суббота, 23 июля 2011 г.

Ə. əs-Səədi, Təfsir, 2-ci cild, 3-cü parça


ﭿ                           ﮊﮋ          ﮐﮑ               ﮘﮙ          ﮞﮟ                        ﮪﮫ    ﮭﮮ                                     

(5.48) “Biz sənə Kitabı haqq ilə nazil etdik ki, özündən əvvəlki Kitabları təsdiq­ləsin və həm də onları qorusun. Artıq onları Allahın nazil etdikləri əsasında mühakimə et, sənə gələn haqdan (yayınaraq), onların istəklərinə uyma. Biz sizin hər birinizə şəriət və yol müəyyənləşdirdik. Allah istəsəydi sizin hamınızı bir millət edərdi, lakin O, sizi, sizə bəxş edilənlə imtahana çəkməkdən ötrü, ayırdı. Xeyirxah işlərdə yarışın! Hamınız Allaha qayıda­caqsınız və O, sizə nə üstündə ixtilafa düşdüyünüzü xəbər verəcəkdir”.

Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) Müqəddəs Kitablarından ən yaxşı və ən şərəfli olanı – Müqəddəs Quranı nazil etmişdir. O, həqiqətən də nazil edilmişdir və onun hekayətləri, hökmləri və qadağanları da gerçəkdir. O, ondan əvvəl nazil edilmiş Kitabların doğruluğunu təsdiqləyir, çünki onlara şahidlik edir və zidd çıxmır. Onun hekayətləri və əsas qanunları əvvəlki Kitabların hekayət və qanunları ilə uyğun gəlir. Bundan başqa, əvvəlki Kitablar onun nazil ediləcəyi haqqında öncədən xəbər vermişdilər və onun mövcudluğu onlarda olan məlumatların doğruluğunu təsdiq edir.
Quran əvvəlki Kitabları qoruyur, çünki onda olanlar onlarda olanlardan və həm də yeni hökmlər və yüksək əxlaq normalarından ibarətdir. Onda, əvvəlki Kitablarda xatır­lan­mış, bütün fəaliyyət növlərinə (vəzifələrə) diqqət yetiril­mişdir. Quran ayələri bu vəzifələri yerinə yetirməyi əmr edir, insanları buna sövq edir və bu məqsədə nail olmağın yeni yollarını göstərir.
Bu Kitabda insanların ilk nəsilləri və onlardan sonra gələnlər haqqında hekayətlər nazil edilmişdir. Onda – Şəriət, Hikmət və dini hökmlər vardır. Quran hekayətləri əsasında bizə qədər gəlib çatmış əvvəlki Kitabların səhihliyini və düzgünlüyünü təyin etmək olar və əgər o, onlarda xatırlanan məlumatların gerçəkliyini[1] təsdiq edirsə, onda onları qəbul etmək olar, amma əgər o, onları təsdiq etmirsə, onları rədd etmək vacibdir, çünki əvvəlki Kitablar təhrifə və dəyişikliyə uğradılmışdır. Əks halda, onlarla Müqəddəs Quran arasında ziddiy­yət ola bilməzdi.
Allah bunu xatırlatdıqdan sonra, insanları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş dini qanun üzrə[2] mühakimə etməyi və insanların, onları haqdan yayındıra bilən, qüsurlu, pozğun istəklərinə uymamağı əmr edir. Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş haqq Kitaba üz çevirib, həqiqətlə ziddiyyət təşkil edən yanlış istəklərə yol vermək olmaz. Kim bunu edərsə, yaxşını pislə dəyişmiş olar.


                                    ﯫﯬ                       ﯶﯷ                  

(5. 49) “Onların arasında Allahın sənə nazil etdikləri ilə hökm ver və onların istəklərinə güzəştə getmə və onlardan çəkin ki, səni Allahın nazil etdiklərinin bir qismindən yayındırmasınlar. Əgər onlar boyun qaçırsalar, başa düş ki, Allah onları bəzi günahlarına görə bəlaya salmaq niyyətindədir. Doğrusu, adamların əksəriy­yəti günahkardır”.

Belə bir rəy var ki, bu ayə Quranın digər bir: “Onlar yalanı məmnuniyyətlə din­lə­yir və haram yeyirlər. Onlar sənin yanına gəldikdə, istəsən aralarında hökm ver, istəməsən onlardan üz döndər...” (Maidə, 5/42) ayəsini ləğv etmişdir. Lakin başqa bir etibarlı rəyə görə isə həmin ayə ləğv olunmamışdır. Ondan aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) ədalətli qərarla razılaşmaq niyyəti olmayan insanları ya mühakimə etmək və yaxud da bundan imtina etmək imkanı verilmişdi. Şərh etdiyimiz ayədən isə belə çıxır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onların arasında hökm verməyə razılaşdıqda, o (ona Allahın salavatı və salamı olsun!), Allahın Quranda və Sünnədə nazil etdiklərinə müvafiq olaraq qərar qəbul etməlidir. Bu, Allahın buyurduğu: “...Üz döndərsən onlar sənə heç vəchlə zərər vura bilməzlər. Lakin hökm çıxarmalı olsan, insaflı ol...” (Maidə, 5/42) həmin insaflılıqdır.
Bütün bu deyilənlərdən aydın olur ki, insaflılıq, qərəzsizlik Allahın qanunlarına əsaslanır. Onlar ən ali dərəcədə elmə, ədalətə, həqiqətə, nura və qərəzsizliyə istinad edir.
Sonra Fövqəluca Allah adamların naqis istəklərinə güzəştə getməyi qadağan etdiyini bir daha təkrar edir. Bu hökm geniş məna daşıyır və məhkəmə qərarlarının qəbul edilməsinə və həm də dini fitvaların verilməsinə şamil edilir, hərçənd bu ayədə söhbət ancaq məhkəmə qərarlarından gedir. Buna baxmayaraq, hər iki halda alimlər həqiqətə zidd gələn nəfslərinin istəklərindən çəkinməlidirlər. Buna görə, Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onu (ona Allahın salavatı və salamı olsun!) azdıra bilən insanlardan uzaq olmağı və Allahın nazil etdiklərinin bir hissəsindən onu (ona Allahın salavatı və salamı olsun!) yayındırmalarının qarşısını almağı əmr edir.
Bundan belə nəticəyə gəlmək olar ki, adamların hər istəyinə güzəştə getmək, insanı riayət etməli olduğu haqdan imtina etməyə məcbur edir. Əgər insanlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməkdən və haqqa istinad etməkdən boyun qaçırırlarsa, onda bilməlidirlər ki, onların belə davranması özləri üçün cəza tədbiridir. Allah bu yolla onları günahlarının bəzilərinə görə cəzalandırmaq istəyir.
Günahları insanı həm bu dünyada və həm də ölümündən sonra cəzaya məhkum edir və onlara görə ən böyük cəzalardan biri yoldan azmaqdır ki, onun nəticəsində Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən imtina etmək günahkara gözəl bir əməl kimi göstərilir. Bunun səbəbi insanların vicdansızlığındadır və onların çoxu, həqiqətən, gün­ah­kar fasiqlərdir, çünki Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətdən yayınma onların təbi­ətinin əsasını təşkil edir.

   ﯿ  ﰀﰁ                  

(5. 50) “Doğrudanmı onlar hələ də cahillik çağının hökmlərini arayırlar? İman sahibi olan insanlar üçün kimin hökmü Allahın hökmlərindən yaxşı ola bilər?”

Doğrudanmı onlar səndən üz çevirərək, nadanlıq (cahillik) dövrünün qanunlarına qayıtmaq istəyirlər? (Bunu deməklə) burada Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiklərinə zidd olan hər hansı bir müddəa nəzərdə tutulur. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qanunlarından başqa, təkcə cahillik dövrünün qanunları qalırdı. Əgər insan Allahın qanunlarından imtina edirsə, ona ancaq cahillik zamanının nadanlığa, ədalətsizliyə və başqalarının haqqına qəsd etməyə əsaslanan qanunlarına qayıtmaq qalırdı. Allahın bütün qanunları isə elmə, ədalətə, qərəzsizliyə, nura və Haqq Təlimə istinad edirdi.
İman sahibləri üçün Allahın qanunlarından başqa kimin qanunları daha yaxşı ola bilər? Ancaq iman sahibi olan insan Onun qanunları ilə bütün qalan qanunvericilər arasındakı fərqi başa düşürlər. Öz etiqadı sayəsində o, Allahın hökmlərinin gözəlliyini dərk edir və anlayır ki, ağıl və şəriət onu onları yerinə yetirməyə yönəldir. Təkcə onu əlavə etmək qalır ki, etiqad dedikdə, burada dərin və mükəmməl biliklər nəzərdə tutulur ki, insan istər-istəməz onlara uyğun olaraq davranmalıdır.

                ﭙﭚ       ﭝﭞ          ﭣﭤ                  

(5. 51) «Ey iman gətirmişlər! Yəhudiləri və xristianları öz köməkçiləriniz və dostlarınız hesab etməyin, çünki onlar ancaq bir-birilərinə kömək edirlər. Əgər sizlərdən kimsə onları öz köməkçiləri və dostları sayırsa, onda o özü onlardan biridir. Həqiqətən, Allah zalım insanları doğru yola yönəltmir”.

Fövqəluca Allah qullarına qiymətli nəsihətlər verir və onlara yəhudilərlə xristianların bəzi yaramaz xüsusiyyətlərini izah edir. Onlarla dostluq etmək və onları özlərinin yaxınları saymaq möminlərə yaraşmaz, çünki onlar ancaq bir-biriləri ilə dostluq edirlər. Onlar bir-birilərinə kömək edir və hamıya qarşı birləşirlər və buna görə möminlər əsil düşmənləri olan adamlarla dostluq etməməlidirlər. Onlar müsəlmanlara zərər vurmaq imkanını fota verməzlər və hətta əllərindən gələn hər şeyi edərlər ki, onları yoldan çıxarsınlar və onlarla o şəxs dostluq edə bilər ki, xasiyyəti onlarınkına oxşasın. Bax buna görə Allah buyurur ki, əgər insan onlarla dostluq edirsə, onda o, onlardan biridir. Onlarla yaxın və mehriban dostluq insanı onların dinini qəbul etməyə sövq edir, azacıq dostluq münasibətləri isə daha yaxın münasibətlərin yaranmasına səbəb olur və bunun nəticə­sində insan onlardan birinə çevrilir.
Allah zalımlıq etmək xasiyyətinə malik olan insanları doğru yola yönəltməz, onlar isə mütləq Ona qaytarılacaqlar. Bu zalımlara istənilən möcüzələrin göstərilməsinə bax­ma­­yaraq, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməyəcək və ona (ona Allahın salavatı və salamı olsun!) tabe olmayacaqlar.

                 ﭸﭹ ﭿﮁ ﮅﮆ
(5.52) “Sən görürsən ki, qəlbi xəstə olanlar onların arasında vurnuxaraq de­yirlər: “Biz başımıza gələcək müsibətdən qorxuruq”. Lakin, ola bilsin ki, Allah dərgahından qələbə və ya hökmü ilə gəlsin və o zaman onlar nəfslərindəkini gizlət­diklərinə görə peşman olsunlar”.

Allah möminlərə Kitab əhli ilə dostluğu qadağan etdikdən sonra, bildirir ki, özünü mömin adlandıranların bəziləri onlarla mehribancasına dostluq edirlər. Belə davrananlar qəlbi şübhə, münafiqlik və inamsızlıq xəstəliyinə tutulanlardır. Onlar deyirlər: “Biz onların qüdrət sahibi olacaqlarından ehtiyatlanaraq onlarla dostluq edirik. Bunun belə olacağı halda, onlara kömək göstərdiyimizə görə bizə minnətdar olarlar”. Bu sözlər onların İslam barədə nə dərəcədə pis düşündüklərinə sübutdur.
Fövqəluca Allah onların yaramaz gümanını təkzib edərək buyurur ki, O, müsəlmanlara elə bir qələbə bəxş edə bilər ki, İslamı qüdrətli etsin, yəhudiləri və xristianları kiçildərək, müsəlmanlara tabe etsin. O, münafiqləri kədərləndirəcək istənilən digər hadisələri də törədə bilər ki, ondan sonra onlar yəhudilərin və başqa kafirlərin qələbəsinə ümidlərini itirərlər. Bax o zaman onlar ürəklərində gizlətdiklərinə peşman olar, çünki onların niyyətləri ancaq özlərinə ziyan gətirər və heç bir fayda verməz.
Allah müsəlmanlara, həqiqətən, qələbə bəxş etdi və o, İslamı ucaltdı, kafirliyi və kafirləri isə alçaltdı. O qələbə onları kədərlənməyə məcbur etdi və onların başına o qədər nifrətamiz işlər gətirdi ki, o barədə ən yaxşı bilən təkcə Allahdır.

                ﮒﮓ       ﮕﮖ           

(5.53) “İman gətirənlər isə deyəcəklər: “Doğrudanmı bunlar o kəslərdir ki, var gücləri ilə sizinlə birgə olduqlarına Allaha and içirdilər?” Onların əməlləri boşa çıxdı və onlar zərərə uğradılar”.

Möminlər ürəklərini xəstəlik tutmuş şəxslərin halına təəccüblənəcəklər. Onlar deyəcəklər: “Doğrudanmı, bunlar, iman gətirdikləri və möminlərə yardım etdikləri, onları sevdikləri və onlarla dostluq etdikləri haqqında Allaha and içən kəslərdir? Doğrudanmı, bunlar öz andlarını hər vasitə ilə təsdiq etməyə çalışanlardır?”
İnsanlar onların gizlətdikləri hər şeyi biləcəklər. Onların xəbis niyyətləri əbəs olacaqdır, İslam və müsəlmanlar haqqında çirkin gümanları isə yalana çıxacaqdır. Nə bədxah fitnələri, nə də bu dünyada törətdikləri əməlləri onlara fayda verməyəcək və onlar ziyana düşənlərdən olacaqlar. Onlar istədiklərinə nail ola bilməyəcək və qismətləri isə bədbəxtlik və məşəqqət olacaqdır.

                                                           ﯘﯙ            ﯟﯠ          

(5.54) “Ey iman gətirmişlər! Əgər sizlərdən kimsə öz dinindən geri çəkilərsə, Allah əvəzində başqalarını gətirər, onları sevər və onlar da Onu sevərlər. Onlar möminlərin qarşısında müti, kafirlərin qarşısında isə sarsılmaz olarlar, Allah yolunda döyüşər və qınayanların qınağından qorxmazlar. Budur Allahın neməti, onu istədiyinə bəxş edər. Allah Hərşeyiəhatəedən və Biləndir”.

