanı ilə evlən ki, rahatlıq əldə edəsən!”  
Bu ayədən aydın olur ki, kişi nikahlanmazdan öncə, zövqünə uy­ğun gələn qadını özünə zövcə seçməlidir. Qanunyaradan (Allah) kişiyə imkan verir ki, öz sevgilisi haqqında tam təsəvvür əldə etməsi üçün, ev­lən­məli olacağı qadına baxsın.
Sonra Allah kişinin evlənməsinə yol verilən qadınların sayını xatır­ladır. O, arzu etdikdə, iki, üç və hətta dörd qadınla evlənə bilər. Lakin ona eyni vaxtda dörddən artıq arvadı olmasına icazə verilmir. Şərh etdiyimiz ayədə yol verilən izah edilir və alimlərin yekdil rəyinə görə, Uca Allahın buyurduğu saydan artıq qadınla eyni vaxtda evlənmək qadağandır.
Bu ilahi göstərişi onunla bağlıdır ki, bəzi kişilər öz ehtirasını bir qadınla təmin edə bilmirlər. Belə hallarda onlara ikinci, üçüncü və hətta dör­düncü qadınla evlənməyə icazə verilir. Dörd qadın istənilən kişini tə­min edə bilir və əgər dörd qadının təmin edə bilmə­diyi kişilər varsa da, onların sayı olduqca çox azdır.
Kişiyə o halda bir-neçə qadınla evlənməyə icazə verilir ki, o, qadınlarına ədalətsiz yanaşacağından ehtiyat etməsin və onların qarşısında öz vəzifələrini qüsursuz icra edə­cə­yinə əmin olsun. Əgər o, arvadlarına eyni nəzərlə baxa biləcəyindən ehtiyat edərsə, onda o, bir zövcəsi və cari­yələri ilə qane olmalıdır. Kişi onlarla qane olduqda ədalətsiz­likdən uzaq qalmaq üçün daha çox imkana malik olur.
Buradan məlum olur ki, əgər Allahın qulu onu günaha yönəldən və ona fərz ayinləri yerinə yetirməyə mane olan, eyni zamanda, icra edilmə­sinə yol verilmiş əməlləri gerçəkləş­dirmək imkanına malikdirsə, onda o, onları etməməlidir. O, günahlardan uzaq durmalı və bu rahatlıqla qane olmalıdır, çünki bu, Allahın quluna bəxş ediləcək nemətlərin ən yaxşı­sıdır.
Kişilərin xoşuna gələn qadınlarla evlənmək haqqında hökmdən aydın olur ki, möminlərə xoşagəlməz qadınlarla evlənmək əmr edilməmiş­dir. Bundan əlavə, onlara müşrik qadınlar və əxlaqsız qadınlarla evlənmək isə qadağan edilmişdir, çünki Uca Allah buyurur: “...Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kə­niz sizi heyran edən müşrik qadından daha xeyirlidir” (Bəqərə, 2/221);
“Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə ge­də bilər. Möminlərə isə bu, haram edilmişdir” (Nur, 24/3).

ﮣ   ﮤ  ﮥ  ﮦ  ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ    ﮰ  ﮱ  ﯓ 
(4) “Qadınlara öz mehrlərini kö­nül xoş­luğu ilə verin! Əgər on­lar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuş­can­lıqla və ha­lallıqla yeyin!”

Kişilərin çoxu öz arvadlarına ədalətsiz münasibət bəsləyir və onla­rın haqqını, xüsusilə, söhbət nikah hədiyyəsindən, bəzən böyük mülkiy­yət­dən ibarət olan, mehrdən gedəndə, tapdalayırlar. Nəzərə alınmalıdır ki, onu birdəfəliyə və bütövlüklə ödəmək lazım gəlir və buna görə Uca Allah kişiləri öz zövcələrinə hədiyyələrini qəlbdən gələn səmimiyyətlə verməyə çağırır. Onlar mehrin ödənilməsini uzatmamalı və onun bir hissəsini kəs­məyə cəhd göstərməməlidirlər.
Bu vəhydən aydın olur ki, mehr, əgər qadın həddi-buluğa çatmış­dırsa onun özünə verilməlidir və o, nikahlandıqdan sonra, qadının mülkiy­yətinə çevrilir. Allah onu qadınlara hədiyyə adlandırır. Bu isə o deməkdir ki, mehr onların mülkiyyətidir.
Əgər qadın könüllü olaraq mehrin bir hissəsini ərinə güzəşt edərsə və ya ona möhlət verərsə və yaxud onun əvəzinə başqa bir şey qəbul etməyə razılıq verərsə, onda ərin, belə addımın nəticələrindən ehtiyat et­mə­yərək arvadının hədiyyəsini qəbul etməsinə razılıq verilir. Buradan belə çıxır ki, qadın, əgər o, sağlam təfəkkür sahibidirsə, öz mülkiyyətinə sər­əncam çəkmək və sədəqə vermək hüququna malikdir. Qadın ağıldan zəif olduqda, onun güzəştləri və hədiyyələri hüquqi qüvvə daşımır.
Ayədən aydın olur ki, qadının qəyyumunun onun mehrinə sərən­cam çəkmək haqqı, qadının öz xoşu ilə ona hədiyyə verməsi istisna ol­maqla, yoxdur.

ﯔ  ﯕ  ﯖ   ﯗ   ﯘ     ﯙ  ﯚ  ﯛ     ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ       ﯣ  ﯤ 

(5) “Dolanışığınız üçün Alla­hın sizə vasitə etdiyi malları­nızı ağıl­sızlara ver­məyin. On­lara o mal­dan yedirdib ge­yin­dirin və onlara yaxşı nəsihətlər verin”.

Burada ağılsız insanlar adı altında nəzərdə tutulan öz mülkünə düzgün sərəncam verməyi bacarmayan şəxslərdir. Bunlar sağlam müha­ki­mə qabiliyyətindən məhrum olmuş, məsələn, dəlilər və ya kəmağıl ins­anlardır. Bunlar, həddi-buluğa çatmadıqlarına görə ağıllı qərar qəbul et­mə­yə qabil olmayan insanlardır. Allah qəyyumlara mülkiyyəti belə ins­anlara verməyi qadağan etmişdir, çünki onlar ona yanlış sərəncam verər və onu məhv edərlər.
Allah Öz qullarına var-dövləti ona görə verir ki, onlar onu öz dini­nin mənafeyi naminə və özlərinin maddi rifahı üçün istifadə etsinlər. Ağılsız adamlar isə öz mülkiyyəti haqqında qayğı çəkmək və onu saxla­maq qabiliyyətində deyillər və buna görə Allah qəyyumlara əmr edir ki, onlar belələrinə öz mülkiyyətlərini verməsinlər, ancaq onları yemək-içməklə təmin etsinlər, onlar üçün geyim-keçim alsınlar və onların dini və dünyəvi tələbatlarına zəruriyyət yarandıqca onlar üçün xərcləsinlər. Bununla yanaşı, Allah qəyyumlara əmr edir ki, himayələri altında olanlara yaxşı nəsihətlər versinlər və əgər onlar mülkiyyətlərinin onlara verilmə­sini tələb etdikdə, qəyyumlar varidatlarının onlar həddi-buluğ yaşına çatan kimi və yaxud başqa hallarda, onlara veriləcəyini vəd etməli və onlara xeyirxah ifadələrlə təsəlli verməlidirlər.
Allah himayə altında olan kəmağılların mülkiyyətini qəyyumların mülkiyyəti adlandırır, çünki onlar həmin mülkiyyətə sərəncam çəkməyə və öz mülkiyyəti kimi onu təhlükə qarşısında qoymadan onun qayğısına qalmağa borcludurlar.
Bu ayədən aydın olur ki, əgər ağılsızlar, azyaşlı uşaqlar və kəmağıl insanlar mülkiyyətə malikdirlərsə, onda qəyyumlar onu onların təminatı üçün xərcləməlidirlər, çünki Allah onlara həmin insanları bu mülkiyyətlə yedirməyi və geyindirməyi əmr etmişdir. Ayədən həm də aydınlaşır ki, əgər qəyyum öz himayəsindəkinin mülkiyyətinin bir hissəsini onun yemə­yinə və geyiminə sərf etdiyini iddia edirsə, onda ona inanmaq lazım­dır, çünki onların mülkiyyətinin etibarlı sərəncamçıları kimi qəyyumları Allah Özü təyin etmişdir və etibar göstərilmiş insanların sözləri qəbul olunma­lıdır.
ﯥ   ﯦ   ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ      ﯰ  ﯱ  ﯳ  ﯴ  ﯵ   ﯶ  ﯷ  ﯸ  ﯺ  ﯻ   ﯼ  ﯽ  ﯿ  ﰀ      ﰁ  ﰂ  ﰃ  ﰅ   ﰆ  ﰇ  ﰈ  ﰉ  ﰊ  ﰌ  ﰍ  ﰎ  ﰏ  

(6) “Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-buluğa çat­dıqlarını görsəniz, mal­larını öz­lərinə qay­tarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə, o malı is­raf­çılıqla, tələm-tələsik yemə­yin. Varlı olan nəf­sini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetim­lə­rin malla­rı­nı özlə­rinə qaytar­dığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çək­məyə Allah yetər”.

Yetim həddi-buluğ yaşına yaxınlaşdıqda qəyyumu onu sınağa çək­məli və onun mülkiyyətinin bir hissəsini ona verməlidir ki, o, onu düzgün idarə edə bilsin. Belə bir sınağın sayəsində qəyyum öz himayəsindəkinin düzgün qərarlar qəbul etmək bacarığına malik olduğunu təyin edə bilər. Əgər o, ona verilmiş mülkiyyətinin bir hissəsinə layiq olmayan tərzdə sərəncam çəkərsə, onda qəyyum mülkiyyətin qalan hissəsini ona vermə­məlidir və bu halda himayə altında olan şəxs, hətta əgər o, kifayət qədər yetkin yaşa çatmışsa da, yenə ağılsız sayılır. Yox, əgər himayədə olan öz mülkünə layiqincə sərəncam çəkmişsə və nikah yaşına çatmışsa, onda qəy­yum onun mülkiyyətini bütövlüklə ona verməyə borcludur.
Qəyyumlara Allahın onlar üçün halal etdiyi mallarından istifadə etmək əvəzinə, himayəsi altında olan yetimin mülkiyyətini öz şəxsi ehti­yacları üçün xərcləyərək israf etmək qadağandır. Yetimlər uşaq yaşında olduqları müddətdə və öz mülkiyyətini geri götürə və onun xərclənməsinə mane ola bilmədikləri bir şəraitdə qəyyumlar onların malını israf etməyə cəhd göstərməməlidirlər. Onlar, yetimlərin böyüdükdən sonra öz mülkiy­yət­lərini geri alacaqlarından və onlara istifadə etməyə verməyəcəklərindən ehtiyat edərək, öhdələrində olduğu yetim malını dağıtmamalıdırlar. Lakin Allah qarşısında qorxu hissi keçirməyən qəyyumların böyük bir hissəsi məhz belə davranırlar və himayələri altında olanlara qarşı mərhəmət hissi və xoş rəftar göstərmirlər. Onlar belə hesab edirlər ki, əllərinə qazanmaq imkanı keçmişdir və ləngimədən Allahın qadağan etdiyi əmələ qurşanır­lar, halbuki Uca Allah bu barədə birmənalı qadağa hökmü nazil etmişdir.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ   ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ      ﭡ  ﭣ   ﭤ  ﭥ 

(7) “Valideynlərin və yaxın qo­humla­rın qoyub getdikləri mal­dan kişilərə pay düşür; va­li­deynlərin və yaxın qohum­la­rın qoyub get­dik­ləri mal­dan qa­dınlara da pay düşür. Bu mal istər az olsun, is­tərsə də çox, onlar üçün müəyyən edil­miş bir paydır”.

Cahillik dövründə ərəblər o dərəcədə təkəbbürlü və insafsız insan­lar idilər ki, zəif insanları – qadınları və uşaqları vərəsəlikdən məhrum edərdilər. Onlar irsi ancaq güclü kişilər arasında bölərdilər, çünki sonun­cular döyüşlərdə iştirak etməyi, soyğunçuluğu və qənimət ələ keçirməyi bacarırdılar. Onların təfəkkürü bu səviyyədə idi. Lakin Mərhəmətli və Müdrik Rəbb Öz qulları, kişilər və qadınlar, güclülər və zəiflər üçün eyni olan Qanun qoymaq istədi.
Əvvəlcə Allah Öz Qanununu ümumi cizgilərlə səciyyələndirir ki, insanları nazil ediləcək daha təfsilatlı ehkamlar üçün hazırlasın. Sonrakı ayələrdə O, onların müfəssəl izahlarını nazil edir və insanlar onların vəhy edilməsini səbirsizliklə gözləyirlər. Bunun sayəsində onlar bu qanunlara cahillik dövründən qalma yaramaz adətlərin səbəb ola biləcəyi ədavət his­si bəsləmirdilər.
Allah bildirir ki, atadan, anadan və ya yaxın qohumlardan qalan irsin müəyyən hissəsi həm kişilərə və həm də qadınlara məxsusdur. Bu ayə, xüsusinin ümumiyə daxil edilməsinin nümunəsidir. Amma bu hissə insanların adət və istəklərinə uyğun olaraq və yaxud Allahın Özü tərəfin­dənmi müəyyənləşdirilir? Sanki belə bir suala cavab olaraq, Allah xəbər verir ki, bu hissəni müəyyən edən Onun Özüdür. İnşallah, sonradan biz bu məsələni daha ətraflı nəzərdən keçirəcəyik.
Qeyd etmək lazımdır ki, bu vəhy, ola bilsin ki, qadınların və vali­deynlərin pay ala bilmələrini, ancaq irsin həcminin iriliyi ilə əlaqələndirən yanlış bir təsəvvür oyatsın. Belə bir yanlış təsəvvürün qarşısını almaq üçün Allah bildirir ki, onlar öz paylarını irsin kəmiyyətindən asılı olmaya­raq alırlar. Həmd olsun Allaha, qanunvericilərin Ən Yaxşısına!

ﭦﭧﭨﭩﭪﭫ ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ     ﭳ 

(8) “Əgər bölgü vaxtı orada qo­humlar, yetimlər və kasıblar işti­rak edərlərsə, on­lara o mal­dan bir şey verin, özlərinə də xoş söz deyin”.

Bu əmr o gözəl hökmlərə aiddir ki, onların sayəsində bəzi insanlar digərlərinə təsəlli verir və onları sevindirirlər. Mirasın bölüşdürülməsində irsdə payı olmayan qohumlar və həmçinin yetimlər və ya sədəqə verilməsinə haqqı çatan kasıblar iştirak etdikdə, heç bir əziyyət və zəhmət çəkmədən mülkiyyət əldə edən mirasçılar onlara da mülkdən bir hədiyyə verməlidirlər. Onların könlündən var-dövlət keçir, ürəkləri isə ona doğru can atır və buna görə varislər özlərinə zərər vurmayan, lakin ehtiyacı olanlara faydalı olan şeylərlə onları fərəhləndirməlidirlər.
Bu ayənin mənasından aydın olur ki, bir adam bir şeyi ürəyindən keçirir və bir başqası o şeyi alırsa, alan, özünü çox da çətinliyə salmadan, o birinə aldığından bir hissə verməlidir. Bax elə buna görə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir ki, xidmətçi öz ağasına yemək gətirdikdə, onu yanında əyləşdirmək lazımdır. Lakin o bunu etmək istəmədikdə, onda ona yeməkdən heç olmazsa bir-neçə tikə uzatmaq lazımdır. Ağaclar ilk barını gətirəndə, səhabələr onu Allahın Elçi­sinə (s.ə.s.) gətirərdilər. O (s.ə.s.), onu mübarək etdikdən sonra, həmin anda yaxınlığında olan ən kiçik uşağa verərdi, çünki o bilirdi ki, o uşaq bu meyvələri yeməyi daha çox arzulayır. Bütün bu deyilənlər insanın ətraf­dakılara hədiyyə etmək imkanı olan hallara aiddir. Əgər insan belə bir im­kana malik deyilsə, məsələn, əgər alınan irs onun himayəsində olan kəmağıl mirasçıya məxsusdursa və yaxud o, daha vacib maddi vəzifələri yerinə yetirmək üçün mirasa möhtacdırsa, onda o, iştirak edənlər qarşı­sında nəzakətlə üzrxahlıq edərək özünü doğrultmalı və bu zaman kobud və xoşagəlməz sözlərdən çəkinməlidir.

ﭴ  ﭵ  ﭶ   ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ   ﭼﭽﭾﭿﮀﮁﮂ  ﮃ  

(9) “Qoy özlərindən sonra zəif övlad­lar qoyub gedəcəkləri təq­­dirdə onlardan ötrü qorxan kəs­lər yetimlərdən ötrü də qorx­sunlar. Qoy onlar Allahdan qorx­sunlar və doğru söz söyləsinlər”.

Belə bir rəy var ki, bu sözlər ölüm ayağında olan və ədalətsiz vəs­iy­yətnamə yazmış insanın ətrafına yığışmış şəxslərə müraciətdir, çünki onlar onu ədalətli və qərəzsiz olmağa dəvət etməlidirlər. Bu şərh, doğru və ədalətli danışmağa əmr olunması ilə təsdiq edilir. Ondan aydın olur ki, can verənin ətrafındakılar ona övladlarının xeyrinə elə bir vəsiyyətnamə tərtib etməsini məsləhət görməlidirlər ki, sanki bunu öz övladları üçün istəyirlər.
Başqa bir şərhə görə isə, bu sözlər dəlilərin, azyaşlı uşaqların və ağıldankəm adamların qəyyumlarına müraciətdir və onlar öz himayələ­rində olanların dini və dünyəvi maraqlarını elə müdafiə etməlidirlər ki, sanki özləri öldükdən sonra, adamlardan öz zəif törəmələrinin mənafe­lərinin müdafiə edilməsini istəyirlər. Onlar Allah qarşısında qorxu hissi keçirərək, himayələrindəkiləri alçaltmamalı, olanlara qayğı göstərməli və onları təqvalı olmağa dəvət etməlidirlər.

ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ   ﮍ  ﮎ  ﮐ  ﮑ  ﮒ 

(10) “Həqiqətən, yetimlərin mal­ları­nı haqsızlıqla yeyənlər öz qa­rın­larına ancaq od doldu­rurlar və onlar yandı­rıb-yaxan oda girə­cəklər”.

Uca Allah yetimlərin malını haqqı olmadan yeyən qəyyumları hədələyir. Sonuncu vəziyyət bu hökmü konkretləşdirir – o, mülkiyyəti olmayan və yetimlərin malından, qəbul olunmuş adətlərə uyğun olaraq, yeməyə icazəsi olan qəyyumlara aid edilmir. O, yetimlərin yeməyinin on­ların qəyyumlarının yeməyi ilə qarışan hallara da aid deyildir. Biz bu barədə öncə xatırlatmışdıq. Amma qəyyumlar yetimlərin malını ədalətsiz­liklə yedikdə, yedikləri onların qarnında yaxıcı alovla şölələnəcəkdir. Qəy­yumlar o alovu özləri udmuşlar və bunun ardıyca da odu getdikcə şid­dətləndirilən alova düşəcəklər.
Bu, günahlar və cinayətlərlə əlaqədar olaraq nazil edilən ən böyük hədələnmədir. O, yetimlərin malını yeyən şəxslərin əməllərinin ağırlığı və mənfurluğunu və belə cinayətin insanı Cəhənnəmdə əzablara məhkum edəcəyini təsdiq edir və ən ağır günahlardan sayılır. Biz Allahdan bizi o günahlardan qorumasını təvəqqe edirik!

ﮓ  ﮔ   ﮕ  ﮖ  ﮘ   ﮙ  ﮚ  ﮛ  ﮝ  ﮞ    ﮟ    ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮧ  ﮨ    ﮩ  ﮪ    ﮫ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ   ﯤ  ﯥ    ﯦ  ﯧ     ﯨ  ﯩ  ﯫ  ﯬ  ﯭ  ﯮ    ﯯ  ﯰ  ﯱ  ﯳ  ﯴ  ﯵ  ﯶ  ﯷ  ﯸ  ﯹ     ﯺ  ﯼ  ﯽ  ﯾﯿ  ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄ  ﰅ  

(11) “Allah övladlarınız haq­qın­da sizə belə tövsiyə edir; kişiyə, iki qadının pa­yı qədər pay düşür. Əgər övladların ha­mısı ikidən ar­tıq sayda qadın­dırlarsa, və­fat edə­nin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qa­dındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun vali­deyn­­ləri­nin hər birinə qoyub getdiyi ma­lının al­tıda bir hissəsi çatır. Əgər onun öv­ladı yox­dursa, varisi də ancaq va­li­deyn­ləri­dirsə, onun anasına mira­sı­nın üçdə bir hissəsi dü­şür. Əgər ölənin qar­daşları (və ya ba­cı­ları) varsa, onun ana­­sına mirası­nın altıda bir hissəsi dü­şür. Bu bölgü ölənin vəsiy­yəti yerinə ye­tirildik­dən və ya borcu ödə­nil­dikdən sonra apa­rılır. Valideynləri­niz­­dən və övladlarınız­dan hansının fay­da baxı­mından sizə da­ha yaxın ol­duğu­nu siz bilmir­siniz. Bun­lar Allah tərəfin­dən bu­yurulmuş fərz əməllərdir. Hə­qi­qətən, Allah Bilən­dir, Müd­rikdir”.

Bu vəhylər və bu surənin son ayəsi irsin bölüşdürülməsi ilə bağlı olan hökmlərdən ibarət “varislik haqqında ayələrə” aid edilir. Abdullah ibn Abbasın rəvayət etdiyi və imam əl-Buxarinin “əs-Səhihində” əksini tapmış bir hədis də vardır. Orada deyilir: “Mirasın müəyyən hissəsini haqqı olanlara verin, əmlak bölüşdürüldükdən sonra isə bütün qalan hissəsi mərhumun ən yaxın qohumu olan kişiyə verilməlidir”. Miras haqqında ayələr və bu hədis irsin bölüşdürülməsi ilə bağlı olan hökmlərin ən çox hissəsini təşkil edir. Demək olar ki, onlar bütün bu hökmləri özündə ehtiva edir, buna özünüz əmin ola bilərsiniz. Onlarda öz əksini tapmamış yeganə hökm – ölənin nənəsinə çatacaq mirasın hissəsinə aiddir. O hökm, əl-Muğirə b. Şubənin və Muhəmməd b. Məsləmənin hədisində keçmişdir və orada qeyd olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) mərhumun nənəsinə mirasın altıda bir hissəsini verdi. Alimlər arasında bu barədə mübahisə edilməmişdir.

Uşaqlar arasında bölüşdürülən miras
Allah valideynlərə onların uşaqlarını etibar etmiş və onlara buyur­muşdur ki, uşaqlarının dini və maddi mənafelərinin qayğısına qalsınlar. Valideynlər onlara təlim və tərbiyə verməli, xoşagəlməz şeylərdən qoru­malı, onlara xeyirxah əməllər etməyi  tapşırmalı və onları hər bir şəraitdə Allahdan qorxmağa dəvət etməlidirlər. Uca Allah buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan Od­dan qoruyun!...” (Təhrim, 66/6).
Əgər onlar bu əhdə riayət edə bilsələr, çox dəyərli mükafat alarlar. Yox, bu əhdə laqeydlik göstərsələr, onda onlar çox ciddi cəzaya layiq görüləcəklər. Bu, Uca Allahın Öz qullarına onların valideynlərindən də şəfqətli olmasına dəlalət edir, axı O, onlara öz uşaqlarına qayğı çəkməyi tapşırmışdı, baxmayaraq ki, onlar onsuz da öz uşaqlarına ən yüksək rəhm hissi ilə yanaşırlar.
Uca Allah sonra bildirir ki, valideynlər öz uşaqları və oğullarının uşaqları arasında mirası necə bölməlidirlər. Kişi, iki qadının payına bəra­bər pay almalıdır və əgər onlardan başqa birbaşa digər vərəsələr yoxdursa, onda miras onların arasında belə bölünməlidir. Mərhumun doğma övlad­ları qaldıqda mirasın ancaq onların arasında bölünməsi, onun oğullarının uşaqlarına miras düşmür. Bu şəriət norması, mərhumdan sonra həm oğul­lar və həm də qızları qaldıqda qüvvədə olur. Ola da bilsin ki, mərhumun ya ancaq oğulları, ya da ancaq qızları qalsın. Bu halların birincisini biz sonradan nəzərdən keçirəcəyik. Allah ikinci hal barədə hökmünü bu vəhy­lə nazil etmişdir.

Qızların arasında bölünən miras
Mərhumun özündən sonra təkcə qızları və ya oğullarının iki nəfərdən çox qızları qalmışsa, onda onlar onun mirasının üçdə iki hissəsini öz aralarında bölməlidirlər. Əgər onun, özündən sonra təkcə bir qızı və ya öz oğlunun qızı qalmışsa, onda ona mirasın yarısı çatır, özü də bu barədə alimlərin rəyi yekdildir.
Bir şeyi alimlərdən soruşmaq lazımdır, onlar nəyin əsasında güman edirlər ki, iki qıza mirasın üçdə iki hissəsi çatır? Bu sualın bir neçə izahı var. Birincisi, Uca Allah buyurur ki, bir qıza mirasın yarısı məxsusdur. Buradan belə nəticə çıxır ki, qızların sayı bir nəfərdən çox olarsa, onların mirasdakı payı yarıdan üçdə ikiyə qədər artır.
İkincisi, Allah xəbər verir ki, kişiyə çatan pay iki qadının payına bərabərdir. Əgər mərhumun özündən sonra bir oğlu və bir qızı qalmışsa, onda oğul mirasın üçdə iki hissəsini almalıdır, çünki onun payı onun bacısının payından iki dəfə çox olmalıdır. Buradan həm də belə çıxır ki, mərhumun özündən sonra təkcə iki qızı qalmışsa, onda onlara mirasın üçdə iki hissəsi çatır.
Üçüncüsü, əgər mərhumun qızının bir qardaşı olanda mirasın üçdə bir hissəsini alır və əgər bacı deyil, qardaş bacısını mirasın böyük bir hissəsindən məhrum etdikdə, onda bacının bir bacısı da olarsa, birinci bacı mirasın özünə məxsus üçdə bir hissəsini almağa daha çox haqlı olur.
Dördüncüsü, bacıların mərhum qardaşın mirasından alacaqları pay­dan bəhs edərkən Allah buyurur: “...Əgər övladı olmayan şəxs (kişi) öl­dükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacı­dırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır...” (Nisa, 4/176). Uca Allah aydın şəkildə deyir ki, iki bacıya ölən qardaşın mirasının üçdə iki hissəsi çatır. İnsana bacılarından daha yaxın qohumu qız­ları olduğu üçün, mərhumun iki qızının onun mirasının üçdə iki hissə­sini almağa daha çox haqları var.
Beşincisi, məlumdur ki, Muhəmməd Peyğəmbər (ona Allahın sala­vatı və salamı olsun) Səədin iki qızına onun mirasının üçdə iki hissəsini vermişdi. Bu barədə səhih bir hədisdə rəvayət edilmişdir.
Lakin belə bir sual yaranır ki, bəs onda Uca Allah niyə buyurur ki, mirasın üçdə iki hissəsi sayı iki nəfərdən çox olan qadınlara məxsusdur? Bu barədə ən yaxşı bilən Allahdır, amma belə bir rəy var ki, Allah bu­nunla, qızların sayının iki nəfərdən çox olması ilə onların payının artma­dığını bildirmək istəyir.
Bu gözəl ayədən aydın olur ki, ölənin özündən sonra bir doğma qızı və oğlunun bir və ya bir-neçə qızları qalarsa, onda onun doğma qızı mirasın yarısını almalıdır. Mərhumun qızlarına və oğlunun qızlarına mirasın üçdə ikisi düşdüyü üçün, mirasın qalan altıda bir hissəsi mərhumun oğlunun bir və ya bir-neçə qızının arasında bölüşdürül­məlidir. Mirasın bu altıda bir hissəsi üçdə ikiyə qədər əlavə adlanır. Bu qayda ilə mərhumun mirası onun qızları ilə oğlu və oğlunun qızları ilə oğulları arasında bölünür.
Ayədən çıxarılan nəticə budur ki, əgər mərhumun qızları və oğlan­larının qızları mirasın üçdə ikisini alırlarsa, onda oğulların sonrakı nəsli­nin qızları[1] mirasdan məhrum olurlar, çünki Allah qızlar üçün mirasın ancaq üçdə iki hissəsini təyin etmişdir ki, onlar da artıq vərəsələr arasında bölünmüşdür. Əgər miras onlara da qalsaydı, onda qızların payı üçdə ikini aşardı və bu da Quranın açıq-aydın vəhylərinə zidd olardı. Bu barədə şə­riət alimləri arasında ixtilaf yoxdur. Buna görə, həmd təkcə Allaha məxsusdur!
Həmçinin qeyd etmək lazımdır ki, varislər mərhumun qoyub get­di­yi hər şeyə, o cümlədən, daşınmaz əmlaka, mebelə, qızıla, gümüşə və digər qiymətli əşyalara sahib olurlar. Onlar, mərhumun insan qətlinə görə alacağı qanbahasına və borclarına da varis olurlar.

