суббота, 23 июля 2011 г.

Ə. əs-Səədi, Təfsir, 2-ci cild, 8-ci parça


                                        

(7.90) “(Şüeyb) tayfasının kafir əyanları (tabeliyində olan­la­ra) dedilər: “Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!”

Kafir əyanlar insanları Şüeybin dinini qəbul etməkdən çəkindirirdilər. Onlar deyirdilər ki, onların ardınca gedənlər mütləq ziyana uğrayacaqlar. Onlara elə gəlirdi ki, haqqa tərəfdar olmaq və düz yolla getmək insanlara ziyan və bədbəxtlik gətirir. Onlar bilmirdilər ki, ən dəhşətli ziyana onların yolu ilə gedən, azğınlığa etiqad edən və başqa­larını azdıranlar düşəcəklər.

                             ﯓﯔ                            

(7.91) “Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular)”.
(7.92) “Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular”.

Güclü bir zəlzələ mürtədləri sarsıtdı və onlar məhv oldular. Fövqəluca Allah onların həlak olması haqqında məxluqlarına xəbərdarlıq edərək buyurur ki, Şüeybin (ə) kafir həmtayfaları sanki öz evlərində heç vaxt yaşamamışdılar, həyətlərində şənlənmə­mişdilər, ağacların kölgəsində sərinliyə çəkilməmişdilər, çay kənarlarında əylənməmişdilər və ağacların meyvələrindən yeməmişdilər. Cəza onları yaxaladı və onlar əyləncə, şənlik və kef məskənini tərk etdilər. Onlar əbədi qəm-qüssə, bədbəxtçilik və əzab-əziyyət məskəninə yollandılar. Onlar yeganə kəslər idilər ki, ziyana düşdülər və Qiyamət günü onlar nəinki öz ailələrindən və hətta özlərindən də məhrum olacaqlar. Bu, əsil ziyan olacaqdır və əlbəttə ki, Şüeybin (ə) ardıcıllarını zərərə düşmüşlər adlandıranlar haqlı deyildilər. 


                   ﯥﯦ          ﯫﯬ 

(7.93) “(Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”

Allahın cəzası mürtədləri yaxaladıqda, peyğəmbər (ə) onlardan üz döndərdi və onlar öldükdən sonra, o (ə) onlara qınaq və məzəmmətlə belə müraciət etdi: “Ey mənim qəbilədaşlarım! Axı mən Rəbbimin vəhyini sizə çatdırıb izah etmişdim. Onlar qəlbi­nizin dərinliklərinə qədər nüfuz etmişdi, lakin siz bundan ancaq təşvişə düşdünüz. Mən sizə səmimiyyətlə yaxşılıq arzulayırdım, amma siz mənim məsləhətlərimə qulaq asmadınız və onları əsas tutmadınız. Əksinə, siz mənə itaətsizlik göstərdiniz və yol veri­lənlərin həddini aşdınız. Bundan sonra mən ürəklərinə xeyirxah­lığa yer olmayan kafirlərə görə necə kədərlənə bilərəm? Yaxşılıq onların yanına gəldi, lakin onlar onu rədd etdilər və qəbul etməkdən boyun qaçırdılar. Həqiqətən, belə insanlar pis aqibətdən başqa heç nəyə layiq deyillər! Onlar barələrində hüzn saxlanıl­masına da layiq deyillər. Əslində, onların ölümünə sevinmək lazımdır!”
Ey Allah, bizi belə rüsvayçılıqdan və şərəfsizlikdən qoru! Sənə hamıdan çox yaxşılıq etmək istəyən adamdan üz döndərmək­dən daha böyük bədbəxtlik və cəza nə ola birlər?!!

ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ        ﯴ  ﯵ  ﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ   ﯼ  ﯽ  ﯾ  ﯿ  ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄ    ﰅ  ﰆ   ﰇ  ﰈ  ﰉ  ﰊ  ﰋ    ﰌ  ﰍ  

(7.94) “Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxar­sınlar!”
(7.95) “Sonra sıxıntını (bəlanı, pisliyi) firavanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”. Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq”.

Allah peyğəmbərləri göndərirdi ki, onlar insanları tək Ona ibadət etməyə çağırsınlar və onları etiqad etdikləri bəladan çəkindirsinlər, lakin insanlar onlara tabe olmaqdan boyun qaçırırdılar. Belə olduqda Allah onlara kasıbçılıq, xəstəliklər və digər sınaqlar göndərirdi ki, onların ağrı-acını dadsınlar, Onun qarşısında itaətkar və haqqa tabe  olsunlar. Buna bənzər öyüd-nəsihətlər fayda vermədikdə və günahkarlar haqqı təkəbbürlə danmaqda davam etdikdə və öz zalımlıqlarında daha da dərinliyə getdikdə, Qüdrətli Allah onları sınaqlardan xilas edir və onlara saysız-hesabsız nemətlər və sağlamlıq bəxş edirdi. Bu günahkar çoxalıb-artdıqda və onların var-dövləti dəfələrlə çoxaldıqda onlar Onun səxavəti hesabına zövq almağa başlayır və əvvəllər başlarına gələn bədbəxtlikləri yaddan çıxardırdılar. Onlar deyirdilər: “Atalarımızla da belə müsibətlər və fərəhli günlər  baş verərdi – bütün əvvəlki və sonrakı insan nəsillərinin taleləri belədir. Bəzən insanlar firavan yaşayır, bəzən də ağır günlər keçirirlər. Bəzən onlar öz uğurlarına sevinir və bəzi hallarda da onları qəm-kədər bürüyür. Vaxt dəyişir, günlər bir-birini əvəz edir”.
Bu nadanlar dərk etmirdilər ki, əmin-amanlıq və müsibətlər – ibrət götürmək və azdırılmaq üçündür. Onlar əldə etdikləri nemətlərdən vəcdə gəldikdə və görünməmiş firavanlıqdan ləzzət aldıqları məqamda Allah onları cəzalandırırdı. O cəza elə qəfildən gəlirdi ki, onun yaxınlaşacağına heç azca da olsa şübhələnmir, qaçılmaz ölüm haqqında heç fikirləşmir və zənn edirdilər ki, onlara əta edilmiş nemətlərdən maneəsiz istifadə edəcəklər və heç vaxt bu nemətlər onları tərk etməyəcək.

                                                    

(7.96) “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”.

Allahın elçilərini rədd edən kafirlərin başına gələn müsi­bətlərin ibrət və xəbər­dar­lıq, onların qismətlərinə düşən fərəhli günlərin isə təkcə azdırılma və Allahın fəndgirliyi olduğunu xatırlatdıqdan sonra, Fövqəluca Allah bildirir ki, əgər bu məskən­lərin sakinləri qəlbən iman gətirsəydilər və öz imanlarını xeyirxah əməlləri ilə təsbit etsəydilər, əgər onlar Ondan qəlbində qorxsay­dılar və əməllərində günah etməkdən çəkinsəydilər, onda Allah göylərdə və yerdə onların qarşısında firavanlıq qapılarını açardı. Səmalar onlara bol yağışlar bəxş edər, yer isə onlar üçün həm insanların və həm də heyvanların qidalanacağı bitkilər yetişdirərdi. Onlar da ehtiyacsız həyat sürər və özlərini ağır zəhmətə qatmadan bol məhsul əldə edərdilər. Lakin onlar öz Rəbbinə iman gətirməyi və Ondan qorxmağı rədd etdilər və belə olduqda, O, onları cəzalandırdı, onların üstünə bəlalar göndərdi və onları yerin bərəkətindən məhrum etdi.
Bu, onların özlərinin törətdikləri əməllərə görə layiq olduq­larının ancaq bir qismi idi, amma əgər Allah insanları onların törətdikləri bütün günahlara görə cəzalandırsaydı, onda yer üzündə bir canlı məxluq belə qalmazdı. Fövqəluca Allah buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar” (Rum, 30/41).

                                                

(7.97) “Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?”
(7.98) “Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylə­nərkən gəlməyəcəyinə arxayın idilərmi?”

Bu ayələrin mətnindən aydın olur ki, burada söhbət iman gətirməkdən boyun qaçıranlardan bəhs edilir. Doğrudanmı onlar Allahın sərt cəzasının – intiqamın hətta yaxınlaşdığına belə şübhə etməyərək, istirahət etdikləri zaman gəlməyəcəyinə əmin idilər? Doğrudanmı onlar əyləndikləri anda amansız cəzanın onları yaxalamayacağına əmin idilər? Onları öz əməlləri və hər biri insanı məhvə məhkum edən böyük cinayətləri ilə layiq olduqları cəzadan qorxmamağa sövq edən nə idi?!

     ﭺﭻ            ﭿ           
(7.99) “Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salma­yacağına (naz-nemət içində yaşadıq­ları halda qəflətən onlara əzab göndərmə­yəcəyinə) əmin idi­lərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!

Onlar doğrudanmı Allahın onlara sezdirmədən onları azdıra biləcəyindən ehtiyat etmirdilər? Doğrudanmı onlar düşünmür­dülər ki, Allah onlara ancaq möhlət verir? Doğrudanmı onlar bilmirdilər ki, Onun hiyləsi yenilməzdir? Həqiqətən, Allahın fəndgirli­yindən təkcə ağır ziyana uğramaları qismətlərinə yazılmış insanlar ehtiyat etməyə bilər, çünki Allahın cəzası qarşısında qorxu hiss etməyənlər törətdikləri əməllərə görə əvəz veriləcəyini qəbul etməyənlər və elçilərə layiqincə iman gətirməyənlərdir.
Bu kəramətli ayə ən böyük xəbərdarlıqlardan ibarətdir və qulları, öz imanına güvənərək, özünü tam təhlükəsizlikdə hiss etməməyə çağırır. Əksinə, qul hər şeydən daha çox yolunu aza bilməsindən və imandan məhrum ola biləcəyindən ehtiyat etməlidir. Qul daima “Ey Allahım, qəlblərə vəlvələ Salan! Qəlbimi dinində möhkəmlət!” Əgər o, sapıqlıqla üz-üzə qalmalı olursa, onda əlindən gələni etməlidir ki, şərdən uzaq olsun, çünki heç kim, əməllərinin xeyirxahlığına baxmayaraq, ömrünün xoşbəxtliklə sonuc­lanacağına ümid etməməlidir.

                                  ﮐﮑ                   

 (7.100) “Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyə­tindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşitməzdilər? 

Fövqəluca Allah qədim tayfaların məhv edilməsindən sonra yer üzünü məskunlaşdırmış xalqlara xəbərdarlıq edir. Məgər onlara qədər yaşamış və fitnə-fəsadlarına görə məhv edilmiş günahkarlardan yeri irs almış xalqlara aydın deyil ki, Allah insanları günahlarına görə cəzalandıra bilər? Onda bəs onlar niyə məhv edilmiş xalqların əməllərini təkrarlayırlar? Doğrudanmı onlar Allahın onları itaətsizliyə görə cəzalandıracağını dərk etmirlər? O, bütün günahkarlarla belə davranır!
Allah insanları xəbərdar edir, lakin onlar Onun xəbərdarlıqlarına əhəmiyyət vermirlər. O, məxluqlarına nəsihət verir, lakin onlar öyüd-nəsihətə qulaq asmaqdan boyun qaçırırlar. O, onlara ayələri və ibrətamiz tarixi rəvayətləri vasitəsilə doğru yol göstərir, lakin onlar bu yolla getmək istəmirlər. Belə olduqda, Fövqəluca Allah onları cəzalandırır və qəlblərini möhürləyir. Onlar pərdə ilə örtülür və tamamilə rəzalətə bürünürlər. Bu baş verdiyi zaman haqq və xeyirxahlıq artıq o qəlblərə daxil ola bilmir. Onlar özlərinə xeyir gətirə bilən şeyləri dərk etmək qabiliyyətini itirirlər və əgər faydalı nəsihətlərə qulaq assalar da bu, onları öz na­dan­lıqlarını əsas gətirərək bəraət qazanmaq imkanından məhrum edir.