Fövqəluca Allah bildirir ki, O, yaratdıqlarına qətiyyən möhtac deyil və buna görə, dinindən imtina edən insan Allaha heç bir zərər vurmur, ancaq özü özünə zərər verir. Çoxsaylı səmimi qullar və doğruçu insanlar var ki, Mərhəmətli və Rəhmli Rəbb onları düz yolla aparacağına söz vermişdir. Bu insanlar ən qüsursuz keyfiyyətlərə, ən mətin qəlbə və ən gözəl mənəvi simaya malikdirlər. Onların ən yaxşı cəhəti Allahın onları sevməsi və onların da Onu sevməsidir. Allahın quluna bəslədiyi məhəbbəti, doğrudan da, ən şərəfli lütfkarlıqdır ki, ona göstərilir və ən böyük qiymətdir ki, ona verilir.
Allah Öz qulunu sevdikdə, onun qarşısında geniş imkanlar açılır və Allah onun hər çətin işini asanlaşdırır, onu xeyirxah əməllərə ruhlandırır, qınanılan əməllərdən çəkindirir və qullarının qəlbini Ona məhəbbət və dostluq münasibəti ilə doldurur.
Lakin öz Rəbbinin məhəbbətini qazanmaq üçün qul bütün varlığı ilə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməli, nitqində, əməllərində və rəftarında ona (ona Allahın salavatı və salamı olsun!) bənzəməlidir. Bu barədə Quranda deyilir: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayan­dır, Rəhmlidir” (Ali-İmran, 3/31).
Allahın məhəbbətinə layiq olmaq üçün qul daima vacib və könüllü saleh əməllər vasitəsilə Ona yaxınlaşmalıdır. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhih hədislərinin birində rəvayət edilir ki, Allah buyurmuşdur: “Qulumun onların vasitəsilə Mənə yaxın­laşdığı ən sevimli əməlləri, Mənim ona həvalə etdiklərimdir. Könüllü ayinləri yerinə yetirməsi sayəsində Mənim qulum Mən onu sevənədək Mənə yaxınlaşmaqda davam edir. Mən onu sevdikdə isə, Mən onun eşitdiyi qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı oluram. O Məndən bir şey istədikdə, Mən ona hökmən əta edirəm. Əgər o Mənim himayəmə sığınarsa, Mən hökmən onu qoruyaram”.
Allahın məhəbbətinə layiq olmaq üçün Onu dərk etmək və Onu tez-tez xatırlamaq lazımdır. İnsan Allahı dərk etmədikcə onun Ona bəslədiyi məhəbbəti kamil olmur. Daha doğrusu, onda belə məhəbbət heç yoxdur, halbuki o bunun əksini iddia edir. Lakin, əgər insan Allahı həqiqətən sevirsə, o hökmən Onu tez-tez yadına salacaq və əgər Allah Öz qulunu sevərsə, O, ondan ən cüzi əməllərini belə qəbul edəcək və onun çoxlu səhvlərini və günahlarını bağışlayacaqdır.
Belə qulların keyfiyyətlərindən biri də onların möminlərə qarşı mülayim və kafirlərə qarşı sarsılmaz olmalarıdır. Onlar iman sahiblərinin qarşısında özlərini uca tutmur, çünki onları sevir və onlara səmimiyyətlə xeyirxahlıq arzulayırlar. Onlarla ünsiyyətdə yumşaq, xeyirxah, iltifatla, mərhəmətlə davranır, güzəştə gedir və möminlər onlardan istədiklərinə əziyyətsiz nail olurlar. Amma Allahı inkar edən, Onun ayələrinə qarşı çıxan, Onun elçilərini yalançı sayan kafirlərlə münasibətlərində sərt və sarsılmaz olurlar. Onlar belə fasiqlərlə qətiyyətlə mübarizə aparmağa hazırdırlar və əllərindən gələni edirlər ki, onların üzərində qələbə çalsınlar.
Fövqəluca Allah buyurur: “Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin...!” (Ənfal, 8/60).
“Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allah­dan riza və lütf diləyən görərsən...” (Fəth, 48/29).
Allahın düşmənlərinə qarşı sərtlik qulu Ona yaxınlaşdıran keyfiyyətlərə aiddir, çünki o, öz Rəbbi ilə birlikdə onlara qəzəblənir. Lakin kafirlərə qarşı sərt münasibət və sarsılmazlıq, müsəlmanlara bu insanları İslam dininə ən layiqli tərzdə dəvət etməyə mane olmamalıdır. Müsəlmanlar kafirlərə qarşı sərt münasibətlərini dəvət zamanı müsahibə­lərdə onlara yumşaq yanaşmaqla uzlaşdırmalıdırlar, çünki bu keyfiyyətlərin ikisi də zəruri və faydalıdır.
Sonra Fövqəluca Allah xəbər verir ki, möminlər öz var-dövlətini qurban verərək və öz həyatlarını risqə ataraq Onun yolunda vuruşurlar. Onlar bu mübarizəni sözlə və əməlləri ilə aparırlar və onları qınayanların məzəmmətindən çəkinmirlər. Əksinə, onlar ancaq öz Rəbbinin lütfkarlığına can atır və Onun məxluqlarının qınağından daha çox, Onun Öz qınağından qorxurlar. Bu, onların məqsədyönlülüyü və qətiyyətli əzmkarlığına dəlalət edir, əks halda, ətrafdakılar qorxaq insanları qınadıqda onlar cəsarətdən məhrum olur, gücdən düşürlər. Onların ürəklərində məxluqların qarşısında əyilmək hissi yaşayır ki, bunun dərəcəsi isə onların insanların rəyinə bəslədikləri diqqətdən və insanların onları bəyənib və ya qınamalarından asılı olur. İnsan Allah xatirinə məzəmmət edənlərin qınağından ehtiyat etməsinə son qoyanadək, öz qəlbini məxluqlar qarşısında baş əyməkdən təmizləyə bilməz.
Fövqəluca Allah möminləri Özünün bəxş etdiyi və onlara bu ayədə xatırlanmamış digər xeyirxah əməllər işlətməyi həvalə edən gözəl və yüksək keyfiyyətlərinə görə təriflədikdən sonra, bildirir ki, bütün bunlar Allahın onlara göstərdiyi mərhəmətidir. Möminlər özlərini aldatmamalı, onlara əzəmətli lütfkarlığını göstərmiş Allaha həmd etməlidirlər və əgər onlar şükür etsələr, O, onlara daha böyük nemətlər bəxş edər. Bütün qalan insanlar isə bilməlidirlər ki, onlar Fövqəluca Allahın mərhəmətini qazanmaq imkanından məhrum edilməmişlər. Allah nemətini istədiyi kəsə bağışlayır.
O, hədsiz-hüdudsuz səxavətə malikdir. O, Öz rəhmi ilə bütün varlığı qaplayır və Öz sevimli qullarını başqalarına layiq görmədiyi mərhəməti ilə himayə edir. O, kimin Onun mərhəmətinə layiq olduğunu bilir və O, onu onlara bəxş edir. Allah kimin peyğəmbərliyi layiqincə yerinə yetirəcəyini və kimin də Onun peyğəmbərlərinin ardınca getməyə layiq olacaqlarını çox gözəl bilir.

                              

(5.55) “Sizin Himayədarınız Allah, Onun Elçisi, namaz qılıb zəkat verən və rükuya gedən möminlərdir”[3].

Yəhudilər, xristianlar və başqa kafirlərlə dostluğun qadağan olunmasını və belə dostluğun nəticəsinin açıq-aşkar zərər oldu­ğunu xatırlatdıqdan sonra, Fövqəluca Allah müsəlmanların kimi özlərinin hamisi və dostları saymalı olduqlarını və bundan necə faydalanmalı olduqlarını xəbər verir.
Allah buyurur ki, Onun himayədarlığına iman və təqvalılıq sayəsində layiq olmaq mümkündür. Hər bir təqvalı mömin Allahı sevməlidir. Əgər o, Allahı sevirsə, hökmən Onun elçisini (ona Allahın salavatı və salamı olsun!) də sevməlidir. Lakin Allahı və Onun elçisini (ona Allahın salavatı və salamı olsun!) layiqincə sevməkdən ötrü o, Onu sevən və Onu öz himayəçisi sayan hər kəsi sevməlidir. Bu insanlar – möminlərdir. Onlar dinin tələblərini qəlbləri və canları ilə yerinə yetirirlər, öz Allahına ixlasla ibadət edir, şərtlərini, fərz və nafilə sünnələrini yerinə yetirməklə namaz qılır, habelə sədəqə qəbul etməyə haqqı olanlara öz malından zəkat verməklə məxluqlara xeyirxahlıq edirlər. Bununla yanaşı, onlar rükuya gedir, yəni, Allah qarşısında itaət edir və aciz olduqlarını göstərirlər.
Beləliklə, möminlər Allahın bu ayədə xatırlatdığı insanları sevməlidirlər. Onlar ancaq bu şəxsləri özlərinin yeganə dostları və köməkçiləri hesab etməli və bütün qalanlarla dostluq etməkdən əl çəkməlidirlər.

                          

(5.56) “Əgər onlar Allahı, Onun Elçisini və möminləri özlərinin hamiləri və köməkçiləri hesab edirlərsə, bilməlidirlər ki, Allahın tərəfdarları mütləq qalib gələ­cəklər”.

Bu ayədə Allah Onunla, Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə və möminlərlə yaxınlığın faydalı olmasını qeyd edir. Əgər insan Allahı, Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) və möminləri sevirsə, onda o, Onun tərəfdarlarından biri olur. Bu isə o deməkdir ki, insan Ona ibadət edir, Onun dostu və sevimlisidir. Belə insanlar hökmən üstün gələcək və həm bu dünyada və həm də ölümdən sonra xeyirli sonluğa nail olacaqlar. Fövqəluca Allah buyurur: “Sözsüz ki, bizim qoşunlarımız qələbə çalacaq” (Saffat, 37/173).
Bu böyük xoş müjdədən aydın olur ki, əgər insan Allahın hökmlərini yerinə yetirirsə, Onun tərəfdarlarından və döyüşçülərindən biridirsə, onda o, mütləq düşmənləri üzərində üstünlük əldə edəcəkdir və hətta, əgər Fövqəluca Allah Öz Müdrikliyi əsasında onun düşmənlərinə bəzən ona üstün gəlməyə imkan verirsə də, son nəticədə o mütləq onların üzərində qəlbə çalmağa nail olacaqdır. Allahın vədi belədir! Bəs kimin sözü Onun vədindən daha doğru ola bilər?

ﯿ                                      ﰐﰑ                 

(5.57) «Ey iman gətirmişlər! Sizə qədər Kitab verilənləri və dininizi məsxərəyə qoyub onu əyləncə sayanları və digər kafirləri öz köməkçiləriniz və dostlarınız hesab etməyin. Əgər möminsinizsə, Allahdan qorxun!”

Allah Öz mömin qullarına yəhudilərlə, xristianlarla və digər kafirlərlə dostluq etməyi yasaqlamışdır. Möminlər onları sevmə­məli, onlarla dostluq etməməli, onları möminlərin sirrindən xəbərdar etməməli, İslama və müsəlmanlara zərər vura bilən işlərdə  onlara kömək etməməlidirlər. Qəlblərində kök salan iman müsəlmanları kafirlərlə dostluqdan imtina etməyə məcbur edir və onları düşmənçiliyə sövq edir. Onları kafirlərlə düşmənçilik etməyə vadar edən şərtlərdən biri də Allah qorxusudur. Allah qorxusu dedikdə,  Allahın hökmlərinin yerinə yetirilməsi və hər cür haramlardan çəkinmə nəzərdə tutulur. Onları buna həmçinin müşriklərin, kafirlərin və müsəlmanların əleyhinə çıxan­ların hamısının rəftarı vadar edir, çünki onlar İslam dinini təhqir edir, onu istehzaya qoyur, onu əyləncə hesab edir, ona kin bəsləyir, hökmlərinə, xüsusilə, namaza – İslamın ən parlaq rəmzinə və ən şərəfli ibadət ayininə hörmətsizlik göstərirlər.

            ﭗﭘ              

(5.58) “Namaza çağırdığınız zaman onlar ona istehza edir və onu əyləncə sayırlar.  Bu, onların ağılsız insan olmalarındandır”.

Azan səsini eşidərək, onlar onu məsxərəyə qoyaraq, əyləncə adlandırırlar ki, bu da onların dərrakəsizliyi və hədsiz nadanlığından irəli gəlir. Bu belə olmasaydı, onlar ağıl sahibi olsaydılar, onlar itaətkarlıqla namaz qılmağa gedər və başa düşərdilər ki, namaz qılmaq insanların malik olduqları hər şeydən üstün məziyyətdir. Buradan aydın olur ki, kafirlər müsəlmanlara və onların dininə qarşı amansız nifrət bəsləyirlər və əgər müsəlman onlara qarşı kin bəsləmirsə, onda onun imanı cüzi və naqisdir. Belə adam kafirlərin İslamı söyməsinə, allahsızlığa və azğınlığa etiqad etməsinə əhəmiyyət vermir. Bu o deməkdir ki, o, qeyrətdən və insan ləyaqətindən məhrumdur. Məgər bütün başqa dinləri təhrif olunmuş hesab etdiyi halda, onun dinini təhqir edən, onu əyləncə sayan və onun ardıcıllarını məsxərəyə qoyan cahil və axmaqlarla dostluq edən şəxs özünü haqq din tərəfdarı adlandıra bilərmi?
Bu ayə belə insanlara nifrət bəsləməyə çağırır ki, bu, heç olmazsa, azacıq da olsa, ağıl sahibi olan hər kəsə tamamilə aydındır.

`ÔSÎ WÔTT`åKV†;HTWTÿ XˆHTWYÑ<Ö@… `ÔWå WÜéSÙYÍÞWTŽ :†PVÞYÚ :‚PVMX… óÜKV… †PVÞWÚ…ƒò YJð/@†YTŠ :†WÚWè WÓX¥ßKR… †WÞTóT~VÖXM… :†WÚWè WÓX¥ßKR… ÝYÚ SÔ`‰WTÎ QWÜKV…Wè `yS{W£W‘T`{VK… WÜéSÍY©HTTWTÊ (59)

(5. 59) “De: “Ey Kitab əhli! Doğrudanmı siz bizi Allaha, bizə nazil edilənə və əvvəl nazil edilənlərə və əksəriyyətinizin fasiq olduğuna iman gətirdiyimizə görə qınayırsınız?”

Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) İslamın doğrudan da həqiqi din olduğuna Kitab əhlini inandırmağı əmr etmişdi. Onlar isə tərifə və təriflənməyə layiq olan əməllərinə görə müsəlmanları qınayırdılar. Ona (ona Allahın salavatı və salamı olsun!) buyurulmuşdu ki, belə desin: “Ey Kitab əhli! Doğrudanmı bizim yeganə nöqsanımız Allaha, bütün müqəddəs Kitablara və bütün peyğəmbərlərə iman gətirməyimizdir? Doğrudanmı biz belə bir dini qəbul etməyən insanları kafir və günahkar adlandırmaqda günahkarıq? Doğrudanmı bizi, öz əməllərinə görə məsuliyyət daşıyanların ən mühüm vəzifəsi olan imana nail olduğumuza görə qınayırsınız?! Sizin əksəriyyətiniz Allaha itaətdən boyun qaçıran və günah işlər törətməyə cəsarət edən əsil fasiqlərdir və buna görə yaxşı olardı ki, siz susasınız. Əgər siz günaha batmasaydınız, bizə ünvanladığınız qınaqlar daha yüngül cinayət olardı. Lakin siz özünüz qatı günahkarlar olduğunuz halda bizi qınayırsınız”.

`ÔSTÎ `ÔWå ØRÑSLùQYT‰WTßRK… wQ£W­YTŠ ÝYQÚ ðÐYÖ.V¢ ZàWŠéST‘TWÚ WŸÞYÆ &JðY/@… ÝWÚ SãWÞTTWÅPVÖ JðS/@… ðˆYµWçÆWè Yã`~VÕWÆ WÔWÅW–Wè SØSä`ÞTYÚ WáW W£YÍ<Ö@… W£ÿX¦†WÞW<Ö@…Wè WŸW‰WÆWè &ð‹éSTçÅHTJð¹Ö@… ðÐMXù;HTTVÖOèKR… Qb£TW® †_TT߆VÑWQÚ QSÔW¶VK…Wè ÝWÆ Yò:…ƒéWª XÔ~Y‰UfTT©Ö@… (60)


(5. 60) “De: “Allahdan daha pis əvəz alacaq adamlar haqqında sizə xəbər verimmi? Onlar – Allahın lənətlədiyi, onlara qəzəbləndiyi, onları meymuna və do­nuza çevirdiyi kəslərdir ki, tağuta ibadət edərdilər.  Onlar daha da pis yerləri tutacaqlar və yoldan daha çox azmışlardır”.

Kitab əhlinin ittihamlarından belə çıxır ki, onlar müsəlmanların əməllərini səfeh  əməllər sayırlar. Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onların necə bir dəhşətli vəziyyətdə olduqlarını yadlarına salsın. Ona əmr olunmuşdu ki, belə desin: “Bizi təqsirləndirdiyiniz əməllərdən olduqca daha pis əməlləri olan kəslər haqqında sizə xəbər verimmi? Elə insanlar var ki, Allah onları lənətləmiş və Öz mərhəmətindən uzaqlaş­dır­mışdır. Allah qəzəblənərək, onları həm bu dünyada və həm də Axirətdə cəzaya məhkum etmişdir. Onları, tağuta ibadət etdiklərinə görə, meymuna və donuza çevirmişdir”.
Tağut dedikdə, şeytan və, Allahdan üz çevirib, ona ibadət edənlər nəzərdə tutulur. Şübhəsiz ki, sadalanan yaramaz keyfiyyətlərə malik olan adamlar, Allahın mərhəmətinə yaxın olan möminlərdən olduqca çox pis vəziyyətə düşəcəklər. Allah möminlərdən razıdır və onlara həm bu dünyada və həm də Axirətdə mükafatlar əta edəcəkdir, çünki onlar Ona səmimi qəlbdən xidmət edirlər. Bu ayədə müqayisə dərəcəsi, keyfiyyətcə bir-birinə əks olan şeylərin kəskin qarşılaşdırılması üçün istifadə edilmişdir.

…V¢XM…Wè óØRÒèSò:†WTT– Nv…éSTÖ†WTÎ †QWÞTWÚ…ƒò ŸWTÎWè N…éSTÕWžQW  X£pTÉRÑ<Ö@†YTŠ óØSåWè `ŸWTÎ N…éS–W£Wž -&YãYTŠ SJðJðS/@…Wè ñyVÕ`ÆKV… †WÙYTŠ N…éST߆VÒ WÜéSÙST`|WTÿ (61)

(5. 61) “Yanınıza gələrək, onlar dedilər: “Biz iman gətirdik”. Lakin onlar küfrlə daxil olmuşdular və onunla da çıxdılar. Allah onların nəyi gizlətdiklərini yaxşı bilir!”