Valideynlərin alacağı miras
Əgər mərhumun özündən sonra istənilən sayda istər oğulları olsun, istərsə qızlar olsun, doğma uşaqları və ya öz oğlunun uşaqları qalıbsa, on­da onun atası və anası mirasının altıda bir hissəsini alırlar. Qeyd etmək la­zımdır ki, mərhumun uşaqları qaldıqda, onun anası heç bir halda altıda bir hissədən çox ala bilməz. Ataya gəldikdə isə, əgər mərhumun oğulları qalıbsa, onda ona da mirasın altıda bir hissəsindən artıq düşmür. Yox əgər mərhumun bir və ya bir neçə qızı qaldıqda və onun yeganə varisləri kimi ancaq valideynləri və qızları qalmışsa və əgər onun kişi (əsaba) xətti ilə başqa qohumları yoxdursa, onda mirasın qızlar arasında bölüşdürülmə­sin­dən sonra, ata, ona çatan altıda bir hissədən başqa, kişi xətti ilə varis kimi, mirasın qalan hissəsini də alır. Bu onunla izah olunur ki, mirasın varislər arasında onların paylarına uyğun olaraq bölünməsindən sonra, mirasın yerdə qalan hissəsi kişi xətti üzrə ən yaxın qohuma çatır. Ata isə, doğma qardaşdan da, əmidən də və ya digər qohumlardan da ən yaxın qohumdur.
Əgər mərhumun özündən sonra uşaqları qalmayıbsa, onda onun yeganə varisləri valideynləridir, həm də anasına mirasının üçdə bir hissəsi çatır. Qalan üçdə iki hissə isə atasına məxsus olur, çünki Allah buyurur ki, belə hallarda mərhumun varisi valideynləri olur və əgər ana onun üçün müəyyən olunmuş hissəni alırsa, onda yerdə qalan nə varsa mərhumun atasına çatmalıdır.
Bütün deyilənlərdən belə nəticə çıxır ki, əgər mərhumun uşaqları qalmamışdırsa, atası, mirasın müəyyən hissəsini almır, amma mərhumun bütün vərəsələrinə çatası müvafiq paylar bölündükdən sonra qalan bütün əmlakının, ən yaxın qohum kimi, kişi xətti üzrə, varisi olur. Lakin mərhu­mun özündən sonra valideynlərindən başqa arvadı da qalmışsa, o da mü­əyyən olunmuş payını alır və ondan sonra isə mərhumun anası özünün üçdə bir hissəsini alır və mirasın qalan hissəsi ataya çatır. Bu o deməkdir ki, mərhumun anası hər iki valideyn üçün müəyyənləşdirilmiş üçdə bir hissəni alır. Bu halda iki variant mümkündür. Əgər mərhum qadındırsa, onda onun anası mirasın altıda bir hissəsini alır, çünki onunla (ana ilə) bərabər, mərhum qadının əri və atası da onun varisləridir. Ölən kişi olduqda isə, onun anası mirasın dörddə birini alır, çünki mərhumun anası ilə bərabər onun arvadı və atası da varisləridir.
Şərh edilən bu ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mərhu­mun anası, əgər mərhumun özündən sonra uşaqları qalmamışsa, mirasın bütövlükdə üçdə bir hissəsini bütün hallarda ala bilər və bizim öncə xatır­latdığımız iki variant bu hökmdən istisna edilməmişdir. Bu da onunla izah olunur ki, ərlə arvadın bir-birinə vərəsəlikdə miras payı mərhumun borc öhdəliyinə görə borcverənlərin alacağı hissəyə bənzərdir. Onlar öz payını bütün mirasdan alırlar və ancaq bundan sonra o, valideynlər arasında bölünür. Bundan başqa, əgər ana öz qızının mirasının üçdə bir hissəsini alarsa, onda, mərhum qızının əri üçün müəyyən edilmiş pay da çıxıldıq­dan sonra, ananın payı atanın payından artıq olur. Əgər ana oğlunun mirasının üçdə bir hissəsini alarsa, onda mərhumun arvadı üçün müəyyən edilmiş pay çıxıldıqdan sonra, mərhumun atasının payı onun anasının payından mirasın cəmi on ikidə bir hissəsi qədər artıq olur. Mirasın bu qaydada bölüşdürülməsi yolverilməzdir, çünki ya hər iki valideynin payı bərabər olmalı, ya da atanın payı ananın payından iki dəfədən az olmamaq şərtilə artıq olmalıdır.
Əgər mərhumun doğma və ya ata, ya da ana xətti ilə ögey qardaş­ları və ya bacıları varsa, onda mirasının altıda bir hissəsi anasına çatır. Mərhumun qardaşları və ya bacıları onun əmlakının bir hissəsinə varis ola bilərlər, lakin onların atası və ya babası sağ olarsa, ondan məhrum da edi­lə bilərlər. Amma bu ayənin mirasda paydan məhrum edilmiş qardaşlara və bacılara aid edildiyini birmənalı şəkildə iddia etmək olmaz, çünki on­lara mirasın yarısına haqq verilmir. Buna istinad edərək bəzi alimlər hesab edirlər ki, mərhumun anası, mərhumun onun mirasının bir hissəsinə haqqı olan qardaşları və bacıları olduğu təqdirdə, mirasın üçdə bir hissəsini al­mır. Bu rəy onunla təsdiq olunur ki, əgər qardaşlar və bacılar mirasa və­rəsədirlərsə, onda onlar onun əhəmiyyətli hissəsini alırlar və bunun nəti­cəsində mərhumun anası bütün mirasın üçdə bir hissəsini almaqdan məh­rum olur. Bu barədə ən yaxşı bilən Allahdır.
Qeyd etmək lazımdır ki, bu hökm mərhumun iki və daha çox qardaşları və bacıları olduqda gerçəkləşir, hərçənd ayədə “ixva” (“qardaş­lar”) sözü cəm – çoxluq halındadır. Bu onunla izah olunur ki, burada cəm say bir qardaş və ya bacıdan çox olanı bildirir və eyni zamanda bir-neçə qardaşların və ya bir-neçə bacıların sayına işarə etmir.
Ərəb dilində iki nəfərə aid də çoxlu say formasının işlədilməsinə yol verilir. Uca Allah peyğəmbərlər Davud və Süleyman haqqında buyu­rur: “...Biz onların hökmünə şahid idik” (Ənbiya, 21/78). Burada əvəz­lik cəm sayda istifadə edilmişdir. Uca Allah anadan ögey olan bacılar və qardaşlar barəsində belə buyurur: “Əgər vəfat etmiş kişinin və ya qadı­nın valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərik­dir­lər...” (Nisa, 4/12). Alimlər bu ayədə cəm sayın işlədilməsi barədə həm­rəydirlər, hərçənd burada söhbət qardaşların və bacıların iki və daha çox olmasından gedir.
Deyilənlərdən məlum olur ki, mərhumun özündən sonra anası, atası və qardaşları qalıbsa, onda mirasının altıda bir hissəsi anasına, bütün qala­nı isə atasına çatacaqdır. Mərhumun qardaşlarının və bacılarının olması anasını mirasının üçdə birinə olan hüququndan, canlı atasının olması qardaşlarını və bacılarını mərhumun mirasından tamamilə məhrum edir. Mirasın bu tərzdə bölünməsi, vərəsəlik hüququ olmayan qardaşların və bacıların mövcudluğunu nəzərə alan alimlərin rəyinə əsaslanır. Digər alimlərin rəyinə görə isə, onlar mirasın bölünməsinə təsir göstərmirlər və buna görə də mirasın üçdə biri mərhumun anasına, yerdə qalanın hamısı isə atasına çatır.
Sonra Uca Allah bildirir ki, mərhumun əmlakı, onun Allah və ya insanlar qarşısında borcları ödənildikdən və tərtib etdiyi vəsiyyətnaməsi üzrə ödənclər həyata keçirildikdən sonra, varislər arasında bölüşdürülür. Bundan sonra yerdə qalan əmlak varislərə çatacaq miras adlandırılır.
Allah bu ayədə borcların ödənilməsinə qədər vəsiyyətnaməni xatır­ladır ki, varislər onun vacibliyini anlasınlar, çünki bu onlar üçün ağır və məşəqqətlidir. Buna baxmayaraq, mərhumun borcları onun əsas sərmayə­sindən, onun əmlakı, vəsiyyətnaməsi üzrə bölüşdürülənə qədər, ödənilmə­lidir. Vəsiyyətnamənin özü ilə əlaqədar demək olar ki, vəsiyyət edənə, onun varisləri olmayan insanlara əmlakının üçdə bir hissəsinə qədərini vəsiyyət etməyə icazə verilir. Əgər o, öz əmlakını mirasın bir hissəsinə hüququ olan varisə vəsiyyət edibsə, onda belə vəsiyyətnamə ancaq qalan vərəsələrin razılığı yerinə yetirilir.
Daha sonra Uca Allah bildirir ki, hansı valideynlərin və hansı uşaq­ların onlara daha çox fayda verəcəyi insanlara məlum deyil. Əgər onlar mirası öz bildikləri kimi bölsəydilər, ətrafdakılara çox ziyan vurardılar ki, bu barədə bilik təkcə Allaha məlumdur. Bunun səbəbi ondadır ki, insanla­rın ağlı kamil deyil və onlar nəyin onlara daha çox fayda verəcəyini bil­mirlər. Bu, bütün zamanlarda və dünyanın bütün guşələrində yaşamış bütün insanlara aiddir. İnsanlardan heç biri bilmir ki, valideynlərindən və övladlarından hansı biri onlara daha yaxın olacaq, onlara daha çox fayda verəcək və dini və dünyəvi məqsədlərə nail olmaqda onlara kömək edə­cək.
Bütün varlığı Öz elmi ilə əhatə edən Allahın hökmü belədir. O, müdrik qanunlar yaradır və hər şeyin ölçüsünü özünə məxsus kamil şəkil­də müəyyənləşdirir. Məxluqlara gəldikdə isə, onların idrakı Allahın yarat­dığı qanunlara bənzər qanunlar yaratmağa qadir deyildir. Onun qanunları ideal şəkildə hər bir dövrə, hər bir ölkəyə və hər bir şəraitə uyğundur. 

  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ   ﭙ      ﭚ  ﭛ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ     ﭤ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ   ﭫ  ﭬ   ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ   ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ   ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮅ    ﮆ   ﮇ  ﮉ  ﮊ     ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ    ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ    ﮕ  ﮖ  ﮗ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ   ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ      ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮭ  ﮮ  ﮯ  ﮱ  ﯓ  ﯔ   ﯕ 

(12) “Əgər vəfat etmiş zövcə­ləri­nizin öv­ladı yoxdursa, on­ların vəsiyyəti yeri­nə yetiril­dik­dən və ya borcu ödənildik­dən sonra, qo­yub getdikləri malın yarısı sizin­dir. Yox əgər onla­rın övladı varsa, onda qo­yub getdiklərinin dörddə bir his­səsi sizindir. Əgər sizin öv­ladınız yox­dursa, vəsiyyə­tiniz yerinə yetiril­dikdən və ya bor­cunuz ödənildik­dən sonra, qo­yub get­diyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın sək­kizdə bir his­səsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qadının vali­deyni və övladı yox­dursa, eyni ana­dan bir qar­daşı və ya bir bacısı varsa, onda on­ların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər on­lar sayca bun­dan artıq olsalar, mirasın üçdə birinə şərik­dir­lər. Bu böl­gü, və­rə­sə­lərə zərər ye­tir­məmək şərti ilə vəsiyyətin yerinə yetirilmə­sin­dən və ya borcun ödə­nilmə­sindən son­ra aparılır. Bun­lar Allah tərəfin­dən bir töv­siyə­dir. Allah Bilən­dir, Həlimdir”.

Arvadlardan qalan əmlakın yarısı, əgər onların uşağı yoxsa, ərlə­ri­nə məxsusdur. Onların uşaqları olduğu halda isə, ərlərə arvadlarının qo­yub getdiyinin, vəsiyyətnamə ilə verilənlərdən və borcların ödənişindən sonra qalan hissəsinin dörddə biri çatır. Arvadlara da ərlərinin qoyub getdiyinin, əgər uşaqları yoxsa, dörddə biri çatır. Əgər onların uşaqları var­sa, arvadlara, ərlərinin qoyub getdiyinin, vəsiyyətnamə ilə verilənlər­dən və borcların ödənişindən sonra qalan hissəsinin səkkizdə bir hissəsi çatır.
Mirasın bölünməsinə təsir göstərən mövcud uşaqlar dedikdə, doğ­ma oğullar və qızlar, həmçinin doğma oğullarının oğulları və qızları nəz­ər­də tutulur. Bu zaman mərhumun neçə uşağı olmasının və onların sonun­cu və ya əvvəlinci nikahdan olmalarının əhəmiyyəti yoxdur. Alimlərin yekdil rəyinə görə doğma qızların uşaqları hesaba alınmır.

Özündən sonra atası və uşaqları qalmayan şəxsin mirası
Ərəb dilində özündən sonra atası və uşaqları qalmayan adam “kilələ” adlanır. Belə adamın, öldükdən sonra, nə atası, nə babası, nə oğlu, nə qızı, nə oğlundan olan oğlan nəvəsi, nə də oğlundan olan qız nəvəsi və s. azalan xətt üzrə qalmır. Bu şərh ən doğrudanışan Əbu Bəkrə (A.o.r.) məxsusdur və alimlər arasında bu barədə ixtilaf yoxdur. Buna görə həmd təkcə Allaha aiddir!
Miras qoymuş kişi və ya qadının qardaşı və ya bacısı olduğu halda atası və ya uşaqları olmadıqda, qardaşa və ya bacıya onların əmlakının altıda bir hissəsi çatır. Quran ayələrinin birində deyilir ki, əgər onların ana tərəfdən ögey qardaşı və ya bacısı varsa, onda onlara altıda bir hissə düşür. Alimlər bu ayədə qardaşlar və bacılar adı altında ana tərəfdən ögey qardaşların və bacıların nəzərdə tutulmasında həmrəydirlər.
Əgər ögey qardaşlar və ya bacılar bir nəfərdən çoxdurlarsa, onda onlar mirasın üçdə bir hissəsinə bərabər hüquqa malikdirlər. Ögey qardaş­ların və bacıların payı üçdə birdən artıq olmur, hətta onlar iki nəfərdən də artıq olsalar. Bu ayədən aydın olur ki, ögey qardaşlar və ögey bacılar eyni ölçüdə pay alırlar, çünki eyni hüquqa malikdirlər.
Ayədən həm də aydın olur ki, istənilən nəsil budağından olan birbaşa törəmələr və kişi cinsindən olan nəsillər ana tərəfdən olan ögey qardaşları mirasdan məhrum edirlər, çünki Allah onlar üçün miras payını, mərhumun atası və uşaqları qalmadığı təqdirdə nəzərdə tutur. Əgər mər­humun özündən sonra atası və ya uşaqları qalmışsa, bu halda, alimlərin yekdil rəyinə görə, mərhumun ögey qardaşları və bacıları onun mira­sın­dan pay almaq hüququna malik olmurlar.
Qeyd etmək lazımdır ki, əgər mərhumun ana tərəfdən ögey qardaş­ları və ya ögey bacıları onun varisləri olsalar, onda onun doğma qardaşları mirasda öz paylarından məhrum olarlar. Məsələn, əgər mərhum arvadın özündən sonra, əri, anası, ana tərəfdən ögey qardaşları və doğma qardaşları qalarsa, onda onun mirasının yarısı ərinə, mirasının altıda bir hissəsi anasına, üçdə bir hissə isə ögey qardaşlarına çatar. Bu halda mərhum qadının doğma qardaşları mirasda öz paylarından məhrum olur­lar, çünki Allah onun üçdə bir hissəsini ana tərəfdən olan ögey qardaşlar üçün təyin etmişdir. Əgər doğma qardaşlar, ana tərəfdən ögey qardaşlara çatan üçdə bir hissəni əldə etmək haqqı alsaydılar, o zaman bu, varislərin birləşdirilməsi cəhdi olardı ki, bu barədə Allah müxtəlif hökmlər nazil etmişdir. Bundan başqa, ana tərəfdən ögey qardaşlar mirasda müəyyən olunmuş paya malik olduqları halda, doğma qardaşlar mərhumun kişi xətti ilə qohumları kimi varis olurlar.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu­yurmuşdur: Mirasın müvafiq hissəsini haqqı olana verin, əmlakın bölüş­dürülməsindən sonra qalan hissəsi isə mərhumun ən yaxın kişi qohu­muna çatmalıdır”. Allah haqqı olanlar üçün mirasdan müəyyən pay təyin etmişdir. İndiki halda miras, onu almağa haqqı olan kəslər arasında bütöv­lüklə bölüşdü­rü­lür və doğma qardaşlar mərhum bacıdan miras almırlar. Bu, hazırkı məsələ ilə bağlı ən düzgün rəydir.
Doğma qardaşlara və bacılara və həmçinin ata tərəfindən ögey qardaşlara və bacılara çatan miras haqqında daha ətraflı Uca Allahın aşa­ğı­dakı sözlərində izah edilmişdir: “Səndən fitva istəyirlər. De: “Vali­deyni və övladı olmayan kəsin mirası barəsində fitvanı sizə Allah verir”. Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayasınız. Allah hər şeyi bilir” (Nisa, 4/176).
Əgər mərhumun atadan bir doğma bacısı və ya bir ögey bacısı qa­lıbsa, o mirasın yarısını alır. Əgər onun iki bacısı qalıbsa, onda onlar mira­sın üçdə ikisini alırlar. Əgər onun bir doğma bacısı və atadan bir və ya bir neçə ögey bacısı qalıbsa, onda doğma bacıya mirasın yarısı, ögey bacılara isə altıda bir hissəsi çatır ki, bu altıda bir hissə onlar üçün müəyyən edilmiş mirasın üçdə iki hissəsinə əlavədir. Əgər doğma bacılar bir-neçə nəfərdirlərsə, onda onlar mirasın üçdə iki hissəsini öz aralarında bölür və atadan ögey bacılarını mirassız qoyurlar. Əvvəlcə qeyd etmişdik ki, miras mərhumun qızları və oğullarının qızları arasında da bu qayda ilə bölünür. Mərhumun doğma qardaşları və bacıları qalmış olsalar, onda kişiyə düşən pay iki qadının payına bərabər olur.

Başqa dinə etiqad edən qatilin və insanın əmlaka varis olması
Burada dərhal bir-neçə sual meydana çıxa bilər: mərhumun özün­dən sonra ana tərəfdən olmayan qardaşlarının və bacılarının qaldığı halda, onun qatilinin, azadlığının haqqını qismən ödəmiş qulunun, köləsinin, başqa din tərəfdarlarının, ikili cinsiyyətə malik olanların[2] və ya baba­sının onun əmlakına varis olmasına dair hökm Quran ayələrindənmi irəli gəlmişdir? Varislər üçün müəyyən edilmiş payların bərabər hissələrlə azaldılması və yaxud varislər arasında mirasın qalan hissəsinin bərabər ölçüdə bölünməsi məsələsi Quran ayələrində müzakirə edilirmi? Mirasda payı müəyyən olunmamış və ata tərəfdən olmayan qohumlara nəyin çatması və ata tərəfdən uzaq qohumlara və ya anadan bir olmayan bacılara mərhumun qızları və ya oğlunun qızları olduğu təqdirdə nəyin çatması barədə ayələrdə bəhs edilirmi? Şübhəsiz ki, bu məsələlərə dair ayələrdə cahil adamların çox çətin başa düşə biləcəkləri incə işarələr və göstərişlər mövcuddur. Buna baxmayaraq, onlarda bütün sadalanan məsələlərə dair hökmlər vardır.
Mərhumun qatili və başqa dinə etiqad edən qohum miras almaq hüququna malik deyillər, çünki Müdrik Allah vərəsələr arasında mirası onların qohumluğundan və insanlara dini və dünyəvi məsələlərdə verdik­ləri faydadan asılı olaraq bölmüşdür. Uca Allah bu ilahi hikmətinə işarə edərək buyurur: “...Valideynləri­niz­­dən və övladlarınız­dan hansının fay­da baxı­mından sizə da­ha yaxın ol­duğu­nu siz bilmir­siniz...” (Nisa, 4/11).
Tamamilə aydındır ki, qatil qətl etdiyi şəxsə hədsiz zərər vurur və onun mirasa olan hüququ bu ziyana qarşı durmağa qabil deyil. O, mər­huma, mirasın bir hissəsinə haqq qazanmağa səbəb olan bir fayda gətirmir və buna görə qətl mərhumun mirasında pay almaqdan məhrum edən ən böyük amil sayılır. İnsan qohumunu öldürməklə bütün qohumluq əlaqələ­rini qırır. Allah bu barədə belə buyurur: “...Qohumlar Allahın yazısına görə bir-birilərinə möminlərdən ... daha yaxındırlar...” (Əhzab, 33/6). Bun­­dan başqa, İslam şəriətinin əsaslarından birinə uyğun olaraq, insan bir şeyi vaxtından əvvəl əldə etməyə can atdıqda, belə rəftarına görə cəza kimi, həmin şeydən məhrum edilir.
Belə mühakimə yürüdərək, nəticə çıxarmaq olar ki, varis vəsiyyət edənin dininə etiqad etməzsə, o, mirasdan məhrum edilir. O, mərhumla öz qohumluğu sayəsində ondan miras almaq hüququ qazanır, lakin onların dini inancları arasındakı fərq bu şərtə ziddir və onları bütün münasibət­lərdə yad adamlara çevirir. Varisi onun mirasda olan payından məhrum edən amil, bu halda o dərəcədə güclüdür ki, insanın mirasda payına haqq verən qan qohumluğu amilinə belə üstün gəlir. Bu onunla izah edilir ki, müsəlmanların bir-birinin qarşısında vəzifələri, onların kafir qohumları qarşısında dünyəvi məsələlərdəki vəzifələrindən daha vacibdir və əgər mərhum müsəlmandırsa, onun əmlakı ona daha çox haqqı olana keçmə­lidir. Qan qohumlarının bir-birinə yaxın olmaları haqqında ayəyə gəldikdə isə, Allahın Kitabına uyğun olaraq, o, qohumların eyni dindən olması hallarına aiddir. Qohumlar müxtəlif dinlərə etiqad etdikdə, dini qardaşlıq qan qohumluğu qardaşlığına üstün gəlir.
İbn əl-Qeyyim özünün “Cəla əl-Əfhəm” adlı kitabında yazır: “Əm­la­kın irs üzrə ərlərdən onların qadınlarına keçməsindən deyil, ərlərdən onların arvadlarına keçməsini müəyyənləşdirən Allahın miras haqqında ayəsinin mənası üzərində düşün”. Uca Allah buyurur: “...zövcə­ləri­nizin... qo­yub getdikləri malın yarısı sizin­dir...” (Nisa, 4/12). Bu o deməkdir ki, ər-arvad bir-birinin mirasından hissə almaq hüququnu onların arasında qohumluq və oxşarlıq nəzərdə tutan ər-arvad olmaları sayəsində əldə edirlər. Möminlər və kafirlər arasında nə oxşarlıq və nə də qohumluq yoxdur və buna görə onlar bir-birilərinin əmlakına varis ola bilməzlər. Quranın sözlərinin və tərkibi söz birləşmələrinin sirri ən ağıllı insanlar tərəfindən belə tam mənada dərk edilə bilməz”.

Qulun əmlaka varis olması
Qullar miras qoymurlar və başqasının əmlakına da varis olmurlar. Birinci müddəa tamamilə aydındır, çünki qullar, varislərinə keçə biləcək mülkiyyətə malik olmurlar. Onların əlində olan bütün əmlak onların sa­hib­lə­rinə məxsusdur. Bununla yanaşı, onlar özgəsinin malına varis olmurlar, çünki əgər onlar miras alsalar, o da ağalarının mülkiyyəti olar ki, sonuncular mərhum üçün tamamilə yad adamdırlar.
Uca Allah buyurur: “... kişiyə, iki qadının pa­yı qədər pay düşür...” (Nisa, 4/11);
“...zövcə­ləri­nizin... qo­yub getdikləri malın yarısı sizin­dir...” (Nisa, 4/12);
“...vali­deyn­­ləri­nin hər birinə qoyub getdiyi ma­lının al­tıda bir hissəsi çatır...” (Nisa, 4/11). Bu və digər ayələrdən aydın olur ki, miras kimi varisə keçən əmlak onun mülkiyyətinə çevrilir. Qulların mülkiyyət hüququ olmadığı üçün miras da almırlar.
Lakin əgər kölə öz azadlığını qismən satın almışsa, onda o, azadlığı üçün ödədiyi məbləğə bərabər hissə qədər mirasdan pay ala bilər. O, onun üçün mirasda müəyyən edilmiş hissəni qəbul etmək haqqına malikdir və artıq qismən azad şəxsdir və mülkiyyət hüququna malikdir. Amma eyni zamanda o, qismən mülkiyyət hüququna malik olmayan kölə kimi qalır. O, azadlığı üçün məbləğin bir hissəsini ödədikdə, əmlaka varis olmaq və miras qoymaq hüququ qazanır, lakin o, azadlığa çıxmaq üçün zəruri olan və ödəmədiyi məbləğin miqdarına bərabər ona çatası mirasdan məhrum olur. Bütün hallarda belə qullara, onlar təriflənməyə və ya qınanmağa, mü­kafata və ya cəzalandırılmağa layiq olduqda müvafiq münasibət bəslə­nilir.

İkicinsli şəxslərin[3] əmlak varisliyi
İkicinsli şəxslər arasında kişi kimi seçilənlər, qadın kimi seçilənlər və qeyri-müəyyən şəxslər mövcuddur. Kişi və ya qadın kimi bilinənlərə aid hökmlər tamamilə aydındır. Birincilərə - kişilərə aid müddəalar və bu barədə nazil edilmiş bütün hökmlər tətbiq edilir. Sonunculara isə qadın­lara aid müddəalar və onlar barədə nazil edilmiş bütün hökmlər şamil edilir.
Əgər ikicinslilərin cəhətlərindən birinin üstünlüyünü ayırd etmək mümkün olmursa, əgər mirasın ona çatacaq payı kişi və qadın üçün eyni­dirsə, burada məsələ aydındır, məsələn, miras ana tərəfdən ögey qardaşlar və bacılar arasında bölündükdə. Yox, əgər onun miras payı kişi və qadın üçün fərqli olduqda və biz onun cinsi mənsubiyyətini hər ikisindən birinə şamil edə bilmiriksə, biz, başqa varislərin haqqında ədalətsizlik etməmək üçün ona kişiyə məxsus hissəni verə bilmərik, eynilə ona qadına məxsus hissəni də verə bilmərik, çünki onun özünə qarşı ədalətsizlik etmiş olarıq. Belə halda biz ədalətlə davranaraq ona kişi ilə qadının payları arasında orta bir pay verməliyik. Uca Allah buyurur: “...Ədalətli olun! Bu, təqva­ya daha yaxındır...” (Maidə, 5/8). Biz bu məsələni bundan da ədalətli həll edə bilmərik, Quran ayəsi də belə deyir: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...” (Bəqərə, 2/286). Başqa bir ayədə isə deyilir: “Nə qədər bacarırsınızsa, Allahdan qorxun...” (Təğabun, 64/16).

Babaya çatan miras
Mərhumun doğma qardaşları və bacılarının babaları olduqda onlara miras çatırmı? Allahın Kitabı, ata və babanın olmasının mərhumun doğma qardaşları və bacılarını və həmçinin onun atadan və ya anadan ögey qar­daş və bacılarını mirasdan məhrum etməsi barədə Əbu Bəkr Siddiqin (A.o.r.) dediyi fikri təsdiq edir. Bu onunla izah olunur ki, bir çox ayələrdə baba ata adlandırılır. Uca Allah buyurur: “Yoxsa siz Yaquba ölüm gəl­dikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atala­rının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edə­cəyik...” (Bəqərə, 2/133). Yusuf Peyğəmbər (ə) isə demişdir: “Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum...” (Yusuf, 12/38).
Allah babaları və ulu babaları ata adlandırır və buradan aydın olur ki, baba ata ilə bərabər hüquqlara malikdir. Atanın varis olduğu mirasa baba da varis olur və atanın mirasdan məhrum etdiyi qohumları, ata ölmüş olduqda, baba mirasdan məhrum edir. Mərhumun atasının ölmüş olduğu təqdirdə onun hüquqlarının babaya keçməsində alimlər həmrəydirlər. Əgər alimlər atanın ölmüş olduğu halda, babanın uşaqlar, qardaşlar, ba­cılar, əmilər və onların oğulları arasında mirasın bölüşdürülməsinə təsir göstərməsi və mərhumun ana tərəfdən qardaşları və bacılarını miras hü­ququndan məhrum etməsi haqqı ilə həmrəydirlərsə, onda niyə oğuldan olan nəvə doğma oğlun yerini tutduğu halda, baba atanın yerini tutmasın? Əgər alimlər mərhumun ulu babasının[4] doğma qardaşın oğlunu mirasdan məhrum etməklə razılaşırlarsa, onda niyə onun babası onun qardaşını mirasdan məhrum edə bilməsin? Babanın həyatda olduğu halda mirasın mərhumun qardaşlarına verilməsini iddia edən digər alimlərə gəldikdə isə, onlar bu rəylərini təsdiq etmək üçün heç bir aydın nassa, göstərişə və ya onlara işarə edən yaxın və ya oxşar mülahizələrə  əsaslana bilmirlər.

Varislər üçün müəyyən edilmiş payların bərabər hissələrlə azal­dıl­ması (aul)
Varislər üçün müəyyən edilmiş payların artırılması və azaldılması ilə bağlı məsələlər də Quran ayələrində açıqlanır. Uca Allah varislər üçün müvafiq paylar təyin etmiş, həmçinin onların bir birini mirasdan məhrum etməsini müəyyənləşdirmiş və başqalarına isə birlikdə varis olmaq haqqı vermişdir. Əgər varislərin bir qismi digərlərini mirasdan məhrum edirlər­sə, onda sonuncular əmlakın bölünməsində iştirak etmirlər və mərhumun mirasından heç nə almırlar. Varislər bir-birini bu hüquqdan məhrum etmə­dikdə isə, mirasın bölünməsinin üç variantı mümkündür: ya mirasın ancaq bir hissəsini təşkil edən müəyyən olunmuş varis payları və ya heç bir art­ma və azaltmaya məruz qalmayan bütün mirasdan ibarət müəyyən edilmiş paylar və yaxud da onlar üçün mirasın özündən artıq müəyyənləşdirilmiş paylar.
Birinci iki halda hər bir varis öz payını bütövlüklə alır, lakin varis­lər üçün təyin edilmiş paylar mirasdan çox olduqda, onda onu iki üsulla böl­mək olar. Onlardan birinci halda bəzi varisləri, Allahın onlar üçün təyin etdiyi payın bir hissəsindən məhrum edərək, qalan varislərə onlar üçün təyin olmuş payı bütövlüklə verə bilərik, amma bu halda bəzi varislər o birilərinə nisbətən əsassız üstünlük əldə edərlər, axı onların hamısı eyni dərəcədə öz paylarını almaq niyyətindədirlər. Buna görə bizə ikinci üsuldan istifadə etmək qalır ki, bu da mirasın varislərin payına müvafiq olaraq bərabər hissələrə bölünməsidir. Belə olduqda, vəziyyətdən çıxış yolu borclunun əmlakında borcverənlərin payının mütənasib olaraq azaldılmasıdır. Buradan aydın olur ki, varislərin paylarının uyğun şəkildə azaldılmasının qanuniliyi də Allahın Kitabında izah edilmişdir.

Mirasın qalan hissəsinin varislər arasında bərabər qaydada bölün­məsi (rədd)
Bu hökm ondan əvvəlkinin tam əksidir və varislər üçün təyin edil­miş paylar mirasın ancaq bir hissəsini təşkil etdikdə və əgər mərhumun kişi xətti ilə (əsabə) onun əmlakından qalan hissəni götürməyə haqqı olan nə yaxın və nə də uzaq qohumları olmadıqda qüvvəyə minir. Əgər belə hallarda yerdə qalan miras varislərdən birinə verilərsə, o, buna haqqı olmadan, başqa varislərdən üstünlük qazanar. Qalan hissəni mərhumun qan qohumu olmayan insanlara vermək həmçinin ədalətsizlik, haqdan kənara çıxma və Uca Allaha itaətsizlik göstərmə olardı, çünki O, buyurur: “...Qohumlar Allahın yazısına görə bir-birilərinə ... daha yaxındır­lar...” (Əhzab, 33/6). Buna görə, belə hallarda yeganə doğru yol – mirasın qalan hissəsinin varislər arasında onlar üçün müəyyən olunmuş paylara uyğun olaraq bölünməsidir.
Bəzi alimlər hesab edirlər ki, belə hallarda ər-arvad nəzərə alınma­malıdır, çünki onlar qan qohumu deyillər və Allahın onlar üçün müəyyən­ləşdirdiyindən artıq qəbul etməməlidirlər. Lakin mötəbər rəyə görə, mira­sın qalan hissəsinin bölüşdürülməsi zamanı ər-arvad başqaları ilə bərabər nəzərə alınmalıdır, çünki yuxarıda qeyd olunmuş dəlil bütün varislərə şa­mil edilir. Beləliklə, varislər üçün təyin olunmuş payların bərabər qay­da­da azaldılması dəlili ət-arvada da aiddir.

Mirasda payı olmayan və kişi xətti ilə (zavi əl-ərxəm) qohumluğu çatmayan qohumların əmlaka varis olmaları
Mərhumun mirasda payı təyin olunmuş qohumları və kişi xətti ilə qohumları (əsabə) olmadıqda, onun mirası ya tamamilə yad adamların xe­y­rinə müsəlman icmasına keçirilməli, ya da digər hallarda varis olmayan qohumların əlinə keçməlidir. Şübhəsiz ki, ikinci variant yeganə doğru ol­an­dır. Bunu təsdiq edən qərar Uca Allahın aşağıdakı dəlilidir: “...Qohum­lar Allahın yazısına görə bir-birilərinə ... daha yaxındırlar...” (Əhzab, 33/6).
Miras yad adamlar arasında bölüşdürülərsə, onda ona daha çox haqqı olanlar ondan məhrum edilərlər. Buna görə miras başqa hallarda mər­humun varisi ola bilməyən qohumlarına verilməlidir. Allahın Kitab­ın­da həmin qohumlar üçün mirasda müəyyən pay təyin edilməmişdir, lakin onlarla mərhum arasında qohumluq əlaqələri var idi və bunlara uyğun mi­rasdan öz paylarını almalıdırlar. Bu barədə ən yaxşı bilən Allahdır.

Kişi xətti ilə qohumların (əsabə) əmlaka varis olması
Mərhumun kişi xətti ilə qohumları onun oğulları, qardaşları, qar­daş­larının oğulları, əmiləri, onların oğulları və b. hesab edilir. 
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) de­mişdir: “Mirasın müvafiq hissələrini ona haqqı olanlara verin, bölüş­dü­rüldükdən sonra qalan bütün əmlak mərhumun yaxın qohumu olan ki­şi­yə verilməlidir”.
Uca Allah buyurur: “Hər kəs üçün valideynlərin və yaxın qoh­um­ların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik...” (Nisa, 4/33).
Əgər mirasın müəyyən paylar təyin edilmiş varislər arasında bölüş­dürülməsindən sonra mərhumun əmlakından heç nə qalmazsa, onda kişi xətti üzrə qalan qohumlar heç nə almırlar. Əgər əmlakın bir hissəsi va­rislərin mülkiyyətinə keçməyib qalarsa, onda o, mərhumun kişi xətti üzrə ən yaxın qohumu olan kişiyə, qohumluğun istiqamətləri və səviyyələri nəzərə alınmaqla verilir.
Qohumluğun kişi xətti üzrə yaxınlığı aşağıdakı ardıcıllıqla müəy­yən­ləşdirilir: oğullar, atalar, qardaşlar və onların oğulları, əmilər və onla­rın oğulları, azad edilmiş kölələrdən miras haqqına malik olanlar. Mirasın bölünməsi zamanı mərhumun bu sırada ən yaxın olan qohumuna üstünlük verilir. Əgər onlar eyni səviyyəli qohumlardırsa, onda üstünlük mövqeyi­nə görə mərhuma daha yaxın olana verilir. Əgər onlar mərhumla eyni səviyyədə yaxın olmuşlarsa, onda üstünlük ata və ana tərəfdən qan qo­humu olanlara verilir. Əgər onların mərhumla qohumluğu bütün meyarlar üzrə bərabər olarsa, onda onlar mirasın qalan hissəsində bərabər haqqa malik olurlar. Bu barədə ən yaxşısı Allaha məlumdur.