ﮙﮚﮛ ﮜ ﮝ  ﮞﮟ  ﮠ  ﮡ  ﮢ   ﮣ  ﮤ  ﮥ  ﮦ    ﮧ  ﮨ  ﮩ  ﮪﮫ   ﮬ    ﮭ     ﮮ  ﮯ  ﮰ  ﮱ   ﯓ 

(7.101) “(Ey Elçim!) O məmləkətlərin bəzi xəbərlərini (əhvalatlarını) sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (möcüzələr) gətirmişdilər. (Hə­min məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (möcüzələrə, dəlillərə) yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər”.

Biz bir sıra qədim şəhərlər haqqında hekayətlər danışırıq ki, nəsihətləri­mizə qulaq asanlar onlardan ibrət götürsünlər. Biz istəyirik ki, onlar günah­karları zalımlıq etməkdən çəkindirsinlər və təqvalı möminlər üçün öyüd-nəsihət rolunu oynasınlar. Allahın elçiləri (onlara Allahın salamı olsun) kafirlərin yanına açıq-aydın ayələrlə gəlirdilər. Onlar insanları xoşbəxtlik yoluna çağırırdılar və Fövqəluca Allah onların peyğəmbərliyini ecazkar möcüzələrlə və aydın əlamətlərlə təsdiq edirdi və bunlar haqqı ən kamil tərzdə izah edirdi. Lakin bu onlara fayda vermədi. Onlar iman gətirməkdən boyun qaçırdılar və haqqı birinci dəfə o onlara agah olan kimi rədd etdilər. Buna görə Allah onlara sonradan iman gətirmələrinə kömək etmədi. Bu, haqqı rədd etdiklərinə görə cəza idi.
Fövqəluca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq” (Ənam, 6/110). Allah onlara zalımlıq etmir – onlar özləri özlərinə zalımlıq edirlər.

ﯔ  ﯕ    ﯖ  ﯗ  ﯘﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ   ﯞ 

(7.102) “Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksi­nə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun əmr­lərini pozmuş) günahkar kəslər gördük”.

Allahın elçiləri göndərilmiş xalqların əksəriyyəti Rəbbin bütün aləmlərin məxluq­ları ilə kəsdiyi əhdə vəfa qılmadılar. Onlar elçilərin Onun adından bəyan etdikləri hökmləri yerinə yetirmir­dilər. Həmin xalqların əksəriyyəti Ona itaət etməkdən boyun qaçırmış, Allahın nəsihətlərini əsas götürməyərək, öz istədikləri kimi hərəkət etmişdilər.
Elçilərin gəlişi və Müqəddəs Kitabların nazil edilməsi, Allahın Öz qullarını sınadığı imtahan idi. Onlara əmr olunmuşdu ki, Onunla bağladıqları əhdə sadiq qalsınlar və Onun təlimatlarına istinad etsinlər, lakin Onun iradəsinə çox az insanlar tabe oldu. Onun iradəsinə, Allahın xoşbəxt qismət təyin etdiyi kəslər itaət etdilər. Məxluqların böyük bir hissəsi isə doğru rəhbərlikdən üz çevirdilər və elçilərin təlimini təkəbbürlə rədd etdilər və elə buna görə də Qüdrətli Allah onlara müxtəlif cəzalar verdi.

ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ    ﯥ   ﯦ  ﯧ   ﯨﯩﯪﯫﯬﯭ ﯮﯯﯰ  

 (7.103) “Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin möcüzələri) inkar etdilər. Bir gör fəsad törə­dənlərin axırı necə oldu!”

Bu peyğəmbərlərin (onlara Allahın salamı olsun) ardınca Allah insanlara Musanı (ə) göndərdi. Bu alicənab elçi Rəhmanla söhbət etmişdi və təqlid edilməsi üçün ən möhtəşəm örnək təcəssümü idi. O (ə) zülmkar və lovğa adamların – Fironun və onun əyanlarından ibarət olan ətrafındakılarının yanına göndərmişdi.
Musa (ə) onlara elə böyük möcüzələr göstərdi ki, insanlar hələ beləsini görməmişdilər, lakin mürtədlər ona (ə) qarşı zalımlıq etdilər. Onlar haqqa tabe olmağı rədd etdilər və təkcə zalım günahkarların davrandıqları kimi rəftar etdilər. Onlar haqqı təkəbbürlə dandılar. Bax gör, onların axırı necə oldu! Allah onları məhv etdi və lənət həm bu dünyada və həm də Axirətdə onların nəsibi oldu. Necə də pis sonluqdur! Bu, sonrakı ayələrdə daha geniş təfsilatla şərh ediləcək tarixin qısaca ifadəsidir.

ﯱﯲﯳﯴﯵﯶ ﯷ    ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙﭚ  ﭛ  ﭜ   ﭝ   ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ 
(7.104) “Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!”
(7.105) “Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (möcüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə göndər!”

Musa (ə) Fironun yanına gəldi ki, onu iman gətirməyə dəvət etsin və dedi: “Ey Firon, Böyük Hakim – aləmlərin Rəbbi göndərmişdir. Onun mülki göyləri və yeri əhatə edir. O, bütün məxluqlarını Öz qanunları əsasında qayğıkeşliklə idarə edir. O qanunlardan birinə müvafiq olaraq, Allah Özünün xəlq etdiklərini unutmur, onlara elçilər göndərir və bu elçilər müjdə verir və xəbərdarlıq edirlər. Heç kim cəzasız olaraq Onun adından yalan danışıb, bəyan edə bilməz ki, o, Onun elçisidir, əgər bu, həqiqətdə belə deyilsə. Əgər sənə Allahın sifətləri aydındırsa, onda bil ki, O, məni seçmişdir və məni Öz müraciəti ilə şərəfləndirmişdir. Bu o deməkdir ki, mənə Onun adından yalan danışmaq yaraşmaz. Mən yalnız həqiqəti deməyə borcluyam və əgər mən Onun itaətindən çıxsam, mən ləngidilmədən cəzalandırılaram – Əzəmət və Qüdrət Sahibi olan Allah məni Öz qüdrəti ilə asanlıqla və möhkəm yaxalayar!”
Bu sözlər bütün insanları peyğəmbərə (ə) itaət etməyə və onun (ə) ardınca getməyə məcbur etməliydi. Sözlərinin gerçəkliyinin dəlili olaraq o (ə), orada iştirak edənlərə Allahdan aydın bir möcüzə göstərdi. Firon və onun əyanları onun (ə) müraciətini qəbul etməli idilər. O, iki əsas tələbdən ibarət idi: onlar onun ardınca gedərək Musaya (ə) iman gətirməli idilər və İsrail oğullarını onunla (ə) birlikdə getməyə buraxmalıydılar. Onlar, Allahın aləmlərin qalan əhalisi üzərində ucaltdığı bir xalq idi. İsraillilər pey­ğəmbərlər və şan-şöhrətli Yaqub (ə) nəslindən törəyənlər idilər. Musa peyğəmbər (ə) də onlardan idi.

ﭥ  ﭦ  ﭧ    ﭨ  ﭩ     ﭪ  ﭫ    ﭬ  ﭭ   ﭮ  ﭯﭰ  ﭱ   ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ    ﭽ  ﭾ  ﭿﮀ ﮁ  ﮂ  ﮃﮄﮅﮆ ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍﮎ  ﮏ  ﮐ  ﮑ   ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ   ﮛﮜ  ﮝﮞ 

(7.106) “(Firon Musaya) dedi: “Əgər möcüzə ilə gəlmiş­sənsə və doğru deyir­sənsə, onu gətir göstər!”
(7.107) “(Firon bunu deyən kimi) Musa əsasını (yerə atdı) və o, dərhal (ha­mının gözünə) aşkar görünən bir əjdaha oldu”.
(7.108) “(Sonra) əlini (qoltuğunun altından və ya cibindən) çıxartdı və o, bir anda baxanlara nur kəsildi”.
(7.109) “Firon tayfasının əyanları dedilər: “Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır”.
(7.110) “O sizi yurdunuzdan çıxartmaq istəyir!” (Firon da: ) “Elə isə tədbiriniz nədir?” - (deyə soruşdu)”.
(7.111) “Onlar dedilər: “Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki”,
(7.112) “Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”

Firon Musaya (ə) möcüzələrini onlara göstərməyi təklif etdi. O (ə), öz əsasını yerə atdı və əsa adamların gözü qarşısında canlı əjdahaya çevrildi və yerlə sürünməyə başladı. Sonra o (ə), əlini qoltuğundan çıxartdı və o tamamilə ləkəsiz və ağappaq idi. O (ə) orada iştirak edənlərə iki böyük möcüzə göstərdi ki, bunlar onun (ə) bütün təbliğ etdiklərinin doğruluğuna və onun (ə) peyğəmbər­liyinin təsdiqinə dəlalət edirdi. Lakin insanlar iman gətirmək istəməyəndə, onlara hansı möcüzəni göstərsən də iman gətirmirlər. Onlar əzabverici cəzanı görmədikcə, iman gətirmirlər.
Misirli əyanlar da iman gətirməkdən boyun qaçırdılar, halbuki gördükləri möcü­zələr onları heyrətləndirmişdi. Onlar bu möcüzələrə əsassız izahlar uydurmağa baş­la­dılar və peyğəmbəri (ə) mahir sehrbaz adlandırdılar. Axmaqlara və düşüncəsiz adamlara qorxu hissi aşılamaq üçün onlar bəyan etdilər ki, o (ə) onları öz doğma vətənlərindən qovmaq istəyir. Sonra onlar öz aralarında Musa (ə) ilə necə davranmağı, onun (ə) özləri üçün təhlükəli saydıqları təbliğatını necə inkar etməyi  məsləhətləşdilər. Onlar başa düşürdülər ki, onun (ə) sözlərini təkzib edə bilməsələr, o (ə) insanları əksəriyyətini öz tərəfinə çəkə bilər. Buna görə, onlar Firona yekdilliklə belə dedilər: “Əmr et ki, o və qardaşı bir qədər gözləsinlər və sən də öz məmləkətinin bütün şəhərlərinə carçılar göndər ki, onlar bütün mahir sehrbazları yanına gətirsinlər. Qoy onlar Musa ilə yarışsınlar!”
Onlar peyğəmbərə (ə) yarış üçün yer və vaxt təyin etməyi təklif etdilər. Yarışda hər iki tərəf iştirak etməli idi. O (ə) dedi: “Qoy bu Bəzəmə günü olsun və adamlar səhər toplaşsınlar”. Firon sehrbazlıqla məşğul olanların hamısını və onlarla birlikdə şərtləşdik­ləri yerə yollandı. 

                                         

 (7.113) “Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”
(7.114) “(Firon: )”Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaq­sınız!” – deyə cavab verdi”.

Sehrbazlar Firondan qələbə çaldıqları halda onlar üçün mükafat təyin edilməsini xahiş etdilər və o da onlara çoxlu hədiyyələr verəcəyini və onları özünün yaxın adamları edəcəyini vəd etdi. O istəyirdi ki, sehrbazlar səy göstərsinlər və Musaya qalib gəlmək üçün əllərindən gələni əsirgəməsinlər.