Onlar yanınıza gələndə, ikiüzlülük edir və bədxah niyyətdə olurlar. Onlar özlərini dindar adlandırırlar, lakin sizin yanınıza gələndə də, sizdən ayrılıb gedəndə də onlar kafir olaraq qalırlar. Onlardan daha pis kim ola bilər? Kimin vəziyyəti onlarınkından da çirkin ola bilər?! Allaha onların gizlətdikləri hər şey olduğu kimi məlumdur və onlar həm yaramaz və həm də yaxşı əməllərinə görə mütləq əvəz alacaqlar.

 uüW£WTŽWè …_¤kY‘W{ óØSäóTÞTQYÚ WÜéSÆX£HTW©STÿ Á Yy<’‚XMô@… XÜ.ðè`ŸTSTÅ<Ö@…Wè ñyXäYÕ`{VK…Wè &ðŒ`™QS©Ö@… ð¨`LùY‰VÖ †WÚ N…éST߆VÒ WÜéSTÕWÙ`ÅWTÿ (62)

(5. 62) “Sən görürsən ki, onların çoxu günah işlətməyə, halalın sərhədini aşmağa və haram yeməyə tələsirlər. Onların törətdikləri necə də murdardır”.

Fövqəluca Allah Onun mömin qullarını söyüb biabır edən Kitab əhlinin çatışmazlıqlarını sadalamaqda davam edir. O, xəbər verir ki, yəhudilər Yaradan qarşısında öz vəzifələrinə aid olan günahları həvəslə törədir, məxluqlara düşməncəsinə münasibət bəsləyir və haram şeyləri yeyirlər. Allah onların törətdikləri günahlar haqqında xəbər verməklə qane olma­yaraq, bir daha bildirir ki, onlar o günahları məmnuniyyətlə və ləngimədən törədirlər. Bu isə, onların əxlaqsızlığı və fəsadçılığını və onların qəlbinə itaətsizliyin və zalımlığın xas olduğunu təsdiq edir. Onlar özlərini ləyaqətli və şərəfli insanlar hesab edirlər. Amma onların törətdikləri əməllər necə də pozğun və mənfurdur!

ð‚óéVÖ SØSäHTWä`TÞWTÿ fûéQS~YÞHTTQWTŠQW£<Ö@… S¤†W‰óšVK‚ô@…Wè ÝWÆ ñyXäYTÖóéWTÎ ðy`T’‚XMô@… ñyXäYÕ`{VK…Wè &ðŒ`™QS©<Ö@… ð¨`LùY‰VÖ †WÚ N…éST߆VÒ WÜéSÅWÞTp±WTÿ (63)

(5. 63) “Niyə din xadimləri və alimləri onları günah olan söz­lər­dən və haram yeməkdən çəkindirmirlər? Onların törət­dikləri necə də pisdir”.  

Bəs niyə insanlara kömək etməli olan din alimləri, Allah onlara bilik və müdriklik bəxş etdiyi halda, insanları nadanlıqdan çıxartmaq üçün günah işlər görməyi qadağan etmir və həqiqəti onlara çatdırmırlar? Onlar insanlara xeyirxahlıq göstərməyi əmr etməli və onları günahlardan çəkindirməli, onlara haqq yolu izah etməli, onları yaxşı işlərə ruhlandırmalı və törədə biləcəkləri cinayətlərdən xəbərdar etməliydilər. Amma onların törətdikləri gör necə də çirkindir!

gŒVÖ†WTÎWè S éSäW~<Ö@… SŸWTÿ JðY/@… &dàVTÖéSTpÕçÅWÚ pŒPVÕSçÆ óØXäÿYŸ`TÿKV… N…éSÞYÅSTÖWè †WÙYTŠ 'N…éSTÖ†WTÎ `ÔWTŠ Sâ…WŸWTÿ g܆WVºéS©`‰TWÚ SÌYÉÞSTÿ ðÈ`~ðÒ S&ò:†W­WTÿ UfûWŸÿY¦WkVÖWè …_¤kY‘VÒ ØSäóTÞTQYÚ :†QWÚ WÓX¥ßKR… ðÐ`~VÖMX… ÝYÚ ðÐgTQTŠQW¤ †_TTÞHTW~pTçÅñº &…_£pTÉTS{Wè †WÞT`~TWÍ<ÖVK…Wè SØSäWTÞ`~WTŠ WáWè.WŸWÅ<Ö@… ƒò:†TTWTµpTTçÅW‰<Ö@…Wè uøVÖXM… YzóéWTÿ &YàWÙHTW~YÍ<Ö@… :†WÙPVTÕRÒ N…èSŸWTÎ`èVK… …_¤†WTß g‡ó£W™<ÕYPÖ †WåVK†WÉ<ºVK… &JðS/@… WÜóéWÅó©WTÿWè Á X³`¤KV‚ô@… &…_ †fTTTT©WTÊ SJðJðS/@…Wè ‚W JñˆY™STÿ WÝÿYŸY©pTÉSÙ<Ö@… (64)

(5. 64) “Yəhudilər dedilər: “Allahın Əli bağlıdır”.  Xeyr, onların öz əlləri bağlıdır və dedikləri sözə görə lənətlənmişlər. Onun hər iki Əli də açıqdır və O, ürəyi istədiyini bağışlayır. Rəbbindən sənə nazil edilənlər onların əksəriyyətinin azğınlığını və kafirliyini artırır. Biz onların arasına Qiyamət gününədək düşmən­çilik və kin-küdurət salmışıq. Onlar hər dəfə müharibə alovunu alışdıranda, Allah onu söndürür. Onlar yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərirlər,  Allah isə fasiqləri sevmir”.

Fövqəluca Allah bu ayədə yəhudilərin dəhşətli sözləri və yaramaz etiqadlarından xəbər verir. Onlar deyirdilər ki, Allahın Əli bağlıdır, mərhəmət və xeyirxahlıq etməkdə xəsisdir. Bu sözlərinə görə onlar lənətlənmiş və xəsisliyə məhkum edilmişlər ki, bu, onların danışdıqları qeybətə uyğundur. Onlar misilsiz mərhəmət sahibi olan Allahı xəsis və xeyirxahlıqdan uzaq adlandırdılar və Allahın da onlara verdiyi əvəz tamamilə onların özünə layiq oldu. Onlar ən simic insanlara çevrildilər, yaxşı işlər görmək yerinə xəsislik etməyə, Allah haqqında pis fikirləşməyə başladılar və Onun mərhəmətindən uzaq­laş­dı­rıl­dılar, halbuki, o, bütün məxluqatı əhatə edir, ali və ən aşağı aləmlərin hər guşəsini doldurur.
Bax buna görə Allah buyurur ki, Onun iki Əli də açıqdır və O, qullarını istədiyi kimi mükafatlandırır. Heç bir şey Ona qərara aldığını həyata keçirməyə mane ola bilməz. O, Öz qullarına mənəvi və dünyəvi nemətlər bağışlayır və əmr edir ki, onlar Onun səxavətli hədiyyələrini qazanmağa imkan verən əməllər yerinə yetirsinlər və Onun nemət qapısını öz qarşılarında bağlayan günahlar törətməsinlər. Allah gecə-gündüz mərhəmət göstərir və fasiləsiz olaraq saysız-hesabsız nemətlər nazil edir. O, qəmginliyi qovur və qüssədən xilas edir, kasıbları mükafatlandırır və əsirlərə azadlıq bəxş edir, zədə alanları sağaldır və dua edənlərin duasını qəbul edir, kasıbları varlandırır və ehtiyacı olanların yalvarışlarına cavab verir. O, Ona müraciət edənlərin xahişlərini təmin edir və hətta Ondan yardım istəməyənlərə də Öz lütfkarlığını göstərir. O, rahatlıq axtaranlara əmin-amanlıq əta edir və Ona itaətsizlik göstərənləri də Öz mərhəmətindən məhrum etmir. O, möminlərə də, günahkarlara da yaxşılıq, ancaq Onun sevimli qulları Onun xüsusi lütfkarlığına layiq görülürlər.
Allah onları saleh əməllər etməyə ruhlandırır, sonra da buna görə onları tərifləyir və Öz səxavəti ilə onların mükafatını çoxaldır. O, onları həm bu dünyada və həm də Axirətdə mükafatlarla təltif edir, özü də, bu mükafatlar təsvirolunmazdır və hətta insan onları xəyalına belə gətirə bilməz. O, Öz sevimli qullarına nemətlər nazil edir və onları hər cür bədbəxtliklərdən elə qoruyur ki, onlar hətta çoxusundan xəbər belə tutmurlar.
Pak və Müqəddəs Allah Öz qullarına istənilən nemətlər bəxş edir və onlar özlərini bədbəxtliklərdən xilas etməsini Ondan rica edib yalvarırlar. Allah Müqəddəsdir və Onu Özündən başqa kimsə layiqincə tərifləyə bilməz! Böyük Allah qullarını hətta bir an da olsa belə Öz mərhəmətindən məhrum etmir, çünki onlar hamısı ancaq Onun səxavəti sayəsində yaşayır və ömür sürürlər! Qoy Allah, öz nadanlığı üzündən Rəbbinə ehtiyacı olmadığını zənn edən və Ona Onun əzəmətinə yaraşmayan keyfiyyətlər aid edən hər kəsi  rüsvay etsin!
Əgər Allah yəhudilərə və onlar kimilərə dedikləri dəhşətli sözlərin ancaq bəzilərinə görə layiqincə əvəzini versə, onlar hökmən elə bu dünyadaca məhv olar və bədbəxtçiliyə məhkum edilərdi. Lakin onlar dəhşətli sözlər danışmalarına baxmayaraq, O, onlara güzəştə gedir və möhlət verir, amma onların əməllərini unutmur.
Allahın nazil etdiyi ayələr onların əksəriyyətini yol verilən hədləri daha çox aşmağa və kafirliyə batmağa sövq edir. Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi xatırlatma qəlbə və ruha həyat verir, bu dünya həyatında və ölümdən sonrakı yaşayışa xoşbəxtlik gətirir və hər iki aləmdə müvəffəqiyyət əldə etməyə kömək göstərir. Bu xəbərdarlıq Allahın qullarına göstərdiyi ən böyük nemətidir və onları bunu tərəddüdsüz qəbul etməyi və Ona bu nemətə görə təslim olmağı və minnətdarlıq etməyi buyurur. Əgər bu xatır­latma insanlarda azğınlığı, zalımlığı və kafirliyi artırırsa, onda bu onlar üçün ən dəhşətli cəzadır. Onlar bu cəzaya Allahın xəbərdarlığından üz döndərdiklərinə, onu rədd etdiklərinə, ona müqavimət göstərdiklərinə və cürbəcür şübhəli və yanlış sübutlara istinadla ona qarşı etiraz etdiklərinə görə layiq görülürlər.
Allah belə insanlar arasına Qiyamət gününə qədər düşmənçilik və kin-küdurət salır. Onlar birləşə bilmir, bir-birinə kömək etmir, onlara fayda verə bilən işlərdə razılığa gəlmirlər. Onlar Məhşər gününədək ürəklərində bir-birinə nifrət etməyə və işlərində bir biri ilə düşmənçilik etməyə məhkum olunmuşlar.
Onlar daima müharibə odunu qızışdırmağa cəhd edirlər ki, İslama və onun tərəfdarlarına ziyan vursunlar. Onlar bundan ötrü öz süvarilərini və piyadalarını bir yerə toplayırlar, lakin hər dəfə Allah onları Öz yardımından məhrum edir, sıralarını pozur və müsəlmanları onların üzərində qələbə çalmağa nail edir. Onlar yer üzündə ciddi-cəhdlə günah işlər görərək fitnəkarlıqlar törətməklə öz azğın dinlərini təbliğ edir və insanlara İslam dinini qəbul etməyə mane olurlar. Lakin Allah günahkarlığı yayanları sevmir. Bundan əlavə, O, onlara nifrət edir və belələri mütləq layiqli cəzalarına çatdırılacaqlar.

óéVÖWè QWÜKV… WÔTT`åVK… gˆHTWTY|<Ö@… N…éSÞWÚ…ƒò N…óéTWÍPVTŽ@…Wè †WTßó£PVÉV|VÖ óØSä`ÞWÆ óØXäYŽ†WLTTTXQ~TWª `ySäHTWTÞ<ÕWž` VK‚WWè gŒHTPVTÞW– gy~YÅTQWÞÖ@… (65)
 (5. 65) “Əgər Kitab əhli iman gətirib qorxsaydılar və inkar etməsəydilər, onda Biz onların cinayətlərini bağışlayar və onları Nəim cənnətinə daxil edərdik”.

Fövqəluca Allah Kitab əhlinin rüsvayçı əməllərini, eyiblərini və qüsurlu fikirlərini xatırlatdıqdan sonra, onları tövbə etməyə çağırır və bu, Onun rəhmli və mərhəmətli olma­sını təsdiq edir. O buyurur ki, əgər onlar Allaha, mələklərə, bütün Kitablara və bütün elçilərə inansalar, itaətsizlikdən çəkinsələr, əvvəl törətdikləri bütün cinayətləri bağışlanar və onlar insan qəlbinin arzuladığı və baxışların acgözlüklə dikildiyi istənilən şeyin toplandığı Cənnətin səadət bağlarına girərlər.

óéVÖWè óØSäPVTßKV… N…éSÚ†WTÎVK… WàHTúW¤óéPVÖ@… WÔ~X•ßæg‚ô@…Wè :†WÚWè WÓX¥ßKR… ØXä`~VÖXM… ÝYQÚ óØXäQYTŠQW¤ N…éSTÕW{VK‚W ÝYÚ `yXäYÎóéTWTÊ ÝYÚWè gŒ`™WTŽ &yXäYÕS–`¤VK… óØSä`ÞTQYÚ bàTTQWÚRK… $báWŸY±WpTÍTQSÚ c¤kY‘W{Wè óØSä`ÞTQYÚ ƒò:†Wª †WÚ WÜéSTÕWÙ`ÅWTÿ (66)

 (5. 66) “Əgər onlar Tövratı, İncili və Rəbbindən onlara nazil edilənləri rəhbər tutsaydılar, onda başlarının üstündə və ayaqlarının altında olanlarla qidala­nardılar. Onların arasında mötədil insanlar var, lakin əksəriyyətinin əməlləri  pisdir”.

Əgər onlar Allahın buyurduğu kimi Tövratın və İncilin hökmlərini yerinə yetir­səy­dilər, əgər onlar əvvəlki Kitablarda peyğəmbərliyi haqqında xəbər verilən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirsəydilər, əgər onlar Rəbbin onlara qayğı göstərərək nazil etdiyi böyük lütfü qəbul etsəydilər, onda Fövqəluca Allah onlara bol ruzi verər, səmadan üstlərinə yağış yağdırar və yerdə onlar üçün çoxlu məhsullar yetişdirərdi. Oxşar bir ayədə belə deyilir: “Əgər o kəndlərin sakinləri iman gətirsəydilər və təqvalı olsaydılar, onda Biz onların qarşısında göyün və yerin bərəkət qapısını açardıq” (Əraf, 7/96).
Sonra Allah buyurur ki, Kitab əhli arasında mötədil adamlar da var və onlar Tövratın və İncilin hökmlərinə əməl edir, lakin bu zaman təşəbbüs və səy göstər­mirlər. Onların əksəriyyəti, ümumiyyətlə, qatı günahkarlardır və ancaq bəziləri xeyirxah əməllər etməkdə başqalarını qabaqlamağa meyl göstərirlər.

ÜMX…Wè `yPVÖ `ÔWÅpTÉWTŽ †WÙWTÊ ðŒpTTçÅPVÕWTŠ I&SãWTVÖ†WªY¤ SJðJðS/@…Wè ðÐSÙY±`ÅWTÿ WÝYÚ %X§†PVÞÖ@… QWÜMX… JðW/@… ‚W ÷YŸ`äWTÿ W×óéWÍ<Ö@… WÝÿX£YÉHTVÑ<Ö@… (67)

(5. 67) “Ey Elçi! Rəbbindən sənə nazil olanı bəyan et! Əgər etməsən, Onun elçiliyini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyur. Həqiqətən, Allah kafirləri doğru yola yönəltməz”.