Anadan bir olmayan bacıların alacağı miras
Əgər mərhumun qızları və oğullarının qızları ilə yanaşı anadan bir olmayan bacıları da ona varis olurlarsa, onda qızları və oğullarının qızları onlar üçün təyin edilmiş paylarını alandan sonra yerdə qalan əmlakdan heç nə almırlar, çünki Quranın heç yerində, mərhumun qızları olduğu halda bacılarının irsdən məhrum edilməsindən bəhs edilmir. Əslində bu barədə daha yaxşı bilən – Allahdır. Buradan aydın olur ki, əgər mər­hu­mun qızları onlar üçün təyin edilmiş payı aldıqdan sonra mirasın qalan his­səsinə əl dəyilmirsə, onda mərhumun bacılarının ona haqqı var və o hissə, mərhumla kişi xətti üzrə daha uzaq qohum olan, məsələn, qardaşların oğullarına, əmilərə və ya daha uzaq qohum­lara keçməməlidir. Lakin bu barədə ən yaxşısını bilən Allahdır.

ﯖ  ﯗ  ﯘ  ﯚ  ﯛ  ﯜ  ﯝ   ﯞﯟﯠﯡﯢﯣ     ﯤﯥﯧﯨﯩﯪ  

(13) “Bunlar Allahın hüdud­ları­dır. Kim Allaha və Onun Elçi­si­nə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cən­nət bağla­rına da­xil edər. Bu, böyük uğurdur”.

Mirasın bölüşdürülməsi haqqında şərh olunan hökmlər Allahın hü­d­ud­larıdır. Onları aşmaq və onlara laqeyd münasibət bəsləmək olmaz. Bu­ra­dan aydın olur ki, Uca Allahın mirasda varislər üçün müəyyən paylar tə­yin etməklə vəsiyyətnamənin varislərin xeyrinə tərtib edilməsinə verilən icazəsi ləğv olunmuşdur. Əgər vəsiyyət edən vəsiyyətna­məsini, varislərin­dən təkcə birinin xeyrinə, ona çatası payı artırmaqla tərtib edərsə, onda o, Allahın hüdudunu aşmış olur. Muhəmməd Peyğəmbər (ona Allahın sala­vatı və salamı olsun) bu barədə demişdir: “Əmlakı bir varisin xeyrinə vəsiyyət etmək olmaz”.
Bunu xatırlatdıqdan sonra Allah Özünə və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) bütövlüklə itaət və itaətsizlik etmək barədə bildirir ki, mirasın bölünməsi zamanı Allahın hüdudlarına riayət edilməsi və ya edilməməsində Rəbbə itaətin və Ona itaətsizliyin təsa­dü­fi hal olmadığını vurğulasın. Əgər insan Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) ən vacib əmri olan tövhidə etiqad edirsə, əgər o, müxtəlif əhəmiyyət daşıyan qalan dini hökmlərə riayət edirsə, əgər o, ən böyük haramlardan olan məxluqlara ibadət etmək qadağasını poz­mur­sa və müxtəlif ağırlıq dərəcələri olan digər günahlardan çəkinirsə, onda o, çaylar axan Cənnət bağlarına düşəcək və əbədi olaraq orada qalacaqdır. Hər bir şəxs dinin tələblərini yerinə yetirirsə və günahlardan çəkinirsə, mütləq Cənnətə düşəcək və odlu-alovlu Cəhənnəmdən xilas olacaqdır. Bu, əbədi səadətdir və onu sözlə təsvir etmək mümkün deyil.

ﯫ  ﯬﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ    ﯲﯳﯴﯵ  ﯶﯷﯸ  

(14) “Kim Allaha və Onun El­çi­sinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna va­sil edər. Onun üçün alçaldıcı bir əzab vardır”.

Burada asilik (itaətsizlik) dedikdə, həm kafirlik və həm də ondan daha az ağır günahlar başa düşülür. Amma bu müddəa, xəvariclərə əsas vermir ki, itaətsizlik göstərən hər bir kəsi kafir saysınlar. Uca Allah bildi­rir ki, əgər insan Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edərsə, Cənnət bağlarına daxil edilər, əgər o, Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaətsizlik edərsə, Cəhənnəmə düşər. Bu o deməkdir ki, əgər insan öz Rəbbinə tamamilə mü­ti­dirsə, o, Cənnətə girəcəkdir və cəzalandırılma­yacaqdır. Əgər o, Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) tamamilə itaətdən çıxaraq, Ona şərik qoşarsa və bundan az ağır günahlar da işlədərsə, Cəhənnəmə atılar və orada əbədi qalar. Əgər o, bəzən Allaha itaət edir və bəzən də Onun hökmlərini yerinə yetirmirsə, onda o, yaxşı əməllərinə və törətdiyi günahlara uyğun olaraq həm mükafata layiq görüləcək və həm də cəzalandırılacaqdır. Çoxsaylı müqəddəs nasslardan aydın olur ki, insan tövhidi pozmadan Allaha itaət etdikdə, o, Cəhənnəmdə əbədi olaraq yan­dı­rılmayacaq, çünki Tək Allaha iman gətirməsi onu əbədi işgəncələrdən xilas edəcəkdir.
ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ    ﭗ  ﭘ  ﭙ  ﭛ  ﭜ  ﭝ  ﭞ       ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ    ﭨ 
(15) “Zinakarlıq edən qadın­ları­nıza qar­şı özünüzdən dörd şa­hid çağırın! Əgər onlar şa­hid­lik etsə­lər, o qadınları, ölüm onların hə­yatına son qoyana­dək və yaxud Allah onlar üçün bir yol aça­nadək evlərindən bayıra buraxmayın”.

Əgər sizin arvadlarınız zinakarlıq kimi bir çirkin və iyrənc qəbahə­tə yol ver­miş­lərsə, onların əleyhinə öz aranızdan dörd nəfər ədalətli və mö­min kişini şahid çağırın. Əgər şahidlər bunu təsdiq etsələr, onda onları ev­lərinizdən çıxmağa qoymayın, çünki onların evdən bayıra çıxması on­ların sadiqliyinə şübhə doğurur. Belə həbs üsulu cəza növlərindən biridir və onun müddəti ölüm etibarsız arvadlarınızın həyatına son qoyana­dək və yaxud Allah onlar üçün başqa bir cəza təyin edənədək davam edəcək.
Bu ayə ləğv olunmuş sayılmır, çünki Allah ayədə xatırlanan hökmü zinakarlar haqqında başqa bir cəza müəyyən edilənə qədər qüvvədə sax­layır. Bu hökm İslamın yayıldığı ilk illərdə qüvvədə idi, lakin sonradan nikahlı olan zinakar kişiləri və zinakar qadınları daşqalaq etmək, heç vaxt nikahda olmayan zinakar kişiləri və zinakar qadınları isə yüz qamçı vur­maqla cəzalandırmaq əmri verir.
ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭮ  ﭯ      ﭰ  ﭱ  ﭲ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ     ﭹ 

(16) “Aranızda belə yaramaz iş tu­tan­la­rın hər ikisinə əziyyət ve­rin. Əgər töv­bə edib əməl­lərini islah etsələr, onlardan əl çəkin. Həqi­qətən, Allah tövbə­ləri qə­bul edəndir, Rəhmlidir”.

Əgər müsəlman kişi və müsəlman qadın belə bir rəzil əmələ yol verərlərsə, onların hər ikisi cəzalandırılmalıdır. Onları qınamaq, rüsvay et­mək və cismani cəzaya məruz qoymaq lazımdır ki, belə cinayəti təkrar­la­maqdan əl çəksinlər.
Deyilənlərdən aydın olur ki, əzəldən zinakarlıq edən kişiləri cəza­landırardılar, qadınları isə ev dustağı edərdilər. Ev dustağının müddəti qadın ölənədək davam edirdi, kişini isə cəzalandırmaqda davam edər və onu o tövbə edənə və əməlisaleh insan olana qədər qınayardılar. Əgər hər iki zinakar etdikləri cinayətlə əlaqədar tövbə etsəydilər, etdiklərinin peş­mançılığını çəksəydilər, qəti olaraq bu günahı bir daha təkrar etməsəydilər və xeyirxah əməllərlə məşğul olsaydılar, bu, onların tövbəsinin səmimi­liyinə dəlil olardı və belə halda müsəlmanlara əmr olunmuşdu ki, daha onlara əziyyət verilməsin, axı Allah günahkarlara onların bir çox günahlarını bağışlayır və O, Böyük Mərhəmət Sahibidir. Onun xeyirxahlıqlarının təzahürlərindən biri də Onun günahkarları tövbə etməyə ruhlandırması, onların tövbəsini qəbul etməsi və törətdikləri günahlarını bağışlamasıdır.
Bu və bundan əvvəlki ayələrdən aydın olur ki, zinakarlıqda günah­landırmaq üçün dörd mömin kişinin şahidlik etməsi tələb olunur. Şübhəsiz ki, onların hamısı ədalətli insanlar olmalıdırlar. Uca Allah bu çirkin əməl­də təqsirləndirməni mürəkkəbləşdirmişdir ki, qullarını müdafiə etsin. Bu məqsədlə O, əmr edir ki, əgər kişilərin sayı dörd nəfərdən az olsa da, on­larla bərabər qadınların şahidliyi qəbul edilməsin.
Səhih hədislərdən məlumdur ki, şahid şəhadət verəndə onu aydın tələffüz etməlidir. Ayədə buna bir eyham vardır: “Zinakarlıq edən qadın­ları­nıza qar­şı özünüzdən dörd şahid[5] çağırın!...” (Nisa, 4/15).
Lakin Allah bununla qane olmayaraq, yenə buyurur: “...Əgər on­lar şa­hid­lik etsə­lər, o qadınları, ... evlərindən bayıra buraxmayın” (Nisa, 4/15). Bu o deməkdir ki, zinakarlıqda ittiham etmək üçün şahidlər göz­ləri ilə gördüklərinə, ikibaşlı sözlərdən, işarələrdən və obrazlı ifadə­lər­dən istifadə etmədən şəhadət verməlidirlər.
Bu ayələrdən həmçinin aydın olur ki, Allah insanları bəzi cinayət­lərdən çəkindirmək üçün sözlə qınanmanı, cismani cəzanı və həbs etməni qanuniləşdirmişdir.

ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ   ﮁ           ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮋ    ﮌ  ﮍ  ﮎ  ﮏ 

(17) “Allah ancaq o kəslərin töv­bələ­ri­ni qəbul edir ki, onlar avam­lıqları üzün­dən pis iş gör­dükdən sonra tezliklə töv­bə edirlər. Allah onların tövbələ­rini qəbul edər. Həqiqətən, Allah Bilən­dir, Müdrikdir”.

ﮐ  ﮑ  ﮒ      ﮓ  ﮔ  ﮕ  ﮖ   ﮗ  ﮘ  ﮙ      ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢ   ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ 

(18) “. Günah işlər görməkdə da­vam edən­lərdən birinə ölüm gəl­diyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qə­bul deyil­dir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq”.

Allah tövbə edənləri iki dəfə bağışlayır: onları tövbə etməyə ruh­landıranda və onların tövbələrini qəbul edəndə. Öz səxavəti və mərhəməti sayəsində O, Özünə cahilliyi üzündən cinayət törədən və tez də tövbə edən günahkarların tövbələrini qəbul etmək vəzifəsi götürmüşdür. Belə nadanlar günahlarının bəd nəticələr verəcəyini və insanı Allahın qəzəbinə düçar edəcəyini və onu əzab-əziyyətə məruz qoyacağını unudurlar. Onlar yaddan çıxarırlar ki, O, daima onlara nəzarət edir, cinayətlər imanı zəif­lədir və hətta onu tamamilə məhv edir. Hər hansı asi olan şəxs, atdığı ad­dımın qadağan olması ona məlum olsa belə, sözün əsil mənasında cahil­dir. Əgər insan etdiyi hərəkətin qadağan olunduğunu bilmirsə, onda o, asi sayılmır və cəzalandırılmır.
Belə bir rəy var ki, tezliklə tövbə etmək adı altında insanın ölümlə üz-üzə gəlməsi an gəlib çatmamış tövbə etməsi nəzərdə tutulur, çünki Allah, öz gözləri ilə ölümü və ya cəzanı görməmişdən tövbə edənin töv­bə­si­ni qəbul edir. Əgər insan etdiyi günahlardan ötrü ölüm ayağında tövbə edib kafirlikdən əl çəkirsə, Allah onun tövbəsini qəbul etmir. Məhz buna görə ölüm qabağı tövbə, ucadan: “...İsrail oğullarının iman gətirdiklə­rindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!”  (Yunis, 10/90) – deyən  Firona xeyir vermədi.
Uca Allah buyurur: “Onlar əzabımızı daddıqda: “Biz Vahid Allaha iman gətirdik, Ona ortaq qoşduqlarımızı isə inkar edirik! Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar” (Ğafir, 40/84-85).
Tövbə kafirlik həddinə çatmayan cinayətləri törədənlərə və törət­dik­ləri günahları can verərkən tövbə edənlərə fayda vermir. Tövbə həmçi­nin ölməkdə olan kafirlərə də fayda vermir, çünki belə vəziyyətdə o, məcburən edilir və faydasız olur. Tövbə o vaxt faydalı olur ki, insan onu öz arzusu ilə edir.
Digər bir təfsirə görə, tez tövbə dedikdə, günah işlətdikdən dərhal sonra peş­mançılıq nəzərdə tutulur ki, bu da insanı tövbə etməyə vadar edir. Buradan aydın olur ki, Allah, günah işlədəndən az müddət keçəndən sonra, etdiklərinə təəssüflənərək, peşman olub tövbə etməyi ləngitməyən­ləri bağışlayır. Belə insan öz qüsurlarından xilas olmaq istəməyənlərdən və günahlar onların ayrılmaz xislətinə çevrilənədək onları davam etdirən­lərdən fərqlənir. Bu baş verdikdə, günahlar onlara layiqincə tövbə etməyə imkan vermir. Belə insanlara Allah, adətən, günahlarına görə tövbə et­məkdə kömək göstərmir və tövbəyə doğru onların yolunu asanlaşdırmır. Bu tale, cinayəti şüurlu surətdə törədən günahkarlara, Allahın onlara nəza­rət etdiyinə laqeyd yanaşanlara və öz qarşısında Allahın mərhəmət qapı­sını bağlayanlara nəsib edilir.
Şübhəsiz ki, bəzən Allah şüurlu surətdə və inadla günah işlədən qullarını da tövbə etməyə ruhlandırır. Bu tövbə onlara fayda verir, onların əvvəlki yaramaz əməllərini yuyur və əvvəllər törətdikləri cinayətlərini bağışlayır. Lakin Allahın mərhəməti və yardımına layiq olmaq tövbəsini ləngitməyənlər üçün daha asandır.
Allahın gözəl adları arasında – Bilən və Müdrik adları vardır. Öz biliyi əsasında O, həqiqi tövbə edənləri də, qeyri-səmimi olanları da tanı­yır və buna görə hər bir adam layiq olduğu əvəzi alır. Öz müdrikliyi sayə­sində O, hikmətlə davranaraq və iltifat göstərərək bəzilərini tövbə etməyə ruhlandırır, bəzilərilə isə müdrikcəsinə və ədalətlə rəftar edərək, onları yardımından məhrum edir. Bu barədə ən yaxşısını bilən Allahın Özüdür.
ﮪ  ﮫ      ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯖ    ﯗ    ﯘ  ﯙ   ﯚ    ﯛ  ﯜ   ﯝ  ﯞ  ﯟ   ﯠ  ﯢ  ﯣ  ﯥ  ﯦ  ﯧ   ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰ  

(19) “Ey iman gətirənlər! Qa­dın­lara zor­la varis çıxmaq sizə halal deyildir. Qa­dınlar açıq-aşkar ya­ramaz bir iş gör­mə­­yin­cə, on­lara verdiklərinizin bir his­səsini geri almaq üçün on­ları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­­la­­madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun”.

Cahiliyyə dövründə kişi öldükdən sonra arvadı qalardısa, qardaş­ları, əmisi oğulları və digər qohumları belə hesab edərdilər ki, onlar mər­humun dul qadınına başqalarından daha çox haqq sahibidirlər. Onlar, onun istəyindən asılı olmayaraq, onu öz himayələrinə götürərdilər. Əgər dul qadın mərhumun qohumunun xoşuna gələrdisə, onunla evlənər və ona mehr verərdi. Qadın onun xoşuna gəlməyəndə, onunla kobud rəftar edər və onun üçün seçdiyi adama onu ərə verərdi. O, qadından mərhum ərinin və ya mehrinin əmlakının bir hissəsini almadıqca, onu ərə verməyə bilər­di. Cahiliyyə dövründə ərlər də arvadları ilə kobudcasına rəftar edərdilər ki, onların mehrinin bir hissəsini əllərindən alsınlar.
Allah belə hərəkət etməyi möminlərə qadağan edir və həmin hal­lardan ancaq ikisinə yol verilir: birincisi, əgər dul qadın mərhum ərinin qohumuna ərə getməyə razı olarsa, ona onunla evlənməyə icazə verilir, çünki Allah dul qadınlara ancaq onların iradəsi əleyhinə evlənməyi qada­ğan edir; ikincisi, əgər qadın zina edibsə, əgər o, nalayiq sözlər işlədirsə və ərini incidirsə, onda ərinə onunla, törətdiyi bəd əməllərinə görə cəza kimi kobud davranmağa icazə verilir, amma bu cəza ədalətli olmalıdır.
Sonra Allah ərlərə öz arvadları ilə ləyaqətlə dolanmağı əmr edir və bu hökm bütün yaxşı sözlərə və ləyaqətli əməllərə aid edilir. Buna görə ərlər öz arvadları ilə yaxşı davranmalı, onlara əziyyət verməməli, onlara yaxşılıq etməli, onlarla özünü xoşrəftar aparmalıdır. Bura həm də onlar üçün geyim almaq və digər ehtiyacları üçün maddi vəsait sərf etmək da­xil­dir, özü də hər bir kişi arvadlarını öz vəziyyətinə və arvadlarının vəziy­yətinə uyğun, yaşadıqları dövrün və ölkənin adət-ənənələrinə müvafiq olan tərzdə təmin etməlidir. Şübhəsiz ki, bu vəzifələr çoxsaylı şərtlərdən asılıdır.
Daha sonra Allah ərlərə müraciət edərək bildirir ki, ərlər arvadla­rını, hətta onlar­dan xoşları gəlməsə belə, öz yanlarında saxlamalıdırlar, çünki bunda onlar üçün böyük xeyir vardır. Bu xeyir insanın Allaha itaət etməsi və Onun nəsihətlərini qəbul etməsi ilə bağlıdır ki, bu da öz növbə­sində, həm bu dünya və həm də ölümdən sonrakı Axirət həyatında xoş­bəxtliyin rəhnidir. Bu xeyir həm də onunla bağlıdır ki, insan, arvadını sev­məməsinə baxmayaraq, ailəsini saxlamağa çalışdıqda, öz hisslərini cilov­la­dıqda, gözəl əxlaqi keyfiyyətlərə nail olur. Zaman ötüşdükcə onun arva­dına qarşı sevgisiz münasibəti aradan qalxa bilər və yerini mehribanlıq və qarşılıqlı anlaşma tuta bilər. Belə hallar nadir deyil. Elə də ola bilər ki, ar­vad onun üçün mömin bir övlad dünyaya gətirər və o da öz valideynlərinə həm bu dünyada və həm də Axirət həyatında xeyir verər.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ   ﭘ  ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭟ    ﭠ  ﭡ  ﭢ  ﭣ 

(20) “Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsə­niz, on­lardan birinə yı­ğın-yığın mal vermiş olsanız belə, heç bir şey geri al­mayın! Məgər ver­di­yi­nizi böhtan atmaq və açıq-aş­kar günah işlət­məkləmi geri alacaqsınız?”

Öncəki ayədə deyilənlərin hamısı kişinin ləyaqətsiz hərəkətlər et­mədən öz arvadını saxlaya bilməsi hallarına aiddir. Əgər ər-arvada ayrıl­maq zəruridirsə, əgər onların ailəni saxlamaq ehtimalı qalmayıbsa, onda ər arvadını saxlamamalıdır. Bundan başqa, əgər o, arvadı ilə boşanmaq və digər qadınla evlənmək niyyətindədirsə, onda o, belə bir addım atmaqda azaddır və bu zaman günah etmir. Əgər o, əvvəlki və ya yeni arvadına bö­yük sərvət vermişdirsə, onda ona onun hətta bir hissəsini geri almaq belə qadağan edilir. Əksinə, o, arvadına, ona çatası mehir əmlakını bütövlüklə verməli və bunu ləngitməməlidir.
Bu ayə böyük mehrin təyin olmasının qadağan olmadığına dəlalət edir, amma müsəlmanlar üçün daha yaxşı və layiqli olardı ki, kiçik mehir təyin etmiş Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) nümunə götürəydilər. Allah belə bir şeyin ola biləcəyi haqqında xəbərdarlıq etmiş­di və buna görə insanları qınamırdı və, bu isə o deməkdir ki, böyük mehir istəmək qadağan edilməmişdir. Lakin əgər bu cür rəftar edildikdə insan­ların dininə zərər dəyərsə və dəymiş ziyanı ödəyə biləcək xeyri olmazsa, belə etmək qadağan olunur.
Sonra Allah bildirir ki, mehri arvadından almaq yalan və günah əməldir. Ərlərə belə bir imkan verilməmişdir, əgər onlar bu məqsədlə müxtəlif hiylələrə əl atsalar da, onların günahı açıq-aşkar bilinəcəkdir. Uca Allah bu qadağanın hikmətini aşağıdakı ayədə verir:

ﭤ  ﭥ  ﭦ  ﭧ    ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ    ﭮ  ﭯ 

(21) “Onu necə geri ala bilər­siniz ki, siz bir-birinizlə yaxın­lıq etmiş­diniz və onlar da siz­dən möhkəm əhd-peyman al­­mışdılar?”

Ayənin mənası ondadır ki, nikaha qədər kişi üçün haram olan qadın, ancaq müəyyən edilmiş mehri aldıqdan sonra onun arvadı olmağa razılıq vermişdir və əgər kişi onun yanına daxil olub, kişi üçün yolverilməz olan və ancaq müvafiq qarşılıq müəyyənləşdirildikdən sonra, qadınla cinsi əlaqəyə giribsə, onda o, istədiyini əldə etmişdir və deməli şərtləşdirilmiş mükafatı verməyə borcludur. Necə ola bilər ki, əvəzini  mütləq verməli olduğu şeyi geri alsın və sonra da onu verməkdən boyun qaçırsın? Əgər o belə etsə, ən böyük zalımlıqlardan birini etmiş olar. Onun günahının ağırlığı həm də nikaha daxil olduğu zaman arvadı ilə bağlı öz vəzifəsini layiqincə yerinə yetirəcəyinə Allah qarşısında söz ver­məsi ilə dərinləşir.

ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ   ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭼ      ﭽ  ﭾ  ﭿ    ﮀ  ﮁ  ﮂ 

(22) “Olub-keçənlər istisna ol­­maqla bun­dan sonra atalarını­zın evlənmiş ol­du­ğu qadınlarla evlən­məyin. Həqi­qətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və mur­dar bir yoldur”.

Atalarınızın, babalarınızın və yüksələn xətlə digər birbaşa əcdad­la­rınızın evlənmiş olduqları qadınlarla evlənməyin. Belə hərəkət iyrəncdir və o, Allahın və məxluqların insana nifrət etməsinə səbəb olur. Bundan başqa, o, oğulun ataya və atanın oğula ədavət bəsləməsinə əsas olur, halbuki onların hər ikisinə bir-birinə xeyirxahlıq etmələri əmr olunmuş­dur. İnsan belə davrandıqda pis yola qədəm qoyur, cahillik dövrünün adətlərinə qayıdır. İslam bizə onlardan əl çəkməyi əmr etmişdir.

ﮃﮄﮅ  ﮆﮇ  ﮈ  ﮉ  ﮊ   ﮋ  ﮌ  ﮍ  ﮎﮏ  ﮐ  ﮑﮒ  ﮓ  ﮔ  ﮕ       ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ      ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣ      ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ      ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ      ﮰ ﮱﯓﯔﯖ  ﯗ  ﯘﯙ  ﯚﯛ  

 (23) “Sizə analarınız, qız­ları­nız, bacıla­rı­nız, bibiləriniz, xala­la­rı­nız, qardaş qız­ları, bacı qız­ları, sizi əmizdirən süd ana­ları­nız, süd bacılarınız, arvad­ları­nızın ana­ları, yaxınlıq etdiyiniz qadınlarını­zın himayənizdə olan ögey qızları – yox əgər o qadın­larla yaxınlıq et­məmiş­si­niz­sə, onda bu (ögey qız­larınızla ev­lən­mə­yiniz) sizə gü­nah deyil­dir, öz beli­niz­dən gə­lən oğulla­rınızın arvadları ilə ev­lən­mək və iki bacını birlikdə al­maq ha­ram edildi. Olub-keçənlər isə artıq keç­mişdir. Həqiqətən, Allah Bağışlayan­dır, Rəhmlidir”.

Bu gözəl ayədə ər və ya onun arvadı ilə qohumluğu olan və onlarla evlənməyin qadağan edildiyi qadınlardan; eyni zamanda evlənməyə yol ve­rilməyən qadınlardan və nikah bağlamağa icazə verilən qadınlardan bəhs edilir.
Qan qohumluğuna görə, onlarla evlənməyə yol verilməyən qadınlar yeddi qrupa bölünür – analar və yüksələn xətlə digər birbaşa valideynlər; qızlar və enən xətlə qalan birbaşa törəmələr; ata tərəfdən və ya ana tərəfdən doğma bacılar və ögey bacılar; atanın, babanın və ya yüksələn xətlə digər valideynlərin bacıları ; ananın, nənənin və yüksələn xətlə digər valideynlərin, əmlaka varis olmalarından asılı olmayaraq, bütün bacıları; qardaşların qızları və bacıların qızları və həmçinin onların enən xətlə birbaşa törəmələri.
Bu yeddi qrupdan ibarət olan qadınlar kişilərin onlarla evlənməsi qadağan olan qan qohumlarıdır. Belə nəticə bu gözəl ayədən hasil olur və alimlər bu məsələ ilə əlaqədar yekdildirlər. Yerdə qalan qadın  qan qoh­um­ları, o cümlədən, ata və ya ana tərəfdən əmilərin, bibilərin, xalaların, dayıların qızlarına Uca Allahın aşağıdakı sözləri şamil edilir: “...Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən evlənməyiniz sizə halal edildi...” (Nisa, 4/24).
Süd qohumluğuna görə evlənmək qadağan olunan qadınlardan Uca Allah təkcə süd analarını və süd bacılarını qeyd edir. Kişi öz süd anası ilə evlənmək haqqına malik deyil, hərçənd süd qadının deyil, ərinin mülkiy­yə­tidir. Buradan aydın olur ki, süd anasının əri, əmizdirilmiş uşağın süd atası olur. Əgər süd anası və süd atası müəyyən edilmişsə, onda süd vali­deynlərinin qardaşları və bacıları və həmçinin yüksələn və enən xətlər üz­rə birbaşa qohumları əmizdirilən uşağın süd qohumları olurlar.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Qan qohumluğu ilə bağlı olan bütün qadağalar həmçinin süd qohumluğuna da şamildir”. Süd qohumluğu ilə bağlı qadağalar, qan qohumluğu ilə bağ­lı olan qadağalar kimi, süd valideynlərinin qohumlarına da aiddir, amma süd uşaqlarının qohumları arasında onlar təkcə uşaqların törəmələrinə aiddir. Lakin süd qohumluğunun vacib şərti uşağın həyatının ilk iki ili ərzində beş dəfə əmizdirilməsidir ki, Sünnədə bunun aydın dəlili vardır.
Kişinin, arvadı ilə qohumluğuna görə evlənməsi qadağan olunan qadınlar dörd qrupa bölünür: atanın və yüksələn xətt üzrə birbaşa valid­eyn­lərin arvadları, oğulların və enən xətt üzrə, onlara mirasın düşmə­sin­dən asılı olmayaraq, birbaşa törəmələrin arvadları və həmçinin arvadla­rının anası və onların yüksələn xətt üzrə birbaşa valideynləri. Bu üç qrup qadınlar nikah bağlandıqdan dərhal sonra kişilər üçün haram olurlar. Dördüncü qrupa arvadların qızları və həmçinin onların enən xətt üzrə birbaşa törəmələri daxildir; kişilər üçün onlar, arvadları ilə birləşən kimi, haram olurlar, çünki Allah anaları ilə yaxınlıq etmiş kişilərin himayəsində olan qızlıqları ilə evlənməyi ögey atalara qadağan etmişdir.
Əksər alimlər qızlığın ögey atanın himayəsi altında olmasının, onsuz da, hökmü­n mənasına təsir göstərməyən bir hal hesab edirdilər, çünki ögey atanın ögey qızı ilə evlənməsi qadağandır, hətta o, onun hi­ma­yəsi altında olmasa da. Lakin bu şərtlərin xatırlanması bizə iki faydalı nəticə çıxarmağa imkan verir.
Birincisi, ögey qızlarla evlənmək ona görə qadağandır ki, onlar doğma qızların yerini tuturlar, onlarla evlənmək isə murdar iş görməkdir. İkincisi, ögey ataya ögey qızı ilə bir yerdə qalmağa icazə verilir, çünki ögey qızlar, doğma qızlar və kişinin himayəsi altında olan bütün başqa qadınlar kimidirlər. Bu barədə ən yaxşısını bilən Allahdır.
Eyni vaxtda bir-neçəsi ilə evlənməyə yol verilməyən qadınlara gəldikdə isə, Uca Allah belələrindən təkcə iki bacını göstərir. Allah eyni zamanda iki bacı ilə evlənməyi qadağan etmişdir, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə eyni zamanda qadınla və onun xalası və ya bibisi ilə evlənməyi qadağan etmişdir. İki qadın arasında mövcud olan yaxın qohumluq əlaqəsi kişiyə və qadına evlənməyə imkan vermədiyi halda, kişiyə onlarla eyni zamanda evlənmək qadağan edilir, çünki belə nikahlar qohumluq əlaqələrinin qırılmasını nəzərdə tutur.

  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ   ﭚ  ﭛ  ﭜ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ       ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭪ  ﭫ  ﭬ     ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭲ   ﭳ  ﭴ   ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭼ  ﭽ  ﭾ       ﭿ   ﮀ  ﮁ 
(24) “Sahib olduğunuz cariyə­lər istis­na olmaqla, ərli qadın­ları al­maq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belə­dir. Bunlardan başqaları ilə, öz malı­nızla, nikah et­mək­lə, zina­kar­lı­ğa yol vermədən, ev­lənməyiniz sizə ha­­lal edildi. Evləndiyiniz qadın­lardan zövq aldığınıza görə on­lara, vacib bu­yu­rul­muş mehrləri­ni verin. Bu mehir müəy­yən edildik­dən sonra öz aranızda razı­laşdığı­nız şeyə görə sizə heç bir gü­nah olmaz. Həqiqətən, Allah Bilən­dir, Müd­­rikdir”.