                         ﯞﯟ                 ﯧ ﯨ 

(7.115) “Sehrbazlar dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”
(7.116) “(Musa: ) “Siz atın” – dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) at­dıq­da, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər”.

Böyük bir izdihamın gözü qarşısında Musa (ə) ilə görüşərək sehrbazlar qərara aldılar ki, onun (ə) göstərəcəyi möcüzənin onlar üçün heç bir fərqi olmadığını hamıya göstərsinlər. Onlar dedilər: “Ya sən birinci at, ya da bunu bizə etməyə icazə ver!” Musa (ə) buyurdu: “Birinci siz atın!” O (ə) istəyirdi ki, adamlar əvvəlcə sehrbazların nəyə qabil olduğunu görsünlər və sonra isə onun (ə) möcüzəsini görsünlər.
Sehrbazlar öz kəndirlərini və əsalarını yerə atdıqda, insanları sehrləməklə əşyaları onların gözlərində sürünən qorxunc ilanlar kimi göstərdilər. Sehrbazlar adamların gözlərini sehrləmiş, onlara qorxu hissi təlqin etmiş və o vaxtadək görünməmiş bir sehrbazlıq etmişdilər.

               ﯰﯱ                                   ﯾ ﯿ         

(7.117) “Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur”.
(7.118) “Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu”.
(7.119) “(Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər”.

Musa (ə) da öz əsasını yerə atdı və o canlı ilana çevrilərək sehrbazların sehrlədikləri şeylərin hamısını uddu. Haqq qalib gəldi və cadugərlərin cəhdləri əbəs və faydasız oldu. Böyük bir izdiha­mın gözləri qarşısında onlar məğlub edildilər və bədnam oldular. Onların uydurduqları yalan izsiz-tozsuz qeyb oldu, hazırladıqları sehr isə darmadağın edildi və onlar istədikləri nəticəyə nail ola bilmədilər. Lakin bu böyük həqiqət ən çox sehrbazların özlərinə aydın oldu. Onlar sehrbazlığın müxtəlif növlərini və onların təfərrüatını bütün başqa adamlardan daha yaxşı bilirdilər və başa düşmüşdülər ki, onlara göstərilən Allahın ən böyük möcüzələrin­dən biridir və heç kim ona qarşı çıxa bilməz.

                            

 (7.120) “Onlar (hamı birlikdə) səcdəyə qapanıb”
(7.121) “Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə -”
(7.122) “Musanın və Harunun Rəbbinə!”

Sehrbazlar bəyan etdilər ki, onlar Musaya (ə) nazil edilən açıq-aşkar möcüzələrə iman gətirdilər. Firon isə onları haqq dinə iman gətirdiklərinə görə sərt intiqam alacağı ilə hədələdi. Mürtəd hökmdar ayrı düşüncə tərzi və ist’nil’n din ilə mübarizə aparırdı. O, adamların onun hökmlərini sözsüz yerinə yetirmələrinə adət etmişdi və onlar onun əmrlərinə heç vaxt itaətsizlik göstərmirdilər. Axı məhz belə hallar xalqları tənəzzülə uğradır, bəşər təfəkkürü­nün kütləşməsinə səbəb olur və insanlara öz haqlarını müdafiə etməyə maneçilik törədir. Fövqəluca Allah buyurur: “Beləliklə, (Firon) öz xalqını yelbeyin (yüngül) yerinə qoydu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir xalq idi”. (Zuxruf, 43/54).

                 ﭡﭢ                      ﭫﭬ      ﭯ ﭰ                

 (7.123) “Firon (onlara) dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu (sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!”
(7.124) “Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”

Firon sehrbazlara dedi: “Doğrudanmı siz mənim icazəm olmadan iman gətirdiniz? Siz çox kobud rəftar etdiniz və mənə hörmətsizlik göstərdiniz!” Öz xalqını aldatmaq üçün isə o, əlavə etdi: “Musa sizin hamınızdan yaşlıdır. O sizə sehrbazlığı öyrətmişdir və siz onunla məkrli bir əlaqəyə girmişsiniz. Siz onunla əhd bağlamışsınız ki, ona itaət edəsiniz və o da sizə qalib gəlsin. Siz onun ardınca getmək istəyirsiniz və bütün xalqı və ya onun böyük bir hissəsini öz ardınızca aparasınız. Siz istəyirsiniz ki, onları Misirdən çıxarıb aparasınız!”
Firon gözəl bilirdi ki, o, yalan danışır və bu baş verən hadisələrdən xəbərdar olanların hamısına məlum idi. Musa (ə) heç vaxt sehrbazların heç biri ilə görüşməmişdi, axı onların hamısı Fironun əmrini icra edən carçıları tərəfindən gətirilmişdilər. Bundan  başqa, sehrbazlar əllərindən gələni etmişdilər ki, Musaya (ə) qalib gəlsinlər, lakin o (ə), insanlara Allahın möcüzəsini göstərdiyi üçün onlar aciz qalmışdılar. Onlar həqiqəti aydınlaşdır­dıqdan sonra, peyğəmbərin (ə) ardınca getdilər. Firon isə onların əllərini və ayaqlarını çarpaz kəsdirəcəyi ilə hədələdi.
Zülmkar günah sahibi qərara almışdı ki, iman gətirmiş sehrbazlar yer üzündə fəsad yayırlar və onları fitnə-fəsadçılara verilən cəza ilə cəzalandırmağa – onların sağ əllərini və sol ayaqlarını kəsdirməyə hazırlaşırdı. Bundan sonra o, onları palma ağaclarında çarmıxa çəkdirmək və hər birinin bədənini nizələt­dirmək arzusundaydı. O, onların ancaq bir hissəsini edam etməklə qane olmayaraq, bütün iman gətirənlərə divan tutmaq  niyyətin­dəydi.

                   ﭾ ﭿ                        ﮈﮉ                

(7.125) “(Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)”
(7.126) “Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimi­zin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə gö­rə­dir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!”

İman gətirmiş sehrbazlar Fironun təhdidlərini dinlədikdən sonra dedilər: “Sənin verəcəyin cəza bizi qorxutmur, çünki Allahın verəcəyi əvəz daha yaxşıdır və daimidir. Bizimlə necə rəftar etmək istəyirsənsə, et. Ancaq de görək, sən niyə bizi qınayırsan və qorxudursan, axı biz heç bir günah etməmişik. Biz bizə göstərilən Rəbbimizin möcüzəsinə iman gətirmişik və əgər bu məzəmmət ediləsi və cəzalandırılası günahdırsa, onda biz doğrudan da günahkarıq”.
Onlar Allaha imanlarını möhkəmlətməsi və onlara böyük səbir bəxş etməsi üçün dua etdilər. Belə şərhin xeyrinə dəlalət edən “səbir” (“dözümlülük”) sözünün burada qeyri-müəyyənlik forma­sında verilməsidir. Onların doğrudan da  böyük səbrə ehtiyacları var idi, çünki onların qismətinə ağır sınaq düşmüşdü. Onlar həyatla vidalaşa bilərdilər və ancaq böyük səbirlilik onlara səbat verə, ürəklərində imanı möhkəmlədə və onları narahatçılıqdan xilas edə bilərdi. Onlar Allahdan xahiş etdilər ki, onları müsəlman kimi – Ona itaətkar və Onun elçisinə (ə) sadiq olanlar kimi öldürsün.
Quran ayələrinin aydın mənalarından məlum olur ki, Firon öz hədəsini icra etmişdi və Fövqəluca Allah iman gətirmiş sehrbazların imanını ürəklərində möhkəmlətmişdi. Firona, varlı əyanlara və onlara tabe olan şəhər camaatına gəldikdə isə onlar Allahın möcüzələrinə təkəbbürlə yanaşdılar, haqları olmadan onları rədd etdilər. Onlar hətta Fironu, Musanın (ə) təbliğatını yalan və yanlış zənn edərək, ona divan tutmağa çağırdılar.

  ﮑ ﮒﮓ  ﮔ  ﮕ  ﮖ   ﮗ  ﮘ      ﮙ   ﮚ  ﮛ  ﮜ  ﮝﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢ   ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ

(7.127) “Firon tayfasının əyan-əşrəfi dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” (Firon onlara) belə cavab verdi: “Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)”

Fironun əyanları Allahın yoluna, gözəl əxlaqa və saleh əməllərə çağırışı fitnə-fəsadın yayılması adlandırdılar. Əslində isə məhz bu əla keyfiyyətlər sayəsində yer üzündə qayda-qanun yaradıla bilərdi. Kafir əyanları cinayətləri şərəfsizlik və günah toxumları idi, lakin günahkarlar dedikləri sözləri üzərində düşünmürdülər. Onlar Firona belə dedilər: “Doğrudanmı sən Musaya səndən və sənin ilahlarından üz döndərməsinə imkan verəcəksən?! Doğrudanmı sən ona imkan verəcəksən ki, insanları sənə itaət etməməyə çağırsın?”
Firon isə belə cavab verdi: “Biz Musanı və İsrail oğullarını elə bir vəziyyətə salacağıq ki, onlar bir daha öz sıralarını artıra bilməyəcək və bizim xalqımıza zərər vura bilməyəcəklər. Biz onların oğullarını öldürəcək və qadınlarını isə sağ buraxacağıq. Belə etməklə biz onlara çoxalmağa imkan verməyəcək və özümü­zün əmin-amanlığımızı təmin edəcəyik. Biz onlardan sağ qalanları istifadə edəcək və istədiyimiz kimi onlara hökm verəcəyik. Biz onların üzərində böyük hakimiyyətə malikik və onlar azadlıq əldə etməyəcəklər”. Həqiqətən də, bu, Fironun hədsiz zalımlığının, təkəbbürünün və amansızlığının dəlillərindən idi.

             ﮭﮮ                 ﯗﯘ     

(7.128) “Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axi­rət­də yüksək məqamlar) müttəqilərindir!” – dedi”.

Musa peyğəmbər (ə) isə xalqına öyüd-nəsihət verərək onlara bildirirdi ki, onlar özləri heç vaxt qismətlərinə yazılmış bu vəziyyətlərini özləri dəyişdirə bilməzlər və ancaq Allahın köməyinə və yardımına ümid bəsləməlidirlər. Musa (ə) dedi: “Təkcə Allahın sizə köməyi nəticəsində xoş günə çıxacağınıza və sizi şərdən qoruyacağına inanın. Ona təvəkkül edin və Onun işinizi uğurla nəticələndirəcəyinə inanın. Qismətinizə düşənlərə səbirlə dözün və halınızın yüngülləşəcəyinin yaxın olduğunu gözləyin. Yer tamamilə Allaha məxsusdur və Fironun və ya onun ətrafındakılarının mülkiyyəti deyil və buna görə də onlar uzun müddət özbaşınalıq edə bilməyəcəklər. Allah yeri Öz qullarından istədiyinə vərəsəliyə verir. Torpaqlar bir xalqdan başqasına Onun iradəsi və müdrikliyinə tam uyğun olaraq keçir[1], lakin gözəl sonluq həmişə müttəqilərə məxsus olur. Onlar hətta çox ciddi və uzunmüddətli  sınaqlardan keçirilsələr də, hökmən qalib gələ­cəklər”.
Bu ayədə qulların bəzi vəzifələri açıqlanır. Əgər onlar zülmdən xilas olmaq üçün kifayət qədər gücə malikdirlərsə, onda bunu etməlidirlər, lakin belə qüvvə sahibi deyillərsə, onda səbir etməli və Allahdan kömək diləyərək, vəziyyətlərinin yüngülləşmə­si­ni gözləməlidirlər.