Allah ən əzəmətli hökmü ilə Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müraciət edərək, ona nazil edilənlərin hamısını insanlara çatdırması hökmünü verir. Bunlar, müsəlmanların Muhəmməd Peyğəmbər­dən (ona Allahın salavatı və salamı olsun!) öyrəndikləri bütün dini-etiqad məsələlərinə, əməllərə, fikirlərə, hökmlərə və ilahi tələblərə aid idi. O (ona Allahın salavatı və salamı olsun!), öz peyğəmbərlik vəzifəsini ən kamil surətdə  yerinə yetirirdi, insanları İslama dəvət edirdi, qorxunc xəbərdarlıqları və müjdələri onlara yetirir, onların aqibətini asanlaşdırır və onlara elə təlim verirdi ki, cahil və savadsız insanlar belə ən görkəmli ruhani alimlər və din xadimləri səviyyəsinə yüksəlirdilər. O (ona Allahın salavatı və salamı olsun!), insanları sözü və əməli ilə təlimləndirir, müxtəlif ölkələrə bəyanatlar göndərir və qasidlər yollayırdı. Elə bir yaxşı əməl yox idi ki, onu öz səhabələrinə göstərməmiş olsun və elə bir pis əməl də qalmamışdı ki, o (ona Allahın salavatı və salamı olsun!), məsləkdaşlarını ondan xəbərdar etməsin. İnsanların ən ləyaqətliləri olan şərəfli səhabələri və onlardan sonra gələn ardıcılları və sadə müsəlmanlar bunu təsdiq edirdilər və indi də bunu təsbit etməkdə davam edirlər.
Sonra Allah ona (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Əgər sən Rəbbinin sənə nazil etdiklərini insanlara xəbər verməsən, Onun əmrini yerinə yetirməmiş olarsan. Onu icra etməyə tələs və Mən səni himayə edəcək və insanlardan qoruyacağam. Sən onları səylə öyrətməli, Allahın hökmlərini onlara çatdırmalı və məxluqlar qarşısında ehtiyat etdiyinə görə vəzifəni yerinə yetirməkdən boyun qaçırmamalısan. Onların taleyi Mənim əlimdədir və Mən səni istənilən bədbəxtliklərdən qorumağa söz vermişəm. Sənə həvalə edilən – insanlara aydın həqiqəti çatdırmağındır və əgər onlar doğru yolla getsələr, bu onların öz xeyirlərinə olacaq. Yeganə niyyətləri öz alçaq istəklərinə haqq qazandırmaq olan kafir­lərə gəldikdə isə, onların inkarçılığına görə sənin Rəbbin onları düz yolla aparmayacaq və onları yaxşı işlər görməyə ruhlandırmayacaqdır”.

`ÔSTÎ WÔTT`åVK†;HTTWTÿ gˆHTWTYÑ<Ö@… óØSTTó©VÖ uøVÕWÆ ]òpøW® uøPVWš N…éSÙ~YÍSTŽ WàHTúW¤óéPVÖ@… WÔ~X•ß‚XMô@…Wè :†WÚWè WÓX¥ßKR… ØRÑ`~VÖMX… ÝYQÚ %óØRÑTQYTŠQW¤ UfûWŸÿX¦WkVÖWè …_¤kY‘VÒ ØSä`ÞTQYÚ :†QWÚ WÓX¥ßKR… ðÐ`~VÖMX… ÝYÚ ðÐQYTŠQW¤ †_TÞHTWTp~çÅñº $…_£TTpTÉTS{Wè ð„TWTÊ ð§<K†WTŽ øVÕWÆ YzóéWÍ<Ö@… WÝÿX£YÉHTVÑ<Ö@… (68)

(5. 68) “De: “Ey Kitab əhli! Siz Tövratı, İncili və Rəbbinizin sizə nazil et­diklərini rəhbər tutmadan doğru yolla getməyəcəksiniz”. Sənin Rəbbindən sənə göndərilən onların əksəriyyətində zalımlıq və kafirliyi dəfələrlə artırır”.

Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, Kitab əhlinin yanlışlıqları haqqında onlara xəbər versin, onların yalanını ifşa edərək, desin: “Sizin dini təsəvvürləriniz əsassızdır, çünki siz Qurana və Muhəmmədə iman gətirməmişsiniz və bir fakt kimi, öz peyğəmbərinizi və Kitabınızı inkar etmişsiniz. Siz ancaq o zaman haqqa əsaslana və etibarlı dayağa söykənə bilərsiniz ki, Tövratın və İncilin hökmlərinə riayət edəsiniz və onların tələb etdiklərinin hamısını yerinə yetirəsiniz. Siz Rəbdən sizə nazil edılən Vəhyi rəhbər tutmalısınız. O, sizin qayğınızı çəkir və sizə nemətlər bəxş edir, onların ən şərəflisi isə sizə nazil etdiyi Səmavi Kitabdır. Siz Allaha həmd etməli, Onun hökmlərini yerinə yetirməli və Onunla olan əhdinizə sadiq qalmalısınız”.

QWÜMX… WÝÿY¡PVÖ@… N…éSÞWÚ…ƒò fÛTÿY¡PVÖ@…Wè N…èS †Wå WÜéLSTTX‰HTJð±Ö@…Wè uüW£HTW±PVÞÖ@…Wè óÝWÚ WÝWÚ…ƒò gJð/@†YTŠ YzóéW~Ö@…Wè X£Yž›‚@… WÔYÙWÆWè †_™YÕHTTW² ð„TWTÊ dÇóéWž `yä`X~VÕWÆ ‚WWè óØSå WÜéSTßW¥mïmð`š (69)

(5. 69) “Həqiqətən, möminlər və həmçinin Allaha və Axirət gününə iman gətirən yəhudilər, səbailər və xristianlar ədalətlə davranırdılar. Onlar nə qorxu biləcək, nə də kədərlənəcəklər”.

Fövqəluca Allah bu ayədə bildirir ki, Səmavi Kitabların, o cümlədən Quran, Tövrat və İncilin nazil edildiyi insanlar xilas üçün bir ümumi yola malikdirlər və ümumi əsasa söykənirlər. Bu, Allaha və Qiyamət gününə və saleh əməllərə imandır. Kim Allaha və Qiyamət gününə iman gətirib və saleh əməllər edibsə, o, xilas olacaqdır. O, irəlidə həyəcan doğuran hadisələrdən qorxmayacaq və onunla keçmişdə baş verənlər barədə qəm çəkməyəcəkdir. Bilmək lazımdır ki, bu ilahi müddəa bütün zamanlarda qüvvədə olmuşdur.

`ŸTWÍVÖ †WTpß¡WžKV… WÌHTWT‘~TYÚ õøYÞWTŠ WÔÿYò;.W£T`ªMX… :†WÞ<ÕWª`¤VK…Wè óØXä`~VÖXM… $¾„SªS¤ †WÙPVÕS{ óØSåƒò:†W– =SÓéSªW¤ †WÙYTŠ ‚W vuüWé`äWTŽ óØSäS©SÉßKV… †_TTÍÿX£WTÊ N…éSTŠPV¡W{ †_TTÍÿX£WTÊWè WÜéSTÕTSpTÍWTÿ (70)

(5. 70) “Biz artıq İsrail oğulları ilə əhd bağlamış və onlara elçilər göndər­mi­şik. Hər dəfə elçilər onlara xoşlarına gəlməyən bir şey gətirdikdə, bəzilərini yalançı adlandırır və digərlərini öldürürdülər”. 

Allah İsrail oğulları ilə sərt müqavilə bağlamış, onları Ona iman gətirməyə və dinin vacib hökmlərini yerinə yetirməyə məcbur etmişdi. Allahın onlara nə dediyi  öncə qeyd edilmişdi: “...“Mən sizinləyəm. Siz namaz qılsanız və zəkat versəniz, Mənim elçilərimə iman gətirsəniz, onlara kömək etsəniz və Allaha gözəl borc versəniz, Mən sizin günahlarınızı bağışlayaram və sizi altından çaylar axan Cənnətə daxil edərəm. Bundan sonra sizlərdən kimsə kafir olarsa, o, doğru yoldan çıxar” (Maidə, 5/12).
Allah onlara bir-birinin ardınca gələn elçilər göndərirdi və onlar israillilərin arasında dini təbliğ edir, onlara doğru nəsihətlər verirdilər. Lakin bu onlara fayda vermirdi. Buna görə, hər dəfə Allahın elçilərinin gətirdikləri hökmlər onların istəklərinə uyğun gəlmirdi, onlar elçiləri yalançı adlandırır, onlara müqavimət göstərir, onlarla ən dəhşətli tərzdə rəftar edirdilər. Elçilərin bəzilərini rədd edir, bəzilərini isə öldürürdülər.

Nv…éTS‰Y©WšWè ‚PVKV… fûéRÑWŽ bàWÞTT`TYÊ N…éSÙTWÅWTÊ N…éQSÙfTT²Wè JðyR’ ð‡†WTŽ JðS/@… `yXä`~VÕWÆ QWØR’ N…éSÙTWÆ N…éQSÙfTT²Wè c¤kY‘W{ &óØSä`ÞTQYÚ SJðJðS/@…Wè =S¤kY±WTŠ †WÙYTŠ fûéSTÕWÙ`ÅWTÿ (71)

(5. 71) “Onlar belə hesab edirdilər ki, yoldan azmayacaqlar və buna görə kor və kar oldular. Sonra Allah onların tövbəsini qəbul etdi və bundan sonra onların əksəriyyəti yenə də kor və kar oldular. Allah onların nə etdiklərini görür”.

Onlar elə güman edirdilər ki, etdikləri itaətsizlik və kafirlik öz ardınca cəza və qisas gətirməyəcək və buna görə də öz qüsurlu əməllərini davam etdirirdilər. Nəticədə, onlar haqqa qarşı kor və kar oldular, amma buna baxmayaraq Allah onlara möhlət verdi ki, tövbə etsinlər və tövbələrini də qəbul etdi. Lakin onlar öz tövbələrini çox tez pozdular: əksəriyyəti öz yaramaz cinayətlərinə döndülər və yenə də kor və kar oldular və onlardan ancaq bəziləri tövbələrinə sadiq qaldılar və dindən üz döndərmədilər. Allah onların etdikləri hər şeyi görürdü və onlardan hər biri törətdikləri əməllərə görə mütləq əvəzini alacaqlar: yaxşılığa – yaxşılıqla və pisliyə də - pisliklə.

`ŸTWÍVÖ W£WÉW{ fÛTÿY¡PVÖ@… N…;éñTTÖ†WTÎ UfûMX… WJð/@… WéSå S˜~Y©WÙ<Ö@… SÝ`TŠ@… $ðyWTÿó£TWÚ WÓ†WTÎWè S˜~Y©WÙ<Ö@… õøYÞW‰HTWTÿ WÔÿYò;.W£TóªMX… N…èSŸST‰`Æ@… JðW/@… øQYTŠW¤ $óØS|QWTŠW¤Wè ISãPVTßMX… ÝWÚ `ÏX£pT­STÿ YJð/@†YTŠ `ŸTWÍWTÊ W×QW£Wš JðS/@… Yã`~VÕWÆ WàPVÞW•<Ö@… SãHTúWèK<†WÚWè $S¤†QWTÞÖ@… †WÚWè fûkYÙYÕHTJðÀ¹ÕYÖ óÝYÚ x¤†fTT±ßKV… (72)

(5. 72) “İman gətirməyənlər deyirlər: “Allah – Məryəm oğlu Məsihdir”. Məsih demişdir: “Ey İsrail oğulları! Mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin!” Həqiqətən, Allaha şərik qoşanlara, O, Cənnəti qadağan etmişdir. Onun məskəni Cəhənnəm olacaq və zalımların köməkçiləri olmayacaqdır”.

Fövqəluca Allah, “Məryəm oğlu Məsih – Allahdır” deyən xristianların kafirliyindən xəbər verir. Onlar özlərinin şübhəli iddialarını onun dünyaya kişinin iştirakı olmadan gəlməsi və Allahın digər məxluqlarına bənzəməməyi ilə izah edirlər. Lakin Məsih özü onların yanlış bəyanatını təkzib edərək demişdir: “Ey İsrail oğulları! Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”. O, özünü qul, Fövqəluca Allahı isə bütün məxluq­ların Rəbbi olduğunu bildirmişdir.
Əgər insan Allaha ibadət etməklə yanaşı İsa peyğəmbərə (ə) və ya başqa məxluqlara ibadət edirsə, Allah onu Cənnət bağlarından hökmən məhrum edəcək və onun məskəni Qaynar Cəhənnəm olacaqdır. O, məxluqları Xaliqlə bərabər tutur və yerinə yetirməsi xatirinə yaradıldığı ibadət ayinlərini buna layiq olmayanlara həsr edir. Buna görə də, belə insan Cəhənnəm odunda əbədi cəzaya layiq görülür. Bu zalımları Allahın cəzasından heç kim xilas edə bilməz və hətta onları başlarına gələn müsibətdən qismən də olsa qurtara bilməyəcək.
`ŸTWÍVPÖ W£WÉW{ WÝÿY¡PVÖ@… N…;éñTTÖ†WTÎ UfûMX… JðW/@… ñYTÖ†V’ 'xàWT‘ðHTTÕWT’ †WÚWè óÝYÚ ]ãHTVÖXM… :‚PVMX… bãHTVÖXM… &cŸYš.Wè ÜMX…Wè `yPVÖ N…éSäWTÞWTÿ †QWÙWÆ fûéSTÖéSÍWTÿ QWÝTTJð©WÙWT~VÖ fÛTÿY¡PVÖ@… N…èS£WÉVÒ `ySä`ÞTYÚ }‡…W¡WÆ }y~YÖVK… (73)

(5. 73) “İman gətirməyənlər deyirlər: “Allah üçlüyün üçüncüsüdür”. Vahid Allahdan başqa ilah yoxdur! Əgər onlar dediklərindən əl çəkməsələr, onda onlar­dan olan kafirlərin əzabı məşəqqətli olacaqdır”.

Xristianlar üç üqnimdən ibarət olan “müqəddəs üçlüyə”: Allaha, İsaya və Məryəmə inanırlar. Allah xristianların düşüncəsizliyinin ən böyük dəlili olan bu iddialardan intəhasızlığa qədər uzaqdır. Onlar bu çirkin sözlər və yanlış baxışlarla necə razılaşırlar?! Onlar Xaliqlə məxluq arasında olan fərqi necə görməyə bilirlər?! Onlar aləmlərin Rəbbini necə tanıya bilmirlər?!
Onları və onlara bənzərləri təkzib edərək, Allah deyir ki, Tək Allahdan başqa, bütün kamil sifətlərə malik və hər hansı çatışmazlıqlardan xali digər bir ilah yoxdur. O, Öz yaratdıqlarını təklikdə xəlq edir, yönəldir və onlara nemətlər verir. Məgər Onunla bərabər digər ilahın mövcud olmasını iddia etməkmi olar?!
Allah belə zalımların iddialarından sonsuzluğa qədər uzaqdır və əgər onlar öz dəhşətli sözlərini söyləməkdən əl çəkməsələr, hökmən şiddətli cəzanı dadacaqlar. Bu qorxunc xəbərdarlıqdan sonra Allah xristianları törətdikləri günahlarından tövbə etməyə çağırır və onlara başa salır ki, O, tövbələri qəbul edir:

ð„WTÊKV… fûéSŠéSWTÿ øVÖXM… JðY/@… I&SãTTWTßèS£YÉpTTçÅWTó©WTÿWè SJðJðS/@…Wè c¤éSÉWTçÆ cy~YšQW¤ (74)

(5.74) “Doğrudanmı onlar Allah qarşısında tövbə etməyəcək və Ondan bağışlanma istəməyəcəklər? Axı Allah Bağışlayan və Rəhmlidir”.

Doğrudanmı onlar Allahın istədiyinə və Onun razı olduğuna müraciət etməyə­cəklər? Doğrudanmı onlar Onu özlərinin Vahid Allahı, İsanı isə Onun qulu və elçisi qəbul etmirlərmi? Doğrudanmı onlar danışdıqları sözlərə görə tövbə etməyəcək və Allahdan bağışlanmalarını xahiş etməyəcəklər? O, tövbə edənlərin günahlarını, onlar göylərdəki buludlara qədər olsa belə, bağışlayır, tövbəsini qəbul edir və qüsurlarını saleh əməllərlə əvəz etməklə qulla­rına mərhəmət göstərir.
Qeyd etmək lazımdır ki, tövbə etməyə yönəldilmiş bu çağırış son dərəcə yumşaq və lütfkar təklif kimi səslənir. Bundan sonra Allah, Məsih və onun anasının (onlara Allahın salamı olsun) əsil həqiqətdə necə mövqe tutduqlarını izah edir:
†TQWÚ S˜~Y©WÙ<Ö@… SÝ`TŠ@… ðyWTÿó£TWÚ ‚PVMX… bÓéSªW¤ `ŸTWTÎ pŒVÕWž ÝYÚ YãYTÕ`‰WTÎ SÔSªQS£Ö@… ISãQSTÚRK…Wè $bàTWÍÿQYŸg² †W߆W{ gÜð„S{K<†WTÿ W%׆TTWÅJð¹Ö@… ó£STÀ¹ß@… ðÈ`T~W{ ñûQXkTW‰STß ñySäVÖ gŒHTWTÿ›‚@… JðyR’ ó£TRÀ¹ß@… uøPVTßKV… fûéRÑWTpÊëSTÿ (75)

 (5.75) “Məryəm oğlu Məsih sadəcə elçi idi. Ona qədər də elçilər olmuşdu, onun anası isə ən sadiq qadın idi. Hər ikisi yemək yeyirdilər. Bax gör Biz bu ayələri necə izah edirik. Sonra isə bax gör, onlar haqdan necə də üz döndərirlər”.