Kişilərə evli qadınlarla evlənmək qadağan edilmişdir. Heç kimə, hələ evli olan qadınla evlənməyə yol verilməyib və əri onu boşadığını elan etdikdən və boşanma üçün müəyyən edilmiş müddət bitdikdən sonra bu qa­dağa götürülür. Bu qaydadan istisna təşkil edən müsəlmanlara əsir dü­şən qadınlardır. Buna görə, əgər evli kafir qadın müsəlmanlara əsir dü­şər­sə, onun sahibinə, qadının hamilə olmamasına əmin olmaq üçün mü­əyyən olunmuş müddət keçdikdən sonra, onunla cinsi yaxınlıq etməyə icazə verilir. Əgər ərli kölə qadın satılıbsa və ya başqa birisinə hədiyyə edilibsə, onun nikahı pozulmur, çünki onun yeni sahibi onun əvvəlki sahibinin yerini tutur. Bunun dəlili Bariranın əhvalatıdır. Peyğəmbər (ona Allahın sala­vatı və salamı olsun) ona öz taleyini özünün müstəqil sürətdə müəy­yən­ləşdirməsinə imkan verdi. Allahın hökmü belədir və müsəlman­lar ona ri­a­yət etməli və onu rəhbər tutmalıdırlar, çünki o, şəfa və aydınlıq gətirir və halalla haramı izah edir.
“Sifah” (“əxlaqsızlıq”) safaha (axıtmaq) felindən törəmişdir, çünki zi­nakar öz mayesini icazə verilən yerdə deyil, qadağan olunan yerdə axı­dır. Belə addım atdıqda, kişi öz arvadını zinakarlıqdan qorumur, çünki o, öz şəhvətini qadağan olunmuş qaydada təmin edir və icazəsi olduğu qadınına həvəs göstərmir. Bu ayədən aydın olur ki, müsəlmanlar ismətini saxlamayanlarla nikah etməməlidirlər. Uca Allah buyurur: “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir” (Nur, 24/3).
Sonra Allah bildirir ki, ər arvadını, ondan məmnun qaldığına görə, mükafatlandır­malıdır. Arvadına hədiyyələr bağışlayaraq, ər onu ondan əl­də etdiyinə görə bəxşişlərlə təmin edir və buna görə də, zövcəsi ilə yax­ınlıq etdikdən sonra, mehrin verilməsi tam mənada ərin vəzifəsinə çevrilir.
Allah bu mükafatı müəyyən olunmuş adlandırır, çünki o – fərzdir və insanın öz istəyi ilə verdiyi və verməyə də biləcəyi könüllü ianələrə aid edilmir. Başqa bir şərhə görə, o mükafat müəyyən olunmuş ona görə ad­landırılır ki, insanlar onun ölçüsünü özləri təyin edirlər və bundan sonra o, məcburi olur və azaldıla bilməz. Əgər vacib mükafatın ölçüsü təyin edil­dikdən sonra ər öz xoşu ilə mehrin ölçüsünü artırmaq istəyərsə və ya ar­vad alicənablıqla mehrinin bir hissəsini ərinə güzəştə gedərsə, onlar günah işlətmiş olmazlar. Quran təfsirçilərinin çoxu bu rəyə tərəfdar olmuşlar.
Bir çoxları elə hesab edirdilər ki, bu ayə İslamın təşəkkül tapmağa başladığı ilk illərdə qısa müddət ərzində icazə verilmiş müvəqqəti nikahla (siğə ilə) əlaqədar nazil edilmişdir və sonra isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onu qadağan etmişdir. Həmin şərhçilərə görə, kişi qadınla müvəqqəti nikah bağlayarkən (siğə edərkən) onun müddətini və mükafatının ölçüsünü müəyyən etməlidir və əgər onun müddəti keçən­dən və mükafatı veriləndən sonra, kişi və qadın hər ikisinin razılığı ilə yeni razılıq əldə etsələr (müvəqqəti nikah bağlasalar), onlar günah et­məz­lər[6]. Bunu ən yaxşı bilən Allahdır.
Allah kamil və həddi-hüdudu olmayan biliklərə və qüsursuz müd­rikliyə malikdir. Ö, Öz biliyi və müdrikliyi sayəsində insanlar üçün qa­nun­­lar yaratmış və halal və haram arasında hədd qoymuşdur.

ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ     ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ    ﮐ  ﮑ  ﮓ  ﮔ  ﮕ  ﮗ  ﮘ   ﮙ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ    ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ   ﮦ  ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ   ﮭ  ﮮ    ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯖ  ﯗ   ﯘ   ﯙ  ﯚ  ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯡ  ﯢ  ﯣ    ﯤ 
(25) “Sizlərdən hər kəs maddi im­kanı olmadığına görə azad mö­min qadın­lar­la evlənə bil­mirsə, onda sahib olduğu mö­min kəniz­lər­dən alsın. Allah sizin ima­nınıza daha yaxşı bə­ləddir. Siz bir-biriniz­dən­si­niz. Bu kənizlər namusunu qo­ru­yan, zinakarlıq etməyən və aşna sax­lamayan qadınlardırsa, on­larla sa­hib­lərinin icazəsi ilə ev­lənin və mehr­lə­ri­ni şəriətə mü­vafiq qayda­da verin. Əgər ərə getdikdən sonra zina etsə­lər, onlara, azad qadın­lara veri­lən cəzanın ya­rısı tətbiq edi­lər. Kənizlərlə evlənmək sı­xın­tıya düşməkdən və ya zina etmək­dən qor­xanlarınız üçündür. Amma səbirli ol­sanız, bu sizin üçün daha yaxşı olar. Allah Bağış­layandır, Rəhmlidir”.

Əgər kişi azad mömin qadına mehir vermək üçün kifayət qədər vəsaitə malik deyilsə və zina edəcəyindən və ya ağır vəziyyətə düşəcə­yin­dən qorxursa, onda ona mömin kənizlə evlənməyə icazə verilir.
İnsanlar bir-birilərinin imanlı olmasını zahiri görünüşünə görə mü­əyyən edirlər, lakin Allah kimin həqiqi iman sahibi olduğunu, kiminsə dindar olmadığını hamıdan yaxşı bilir. Dünyəvi qərarlar insanların bacar­dığı həmişə müşahidə aparmaq qabiliyyətinə əsaslanır, amma Axirət hə­yatında bütün qərarlar insanların baxışlarından gizli qalanlara əsaslana­caqdır.
Kişi, kənizin, əgər o, bir ağaya məxsusdursa, sahibinin icazəsi ilə, əgər o, bir-neçə ağaya məxsusdursa, onların icazəsi ilə onunla evlənə bilər. Bu zaman o, zövcəsinə layiqli mükafat verməlidir, çünki mehir təkcə azad qadına verilmir; kənizlə nikah bağlandıqda da ona mehir veri­lir. Lakin, bakirə olmayan kənizlə evlənmək qadağan edilir. Mömin olan şəxs məlum olan əxlaqsız və ya gizli aşnası olan qadınla evlənə bilməz.
Bir sözlə, azad müsəlmanın, Allahın buyurduğu dörd şərti yerinə yetirmədikdə, kənizlə evlənməyə haqqı yoxdur: kəniz imanlı olmalı; əm­əl­lərində və qəlbində bakirə olmalı; kişinin azad müsəlman qadınla evlən­məyə imkanı olmamalı və o, zinakarlıq etməkdən və ya çətin vəziyyətə düşməkdən ehtiyatlanmalıdır. Bütün bu dörd şərt mövcud olduqdan sonra azad müsəlmana kənizlə evlənməyə icazə verilir. Amma, hətta bu şərtlər olduqda belə, yaxşı olardı ki, müsəlman səbir etsin və belə bir addımdan çəkinsin, çünki o, kənizlə evlənərsə, onun uşaqlarını da köləlik gözləyir və həm də nəzərə almaq lazımdır ki, kölə qadınla evlilik – miskin və şərəf gətirməyən bir əməldir. Əgər o, başqa bir yolla günahlardan çəkinməyə gücü çatmırsa, onda kölə qadınla evlənməlidir.
Əgər kölə qadınlar qəyyumlarının himayəsi altına keçdikdən sonra, yəni, ərə getdikdən və ya İslamı qəbul etdikdən sonra, yaramaz bir iş tutarsa, onda onların cəzası azad qadınlar üçün nəzərdə tutulmuş cəzanın yarısı qədərdir. Bu, iki dəfə azaldıla bilən cəza növlərinə aiddir və buna görə kənizləri zinakarlıq etdiklərinə görə əlli şallaq vurmaqla cəzalandı­rırlar. Daş-qalaq etməyə gəldikdə isə, kənizlərə belə cəza verilmir, çünki bu cəzanı iki dəfə azaltmaq mümkün deyil.
Bir rəyə görə, kölə qadınlar ərdə olmadıqda onlara cismani cəza verilmir, onları sadəcə məzəmmət edirlər ki, bir daha belə çirkin iş tut­ma­sınlar. Başqa bir rəyə görə isə, əgər kənizlər müsəlman deyillərsə, onları zinakarlıq üstündə ancaq töhmətləndirir və məzəmmət edirlər.
Bu ayənin sonunda Allah Özünün gözəl Bağış­layan və Rəhmli ad­la­rını xatırladır, çünki burada nazil edilmiş hökmlər qullara bəslənilən mərhəmət və xeyir­xah­lığın təcəssümüdür. Onlar insanlar üçün nəinki bir çətinlik yaradır, əksinə, son dərəcə yüngül və sadədir. Aydındır ki, cəza ölçülərini xatırlatdıqdan sonra bağışlamadan bəhs etmək onu bildirir ki, hökmün icra edilməsi günahkar üçün kəffarədir və bu vasitə ilə Allah qullarının günahlarını bağışlayır. Bu barədə səhih hədislərdə xəbər verilir. Bir şey də əlavə etmək lazımdır ki, xatırladılan bütün ehkamlar qullara da aiddir, çünki qullar və qul qadınlar arasında, bu baxımdan, fərq yoxdur.

ﯥﯦﯧﯨﯩﯪ  ﯫ      ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯱ  ﯲ   ﯳﯴ

(26) “Allah sizə şəriət hökmlə­rini bəyan etmək, sizi özünüz­dən əv­vəl­kilərin yol­la­rına yö­nəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müd­rik­dir”.

Uca Allah mömin qullarına Özünün böyük mərhəmətini, möhtəşəm xeyirxahlıqlarını və onların dinini yüngülləşdirərkən göstərdiyi ecazkar qay­ğı­sını yada salır.
Allah sizə həqiqəti və yalanı, halalı və haramı və həmçinin sizin ehtiyac duyduqlarınızı sizə başa salmaq istəyir. O, sizi peyğəmbərlərin və onların böyük mərhəmət göstərilmiş sadiq səhabələrinin yolu ilə aparmaq istədiyi üçün onların şərəfli yolunu, doğru əməllərini, nöqsansız keyfiy­yət­lərini və düz yola necə möhkəm etiqad etdiklərini sizə göstərdi. O, istədiyini etdi. O, həqiqi biliklər və saleh əməllər yoluna yönəldilmiş siz­dən əvvəlkilərə izah etdiyi kimi, sizə də haqqı ən əlverişli tərzdə açıqladı. O, sizə rəhm edərək sizin üçün pozmamağı bacara biləcəyiniz qanunlar qoydu. Allah sizə icazə verdi ki, Allahın sizə yol verdikləri sayəsində razı qalasınız, çoxlu günahlar etməyəsiniz. Bu, Allahın Öz qullarına bağışla­dığı nemətinin və göstərdiyi mərhəmətinin nəticəsi idi. Bu münasibət, insan günah əməllər işlədəndə özünü büruzə verir, Uca Allah isə insan üçün Özünün mərhəmət qapılarını açır, onu tövbə etməyə, Onun qarşı­sında mütilik göstərməyə ruhlandırır və sonra isə Allah Özünün ona təşviq etdiyi tövbəsini ondan qəbul edir. Buna görə həmd yalnız Ona məxsusdur!
O, kamil biliklərə və kamil müdrikliyə malikdir. Öz bilikləri sayə­sində O, insanlara əvvəl bilmədiklərini, o cümlədən, dinin hökmlərini və hüdudlarını öyrədir. O Öz müdrikliyinə uyğun olaraq bağışlanmaya layiq olanları bağışlayır və onlara mərhəmət göstərir, bağışlanmaya layiq olma­yanları isə Öz yardımından məhrum edir. Bu zaman O, daima hikmət və ədalətlə davranır.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ      ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ 

(27) “Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, eh­ti­­raslara qapı­lan­lar sizi çox kənara meyl etməyə (haq­dan uzaqlaş­ma­ğa) yönəldərlər”.

Allah sizin tövbələrinizi qəbul etməyi, ixtilaflardan xilas olub haq­qa yaxınlaş­maq­la sizin düz yolda bir yerdə toplanmanızı istəyir. Lakin ka­firlər və öz ehtiraslarına qapılaraq onları öz Rəbbinin hökmlərini yerinə yetirməkdən üstün tutan fasiqlər istəyirlər ki, siz düz yoldan çıxıb, Allahın qəzəbinə düçar olmuşların və yolunu azmışların yolunu tutasınız. Onlar istəyirlər ki, siz Rəhmana itaətdən boyun qaçırıb, şeytana tabe olasınız. Onlar istəyirlər ki, sizi Rəbbin hədlərinə riayət etməkdən çəkindirsinlər, o Rəbbin ki, hökmlərinin yerinə yetirilməsi əsil xoşbəxtliyin rəhnidir. Onlar sizi İblisin ardıcıllarına çevirmək həsrətindədirlər, ona itaət isə ən böyük bədbəxtliyin səbəbidir. Onlar öz ehtiraslarının qarşısını almır və sizə əmr edirlər ki, sizi hökmən tam ziyana uğradacaq və bədbəxt edəcək işlər gö­rə­siniz. Buna görə ən layiqli dəvəti üstün tutun və özünüz üçün ən doğru yolu seçin.

ﭟﭠ  ﭡﭢ ﭣﭥﭦﭧﭨ

(28) “Allah sizin üçün şəriət hökm­lərini yüngülləşdirmək is­tə­yir, çünki in­san zəif yaradıl­mışdır”.

Allah sizə yüngül hökmlər və qadağanlar nazil edir və buna baxma­yaraq, əgər bu hökmlərdən bəziləri sizə ağır gəlirsə, O, sizin tələbatınız­dan asılı olaraq, onları pozmağa icazə verir. Məsələn, siz aclığınızın qarşısını almağa başqa vasitə tapmadıqda, sizə ölmüş heyvan ətini və qanı qida kimi istifadə etməyə icazə verilir. Yuxarıdakı ayədə sadalanan şərtlər olduqda, hətta siz azad şəxslərdən olsanız da, sizə kölə qadınlarla evlən­məyə icazə verilir. Bu ona görə belədir ki, Allah sizə mükəmməl və hər şeyi əhatə edən lütfkarlığını göstərmişdir. O, müdrikdir və bilir ki, insan zəif bədən quruluşuna, zəif iradəyə, zəif əzmə, zəif imana və zəif dözümə malik, hərtərəfli zəif məxluqdur. Məhz buna görə, Allah insanın imanının zəifliyindən, səbrinin və imkanlarının azlığından öhdəsindən gələ bilmə­diyi hökmləri onun üçün yüngülləşdirir.

ﭩﭪ  ﭫﭬﭭﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ   ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷﭹﭺﭻ ﭽﭾﭿﮀﮁﮂ 
(29) “Ey iman gətirənlər! Qar­şı­lıqlı ra­zılıqla aparılan ticarət istis­na olmaqla, mal­larınızı öz aranız­da haqsız yerə ye­məyin və bir-birinizi məhv etməyin. Hə­qiqə­tən, Allah sizə qarşı Rəhm­lidir”.

Uca Allah Öz mömin qullarına bir-birinin əmlakını qanunsuz yolla yeməyi qadağan etmişdir. Bu qadağa başqasının mülkiyyətini güc tətbiq etməklə, oğurlamaqla, qumarda udmaqla və digər alçaq qazanc vasitələri ilə mənimsəməyə aid edilir. Bundan başqa, qadağa həm də təkəbbürlü­yündən öz mülkiyyətini israfçılıqla xərcləyənlərə də şamildir, çünki bu ədalətsiz və günahkar əməldir.
Allah qanunsuz yolla özgəsinin mülkiyyətini əldə etməyə və xərc­ləməyə qadağa qoyduqdan sonra, öz əmlakını ticarət etmək və digər icazə verilmiş qazanc növləri vasitəsilə çoxaltmağa icazə vermişdir. Bu vasi­tə­lər ancaq müəyyən şərtlər çərçivəsində, razılıq verilmiş sayılır; şərtlərdən biri də tərəflərin qarşılıqlı razılığıdır.
Allah müsəlmanlara bir-birini öldürməyi və intihar etməyi qadağan etmişdir. Bu qadağa həm öz həyatı üçün təhlükə yaradılmasına və həm də şikəstlik və ya ölümlə nəticələnən əməllərə yol verilməsinə aid edilmişdir. Allah qullarına qarşı rəhmdildir və Öz lütfü ilə O, onların həyatı və mülkiyyəti haqqında qayğı çəkir, onlara ziyan vura bilən və ya onları hə­lak edə bilən addımlar atmağı qadağan edir və bir sıra dini məhdudiy­yət­ləri bu müddəa ilə bağlayır.
Öz əmlakınızı öz aranızda qanunsuz yeməyin və özünüzü öldür­mə­yin hökmünün yığcamlığı üzərində düşünün! Allah özgə adamların əmla­kını və öz əmlakını puç etməyi və həmçinin başqalarını öldürməyi və öz həyatına qəsd etməyi qadağan edərək elə ifadələrdən istifadə etmişdir ki, onlar hətta: “Bir-birinizin malını yeməyin! Bir-birinizi öldürməyin!” kimi deyimlərdən də qısadır. Bu ifadələr isə özgəsinin malına və başqa insanla­rın həyatına qəsdin qadağan edilməsi ilə məhdudlaşır.
Bununla yanaşı, Allah möminlərin malını və canını ümumiləşdir­mişdir ki, onların bir-birinə olan qarşılıqlı məhəbbətini və bir-birinə rəhmli, şəfqətli münasibətini xüsusilə vurğulasın. Möminlər ümumi məna­feyə malikdirlər və bütöv bir orqanizmə bənzərlər – iman onları birləşdir­miş və onların dünyəvi və dini maraqlarını ümumiləşdirmişdir.
Qanunsuz yolla əmlak əldə etmənin, özünə və bu mülkü alan şəxs­lərə zərər vurulmasının qadağan edilməsindən sonra, Uca Allah insanlara yaşamaq üçün ticarətlə, peşələrlə, günəmuzd işlə və insanlara fayda gəti­rən digər fəaliyyət növləri ilə məşğul olmaqla qazanc əldə etməyə icazə verir.
Allah ticarət əqdləri bağlamağa ancaq tərəflərin qarşılıqlı razılığı ilə icazə verərək qeyd edir ki, əqd bağlanarkən sələmçiliyə əsaslanılma­malıdır. Sələmçilik və müamilənin ticarətlə əlaqəsi yoxdur, çünki belə əqdlər tamamilə başqa niyyətlərlə bağlanılır.
Allah həmçinin xüsusilə vurğulayır ki, hər iki tərəf ticarət saziş­ləri­ni öz iradələri əsasında könüllü bağlamalıdırlar. Lakin qarşılıqlı razılıq o vaxt tam əldə edilir ki, əmtəə müəyyən edilmiş olsun. Əks halda, alıcı əqd bağlayan zaman onunla razı qala bilməz, axı o, aldığı malı götürə bilmir. Belə (malsız) əqdlər qumar oyununa bənzəyir və buna görə, hal-hazırda olmayan mala dair ticarət sazişləri hüquqi mahiyyət daşımırlar. Bu onunla izah olunur ki, belə əqdlərin bağlanması gedişində tərəflərin tam razılığı əldə edilmir.
Beləliklə, əqd o zaman bağlanmış hesab olunur ki, tərəflər müvafiq sözlər desinlər və ya müvafiq əməllər icra etsinlər, çünki Allah əqd bağ­lanmasının məcburi şərti kimi tərəflərin razılıq bildirməsini bəyan etmiş­dir. Əgər tərəflər istənilən formada öz razılıqlarını bildirmişlərsə, əqd bağ­lanmış sayılır.
Bu ayənin sonunda Allah bildirir ki, O, möminlərə qarşı mərhə­mətlidir və Onun rəhmi, onların həyatı və mülkiyyəti barədə qayğı çək­məsi ilə özünü büruzə verir və onlara qəsd etməyi insanlara qadağan etmişdir.
ﮃ  ﮄ    ﮅ  ﮆ   ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮌ  ﮍ  ﮎ  ﮏ   ﮐ  ﮑ 

(30) “Kim bu əməlləri düşmən­­çilik və zülm etməklə yerinə yeti­rərsə, Biz onu odda yan­dıracağıq. Bu da Allah üçün asan­dır”.

Əgər insan əmlakı qanunsuz yolla yeyirsə və insanların həyatına, avamlığı və unutqanlığına görə deyil, onlara qarşı bəslədiyi düşmənçiliyi və zalımlığı üzündən qəsd edirsə, onda Allah onu Cəhənnəm oduna ata­caqdır və bu Onun üçün çətin bir iş deyil. Bu ifadənin qeyri-müəyyən for­mada işlədilməsi Cəhənnəm odunun olduqca geniş və qorxunc olmasını təsdiq edir.
ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ       ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ      ﮞ  

(31) “Sizə qadağan olunmuş bö­yük gü­nahlardan çəkinsəniz, Biz sizin təqsir­lə­ri­nizdən keçər və sizi şərəfli bir keçidə daxil edərik”.

Allah vəd edir ki, əgər qulları ağır günahlardan çəkinsələr, onda O, onların qalan günahlarını və xətalarını bağışlayar və onları şərəfli bir məkana daxil edər. Bu məskən orada bir yerə toplanmış böyük nemətlərə görə belə adlandırılmışdır. Bunlar, gözlərin heç vaxt görmədiyi, qulaqların heç vaxt eşitmədiyi, hətta insan təsəvvürünə belə gətirə bilməyəcəyi ne­mətlərin mövcud olduğu Cənnət bağlarıdır.
Ağır günahlardan çəkinmək dedikdə, dinin vacib hökmlərinin nöq­san­sız yerinə yetirilməsi nəzərdə tutulur, çünki onların icra edilməməsi artıq ağır günahdır. Belə hökmlərə aid olanlar: bir gün ərzində beş dəfə namaz qılınması, cümə namazları, ramazan ayında oruc tutmaq və bir-çox başqa şeylərdir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Beş namaz, cümə namazları və ramazan ayında oruc onların arasında işlədilən günahları (ağır günahlardan başqa) yuyur”.
Ən dəqiq ifadəyə uyğun olaraq, ağır günahlar o günahlar sayılır ki, onlara görə bu dünyada cəza tədbirləri təyin edilmişdir və ya ölümdən sonra cəza müəyyənləşdirilmişdir ki, onlar günahkarı iman sahibi adlan­maq haqqından məhrum edir və onu Allahın lənətinə və ya qəzəbinə düçar edir. 

ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮩ      ﮪ  ﮫ  ﮬ  ﮮ  ﮯ  ﮰ  ﮱ   ﯔ  ﯕ  ﯖ  ﯗ  ﯙ     ﯚ  ﯛ  ﯜ  ﯝ   ﯞ  ﯟ 

(32) “Allahın birinizi digəri­niz­dən üs­tün etdiyi şeyə tamah sal­ma­yın. Kişi­lə­rin qazandıqla­rından öz nəsibi, qadın­la­rın da qazandıq­larından öz nəsibi var­dır. Allah­dan, Onun lütfünü diləyin. Hə­qi­qətən, Allah hər şeyi Biləndir”.

Uca Allah möminlərə, onların bir qisminin başqa qismi üzərində üstün olmasını arzu etmələrini, bu arzuların yerinə yetirilməsinin mümkün olub olmamasından asılı olmayaraq, qadağan etmişdir. Qadınlar, kişilərin onların üzərində malik olduqları üstün­lük kimi, üstünlük xüsusiyyətlərinə sahib olmağı arzulamamalıdırlar. Çatışmazlıqları olan kasıb adam, bu ça­tış­mazlıqları olmayan varlının əldə etdiyini istəməməlidir. Mömin, Allah­dan bir başqasının nemətini kəsərək, o neməti ona verməsini arzu etmə­məlidir, çünki bu, əsil paxıllıqdır. İnsan belə etdikdə, Allahın qədərindən qəzəbləndiyini büruzə verir, tənbəlliyə düçar olur və bütün vaxtını intə­ha­sız xülyalarla keçirir ki, bunlar faydalı fəaliyyət və əməllərlə bağlı deyil­dir. Lakin qul üçün daha yaxşı olardı ki, o, öz imkanları daxilində, ona dünyəvi və dini məsələlərdə fayda verən əməllərlə məşğul olaydı və nə özünə, nə bir başqasına ümid bəsləmədən ancaq öz Rəbbinə təvəkkül et­məklə Uca Allahdan xahiş edəydi ki, onu Öz səxavəti ilə mükafatlan­dırsın.
Bax buna görə Allah buyurur ki, kişiyə və qadına onların qazan­dıqlarından pay düşür. Hər kəsin payı, ona müqəddəs məqsədə nail olma­ğa kömək edən əməllərindən ibarətdir və hər kəs özünün xüsusi səyləri sayəsində nəyə nail olursa, onu da əldə edir. Qul səy göstərməli, dində və bu həyatda fayda gətirə bilən nə varsa ona bəxş etməsini Allahdan istə­məlidir. Məhz belə qul kamilliyə nail olur və bu onun xoşbəxtliyinin rəh­ninə çevrilir. Əgər qul zəhmət çəkməkdən boyun qaçırırsa və ya ancaq özünə güvənərək, Rəbbinə ehtiyac duymursa və ya özündə bu iki pis xü­susiyyəti cəmləşdirirsə, onda o, Allahın yardımından məhrum edilir və ziyana düşür.
Sonra Allah bildirir ki, mövcud olan hər şey Ona məlumdur. Allah Öz biliklərinə əsaslanaraq, səxavəti ilə layiq olanları mükafatlandırır, la­yiq olmayanları isə nemətlərindən məhrum edir.

ﯠﯡﯢﯣﯤﯥ ﯦ  ﯨ  ﯩ  ﯪ  ﯫ   ﯬ  ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ  ﯵ  
(33) “Hər kəs üçün valideyn­lərin və ya­xın qohumların qo­yub get­dikləri mal­dan öz pay­larını ala­caq varislər təyin et­dik. Siz də əhd bağladığınız kəslərin pay­larını özlərinə verin. Həqiqətən, Allah hər şe­yə Şahiddir”.

Hər bir insanın onu sevən və onun sevdiyi yaxın qohumları vardır. Onlar ona kömək edir və onun müxtəlif işlərində yardım göstərirlər. Yük­sələn, enən və yan xətlər üzrə olan bu qohumlar insanın doğmaları ara­sın­dan yaxın olanlarıdır. Hər insana yaxın olan adamların başqa bir dərəcə­sinə isə, onun bir-birinə kömək etmək, ümumi işə vəsait qoymaq (və s.) andı ilə bağlı olduğu şəxslər daxil edilir. Bu, Allahın lütfündəndir. Məhz yaxın adamlar insana, onun müstəqil surətdə qadir olmadığı məsələlərdə kömək edirlər.
Sonra Uca Allah yaxın şəxslərə verilməli olanları onlara verməyi əmr edir. Bu, insanın yol verilən işlərdə göstərməli olduğu kömək və yar­dıma, həmçinin mirasa aiddir ki, o, insanın ən yaxın qohumuna çatmalıdır. Allah bütün hər şeyə Şahiddir, axı O, baş verən hər şey haqqında bilir, qullarının bütün hərəkətlərini görür və istənilən səsi eşidir.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ    ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭠ   ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭨ  ﭩ   ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ     ﭯ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ   ﭸ    ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ 

(34) “Allahın onlardan birini digərin­dən üstün etdiyinə və öz mallarından xərc­lədiklərinə görə kişilər qadınlar üzə­rində hima­yəçi­dir­lər. Əməlisaleh qa­dın­lar Allaha itaət edər və qo­run­ması la­zım gə­lən şeyləri Allahın hi­mayə­si sa­yəsində qo­­ruyub sax­layarlar. Özba­şı­na­lıq etmələ­rindən qorx­duğunuz qa­dın­la­ra nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol ax­tar­mayın. Həqiqətən, Allah Ucadır, Bö­yükdür”.

Uca Allah xəbər verir ki, kişilər qadınlara görə məsuliyyət daşı­yır­lar və onları Allah qarşısında öz vəzifələrini icra etməyə, dinin vacib hökmlərini nöqsansız yerinə yetirməyə və nalayiq hərəkətlərdən uzaq olmağa yönəltməlidirlər. Kişilər həmçinin onları geyimlə, mənzillə və bütün zəruri şeylərlə təmin etməlidirlər.
Sonra Allah kişilərin qadınlara himayəçi olmalarının səbəbini xatırladır. Allah kişilərə onların üzərində müxtəlif formalarda təzahür edən üstünlük vermişdir. Ancaq kişilər peyğəmbər, elçi və hökumət başçı­sı ola bilərlər. Bəzi ibadət mərasimləri, məsələn, cihadda, bayram və cümə namazlarında iştirak etmək ancaq kişilərə əmr edilmişdir. Allah onlara, qadınlara nisbətən, daha yüksək dərəcədə sağlam düşüncə, tədbirlilik, sə­bir və mətinlik vermişdir. Bununla yanaşı Allah onlara öz vəsaitlərini qa­dınlar üçün xərcləməyi əmr etmişdir. Bundan başqa, maddi ianələrin veril­məsi əksəriyyətcə kişilərin vəzifəsidir və qadınlara həvalə edilməmişdir. Aydındır ki, məhz bu səbəblərə görə, Allah buyurur ki, kişilər öz əmla­kından xərcləyir və bu ifadəyə başqa əlavə etməmişdir. Bu isə o deməkdir ki, kişilər öz vəsaitlərini ən müxtəlif məqsədlərə sərf edirlər və qadınların himayəçisi və hamisidirlər.
Arvad öz ərindən asılı vəziyyətdədir və Allahın qorumağı və mühafizə etməyi ona həvalə etdiyi şəxs haqqında qayğı çəkmək ərin vəzi­fəsinə daxildir. Qadın isə Rəbbinə və ərinə müti olmalıdır. Elə buna görə, sonra deyilir ki, mömin arvad həmişə Uca Allaha itaət edir və öz ərinə hət­ta o (evdə) olmadıqda belə itaətkarlıq göstərir. Qadın ərinin namusunu və əmlakını mühafizə edir və Allah da arvadı qoruduğu və yardım etdiyi üçün, o, bunun öhdəsindən gələ bilir. Arvad bu vəzifəni özbaşına yerinə yetirməyə qadir deyil, çünki insanın nəfsi ona pislik etməyi əmr edir. Amma insan Allaha sığındıqda və təvəkkül etdikdə, Rəbbi ona bütün dini və dünyəvi işlərində zəruri kömək göstərir.
Sonra Allah buyurur ki, əgər ər arvadının itaətsizliyindən ehtiyat edirsə, əgər o, ərinə itaət etməkdən boyun qaçırırsa, sözdə və işlərində ona qulaq asmırsa, ər tərbiyəvi üsullara əl atmalı, sadə üsullardan daha mürək­kəblərinə keçməlidir. Əvvəlcə o, zövcəsinə nəsihət verməli, yəni, Allahın ərlərinə itaət edən və itaətsizlik göstərən qadınlara olan münasibətini izah etməli; ərə itaətə görə mükafat və ona itaətsizliyə görə cəzalandırılma haqqında arvadına danışmalıdır. Əgər arvad itaətsizlikdən əl çəksə, o, istədiyinə nail olmuşdur. Əks halda isə, o, arvadı ilə o vaxtadək bir yorğan altına girməməli və onunla cinsi yaxınlıq etməməlidir ki, bu, istədiyi nəticəyə gətirsin. Belə tərbiyə vasitəsi də heç bir fayda vermədikdə, onda ərə arvadını, ağır əzab-əziyyətə düçar etmədən, döyməyə icazə verilir.
Sadalanan tədbirlərdən biri faydalı bəhrələr verərsə və arvad ərinə itaət etməyə başlayarsa, o, istədiyini əldə etməsi ilə qane olmalı və əvvəl­lər etdiyi günahlara görə zövcəsini qınamamalı, ürək ağrısına səbəb ola və ədavət yarada bilən xatirələr oyadan hadisələri yada salmamalıdır.
Allahın gözəl adları arasında – Uca və Böyük adları haqqında. Allah bu sözün bütün əsil mənalarında Ucadır, çünki O, ən yüksək məqam Sahibidir və ən yüksək məziyyətlərə və  ən yüksək hakimiyyətə malikdir. Allahdan daha böyük, daha şərəfli və daha qüdrətli bir kimsə yoxdur, Onun mahiyyəti və sifətləri ən böyük və ən əzəmətlidir.

ﭾ  ﭿ  ﮀ   ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ         ﮊ  ﮋ    ﮌ  ﮍ  ﮎ  ﮐ    ﮑ  ﮒ    ﮓ  ﮔ    ﮕ 

(35) “Əgər ər-arvad arasında ix­tilaf ola­cağından qorxsanız, on­da kişinin ailə­sin­dən bir ha­kim və qadının ailəsindən bir hakim gön­­dərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları ba­rış­dı­rar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xə­bərdarolandır”.