  ﯜ  ﯝ   ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥﯦ  ﯧ  ﯨ  ﯩ   ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ   ﯰ   ﯱ  ﯲ  ﯳ

(7.129) “(Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!”

İsrail oğulları Fironun onları incitməsi ilə əlaqədar narazılıq edirdilər. Onlar peyğəmbərə (ə) dedilər: “Sənin gəlişinə qədər də Fironun xalqı oğullarımızı öldürməklə və qadınlarımızı diri saxla­maqla bizi cəzalandırırdı. İndi sən gəlmişsən, amma onlar buna baxmayaraq bizə yenə də əzab-əziyyət verirlər”.
Musa (ə) buna cavab olaraq tezliklə asanlıq və xilasa ümid etdiyini bildirdi: “Ola bilsin ki, çox tezliklə Rəbbiniz düşmən­ləri­nizi məhv etsin və sizə yer üzündə hakimiyyət versin. Bu baş verən zaman, Rəbbiniz baxacaq görsün ki, siz minnətdarlıq bildirəcək­siniz ya yox”. Vəd edilən müddət çatdıqda, Allah bu vədini həyata keçirdi.

                    

(7.130) “Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məh­sul çatışmaz­lığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsın­lar!”

Fövqəluca Allah Musa ilə Firon tayfasının qarşıdurmasının son mərhələsində sonuncuların başına gətirdiyi bəla və müsibət­lərdən xəbər verir. Allah digər xalqlarla da eynilə rəftar edirdi ki, onlar Ona itaət etsinlər.
Misirlilər üçün quraqlıq illəri başlamışdı – Allah istəyirdi ki, onlar kafirliklərinə görə tövbə etsinlər və başa düşsünlər ki, onlara düçar olmuş bədbəxtçilik Onun qəzəbinin nəticəsidir. Lakin bu onlara heç bir fayda vermədi və onlar günah işlətməkdə və fitnə-fəsad yaymaqda davam edirdilər.

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖﭗ  ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭜ  ﭝ  ﭞﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ   ﭦ  ﭧ  ﭨ  ﭩ

(7.131) “Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!”

Onlar məhsulu yığıb ərzaq tədarük edəndə Allaha minnətdarlıq etməkdən boyun qaçırardılar və deyərdilər ki, bu bizim haqqımızdır. Onlar quraqlığa məruz qalanda və məhsullarından məhrum olanda, bu bədbəxtliyi Musanın (ə) peyğəmbər gəlməsi və İsrail oğullarının onun (ə) ardınca getmələri ilə əlaqələndirərdilər. Bu bəlaları Allah öncədən onların qismətinə yazmışdı və onların danışdıqları sözlər azğınlıq nəticəsiydi. Həqiqətən, bu müsibətlərin səbəbi onların günahları və kafirliyiydi, lakin onların əksəriyyəti bunu bilmirdilər və buna görə də onların bəyan etdikləri beləcə yanlış idi.

                           

 (7.132) “(Firon adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”

Onlar öz yanlış baxışlarından əl çəkməyəcəklərinə Musanı (ə) inandırmağa çalışaraq, deyirdilər: “Biz əminik ki, sən sehrbaz­san, göstərdiyin hər hansı möcüzədən asılı olmayaraq, o, sənin sehrbazlığına əminliyimizi daha da artırır. Biz sənə heç vaxt inanmarıq və sənin təbliğ etdiklərini doğru saymarıq”.
Həqiqətən də belə davranış ən yüksək inadkarlıqdır ki, təkcə kafirlərdə müşahidə edilə bilər. Belə insanlar üçün artıq möcüzə­lərin nazil edilib-edilməməyinin heç bir fərqi yoxdur.

                 ﭿ          

(7.133) “Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlə­rinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular”.

Allah misirlilərin üstünə tufan göndərdi və onun nəticəsində daşqın suları onların bağlarını və əkinlərini basdı və onlara çox zərər vurdu. Sonra O, onların üstünə meyvələrini, əkinlərini və bitkilərini məhv edən çəyirtkə göndərdi. Sonra onlara bit basqınını düçar etdi.
Belə bir rəy var ki, ərəb sözü olan “kummal” dedikdə, təzə çəyirtkə nəzərdə tutulur, lakin tamamilə aydındır ki, ayədə bəhs edilən məhz adi bitlərin basqınıdır.
Sonra Allah onların üstünə qurbağalar göndərir və onlar hətta misirlilərin qablarının içinə girir və böyük zərər vururdular. Sonra O, onları qanla sınağa çəkdi. Ola bilsin ki, qan onların burnundan axırdı, lakin müfəssirlər əksəriyyətlə hesab edirdilər ki, Misirdə içməli su qana çevrilmişdi və bunun nəticəsində insanlar ancaq qan içirdilər və yemək hazırlaya bilmirdilər.
Bu aydın möcüzələrdən hər biri onların zalım yalançılar olmasını təsdiq edir və Musanın (ə) təbliğ etdiklərinin hamısının həqiqət olduğunu sübuta yetirirdi. Fironun xalqı bu möcüzələri təşəxxüslə inkar etdi – onlar əvvəllər də cinayətkar xalq idilər. Buna görə Fövqəluca Allah onları cəzalandırılmaya məhkum etdi və onlara azğınlıq içində əbədi olaraq sərgərdan gəzib dolaşmaq əmri verdi.

                         ﮐﮑ                       

 (7.134) “Onlara əzab gəldikdə dedilər: “Ey Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi xatirinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”.

Bir çox şərhçilərin rəyinə görə bu ayədə cəza adı altında taun yoluxucu xəstəliyi nəzərdə tutulur. Digər bir rəyə görə isə bu ad altında yuxarıda rəvayət etdiyimiz möcüzələr nəzərdə tutulur. Daşqın, çəyirtkə, bit, qurbağa basqını və həmçinin qanla sınağa çəkilmə həqiqətən də cəzalandırılma idi.
Hər dəfə misirlilərə cəza veriləndə, onlar Musaya (ə) yalvarırdılar ki, Allahın ona (ə) nazil edəcəyinə söz verdiyi Vəhy və qanun xatirinə onlara havadar çıxsın. Onlar bildirirdilər ki, əgər o (ə), onları cəzadan qurtararsa, onlar hökmən ona (ə) iman gəti­rərlər və İsrail oğullarını onunla birlikdə buraxarlar. Lakin onların sözləri yalan idi və onlar bu sözləri özlərinə düçar olmuş intiqam­dan yaxa qurtarmaq üçün deyirdilər. Onlar elə güman edirdilər ki, bu üsulla bir bəladan xilas olsalar, artıq növbəti fəlakət onlara toxunmaz.  

                         
(7.135) “ Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) poz­du­lar”.

Allah Fironun xalqını bir bəlanın ardınca digər bəladan müəyyən müddətə xilas edirdi. Bu əbədi deyil, müvəqqəti xilas idi. Bu yerinə yetirilən kimi fitnə-fəsadçılar o saat Musaya (ə) verdikləri vədi yaddan çıxarırdılar. Onlar ona (ə) iman gətirə­cəklərinə və onu (ə) İsrail oğulları ilə birlikdə buraxacaqlarına vədə vermişdilər, amma bunu etmir­dilər. Bundan da başqa, onlar öz kafirliklərində kor-koranə dolaşır və israillilərə əziyyət verirdilər.

  ﮩ  ﮪ   ﮫ   ﮬ  ﮭ  ﮮ  ﮯ           ﮰ   ﮱ  ﯓ  ﯔ  ﯕ

(7.136) “Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara etinasız yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.

Kafirlərin həlak edilməsi saatı yaxınlaşdıqda, Allah Musaya (ə) əmr etdi ki, gecənin qaranlıq pərdəsi altında İsrail oğullarını Misirdən çıxarsın və onu (ə) xəbərdar etdi ki, Firon öz döyüşçüləri ilə onları izləyəcək. Baş vermiş hadisəni bildikdən sonra amansız hökmdar İsrail oğullarını təqib etmək üçün hazırlaşmağa başladı və ölkəsinin bütün şəhərlərinə qoşun toplamağa öz əsgər yığanla­rını göndərdi.
Fövqəluca Allah buyurur: “Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (O, belə deyirdi:) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər). Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!” Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlar­dan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər. İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musa­nın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”  Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). Musa və onunla bir­likdə olanların hamısını xilas etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik” (Şuəra, 26/53-66).
Günahkarlar, Allahın möcüzələrini yalan saydıqlarına və bunların təsdiq etdiyi haqdan üz döndərdiklərinə görə suya qərq edildilər.

   ﯖ  ﯗ  ﯘ  ﯙ        ﯚ  ﯛ   ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠﯡ  ﯢ  ﯣ       ﯤ   ﯥ  ﯦ  ﯧ  ﯨ   ﯩ  ﯪﯫ  ﯬ  ﯭ  ﯮ    ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ  ﯵ

 (7.137) “Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbir etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kəhkəşanələri) isə viran qoyduq”.

Yer üzündə İsrail oğullarını zəif hesab edirdilər. Onlar Firo­nun xalqı tərəfindən əsarət altına alınıb qul edilmişdilər, alçaldıl­maya və əziyyətlərə dözürdülər. Lakin Qüdrətli Allah onlara imkan verdi ki, Misirin Şərqində və Qərbində yerləşən torpaqlara varis olsunlar. Əvvəllər bu yerlərdə onlar alçaldılmağa səbir etmişdilər, indi isə Allah onları həmin yerlərin tamsəlahiyyətli sahibləri etmişdi. Rəbbin İsrail oğulları haqqındakı gözəl sözü belə gerçəkləşdi. Həqiqətən, onlar öz səbirliliyi ilə bu mükafata layiq idilər.
Burada söhbət Musa peyğəmbərin (ə) öyüd-nəsihətindən ge­dir: “Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrin­dən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, Axi­rət­də yüksək məqamlar) müttəqilə­rindir!” – dedi” (Əraf, 7/128).
Fironun və əyanlarının ucaltdıqları möhtəşəm qəsrlərə və dəbdəbəli saraylara gəldikdə isə onların hamısı etdikləri zalımlı­ğın əvəzi olaraq dağıdılmışdı. Həqiqətən də, bütün bunlarda – bilik sahibi olanlar üçün bir rəmz vardır.

   ﭑ  ﭒ   ﭓ  ﭔ     ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ   ﭚ  ﭛﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ     ﭡ  ﭢ ﭣ  ﭤﭥ   ﭦ  ﭧ    ﭨ  ﭩ  ﭪ

(7.138) “Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!”

Firon öz xalqı ilə birlikdə onları təqib edərkən, Allah İsrail oğullarını dənizdən keçirdi. Sonra O, İsrail oğullarının gözü qarşısında kafirlərin qoşununu suda qərq etdi. İsraillilər isə öz yollarına davam etdilər. Əhalisi ciddi-cəhdlə bütlərə ibadət edən və onlardan xeyir-dua istəyən kəndlərin yanından keçərkən, İsrail oğulları – öz ağılsızlıq­larından və nadanlıqlarından – Musadan (ə) xahiş etdilər ki, onlar üçün də bir ilah müəyyənləşdirsin ki, onlar da bütlərə sitayiş edən müşriklər kimi, ona ibadət etsinlər. Onlar bu xahişi – Allahın onlara bu qədər möcüzələr göstərməsindən sonra istədikləri üçün, Musa (ə) onları cahil xalq adlandırdı.
Öz Rəbbi və Yaradanından xəbərsiz olan, Onu, yaratdıqları ilə, nə özlərinə, nə də özgələrinə xeyir və ya zərər verə bilməyən, həyata, ölümə və dirilməyə sərəncam çəkmək iqtidarı olmayan məxluqları ilə bərabər tutanlardan kim daha nadan və cahil ola bilər?!!