Məsih sadəcə Allahın elçisiydi və ona qədər də elçilər gəlirdilər. O, Onun qularından və elçilərindən biriydi. Bu qulların Allahın işlərinə müdaxilə etmək, Onun onlara nazil etdiyindən başqa nə yeni şəriət yaratmaq haqqına, nə də Kainatda baş verən proseslər üzərində hakimiyyətə malik deyildilər. O, insanlara Allahın ona nazil etdiyini gətirmişdi və ona qədər göndərilmiş peyğəmbərlərə oxşayırdı. O, o biri peyğəmbərlərdən, onu, ölümlü bir insanı, Rəbb olan Allaha çevirə biləcək keyfiyyətlərlə fərqlənmirdi.
Onun anası sadiq mömin qadından başqa bir kəs deyildi. O qadın peyğəmbər­lərdən sonra ən yüksək pilləyə ucalmış sadiq qullar cərgəsinə məxsus idi. Onların düz­günlüyü möhkəm əqidə və saleh əməllər kimi ifadə edilən faydalı biliklərində öz təzahürünü tapır.
Bu, sübut edir ki, Məryəm peyğəmbər deyildi, o, sadəcə sədaqətli qullar cərgəsinə aiddi və elə bu şöhrət onun üçün kifayət idi. Digər qadınlar arasında da peyğəmbərlər olmamışdı, çünki Allah peyğəmbərlərini ən kamil cinsin nümayəndələri arasından seçirdi. Fövqəluca Allah buyurur: “(Ey Elçim!)Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik...” (Nəhl, 16/43).
Əgər İsa (ə) ona qədər göndərilən peyğəmbərlərin və elçilərin sırasına daxil idisə, onun anası isə sədaqətli mömin qadın idisə, bəs onda xristianlar onları nəyin əsasında Allahla yanaşı ilahlar sayırlar? Onların hər ikisi də yemək yeyirdilər və bu, onların qul olmasına, yeməyə, içməyə və Adəmin nəsillərinin ehtiyac duyduqlarına ehtiyacları olduğuna parlaq sübutdur. Əgər onlar doğrudan da ilah olsaydılar, onların yeməyə və içməyə ehtiyacı olmazdı və ümumiyyətlə heç bir ehtiyac hissi keçirməzdilər, çünki ilah heç şeyə ehtiyac duymayan və tərifə layiq keyfiyyətlərə malik olmalıdır.
Bunu izah etdikdən sonra, Fövqəluca Allah qullarının diqqətini Özünün, həqiqəti aydınlaşdırmağa və möhkəm etiqada malik olmağa kömək edən – açıqladığı ayələrinə yönəldir. Lakin kafirlərə heç bir izahat fayda vermir və onlar haqdan boyun qaçırmaqda, yalan danışmaqda və iftira atmaqda davam edirlər. Onlar inadkarlıq göstərir və büsbütün zalımlıq edirlər.

`ÔSTÎ fûèSŸTST‰`ÅWTŽVK… ÝYÚ XÜèS  JðY/@… †WÚ ‚W ñÐYÕ`ÙWTÿ óØS|VÖ …^Q£W¶ ‚WWè &†_TTÅpTÉWß SJðJðS/@…Wè WéSå SÄ~YÙUfTT©Ö@… SØ~YÕWÅ<Ö@… (76)


(5.76) “De: “Doğrudanmı siz Allahın yerinə, sizə nə zərər, nə də xeyir ver­məyə qadir olmayana ibadət edəcəksiniz? Allah – Eşidəndir və Biləndir”.

Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, insanlara desin: “Doğrudanmı siz, sizə nə zərər, nə də xeyir verə bilməyən məxluqlara ibadət edəcəksiniz? Doğrudanmı siz, sizə fayda verən və zərər vuran, nemət əta edən, mərhəmətindən məhrum edən Tək Allaha ibadət etməkdən boyun qaçıracaqsınız? O, Ona müxtəlif dillərdə cürbəcür xahişlərlə müraciət edənlərin hamısının səsini eşidir. O, aşkar və gizli, aydın və batin, keçmişdə və gələcəkdə olan nə varsa, bilir. Tək O, bu kamil sifətlərə malikdir və bu o deməkdir ki, təkcə O, ibadətə və səmimi qulluğa layiqdir.

`ÔSTÎ WÔTT`åKV†;HTWTÿ gˆHTTWY|<Ö@… ‚W N…éSTÕpTçÅWTŽ Á óØS|YÞTÿY  W¤`kWTçÆ JXÌW™<Ö@… ‚WWè vN…éSÅY‰QWWTŽ ƒò:…ƒé`åVK… xzóéWTÎ `ŸTWTÎ N…éPRÕW¶ ÝYÚ SÔ`‰TWTÎ N…éPRÕfTT¶VK…Wè …_¤kY‘W{ N…éPRÕfTT¶Wè ÝWÆ Yò:…ƒéWª XÔ~XUf‰T©Ö@… (77)

(5.77) «De: “Ey Kitab əhli! Dininizdə haqqın əleyhinə olaraq həddi aşmayın və hələ əvvəllər yolunu azmış, başqalarını da azdıraraq düz yoldan çıxarmış insanların istəklərinə uymayın”.

Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, insanlara desin: “Dininizdə ifrata varmayın, halalın həddini aşmayın və gerçəkliyi yalanla dəyişdirməyin. Məsihi və sözlərinə qulaq asdığınız başçılarınızı həddən artıq yüksəltməyin. Yolundan azaraq çoxlu başqa insanları da dallarıyca aparıb öz dinlərinə salanların istəklərinə tabe olmayın. Bu insanlar özləri azmışlar və ətraflarındakıları da yoldan çıxarırlar. Onlar – azğınlıq təbliğatçılarıdır və insanlar onlardan, onların zərərli arzularından və yanlış baxışlarından qorunmalıdırlar.

fÛYÅSTÖ WÝÿY¡PVÖ@… N…èS£WÉW{ ?ÝYÚ õøYÞWTŠ WÔÿYò;.W£TTóªMX… uøVÕWÆ g܆fTTTT©YÖ W ISè…W  øW©~YÆWè XÝ`TŠ@… &ðyWTÿó£TWÚ ðÐYÖ.V¢ †WÙYTŠ N…éW±WÆ N…éST߆W{QWè fûèSŸWT`ÅWTÿ (78)

(5.78) “İsrailin kafir oğulları Davudun və Məryəm oğlu İsanın dili ilə lənət­lən­mişdilər. Çünki onlar itaətsizlik etmiş və həddi aşmışdılar”.

Kafir israillilər Davud peyğəmbərin (ə) və İsa peyğəmbərin (ə) dili ilə lənətlənmiş və Allahın mərhəmətindən məhrum edilmişdilər. Onlar, haqq israillilərə bəyan edildikdən sonra sonuncuların ona inadkarlıqla müqavimət göstərdiklərinin şahidləri idilər. Bu kafirlik və lənətlənmə onların itaətsizliyinin və halalın sərhədlərini aşmalarının nəticəsiydi. Onlar Allahın hökmlərini yerinə yetirmir və Onun qulları ilə zalımcasına davranırdılar. Günahlar və zalımlıq həmişə cəzalandırılmağa səbəb olduğu üçün onlar kafir oldular və Allahın lütfündən məhrum edildilər.

N…éST߆W{ ‚W fûóéWå†WÞWTTWÿ ÝWÆ w£W|ÞTQSÚ &SâéSTÕWÅWTÊ f¨`LùX‰VTÖ †WÚ N…éST߆W{ fûéSTÕWÅpTÉWTÿ (79)
 (5.79) “Onlar bir-birilərini törətdikləri qınanmalı əməl­lərdən çəkindirmirdi­lər. Onların törətdikləri necə də çirkin idi!”

Allahın israillilərə cəza verməsinə səbəb yeni bir günah oldu. Bu isə, onların bir-birini qəbahətli hərəkətlərdən çəkindirmə­məkləri idi. Onlar çirkin işlər görür və bir-birilərini bundan saqındırmırdılar və bunun günahı nəinki onu bilavasitə törədənə, habelə onun hərəkətinin qarşısını almaq imkanı olduğu halda, onu səssizcə müşahidə edənə də düşürdü.
Bütün bunlar ona dəlalət edir ki, İsrail oğulları Allahın hökmlərinə laqeyd yanaşır və itaətsizliyi əhəmiyyətsiz bir hərəkət sayırdılar. Əgər onlar Ona hörmətlə yanaşsaydılar, onda qadağan olunmuş əməllərdən qeyrətlə çəkinər və Onun qəzəbinə səbəb ola bilən hər şeyə qəzəblənərdilər. Onlar insanları cinayətlərdən saxlaya biləcəkləri halda, dinməməyi daha üstün tuturdular. Belə rəftar onları amansızcasına cəzalandırılmağa məhkum etdi, çünki o, öz ardınca həmişə bir sıra tələfedici nəticələrə gətirib çıxarır.
Birincisi, əgər insan günah törədənləri sakitcə müşahidə edirsə, onda o, bu əməllərin işlədilməsində hətta iştirakçı deyilsə də, artıq Allaha itaətsizlik edir, çünki iman sahibi təkcə itaətsizlikdən çəkinməklə qane olmamalı, həm də belə hərəkət edənləri qınamalıdır.
İkincisi, artıq qeyd etdiyimiz kimi, belə rəftar Allahın qoyduğu haramlara etina­sızlıq göstərməyə və itaətsizliyə laqeyd yanaşmağa sübutdur.
Üçüncüsü, əgər insanlar günahkarları itaətsizlikdən çəkindirmirlərsə, bu onlara daha tez-tez belə cinayətlər törətməyə imkan verir. Bunun nəticəsində isə, cinayətlər artır, insanlar daha böyük mənəvi və dünyəvi problemlərlə rastlaşır, fasiqlər isə hakimiyyət və qüvvət əldə edirlər. Zaman keçdikcə, möminlər öz təsir gücünü itirir və onlara qarşı müqavimət göstərmək və əvvəllər etdiklərini yenə etmək imkanından məhrum olurlar.
Dördüncüsü, qınanılmalı olan hərəkətlərin tənqidindən boyun qaçırmaq, biliklərin yox olmasına və nadanlığın yayılmasına yol açır, çünki əgər insanların əksəriyyəti günah işlərə qurşanmağa başladıqda din xadimləri və alimləri onları bu əməllərdən çəkin­dirmirlərsə, onda insanlar həmin əməlləri artıq itaətsizlik hesab etməməyə alışırlar və hətta cahillərdən bəziləri elə qərara gələ bilərlər ki, onlar arzuedilən ibadət hərəkətləri – ayinləridir. Dünya insanların nəzərində o dərəcədə tərsinə çevrilir ki, onlar Allahın haram etdiyini – halal, yalanı – həqiqət sayırlar. Gördüyümüz kimi, bundan da pis vəziyyət necə ola bilər?!
Beşincisi, günahları sakitcə müşahidə etmək ona gətirib çıxarır ki, onlar insanların gözünə gözəl və düzgün əməllər kimi görünür və məhz onda onlar bir-birindən nümunə götürməyə başlayırlar. İnsanları əhatə edənləri və onlara bənzəyənləri təqlid etmək, insanlara, ümumiyyətlə, xas olan keyfiyyətlərdəndir.
Günahları sakitcə müşahidə etməyin ziyanlı nəticələrini yenə də çox və uzun-uzadı sadalamaq olar və buna görə də Fövqəluca Allah xəbər verir ki, bu böyük günah, İsrailin kafir oğullarının itaətsizlikləri və zalımlıqların görə lənətlənmə­sinin bir təzahürü idi.

uüW£WTŽ …_¤kY‘VÒ `ySä`ÞTQYÚ fûóéPVÖWéWWTÿ WÝÿY¡PVÖ@… &N…èS£WÉW{ f¨`gLù‰VÖ †WÚ pŒWÚJðŸWTÎ `ySäVÖ óØSäS©SÉßKV… ÜKV… ð¸YWª JðS/@… `yXä`~VÕWÆ øYTÊWè g‡…W¡WÅ<Ö@… óØSå WÜèSŸYÕHTWTž (80)


(5.80) “Sən görürsən ki, onların əksəriyyəti kafirlərlə dostluq edir. Nəfsləri­nin onlar üçün hazırladığı necə də yamandır! Məhz buna görə Allah onlara qəzəblənmişdir. Onlar əbədi məşəqqət içində olacaqlar”.

Onlar kafirləri sevir, onlarla dostluq edir və onlara yardım göstərirlər. Onlar işə getməyən mal almışlar və faydasız müqavilə bağlamışlar. Onlar özlərinə Allahın qəzəbini və onunla bərabər bütün məxluqların qəzəbini cəlb etmiş və özlərini əbədi və dəhşətli cəzaya uğratmışlar. Onlar özləri üçün bu yaman qisməti hazırlayarkən özlərinə zalımlıq etmişlər. Onlar özlərini əbədi səadətdən məhrum etməklə özlərinə qarşı zalımlıq törətmişlər.

óéVÖWè N…éST߆W{ fûéSÞYÚ`ëSTÿ YJð/@†YTŠ JXøY‰QWÞÖ@…Wè :†WÚWè WÓX¥ßKR… Yã`~VÖMX… †WÚ óØSåèS¡WPVTŽ@… ƒò:†WTT~YTÖ`èVK… QWÝYÑHTVÖWè …_¤kY‘W{ óØSä`ÞTQYÚ fûéSÍY©HTWTÊ (81)

(5.81) “Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil edilənə iman gətirsəydi­lər, kafirləri özlərinə köməkçi və dost götürməzdilər. Lakin onların əksəriyyəti fasiqlərdir”.

Allaha, Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) və ona (ona Allahın salavatı və salamı olsun!) nazil edilənə iman, qulu Allahı sevməyi, Onun sevimli qulları ilə dostluq etməyi və Ona iman gətirməkdən boyun qaçıran, Onunla düşmənçilik edən və günaha batanların hamısı ilə düşmənçilik etməyi zəruriləşdirir. Allahın düşmənləri ilə dostluğu rədd etmək, Ona məhəbbətin və Ona imanın labüd tələblərindəndir. Fasiqlər isə bu tələbləri yerinə yetirmirlər və bu o deməkdir ki, onlar Allaha inanmırlar. Onların əksəriyyəti Allaha itaətdən yayınırlar, Ona və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmək istəmirlər. Allahın düşmənləri ilə dostluq isə onların fasiqliyi və günahkarlığının ancaq bir təzahürüdür. 

! QWÜWŸTgT•WVÖ JðŸTW®KV… X§†QWÞÖ@… _áWè.WŸWÆ WÝÿY¡PVÕPYÖ N…éSÞWÚ…ƒò W éSäW~<Ö@… fÛTÿY¡PVÖ@…Wè $N…éS{W£pT®VK… UfûWŸY•VVÖWè yTTSäWŠW£pTTÎVK… _áQW WéQWÚ WÝÿY¡PVÕPYÖ N…éSTÞWÚ…ƒò fÛTÿY¡PVÖ@… Nv…éSTÖ†WTÎ †PVTßXM… &uüW£HTW±WTß WÐYÖ.V¢ QWÜKV†YTŠ `ySä`ÞYÚ fûkY©~Jg©YTÎ †_TT߆fTTTTT‰`åS¤Wè `ySäPVTßKV…Wè ‚W WÜèS¤Yi`|WTó©WTÿ (82)  N…éSÅYÙWª …V¢XM…Wè :†WÚ WÓX¥ßKR… øVÖXM… XÓéSªQW£Ö@… vuüW£TTWTŽ `ySäWTÞS~`ÆKV… ñ´~YÉWTŽ fÛYÚ XÄ`ÚPVŸÖ@… †QWÙYÚ N…éSTÊW£WÆ WÝYÚ $QXÌW™<Ö@… WÜéSTÖéSÍWTÿ :†WTÞQWTŠW¤ †QWÞTWÚ…ƒò †fTTTTÞ`‰TSTT`{@†WTÊ WÄWÚ WÝÿYŸXäHTPV­Ö@… (83)  †WÚWè †WTÞVÖ ‚W SÝYpÚëSTß YJð/@†YTŠ †WÚWè †WT߃ò:†W– fÛYÚ QXÌW™<Ö@… SÄWÙp¹WTßWè ÜKV… †WTÞVÕYž`ŸTSÿ †WÞTQSTŠW¤ WÄWÚ YzóéWÍ<Ö@… WÜkY™YÕHTJð±Ö@… (84)

(5.82) “Sən hökmən yəhudiləri və müşrikləri möminlərin ən qatı düşmənləri kimi görəcəksən. Sən həm də mütləq görəcəksən ki, möminlərə məhəbbət bəslə­yən­lər arasında ən yaxın olanlar: “Biz xristianlarıq” – deyənlərdir. Bu ona görə belədir ki, onların təkəbbürlülük göstərməyən və Allahı sevən keşişləri və rahibləri vardır”.
(5.83) “Onlar Elçiyə nazil ediləni eşidərkən sən onların gözlərinin yaşla dolduğunu görərsən. Bu, onların haqqı tanıdıqlarına görədir. Onlar deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi şahidlərlə birlikdə yaz”.
(5.84) “Biz niyə də Allaha və bizə gələn haqqa iman gətirməyək? Axı istədi­yimiz Rəbbimizin bizi mömin insanlarla birlikdə Cənnətə daxil etməsidir”.