Əgər siz ər-arvadın aralarının soyumasından narahatçılıq keçirirsi­nizsə, hətta sonradan bir-birilərindən uzaqlaşacaqlarından qorxursunuzsa, onda onların öz ailələrin­dən həddi-buluğ yaşına çatmış və onların arasında yaranmış vəziyyətdən xəbərdar olan, onları havaxt yaxınlaşdırmaq və havaxt ayırmağı bilən, ədalətli və ağıllı iki nəfəri münsif kimi dəvət edin. Bu, ayədəki ərəb tərkibi olan “həkəm” (“hakim”) sözünün mənasından irəli gəlir, çünki insanı, sadalanan keyfiyyətlərə malik olduqda, bu adla çağırmaq olar. İki hakim ər-arvadın bir-birini nədə günahlandırdıqlarını nəzərdən keçirməli və onların hər ikisini bundan sonra müvafiq şəraitdə məhz necə davranmalı olduqlarına əmin etməli­dirlər. Əgər ər-arvaddan biri öz vəzifələrini bütövlüklə yerinə yetirmək qabiliyyətinə malik olmasa, onda hakimlər digər tərəfi inandırmalıdırlar ki, o, onun nəsibi olanla və  yaxud ərə və ya arvada məxsus məziyyətlərlə qane olsun. Hakimlər bütün imkanlardan istifadə etməklə ər-arvadı barışdırmağa çalışmalı və qarşıya qoyulan məqsəddən yayınmamalıdırlar.
Buna baxmayaraq, əgər ər-arvad arasında ziddiyyət barışığı imkan­sız etmək dərəcəsinə çatmışsa, əgər onların bundan sonrakı yaşayışı bir-birinə qarşı düşmənçilik münasibətləri və Allaha itaətsizliklə müşayiət edi­ləcəksə, əgər hakimlər görsələr ki, ər-arvadın boşanması məqsədəuy­ğundur, onda onları boşamalı, özü də bu zaman boşanmaya ərin razılıq verməsi hökmən deyil, çünki Allah həmin iki şəxsi hakim adlandırmışdır və hakimlər hökm çıxarmaq haqqına malikdirlər ki, onların qərarı cavab­dehin xoşuna gəlməyə bilər. Əgər onlar ər-arvadı barışdırmağı məqsə­dəuyğun saysalar, Allah onlara düzgün qərar qəbul etməyə lazım olan və ər-arvadı cəzb edə bilən və onların yenidən birləşməsinə kömək göstərən sözlər tapa bilər.
Allahın gözəl adları arasında – Bilən və Xəbərdarolan adları da vardır. Ona aşkar və gizli olan hər şey, sirlər və xəlvətlər haqqında da hər şey məlumdur və Özünün kamil biliyi sayəsində O, insanlara şərəfli hökmlər və gözəl qanunlar nazil etmişdir.

  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮞ   ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ   ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ     ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ   ﯗ  ﯘ  ﯙ  ﯚ 

(36) “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşma­yın! Va­li­deynlərə, qo­hum-əqrəbaya, ye­tim­lərə, kasıblara, ya­xın və uzaq qo­num-qonşuya, yol yol­daşına, müsafirə və sahib oldu­ğunuz kölə və kə­nizlərə yaxşı­lıq edin! Həqi­qə­tən, Allah özü­nü öyənləri və lovğalıq edən­­ləri sevmir”.

Uca Allah Öz qullarına, şərik qoşmadan, təkcə Ona ibadət etmələ­rini buyurmuşdur. Bunun üçün insanlar öz Rəbbinin qulları olmalı və Onun hökm və haramlarına riayət etməli, Onu sevməli, Onun qarşısında müti olmalı və özünün qəlbi və bədəni ilə etdiyi bütün ibadət ayinlərini təkcə Ona həsr etməlidir. Allah hər hansı kiçik və böyük şirk təzahürlərini yasaqlamış və mələkləri, peyğəmbərləri, əməlisaleh möminləri və fay­da verməyə və ya hətta özünə belə ziyan verməyə qabil olmayan, həyat, ölüm və ya diriliş üzərində heç bir hakimiyyətə malik olmayan bütün başqa məxluqları Özünə şərik qoşmayı qadağan etmişdir. Elə buna görə, hər bir məxluq səmimiyyətlə təkcə Allaha ibadət etməlidir, çünki O, hərtərəfli və mütləq Kamilliyəmalik olandır, bütün varlığa Sərəncamçəkəndir, şəriklərə və köməkçilərə Ehtiyacolmayandır!
Rəbbə ibadət etməyə və öz vəzifələrini Onun qarşısında yerinə yetirməyə hökm verdikdən sonra, Uca Allah qullarına bir-birinin qarşısın­da tədricən, daha mühümlərdən az əhəmiyyətlilərə keçməklə, öz vəzifə­lərini yerinə yetirməyi əmr edir. Hər şeydən əvvəl, Allah valideynlərə, onlara xoş sözlər söyləyərək və onlarla nəzakətlə rəftar edərək, onların iradəsini yerinə yetirərək, qadağan etdikləri hər şeydən çəkinərək, onlar üçün maddi vəsait xərcləyərək və onlarla bağlı olan insanlara ehtiram göstərərək, qan qohumları ilə münasibət saxlayaraq, yaxşılıq etməyi tapşırır. Qul sonuncularla ancaq öz valideynləri vasitəsilə bağlı olur. Xoş münasibətlərin əksi – pis rəftar və yaxşılıq etməkdən boyun qaçırmaqdır. Valideynlərə münasibətin bu hər iki forması qəti olaraq qadağan edil­mişdir.
Allah həm yaxın və həm də uzaq qohumlara iltifat göstərməyi əmr edir. Müsəlman onlara sözlə və əməllə yardım etməli və nə sözü ilə və ya nə də əməli ilə qohumluq əlaqələrini kəsməməlidir.
Allah atasını itirib yetim qalmış uşaqlara xeyirxahlıq göstərməyi buyurur. Müsəlman­lar onları himayələrinə götürməli, onlara şəfqət göstər­məli, onlara təsəlli verməli, onları maarifləndirməli və ən kamil şəkildə onların mənəvi və maddi təhlükəsizliyinə qayğı çəkməlidirlər.
Müsəlmanlara əmr edilmişdir ki, onlar, ehtiyac üzündən çoxsaylı imkanlardan məhrum olan kasıblara yaxşılıq etsinlər. Bu kasıblar nə özlə­rini və nə də onların himayəsində olanları zəruri şeylərlə təmin etmək im­kanına qadir deyillər. Uca Allah əmr edir ki, belə insanların ehtiyacdan xilas olması üçün onlara kömək edilməli, başqaları da buna cəlb edilməli və bu hökm imkan daxilində yerinə yetirilməlidir.
Allah yaxın qohumlardan olan qonşulara yaxşılıq etməyi əmr edir. Onlar ikiqat yaxşı münasibətə layiqdirlər, çünki onlar eyni zamanda həm yaxın qohum və həm də qonşudurlar və müsəlmanlar, qəbul edilmiş ənə­nə­lərə uyğun olaraq, onlara yardım göstərməlidirlər. Onlar həmçinin qo­humluq əlaqələri olmayan qonşulara da kömək etməlidirlər. Qonşunun qa­pısı müsəlmanın qapısına nə qədər yaxındırsa, onun onlara yaxşı münasi­bət bəsləməsinə daha çox haqqı var. Buna görə, müsəlmanlar qonşularına hədiyyələr bağışlamalı, ianələr verməli, onları qonaq çağırmalı, onlara xoş sözlərlə və əməllərlə diqqət göstərməli və onları nə bir söz və nə də bir hərəkətlə özlərindən narazı salmamalıdırlar.
Allah, müsəlmanın yanında olan yoldaşına yaxşılıq göstərməsini əmr etmişdir. Bir təfsirə görə, burada söhbət səfər zamanı yanında olan yoldaşdan gedir. Başqa bir şərhə görə, burada söhbət həyat yoldaşından gedir. Amma üçüncü bir təfsirə görə isə, söhbət ayədə yol yoldaşlığının bütün mənalarına aiddir. Aydındır ki, sonuncu açıqlama daha məqbuldur, çünki o, eyni vaxtda həm səfər yoldaşlarına, həm yaxın dostlara və həm də ər-arvada şamil edilə bilər. Hər bir müsəlmanın onun yaxın adamı qar­şısında vəzifələri, onun qalan müsəlmanlar qarşısındakı vəzifələrdən daha üstündür, buna görə, möminlər dini və dünyəvi işlərində öz yaxınlarına kömək etməli, onlara səmimi qəlbdən yaxşılıq arzu etməli, həm xoşbəxt anlarda və həm də müsibət anlarında, həm çətinlikdə və həm asan olan məqamlarda onlara sadiq dost olaraq qalmalıdır. Onlar özləri üçün arzula­dıqlarını öz yaxınları üçün də istəməlidir, özü üçün istəmədiyini, onlar üçün də istəməməlidirlər. Dostlar arasında qarşılıqlı əlaqələr nə qədər yaxın olarsa, onlar daha çox yaxşı münasibətlər saxlamaq haqqına malik­dirlər.
Müsəlmanlar yad ölkəyə düşmüş və maddi çətinliklərə ehtiyac du­yan və ya hətta duymayan qərib yolçulara yaxşılıq etməlidirlər. Belə mü­sa­firlər müsəlmanlar tərəfindən yaxşı qarşılanmaq haqqına malikdirlər, çünki onlar özgə ölkəsindədirlər və belə vəziyyətdə insan köməyə çox eh­tiyac hiss edir. Möminlər onlara onların öz məqsədlərinə tam və ya qis­mən nail olması üçün yardım etməli, onlara hörmət göstərməli və onlar üçün səmimi qəbul təşkil etməlidirlər.
Allah həmçinin müsəlmanların mülkiyyəti olan insanlara və hey­vanlara mərhəmət göstərilməsini əmr etmişdir. Müsəlmanlar onları zəruri olan hər şeylə təmin etməli, onlara bacardıqlarından ağır iş tapşırmamalı, onlara həvalə edilmiş vəzifələri yerinə yetirməkdə kömək etməli, onlarda özlərinə xeyir gətirən keyfiyyətlər tərbiyə etməlidirlər.
İnsan bu hökmlərə riayət edirsə, o, öz Rəbbinə itaət edir, Allahın qulları qarşısında vəzifələrini mütiliklə yerinə yetirir, Allahın hökmlərinə və qanunlarına tabe olur və beləliklə, bol mükafata və gözəl tərifə layiq görülür. Əgər qul belə etmirsə, onda o, Rəbbindən üz döndərir, Onun hökm­lərinə itaət etmir və məxluqlar qarşısında da öz vəzifələrini itaət­karlıqla yerinə yetirmir. Bundan başqa, o, özünü Allahın qullarından üstün tutur, öz-özünü aldadır, öz nitqi ilə lovğalanır. Özlərindən məmnun olan və başqalarına ikrahla baxan təkəbbürlü insanlar və Onun qulları qarşı­sında təşəxxüs sataraq özünü tərifləyən lovğalar Allahın xoşuna gəlmir.

ﯛ  ﯜ  ﯝ   ﯞ  ﯟ  ﯠ   ﯡ  ﯢ  ﯣ   ﯤ  ﯥ  ﯧ  ﯨ   ﯩ  ﯪ  ﯫ  

(37) “O kəslər ki, xəsislik edir və in­san­ları da xəsisliyə sövq etdi­rirlər, Alla­hın Öz lütfündən onlara verdiyini giz­lədirlər. Biz kafir­lər üçün alçaldıcı bir əzab hazırlamışıq”.

Belə insanlara onların təkəbbürü və lovğalığı öz vəzifələrini yerinə yetirməyə mane olur və buna görə də Allah onları xəsisliklərinə görə qına­yır. Onlar simicdirlər və etməli olduqları şeyləri etmirlər. Bundan əlavə, onlar öz nitqləri və hərəkətləri ilə ətrafdakıları da onlar kimi rəftar etməyə çağırırlar. Onlar həm də yolunu azmışların düz yola gələ biləcəkləri, na­danların isə dərk edə biləcəkləri bilikləri gizlədirlər. Onlar həqiqəti azmış­lardan və nadanlardan gizlədir, onlara haqq yolunda maneəyə çevrilən yalanları öyrədirlər. Onlar insanlara nəinki var-dövlətlərindən və biliklə­rin­dən verməkdə xəsislik edir, həm özlərinə və həm də ətrafdakılarına zərər vururlar. Nəzərə alaraq ki, bu sifətlər kafirlər üçün səciyyəvidir, Uca Allah buyurur ki, kafirlər üçün alçaldıcı cəza hazırlanmışdır. Onlar Allahın qullarına təkəbbürlə yanaşırdılar, Onun qarşısında öz vəzifələrini yerinə yetirmirdilər və ətrafdakıları da simicliyə və azğınlığa təhrik edir­dilər və buna görə Allah da onları dözülməz cəza və əbədi rüsvayçılıqla alçaldacaqdır. Ey Allah, bizi hər cür bəlalardan xilas et!

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ   ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ   ﭣ  ﭤ 

(38) “Və o kəsləri ki, öz mal­la­rını in­san­lara göstərmək məq­sədi­lə xərcləyir, Alla­ha və Axi­rət günü­nə inanmırlar. Kimin yoldaşı şey­tandırsa, necə də pis yoldaş­dır o!”

Allah, özlərini göstərməyin, şöhrətpərəstliyin və Ona qarşı inamsız­lığın məhsulu olan ianələri xatırladır. Münafiqlər belə sədəqələr verdikləri zaman başqa insanların onları görməsini, tərifləməsini və onlara hörmətlə yanaşacaqlarını istəyirlər. Onlar Allaha və Qiyamət gününə inanmırlar və buna görə də öz  əmlaklarını Allah xatirinə və Onun verəcəyi mükafata ümid bəsləməyərək qeyri-səmimi xərcləyirlər. Onların əməlləri – şeytanın atdığı addımlar və fəaliyyətidir. O, öz tərəfdarlarını bu yola çağırır ki, onlar şölələnən alovun sakinləri olsunlar. Onların belə hərəkət etmələrinin səbəbi şeytanın daima bir an belə əl çəkmədən onların ardıyca getməsi və onları bu əməllərə sövq etməsidir. Şeytan – onların yoldaşı və həmrahıdır. Öz yol yoldaşının məhv olmasını arzulayan və bunun üçün əlindən gələn hər şeyi edən həmrahı necə də pis yoldaşdır!
Əgər kimsə Allahın ona bəxş etdiyi nemətləri insanlarla bölüşməyə xəsislik edir və Onun bəxş etdiyini gizlədirsə, o, öz Rəbbinə qarşı itaət­sizlik edir və günahkardır, o şəxs ki, Onun xatirinə həsr edilməmiş ianələr verir və başqa ibadət ayinləri icra edir, o da həmçinin cəzaya layiq günah­kardır və itaətdən çıxmışdır, çünki Allah ancaq Ona itaət etmək və Onun əmrlərini səmimiyyətlə Onun xatirinə yerinə yetirmək hökmü vermişdir.
Uca Allah buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” (Beyyinə, 98/5). Ancaq belə əməllər Allah tərəfindən qəbul edilir və insana tərifə və mükafata layiq olmağa imkan verir. Məhz buna görə, daha sonra Allah insanları belə etməyə çağırır və buyurur:

ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ   ﭫ    ﭬ   ﭭ  ﭮ   ﭯ  ﭱ  ﭲ  ﭳ   ﭴ  ﭵ 
(39) “Məgər onlar Allaha və Axi­rət gü­nünə iman gətirib Allahın onlara verdi­yi ruzidən Onun yo­lunda xərcləsəydilər, nə itirər­dilər? Allah onların hər bir işini bilir”.

Əgər insanlar Allaha iman gətirsələr və təkcə Ona səmimi ibadət etsələr və Onun onlara verdiyi və bəxş etdiyi öz əmlaklarından sədəqə ver­­məyə başlasalar onlar özlərini çətin vəziyyətəmi salarlar? Nəzərə ala­raq ki, qulun səmimiliyi onunla onun Rəbbi arasında qalan sirdir və ancaq tək Ona məlumdur, Allah bütün məxluqat haqqında ancaq Onun məlumatı olduğunu xatırladır.

ﭶ  ﭷ  ﭸ   ﭹ   ﭺ  ﭻ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ     ﮄ  ﮅ  ﮆ 

(40) “Həqiqətən, Allah zərrə qə­dər də olsa zülm etməz. Əgər qu­lun gördü­yü iş yaxşı əməl olar­sa, Allah bunu artırar və Öz tə­rəfindən böyük mükafat verər”.

Uca Allah Onun ədalətliliyinin və mərhəmətinin kamilliyi və bütün böyük və  kiçik hadisələrin təzahür hallarında ədalətsizliyin Ona tamamilə yad olmasını bildirir. Allah hətta zərrə qədər də olsa, zülm etmir. O, qulla­rının yaxşı əməllərini əskiltmir və onların günahlarını da artırmır. Uca Allah buyurur: “Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır” (Zəlzələ, 99/7-8).
Allah yaxşı əməllərə görə mükafatı on dəfə və, hətta, xeyirxahlığın özündən, məxluqlara verdiyi faydadan, onu icra edənin səmimiliyindən, Allahı necə möhkəm sevməsindən və nə dərəcədə kamil sifətlərə malik olmasından asılı olaraq, daha çox artırır. Bununla yanaşı, Allah əməlisaleh insanları Özünün mükafatı ilə təltif edir. O, onları elə bir şeylə təltif edir ki, o, onların layiq olduqları mükafatdan üstün olur, onları yeni xeyirxah əməllərə ruhlandırır və onlara böyük mərhəmət və şərəfli mükafatlar nazil edir.
ﮇ  ﮈ    ﮉ  ﮊ  ﮋ   ﮌ  ﮍ      ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ 
(41) “Biz hər millətdən bir şahid gə­ti­rəcəyimiz və səni də onla­ra şa­hid gəti­rə­cəyimiz za­man onla­rın halı necə ola­caq?”

Kamil biliklərə, kamil ədalətə və kamil hikmətə malik olan Hakim­in hökm çıxaracağı və ən pak məxluqlardan olan alicənab elçilərin öz millətlərinə qarşı şəhadət verəcəkləri və insanların isə onların şəhadətini ancaq təsdiq edəcəkləri misilsiz məhkəmə necə olacaqdır?!! Allaha and olsun ki, bu hərşeyiəhatəedən, ədalətli və əzəmətli məhkəmə olacaqdır və hətta cəzaya məhkum edilmiş qullar Onun qüsursuz lütfkarlığını və əda­lə­ti­ni etiraf edəcək və Onu tərifləyəcəklər. Bu məhkəmədə bəziləri xoşbəxt­lik, uğur, böyük müvəffəqiyyət və əzəmət əldə edəcək, digərləri isə bəd­bəxt, rüsvay olacaq və şərəfsizliyə və qaçılmaz cəzaya məhkum edilə­cəklər.

ﮔ  ﮕ  ﮖ   ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ   ﮟ   ﮠ  ﮡ  ﮢ 
(42) “Küfr edib Peyğəmbərə asi olan­lar o gün yerin altına gir­məyi arzu edə­cəklər. Onlar heç bir sözü Allahdan giz­lədə bilməyə­cəklər”.

Həmin gün, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və sala­mı olsun) iman gətirməkdən boyun qaçırmış və onun hökmlərinə ita­ətsiz­lik göstərmiş insanlar arzula­yarlar ki, yer aralanıb onları udsun və onlar heçliyə çevrilib yox olsunlar. Uca Allah bildirir ki, kafirlər deyəcəklər: “Kaş mən torpaq olaydım!” (Nəbə, 78/40). Onlar Allahdan heç bir hadisəni gizlədə bilməyəcəklər. Əksinə, onlar törətdikləri əməlləri etiraf edə­cəklər, onların dilləri, əlləri və ayaqları özlərinin əleyhinə törətdikləri bütün hərəkətlər haqqında şahidlik edəcəklər. Həmin gün onlar etdiklə­rinin əvəzini tamamilə alacaqlar və biləcəklər ki, Allah – Gerçək Həqiqət­dir.
Qeyd edilməlidir ki, bəzi nasslarda imansızların kafirliklərini gizlədəcəkləri bildirilir. Qiyamət günü ərzində hər dəfə kafirlər güman edəndə ki, öz kafirliklərini inkar etməklə əziyyətdən xilas ola bilərlər, bu gizlətmə meyli, bir-neçə dəfə yaranacaqdır. Amma onlar əsil həqiqətdə nə baş verdiyini dərk etdikdə, onların öz bədən üzvləri onlara qarşı şahidlik etdikdə və hər şey tamamilə aydınlaşdıqdan sonra, onlar anlayacaqlar ki, törətdikləri cinayətləri gizlətmək mümkünsüzdür və bu onlara heç bir fayda verməyəcək.

ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ    ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ       ﯓ    ﯔ  ﯕ  ﯖ  ﯘ  ﯙ            ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ   ﯟ    ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ   ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯱ      ﯲ  ﯳ          ﯴ  ﯵ  ﯶ
(43) “Ey iman gətirənlər! Sər­xoş ikən nə dediyinizi anla­yana qədər və cinsi əla­qədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənə­dək nama­za yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlər­dən biri ayaq yolun­dan gəlibsə və ya qadınlarla yaxın­lıq etmisinizsə, su tap­ma­sa­nız, təmiz torpaqla təyəm­müm edin, üzünüzə və əllə­ri­nizə sür­tün! Hə­qi­qətən, Allah Əfvedən­dir, Bağış­la­yan­dır”.

Uca Allah mömin qullarına sərxoş olduqları halda, onlara deyilən sözləri anlayana qədər namaza yaxınlaşmağı qadağan etmişdir. Bu qadağa həmçinin məscidlərə və digər ibadət yerlərinə yaxınlaşmağı da nəzərdə tutur və buna görə sərxoş adamlara məscidə girmək qadağandır. O, həm də sərxoş halda namaz qılmağın qadağan olduğunu əks etdirir və buna gö­rə sərxoş adamlara təfəkkür qabiliyyəti qayıdanadək və onlara deyilənləri başa düşənədək namaz qılmaq və Allaha ibadət etmək qadağan edilmişdir. Bu hökm insana sağlam düşüncəsi qayıdanadək qüvvədə qalır.
Bu gözəl ayə insan şüurunu dumanlandıran hər hansı bir şeyin qə­bul edilməsinə qoyulmuş qəti qadağanla ləğv edilmişdir. İslamın yayıldığı ilk illərdə çaxır qadağan edilməmişdi, lakin sonradan Uca Allah qullarını onun içilməsinin qəti qadağan edilməsinə hazırlaşdırdı: “Səndən sərxoş­edici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət var. Amma günahları mənfə­ətlə­rindən daha böyükdür” (Bəqərə, 2/219).
Sonra Uca Allah müsəlmanlara namazdan əvvəl çaxır içməyi qada­ğan edir və təfsir etdiyimiz ayəni göndərir. Bundan sonra isə hər hansı bir vaxt­da çaxır içilməsini qəti qadağan edir və buyurur: “Ey iman gəti­rən­lər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şey­lərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin sal­maq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?” (Maidə, 5/90-91).
Buna baxmayaraq, namazdan qabaq çaxır içilməsinin qadağan edilməsi daha sərt idi, çünki bu hərəkət namaz qılana hədsiz dərəcədə zərər vurur. Onun namazı mənasını itirirdi, axı o, namazı, namazın qəlbi olan Allaha itaət hissi duymadan qılırdı. Çaxır insanın qəlbini sərxoş edir, ona Allahı xatırlamağa mane olur və onu namazdan yayındırır.
Bu vəhyin mənasından aydın olur ki, insanı qarşısıalınmaz mürgü tutanda və ona dediyini və ya etdiyini dərk etməyə imkan verməyəndə iba­dət etmək olmaz. Bundan başqa, ayə həm də ona işarə edir ki, namaza başlamazdan öncə müsəlman namaz zamanı onu yayındıra biləcək hər cür fikir və hissləri özündən uzaqlaşdırmalıdır. Buna misal, təbii ehtiyacı tə­min etmək və yaxud yemək istəyi ola bilər ki, bu barədə səhih hədisdə bildirilmişdir.
Daha sonra, Allah cinsi əlaqədən sonra natəmizlik halında namaza yaxınlaşmağı qadağan edir. İnsan bu vəziyyətdə ancaq məsciddən keçib gedə bilər, qüsl edənə qədər onun orada qalmasına icazə verilmir. Bir söz­lə, müsəlmana cinsi əlaqədən sonrakı natəmizlik vəziyyətində, o, qüsl edə­nədək, namaza yaxınlaşmaq qadağandır və ona ancaq məsciddən keçib getməyə icazə verilir.
Əgər müsəlman xəstədirsə və ya səfərdədirsə, əgər o, ayaqyo­lun­dan gəlibsə, əgər zövcəsi ilə yaxınlıq edibsə və su tapa bilmirsə, onda ona natəmiz olmayan torpaqla təmizlənməyə icazə verilir. Allah xəstələrə bü­tün hallarda, suyun olub-olmamasından asılı olmayaraq torpaqla təmiz­lən­məyə icazə verir, çünki bunun səbəbi xəstəlikdir ki, onun gedişatında su­dan istifadə xəstə üçün ağırlaşdırıcı hala çevrilir. Allah səfər zamanı da torpaqla təmizlənməyə imkan verir, çünki səfər zamanı əksər hallarda su tapmaq çətinləşir. Əgər yolçu su tapa bilmirsə, onda olan su ehtiyatı isə ona içmək və digər ehtiyacları ödəmək üçün lazımdırsa, onda ona torpaqla təmizlənməyə yol verilir. Allah müsəlmana kiçik, böyük bayır ehtiyac­larından və qadınlarla yaxınlıqdan sonra həm səfərdə və həm də daimi yaşayış yerində su tapmadıqda torpaqla təmizlənməyə icazə verir və bu­nun dəlili təfsir etdiyimiz ayənin ümumi mənasından irəli gəlir.
Bir sözlə, Uca Allah torpaqla iki halda təmizlənməyə yol verir: həm səfərdə və həm də daimi yaşayış yerində su olmadıqda; həmçinin suyun çətinliklərə səbəb olduğu xəstəliklər zamanı və digər hallarda. 
Şərhçilər bu ayədə xatırlanan qadınlarla yaxınlıqla əlaqədar məsə­lədə müxtəlif rəy bildirmişlər. Əgər burada cinsi yaxınlıq nəzərdə tutu­lursa, onda şərh edilən ayə cinsi əlaqədən sonra natəmizliyin torpaqla təmizlənməsini birmənalı şəkildə qanuniləşdirir ki, bunu çoxsaylı hədislər də təsdiq edir. Əgər burada qadına şəhvətlə yaxınlaşmaq və bu zaman şəf­faf maddənin çıxması (məzi) nəzərdə tutulursa, onda bu ayədən aydın olur ki, qadına şəhvətlə toxunmaq dəstəmazı pozur.
Nəzərə alınsa ki, Allah su tapa bilməyənlərə torpaqla təmizlənməyə icazə vermişdir, deməli, onda alimlər namaz vaxtı çatdıqda su axtarıl­ma­sını vacib sa­yırmışlar. Allah demir ki, suyu olmayan və hətta onu axtar­mayan hər kəs torpaqla təmizlənsin. Torpaqla təmiz­lən­məyə, su axtarıb tapa bilmədikdən sonra icazə verilir.
Ayədən o da aydın olur ki, suyun keyfiyyəti onun içinə təmiz şeylər düşəndən sonra dəyişdikdə, müsəlmanlara ondan təmizlənmək üçün istifadə etməyə icazə verilir. Bundan əlavə, onlar belə etməyə borclu­durlar, çünki bu halda su öz vəziyyətini dəyişmir. Bəzi alimlər bu rəylə razılaşmır və belə suyun şübhəsiz olmadığını bildirirlər. Amma onların öz sübutları şübhə doğurur.
Bu şərəfli ayə Allahın müsəlmanlar üçün bir nemət etdiyi bu müh­üm hökmün qanuniliyinin dəlilidir. Bu – torpaqla təmizlənmə icazə­sidir və alimlər onunla əlaqədar yekdildirlər. Buna görə həmd isə təkcə Allaha məxsusdur!
Torpaqla təmizlənmək üçün üstündə toz olub olmamasından asılı olmayaraq təmiz bərk torpaqdan və digər təmiz süxurlardan istifadə etmək olar. Lakin bir rəy var ki, torpaqla təmizlənmək üçün üstündə toz olan torpaqdan istifadə olunmalıdır, çünki “əl-Maidə” surəsi dəstəmazla bağlı ayəsində deyilir: “...Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün...” (Maidə, 5/6). Əgər torpağın üstündə toz yoxdursa, onu ələ, sonra üzə sürtmək olmaz. Səhih hədislərin sübut etdiyi kimi, bütün üzə və ələ dirsəklərə qədər torpaq sürtmək lazımdır, özü də, Əmmarın hədisinin təsdiq etdiyi kimi, əl torpağa bir dəfə toxundurulmalıdır.
Ayədən bir də o aydın olur ki, cinsi kirlənmə nəticəsində və həmçi­nin digər hallarda, torpağı ancaq üzə və əllərə sürtmək kifayət edir.
Bilmək lazımdır ki, tibb elmi üç prinsipə istinad edir: sağlamlığı ona zərər verə bilən hər şeydən qorumaq; sağlamlığa zərər verə bilən hər şeydən azad olmaq və baş verə biləcək xəstəliklərin qarşısının öncədən alınması. Sağlamlığın qorunması və xəstəliklərin qarşısının öncədən alın­ması (profilaktikası) ilə əlaqədar Allah buyurur ki, yemək və içmək zama­nı ifratçılığa yol verilməsin, səfərə çıxanlara və xəstələrə oruc tutmamağa imkan verir ki, onlar səhhətlərini qoruya və sağlamlıqları haqqında qayğı çəkə bilsinlər. Allah bu üsulla Öz ədalətliliyini göstərir və xəstələri onlara ziyan vura bilən şeylərdən qoruyur. Xəstəliklərdən xilas olmağa gəldikdə isə, Uca Allah zəvvarlara ehramda olarkən bitdən xilas olmaq üçün onlara baş qırxdırmağa icazə verir. Təfsir etdiyimiz ayədə Allah sidiyi, nəcisi, qu­suntunu, mənini, qanı və başqa ifrazatı bədəndən təmizləməyin zəruri­liyini göstərir. Bu nəticənin çıxarılmasına İbn Qəyyum diqqət yetirmişdir. 
Bu ayədən həmçinin aydın olur ki, üzü və əlləri tam məsh et­mək lazımdır ki, bunu, namazın vaxtına çox az qaldıqda, torpaqla təmizləməyə icazə verilmişdir və bu halda, namazın vaxtı çatdıqdan sonra ancaq suyu axtarmaq vacibdir. Bunu daha yaxşı bilən Allahdır.
Ayənin sonunda Allah Özünün gözəl Əfvedən və Bağışlayan adlarını xatırladır. O, Öz qullarına bir-çox günahlarını bağışlayır və dini vəzifələrin onlara ağır yük olmaması və onları çətin vəziyyətə salmama­sından ötrü onlar üçün hökmlərini əsaslı şəkildə yüngülləşdirir.
Allahın əfv etməsi və hər şeyi bağışlaması kimi adları həm də özü­nü Onun müsəlmanlara qarşı mərhəmət göstərməsi ilə, yəni, su tapıb təmizlənə bilmədikdə, onun əvəzinə torpaqla təmizlənməyə icazə verməsi ilə büruzə verir. Onun əfv etməsi və hər şeyi bağışlaması özünü həmçinin onda göstərir ki, O, hətta möminin yer kürəsi boyda günahları olsa belə, onları bağışlayacağını bildirərək, bir şərt qoyur ki, o, Onun qarşısında olarkən, Ona şərik qoşmamış olsun.

ﯷ  ﯸ  ﯹ   ﯺ  ﯻ  ﯼ  ﯽ   ﯾ  ﯿ  ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄ  ﰅ  
(44) “Kitabdan özlərinə pay ve­rilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar və sizi də doğru yoldan az­dır­maq istə­yir­lər?”

Allah Kitab əhlini qınayır və bununla yanaşı Öz qullarını həmin gü­nahkarlar tərəfindən aldadıla biləcəklərindən və özlərini onlara bənzə­də­cəklərindən xəbərdar edir. Allah bildirir ki, onlar azğınlığı şövqlə sevir, hər şeydən çox ona üstünlük verir və, misal üçün, sevən sevdiyinin xatiri­nə bütün varını qurban verməyə hazır olduğu kimi, onlar da ona görə də­yərli olan şeylərini verməyə hazırdırlar. Onlar doğru təlim qarşısında az­ğın­lığa, haqq iman qarşısında kafirliyə, xoşbəxtlik qarşısında isə bəd­bəxtliyə üstünlük verirlər. Bununla bərabər onlar istəyirlər ki, möminləri haqq yoldan sapdırsınlar.

ﭑﭒﭓﭕﭖﭗﭘﭙﭚ  ﭛ

(45) “Allah sizin düşmənləri­nizi daha yaxşı tanıyır. Hima­yəçi ola­raq Allah ki­fayət edər! Yardımçı olaraq Allah yetər!”

Onlar müsəlmanları azğınlığa məruz qoymaq həsrətindədirlər və bunun üçün mümkün olan hər şeyi edirlər. Lakin möminləri himayə edən və onlara yardım göstərən Allah müsəlmanlara onların azğınlığını izah edir və müsəlmanları düz yoldan çıxartmaq cəhdlərini ifşa edir. Allahın Öz qullarının işlərini sahmana salması, bütün işlərində onlara mərhəmət göstərməsi və səadətə və müvəffəqiyyətə doğru yollarını asanlaşdırması onlara kifayət edir! Allahın Öz qullarına onların düşmənləri üzərində qələ­bə çalmağa kömək etməsi və onlara özlərini qorumalarını izah etməsi və bunda onlara yardım göstərməsi onlara kifayət edir! Onun himayəsi sayə­sində onlar nemət əldə edir, Onun yardımı sayəsində isə hər hansı şər və bəladan xilas olurlar.

ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ   ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ   ﭬ  ﭭ  ﭮ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ   ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ   ﮁ  ﮂ  ﮃ 

(46) “Yəhudilərdən bəziləri kəl­­mələrin ye­rini dəyişdirir, dillə­rini əyərək və di­nə tənə vura­raq: “Eşitdik və asi ol­duq!”, “eşidil­məyəni eşit!”, “bizə qayğı gös­tər!”– deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər ye­tir!”– desəydilər, əlbəttə, onlar üçün daha xe­yirli və daha doğru olardı. La­kin Allah küfrlərinə görə onları lə­nət­lədi. Onlar olduqca az ina­nırlar (ya­xud onların yalnız az bir hissəsi iman gə­ti­rir)”.

Uca Allah Kitab əhlinin yolunu azmasının və inadkarlığının nədən ibarət olduğunu və onların həqiqət qarşısında yalana üstünlük verdiklərini izah edir. Allah başa salır ki, yolunu azmış yəhudi alimləri müqəddəs mətn­­ləri və onların mənalarını təhrif etmişlər. Bunun nümunəsi onların Kitabında xatırlanan sonuncu elçinin (təkcə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əlamətlərinə uyğun gələn) əlamət­lərinin başqa peyğəmbərə aid olduğunu iddia etmələridir. Onlar bəyan ed­ir­lər ki, bu vəhylər Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və sala­mı olsun) aid deyildir və bununla həqiqəti gizlədirlər.
Onların biliklərə münasibəti belə idi, bu münasibət necə də pisdir! Onlar həqiqəti təhrif edir, doğrunu yalan adlandırır və beləliklə onu inkar edirdilər. Onların saleh əməllərə və Allahın hökmlərinin yerinə yetiril­məsinə münasibətlərinə gəlincə isə, o, özünü onların aşağıdakı sözlərində büruzə verirdi: “Biz sənin sözlərini eşitmişik, lakin sənin əmrlərini yerinə yetirmək istəmirik”. Bu davranış ən böyük kafirliyin, inadkarlığın və Allaha itaət etmək istəməməyin sübutu idi.
Onlar Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) yara­maz və nalayiq sözlərlə müraciət edir və deyirdilər: “Eşidilməyəni eşit!” Onlar istəyirdilər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) heç vaxt xoş söz eşitməsin və ancaq xoşagəlməz sözlərə qulaq assın. Onlar deyirdilər: “Bizə qayğı göstər!” Onlar sözləri ilə oyun­bazlıq edərək, onu pis vəziyyətdə qoymaq və naqis insan kimi göstərmək istəyirdilər. Onlar elə güman edirdilər ki, əgər onların sözləri yaramaz niyyətlərini ifşa etmirsə, deməli, onda onlar Allahı və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun) azdıra bilərlər. Onlar dilləri ilə yalan söy­ləyir və dini söyür, yəni, ikibaşlı ifadələrdən istifadə etməklə dini və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) təhqir edir və öz aralarında isə dini açıq şəkildə pisləyirdilər.
Sonra Allah Kitab əhlinə onlara daha çox fayda verə bilən əməlləri göstərir. Onlar buna cavab olaraq deməliydilər: “Eşidirik və itaət edirik! Bizi dinlə! Bizə qayğı göstər!” Onlar belə etsəydilər, onda öz fikirlərini düzgün ifadə edər və Allahı Elçisinə (ona Allahın salavatı və salamı ol­sun) hörmətlə yanaşardılar. Belə olduqda, onlar Onun iradəsinə tabe olar və nəciblik göstərərdilər ki, bu keyfiyyət bilik öyrənmək istəyənlər üçün zəruridir, onda onların məsələlərinə də baxılardı və onlara diqqət yeti­rilərdi.
Onlar belə davranmalı idilər, lakin alicənablıq, nəzakətlilik onlara xas olmadığından onlar belə etmədilər. Allah isə onları kafirliklərinə və inadcıllıqlarına görə qovub uzaqlaşdırdı. Onlar imandan boyun qaçırdıq­larına görə lənətləndirildilər və bundan sonra isə onların çox az bir hissəsi iman gətirdi.

ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ   ﮊ     ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ   ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮝ  ﮞ    ﮟ  ﮠ  ﮡ 

(47) “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxa­larına çevirmə­mişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi, onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdi­yi­mizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir”.

Uca Allah Kitab əhlinə - yəhudilərə və xristianlara, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) və ona nazil edilmiş Müqəddəs Qurana iman gətirməyi əmr etmişdi. O, özündən əvvəlki bütün Kitabları özündə mühafizə edir və onların gerçəkliyini təsdiqləyir, çünki həmin Kitabların hamısı onun nazil ediləcəyi xəbərini verirdilər. Onun haqqında öncədən verilən xəbərlər gerçəkləşmişdir və bu da əvvəlki vəhy­lərin doğruluğunu təsdiqləyir.
Əgər Kitab əhli Qurana iman gətirməkdən boyun qaçırsalar, onlar öz Kitablarını da inkar etmiş olurlar, çünki onlar hamısı bir-birinin ger­çəkliyini təsdiqləyir və bir-birinə uyğun gəlir. Əgər kimsə onlardan birinə inanıb o birisini inkar edirsə, onda onun sözləri yalandır.
Uca Allah Müqəddəs Quranın Kitab əhlinin əlində olanın doğru­lu­ğunu təsdiq etdiyini xatırladaraq, onları bütün başqa insanlardan əvvəl iman gətirməyə və Onun Kitabına doğru yönəlməyə dəvət edir. Axı on­ların bilikləri və Kitabı vardır və onlar başqalarından daha çox məsuliyyət daşıyırlar. Bax, məhz buna görə Allah onları təhdid edərək bildirir ki, onların üzləri dümdüz hamarlanıb geriyə çevrildiləcək, özü də bu intiqam onların törətdikləri cinayətlərə uyğun olacaq. Onlar haqqı inkar etdilər, yalana üstünlük verdilər və hər şeyin əsil mahiyyətini təhrif etdilər. Onlar yalanı – həqiqət elan etməklə ona müvafiq cəzaya layiq oldular. Onların üzləri sıyrılıb dümdüz edildi və başlarının arxasına tərəf çevrildi və bu, həqiqətən də, yaramaz bir çöhrədir.
Allah onları da, şənbəni pozmuş və lənətləndirilərək cəzalan­dırıl­mış qardaşları kimi, Öz mərhəmətindən məhrum edərək, meymunlara çe­virəcəyi ilə hədələyir. Uca Allah buyurur: “Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!” – dedik” (Bəqərə, 2/65).
Sonra Allah xəbər verir ki, Onun hökmləri mütləq icra edilir. Bu söz­lər aşağıdakı ayəyə oxşayır: “Bir şeyi istədikdə ona təkcə: “Ol!” deyər, o da olar” (Yasin, 36/82).

ﮢ  ﮣ  ﮤ  ﮥ   ﮦ  ﮧ  ﮨ    ﮩ  ﮪ  ﮫ   ﮬ  ﮭ  ﮮ  ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ  ﯗ   ﯘ 
(48) “Şübhəsiz ki, Allah Özü­nə şərik qoşulmasını bağışla­maz, bundan başqa günahları isə dilə­diyi kimsəyə bağışla­yar. Allaha şərik qoşan kəs if­tira at­maq­la böyük bir günah etmiş olur”.

Uca Allah bildirir ki, əgər insan Ona şərik qoşursa, onda Allah bu­nu ona bağışlamır, lakin yerdə qalan bütün az ağır günahları – həm kiçik, həm də böyük günahları kimə istəyirsə, bağışlayır, bu zaman O, müdrik­liyinə və hərşeyibağışlama xüsusiyyətinə əsaslanır. Öz ağırlığı etibarı ilə müşriklikdən sonra gələn günahların bağışlanmasına səbəb olan bir çox amillər vardır. Onların arasında – cinayətləri silən saleh əməllər; günahları yuyan – dünyəvi çətinliklər; ölümdən sonra Qiyamət gününə qədər bər­zəxdə keçirilən həyat; Qiyamət gününün hadisələri; möminlərin bir-biri üçün etdiyi dualar; şəfahətçilərin şəfahəti olacaqdır. Bütün bunlardan başqa, Allahın rəhmi də var ki, ona təkcə bir olan Rəbbə ibadət edən möminlər layiq görüləcəklər.
Lakin insan Ona şərik qoşursa, onda o, öz qarşısında olan bağışlan­ma və rəhm qapısını bağlayır, çünki əgər insan tövhid dininə etiqad et­mirsə, xeyirxah əməlləri ona fayda vermir və heç bir bədbəxtçilik onun günahlarını yumur. Qiyamət günü isə belə bir adamın nə şəfaətçisi və nə də yaxın dostları olmayacaqdır. Buna görə Allah buyurur ki, kim Ona şərik qoşarsa, ən böyük günah etmiş olur və dəhşətli cinayətə yol verir.
Torpaqdan yaradılmış və hərtərəfli çatışmazlıqlara malik olanın, nə özünə, nə ona ibadət edənlərə nə fayda, nə də zərər verməyi bacarma­ya­nın, həyatı, ölümü və dirilməsi üzərində hakimiyyətə sahib olmayan bir kəsin, bütün sifətlərdən və keyfiyyətlərdən kamil olan, xeyir və zərər verməyə, səxavətlə bəxş etməyə və nemətlərdən məhrum etməyə qadir olan, Təklikdə Öz lütfünü əta edən Xaliqlə özünü bərabər tutmasından böyük bir zalımlıq olarmı? Məgər bundan daha dəhşətli bir zalımlıq ola bilərmi?
Məhz buna görə, müşriklər əbədi cəzaya məhkum ediləcək və ilahi mükafatlardan məhrum olunacaqlar. Uca Allah buyurur: “...Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır” (Maidə, 5/72).
Bu kərim ayə Allaha şərik qoşanlara və tövbə etməyənlərə aiddir. Əgər insan tövbə etmişsə, Allah onu məxluqlara ibadət etdiyinə və başqa günahlarına görə bağışlayacaqdır. Uca Allah buyurur: Qullarıma Mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şüb­həsiz ki, Allah bütün gü­nahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”  (Zumər, 39/53). Bu ayədə isə, tövbə edərək Allaha qayıdanlardan bəhs edilir.
ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ     ﯥ   ﯦ  ﯧ  ﯨ 
(49) “Özlərini öyənləri gör­mür­sənmi? Xeyr! Allah istədi­yini tə­rif­ləyər və on­lara xurma çərdəkindəki tel qədər haq­sız­lıq edil­məz”.

Allah qullarının hərəkətlərinə təəccüblənir və onları özlərini öy­düklərinə görə məzəmmət edir. Bu, ortada olmayan bir şeyə görə özünü tərifləyən yəhudilərə, xristianlara və özlərini onlara bənzədənlərə aiddir. Yəhudilər və xristianlar deyirlər: “...Biz Allahın oğulları və Onun sev­im­liləriyik” - deyirlər...” (Maidə, 5/18). Onlar deyirlər: “...Yəhudilər­dən və xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!...” (Bəqərə, 2/111). Lakin bu əsassız bəyanatlar inandırıcı dəlillərə istinad etmir. Belə dəlil bu ayədir: “Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənmə­yəcəklər...” (Bəqərə, 2/112).
Allah belə insanları tərifləyir. Axı O, istədiyini tərifləyir və tə­miz­ləyir. O, onları imanları və saleh əməlləri sayəsində günahlardan təmiz­ləyir, onları pis əxlaqdan xilas edir və onlara gözəl keyfiyyətlər qismət edir. O ki qaldı özlərini tərifləyənlərə, onlar bəyan edirlər ki, düz yolun tərəfdarıdırlar və onlar yeganə şəxslərdir ki, mükafata layiqdirlər, halbuki bu tamamilə yalandır. Əslində, onlar hətta tərifə layiq olan qulların key­fiy­yətlərinin bəzilərinə belə malik deyillər, bunun səbəbi isə, onların za­lımlığı və kafirliyidir. Allah onlarla zalımcasına davranmır və onlar hətta xurma çərdəyinin kənarında yerləşən iplik və yaxud istənilən digər nazik dolanmış sap qədər incidilməyəcəklər.

ﯩ  ﯪ    ﯫ  ﯬ  ﯭ  ﯮ   ﯰ  ﯱ    ﯲ  ﯳ  ﯴ 

(50) “Bax, necə də Allaha qarşı yalan uy­dururlar. Bu, açıq-aşkar günah sayıl­maq üçün ki­fayət edər!”

Bax gör, onlar özlərini tərifləyəndə Allaha qarşı necə böhtan atır­lar. Onların sözləri – Allaha atılan ən böyük iftiradır, çünki yəhudilər və xristianlar özlərini təriflə­yərək, əslində bildirirlər ki, onların tutduğu yol ən düzgündür, mömin müsəlmanların əqidəsi isə kafirlikdir. Onlar ən böyük yalan uydurur, gerçəkliyi təhrif edir, həqiqəti yalan kimi, yalanı isə həqiqət kimi göstərirlər. Onların günahı açıq aşkardır və o, onları dəhşətli və əzabverici cəzaya məhkum edəcəkdir.

ﯵ  ﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ   ﯻ  ﯼ  ﯽ  ﯾ  ﯿ  ﰀ   ﰁ  ﰂ       ﰃ  ﰄ  ﰅ  ﰆ  ﰇ  ﰈ  ﰉ  
(51) “Kitabdan pay verilmiş kəs­ləri görmədinmi? Özləri cibtə və tağuta inan­maqla yanaşı hələ bir kafirlər üçün də: “Bun­lar mömin­lərdən daha doğru yol­dadırlar”– deyirlər”.

Bu vəhy, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) və möminləri gözü götürməyən yəhudilərin yaramaz xasiyyətlərini ifşa edir. Alçaq keyfiyyətləri və murdar mahiyyətləri onları Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) iman gətirməkdən boyun qaçırmağa və bunun əvəzində cibtilərə və tağuta inanmağa sövq etdi. Cibti və tağuta iman adı altında, Allahdan başqa kimə ibadət edir­lərsə, kim Onun qanunlarının ziddinə qərar çıxarırsa, onlar nəzərdə tutu­lur. Bunlara aid olanlar: cadugərlik, baxıcılıq, məxluqlara ibadət və şeytana itaətdir.
Yəhudilərin kafirliyi və paxıllığı onları kafir müşriklərin əməllərini möminlərin əməllərindən üstün tutmağa sövq etmişdir və onlar demişdilər ki, kafirlər möminlərdən daha doğru yolla gedirlər. Bununla da onlar kafirlərə yaltaqlanaraq, nifrətlərini haqq dinə tərəf yönəltdilər. Gör onlar nə dərəcədə eybəcər, tərs və axmaqdırlar!! Niyə onlar özlərinə belə yaramaz və alçaldıcı yol seçmişlər?!! Doğrudanmı onlar elə düşünürlər ki, onların sözləri ağıllı insanları yoldan çıxaracaq və yaxud nadan bir axmaq onların mənasını başa düşə biləcək?!!
Məgər bütlərə və daşlara ibadətə əsaslanan, halal yeməkləri qada­ğan edən və murdar şeyləri yeməyi halal sayan, bir çox haramları ləğv edən və insanlara zalım münasibət bəslənməsini, məxluqların Yaradanla bərabərləşdirilməsini təbliğ edən, Allaha, Onun Elçisinə (ona Allahın sa­la­vatı və salamı olsun) və Onun Kitabına iman gətirməyən bir dini,  Rəhmana ibadətə, tək Ona gizli və açıq şəkildə səmimi xidmətə əsaslanan, bütləri, uydurma allahları, yalançıları və Allahla bərabər ibadət etdikləri nə varsa hamısını rədd edən, qohumluq əlaqələrini saxlamağı, bütün məxluqlara, hətta heyvanlara belə xeyirxah münasibət bəsləməyi, insan­lara qərəzsiz yanaşmağı təbliğ edən, rəzaləti və zalımlığı qadağan edən və bütün sözlərdə və hərəkətlərdə doğruçuluğa dəvət edən bir dindən üstün saymaqmı olar?
Yəhudilərin bu dedikləri mütləq sərsəmləmə idi və belə şeyləri ya tamamilə cahil, nadan və ağıllı olmayan insanlar, ya da haqqa nifrət edən ən qəddar kafirlər deyə bilərdilər. Gerçəklik bundan ibarətdi və buna görə də sonra Uca Allah belə buyurur:

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭖ  ﭗ     ﭘ  ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  

(52) “Onlar Allahın lənətlə­diyi kəslər­dir. Allah kimi lənət­lə­yərsə, ona heç bir yardımçı tap­mazsan”.

Allah onları Öz mərhəmətindən məhrum etmiş və heyfini onlardan çıxmışdır və əgər O, insanla bu qaydada rəftar edirsə, onda heç kim belə bir şəxsin mənafeyinin qayğısına qalmaz və onu xoşagəlməz hallardan qo­rumaz. Bu – insanın Allahın mühafizəsindən məhrum olmasının ən böyük təzahürüdür.

ﭞﭟﭠ  ﭡ  ﭢ  ﭣﭤﭥ  ﭦﭧ  ﭨ 

(53) “Yoxsa hökmranlıqdan on­ların bir payı vardır? Elə ol­saydı, onlar in­sanlara xurma çərdəyinin bir qırıntısını belə ver­məz­dilər”.

Məgər onlar elə bir hakimiyyətə malikdirlər ki, öz istəklərinə uy­ğun olaraq bir şeyi başqa bir şeydən üstün hesab edə bilsinlər? Bu belə olsaydı, onlar kainatı Allahla bərabər idarə edərdilər. Hətta bu halda da onlar xəsislik edər və çətin ki, insanlara xeyir verərdilər. Əgər onlar On­unla bərabər hakimiyyətə malik olsaydılar, məhz bu keyfiy­yətlər onlara məxsus olardı. Hərçənd bu ayə sual formasında nazil edilmişdirsə də, onun cavabının mənfi olması hər kəsə aydındır.

ﭩ   ﭪ  ﭫ   ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭳ  ﭴ    ﭵ  ﭶ    ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  

(54) “Yoxsa onlar Allahın Öz lütfün­dən insanlara verdiyi şeyə görə on­la­ra həsəd aparır­lar? Biz İbrahimin nəs­li­nə də Kitab və Hikmət bəxş etmiş və on­lara bö­yük bir səltənət vermişdik”.

Bu dərəcədə müdhiş sözləri söyləməyə onları nə məcbur edir? Məgər onlar Allahın şərikləridirlər ki, istədikləri şeyə üstünlük versinlər? Ya da onlar Allahın Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) və möminlərə verdiyinə həsəd çəkirlər?  Əgər belədirsə, onda Onun belə bir ne­məti yeni bir şey deyil ki, ona təəccüb edilsin, əvvəllər də Allah İbrahimin nəslinə Kitab və Hikmət bəxş etmiş və böyük hakimiyyət ver­mişdi.
Allah İbrahimin nəsillərinə böyük lütfkarlıq göstərərək onlara pey­ğəmbərlik, Kitab və hakimiyyət əta etmişdi ki, onunla Allahın pey­ğəm­bərlərindən bəzilərinə, məsələn, Davuda və Süleymana hörmət gös­tə­rilmişdi. O, Öz mömin qullarına nemətinin arasını kəsməmişdir. Onda ni­yə axı onlar ən ləyaqətli, ən şan-şöhrətli, Allah haqqında ən çox biliyə ma­lik olan və insanlar arasında Allahdan ən çox qorxan Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) verilən peyğəmbər­liyi, qələbəni və  hakimiyyəti etiraf etməkdən boyun qaçırırlar?!!
ﭽ  ﭾ  ﭿ  ﮀ   ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮆ  ﮇ  ﮈ   ﮉ 

(55) “Onlardan kimi (Muhəm­mədə) iman gətirdi, kimi də on­dan üz çevirdi. Yandırıb-yaxan od kimi Cəhənnəm on­lara bəsdir”.

Kim Muhəmmədə iman gətirmişdirsə, bu dünya həyatında xoşbəxt­lik və ölümdən sonra uğur tapmışdır, kim inadkarlıq və zalımlıq edərək, ondan üz çevirmişdirsə, o, bu dünyada özünü günahlarının nəticəsi olan bədbəxtliklərə və əziyyətlərə düçar etmişdir, Qiyamət günü də, yəhudi­lə­rin, xristianların və Allaha iman gətirməyi rədd etmiş və Allahın peyğəm­bərlərini inkar etmiş bütün kafirlərin yanacağı Cəhənnəm odu ona kifayət edəcəkdir.
ﮊ  ﮋ  ﮌ    ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ   ﮒ   ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮚ    ﮛﮜ  ﮝ  ﮞ  ﮟ 

(56) “Şübhəsiz ki, ayələrimizi inkar edən­ləri odda yandıra­ca­ğıq. Hər dəfə on­ların dəriləri yan­dıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa də­rilərlə əvəz edəcəyik. Həqi­qətən, Allah Qüdrətlidir, Müd­rikdir”.

Allahın ayələrini inkar edən kafirlərin vasil ediləcəyi və dəhşətli dərəcədə alışdırılıb alovlandırılacaq Cəhənnəm odunun hərarəti dözülməz olacaqdır. Hər dəfə onların dəriləri büsbütün yandıqdan sonra Allah onları yeni dərilərlə əvəz edəcək ki, çəkdikləri cəza onlara fasiləsiz olaraq əzab və işgəncə verməkdə davam etsin. Kafirlik onların ayrılmaz xislətinə çev­rilənədək onlar ona etiqad etməkdən və inadkarlıq göstərməkdən əl çək­mir­dilər və buna görə də onlar Cəhənnəmdə bu cəzanı dönə-dönə dadma­lı­dırlar. Bu, onların layiq olduqları intiqamdır və məhz buna görə Allah Özünü Qüdrətli və Müdrik adlandırır. O, böyük qüdrətə malikdir və yara­darkən, hökm verərkən, mükafatlandırarkən və cəzalandırarkən müdrik­liyinə əsaslanır.
ﮠ  ﮡ  ﮢ  ﮣ   ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ    ﮪ  ﮫ  ﮬ   ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯔ  ﯕ  ﯖ  ﯗ 

(57) “İman gətirib saleh əməl­lər iş­lə­yən­ləri isə ağacları altın­dan çaylar axan, içində əbədi məskun­laşacaqları Cən­nət bağ­larına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr var­dır. Biz on­ları sıx kölgəlik­lərdə yerləşdirəcəyik”.

Allaha iman gətirən və imanları onları fərz və könüllü saleh əməllər etməyə yönəldən möminlər mütləq çaylar axan Cənnət bağlarına daxil ediləcək, orada qüsurlu keyfiyyətlərə malik olmayan, xoşagəlməz zahiri görünüşdən xilas edilmiş və bu dünyadakı qadınlara xas hər cür nöqsanlardan və natəmizliklərdən pak zövcələr məskunlaşmışlar. Bununla yanaşı, onlar orada daima sıx kölgəliklər altında olacaqlar.

  ﯙ    ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ   ﯠ  ﯡ  ﯢ  ﯣ   ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯩ    ﯪ  ﯫ  ﯬ   ﯭ  ﯯ    ﯰ  ﯱ    ﯲ   ﯳ  ﯴ 

(58) “Həqiqətən, Allah sizə əma­nətləri sahiblərinə qaytar­manızı və insanlar ara­sında hökm verər­kən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə ver­di­yi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir”.

“Əmanət” sözü – insana saxlamaq üçün etibar edilib verilən və ya­xud yerinə yetirilməsi üçün həvalə edilən hər şeyə aiddir. Allah qullarına etibar edilən özgə əmlakını saxlamağı və həvalə edilmiş tapşırıqları ən mükəmməl qaydada yerinə yetirməyi əmr edir. O, saxlanmağa verilmiş əmlakın bir hissəsini mənimsəməyi və ya onun qaytarıl­masını gecikdir­məyi qadağan edir. Bu hökmlər insanlara etibar edilə bilən hakimiyyətə, əmlaka, sirlərə və həmçinin təkcə Allaha məlum olan bütün başqa yaxşı əməllərə şamil edilir.
Alimlər qeyd edirlər ki, əgər insana saxlaması üçün əmlak etibar edirlərsə, o, onu qorumalı, ona layiqincə qayğı göstərməlidir, çünki o, ona saxlanması üçün həvalə edilmiş əmlakı qoruyub saxladığı halda, onu qaytara bilər. Deməli, əmlaka qayğı ilə yanaşmaq vacibdir.
Saxlanmağa verilmiş əmlakın sahiblərinə qaytarılması hökmündən aydın olur ki, əmlak ancaq onu saxlamağa vermiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır. Əgər əmlakı saxlayan adam onu sahibi olmayan bir kəsə verərsə, o, öz vəzifəsini yerinə yetirməmiş olur.
Allah insanlar arasında iddiaları ədalət üzrə həll etməyi əmr edir. Bu, vurulmuş zərərin ölçülərindən asılı olmayaraq, həyata, əmlaka və ya insan namusuna qəsdlə bağlı bütün iddialara aiddir. Hakimlər yaxın və yad insanlara, günahkarlara, hökm sahiblərinə və hətta öz düşmənlərinə belə ədalətli yanaşmalıdırlar. Hökm çıxararkən riayət olunmasına əmr edilən ədalətlilik dedikdə isə, Allahın Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun) dili ilə səsləndirdiyi sərhədlər və qanunlar nəzərdə tutu­lur. Buradan aydın olur ki, hakimlər hansı qərarın ədalətli olması haqqın­da kifayət qədər biliklərə malik olmalıdırlar, çünki məhz bu halda onlar qərar qəbul edə bilərlər.
Allahın hökmləri gözəl və ədalətli olduğuna görədir ki,  sonra Allah Öz hökm­lərini və qadağalarını tərifləyir. Onlar, insanlara bu dünya­da və ölümündən sonra fayda verən nə varsa və onları bəlalardan qoruyan nə varsa, hamısını əhatə edir, çünki onları Eşidən və Görən Rəbb nazil etmişdir. Ondan heç nəyi gizlətmək olmaz, O, qullarının özlərinin bilmə­diyi, lakin onlara fayda gətirən əməllərini bilir.

ﯵ  ﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯼ   ﯽ  ﯾﯿ  ﰀ  ﰁ   ﰂ  ﰃ  ﰄ  ﰅ       ﰆ  ﰇ  ﰈ  ﰉ      ﰊ  ﰋ  ﰌ  ﰍ  ﰏ  ﰐ  ﰑ  ﰒ  ﰓ  
(59) “Ey iman gətirənlər! Allaha və elçisinə və həm də özünüzdən olan rəhbərlərə itaət edin! Əgər bir şey haq­qında müba­hisə et­səniz, Allaha və Axirət gününə ina­nır­­sınızsa, onun həllini Allahdan və Peyğəmbərdən diləyin. Bu, daha xeyirli və nəticə etiba­ri­lə daha yaxşıdır”.
Allah Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etməyi əmr edir və möminlər buna görə dinin vacib (fərz) və könüllü (nafilə) hökmlərini yerinə yetirməli və bütün haramlardan çəkinməlidirlər. O, insanlar arasında təsirə malik olan hökmdarlara, hakimlərə və müftilərə itaət etməyi əmr edir, çünki onlar hakimiyyət sahiblərinə itaət etdikdə, öz­lə­rini Allaha təslim etdikdə və Onun mükafatını almağa can atdıqda insanların dini və dünyəvi işləri sahmana düşə bilər. Lakin hakimiyyət səlahiyyəti olanların hökmlərini yerinə yetirmək o zaman olar ki, onlar Allaha itaətsizlik göstərməyi tələb etməsinlər. Əgər onlar bunu tələb etsə­lər, onda müsəlman, Xaliqin əmrlərini pozaraq məxluqa tabe olmamalıdır. Yəqindir ki, hakimiyyət sahiblərinə tabeçilik xatırlanarkən ayənin mət­nində felin olmaması məhz bununla əlaqədardır. Lakin Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etməyi xatırladan sözün önündə fel qoyulmuşdur, çünki o, həmişə Allaha itaət göstərməyi əmr edirdi və hər dəfə kim ona itaət edirsə, Allaha itaət etmiş olur. Hakimiyyət sahiblərinə gəldikdə isə, onlara, Onun hökmlərinə zidd olmadığı halda, itaət etmək zəruridir.
Sonra Allah dinin əsas və ya ikinci dərəcəli hökmləri ilə əlaqədar bütün mübahisəli məsələlər üzrə Ona və Onu Elçisinə (ona Allahın sala­vatı və salamı olsun) müraciət etmək hökmü verir, yəni, mübahisəli məsə­lələrə Allahın Kitabında və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) Sünnəsində cavab axtarılmalıdır, çünki bu ikisi bütün mübahisəli məsələlərin həllini özündə ehtiva edir. Məsələnin həlli konkret və ya ümu­mi ola bilər, eyhamla və ya göstərişlə işarə edilə bilər, nassın mətnindən və yaxud mənasından çıxarıla bilər və ya da oxşarlıq üzrə yürüdülən mü­ha­kiməyə istinad edə bilər, çünki Allahın Kitabı və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) Sünnəsi dinin istinad etdiyi iki sütundur ki, onlarsız iman doğru ola bilməz.
Qurana və Sünnəyə  müraciət edilməsi imanın vacib şərtidir və buna görə Allah insanlara əmr edir ki, əgər onlar Allaha və Qiyamət gü­nünə inanırlarsa, belə etməlidirlər. Buradan aydın olur ki, əgər insan mübahisəli məsələlərin həlli üçün Quran və Sünnəyə müraciət etmirsə, onda o, həqiqi mömin deyildir. Əksinə, o, tağuta inanmışdır və bunun dəlili növbəti (60-cı) ayədir.
Allah bildirir ki, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) məhkəməsinə müraciət daha yaxşı və nəticə etibarı ilə daha gözəldir, çünki dinə, dünya və Axirət həyatına aid bütün məsələlərdə Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) hökmləri ən gözəl, ən ədalətli və insanlar üçün ən əlverişlidir.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ         ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ    ﭣ     ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ    ﭭ  ﭮ  ﭯ 

(60) “Sənə nazil edilənə və sən­dən əv­vəl nazil edilənlərə iman gətir­diklərini iddia edən­ləri gör­mədinmi? Onlar mü­ha­kimə olun­ma­la­rı üçün tağuta mü­ra­ci­ət et­mək istəyirlər. Hal­buki onlara ta­ğu­ta in­anmamaq əmr olun­muş­dur. Şey­tan isə onları dərin bir azğınlığa sal­maq istəyir”. 

Uca Allah qullarına müşriklərin qəribə rəftarı haqqında xəbər verir. Onlar bildirirlər ki, Allahın Elçisinin (ona Allahın salavatı və salamı ol­sun) gətirdiyinə və əvvəllər nazil edilənlərə iman etmişlər, amma özləri tağutların məhkəməsinə müraciət edirlər. Bu ad altında Allahın qanunla­rına zidd qərar qəbul edənlərin hamısı nəzərdə tutulur.
İnsanlara tapşırılmışdır ki, tağutların məhkəməsinə müraciət etmə­sinlər. Məgər onların məhkəməsinə müraciət etməklə haqq dinə iman gə­tir­mək bir araya sığışırmı? İman Allahın qanunlarına itaət göstərməyi və bütün məsələlər üzrə Onun məhkəməsinə müraciət etməyi tələb edir. Əgər insan özünü müsəlman adlandırırsa və amma tağutların qanunlarını Onun qanunlarından üstün tutursa, onda o, şeytanın təhriki ilə azğınlığa düşmüş yalançıdır. Məhz buna görə, Allah buyurur ki, şeytan insanları haqdan yayındıraraq, onları dərin azğınlığa məruz qoyur.

ﭰ  ﭱ ﭲﭳﭴﭵﭶ ﭷﭸﭹ  ﭺﭻﭼ  ﭽ   ﭾ  ﭿ 
(61) “Onlara: “Allahın nazil et­diyinə və Elçisinə tərəf gə­lin!”– deyildikdə, mü­nafiqlərin səndən nifrətlə üz çevir­dik­­lə­rini görür­sən”.

ﮀ  ﮁ      ﮂ  ﮃ  ﮄ     ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ   ﮍ         ﮎ  ﮏ  ﮐ 

(62) “Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən son­ra sənin yanına gə­lib: “Biz ancaq yax­şı­lıq etmək və mübahisə edənləri ba­rış­dır­maq is­tədik!”– deyə Allaha and içdikdə onla­rın halı necə olacaq?”