  ﭫ  ﭬﭭ  ﭮ ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ   ﭴﭵ

(7.139) “Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdik­ləri əməllər isə puçdur!”

Bu insanların etiqad etdikləri nə varsa məhv ediləcəkdir və onların etdikləri əməllər əbəs olacaqdır. Onların duaları səmərəsiz, ilahları isə faydasızdır. Deməli, onların əməlləri də, niyyətləri də yanlışdır.

  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ    ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ

(7.140) “(Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüz­dəki bütün insan­lara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”

Doğrudanmı, O – Vahid Haqq İlah olduğu halda, mən sizə Allahdan başqa bir ilah göstərərəm? O, ən gözəl sifətlərə malikdir və əməlləri qüsursuz yerinə yetirir. O, sizi bütün məxluqlardan ucaltmışdır və siz Onun bu lütfkarlığına minnətdarlığınızı bildir­məlisiniz. Buna görə siz təkcə Ona ibadət etməli və Ondan başqa ibadət edilənlərin hamısını rədd etməlisiniz.

ﮀ  ﮁ   ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆﮇﮈﮉ  ﮊﮋﮌﮍ  ﮎ  ﮏ  ﮐ      ﮑ   ﮒ  ﮓ  ﮔ

(7.141) “(Ey İsrail oğulları!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğul­larınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi”.

Fövqəluca Allah İsrail oğullarına onları Firon və onun xal­qından xilas edən zaman onlara göstərdiyi lütfkarlığını xatırladır. Onlar İsrail oğullarını dəhşətli cəzalara məruz qoyur, oğlan uşaq­larını öldürür və təkcə qadınlarını diri saxlayırdılar. Lakin bu cəzadan xilas edilmənin özündə böyük bir sınaq və Rəbdən gələn böyük mərhəmət var idi. Başqa bir şərhə görə isə böyük sınaq – Fironun və onun xalqının israillilərə verdiyi məşəqqət idi.

                          ﮠﮡ                             

(7.142) “Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışa­cağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”

Musa (ə) təbliğat və nəsihət ilə öz xalqına müraciət etdikdə, onlar özləri üçün büt təyin etməsini ondan (ə) xahiş etməkdən vaz keçdilər. Allah onlara rəhm edərək onları düşməndən xilas etdi və yer üzündə onlara hakimiyyət bağışladı. Sonra O, onlara yenə böyük bir nemət – Kitab nazil etdi ki, onda dini hökmlər və Allahın ehkamlarına uyğun etiqad məsələləri izah edilirdi. Allah Musaya (ə) otuz gün təyin etdi və bu müddətə bir on gün də əlavə etdi ki, Musa (ə) Allahın vədini icra etməyə hazırlaşsın, israillilər də Səmavi Kitabın əhəmiyyətini dərk edərək, onu şövqlə almaq istəyirdilər.
Musa (ə) Allahın müəyyən etdiyi yerə gedərkən, o (ə) qayıdana qədər İsrail oğullarına başçılıq etməyi qardaşı Haruna tapşırdı. Bu, onun (ə) öz xalqının qayğısına qalmasına və ona mərhəmət göstərməsinə dəlil idi. O (ə) Haruna dedi: “Mən qayıdana qədər İsrail oğullarını mən idarə etdiyim kimi idarə et. İnsaflı ol, lakin günah işlədənlərə üzüyumşaqlıq göstərmə!”

ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ   ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙﯚﯛﯜﯝ ﯞ  ﯟ  ﯠ    ﯡ  ﯢ  ﯣ  ﯤﯥﯦﯧﯨﯩ ﯪ ﯫﯬ  ﯭ  ﯮ  ﯯ   ﯰ  ﯱﯲ  ﯳ  ﯴ   ﯵ  ﯶ  ﯷ  ﯸ      ﯹ  ﯺ  ﯻ  ﯼ

(7.143) “Musa təyin etdiyimiz vaxtda (Sina dağına) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa:) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıl­dıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsan­lardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirən­lərin birincisiyəm!” – dedi”.

Musa (ə) Allahın ona (ə) Kitab nazil edəcəyi yerə gəldikdə, Qüdrətli Rəbb onunla (ə) danışdı. Onun ilahi nitqi vəhylərdən, hökmlərdən və haramlardan ibarət idi. Müqəddəs Peyğəmbər (ə) böyük şövqlə Onu görmək istəyirdi. Bu arzusu ilə vəcdə gələrək, o (ə) Ondan Ona baxmasına imkan verməsini dilədi. Belə olduqda Allah ona (ə) bildirdi ki, o (ə) Onu bu dünyada[2] görə bilməz.
Xeyirxah və Uca Rəbb məxluqları dünya həyatında Onu görə bilmək qabiliyyəti ilə yaratmamışdır, lakin bu hələ heç də qətiyyən o demək deyildir ki, insanlar Onu Cənnətdə görə bilməzlər. Quran mətnləri və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) hədisləri birmənalı olaraq təsdiq edir ki, Cənnət sakinləri öz Xeyirxah və Uca Rəbbinin üzünü görə biləcəklər. Onlar Onun nəcib, alicənab çöhrəsinə baxmaq imkanına malik olacaqlar, çünki O, onlara ən kamil sima bəxş edəcəkdir ki, onun sayəsində cənnətdəkilər Onu görə biləcəklər. Məhz buna görə, şərh etdiyimiz ayədə Allah buyurur ki, əgər O, Özünü dağa göstərdikdən sonra, dağ yerində qalsa,  Musa (ə) da Onu o zaman görə bilər. Allah Özünü dağa göstərdikdən sonra, o sanki qum təpəciyi kimi ətrafa səpələnib yox oldu. Nəhəng dağ öz Rəbbinin baxışından əzəmətli ehtizaza gəldi, lakin bu sınağa dözə bilmədi. Musa (ə) bunu gördükdən sonra huşunu itirib yerə yıxıldı.
Ayıldıqdan sonra o (ə) başa düşdü ki, əgər Allahın baxışından dağ öz yerində dayana bilmədisə, onda o (ə) buna heç vəchlə davam gətirə bilməz. O (ə) Allahdan yersiz xahişinə görə üzr istədi və dedi: “Ey Rəbbim! Sən hər cür nöqsanlardan uzaqsan və Sənin əzəmətinə yaraşmayan hər şeydən ucasan. Mən yol verdiyim günahlar üçün tövbə edir və Sənə qarşı kifayət qədər ehtiram göstərmədiyimə görə üzr istəyirəm. Mən iman gətirənlərin birincisi olacağam!” O (ə), əvvəllər onda olmayan bilikləri Allah ona (ə) agah etdikdən sonra, öz imanını təzələməyi arzuladı.
                                

(7.144) “(Allah) belə buyurdu: “Ey Musa! Mən Öz risalə­lərimlə (Tövratın lövhələrini nazil etməklə) və səninlə (arada heç bir vasitə olmadan) söhbət etməyimlə (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi götür və (bu nemətlərə görə) şükür edənlərdən ol!”[3]

Ey Musa! Mən səni seçdim və çoxlarının layiq görülmədiyi böyük mərhəmətimi sənə göstərdim. Mən sənə təkcə ən yaxşıların layiq görüldüyü peyğəmbərlik əta etdim. Mən səninlə vasitəçisiz  söhbət etdim və səni qardaşların olan elçilərdən fərqləndirdim. Sənə bəxş etdiklərimi qəbul et və qəlbini nazil etdiyim hökmlər və haramlar üçün geniş aç. Onları itaətkarlıqla qəbul edib sözünlə və əməlinlə təqdis et. Sənə ehsan etdiyim mərhəmətimə görə Mənə minnətdarlıq et!

  ﭠ   ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ    ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰﭱ  ﭲ   ﭳ   ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ   ﭻ  ﭼ  ﭽ   ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮄ   ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ   ﮏ  ﮐ  ﮑ  ﮒﮓ  ﮔ  ﮕ  ﮖ        ﮗ   ﮘ  ﮙ  ﮚ  ﮛ

 (7.145) “Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq: ) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!”
(7.146) “Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır”.

Biz Allahın qullarının ehtiyacları olacağı bütün bilikləri lövhələrdə nazil etdik. Onlarda xeyirxahlıq etməyə çağırış və cinayətlər törədilməməsi barədə xəbərdarlıq var idi. Bu vəhylə yanaşı dini hökmləri, düzgün baxışları, gözəl əxlaqi keyfiyyətləri və ünsiyyət qaydalarını izah etdik.
Fövqəluca Allah buyurur: “Ey Musa! Bu hökmləri özün səylə və ciddi-cəhdlə yerinə yetir və xalqına əmr et ki, onlar da dininin vacib və könüllü icra edilməsi tələb olunan hökmlərini yerinə yetirsinlər, çünki bunlar yer üzündə ən gözəl qanunlardır”.
Bu sözlərdən aydın olur ki, Allahın istənilən şəriətə dair  peyğəmbərlərinə nazil etdiyi bütün hökmləri kamil, ədalətli və gözəl olmuşdur.
Sonra Allah bəyan edir ki, möminlərə günahkarların məs­kən­lərini göstərəcək. Onlar məhv edilmişdilər, amma onların yaşayış məskənləri sonrakı nəsillər üçün ibrət dərsi olmalı idi. Lakin təəssüflər olsun ki, onların barəsində təkcə möhkəm etiqad sahibi və öz Rəbbi qarşısında itaətkar olan möminlər düşünürlər. Qalan insanlara gəldikdə isə,  Fövqəluca Allah bütün dünya üzünə səpələnmiş və onların özlərində olan möcüzələri dərk etməkdən onları yayındırır və onlara Onun Kitabını düzgün anlamağa imkan  vermir. Bu, Onun qullarına təkəbbürlə yanaşanlardan, haqqı və onun təbliğatçılarını ötkəmliklə inkar edənlərdən alınan qisasdır.
Belə keyfiyyətlərə malik olan hər bir kəsi Fövqəluca Allah böyük nemətindən məhrum edir, Öz köməyini ondan əsirgəyir və onu ona fayda verə bilən ayələrdən uzaqlaşdırır. Belə də ola bilər ki, haqq belə adamın gözündə tərsinə çevrilər və onda o, yanlış əməlləri xeyirxah əməllər kimi qəbul edər. Gördüyü möcüzələrdən asılı olmayaraq, o, haqq dinə gəlməz, çünki onlardan üz döndərir, onlara müqavimət göstərir, Allah və Onun elçisi (ə) ilə düşmənçilik edir. Onun qarşısında Allaha və Allahın mərhəmət Məskəninə aparan doğru yol açıldıqda, o, o yolla getməkdən boyun qaçırır. Ancaq bədbəxtlik Məskəninə aparan azğınlıq yolu açıldıqda isə, o, o yola yönəlir və bunun səbəbi də ondadır ki, o, Allahın möcü­zələrini yalan saymış və onlara laqeyd yanaşmışdır. Məhz Allahın ayələrini qəbul etməmə və onlara etinasızlıqla yanaşma onu azğınlıq yoluna salmış və haqq yoldan boyun qaçırmağa məcbur etmişdir. 