 Fövqəluca Allah insanlardan müsəlmanlara daha yaxın olanların kimlər olduğunu və onlarla daha tez dostluq etməyə və onları sevməyə hazır olduqlarını və kimlərin də bundan uzaq olduqlarını izah edir. Yəhudilər və müşriklər İslamın və müsəlmanların ən qatı düşmənləridir və onlar müsəlmanlara hamıdan çox ziyan vurmağa can atırlar. Bunun səbəbi onların müsəlmanlara bəslədikləri nifrətdə, özlərinin zalımlığında, paxıllığında, inadkarlığında və kafirliyindədir. Müsəlmanlara daha yaxın olanlar isə özlərini xristian adlandıranlardır. Fövqəluca Allah bunun bir sıra səbəblərini bildirir.
Birincisi, keşişlərin və rahiblərin, yəni onların alimlərinin və tərkidünya həyat tərzi sürən adamlarının arasında hücrə və monastırlarda özlərini ibadətə həsr edənlər vardır. Biliklər, tərkidünyalıq və ibadət insanın qəlbini yumşaldır və xeyirxah edir və həm də onu kobudluqdan və amansızlıqdan xilas edir. Buna görə keşişlərə və rahiblərə yəhudilərin kobudluğu və müşriklərin rəhmsizliyi xas olan sifət deyil.
İkincisi, onlar haqq qarşısında təkəbbürlük etmirlər və öz dikbaşlıqları üzündən haqqa itaətdən yayınmırlar. Bu keyfiyyətlər onları müsəlmanlarla yaxınlaşdırır və onlara bir-biri ilə tez dostlaşmağa imkan verir. Həqiqətən, təvazökar insan xeyirxahlığa təkəb­bürlü lovğadan həmişə yaxındır.
Üçüncüsü, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilən vəhylər onlara elə təsir göstərir ki, onlar o ayələrin qarşısında mütiləşir və gözləri yaşla dolur. Onlar qəti əmin olduqları haqqı eşidərək ona iman gətirir və onu qəbul edirlər. Onlar Allaha dua edirlər ki, onları da şəhadət verənlər kimi qəbul etsin.
Bu şahidlər – Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ardıcıllarıdır. Onlar Allahın Vahidliyi və Onun bütün elçilərinin peyğəmbərliyinə şəhadət gətirirlər. Onlar elçilərin gətirdiklərinin hamısının doğru olduğunu təsdiq edir və əvvəlki xalqların lehinə və ya əleyhinə şahidlik edirlər. Onlar, şahidlikləri qəbul edilən ədalətli insanlardır. Fövqəluca Allah buyurur: “Biz sizi orta yolu tutan ümmət etdik ki, bütün bəşəriyyətə şahidlik edəsiniz, Elçi isə sizə şahidlik etsin...” (Bəqərə, 2/143).
Onlar sanki ləngimədən iman gətirdiklərinə görə onları qınayanların ittihamına cavab verərək, belə deyirlər: “Bizə Rəbbimizdən şübhə edilməsi mümkün olmayan haqq gəldiyi zaman Allaha iman gətirməyimizə nə mane olur ki? Biz iman gətirdik, haqqa itaət edirik və Allaha dua edirik ki, bizi möminlərlə birlikdə Cənnət bağlarına daxil etsin. Niyə biz bunu etməməliyik? Məgər bizdə kifayət qədər səbəblər yoxdurmu ki, ləngimədən iman gətirək və hamısından geriyə qalmayaq?”

ñySäW‰HTVT’VK†WTÊ JðS/@… †WÙYTŠ N…éSTÖ†WTÎ xŒHTPVÞTW– ÷X£`•WTŽ ÝYÚ †WäYpT™WTŽ S£HTWTpäßVK‚ô@… WÝÿYŸYÕHTWTž &†WTä~YÊ WÐYÖ.V¢Wè Sò:…W¥TW– WÜkYÞTY©`™SÙ<Ö@… (85)


(5.85) “Allah dedikləri sözlər xatirinə onları əbədi qalacaqları və altından çaylar axan Cənnətlə mükafatlandırdı. Budur yaxşılıq edənlərə verilən əvəz”.

Allah onları həqiqi imana aid sözlər dediklərinə və haqqı qəbul etdiklərinə görə altından çaylar axan Cənnət bağları ilə mükafatlandırdı. Onlar orada əbədi olaraq qalacaqlar, çünki yaxşılıq edənlər ancaq belə əvəzə layiqdirlər.
Bu və bundan əvvəlki ayələr Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmiş xristianlar haqqında nazil edilmişdir. Həbəşistan nequsu da və bir çox başqaları da belə etmişdilər. Bu günə qədər də xristianların arasında elələri tapılır ki, dünyabaxışlarındakı yanlışlıq onlara aydın olanda İslama üstünlük verirlər. Şübhəsiz ki, bu onu göstərir ki, onlar İslama yəhudilərdən və müşriklərdən daha yaxındırlar.

WÝÿY¡PVÖ@…Wè N…èS£WÉVÒ N…éSTŠPV¡W{è :†TWÞYHTTWÿ†LWTYTŠ ðÐMXù;HTTVÖOèKR… ñˆHTW™p²KV… gy~Y™W•<Ö@… (86)

 (5.86) “İman gətirməyərək ayələrimizi yalan sayanlar isə Cəhənnəm sakin­ləridir”.

Xeyirxah möminlərin mükafatlandırılmasını xatırlatdıqdan sonra Allah günahkar­ları gözləyən cəza haqqında xəbər verir. Onlar iman gətirməkdən boyun qaçırır və Allahın həqiqəti işıqlandıran ayələrini inkar edirlər və buna görə də onlar Cəhənnəm odunun sakinləri olacaqlar.

†WäQSTÿKV†H;TTWTÿ WÝÿY¡PVÖ@… N…éSÞWÚ…ƒò ‚W N…éSÚQX£TW™STŽ gŒHTWTg‰Q~ðTº :†WÚ QWÔWšKV… JðS/@… óØRÑVÖ ‚WWè &Nv…èSŸWT`ÅWTŽ UfûMX… JðW/@… ‚W JñˆY™STÿ WÝÿYŸTWT`ÅSÙ<Ö@… (87)

 (5.87) «Ey iman gətirmişlər! Allahın sizə halal etdiyi nemətləri haram etməyin və həddi aşmayın. Həqiqətən, həddi aşanları sevmir”.

Möminlər Allahın onlar üçün halal etdiyi faydalı yeməkləri və içkiləri haram saymamalıdırlar. Allah onlara lütfkarlıq göstərmişdir və buna görə onlar Ona həməd etməli və Ona minnətdar olmalıdırlar. Onlar naşükürlük göstərməklə Allahın mərhə­mətini rədd etmək, onu qəbul etməyib haram saymaq haqqına malik deyillər. Əgər onlar belə davransalar, əgər onlar Allaha iftira atsalar, nankorluq etsələr və halal və faydalı nemətlərin haram və pis olduğunu bəyan etsələr, yol verilən hədləri aşmış olarlar. Allah insanlara bu hüdudları keçməyi qadağan etmişdir. Bundan başqa, hədlərin aşılması Onun nifrətinə səbəb olur və belələri Onun cəzasına layiq görüləcəklər.

N…éSTÕS{Wè †QWÙYÚ SØRÑWTÎW¦W¤ JðS/@… ¾„HTVÕWš &†_TTg‰Q~Tðº N…éSÍPVTŽ@…Wè JðW/@… v÷Y¡PVÖ@… ySßKV… -YãYTŠ fûéSÞYÚ`ëSÚ (88)


 (5.88) “Allahın sizə nəsib etdiyi halal və yaxşı şeylərdən yeyin və iman gətir­di­yiniz Allahdan qorxun!”

Allah, Özünün halal bəyan etdiklərindən bəzilərini özləri özlərinə haram edən müşriklərə oxşamamağı əmr etmişdir. O, qullarına, Onun sayəsində öz zəhməti ilə əldə etdikləri halal məhsulları yeməyi buyurmuşdur. Bu o deməkdir ki, yeyilən şey oğurluqla əldə edilməməli, kimdənsə zorla alınmamalı və ya qanunsuz yolla qazanılmış vəsaitlər hesabına satın alınmamalıdır. Bununla yanaşı, o təmiz və faydalı olmalıdır, çünki yırtıcı heyvanların ətini və yaxud natəmiz məhsulları yemək olmaz. Müsəlmanlar Allahın hökmlərini yerinə yetirərkən və Onun haramlarından çəkinərkən, əgər həqiqətən də Ona iman gətiriblərsə, onda Allahdan qorxmalıdırlar. Məhz Ona iman gətirilməsi onları təqvalı etiqadına malik olmağı və Onun hüzurunda öz vəzifələrini yerinə yetirməyi zəruri edir, çünki ancaq bu halda təqvalılıq kamilləşmiş olur.
Bu kəramətli ayədən aydın olur ki, əgər insan halal qidanı yeməyi, halal içkini içməyi və yaxud əsir götürülmüş qadınla və ya kölə qadınla intim əlaqəyə girməyi özünə haram edirsə də, bu əməl ona haram olmur. Lakin əgər o, verdiyi vədini pozursa, bu əməlinə görə, andlarını pozanların verdiyi kimi kəffarə verməlidir. Fövqəluca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinin səndən razı qalmasını diləyərək Allahın  sənə halal etdiyi şeyi niyə özünə haram edirsən? Allah Bağışlayandır və Rəhmlidir. Həqiqətən, Allah andlarınızı geri götürməyi vacib etmişdir. Allah sizin Haminizdir. O – Biləndir və Müdrikdir!” (Təhrim, 66/1-2).
Yox, əgər insan öz zövcəsi ilə intim əlaqəyə girməyi özünə qadağan etmişsə, onda o, zihar adlanan zövcələrindən imtina etmək kimi cahillik dövrü ənənəsinə görə kəffarə verməlidir.
Bu ayədən həm də aydın olur ki, insan ona icazə verilmiş nemətlərdən və zövqü-səfadan çəkinməməli və onları özünə haram etməməlidir. Əksinə, o, onlardan ləzzət almalı və onlardan Rəbbinə itaət etmək xatirinə istifadə etməlidir.

‚W SØRÒñ¡Yž…WëSTÿ JðS/@… XépTTçÅPVÕÖ@†YTŠ õøYÊ óØRÑYÞHTWÙ`TÿKV… ÝYÑHTVÖWè ØS{S¡Yž…WëSTÿ †WÙYTŠ SØPRŽŸPVÍWÆ $WÝHTWÙ`TÿVK‚ô@… ,ISãSTŽW£HTPVÉVÑWTÊ S׆fTTTTÅpºXM… YáW£W­WÆ WÜkYÑHTW©WÚ óÝYÚ Y¸Wª`èVK… †WÚ WÜéSÙYÅp¹STŽ óØRÑ~YÕ`åVK… `èVK… `ySäSTŽWé`©YÒ `èVK… S£ÿX£ímð`š $xàTTW‰WÎW¤ ÝWÙWTÊ `yPVÖ `ŸX•WTÿ S׆W~Y±WTÊ YàWT‘HTTVÕWT’ xz&†QWTÿKV… ðÐYÖ.V¢ SáW£HTPVÉVÒ óØRÑYÞHTWÙ`TÿKV… …V¢XM… &`yTSTpÉVÕWš Nv…éRÀ¹TTWÉT`š@…Wè &óØRÑWÞHTWÙ`TÿKV… ðÐYÖ.W¡VÒ SÜXQkW‰STÿ JðS/@… óØRÑVÖ -YãYHTTWÿ…ƒò `yRÑPVÕVÅVÖ WÜèS£RÑp­WTŽ (89)

 (5.89) “Qəsdsiz içdiyiniz andlarınıza görə Allah sizi tənbeh etməz, lakin qəs­dən and içməyinizə görə cəzalandırar. Bunun kəffarəsi kimi öz ailənizə yedirdiyiniz yeməyin orta əmsalı ilə on nəfər kasıbı yedizdirin və ya geyindirin və yaxud da bir kölə azad edin. Kim bunu edə bilmirsə, üç gün ərzində oruc tutmalıdır. Budur and içib yerinə yetirmədiyinizin kəffarəsi. Andlarınızı qoruyun. Allah ayələrini sizə bu tərzdə bəyan edir ki, bəlkə Ona minnətdar olasınız”.   

Allah insanları qərəzsiz və fikirləşmədən içdikləri anda görə cəzalandırmır. Belə andlara, insan onu içərkən dediyinin doğru olduğunu zənn etdiyi, amma sonra yanıldığını başa düşdüyü, andlar daxildir. Lakin Allah insanları düşünərəkdən və qəti niyyətlə verdikləri andlara görə cəzalandırır. Oxşar bir ayədə deyilir: “Allah sizi qərəzsiz içdiyiniz andlarınıza görə cəzalan­dırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır...” (Bəqərə, 2/225).
Əgər insan qəti niyyətlə içdiyi andını pozarsa, o, bunun kəffarəsi olaraq on nəfər kasıbı, adətən, ailəsini yedirtdiyi kimi, yedirtməli və ya on nəfər kasıbı onların namaz qılması üçün kafi olan geyimlə təmin etməli və yaxud bir dindar köləni azad etməlidir. İmanlı kölənin azad edilməsi Quranın digər bir ayəsində xatırlanır. Əgər andını pozan bu üç vacib əməldən birini edərsə, o, andını pozmağa görə cinayətinin əvəzini ödəmiş olur. Əgər o, bunu etmək imkanına malik olmazsa, onda ona üç gün ərzində oruc tutmaq əmr edilir. Təkcə bu yolla törədilmiş günahları təmizləmək və yumaq mümkündür.
Müsəlmanlar öz andlarına sadiq qalmalı, Allaha yalandan and içməkdən çəkin­məli, lazım olmadıqca sağa-sola and içməməli və verdiyi andları pozmamalıdır. Ancaq bir halda andı pozmağa yol verilir ki, edilən əməl faydalı olsun, çünki xeyirxah işlərin görülməsi  andların qorunması üçün ən yaxşı vasitədir. Bütün bunlar onu göstərir ki, içilən andlar müsəlmanlara saleh əməllər etməyə mane olmamalıdır.
Allah halalla haram arasında fərqi görməyə və dini hökmlərin mənasını aydınlaş­dırmağa imkan verən ayələrini belə izah edir. Allah insanlara əvvəl bilmədikləri şeyləri öyrədir və buna görə onlar Ona minnətdar olmalıdırlar. Onlar Allaha, onlara şəriət qanunlarını öyrədərkən və açıqlayarkən göstərdiyi lütfkarlığına görə həmd etməyə borcludurlar.

†WäQSTÿKV†H;TTWTÿ WÝÿY¡PVÖ@… Nv…éTSÞWÚ…ƒò †WÙPVTßXM… S£`ÙW<Ö@… S£Y©`~TWÙ<Ö@…Wè ñ‡†W±ßVK‚ô@…Wè SØHTVÖ`¦VK‚ô@…Wè c¨`–Y¤ óÝYQÚ XÔWÙWÆ XÝHTð¹`~TPV­Ö@… SâéS‰YÞWTT`–@†WTÊ óØRÑPVÕVÅVÖ WÜéS™YTÕpTÉSTŽ (90)  †WÙPVTßXM… SŸÿX£STÿ SÝHTð¹`~TPV­Ö@… ÜKV… WÄYTÎéSTÿ SØRÑWTÞ`~WTŠ WáWè.WŸWÅ<Ö@… ƒò:†TTWTµpTTçÅW‰<Ö@…Wè Á X£`ÙW<Ö@… X£Y©`~WÙ<Ö@…Wè `ØS{PVŸS±WTÿWè ÝWÆ X£<ÒY¢ JðY/@… XÝWÆWè $YáléTVÕJð±Ö@… `ÔWäWTÊ ØSßKV… WÜéSäWTÞTQSÚ (91)


 (5.90) “Ey iman gətirmişlər! Həqiqətən, çaxır, qumar, bütlər və fal oxları şeytanın əməllərindən olan rəzalətdir. Onlardan uzaq olun ki, bəlkə xilas olasınız”.
(5.91) “Doğrudan da, şeytan çaxırın və qumarın köməyi ilə aranızda düş­mənçilik, kin-küdurət yaymaq, sizi Allahdan və namazdan ayırmaq istəyir. Hələ də bunlardan əl çəkmə­yə­cək­siniz?”