Özlərinin törətdikləri günahkar əməllərə və tağutların məhkəmə­sinə müraciət etdiklərinə görə onlara müsibət üz verdikdə, o azğınların halı necə olacaq?! Belə bir vəziyyətə düşərək onlar sənin yanına gəlib, törətdiklərinə görə üzr istəyəcəklər. Onlar Allaha and içəcəklər ki, ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istəyirdilər. Lakin onlar yalançıdırlar, çünki əsil yaxşılıq Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) mühakiməsinə müraciət etməkdən ibarətdir. İman sahibi olan insanlar üçün kimin qərarı Onun hökmündən yaxşı ola bilər?
ﮑ  ﮒ  ﮓ  ﮔ  ﮕ   ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ   ﮞ  ﮟ  ﮠ  ﮡ 

(63) “Onlar o kəslərdir ki, Allah on­ların qəlblərində olanı bi­lir. Elə isə on­lardan üz dön­dər, onlara öyüd-nəsihət ver və özləri ba­rədə onlara təsir gös­tərə biləcək söz söylə”.

Allah onların münafiqliyini və qəlblərində olan bəd niyyətlərini bilir. Buna görə, onlara diqqət yetirmə və etdiklərinə də cavab vermə, sa­dəcə onlara nəsihət et, Allahın qanunlarını açıqla və onları Ona itaət et­məyə ruhlandır və itaətsizlikdən çəkindir. Onlara təklikdə öyüd-nəsihət ver, çünki bu yolla arzu edilən nəticəni ələ gətirmək asandır və elə inan­dırıcı şəkildə danış ki, onları törədəcəkləri cinayətlərdən saxlaya biləsən.
Buradan aydın olur ki, dəvətçi itaətsizlik edəndən üz çevirsə də, o, təklikdə ona nəsihət verməli və istədiyi nəticəni almaq ümidi ilə onunla inandırıcı tərzdə söhbət etməlidir.

ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ       ﮧ  ﮨ  ﮩ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ   ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ      ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ 

(64) “Biz hər bir elçini, Alla­hın izni ilə, ona məhz itaət edilsin de­yə göndərdik. Əgər onlar öz­lərinə zülm etdikləri za­man sə­nin yanı­na gəlib Allah­dan ba­ğışlanma di­ləsəy­dilər və Pey­ğəmbər də onlar üçün ba­ğış­lanma diləsəydi, əl­bət­tə ki, Allahın Tövbəqəbuledən və Rəhmli oldu­ğunu görərdilər”.

Bu Quran hekayəti Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etmək barədə hökmü və çağırışı nəzərdə tutur. Ayədən aydın olur ki, Allahın elçiləri ona görə göndəriliblər ki, insanlar onlara itaət etsinlər, onların hökmlərini yerinə yetirsinlər, onların haram etdiklərindən çəkinsinlər və onlara itaət edilən insanlar kimi hörmət bəsləsinlər. Ayədən həmçinin aydın olur ki, elçilər Allahın adından bəyan etdikləri, əmr etdik­ləri və ya qadağan etdikləri hər şeydə səhv etməkdən qorunduqları üçün, Allah onlara, sözün geniş mənasında, qəti olaraq hər şeydə tabe olmağı əmr edir.
İnsanlar Allahın icazəsi ilə elçilərə itaət edirlər ifadəsindən aydın olur ki, bu, Onun  Qədərinə uyğun olaraq baş verir və buna görə, şərh olunan ayə Qədərin xeyrinə dəlalət edir, qulları Allahdan kömək diləməyə çağırır və izah edir ki, Allah insana yardım etməsə, o, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etməyi bacarmaz.
Sonra Allah Özünün böyük səxavətindən, lütfkarlığından bəhs edir, günahkarları və asiləri öz günahlarını tövbə etməyə, peşmançılıq çəkməyə və Ondan bağışlanma diləməyə çağırır. O buyurur ki, əgər onlar günah­larını etiraf edərək və onları tövbə edərək Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəlsəydilər, əgər onlar Allahdan bağış­lanma diləsəydilər və əgər Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahdan onları bağışlamağı xahiş etsəydi, onda O, onların zalımlıq dərəcəsinə çatmış əməllərini bağışlayar və tövbələrini qəbul edib onlara rəhm edər, onları doğru yola yönəldər və onları mükafatlarla təltif edərdi..
Şübhəsiz ki, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına getmək hökmü o, sağ olana qədər qüvvədə idi. Bu şərhin xeyrinə dəlalət edən bu ayənin öz mətnidir, çünki Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ancaq həyatda olduğu zaman günah­karlar üçün xahiş edə bilərdi. Onun (ona Allahın salavatı və salamı olsun) vəfatından sonra insanların ona (ona Allahın salavatı və salamı olsun) xa­hişlə müraciət etməsi qadağan olunmuşdur, çünki bu, müşrikliyin təzahür­lərindən biridir.

ﯜ  ﯝ  ﯞ   ﯟ      ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ    ﯥ  ﯦ  ﯧ      ﯨ  ﯩ  ﯪ  ﯫ   ﯬ  ﯭ  ﯮ  ﯯ  

(65) “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkiş­mə­lərdə səni hakim hesab etməyincə, sonra da verdi­yin hökmlərə görə özlə­rində bir sıxıntı duymadan tam təslim ol­mayınca iman gətir­miş olmazlar”.

Uca Allah Özü Özünə and içmişdi ki, insanlar Onun Elçisini (ona Allahın salavatı və salamı olsun) bütün mübahisəli məsələlərində hakim seçməyincə iman gətirməzlər. Bu, bütün müsəlmanların həmrəy olduqları məsələlərə aid deyildir, çünki o, həmişə Qurana və Sünnəyə istinad edir.
İman sahibi olmaq üçün təkcə Allahın Elçisinin (ona Allahın sala­vatı və salamı olsun) mühakiməsinə müraciət etmək kifayət deyildir. İnsanlar onun verdiyi qərarlardan ürəklərində heç bir sıxıntı hiss etməməli və onun hökmlərinə barmaqarası yanaşma­malıdırlar. Lakin hətta bundan sonra da onlar onun iradəsinə tam tabe olmadan iman gətirmir və onun hökmlərini rahatlıqla və tam qənaətbəxş yerinə yetirmirlər.
Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) mühakiməsinə müraciət edərək insan müsəlman olur. O, sıxıntılardan xi­las olaraq, iman sahibinə çevrilir. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) iradəsinə tabe olaraq, o, əməlisaleh möminə dönür. Üç hökmün üçünü də layiqincə yerinə yetirərək, o, dinə mükəmməl etiqad edir. Əgər o, dinin qanunlarını beləcə yerinə yetirməkdən boyun qaçırır və bunu vacib saymırsa, onda o, kafirdir. Əgər ki, o, onlara riayət etmir, lakin onları vacib sayırsa, onda o, sadəcə, günahkarların sırasına daxil olur. 

ﭑ  ﭒ  ﭓ ﭔﭕﭖﭗﭘﭙ  ﭚ   ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ   ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ 
(66) “Əgər Biz onlara: “Özü­nüzü (ara­nızdakı günahkarları) öldürün və ya­xud yurdlarınız­dan çıxın!”– deyə bu­yur­muş olsaydıq, içərilə­rindən çox azı bunu yerinə yeti­rərdi. Əgər on­lar öz­lə­rinə veri­lən öyüd-nəsi­hətlərə əməl et­səydilər, əlbəttə, bu, onlar üçün daha xe­yirli və daha mükəmməl olardı”.

ﭮ  ﭯ  ﭰ   ﭱ   ﭲ  ﭳ  ﭴ 

(67) “Onda Biz də onlara Öz tərə­fi­miz­dən böyük bir müka­fat verər”
ﭵ  ﭶ  ﭷ  ﭸ  

(68) “və onları doğru yola yö­nəl­dər­dik”.

Uca Allah bildirir ki, əgər dinin hökmləri qullar üçün ağır olsaydı, əgər onlara özlərini öldürmək və doğma yurdlarını tərk etmək əmr edil­səydi, onların çox az bir qismi o hökmləri icra edərdi. Qoy insanlar öz Rəbbinə həmd etsinlər və Onu, onların vəzifələrini yüngül, asan və hər bir insan üçün yorucu etmədiyinə görə tərifləsinlər. Bu deyilənlərdən aydın olur ki, Allahın qulu ona bəxş edilmiş nemətlərə diqqət yetirməli və xoşagəlməz şeylərə göz yummamalıdır ki, o, asanlıqla ibadət edə və öz Rəbbinə həmd edə və təşəkkür diləyə bilsin.
Sonra Allah buyurur ki, əgər insanlar onlara həvalə edilmiş tapşı­rıq­ları həmişə yerinə yetirsəydilər, əgər onlar tam ürəklə Onun qanun­ları­na qüsursuz riayət etməyə can atsaydılar, əgər onlar əldə edə bilməyə­cək­lərinə və əldə etməli olmadıqlarına can atma­saydılar, onda onlar düz hə­rəkət edərdilər.
Allahın qulu ona yerinə yetirilməsi əmr edilmiş əməllər üzərində düşünməli, dinin tələblərini həyata keçirməli, dininə və bu dünyaya aid ona nəsib olacaq bilikləri əldə edənə qədər, əməlləri yerinə yetirənə qədər addım-addım irəliləməlidir. Əgər o, ona nəsib olmayacaq şeyləri batil yol­larla əldə etməyə çalışarsa və ya vaxtından əvvəl əldə etmək istəyərsə, onda o, çətin ki, qoyduğu məqsədə çata bilsin, çünki o, qəti niyyətini iti­rəcək və tənbəlliyinin və süstlüyünün qurbanına çevriləcəkdir.
Sonra Allah öyüd-nəsihətləri yerinə yetirən insanların alacağı mü­ka­­fatları xatırladır. Onlar dörd tərkib hissədən ibarətdir.
Birincisi, onlar başqa insanlara nisbətən üstünlük əldə edirlər, çün­ki onlar üçün ən yaxşı olanı həyata keçirirlər. Bununla yanaşı, onlar qulla­rın yaramaz keyfiyyətlərindən xilas olurlar, çünki bir keyfiyyətin təsdiqi ona əks olan keyfiyyətin inkarını nəzərdə tutur.
İkincisi, onlarda özlərinə inam yaranır və onların atdıqları addımlar möhkəmləşir, çünki Allah möminlərə onların etiqad etdikləri iman xatiri­nə və öyüd-nəsihəti əsas götürərək yerinə yetirilən saleh əməllər xatirinə yardım göstərir. O, onlara dünya həyatında ağır hökmlərlə, qadağalarla və çətinliklərlə rastlaşdıqda yardım göstərir. Bu köməyin sayəsində onlar hökmləri yerinə yetirir, insan nəfsinin can atdığı haram əməllərdən çəkinir və qullar üçün xoşagəlməz olan bəlaları mətinliklə adlayırlar.
Allah belə qullarını daha mətinləşdirir, belə ki, onlara səbirli ol­maqda, öz qisməti ilə razılaşmaqda və Ona həmd etməkdə köməklik gös­tərir. O, onlara öz vəzifələrini yerinə yetirməkdə və onlar ölüm ayağında olanda, qəbrə qoyulanda yardım edir. Onlar isə dinin tələblərini yerinə ye­ti­rir və özlərini şəriət qanunlarına riayət etməyə alışdırır və bunun sayə­sində onları var qəlbləri ilə sevir və onlara riayət olunmasına can atırlar ki, bu da öz növbəsində onları daima xeyirxah əməllər işlətməyə sövq edir.
Üçüncüsü, Allah onları ən böyük mükafatla bu dünyada və Axirət həyatında təltif edir. Onların qəlbləri, ürəkləri və bədənləri heç kimin gör­mədiyi, heç kimin eşitmədiyi və heç kimin hətta təsəvvürünə belə gəlmə­yən əbədi səadətdən həzz almaq haqqı əldə edir.
Dördüncüsü, Allah onları düz yola yönəldir. Bu barədə xatırlatma xüsusidən sonra ümuminin xatırlanması nümunəsi ilə həyata keçirilmişdir. Uca Allah ona görə belə edir ki, doğru yola yönəltmənin vacibliyinə bir daha diqqət yetirilsin. Doğru yola yönəlmə əsil biliklərin qazanılmasını, həqiqətə məhəbbəti və haqqın hər şeydən üstün tutulmasını, saleh əməl­lərin işlənməsini və bunun sayəsində xoşbəxtlik və uğur əldə edilməsini nəzərdə tutur. Əgər insan doğru yolla aparılırsa, o, mütləq hər cür nemət əldə edər və hər cür şərdən qorunar. 

ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ   ﮃ  ﮄ  ﮅﮆ  ﮇ  ﮉ   ﮊ  ﮋ  ﮌ 

(69) “Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara ne­mət olaraq bəxş etdiyi pey­ğəmbərlər­lə, sidq ürək­dən ina­nanlarla, şə­hidlərlə və əməli­sa­lehlərlə bir­likdə olacaqlar. Onlar necə də gözəl dostlardır”.

Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) ita­ət edən hər kəs ona həvalə edilən vəzifələri imkanı daxilində yerinə yeti­rə­rək, istər kişi olsun, istərsə qadın, istər uşaq olsun və ya istərsə yaşlı, hökmən Allahın mərhəmət göstərdiyi şəxslərin arasında olacaq ki, bunun da labüd nəticəsi kamillik, uğurluluq və xoşbəxtlikdir. Onların arasında Allahın onlara Kitab verərək başqa insanlardan üstün etdiyi, onları insan­ların yanına göndərərək, onları Onun yoluna dəvət etməyi əmr etdiyi peyğəmbərlər olacaqdır. Onların arasında elçilərlə göndərilənlərin hamısı­na bütövlüklə iman gətirən, haqqı dərk edən və ona tam yəqinliklə etiqad edən, sözlərində və əməllərində ona sadiq qalan və başqalarını buna çağı­ran doğruçu insanlar olacaqlar. Onların arasında Allahın yolunda Onun sözünü ucaltmaq üçün döyüşən və həlak olan şəhidlər olacaqdır. Onların arasında qəlbən və cismən mömin olan əməlisalehlər də olacaqlar.
Uca Allaha itaət edən hər kəs mütləq bu insanların yoldaşları ola­caqlar. Səadət bağlarında onların birliyi necə də gözəldir! Aləmlərin Rəbbi­nin yaxınlığında onların bir-biri ilə ünsiyyəti necə də gözəl ola­caqdır!
ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮒ   ﮓ  ﮔ  ﮕ 

(70) “Bu lütf Allahdandır. Bi­lən olaraq Allah kifayət edər”.

Budur möminlərin Allahdan aldıqları nemət! O, onlara həmin ne­məti qazanmağa kömək göstərdi və onları mükafatı ilə təltif etdi, halbuki onlar buna öz əməlləri ilə layiq olmamışdılar. Allaha qullarının əməlləri haqqında və onlardan kimin səmimi qəlblə yerinə yetirdiyi saleh əməlləri sayəsində bol mükafata layiq olduğunu bilməsi Ona kifayətdir.


ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ   ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ 
(71) “Ey iman gətirənlər! Eh­ti­yatınızı əldən verməyin, düş­mənə qarşı ya bö­lük­lərlə, ya da hamınız birgə çıxın”.

Uca Allah mömin qullarına kafir düşmənlərdən qorunmağı tapşırır. Bu o deməkdir ki, onlar istənilən imkandan istifadə edərək onlarla döyüşə və onların təcavüzünü dəf etməyə hazırlaşmalıdırlar. Bu tədbirlər qalaların tikilməsindən, səngərlərin qazılmasın­dan, atış təlimindən və at sürmək­dən, hərbi sənayeni inkişaf etdirməkdən, rəqibin ehtimal edilən hücum və geri çəkilmə yollarının öyrənilməsindən, onların planlarının aşkar edilmə­sin­dən və Allah yolunda qoşun səfərbərliyindən ibarətdir.
Məhz buna görə, müsəlmanlara, ya ayrı-ayrı dəstələr tərkibində qoşunların bir hissəsi ilə müharibəyə getmək, müsəlmanların digərlərinə evdə qalmaq, ya da hamılıqla birlikdə hərbi səfərlərə çıxmaq əmr olun­muşdur. Onlar elə etməlidirlər ki, öz hərəkətlərindən ən yüksək fayda əldə etsinlər, düşməni əzsinlər və müsəlmanların dinə əmin-amanlıqla etiqad etmələri üçün şərait yaratsınlar.
Bu ayə başqa bir ayəyə oxşayır: Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız...”  (Ənfal, 8/60).

ﮡ  ﮢ  ﮣ  ﮤ    ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ    ﮱ  ﯓ 
(72) “İçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yuban­dırar və sizə bir müsibət üz ver­miş olduqda: “Allah mə­nə mər­həmət göstərdi ki, mən on­larla birlikdə bəlaya düçar olmadım”– deyər”.

Allah, cihada həvəssiz gedən kəmetiqad adamlar haqqında xəbər verir və möminlərə bildirir ki, onların arasında elələri var ki, zəiflikləri, əxlaqi səbatsızlığı və qorxaqlıqları üzündən hərbi səfərə çıxanda ləng tər­pənirlər. Bu ayənin ən etibarlı şərhi belədir. Başqa bir şərhə görə, burada söhbət başqalarını səfərdən saxlayan və onları eşələnməyə vadar edən münafiqlərdən bəhs edilir, lakin birinci təfsir iki səbəbə görə daha düz­gündür.
Birincisi, bu ayə möminlərə ünvanlamışdır. İkincisi, növbəti ayədə deyilir: “Əgər Allahdan sizə bir lütf yeti­şərsə, onda gu­ya si­zinlə onun arasında heç vaxt bağlılıq olma­mış kimi: “Kaş mən də onlarla birlik­də olub böyük bir uğur qazanaydım!”– deyər” (Nisa, 4/73). Allah isə kafir müşrikləri və münafiqləri möminlərlə bağlayan bütün bağları kəs­mişdir.
Bütün bunlardan başqa, birinci təfsir gerçəkdir, çünki müsəlmanlar doğrudan da öz imanlarını layiqincə təsdiq edərək cihadda iştirak edən doğruçu möminlərə və İslama daxil olmuş, lakin müqəddəs müharibə aparmaq üçün güclü imana malik olmayan kəmetiqadlara bölünürlər.
Uca Allah buyurur: “Bədəvilər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O, sizin əməllərinizdən heç bir şey əs­kiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. Möminlər an­caq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır” (Hucurat, 49/14-15).
Sonra Allah hərbi səfərə çıxmaqda ləngiyənlərin məqsədi və niy­yətləri barədə xəbər verir və izah edir ki, onların niyyətlərinin ən başlıcası dünyəvi həyatla və keçici maddi nemətlərlə bağlılıqdır. Müsəlmanlar döy­üşdə məğlub və ya həlak olduqda, əgər Allahın müdrikliyindən doğan bir səbəblə düşmənlər onlara bir qədər üstün gəldikdə, kəmetiqadlar deyir­lər: “Allah bizə lütfkarlıq etdi və biz şəhidlərin arasında olmadıq”.
Onlar ağıllarının çatışmazlığından və imanlarının zəifliyindən gü­man edirlər ki, cihadda iştirak etməmələri – Allahın lütfüdür, halbuki, hə­qi­qətdə bu əsil bədbəxtlikdir. Onlar başa düşmürlər ki, həqiqi lütfkarlıq bu xeyirxah təşəbbüsdə iştirak etməyə Allahın ruhlandırdığı insanlara göstə­rilmişdi, məhz bu, onların imanını möhkəmlədir, qulu cəzadan və zərər­dən xilas edir, onu böyük mükafata layiq edir və Əzəmətli Bağışlayanın iltifatını əldə etməyə imkan verir. Əgər insan evdə qalırsa, o, ancaq qısa­müddətli istirahət imkanından istifadə edir ki, ondan sonra uzun çəkən ağır sınaqlardan və böyük əziyyətlərdən keçir, Allah yolunda mübarizlər üçün hazırlanmış böyük mükafatdan isə məhrum olur. 

ﯔ  ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ     ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ   ﯢ  ﯣ   ﯤ  ﯥ  ﯦ 

(73) “Əgər Allahdan sizə bir lütf yeti­şərsə, onda gu­ya si­zinlə onun arasında heç vaxt bağlılıq olma­mış kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”– deyər”.

Allah müsəlmanlara qələbə və ya qənimət bəxş edəndə kəmeti­qadlar deyirlər: “Yaxşı olardı ki, mən də onlarla olaydım və bu böyük müvəffəqiyyətə mən də nail olardım!” Onlar hərbi qənimət almaq üçün müsəlmanların yanında olmaq istəyərdilər. Onların bütün fikir və xəyalları ancaq bununla bağlıdır, sanki heç vaxt onlarla möminlər arasında, mö­minləri bir-birinə bağlayan, onları birlikdə ümumi maraqları müdafiə et­mə­yə və bədbəxtliklərdən qorumağa və mömin qardaşlarının nail olduğu uğurlara sevinməyə, onların uğursuzluqlarına görə narahat olmağa və öz dinini və həyatını sahmana salmaq üçün birlikdə mümkün olan hər şeyi etməyə sövq edən dostluq olmamışdı. Lakin ancaq dünya nemətlərini se­vən kəmetiqadlar bu mənəviyyatdan məhrumdurlar.

  ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ     ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯲ  ﯳ  ﯴ    ﯵ  ﯶ  ﯷ  ﯸ   ﯹ  ﯺ  ﯻ  ﯼ    ﯽ  ﯾ  
(74) “Qoy dünya həyatını atıb axirəti satın alanlar Allah yo­lunda vuruş­sun­lar. Kim Allah yolunda vuruşub öl­dü­rülərsə və ya qa­lib gələrsə, Biz ona bö­yük bir müka­fat verəcəyik”.

Allah qullarını Öz lütfündən məhrum etmir və rəhm qapısını onların qarşısında bağlamır. Bundan başqa, O, ləyaqətsiz hərəkətlər edən­lərin hamısını xətalarını düzəlt­məyə və nöqsanlardan xilas olmağa çağırır. Buna görə O, kəmetiqadlara əmr edir ki, Ona səmimiyyətlə ibadət etsinlər və Onun uğrunda müharibəyə yollansınlar. Bu ayənin ən səhih təfsiri be­lədir.
Başqa bir şərhə görə isə, Allah Onun yolunda döyüşməyi kamil imana sahib olan və onu yaxşı əməlləri ilə təsdiq edən möminlərə əmr etmişdir. Onlar bu dünya həyatının əvəzinə Axirət həyatını satın alırlar, çünki onlar maddi nemətlər arzulamır və ancaq Son həyata can atırlar. Bu şərhdən aydın olur ki, ayə möminlərə ünvanlanmışdır, çünki məhz onlar özlərini düşmənlərlə döyüşə hazırlayırlar və onları belə davranmağa yö­nəldən möhkəm imana malikdirlər. Hərbi yürüşə çıxmağa ləngiyən kəm­eti­qadlara gəldikdə isə, onlar üçün cihadda iştirak edib etməməklərinin fər­qi yoxdur.
Bu halda şərh olunan ayə bir sıra başqa ayələrə bənzəyir: “De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səc­dəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” – deyirlər. Onlar üzüquylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır. De: “İstər Allah deyib çağırın, is­tərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl ad­lar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut” (İsra, 17/107-110).
“...Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik” (Ənam, 6/89).
   Üçüncü bir şərhə görə, Allah, Axirət həyatı hesabına dünya həya­tını satın alan kafirlərə qarşı Onun yolunda döyüşməyi əmr edir. Bu halda nisbi əvəzlik təsirlik halında tamamlıq kimi çıxış edir.
Sonra Allah buyurur ki, əgər insan Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) hökmü ilə cihadda iştirak edərək Onun yolunda döyüşürsə, əgər o, Onun  xatiri üçün bunu səmimiyyətlə edir və həlak olur və ya qələbə çalırsa, onda o, ən böyük mükafata layiq görülür. Bu mükafat onun imanının möhkəmlənməsi və möminliyi, hərbi qənimət, şan-şöhrəti və Cənnətlə təltif edilməsidir ki, Allah mücahidlər üçün hazır­lamışdır. Onu nə gözlər görmüş, haqqında nə qulaqlar eşitmiş və hətta insanlar onu xəyallarına belə gətirə bilməzlər. 

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ   ﭚ    ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ      ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ   ﭯ  ﭰ 

(75) “Sizə nə olub ki, Allah yo­lunda və: “Ey Rəbbimiz! Bizi əha­lisi zalım olan bu şəhər­dən çıxart, bizə Öz tərəfindən bir hi­mayəçi tə­yin et, bizə Öz tərəfin­dən bir yardımçı təyin et!” – deyən zəif ki­şilər, qadın­lar və uşaqlar uğrunda vu­ruş­­mur­su­nuz?”

Allah qullarını Onun yolunda döyüşməyə çağırır, onları cihada ruhlandırır və izah edir ki, cihad onların hər birinin vəzifəsidir və ondan boyun qaçıranlar olduqca bərk qınanacaqlar. Axı ağır vəziyyətdən özləri çıxış yolu tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar düşmənlərinin dözülməz zülmü altında inlədikləri halda, müsəlmanlar niyə də Allahın yolunda döyüşməsinlər?! Onlar Allaha yalvarırlar ki, sakinləri kafirliyə və bütpərəstliyə etiqad etməklə özləri-özlərinə zülm edən, möminlərə də əziyyət verən, onları Allahın yolundan çıxardan, onlara dini təbliğ etməyə və ya hicrət etməyə mane olan bu şəhərdən onları xilas etsin. Onlar Allah­dan xahiş edirlər ki, onlara himayəçi və köməkçi versin ki, onları, sakin­ləri zalım olan bu şəhərdən qurtarsın. Müsəlmanlar da onlarla döyüşmə­lidirlər ki, öz qadınlarını və uşaqlarını müdafiə edə bilsinlər.
Sözsüz ki, kafirlərin üzərində qələbə də böyük nemətdir və əgər insan onda iştirak etməkdən imtina edərsə, böyük qınağa səbəb olar. Lakin zəif müsəlmanların xilas edilməsi naminə aparılan cihad böyük fayda və mükafat gətirir.

ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭸ  ﭹ               ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮂ  ﮃ     ﮄ  ﮅ     ﮆ  ﮇ 

(76) “Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuru­şur­lar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şey­tanın hiyləsi zəifdir”.

Allah xəbər verir ki, möminlər Onun xatirinə döyüşdükləri halda, kafirlər tağut yolunda döyüşürlər. Bu ad altında burada nəzərdə tutulan şeytandır. Bundan bir-neçə nəticə çıxartmaq olar.
Birincisi, qul imanından, səmimiliyindən və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Sünnəsinə riayət etməsindən asılı olaraq Allahın yolunda vuruşur. Allah yolunda cihadda iştirak həqiqi imanın nə­ti­cələrindən və tələblərindən biridir. Eyni zamanda tağutun yolunda döyüş əməliyyatlarında iştirak etmək kafirliyin labüd nəticəsidir.
İkincisi, əgər insan Allah yolunda döyüşürsə, o, səbirli olmalı və mətinlik göstərməlidir, bu keyfiyyətləri isə başqaları göstərməyə qabil de­yillər, çünki şeytanın əlaltıları səbir edərək möminlərlə döyüşdükdə yanlış baxışlara etiqad etdiklərinə görə, haqq tərəfdarları bu keyfiyyətləri daha yüksək dərəcədə göstərməlidirlər. Uca Allah buyurur: Kafir qövmü tə­qib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkən kimi əziyyət çəkirlər. Lakin siz onların ummadıqlarını Allahdan umursunuz...” (Nisa, 4/104) .
Üçüncüsü, insan Allah yolunda döyüşərək etibarlı bir istinadgaha – haqqa və Ona təvəkkül edir. Gücə və etibarlı istinadgaha malik olaraq o, daha çox səbirlilik, mətanət və səy göstərir. Bunu isə, həqiqətdən uzaq və şərəfsiz sonluqla bitən yalan uğrunda döyüşənlər haqqında demək olmaz.
Sonra Allah şeytanın əlaltıları ilə döyüşmək hökmü verir və onların fitnə-fəsadlarının zəif olduğunu xatırladır. Fitnəkarlığı ona görə qururlar ki, öz düşməninə hiss etdirmədən ziyan vursunlar. Şeytandan istənilən fitnəkarlığı gözləmək olar, amma onların hamısı zəifdir və haqqa zərər vura və Allahın, Öz mömin qullarını qoruyaraq, onlara qarşı quracağı fitnəyə tab gətirə bilməzlər.

ﮈﮉﮊﮋ ﮌ ﮍ  ﮎ   ﮏ    ﮐﮑﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ   ﮚ  ﮛ  ﮜ  ﮝ    ﮞ  ﮟ   ﮠ  ﮡ  ﮣ  ﮤ  ﮥ       ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ      ﮬ  ﮭ  ﮯ  ﮰ  ﮱ    ﯓ  ﯔ    ﯕ  ﯖ  ﯗ  ﯘ   ﯙ  ﯚ  ﯛ 

(77) “Məgər sən, özlərinə: “Mü­haribə­dən əl çəkin, namaz qılın və zəkat ve­rin!”– deyilən kəsləri görmədinmi? On­lara vuruşmaq va­cib edildikdə, içə­ri­lə­rindən bir dəstəsi Allahdan qorx­duq­la­rı kimi və ya daha artıq qorxu ilə in­san­lardan qorx­dular və: “Ey Rəbbi­miz! Vuruş­­mağı nə üçün bizə va­cib et­din? Nə olardı ki, bizə yaxın vax­ta­dək möh­lət verəydin!”– dedi­lər. De: “Dün­yanın ləzzəti azdır. Müttə­qilər üçün isə Axi­rət daha xeyirlidir. Sizə xurma çər­də­yin­dəki tel qə­dər belə haqsız­lıq edil­məz”.

Nə qədər ki, müsəlmanlar Məkkədə idilər, onlara namaz qılıb zəkat vermək, yəni, kasıblara yardım göstərmək əmr olunmuşdu. Bu, bu gün bizə yaxşı məlum olan və müəyyən qaydalara uyğun zəkat alınan əmlakın ən aşağı həddindən verilən zəkat deyildi və onun yığılması təkcə Mədinə­də müsəlmanlara bir vəzifə kimi tapşırılmışdı. O vaxt hələ müsəlmanlara düşmənlərlə döyüşmək də əmr olunmamışdı və bunun bir-neçə səbəbi var idi.
Birincisi, Uca Yaradan Öz müdrikliyinə müvafiq olaraq, dini qa­nunları elə nazil edirdi ki, onlar qullarına çox da ağır gəlməsin və buna gö­rə O, ən mühüm və ən asan qanunlardan başlayaraq tədricən daha mü­rəkkəblərinə keçirdi.
İkincisi, əgər müsəlmanlar azsaylı və pis təchiz olunduqları zaman onlara kafirlərlə döyüşmək əmr olunsaydı, bu, İslamın yox olmasına səbəb olardı. Allah isə müsəlmanların ən vacib məqsədə çatması qayğısına qalırdı və daha az əhəmiyyətli məsələləri nəzərə almırdı. Allah yolunda döyüşməyə əmr olunmamasının başqa səbəbləri də var idi.
Buna baxmayaraq, bəzi möminlər istəyirdilər ki, hətta belə bir şəraitdə də Allah kafirlərlə döyüşməyi onlara əmr etsin. Şübhəsiz ki, şərait kafirlərlə müharibə başladılması üçün əlverişli deyildi və buna görə müsəlmanlar tövhid etiqadına yiyələnməli, namaz qılmalı, zəkat verməli, o zamana aid olan digər hökmləri yerinə yetirməli idilər. Uca Allah nahaq yerə belə buyurmamışdı: “...Əgər onlar özlərinə verilən öyüd-nəsihət­lə­rə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mü­kəmməl olardı” (Nisa, 4/66).
Mədinəyə hicrət etdikdən sonra İslam möhkəmləndi və müsəlman­lara kafirlərlə vuruşmaq əmr olundu. O zaman şərait buna yol verirdi. Lakin əvvəllər düşmənlə döyüşməyə tələsən bəzi adamlar, onlardan qor­xaraq zəiflik və cəsarətsizlik göstərdilər. Onlar dedilər: “Ey Rəbb! Niyə Sən bizə döyüşməyi əmr etdin?”
Onlar beləliklə Allahın qərarından pərt və narazı olduqlarını bildir­dilər. Amma onlar özlərini başqa cür aparmalı, Allahın iradəsinə tabe ol­malı və Onun hökmünü səbirlə yerinə yetirməli idilər, lakin onlar əksinə davrandılar və dedilər: “Ey Rəbb! Nə olardı ki, bizə bir qədər möhlət verəydin!”
Düşüncəsiz insanların əksəriyyəti belə davranır, tələsir və mühüm işləri vaxtı çatmamışdan əvvəl yerinə yetirmək istəyirlər. Bu işləri həyata keçirmək vaxtı gələndə isə, çox vaxt layiqincə səbirli olmaqdan və öz ağır yükünü daşımaqdan imtina edirlər. Allah onları belə davranmamaları və Onun yolunda döyüşdə iştirakdan imtina etməmələri  üçün xəbərdar edir. O, bəyan edir ki, dünya nemətləri qısamüddətlidir, Axirət həyatı isə müt­tə­qilər üçün daha yaxşıdır. İnsan dünya nemətləri və yerdəki rahatlıqdan qısa bir müddətdə həzz alır və həmin az vaxt ərzində Allahın ağır hökm­lərini yerinə yetirmək onun üçün böyük zəhmət tələb etmir. Onun qismə­tinə düşən xoşagəlməz halların qısamüddətli olduğunu bilməsi insana hər cür çətinlikləri yüngülləşdirir. O, bu dünyanı Axirət həyatı ilə müqayisə et­dikdə isə, onun ürəyi daha da rahatlanır və o, dərk edir ki, Axirət daha gözəl, daha xoş və yerdəki həyatdan daha sürəklidir.
O ki qaldı Axirət həyatının cazibədarlığına, bir səhih hədisdə deyi­lir: “Cənnətdə qamçı uzunluğunda sahə bütün yer aləmindən və onda olan hər şeydən daha yaxşıdır”. Onun zövqü-səfası insanın narahatçı­lı­ğına səbəb ola biləcək hər şeydən azaddır. Bundan başqa, insan özlüyündə ən ləzzətli təsəvvürlərə qapılsa da, Cənnətdə görəcəyi gözəlliklər daha cazibədar olacaqdır. Çünki Uca Allah buyurur: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandı­ğını heç kəs bilmir” (Səcdə, 32/17).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə, Allahın bir buyuruğu haqqında belə xəbər vermişdir: “Mən mömin qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və hətta insanın təsəvvür belə etmədiyi şeylər hazırlamışam”.
Dünya ləzzətləri çoxsaylı xoşagəlməz hallarla bağlı olan şərtlərlə əlaqədardır və əgər onları, onlara nail olmaq üçün insanların çəkdiyi əziy­yətlərlə, həyəcanlarla və narahatçılıqlarla müqayisə etdikdə, dünya ləzzət­ləri sonuncularla müqayisədə çox cüzi görünür. Onlar ötəri və keçib ge­dəndir və insanın həyatı onlarla müqayisədə də çox azdır. Amma Axirət həyatının ləzzəti əbədidir və insanlar o dünyada heç vaxt ölümü dad­mırlar.
Əgər dərrakəli insan bu iki məskən haqqında düşünərsə və onlara ədalətli qiymət verərsə, onlardan hansı birini üstün tutacağını və hansı birinin xatiri üçün çalışacağını yaxşı başa düşər. Bax buna görə də Allah buyurur ki, Son həyat təkcə müttəqi olanlar, şirkdən və digər günahlardan çəkinənlər üçün yaxşı olacaqdır. İnsanlar hətta, xurma çərdəyinin şırımın­da yerləşən tel qədər belə incidilməyəcəklər və əgər onlar gələcək məs­kənə doğru can atıblarsa, onda öz mükafatlarını ən mükəmməl formada və tam alacaqlar və onların xeyirxah əməlləri azaldılmayacaqdır.