                 ﮣﮤ ﮥﮦﮧ    ﮩﮪ

 (7.147) “Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça çıxdı. Onlar ancaq öz əməl­lərinin cəzasını çəkəcəklər!”

Əgər bir insan Allahın elçiləri vasitəsilə göndərdiyi hər şeyin doğruluğunu təsdiq edən böyük möcüzələri yalan sayırsa  və Axirət həyatını inkar edirsə, onda onun əməlləri mütləq əbəs olacaqdır, çünki onlar (əməllər) hər hansı bir əsasdan məhrumdur. O insan heç bir əməlin, onsuz qəbul edilmədiyi, şərtini yerinə yetirmir. Bu şərt, Allahın ayələrinə və ölümdən sonra əvəz verilə­cəyinə iman gətirməkdir.
Əgər insanın əməlləri əbəsdirsə və o, müqəddəs saydığı məqsədinə nail ola bilmirsə, onda o, layiq olduğu əvəzi alır. Kafir Qiyamət günü mükafatlan­dırılacağına ümid etməməlidir. Onun etdiyi xeyirxah əməllər mənasızdır və buna görə onlar itib-batacaq və yox olacaqlar.

                         ﯖﯗ                      ﯟﯠ       

 (7.148) “(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylə­rindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzo­vun) onlarla danışma­dığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bu­nunla belə) ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular”.

Samaralı birisi İsrail oğullarına məxsus olan qızıl bəzək əşya­larından bir buzov heykəli düzəltdi. O, ərintiyə Allahın elçisinin (ə) ayağının izi qalmış bir ovuc torpaq da əlavə etdi və buna görə buzov böyürməyə başladı. Adamlar bunu gördükdə, buzova səcdə etməyə başlayıb, ondan ilah düzəltdilər. Samaralı isə dedi: “Budur sizin ilahınız və Musanın ilahı, lakin o, onu unudaraq, öz Allahını axtarmağa getmişdir”.
İsraillilərin hərəkəti onların düşüncəsizliyinə və ağılsızlığına dəlalət edirdi. Onlar necə güman edə bilərdilər ki, ən qeyri-kamil məxluqlardan biri olan – qızıl buzov göylərin və yerin Rəbbi ola bilər?!!
Fövqəluca Allah izah edir ki, həmin buzovun nə keyfiyyət­ləri, nə də onun əməlləri ilahlaşdırılmasına və ya ona ibadət edilməsinə layiq deyildi. Doğrudanmı israillilər görmürdülər ki, buzov hətta danışa bilmir? Danışıq qabiliyyətinin olmaması böyük nöqsan idi və onlara aydın olmalıydı ki, özləri bu dilsiz heyvan­dan və cansız heykəldən daha kamil keyfiyyətlərə malikdirlər.
Buzov onlara dində doğru yol göstərə bilməzdi və ya onlara dünyəvi işlərində fayda verə bilməzdi, axı insan ağlı və şüuraltısı birmənalı olaraq sübut edir ki, xeyir verməyə və zərər vurmağa qabil olmayan dilsiz heykələ ibadət etmək ən böyük yalan və yaramaz axmaqlıqdır. Buna görə Fövqəluca Allah buyurur ki, buzova ibadət etməyə başlayan İsrail oğulları zalımcasına davran­dılar. Onlar layiq olmayan məxluq qarşısında baş əydilər. Onlar müşrikliyə qapıldılar ki, o barədə Allah heç bir dəlil nazil etmə­mişdi.
Bu ayə təsdiq edir ki, Allahın nitqini inkar etmək Onun ilahi sifətlərindən birini inkar etmək deməkdir. Biz bu nəticəyə - qızıl buzovun danışıq qabiliyyətinin olmaması – haqqında Allahın: “bu­zov ibadətə və ilahlaşdırılmağa layiq deyil” deyə, duyurduğu sözlərinə görə gəlirik.

                                        

 (7.149) “Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”

Musa (ə) xalqının yanına qayıtdıqdan sonra həmtayfalarının nə törətdiklərini gördü. O (ə), onların səhvini özlərinə izah etdi və onlar etdiklərinə peşman oldular və kədərləndilər. Günahlarını dərk edərək, onlar Rəbbin qarşısında itaətkarlıq göstərdilər və dedilər: “Əgər Allah bizə rəhm etməsə, bizə doğru yolu göstərməz, təkcə Ona ibadət etməkdə bizə kömək etməz və bizi saleh əməllərə ruhlandırmaz, buzova ibadət etməyimizi bağışlamaz və belə olduqda, biz ziyana uğramışların sırasında olarıq – o şəxslərin ki, həm bu dünyada, həm də ölümdən sonra nemətlərdən məhrum edilmişlər”.

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭜﭝ  ﭞ  ﭟ  ﭠﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ    ﭦ  ﭧ  ﭨﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰ   ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ   ﭺ  ﭻ

(7.150) “Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldu­nuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləş­dirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) löv­hə­lərini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anamın oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”

Musa (ə) İsrail oğullarına bərk qəzəblənmişdi və bu, onun (ə) Allahın dinini bütün varlığı ilə qorumağa səy göstərməsinə, öz həmtayfalarına ürəkdən yardım etmək istəməsinə və onlara yazığı gəlməsinə dəlalət edirdi. O (ə) dedi: “Mən gedən kimi siz yaramaz bir iş gördünüz ki, o, sizi əbədi məhvə və tükənməz bədbəxtliklərə məhkum edə bilər. Allah sizə Kitab nazil edəcəyinə söz verdi. Doğrudanmı siz Rəbbinizin vədini qabaqlamağı qərara aldınız və öz axmaq mühakimənizə əsaslanaraq bu mənfur günahı işlətməyə cumdunuz?”
Musa (ə) o dərəcədə hirslənmişdi ki, (Allahın nazil etdiyi yazılı lövhələri yerə ataraq) qardaşı Harunu saqqalından tutdu və onu özünə tərəf çəkib dedi:  “...Ey Harun! Onların (haqq yoldan) az­dıq­­larını gördüyün zaman sənə nə mane oldu ki, (mö­minləri götürüb) arxamca gəlmədin? (Mənə bu barədə heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları danlayıb onlara qarşı hiddətlən­mədin?) Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin?)” (Taha, 20/92-93).
Musa (ə) ona dediyi sözləri xatırlatdı: “...“Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” (Əraf, 7/142). Belə olduq­da Harun ona (ə) dedi: “Ey anamın oğlu! Saçımdan, saqqa­lımdan tutma. (Saqqalımı, başımı yolma). Doğrusu, sənin: “İsrail oğulla­rı arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum” (Taha, 20/94).
Harun onu (ə) anasının oğlu adlandırmaqla ancaq onun (ə) ürəyini yumşaltmaq istəyirdi. Əslində isə onlar ata-anadan doğma qardaş idilər. O, Musaya (ə) İsrail oğul­larına dediyi sözləri danışır: “...Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tərə­fin­­dən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!” (Taha, 20/90). Sonra o, əlavə edir: “Onlar məni zəif hesab edərək öldürməyə belə hazır idilər. Mənim barəmdə pis fikirləşmə və düşmənlərimizə məndən kam almağa əsas vermə, çünki onlar ümid edirlər ki, mən ya səhv buraxacaq, ya da nöqsanlı bir iş tutacağam. Məni zalımlara tay tutma və mənimlə onlarla davranılan kimi davranma”.

      ﭿ         ﮃﮄ       

(7.151) “(Musa) dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətinin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”

Musa (ə) tələsik nəticə çıxartmasına və qardaşı ilə pis dav­ranmasına görə peşmançılıq çəkdi. O (ə) onun günahsız olduğunu bilmirdi və belə hesab etmişdi ki, Harun (ə) öz vəzifəsini yerinə yetirməmişdir. Həqiqət ona (ə) məlum olduqdan sonra, o (ə) dedi: “Ey Rəbbim! Məni və qardaşım Harunu bağışla! Bizi Öz mərhəmə­tinin altına al və belə et ki, o bizi hər tərəfdən əhatə etsin. Həqiqətən, Mərhəmətin – alınmaz qala və hər hansı şərdən etibarlı müdafiə vasitəsidir. Əgər biz şərdən qorunmağa nail olsaq, bizə ancaq böyük nemətindən zövq almaq qalır. Ey Rəbbim! Sən bizə bütün məxluqlarından daha çox rəhm edirsən. Sən bizə ata və analarımızdan, övladlarımızdan və bizim özümüzdən daha çox qayğı bəsləyirsən”.

ﮉﮊﮋ  ﮌﮍﮎ ﮏﮐ        ﮔﮕ        

 (7.152) “Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəb­bindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar ola­caqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!”

Fövqəluca Allah, buzova ibadət edən və onu bütə çevirən­lərin taleyi haqqında xəbər verir. Onlar öz Rəbbini qəzəbləndirdilər və Onun hökmlərinə etinasız yanaşdılar və onlar elə bu dünyada olduqları zaman alçaldılmaya məruz qaldılar. Allaha böhtan atanların, Onun dininin qanunlarını yalandan təhrif edənlərin və Onu yalanlamağa cəhd göstərən­lərin  hər biri belə qisasa layiq görülür.
Belə insanlar Allahın onlara qəzəblənməsinə özləri səbəbkar olmuşlar. Onlar dünya həyatında nifrətə layiqdirlər və buna görə Fövqəluca Allah İsrail oğullarına bir-birini öldürməyi əmr edir və bildirir ki, ancaq bu yolla onlar Onun lütfkarlığını əldə edə bilərlər.

                               

(7.153) “Pis əməllər etdikdən sonra tövbə edib iman gə­tirənlərə gəldikdə isə Rəbbin tövbədən sonra Bağışlayandır, Rəhmedəndir!”

İsraillilər bir-birilərini öldürməyə başladılar və onların çoxu qətlə yetirildikdən sonra, Qüdrətli Allah onları bağışladı.
Bu ayə İsrail oğulları barədə nazil edilmişdi, lakin onun mənası müşrikliyə düşən­lərin, böyük və kiçik günahlar işlədənlə­rin, sonra isə etdiklərinə peşman olaraq Allaha itaətsizlikdən əl çəkən və bu günahlara bir daha qayıtmayacağına qəti qərar verən­lərin hamısına aiddir. O, Allaha və iman gətirilməsinə Onun əmr etdiyi qeybə iman gətirənlə­rin; qəlbi və hərəkətləri ilə haqq dinin zəruri şərti olan və onlarsız kamil olmayan xeyirxah əməllər törədənlərin hamısına aiddir.
Həqiqətən də, əgər insan günahlarını tövbə edirsə və doğru yolu tutursa, onda Allah onun günahlarını, onlar yer kürəsi həcminə çatsalar da, bağışlayır və hətta onları silir. Bununla yanaşı O, onun tövbəsini qəbul edir, onu saleh əməllər işlətməyə ruhlan­dırır və onları ondan qəbul edir.

              ﮯﮰ                  

 (7.154) “Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” - (deyə yazılmışdı)”.