Fövqəluca Allah bu yaramaz əməllərin qüsurlu olmasını ifşa edir və onları murdar və şeytan əməlləri adlandırır. İnsanlar uğur əldə etmək üçün onlardan uzaq qaçmalıdırlar. Çünki onlar Allahın qadağan etdiklərini törətməkdən əl çəkmədən ona nail ola bilmə­yəcəklər. Bu, ayədə xüsusilə xatırlanan mənfur əməllərə aiddir.
Onlardan birincisi – sərxoşedici içkilərdən istifadə edilmə­sidir. Bunlara insanı mühakimə yürütməkdən məhrum edən, onu kefləndirən və ya beynini dumanlandırıb məst edən hər hansı bir şey aid edilir. Onlardan ikincisi – qumar oyunlarıdır. Buraya aid olanlar – hər hansı mərc gəlmələr, tərəflərin öz üzərinə öhdəlik götürməsi ilə bağlı olan mübahisə və yarışlardır. Üçüncüsü isə, Allaha ibadət etmək əvəzinə, hər hansı bütlərə, heykəllərə sitayiş etməkdir, dördüncüsü – oxlarla fala baxmaqdır[4].
Allah bu əməlləri qadağan etmiş, qullarına onlardan çəkinməyi əmr etmiş, onların verdikləri zərər haqqında bildirmiş və insanların onlardan uzaq durmalı olduqlarını buyurmuşdur.
Birincisi, bu əməllər pis və natəmizdir. Onları sezib duymaq mümkün deyil, çünki onlar fiziki deyil, mənəvi cəhətdən çirkindir. Buna baxmayaraq, insanlar istənilən haramdan qaçınmalıdırlar ki, onunla murdarlanmasınlar.
İkincisi, onlar bəşəriyyətin qatı düşməni olan şeytanın əməllərinə xas olanlardır. Yaxşı məlumdur ki, düşmənlərin fitnə və əməllərindən ehtiyat edərək, xüsusilə, onlar öz əməlləri ilə insanı tələyə salmağa cəhd göstərdikdə, onlardan qorun­maq lazımdır. Belə bir tələnin məhvedici ola biləcəyinə görə, ağıllı insan özünün açıq düşməninin əməllərindən uzaq olmalı, qorunmalı və ehtiyat etməlidir.
Üçüncüsü, qul bu əməllərdən çəkinmədikcə, uğur qazana bilməz. Müvəffəqiyyət – arzu ediləni əldə etmək və xoşagəlməz şeydən xilas olmaqdır. Sadalanan bu dörd əməlin hər biri nailiyyətə doğru yolda maneədir.
Dördüncüsü, onlar insanlar arasında düşmənçilik və ədavət törədirlər və buna görə şeytan o əməllərin yayılması üçün əlindən gələn hər şeyi edir. Xüsusilə, bu, sərxoşedici içkilərin istifadə edilməsinə və qumar oyunlarına aiddir, çünki onlar hətta möminlər arasında da düşmənçilik və ədavət yaymağa qabildir.
Beşincisi, sərxoşedici içkilər insanı aydın mühakimə yürütməkdən məhrum edir və onda iman sahibi olan qardaşlarına qarşı nifrət oyadır, adətən, şərab içilən əlverişsiz hal­larda isə, iş gedib qətlə qədər çıxır. Qumar oyunları zamanı insanlar bir-birini qabaq­la­maq, başqasının malını, ona heç bir xidmət göstərmədən, əlinə keçirməyə can atır ki, bu da düşmənçiliyin və ədavətin baş verməsinə səbəb olan amillərə aiddir.
Altıncısı, bu əməllər üzündən insan qəlbi və bədəni ilə Allahı zikr etməkdən və namaz qılmaqdan uzaqlaşır. Halbuki, Allah qullarını Onu xatırlamaq və namaz qılmaq üçün xəlq etmişdir və sonuncular insanların səadətinin rəhnidir. Çaxır içmək və qumar oynamaq insanı hər şeydən daha güclü surətdə Allahı yada salmaqdan yayındırır və onu o dərəcədə aludə edir ki, insan nə qədər çox vaxt keçməsindən xəbərdar olmur.
İnsanı çirkaba salan və şeytanın əməllərinə aid olan günahlardan daha dəhşətli və daha yaramaz nə ola bilər ki, onu toruna ilişməyə və, heyvan öz çobanına tabe olduğu kimi, özünə itaət etməyə məcbur edir və insana uğur qazanmağa mane olur, möminlər arasında düşmənçilik və ədavət yaradır və onları Allahı xatırlamaqdan və namazdan uzaqlaşdırır?! Bunlardan ağır nəticələr verə bilən, ümumiyyətlə, daha nə ola bilər?!
Bunu nəzərə alaraq, Fövqəluca Allah dərrakəli insanlara bu günahları törətməyi qadağan edərək buyurmuşdur ki, onlardan özləri boyun qaçırsınlar. Bunun səbəbləri ondadır ki, əgər dərrakəli insan belə əməllərin pis nəticələri üzərində düşünərsə, heç kimdən öyüd-nəsihət və qəti xəbərdarlıqlar gözləmədən hökmən onlardan imtina edər.

N…éSÅ~TYºVK…Wè JðW/@… N…éSÅ~YºVK…Wè WÓéSªQW£Ö@… &N…èS¤W¡T`š@…Wè ÜXM†VÊ óØST`T~PVÖWéWTŽ Nv…éSÙVÕ`Æ@†WTÊ †WÙPVTßKV… uøVÕWÆ †WTÞYTÖéSªW¤ SçÄHTVÕW‰T<Ö@… SÜkX‰SÙ<Ö@… (92)

(5.92) “Həm Allaha, həm də Elçisinə itaət edin və özünüzü gözləyin! Lakin üz çevirsəniz, bilin ki, Elçimizə düşən təkcə açıq-aydın ayələrimizi təbliğ etməkdir”.

Allaha itaət Elçiyə (ona Allahın salavatı və salamı olsun!) itaətdən heç nə ilə fərqlənmir. Allaha itaət edən Elçiyə (ona Allahın salavatı və salamı olsun!) də itaət edir. Elçiyə (ona Allahın salavatı və salamı olsun!)  itaət edənlər isə əslində Allaha itaət etmiş olur. Bu o deməkdir ki, müsəlman Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmr etdikləri və dedikləri bütün işləri və sözləri qəlbi və bədəni ilə yerinə yetirməlidir. O, dinin, Allah və Onun məxluqları qarşısındakı vəzifələri ilə bağlı vacib (fərz) və nafilə (könüllü) hökmlərini yerinə yetirməli və Allahın, Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qadağan etdikləri hər şeydən uzaq durmalıdır.
Bütün dini hökmlərdən məhz bu hökm geniş mənaya malikdir. Çox asanlıqla əmin ola bilərik ki, bu hökm qəlb və bədənə aid nə kimi hökm və qadağalar varsa, özündə ehtiva edir.
Sonra Allah əmr edir ki, yaradılmışlar Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərməkdən çəkinsinlər, çünki itaətsizlik əsil bəladır və onun ardınca şübhəsiz bir ziyan gələcəkdir. Lakin əgər insanlar bu hökmləri və qadağaları qəbul etməsələr, bilməlidirlər ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onlara təkcə haqqı çatdırmaq əmr olunmuşdu və o, ona həvalə edilmiş vəzifəsini artıq yerinə yetirmişdir. Əgər onlar düz yolla getsələr, ancaq özləri üçün xeyirli olar və əgər günah etməyə başlasalar, təkcə özlərinə zərər vurarlar. Onlar Allahın Özü qarşısında cavab verməli olacaq, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə öz vəzifəsini artıq yerinə yetirmiş və onu layiqincə həyata keçirmişdir.

W¨`~VÖ øVÕWÆ fÛTÿY¡TPVÖ@… N…éSÞWÚ…ƒò N…éSTÕYÙWÆWè gŒHTTW™YÕHTJð±Ö@… c—†WTÞS– †WÙ~TYÊ vN…éTSÙYÅVº …V¢XM… †WÚ N…éWTÍPVTŽ@… N…éSÞWÚ…ƒòQWè N…éSTÕYÙWÆWè gŒHTW™YÕHTJð±Ö@… QWØR’ N…éWTÍPVTŽ@… N…éSÞWÚ…ƒòQWè QWØR’ N…éWTÍPVTŽ@… %N…éTSÞTW©pšKV…QWè SJðJðS/@…Wè JñˆY™STÿ WÜkYÞY©`™SÙ<Ö@… (93)

(5.93) “İman gətirmişlərə və xeyirxah işlər görmüşlərə, təqvalı olduqlarına, etiqad etdiklərinə və yaxşı əməllər işlət­diklərinə görə, əgər onlar bundan sonra yenə də təqvalı və imanlı qalmışlarsa və əgər onlar yenə də təqvalı olmuş və xeyirxahlıq etmişlərsə, onda onların (əvvəllər) nə yedikləri günah deyil. Axı Allah xeyirxahlıq edənləri sevir”.

Çaxırın və sərxoşedici içkilərin qəti qadağası nazil edil­dikdən və bu əməllə bağlı qorxunc xəbərdarlıqdan sonra, bəzi möminlər, İslamı qəbul edəndən sonra çaxır içən və o, qadağan olunana qədər vəfat edən qardaşlarının vəziyyətinin necə oldu­ğunu bilmək istəyirdilər. Allah onda bu ayəni nazil etdi və xəbər verdi ki, iman gətirmiş və xeyirxah əməllər işlətmiş möminlər haram edilənə qədər çaxır içdiklərinə və qumar oynadıqlarına görə sıxıntı çəkməyəcəklər.
Möminlərin əvvəllər yediklərinə görə günahları olmadığı haqqında xatırlatmanın həm sadalanan haram edilmiş ərzaq məhsullarına və həm də hər hansı digər qida maddələrinə aid olduğu üçün, Fövqəluca Allah bu ayənin mənasını dəqiqləşdirir və onu itaətsizlikdən qaçanlar və xeyirxah işlər görən və bu yoldan dönməyə qoymayan doğru əqidəyə malik olanlarla bağlayır. İnsanda bu keyfiyyətlərin özünü hərdən bir göstərməsi, onun günahlardan qaçmasına səbəb ola bilməz. O, ömrünün sonuna qədər belə qalmalı və daima yaxşılıqlar etməlidir, çünki Allah Yaradana səmimi ibadət edən və Onun qullarına kömək göstərən xeyirxah qullarını sevir.
Bu kəramətli ayə həmçinin qadağan olunması nazil edildikdən sonra haram ərzaq məhsulu yemiş və qadağan olunmuş işlər görmüş, lakin sonra günahını etiraf edərək Allah qarşısında tövbə etmiş, Ondan qorxmuş və yaxşı işlər görməyə başlamış insanlara da aid edilmişdir. Allah belə insanları bağışlayır və onları törətdikləri əməllərdən xilas edir.

†WäQSTÿKV†H;TTWTÿ WÝÿY¡PVÖ@… N…éSÞWÚ…ƒò SØS|PVTßWéSTÕ`‰W~TVÖ JðS/@… xòpøW­YTŠ WÝYQÚ YŸ`~Jð±Ö@… ,ISãSTÖ†WÞWTŽ óØRÑÿYŸ`TÿKV… óØRÑSš†WÚX¤Wè ðyVÕ`ÅW~YÖ JðS/@… ÝWÚ ISãSTʆWWTÿ &gˆ`T~WçÅ<Ö@†YTŠ XÝWÙWTÊ uüWŸWT`Æ@… WŸ`ÅWTŠ ðÐYÖ.V¢ ISãTVÕWTÊ }‡…W¡WÆ cØ~YÖVK… (94)


(5.94) “Ey iman gətirmişlər! Allah, Onu görmədən Ondan qorxanları (və ya insanlardan gizlicə), əlləri­nizin və nizələrinizin çata biləcəyi ov ilə hökmən sınaya­caqdır. Bundan sonra həddi aşanlara dəhşətli əzab hazırlanacaqdır”.

Allah qullarına mərhəmət göstərərək, Onun yazdığı qədərə və taleyə uyğun olaraq nə baş verəcəyi haqqında xəbər verir. O, bunu ona görə edir ki, qulları Ona itaət etsinlər və şüurlu surətdə davransınlar, həlak olanlar da bunu aydın başa düşsünlər və sağ qalanlar da öz qismətini tam bilərək yaşasınlar.
Allah möminlərə xəbər verir ki, onların imanını mütləq sınaqdan keçirəcək. Lakin O, Öz lütfkarlığı sayəsində bu sınağı asan etmişdir. Söhbət ovla bağlıdır. İnsanlar onu əllə tuta və ya öz nizələri ilə ovlaya bilərlər. Sınaq ancaq bu halda əhəmiyyət kəsb edir, çünki ov heyvanı insanın onu tuta bilməyəcəyi və ya silahla vura bilməyəcəyi uzaq məsafədə olsaydı, onda belə sınaq öz əhəmiyyətini itirərdi.
Sonra Allah bildirir ki, belə azdırma və sınaqlar Ona Öz qullarını elə ayırd etməyə imkan verir ki, onların həm özləri üçün bu aydın olsun və həm də qullarının bəzilərini mükafatlandırsın və bəzilərini də cəzalandırsın. Bunun sayəsində Allah ondan qorxanları və haram əməllər işlətmək imkanı olduğu halda onlardan çəkinənləri tanısın. Belə insanları Allah böyük səxavətlə mükafatlandırır. O, həm də təklikdə qalarkən öz Rəbbindən qorxmayan, sadəcə, özünü insanlar qarşısında Ondan qorxan kimi göstərənləri üzə çıxardır. Onlar məxluqlar qarşısında qorxduqlarına görə belə rəftar edirlər və heç bir mükafata layiq deyillər.

†äQSTÿKV†H;TTWTÿ WÝÿY¡PVÖ@… N…éSÞWÚ…ƒò ‚W N…éSTÕSpTÍWTŽ WŸ`~Jð±Ö@… óØSßKV…Wè &c×S£Sš ÝWÚWè ISãVÕWWTÎ ØRÑÞYÚ …_ŸQYÙWÅWTTQSÚ cò:…W¥W•WTÊ SÔpTT‘TYQÚ †WÚ WÔWWTÎ WÝYÚ gyWÅPVÞÖ@… SØRÑmï`mðš -YãYTŠ …WèV¢ xÓ`ŸWÆ óØRÑÞTQYÚ †?TWÿ`ŸWå WçÄTYÕHTWTŠ YàWTp‰ÅVÑ<Ö@… `èVK… báW£HTPVÉVÒ ñz†TWÅðº WÜkYÑHTW©WÚ `èVK… SÓ`ŸWÆ ðÐYÖ.V¢ †_Ú†W~g² ðËèS¡WT~TYPÖ WÓ†TWŠWè -%YâX£`ÚVK… †WÉWÆ JðS/@… †QWÙWÆ &ðÈVÕWª óÝWÚWè W †WÆ SØYÍWÞW~WTÊ JðS/@… %Sã`ÞTYÚ SJðJðS/@…Wè c¥ÿX¥WÆ èS¢ ]z†WÍYTß@… (95)

(5.95) “Ey iman gətirmişlər! Ehramda olarkən ovlanmasına yol verilən heyvanı öldürməyin. Əgər sizdən kimsə qəsdlə onu öldürərsə, kəffarəsi tələf etdiyi heyvana bərabər olmalıdır. Bu barədə (qurbanlıq heyvanın ovlanana bərabər olması haqqında) qərarı sizdən iki nəfər ədalətli kişi çıxarır və o qurbanlıq Kəbəyə çatdırılmalıdır və yaxud günahın yuyulması üçün kasıblar yedizdirilməli və ya bərabər miqdarda oruc tutulmalıdır ki, (günahkar) əməlinin ziyanını dada bilsin. Allah keçmiş günahları bağışlayır, lakin kimsə buna qayıdarsa, Allah ondan qisas alar. Allah Qüdrətlidir və Qisasalan­dır”.