ﯜ ﯝﯞ  ﯟ  ﯠ  ﯡ   ﯢ  ﯣ  ﯤ  ﯦ  ﯧ   ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯯ  ﯰ  ﯱ  ﯲ     ﯳ  ﯴ  ﯵ  ﯷ  ﯸ   ﯹ  ﯺ  ﯻ  ﯽ  ﯾ  ﯿ    ﰀ     ﰁ   ﰂ  ﰃ  ﰄ 

(78) Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yük­sək qala­lar­da ol­sanız belə. Onlara bir yaxşılıq üz ver­dik­də: “Bu, Allah­dandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu,  sən­dən­dir!”– de­yərlər. De: “Ha­mısı Allahdan­dır!” Bu adam­lara nə olub ki, az qala söz də anlamırlar?”

Allah xəbər verir ki, taledən qaçmaq mümkün deyil və cihadda iştirak etməkdən imtina etmək insanlara ölümdən qurtulmağa kömək etməz. O, onları istənilən yerdə və istənilən zaman haqlayar, onlar hətta möhkəmləndirilmiş qalalarda və yaxud uca qüllələrdə gizlənsələr də.
Bu ayədə Allah yolunda cihada çıxmağa çağırış öz əksini tap­mış­dır. Bir halda Allah insanları Öz nemətləri və mükafatları ilə həvəslən­dirməklə, başqa bir halda isə, cəzalandıracağı ilə təhdid edərək, üçüncü bir halda, evdə oturmaqla heç bir fayda qazana bilməyəcəklərini onlara bildirməklə və dördüncü halda – nəzərdə tutulan məqsədi döyüşçülər üçün asanlaşdıraraq cihada çağırır.
Sonra Uca Allah elçilərin dəvətindən üz döndərən və hətta onlara qarşı çıxan nadanlardan bəhs edir. Onlar var-dövlət yığarkən, övladları dün­­yaya gələrkən, sağlamlıqlarından həzz alarkən deyirlər ki, bunlar Allah­dandır. Onlar quraqlığa, aclığa, xəstəliklərə məruaz qalanda, uşaq­larını və ya yaxınlarını itirəndə isə deyirlər ki, bunun səbəbi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) təbliğatıdır. Onlardan əvvəlkilərin  Allahın öncəki elçilərinin gəlişini pis əlamət hesab etdikləri kimi, bunlar da Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) gəlişini eynilə pis əlamət hesab edirlər.
Uca Allah Fironun xalqı haqqında buyurub: “Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!” – deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onla­rın çoxu bunu bilmir” (Əraf, 7/131). Saleh peyğəmbərin (ə.) qəbilədaş­ları deyərdilər: “...Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq” (Nəml, 27/47). “Ya sin” surəsində barəsində rəva­yət edilən xalq isə Allahın elçilərinə demişdi: “Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daş­qalaq edəcəyik və bizdən sizə mütləq ağrı-acılı bir əzab toxunacaq” (Ya sin, 36/18). Onların qəlbində eyni kafirlik kök saldığına görə onların sözləri və əməlləri də oxşar idi.
Kim öz uğursuzluqlarını və məhrumiyyətlərini Allahın elçilərinin dinə dəvəti ilə və ya dinin ayrı-ayrı ehkamları ilə bağlayırsa, ən sərt qınağa layiqdir. Buna görə Allah onların baxışlarını təkzib edərək buyurur ki, bütün xeyir və şər Allahdandır, yəni, Onun Qədərinə müvafiq baş verir və Onun yaratdıqlarındandır.
Niyə bu yalançılar onlara deyilənləri başa düşmürlər və yaxud onlardan ancaq az bir şeyi böyük çətinliklə anlayırlar? Allah onları Onun hökmlərini və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) əmrlərini başa düşmədikləri üçün danlayır, bunun səbəbi isə, onların allahsızlığı və imana bəslədikləri nifrətdir. Bu sözlər Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) kəlamlarının mənasını dərk edənlərin ünvanına təriflər söyləməyi nəzərdə tutur. Onlar o sözlər üzərində düşünməyə çağırır və bu məqsədə çatmaq üçün əllərindən gələni edirlər.
Əgər nadanlar Allahın ayələrinin mənasını dərk etsəydilər, onda onlara aydın olardı ki, xeyir və şər Allahın Qədərinin əksinə deyil, ona müvafiq olaraq baş verir. Onlar başa düşərdilər ki, nə elçilər və nə də onların təbliğatı xeyir və ya kədər gətirmir, çünki elçilər göndərilirlər ki, insanlara dünya həyatında, dini işlərində və Axirətdə nemət əldə etməyə kömək etsinlər.

ﰅ  ﰆ  ﰇ     ﰈ   ﰉ  ﰊ  ﰌ  ﰍ  ﰎ   ﰏ   ﰐ  ﰑ  ﰓ  ﰔ   ﰕ  ﰗ  ﰘ  ﰙ  ﰚ  

(79) “Sənə gələn yaxşılıq Allah­­dan­dır, sənin başına gələn bəla isə sənin özün­dəndir. Biz səni insan­lara elçi gön­dərdik. Şahid olaraq Allah kifayət edər”.

İnsanın mənəvi və dünyəvi həyatında qismətinə düşən bütün yaxşı­lıqlar Allah­dan­dır, çünki məhz O, insanlara lütfkarlıq göstərir və nemətlərə nail olmağı asanlaşdırır. İnsanın mənəvi və dünyəvi həyatda məruz qaldığı bütün pis şeylər isə onun özünün günahlarının və çirkin qazancının nəticə­ləridir. Lakin bunların arasında həm də Allahın ona bağışladığı günahların nəticələri də əks olunmuşdur.
Uca Allah qulları qarşısında Öz mərhəmət qapılarını açmış və on­lara o qapılardan girmələrini buyuraraq bildirir ki, itaətsizlik nemətlərin əldə edilməsinə maneədir. Əgər bundan sonra insan günahlar törədirsə, on­da o, özündən başqa heç kimi qınamamalıdır, axı o, Allahın mərhəmə­tinə və rəhminə nail olmaqda özü özünə maneçilik edir.
Daha sonra ayədə bildirilir ki, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyi bütün bəşəriyyətə aiddir. Allah onu (ona Allahın salavatı və salamı olsun) bütün insanlara peyğəmbər göndərmişdir və Onun buna şahidliyi kifayətdir. Bu şahidlik – ona əta edilmiş qələbə­dən, insanlara göstərdiyi ecazkar möcüzələrdən və onun doğruçuluğunun danılmaz dəlillərindən ibarət idi. Şübhəsiz ki, bu, ən əzəmətli dəlildir. Uca Allah buyurur: “De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda şahiddir...” (Ənam, 6/19).
Allahın kamil biliyə, hüdudsuz qüdrətə və böyük hikmət sahibi olması məlumdursa və Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) böyük kömək göstərirsə, məgər bu, Muhəmmədin (ona Allahın sa­la­vatı və salamı olsun) həqiqətən Onun Elçisi olması haqqında insan­larda şübhə doğura bilərdimi? Yox, əgər o, Allahı aldatsaydı, onda O, onu sağ əlindən tutaraq şah damarını kəsərdi.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭘ  ﭙ  ﭚ  ﭛ   ﭜ  ﭝ  ﭞ 
 (80) “Kim Peyğəmbərə itaət edərsə, Alla­ha itaət etmiş olar, kim üz çevi­rər­sə, bilsin ki, Biz səni onlara gözətçi gön­dər­mə­mişik”.

Kim ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edir, onun hökmlərini yerinə yetirir və qadağalarını pozmursa, əslində o, Uca Allaha itaət etmiş olur, çünki Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Allahın hökmlərinə və qanunlarına uyğun olaraq, Onun vəhylərinə və Kitabına əsaslanaraq hökm verir və qadağalar qoyurdu. Allah hər şeydə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) itaət etməyi əmr edir və bu isə o deməkdir ki, o, öz Rəbbinin dinini insanlara çatdırarkən səhvlərdən qorunurdu. Əks halda, Allah qullarına ona (ona Allahın salavatı və salamı olsun) danışıqsız itaət etməyi əmr etməz və belə itaətkarlıq göstərənləri tərifləməzdi.
İtaət haqqı, eyni zamanda Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) məxsus olan hüquqlara aiddir. Onların bu məna­da haqqı üç qrupa bölünür. Birinci qrupa aid olan Uca Allahın haqqıdır ki, ona heç bir məxluq malik deyil, məsələn, ibadət haqqı və bundan doğan hər şey. İkinci qrupa aid olan – Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) haqqıdır ki, ona ondan başqa heç kim malik deyil, məsələn, hörmət olunma, ehtiram etmə və yardım göstərmə haqqı. Üçüncü qrupa isə həm Allaha və həm də Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) eyni zamanda məxsus olan haqlardır, məsələn, insanların onlara iman gətirmək, onları sevmək və onlara itaət etmək haqqı. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) bu üç qrup haqları bu ayədə birlikdədir: “Həqiqətən Biz səni, şahid, müjdəçi və xəbərdar­lıq edən elçi göndərmişik. Biz belə etdik ki, siz Allaha və Onun Elçi­si­nə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlaya­sınız və gecə-gündüz Allahı tərifləyəsiniz” (Fəth, 48/8-9).
Əgər insan Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edirsə, o, Allaha itaət etmiş olur və mükafata layiq görülür ki, bu, Ona itaət etdiyinə görədir. Əgər insan Allahın və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaətdən imtina edirsə, onda o, ancaq özünə ziyan edir, Allaha isə qətiyyən zərər vurmur.
Uca Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) insanların hərəkətləri və əməlləri haqqında qayğı çəkmək hökmü vermə­miş, ancaq Onun dinini onlara çatdırmağı, həqiqəti onlara izah etməyi və faydalı məsləhətlər verməyi əmr etmişdir. O, öz vəzifəsini yerinə yetirmiş və insanların düz yolla gedib getməməyindən asılı olmayaraq, mükafata layiq görülmüşdür. Uca Allah buyurur: Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən” (Ğaşiyyə, 88/21-22).

ﭟﭠﭡﭢﭣ ﭤﭥﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭬ  ﭭ   ﭮ  ﭯ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭷ  ﭸ  ﭹ   ﭺ 
(81) “Onlar: “İtaət edirik!”– de­yirlər. Sənin yanından çıxıb get­dikdə isə on­la­rın bir qismi gecələr bir yerə yığışıb sə­nin dediyinin ək­sinə tədbir görür­lər. Allah on­ların gecələr nə etdiklərini ya­zır. Onlar­dan üz döndər və Allaha tə­vəkkül et! Qoruyan olaraq Allah yetər”.

İnsan qəlbən və cismən, başqalarının əhatəsində də və tək olduqda da Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etməyə borcludur. Əgər o, adamların yanında özünü Allaha itaət edən və öz vəzifələrini yerinə yetirən kimi göstərirsə, tək qaldıqda və ya özü kimi günahkarlarla bir yerdə olduqda xeyirxah işlər görmür və günahkar əməl­lərə yol verirsə, onda onun nümayiş etdirdiyi itaətkarlıq ona fayda ver­məyəcəkdir. Belə adam Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gələndə özünü mömin müsəlman kimi aparır və adamlardan ayrılıb evinə yatmağa gedəndə yaxşı əməllər etmək haqqında heç düşün­mür də. Axı əgər insan xeyirxah əməllər haqqında düşünmürsə, o, ancaq itaətsizlik barədə fikirləşə bilər.
Belə adamların gecələr Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) dediklərini deyil, başqa şeylər barədə düşünmələrini bildirən ayədən aydın olur ki, onların məqsədi günah işlətməkdir. Bir adamın gecə vaxtı bir iş görmək niyyətində olması və onu qəti şəkildə həyata keçirmək istəməsi halında olduğunu bildirmək üçün “bəyyətə” felindən istifadə edilir. Allah belə günahkarları təhdid edərək, onların layiqincə cəzalandı­rılmaları üçün törətdikləri cinayətlərini yadda saxlayacağını vəd edir. Şübhəsiz ki, bu qorxunc xəbərdarlıqdır. Sonra Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) əmr edir ki, onlardan üz döndərsin və on­larla amansızcasına rəftar etməsin. Onlar ona heç bir zərər vura bilməz­lər, ancaq o (ona Allahın salavatı və salamı olsun), Allaha təvəkkül et­məli, Ona kömək üçün müraciət etməlidir ki, O, Öz dininə yardım gös­tər­sin və yerdə Öz qanununu bərqərar etsin.

ﭻ  ﭼ  ﭽ  ﭿ    ﮀ   ﮁ    ﮂ  ﮃ   ﮄ  ﮅ   ﮆ  ﮇ  ﮈ  ﮉ 
(82) “Məgər onlar Quran ba­rə­­sində dü­şünmürlərmi? Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə, onda çoxlu zid­diy­yət tapardılar”.

Uca Allah əmr edir ki, Onun Kitabı üzərində düşünsünlər, yəni, Vəhyin mənaları haqqında dərindən fikirləşsinlər və diqqəti onun əsas prinsipləri və onlardan irəli gələn müddəalarında cəmləşdirsinlər. Allahın Kitabı haqqında düşünmək – dərin biliklərin açarıdır. Onlar istənilən ne­məti əldə etməyə kömək göstərir və bütün qalan elmlər bu mənbədən baş­lanğıc götürür. Onlar insanların qəlbində imanı möhkəmlədir və onun əsa­sını daha da qüdrətləndirir, çünki insan onların sayəsində Mütləq Allahı dərk edir, Onun kamil keyfiyyətlərini qavrayır və Ona hansı hisslərin yad olduğunu başa düşür. O, Allaha aparan yolu tanıyır, bu yolla gedən insan­ların keyfiyyətlərini, onun sonunda onları gözləyən mükafatı öyrənib bilir. O, özünün həqiqi düşmənini və məşəqqətli cəzalan­dırıl­maya aparan yolu tanıyır, bu yolla gedən günahkarların keyfiyyətlərini və öz cinayətkar əm­əlləri ilə özlərini məhkum etdikləri talelərini öyrənir.
İnsan Quran üzərində nə qədər çox düşünürsə, bir o qədər də o, bilikli, əməlisaleh və bəsirətli olur. Bax elə buna görə, Allah qullarına məhz bu cür davranmağı əmr edir və onları buna ruhlandıraraq, xəbər verir ki, Quranın nazil edilməsinin mənası da elə bundadır. Uca Allah buyurur: Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə na­zil etdik” (Sad, 38/29).
“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhəmməd, 47/24).
Allahın Kitabı üzərində düşünməsi qula tam əmin olmağa və başa düşməyə imkan verir ki, Quran – Allahın Sözüdür. Bu düşüncələrin sayə­sində insan görür ki, Quranın bir qisim ayələri  digərlərini təsdiq edir və tamamilə bir-birinə müvafiq gəlir. O, görür ki, bəzi hökmlər, hekayət və rəvayətlər Quranda dəfələrlə təkrarlanır, lakin bir-birinə zidd gəlmir. O, Quranın kamilliyinə əmin olur və onun, həqiqətən də, bütün məxluqatı Öz elmi ilə əhatə edən Allah tərəfindən nazil olunduğunu dərk edir. Əgər Quran Allah tərəfindən göndərilməsəydi, insanlar da onda çoxsaylı zid­diyyətlər tapardılar. Lakin o, Allah tərəfindən nazil edilmişdir və onda ziddiyyətli və bir-birini inkar edən müddəalar yoxdur.

ﮊ  ﮋ  ﮌ  ﮍ   ﮎ     ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮔ  ﮕ  ﮖ     ﮗ  ﮘ  ﮙ   ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮡ  ﮢ   ﮣ  ﮤ  ﮥ  ﮦ     ﮧ  ﮨ  ﮩ  ﮪ  

(83) “Onlara əmin-amanlıq və ya qor­xu xəbəri gəldikdə, onu ya­yar­lar. Hal­buki bunu Pey­ğəm­bərə və özlərindən olan nüfuz sahiblə­rinə çatdırsaydı­lar, içə­rilərindən onun mahiy­yətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əl­bəttə, az bir qis­miniz istisna olmaqla, ha­­mınız şeytana uyar­dınız”.

Uca Allah qullarını bu ləyaqətsiz əmələ görə qınayır və bildirir ki, onlar bütün möminləri sevindirə bilən və ya onları yaxınlaşan təhlükə barədə xəbərdar edən mühüm bir xəbər eşitdikdə, tələsərək onu yaymağa çalışmamalıdırlar, onun doğruluğuna əmin olmaq üçün onu ya Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun), ya da millət arasında müəyyən təsirə malik, düzgün qərar çıxarmağa qabil və faydalı məsləhət verməyi bacaran, ağıl və bilik sahibi olan və baş verən hadisələr haqqında məlumata malik və müsəlmanlara nəyin fayda verə biləcəyini, nəyinsə zərər vura biləcəyini bilən insanlara çatdırmalıdırlar.
Əgər belə insanlar qərara alsalar ki, əldə edilmiş məlumatların aşkar edilib yayılması möminlərə fayda gətirər, onların qüvvətini artırar, onlara sevinc bəxş edər və düşmənlərə qarşı müqavimət göstərməkdə kömək edər, onda belə məlumatları başqalarına açıqlamaq olar. Əgər on­lar qərara alsalar ki, bu məlumatların açıqlanması müsəlmanlara heç bir fay­da gətirməyəcək və ya faydadan çox zərər gətirəcək, belə olduqda onları açıqlamaq olmaz. Bax buna görə Allah buyurur ki, mühüm məlu­matları o şəxslər bilməlidir ki, onlar onu öz düzgün baxışları və əməli­saleh bilikləri sayəsində təhlil etmək qabiliyyətinə malik olsunlar.
Buradan belə bir mühüm nəticə çıxır ki, istənilən məsələnin tədqi­qatını elə şəxslərə tapşırmaq lazımdır ki, onlar onun öhdəsindən gəlməyi bacarsınlar. Belə insanlara laqeyd yanaşmaq olmaz, çünki onlar düzgün qə­rar çıxarmaq və və səhvlərdən qaçınmaq üçün daha böyük imkanlara sahib olurlar. Buradan o da aydın olur ki, müsəlmanlara eşitdiklərini tələ­sərək yaymaq qadağandır. Müsəlmanlar söyləyəcəkləri sözləri əvvəlcə götür-qoy edib, onların fayda verib verməyəcəyini fikirləşməlidirlər. Əgər deyəcəkləri sözlər fayda gətirəcəksə, onları söyləyə bilərlər, əks halda isə bundan çəkinmək lazımdır.
Sonra Uca Allah buyurur ki, əgər O, möminləri doğru yola yönəldərək, onlara qayğı çəkərək və bilmədiklərini öyrədərək mərhəmət və rəhm göstərməsəydi, onlar, az bir hissəsi istisna olmaqla, şeytanın ardıyca gedərdilər. Bunun səbəbi isə ondadır ki, insan öz təbiəti etibarı ilə zalım və nadan məxluqdur və onun nəfsi ona şər işlər görməyi əmr edir. Amma o, kömək üçün Rəbbinə müraciət etdikdə, Onda sığınacaq axtardıqda və bu məqsədə nail olmaq üçün səy göstərdikdə, O, ona rəhm edir, onu hər cür xeyirxahlıqlar yoluna doğru yönəldir və lənətə gəlmiş şeytandan qoruyur.

ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ     ﯓ  ﯕ  ﯖ   ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯠ  ﯡ  ﯢ    ﯣ  ﯤ  ﯥ 

(84) “Allah yolunda döyüş! Axı sən ancaq özünə məsuliyyət da­şıyırsan və iman sahiblərini də qaldır! Ümidvar ol ki, Allah kafirlərin gücünün qarşısını alacaq. Allah hamıdan qüdrətlidir və cəza ver­mək­də sərtdir”.

Ən ləyaqətli vəziyyətdə olan qul cihadda iştirak edən, Allahın digər hökmlərini səylə yerinə yetirən və başqalarını da belə davranmağa dəvət edəndir. Lakin qulların çoxu bu hökmlərdən birini və ya hər ikisini yerinə yetirmirlər və buna görə Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) əmr etmişdir ki, özü Onun yolunda döyüşsün. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) başqa insanlar üzərində hakimiyyətə malik deyildi və onların hərəkətlərinə görə məsuliyyət daşımırdı.
Uca Allah ona əmr edir ki, möminləri Onun yolunda mübarizə apar­maq üçün dəvət etsin. Ona tapşırılmışdı ki, möminləri ruhlandırsın, onların döyüş ruhunu qaldırsın, onlara düşmənin zəifliyindən və qorxaq­lığından, Allah yolunda mübarizə aparanlar üçün hazırlanmış mükafatlar­dan və evdə oturmağı üstün tutanları gözləyən cəzadan danışsın. Bu və digər üsullarla ona (ona Allahın salavatı və salamı olsun) insanları Allah yolunda döyüşlərə qaldırmaq hökmü verilmişdi. Ola bilsin ki, əgər müsəlmanlar Onun yolunda döyüşsələr və bir-birilərini buna təhrik etsələr, Allah kafirləri gücdən məhrum edər.
Allah hüdudsuz qüdrət sahibidir və günah işlədənləri və başqalarına əzab verənləri sərt cəzalandıra bilər. Əgər Uca Allah istəsəydi, O Öz qüdrəti sayəsində kafirləri məhv edərdi və onların hətta izi belə qalmazdı. Lakin Allahın hikməti tələb edir ki, qulların bir hissəsi digərləri üçün tamah (nəfs) rolunu yerinə yetirsin ki, müqəddəs müharibə alovu şölələnsin, insanlar öz iradələri ilə iman gətirə bilsinlər və bundan faydalansınlar, çünki əgər onlar öz iradələrinin əleyhinə olaraq iman gətirməyə məcbur edilsələr, bu onlara xeyir gətirməz.

ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ     ﯬ  ﯭ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ  ﯵ   ﯶ   ﯸ  ﯹ  ﯺ  ﯻ     ﯼ   ﯽ  ﯾ 

(85) “Yaxşı bir əmələ görə havadarlıq edən şəxsin nəsibinə o əməldən bir hissə çatar. Kim də şər əməldən ötrü havadarlıq edərsə, ona da o, yük olar. Hər şey Allahın müşahidəsi altındadır”.

Burada havadarlıq dedikdə, hər hansı bir təşəbbüsdə kömək göstərmək fərz edilir. Əgər bir adam bir başqasına himayəçilik edirsə və ona yaxşı bir iş görməkdə kömək göstərirsə, məsələn, əgər o, incidilən bir şəxsə havadar çıxırsa, o, bu himayəsinə görə savab qazanır. Bu mükafatın ölçüsü onun göstərdiyi səydən, nə dərəcədə can yandırmasından və verdiyi xeyirdən asılı olur, özü də bilavasitə yaxşı əməl işlədənin mükafatı havadarına çatacaq savaba görə qətiyyən azalmır. Əgər bir adam bir başqasına yaramaz iş görməkdə kömək edirsə, onda o, günah yükünü öz üzərinə götürür və onun ağırlığı etdiyi günahdan və hansı günahkar əməl­də iştirak etməsindən asılı olur.
Bu ayə xeyirxah əməllərdə bir-birinə kömək etmək kimi böyük çağırışdan, müttəqilikdən və bir-birilərinə günahda və zalımlıqda kömək edənlərə hədələyici xəbərdarlıqdan ibarətdir. Bu hökmlərin vacibliyi ona görə daha da güclənir ki, Allah hər şeyi müşahidə edir və əməlləri hesablayır ki, hər kəs layiq olduğunu alsın.

ﯿ  ﰀ  ﰁ         ﰂ   ﰃ  ﰄ  ﰅ   ﰆ  ﰈ      ﰉ  ﰊ         ﰋ  ﰌ        ﰍ  ﰎ  ﰏ  

(86) “Sizə salam verəni daha yaxşı və ya eyni sözlə salam­la­yın! Həqiqətən, Allah hər şeyi hesaba alır”.

Salamlamaq ifadəsi altında insanların görüşdükləri anda bir-birinə öz hörmətlərini bildirmək üçün söylədikləri sözlər, bir-biriləri üçün etdik­ləri dua-səna və həmçinin onları müşayiət edən təbəssüm və gülərüzlülük nəzərdə tutulur. Rastlaşan zaman hal-əhval soruşmanın ən yaxşı forması, İslam şəriətində qəbul edilmiş, salam verməkdir. İnsanları salamla qarşıla­maq və onların salamlarına eynilə cavab vermək lazımdır.
Uca Allah möminlərə əmr edir ki, onlara yönəldilən hər hansı sa­lam­laşmaya daha yaxşı sözlərlə və ən xoş təbəssümlə və yaxud eşitdikləri eyni ifadə ilə cavab versinlər. Buradan aydın olur ki, müsəlmana salam­laşana heç cavab verməmək və ya onun salamından əskik cavab vermək qadağan edilir.
Bu kəramətli ayə müsəlmanları insanlarla rastlaşarkən birinci ola­raq salamlaşmağa çağırır. Bu nəticənin xeyrinə iki dəlil vardır. Birin­cisi, Allah salamlaşanlara ən yaxşı sözlə və yaxud eyni ifadə ilə cavab verməyi əmr edir və bundan aydın olur ki, salam vermək şəriətin tələbidir. İkincisi, bu ayədə sifətin müqayisəli “əhsən” (“daha yaxşı”) dərəcəsi verilmişdir ki, ondan da salamlaşmanın və ona cavab vermənin gözəl olması aydın­laşır. Belə ayələri təfsir edərkən məhz bu prinsipə əsaslanmaq lazımdır.
Bu ayənin ümumi mənasından olan bir-neçə istisna vardır ki, o hallarda müsəlmana salamlaşana cavab vermək əmr olunmamışdır, məs­ələn, o, Quran oxuyanda, xütbə dinləyəndə və ya namaz qılanda. Bu və baş­qa bənzər hallarda müsəlmandan salama cavab vermək tələb olunmur. Qanunyaradan salamlaşana cavab verməyin bir müstəsna halından da çəkinməyi və cavab verməməyi əmr etmişdir. Bu, tövbə etmək istəməyən günah­karlara aiddir ki, onlardan uzaq olmaq və bu üsulla onları itaətsiz­likdən çəkindirmək hökmü verilmişdir. Müsəlmanlar onlara birinci olaraq salam verməməli və hətta onların salamını almamalıdırlar, çünki belə davranış daha vacib məqsədə yetişməyə səbəb olur.
Salamlaşmağa cavab vermək hökmü insanların, bir qayda olaraq, istifadə etdiyi və şəriətə zidd olmayan bütün salam formalarına aiddir. İnsanlara onlara daha yaxşı və ya eyni sözlərlə cavab verməlidirlər.
Sonra Uca Allah ayədə qullarını saleh əməllərə görə mükafatlan­dıracağını və günahlarına görə cəzalandıracağını vəd edir, axı O, hər şeyi hesaba alır və Öz qulları üçün onların yaxşı və pis əməllərini yadda sax­layır ki, onlar Onun mərhəmətinə, ədalətinə və müdrikliyinə uyğun olaraq əvəzini ala bilsinlər.
ﭑ  ﭒ  ﭓ  ﭔ     ﭕ  ﭗ  ﭘ  ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ   ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ 

(87) “Allah – Ondan özgə məbud yoxdur! O, şəkk doğurmayan Qiyamət günü hökmən sizin hamınızı toplayacaqdır. Kimin sözü Allahınkından doğru ola bilər?!”

Uca Allah bildirir ki, Tək O, ibadətə və pərəstişə layiqdir. O, tək­lik­də kamil mahiyyətə və qüsursuz sifətlərə malikdir. O, təkbaşına yara­dır, idarə edir və yalnız O, qullarını hər cür  maddi və mənəvi nemətlərlə təmin edir. Bu barədə xatırlatmalar Allaha ibadət etmək və Ona istənilən ibadət ayinləri ilə yaxınlaşmaq hökmünü əks etdirir. Təkcə Allah belə mü­nasibətə layiqdir və O, insanlara Onun qarşısında öz vəzifələrini yerinə ye­tirdiklərinə və ya onlardan imtina etdiklərinə görə hökmən əvəzini verəcəkdir.
Buna görə, daha sonra Allah ədalətli əvəz veriləcək Qiyamət günü­nün labüdlüyünə and içir. O, vəd edir ki, əvvəlki və sonrakı insanları bir yerə toplayacaqdır. Həmin Günə şəkk gətirmək olmaz, çünki onun gerçək­liyi məntiqi sübutlar və şifahi hekayətlərlə təsdiq olunur.
Məntiqi sübutlara gəlincə isə, biz yer üzünün quraqlıqdan sonra həyata qayıtmasını müşahidə edə bilərik. Biz məxluqların ilk dəfə dünya­ya necə gəldiyini görürük və anlayırıq ki, onları ikinci dəfə yaratmaq daha da asandır. Biz başa düşürük ki, Allah Öz ilahi müdrikliyinin əksinə get­məz və məxluqlarını əbəs yerə, təkcə həyat sürmələri və ölmələri üçün yaratmazdı.
Şifahi hekayətlərə dair demək olar ki, onlara Haqq Sahibi Allahın sözləri və hətta andları da daxildir. Kimin sözləri Onun sözlərindən doğru ola bilər?! Bundan başqa, bir-neçə ayədə Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) əmr edilmişdi ki, Qiyamət gününün həqiqiliyinə and içsin. Uca Allah buyurmuşdur: “Kafirlər əsla  dirildilməyəcəklərini güman edirlər. De: “Əksinə, Rəbbimə and olsun ki, siz hökmən dirildiləcəksiniz, sonra isə törətdikləriniz sizə bildiriləcəkdir ki, bu da Allah üçün çətin deyil” (Təğabun, 64/7).
Kimin nitqi Allahın nitqindən daha doğru ola bilər? Kimin sözü Onun sözündən daha doğru ola bilər? Şübhəsiz ki, Allahın sözləri və nəql etdikləri həqiqqəti əks etdirən rəvayətlərdir. Allahın dediklərinə zidd olan hər hansı baxışlar, biliklər və əməllər isə yalan və yanlışdır. Rəbbin şəkk edilməyən gerçək sözləri ilə ziddiyyət təşkil edən nə varsa, düzgün ola bilməz.

Комментариев нет:

Отправить комментарий