Musa (ə) sakitləşdikdən və şəraiti dəyərləndirdikdən sonra, etməli olduğu ən mühüm məsələlərdən başladı. O (ə), hiddətlən­diyi zaman yerə atdığı lövhələri götürdü. Bunlar haqq təlimatdan və mərhəmətdən ibarət olan böyük və dəyərli vəhylər idi. Onlar doğru yolla azğınlıq, haqla yalan, xeyirxah əməllə cinayət arasın­dakı fərqi izah edirdi. Onlar saleh əməllərə, yüksək əxlaqa və tərbiyəli davranışa düz yol göstərirdi. Onlar, bu lövhələrdə həkk olunmuş nəsihətləri yerinə yetirən, onlarda nazil edilmiş hökmləri öyrənən və onların dərin mənalarını dərk edən, sözü və əməli ilə Allaha itaət edən və Onun qarşısında qorxu hissi keçirən hər kimə mərhəmət və xoşbəxtlik gətirirdi. O ki qaldı Allahdan qorxmayan­lara və Onun hüzurunda cavab verməli olacağından çəkinməyən­lərə, nazil edilmiş vəhylər onları Haqqı daha təkəbbürlə inkar etməyə və ondan uzaq qaçmağa məcbur edirdi. Bununla belə, o vəhylər onları həm də Allah qarşısında öz cahilliklərinə görə bəraət əldə etmək imkanından məhrum edirdi.

ﯛ   ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠﯡ  ﯢ  ﯣ  ﯤ   ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬﯭ  ﯮ  ﯯ   ﯰ   ﯱ  ﯲﯳ  ﯴ   ﯵ  ﯶ   ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯼ   ﯽ  ﯾﯿ  ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄﰅ  ﰆ  ﰇ  ﰈ  ﰉ

(7.155) “Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı Sən bağışlayanların ən yaxşı­sısan!”[4]

İsrail oğulları tövbə edərək doğru yola qayıtdıqda, Musa (ə) onların arasından yetmiş nəfər kişi seçdi. Bunlar onun (ə) xalqının ən yaxşı nümayəndələri idi ki, Allaha, öz həmtayfalarının əməl­lərinə görə, üzrxahlıq etməliydilər. Allah onlar üçün yer və vaxt müəyyən etdi. Lakin müəyyən olunmuş vaxtda təyin olunmuş yerə gəldikdə, onlar peyğəmbərə (ə) dedilər: “Ey Musa! Bizə Allahı öz gözümüzlə görməyə imkan ver”. Onlar kobud bir hərəkətə cəsarət etdilər və Böyük Rəbbə hörmətsizlik göstərdilər. Elə bu zaman zəlzələ onları sarsıtdı və günahkarlar ölüb yerə sərildilər.
Musa (ə) isə Allaha dua etməyə və Onun qarşısında acizanə yalvarmağa başladı. O (ə) dedi: “Ey Rəbbim! Əgər Sən istəsəydin, onlar Sənin yanına öz xalqının cinayətlərinə görə üzrxahlıq etməyə gəlməmişdən və günahkar zalımlar olmamışdan öncə onları məhv edərdin. Doğrudanmı Sən bizi aramızdakı düşüncəsiz səfehlərin törətdiyi günahlara görə məhv edəcəksən?” Allaha dua etdikdən sonra o (ə), öz həmtayfalarının qaba hərəkətini onların belə işlərdən və sözlərdən çəkindirə biləcək kamil təfəkkürə malik olmamaları ilə  doğrultmağa cəhd göstərdi.
Musa (ə) onların günahkar olmalarını doğruldaraq deyirdi ki, onlar azğınlığa düçar olmuşlar və bu azğınlıq insanı böyük təhlükəyə sala və hətta onu imandan məhrum edə bilər. O (ə) belə deyirdi: “Sən onları, istədiyini azğınlığa saldığın və istədiyini də doğru yola yönəltdiyin vasitənlə sınağa çəkdin. Bizi bağışla və rəhm et, axı Sən – bağışlayan­ların ən Yaxşısı, rəhmlilərin ən Rəhmlisi və bəxş edənlərin ən Səxavətlisisən!”
Bu sözlərin mənası belə idi: “Ey Rəbb! Əzəldən bizim hamımızın Sənin hökmlərini yerinə yetirməyə və Sənə iman gətirməyə qəti niyyətimiz vardı. Əgər insan sağlam təfəkkürə malik olur və düzgün biliklərə yiyələnirsə və maneəsiz olaraq Sənin doğru öyüd-nəsihətlərinə istinad edirsə, ona doğru yolla getmək müyəssər olur. Lakin əgər insan püxtələşməmiş ağıl sahibidirsə, onda o, yanlış qərarlar qəbul edir və azğınlığa düçar olur və bu iki amilin təsiri altında müxtəlif günahlar törədir. Sən isə rəhmlilərin Ən Rəhmlisi və bağışlamaqda – Ən Səxavətli Olansan!”
Allah Musanın (ə) duasını qəbul etdi və onun (ə) həmtay­falarını diriltdi və onların günahlarını bağışladı.

ﭑﭒﭓ ﭔﭕﭖﭗﭘﭙ    ﭜﭝﭞﭟﭠﭡ ﭢ ﭣﭤﭥ   ﭦ  ﭧ  ﭨﭩ  ﭪ  ﭫ    ﭬ  ﭭ   ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ ﭴﭵ ﭶﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ   ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ   ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ   ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ            ﮑﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ   ﮙ   ﮚ    ﮛ  ﮜﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ

(7.156) “Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanma­ğımızı diləyərək), Sənə tərəf (hüzuruna) döndük!” (Allah) bu­yurdu: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmə­tim hər şeyi əhatə edir. Onu Allahdan qorxub pis əməllərdən çəkinən­lərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam,”
(7.157) “o kəslərə ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri elçiyə – oxumağı-yazmağı bilməyən peyğəm­bərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yün­gülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökm­lərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”

Musa (ə) dua edib qurtardıqdan sonra, dedi: “Bu dünyada bizə faydalı biliklər,  bol ruzi və saleh əməllər, Axirət həyatında isə Öz mömin dostların və mömin qulların üçün hazırladığını qismət et! Biz yol verdiyimiz qüsurları etiraf edir və bütün niyyətlərimizi Sənə doğru qayıtmaqda görürük!”
Allah ona (ə) cavabında belə buyurdu: “Mən, özləri özlərini məşəqqətlərə məhkum edən bədbəxt günahkarlara Öz cəzamla zərbə endirirəm, Mənim Mərhəmətim isə göyləri və yeri, mömin­ləri və günahkarları, iman gətirənləri və kafirləri əhatə edir. Elə bir məxluq yoxdur ki, Mənim Mərhəmətim ona toxunmasın, Mənim Səxavətimə qərq olmasın. Lakin heç də hər kəsə xüsusi mərhəmətə layiq olmaq nəsib olmur. Xüsusi mərhəmətin nəticəsi – həm bu dünyada və həm də ölümdən sonra səadətə nail olmaqdır. Mən bunu, böyük və kiçik günahlardan çəkinənlərin, vacib zəkatlarını ödəyənlərin və ən kamil surətdə ayələrimizə inananların, onların həqiqi mənasını bilən, işlərində onları əsas tutanların, qəlbən və bədən əzaları ilə dinin əsas və fərdi hökmlərini yerinə yetirərək Peyğəmbərin  yolu ilə gedənlərin qismətinə yazacağam”.
Bu ayələrdə söhbət oxumağı və yazmağı bilməyən peyğəmbər barəsin­dədir. Bu – Abdullahın oğlu və Əbdülmütəl­libin nəvəsi – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) idi. İsrail oğulları haqqında nazil edilmiş bu ayələrdən aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman israillilərin haqq dinə gəlməsinin vacib şərti idi. Onlardan həm də məlum olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirənlər və ardınca gedənlər Allahın mərhəmətinə ən geniş mənada layiqdirlər.
Allah Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) savadsız peyğəmbər kimi səciyyələndirir, çünki o (ona Allahın salavatı və salamı olsun!) ərəb idi və nə yazmağı və nə də oxumağı bilməyən savadsız bir icmaya məxsusdu. Quran nazil edilənə qədər ərəblərin heç bir Müqəddəs Kitabı olmamışdı. Onların arasından peyğəmbər çıxacağı barədə öncəgörüm Tövratda və İncildə nazil edilmişdi. O Kitablarda onun (ona Allahın salavatı və salamı olsun!) adı və xüsusiyyətləri xatırlanırdı, həm də bu xüsusiyyətlərdən biri onun (ona Allahın salavatı və salamı olsun!)  təbliğatı və qadağaları idi[5]. 
O (ona Allahın salavatı və salamı olsun!), insanları gözəlliyi, salehliyi və faydası tamamilə aydın olan əməllər etməyə çağırırdı. O (ona Allahın salavatı və salamı olsun!), pisliyi ağıl və fəhm ilə müəyyən olunan əməllərin icrasını qadağan etdi. O (ona Allahın salavatı və salamı olsun!), namaz qılmağı və zəkat verməyi, oruc tutmağı və həccə getməyi, qohumluq əlaqələri saxlamağı və valideynlərə yaxşılıq etməyi, qonşular mərhəmət göstərməyi və qullara yardım etməyi, yerdə qalan bütün məxluqlara kömək etmək və həqiqəti deməyi, bakirəliyə və möminliyə riayət etməyi və ətrafdakılara səmimi qəlblə yaxşılıq etməyi və həmçinin digər xeyirxahlıqlar göstərməyi əmr etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), Allaha şərik qoşmağı və haqqı olmadan insanları öldürməyi, zinakarlıq etməyi və məstedici içkilər içməyi, məxluq­ları incitməyi və yalan danışmağı, əxlaqsızlıq etməyi və başqa cinayətlər törətməyi qadağan etdi.
Onun (ona Allahın salavatı və salamı olsun!) hökmləri və qadağaları onun (ona Allahın salavatı və salamı olsun!) həqiqətən də Allahın Elçisi olmasının əzəmətli dəlillərindəndir. Bunun sübu­tu həm də onun (ona Allahın salavatı və salamı olsun!) halal və haramı elan etməsidir. O (ona Allahın salavatı və salamı olsun!), yeyilməsi üçün ən yaxşı qida maddələrini, faydalı içkilərin içilmə­sini və qadınlarla evlənməyi halal etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), zərərli ərzaq yeməyi, zərərli içki içməyi, bəzi qadınlarla nikah bağlamağı, əxlaqsız sözlər işlətməyi və yaramaz hərəkətlərə yol verməyi qadağan etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), yüngül və asan bir din gətirmişdir ki, o ona etiqad edənləri çətinə salmır  və onları gücləri çatmayan hökmləri yerinə yetirməyə məcbur etmir.
Möminlər ona (ona Allahın salavatı və salamı olsun!) inanır və ehtiramla yanaşırlar, ona kömək göstərir, cahil­lik və şübhələr zülmətində yolu nurlandıran və istənilən ziddiyyətləri həll edən Müqəddəs Quranın ardınca gedirlər. Onlar hökmən həm bu dünya həyatında və həm də ölümdən sonra uğur və böyük nemət qazanacaqlar və hər cür şərdən xilas olacaqlar, çünki onlar ən əzəmətli bir səbəbdən bərk-bərk yapışmışlar ki, bunun nəticəsi də – böyük müvəffəqiy­yətdir. O kəslər ki, oxumağı və yazmağı bilməyən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən, ona (ona Allahın salavatı və salamı olsun!) ehtiram bəsləməkdən və ona (ona Allahın salavatı və salamı olsun!) yardım göstərməkdən boyun qaçırırlar, ona (ona Allahın salavatı və salamı olsun!) nazil edilən Nurun ardınca getmək istəmirlər, mütləq zərərə uğrayanlardan olacaqlar.

  ﮢ   ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ    ﮫ    ﮬ  ﮭ  ﮮﮯ  ﮰ   ﮱ   ﯓ        ﯔ  ﯕ  ﯖﯗ   ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ   ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ

(7.158) “De: “Ey insanlar! Şüb­hə­siz ki, mən sizin hamınız üçün Allahın elçi­si­yəm. Göy­lərin və yerin hökmranlığı Ona məxsus­dur, Ondan başqa ilah yox­dur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha, Onun yazıb-oxu­maq bil­mə­yən elçisinə və Onun kəlmələrinə ina­nan peyğəm­bərə iman gətirin. Onun ardın­ca gedin ki, bəlkə doğru yola yönələsiniz”[6].

Bundan əvvəlki ayədə Allah bildirir ki, İsrail oğullarına Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getmək əmr olunmuşdu və belə bir yanlış təsəvvür yarana bilər ki, onun (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getmək təkcə onlara aid edilmişdir. Bunun belə başa düşülməməsi üçün Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, özünün (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin ərəblərə və qeyri-ərəblərə, Kitab əhlinə və bütün qalan xalqların nümayəndələrinə şamil edilən ümumbəşəri bir vəzifə olması barədə hamıya bəyan etsin.
O (ona Allahın salavatı və salamı olsun!), göyləri və yeri yaradan və onları Kainat və dini qanunları ilə idarə edən Allah tərəfindən göndərilmişdir. Onun dininin qanunlarından biri bəşəriyyətə böyük bir Elçinin gəlməsini tələb edirdi ki, onun (ona Allahın salavatı və salamı olsun!) vəzifəsi bəşəriyyəti Allaha və Allahın mərhəmət diyarına dəvət etməli, onları Ondan və Onun mərhəmət diyarından uzaqlaşdıra bilən hər şeydən xəbərdar etməli idi.
O (ona Allahın salavatı və salamı olsun!), şəriki olmayan və Özündən başqa digər haqq ilah olmayan Allah tərəfindən göndərilmişdi. Ona insanların necə ibadət etməli olduğunu öyrənmək isə ancaq Onun elçiləri vasitəsilə həyata keçirilə bilər. O (Allah) ölüləri dirildir və diriləri öldürür və heç kim Onunla bu hakimiyyətini bölüşdürə bilməz. O, ölümü hər kəsin keçməli olduğu və əbədi aləmə aparan körpü etmişdir. Əgər insan o biri aləmə iman gətirirsə, o hökmən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməlidir.
Allaha bütün qəlbinizlə iman gətirin və öz imanınızı qəlbiniz və vücudunuzla yerinə yetirdiyiniz  saleh əməllərinizlə təsdiq edin. Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) – oxuyub-yazmağa öyrədilməmiş peyğəmbərə (ona Allahın salavatı və sala­mı olsun!) iman gətirin, o (ona Allahın salavatı və salamı olsun!) düzgün baxışlara etiqad etmişdir və saleh əməllər sahibi olmuşdur. Onun (ona Allahın salavatı və salamı olsun!) ardınca gedin və siz məhz onda düzgün yola çıxarsınız və dünyəvi və mənəvi aləminizi abadlaşdırmağı bacararsınız. Lakin siz onun (ona Allahın salavatı və salamı olsun!) ardınca getməyi rədd etsəniz, onda hökmən dərin azğınlığa düşmüş olarsınız.

ﯥﯦﯧﯨﯩﯪ ﯫ ﯬ
 (7.159) “Musanın ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər”.

Onlar insanlara həqiqəti öyrədir, düzgün qərarlar qəbul edir, mübahisələri və anlaşılmazlıqları ədalətlə həll edirlər. Fövqəluca Allah buyurur: “(Çətinliklərə) səbir etdikləri və ayələrimizə ürək­dən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmri­mizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik” (Səcdə, 32/24).
Bu vəhylər təsdiq edir ki, Musa peyğəmbərin (ə) xalqı ara­sında Allahın iradəsi ilə ətrafdakıları öyüd-nəsihətləri ilə düz yola yönəldən rəhbərlərin olması bu xalqın üstünlüyünü göstərir. Bu hikmətli ayə İsrail oğullarının kamillik və doğru yola bağlılığı ilə bir araya sığmayan qüsurlarını göstərən əvvəlki ayələri tamam­layır. İnsanlarda sadalanan nöqsanların bütün israillilərə məxsus olması kimi yanlış baxışların yaranmaması üçün[7] Allah  bildirir ki, onların arasında doğru yolla gedən və onu başqa insanlara göstərənlər də var idi.
   ﭑ  ﭒ   ﭓ  ﭔ  ﭕﭖ  ﭗ  ﭘ   ﭙ   ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠﭡ   ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ   ﭬﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ   ﭴﭵ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺﭻ  ﭼ   ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ

 (7.160) “Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!”

Allah İsrail oğullarını on iki nəslə bölmüşdü. Bunlar sülh və razılıq şəraitində birgə yaşayan on iki qəbilə idilər. Onların hər biri Yaqub peyğəmbərin (ə) bir oğlundan törəmişdi. Allah bildirir ki, israillilər Musaya (ə) yalvarırlar ki, o (ə), Allaha dua etsin ki, onlara və heyvanlarına içməli su versin. Yəqin ki, bu əhvalat onlar, demək olar ki, içməli suyu olmayan ərazidə ikən baş vermişdi, amma bu barədə ən doğrusunu bilən Allahdır. O, onların yalvarışını qəbul etdi və əlindəki əsanı daşa vurmağı Musaya (ə) təlqin etdi. Belə bir rəy mövcuddur ki, həmin daş müəyyən olunmuş bir daş idi. Amma başqa bir şərhə görə bu, istənilən daş ola bilərdi.
Musa (ə) əsası ilə daşa vurduqda, ondan on iki çeşmə fış­qırdı. Onlar İsrail oğullarının on iki qəbiləsi arasında bölüşdürüldü və hər qəbilə kimin haradan su içəcəyini artıq bilirdi. Onlar narahatçılıqdan asudə oldular, istirahət etməyə imkan tapdılar və daha bir yerə yığışmırdılar. Bütün bunlar Allahın onlara qarşı kamil mərhəmətinin təzahürü idi.
Allah buludlara hökm etdi ki, yandırıcı günəşin qabağını kəsərək onları kölgələn­dirsin və sonra onlara qüdrət halvası və bildirçinlər nazil etdi. Bu quşların əti çox dadlı və xoşməzə idi. Bütün deyilənlərdən aydın olur ki, Allah İsrail oğullarına sərinlə­dici kölgə, xoşagələn içki, ət yeməyi və şirniyyat bəxş edir. Onlara, öz taleyi üçün heç bir narahatlıq keçirmədən, bu nemətlərdən ancaq ləzzət almaq qalırdı. Lakin onlar Allaha şükür etməkdən və Onun qarşısında öz vəzifələrini yerinə yetirməkdən boyun qaçır­dılar. Bu rəftarları ilə onlar Allahı incitmədilər – təkcə özlərinə qarşı zalımcasına davrandılar. Onlar bütün nemətlərdən məhrum oldular və özlərini müsibətlərə və məşəqqətlərə məhkum etdilər ki, bu da, onlar səhrada didərgin dolaşdıqları zaman qismətlərinə düşməklə özünü göstərdi.


[1] Kursiv mənimdir. F.S.
[2] Yəni, hətta peyğəmbərin (ə) belə bu maddi aləmdə Allahı görə bilməsi mümkünsüzdür. F.S.
[3] Ayənin bu (Z.Bünyadov. və V.Məmmədəliyev.) variantında bir sıra kiçik təshihlərə yol verilmişdir ki, bu da bu günədək “risalət” və onun təki olan “risalə” sözünün Azərbaycan dilində qarşılığının mənaca tam sabitləşməməsi və birmənalı istilaha çevrilməməsi ilə əlaqədardır. Risalət, sözün qrammatik formasından asılı olmayaraq, ərəb dilindən, əsasən, “peyğəmbərlik” və ya “peyğəmbərlik vəzifəsi” kimi və yaxud da “müraciətnamə”, “bəyanat” və bir sıra başqa mənalarda tərcümə edilir ki, bu da onun çoxvariantlı anlaşılmasına səbəb olur. Ayələrin tərcüməsində isə bu incəliklərə xüsusi diqqət yetirilməsi olduqca vacibdir. Məsələn, istifadə etdiyimiz ayənin mətnində “risalələrimlə” sözü “risalətlərimlə” formasında (-“t” ilə) verilmişdi. Halbuki həmin sözün “t” cəm formasında verilməsi Allahın Musa peyğəmbərə (ə) bir sıra peyğəmbərliklər və ya Kitablar verməsi kimi başa düşülə də bilər. Lakin Allah Musaya (ə) bir ali vəzifə - peyğəmbərlik və eyni zamanda Tövratı bəxş edir və buna görə də, “onu götür” deyir. Ayənin şərhinin doğru anla­şılması və istifadə edilmiş Quran tərcüməsinin özəlliyinin oxucu tərəfindən nəzərə alınması məqsədilə mən bu qeydləri etmək məcburiyyəti qarşısındayam. Bir məsələni də vurğulamaq yerinə düşərdi ki, böyük İslam alimi və müfəssiri Əbdürrəhman əs-Səədinin bu məşhur əsəri Quranın əsli əsasında şərh edildiyi halda, sonrakı tərcüməçilər, bəzən istər-istəməz, onun kitabını orijinallığını tam saxlamamış tərcümələrin əsasında öz ana dillərinə çevirmək zəruriyyətində qalırlar ki, bu onların üzərinə böyük məsuliyyət qoyur. Buna görə etiraf etmək lazımdır ki, bu gün bu – dünya şöhrətli təfsirin dilimizə səlis və oxunaqlı tərzdə çevrilməsi və əksər insanlarımız tərəfindən aydın başa düşülməsi üçün ölkədə indiyədək həyata keçirilmiş Quran tərcümələrinin mətninə bəzi (imkan daxilində) təshihlər edilmədən onların istifadəsini çətinləşdirir. Düşünürəm ki, Müqəddəs Quranın ölkəmizdəki möhtərəm tərcüməçiləri Allahın Kitabının bu ilk geniş şərhinin Azərbaycan dilində işıq üzü görməsi üçün Böyük Allah xatirinə etdiyim bir sıra təşəbbüsləri nəzərə alıb, məni o qədər də çox qınamazlar. Həm olsun Allaha – aləmlərin Rəbbinə! Onun xatirinə məzəmmət olunmaq da xoşdur! F.S.
[4] İlk öncə ayənin (7.155) bu tərcüməsi ilə (Z.B. və V.M.) qarşınızda olan şərhin mətni arasında bir sıra cüzi də olsa fərqlər mövcuddur (“sarsıntı yaxalayanda (ildırım vuranda...”). Təfsir müəllifi bu sarsıntının “zəlzələ” olduğunu konkretləşdirmiş və “ildırım” haqqında məlumat verməmişdir. Tərc. F.S.
[5] “...həm də bu xüsusiyyətlərdən biri onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatı və qadağaları idi” ifadəsi növbəti abzasda (“O (ona Allahın salavatı və salamı olsun!), insanları gözəlliyi, salehliyi və faydası tamamilə aydın olan əməllər etməyə çağırırdı.” ) cümləsi ilə başlayaraq geniş şərh edilir.
[6] Ayənin tərcüməsinin mətni qismən redaktə edilmişdir. F.S.
[7] Həmin fraqmentin qalın şrift və kursivlə verilməsi mənimdir. F.S.

Комментариев нет:

Отправить комментарий