Allah, həcc və ya ümrə ziyarəti zamanı ehramda olarkən ovlanmasına icazə verilmiş heyvanı öldürməyi haram etmişdir. Bu qadağan ovlanmasına yol verilən hey­van­ların öldürülməsinə səbəb olan istənilən əmələ şamil edilir və buna görə zəvvar ehramda olarkən ovda iştirak edə, onu nişan verə, göstərə və onun öldürülməsində yardımçı ola bil­məz. Bundan başqa, o, onun üçün tutulmuş və ya öldürülmüş ovu yeyə bilməz. Bir sözlə, ehramda olan müsəlmana, ehrama girənə qədər ovlanmasına yol verilən heyvanları öldürmək və ya ovlamaq qadağan edilir və bu qadağa bu əzəmətli mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğulayır.
Əgər zəvvar ov heyvanını qəsdlə öldürərsə, onda o, kəffarə ödəmək məqsədilə bir baş dəvə, inək və ya qoyun kəsməli və sonra onu qurbanlıq kimi paylamalıdır. Qurban kəsilən heyvan ovda öldürülənə oxşamalı və bu barədə hökm verənlər iki nəfər ədalətli, dini qanunları və heyvanların oxşarlığını ayırd edə bilən müsəlman olmalıdır.
Həm də bu məsələdə səhabələrin rəylərinə istinad olunmalıdır. Onlar müəyyən etmişlər ki, göyərçinin öldürülməsinə görə - qoyun, dəvəquşuna görə - dişi dəvə, vəhşi inəyin öldürülməsinə görə isə inək qurban kəsilməlidir. Beləliklə, hər öldürülən heyvan üçün ona bərabər qurban kəsilməlidir. Əgər öldürülən heyvanın heyvanlar arasında bənzəri yoxdursa, onda onun kəffarəsi kimi, onun dəyəri ianə edilir. Bu qayda məhv edilmiş istənilən mülkiyyətə aid edilir.
Əgər zəvvar bu günahını yumaq üçün qurban verməyə hazırlaşırsa, o, qurbanlıq heyvanı Məscidülharamda kəsməlidir. Öldürülmüş heyvanın oxşarı olan heyvanı qurban vermək əvəzinə kasıbları yedizdirməyə icazə verilir. İslam alimlərinin əksəriyyəti hesab edirdilər ki, qurban kəsilməli heyvanın növü müəyyənləşdirildikdən sonra, zəvvar onun dəyəri miqdarında ərzaq məhsulları almalı və hər bir kasıba əla növlü bir mudd buğda və ya başqa növ ərzaqdan yarım saa verməlidir. Bunun əvəzində, zəvvara, yedizdirməli olduğu hər kasıb üçün bir gün oruc tutmasına icazə verilir. Bu əvəzetməyə ona görə icazə verilir ki, insan törətdiyi əməlin nə dərəcədə ziyanlı olduğunu dərk edə bilsin.
Bu ayədə ovlanmasına icazə verilən heyvanın təkcə qəsdən öldürülməsi xatırlanır, hərçənd zəvvar heyvanı səhvən belə öldürərsə də, törətdiyi əməlin əvəzini ödəməlidir. Bu qayda, insanların toxunulmaz olan sağlamlığına və ya əmlakına zərər vuran şəxslərin hamısına şamil edilir. Əgər bir adam, heç bir haqqı olmadan şüurlu surətdə bir başqasını şikəst edərsə və ya onun malını məhv edərsə, o, törətdiyi əmələ görə məsuliyyət daşıyır və buna görə Allah belə hallar üçün müvafiq cəza və əvəz müəyyənləşdirmişdir. Əgər insan bu əməli qəsdlə etməmişdirsə, onda o, ancaq etdiyinin əvəzini verir, cəza isə almır. İslam alimlərinin əksəriyyəti bu rəyi dəstəkləyirlər. Buna baxmayaraq, bu ayənin aydın mənasına istinad edən ən səhih rəyə görə, ovlanmasına yol verilən heyvanın qərəzsiz öldürülməsi günah deyil və ona görə zəvvardan günah yuyan əməllər yerinə yetirməsi tələb olunmur.

QWÔYšKR… óØRÑVÖ SŸ`~f² X£p™W‰<Ö@… ISãSÚ†WÅVºWè †_TÅHTWTWÚ óØRÑPVÖ $YáW¤†QW~UfTT©ÕYÖWè W×QX£SšWè óØRÑ`~VÕWÆ SŸ`~f² QX¤Wi<Ö@… †WÚ `yST`ÚS  %†_TÚS£Sš N…éSÍPVTŽ@…Wè JðW/@… vüY¡PVÖ@… Yã`~VÖMX… fûèS£W­ímñ`š (96)

(5.96) “Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna topla­nacağınız Allahdan qorxun!”

Ovlanan heyvanlara həm quruda və həm də dənizdə yaşayan heyvanların aid olduğunu nəzərə alaraq, Fövqəluca Allah ovlanan dəniz heyvanlarını istisna edir və ehramda olarkən onları ovlamağa icazə verir. Ovlanan dəniz heyvanları adı altında diri dəniz hey­vanları, dəniz qidası adı altında isə dənizin ölü məskunları nəzərdə tutulur. Bu o deməkdir ki, dəniz cəmdəkləri (leşləri) ilə qidalanmaq olar. Allah bu nemətlərlə qidalanmağı insanlara ona görə icazə verir ki, onlar öz həmkarları ilə birlikdə bundan faydalana bilsinlər. Lakin onlara quru ərazidə ehramda olduqları müddət ərzində ov etmək qadağan olunmuşdur.
Ərəb sözü olan “seyd”-i (“ov qəniməti”) leksik baxımdan təhlil edərkən nəzərə almaq lazımdır ki, burada söhbət ancaq vəhşi heyvanlardan gedir, çünki ev heyvanlarını ovlamırlar. Bunlar, ətinin yeyilməsinə icazə verilmiş heyvanlar olmalıdır, çünki ətinin yeyilməsi haram edilmiş heyvanları ov heyvanı adlandırmaq olmaz.
Bunu izah etdikdən sonra Allah insanlara əmr edir ki, dini hökmləri yerinə yetirərkən və Onun qadağalarını pozmaqdan çəkinərək, Ondan qorxsunlar. İnsanlara bunu başa düşməyə, onların Onun hüzurunda toplanacaqları xəbəri kömək göstərə bilər və o zaman O, Allahdan qorxan təqvalıları hədiyyələrlə mükafatlandıracaq və belə olmayanları isə cəzaya layiq görəcəkdir.

! WÔWÅW– JðS/@… WàW‰<ÅVÑ<Ö@… ðŒ`~W‰<Ö@… W×…W£W™<Ö@… †_ÙHTW~YTÎ X§†QWÞÕYPÖ W£`äJð­Ö@…Wè W×…W£W™<Ö@… ð÷`ŸWä<Ö@…Wè &WŸXMù;HTTTVÕWÍ<Ö@…Wè ðÐYÖ.V¢ vN…éSÙVÕTT`ÅWYTÖ QWÜKV… JðW/@… SØVÕ`ÅWTÿ †WÚ Á g‹.WéHTTWÙUfTT©Ö@… †WÚWè Á X³`¤KKV‚ô@… QWÜKV…Wè JðW/@… PXÔRÑYTŠ xòpøW® }y~YÕWÆ (97)

(5.97) “Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!”

Fövqəluca Allah xəbər verir ki, Beytülhəram insanlar üçün istinadgahdır, çünki ona eh­ti­ram göstərməklə onlar öz ruhani və dünyəvi əmin-amanlığının qayğısına qalırlar, İslama olan bağlılıqlarını kamilləşdirir və günahlarının yükündən xilas olurlar. Beytülharama ziyarətə gedərək insanlar çoxlu mükafata və böyük nemətlərə nail olur, öz mallarını qurban verir və böyük çətinliklərin üstündən adlayıb keçirlər. Müxtəlif millətlərdən olan müsəlmanlar ən geniş yollarla axın kimi oraya axışıb gəlir, bir-biriləri ilə tanış olur, bir-birilərinə kömək edir, birlikdə ümumi problemləri müzakirə edir və onlara dini və dünyəvi işlərində faydalı olan möhkəm əlaqələr yaradır. Fövqəluca Allah buyurur: “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər)...” (Həcc, 22/28).
Kəbənin insanlar üçün istinadgah olmasına görə bəzi alimlər hesab edirdilər ki, hər il həccə getmək bütün müsəlman milləti üçün məcburi hökmdür və əgər müsəlmanlardan heç kim həccə getməsə, buna görə ziyarətə getməyə imkanı olan hər bir kəsin üstünə günah düşəcəkdir. Bundan başqa, əgər müsəlmanlardan heç kim həccə getməsə, onda onlar öz istinadgahından məhrum olarlar və belə olduqda, Qiyamət günü başlayar.
Qurbanlıq heyvanlar və ən layiqli qurban sayılan boyunbağı taxılmış heyvanlar da həmçinin insanların istinad edəcəkləri vasitələrdəndir, çünki o heyvanlar onlara böyük fayda və nəhəng mükafatlar gətirəcək. Allah bu hökmləri ona görə vermişdir ki, onlar yerdə və göydə olan hər şeyin Ona məlum olduğunu başa düşsünlər. O, Müqəddəs məscidi Öz qullarının xeyri üçün yaratmışdır. Axı, Ona məlum idi ki, o, onlara dini və dünyəvi işlərində fayda gətirəcəkdir.

Nv…éSÙVÕTT`Æ@… UfûK… JðW/@… SŸÿYŸWT® g‡†WÍYÅ<Ö@… QWÜKV…Wè JðW/@… c¤éSÉWTçÆ cy~YšQW¤ (98)


(5.98) “Bilin ki, Allahın əzabı şiddətlidir və Allah Bağışlayandır, Rəhmedəndir!”

Bu iki həqiqət haqqında biliklər qəlbinizi tərk etməməlidir və siz onlara qəti əmin olma­lısınız. Siz bilməlisiniz ki, Allah itaətsizlik göstərənləri həm bu dünyada və həm də Axirətdə ağır cəzaya düçar edə bilər. Bununla yanaşı, O, tövbə edib, Ona tabe olan hər kəsi ba­ğışlaya və əfv edə bilər. Bu bilik sizə Allahın verəcəyi cəzadan qorxmağa və Onun bağışlayacağı və müka­fatlandıra­cağına ümid bəsləməyə kömək edər və belə olduqda, siz həmişə  bu iki sifətə uyğun olaraq rəftar edərsiniz.

†QWÚ øVÕWÆ XÓéSªQW£Ö@… ‚PVMX… %SçÄHTVÕW‰T<Ö@… SJðJðS/@…Wè SØVÕ`ÅWTÿ †WÚ WÜèSŸ`‰TSTŽ †WÚWè WÜéSÙST`|WTŽ (99)

 (5.99) “Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq (Allahın əmrlərini insanlara) təbliğ etməkdir. Allah üzə çıxartdıqlarınızı və gizlətdiklərinizi (hamısını) bilir!”

Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yeganə vəzifəsi vəhyi insanlara çatdırmaqdı və o (ona Allahın salavatı və salamı olsun!), bu vəzifəni, ona tapşırıldığı kimi yerinə yetirdi. Əlbəttə ki, Kainatda baş verənlər onun (ona Allahın salavatı və salamı olsun!) sərəncamında deyildi və bunun əvəzində Allah qullarının nəyi aşkar etdikləri və nəyi gizlətdikləri haqqında hər şeyi bilirdi. Allah Öz biliyinə uyğun olaraq, onların hər birinə, layiq olduqlarının əvəzini verəcəkdir.

ÔSTÎ ‚PV ÷XéWp©WTÿ ñg~‰W<Ö@… ñˆQX~Jð¹Ö@…Wè `éVÖWè ðÐW‰W•`ÆVK… SáW£pTT‘VÒ &gg~‰W<Ö@… N…éSÍPVTŽ@†WTÊ JðW/@… øYTÖOèKR†;HTTWTÿ gˆHTW‰T<ÖKKV‚ô@… óØRÑPVÕWÅVÖ fûéS™YpÕÉSTŽ (100)
(5.100) “(Ey Elçim!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşu­na gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız”.

Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) tapşırır ki, insanları pisliklərdən çəkindirsin, onları xeyirxah işlər görməyə ruhlandırsın və onlara izah etsin ki, murdar şeylərlə halal olanlar heç vaxt bir-biri ilə bərabər tutula bilməzlər. İman heç vaxt kafirliklə, itaət üsyankarlıqla, Cənnət sakinləri Cəhənnəmdə əzab çəkənlərlə, murdar əməllər saleh əməllərlə və haram yollarla mal-mülk əldə edənlərlə halal zəhmətlə qazanılmış əmlakla müqayisə oluna  bilməz. Əgər hətta murdar şeylərin çoxluğu insanı heyran qoysa belə, o ona heç bir fayda verməz, əksinə, onun dindarlığına və maddi rifahına ziyan vurar.
Sonra Allah ağıl sahiblərinə əmr edir ki, təqvalılığa etiqad etsinlər. Fövqəluca Allah sağlam mühakimə yürütmək qabiliyyəti və doğru baxışları olanlara layiq olduqlarına görə müraciət edir ki, onlara xüsusi diqqət yetirilsin, çünki onlar xeyirxah təşəbbüslər üçün yarıyırlar. Allah xəbər verir ki, insanların uğur qazanması onların Allahdan nə dərəcədə qorxmalarından asılıdır. Bunun mahiyyəti – insanın hansı səviyyədə öz Rəbbinin hökm­lərinə və haramlarına layiqincə riayət etməsindən ibarətdir. Təqvalı olmağa etiqad edən hökmən uğur əldə edəcək, kim isə ondan boyun qaçırsa, ziyana düşəcək və böyük mənfəətdən məhrum olacaqdır.

†WäQSTÿKV†H;TTWTÿ fÛTÿY¡PVÖ@… N…éSÞWÚ…ƒò ‚W N…éSTÕLWTTó©WTŽ óÝWÆ ƒò:†TW~TT`®VK… ÜMX… WŸ`T‰STŽ óØRÑVÖ óØS{`ëTS©WTŽ ÜMX…Wè N…éSTÕLWTTó©WTŽ †Wä`ÞTWÆ WÜkYš SÓQW¥WÞSTÿ SÜ…ƒòó£SÍ<Ö@… WŸ`T‰SŽ óØRÑTVÖ †WÉWÆ JðS/@… %†Wä`TÞWÆ SJðJðS/@…Wè e¤éSÉWTçÆ cy~YÕWš (101)
(5.101) “Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bən­də­lə­rinə əzab verməkdə tələsən deyildir!)”.

Allah Öz iman gətirmiş qullarına, onlara yenicə məlum olan və qanlarını qaral­da­caq və narahat edəcək şeylər haqqında soruşmağı qadağan edir. Bu, Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun!) öz valideynləri və onların Cənnət bağlarında və ya Cəhənnəmdə yeri haqqında soruşan bəzi səhabələrin suallarına aid idi və halbuki bu barədə əldə edəcəkləri biliklər onlara yaxşı bir şey vəd etmirdi. Bu həmçinin qeyri-adi hadisələr haqqında verilən sualla­ra və ya soruşulması ardınca ağır hökmlər nazil edilməsinə səbəb ola biləcək və hətta müsəlmanları çətin vəziyyətə sala biləcək və yaxud da tamamilə faydasız suallara aiddi.
Allah bu barədə sual verməyi qadağan etdi. Ardınca belə arzuolunmaz nəticələrə səbəb olmayacaq suallara gəldikdə isə, müsəlmanlara belə sualları vermək əmr olunurdu, çünki Fövqəluca Allah bununla əlaqədar buyurur: “...Bilmirsinizsə, Zikr sahiblərindən soruşun” (Nəhl, 16/43).
Allah bildirir ki, səhabələr Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əlverişli vaxtda – Quran nazil edilən zaman aydın olmayan və başa düşül­mə­yən ayələrlə əlaqədar sual ver­səydilər, yəni, vəhyin göydən nazil edilməsi hələ mümkün olduğu bir şəraitdə sual ver­­səydilər, onda onlar izahat alar və həqiqəti öyrənə bilərdilər. Lakin səhabələr bunu etmədik­ləri halda, digər müsəlmanların hamısı, Allahın üstündən keçdiyi məsələləri müzakirə etməkdən çəkinməlidirlər.
O, Öz qullarına bu aydın olmayan məsələlərlə bağlı olan şeyləri bağışladı və elə onların əmin-amanlığı xatirinə bu mətləbin üstündən keçdi. O, onlara iltifat göstərərək, Vəhydə haqqında heç nə deyilməmiş hər şeyi etməyə imkan verdi. Bağışlama, səbirlilik və mərhəmət Onun ayrılmaz sifətləridir və insanlar Onun bağışlamasına can atmalı, Onun mərhəməti və lütfkarlığına sığınma­lıdırlar.
`ŸTWTÎ †WäVÖVK†Wª c×óéTWTÎ ÝYQÚ óØS|YÕ`T‰WTÎ JðyST’ N…éS™W‰p²VK… †WäYTŠ fÛTÿX£TYÉHTVÒ (102)

(5.102) “Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu”.  

Sizdən əvvəl insanlar müsəlmanlara verilməsi qadağan edilmiş suallar vermişdilər. Onlar bunu,  həqiqəti bilmək istəmədikləri halda, öz inadcıllıqlarına görə etmişdilər. Onlar verdikləri suallara cavab aldılar, amma sonra kafir oldular. Bir səhih hədisdə rəvayət edilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Sizə qadağan etdiyimdən çəkinin, sizə əmr etdiklərimi isə öz imkanınız daxilində yerinə yetirin, çünki sizdən əvvəlkiləri çox sual vermək və öz peyğəmbərlərinə etiraz etmək məhv etdi”.

†WÚ WÔWÅW– JðS/@… ?ÝYÚ xáW¤kmîYðš ‚WWè xàW‰MXTú:†Wª ‚WWè xàTVÕ~g²Wè ‚WWè *xz†Wš QWÝYÑHTVÖWè ðÝÿY¡PVÖ@… N…èS£WÉVÒ WÜèS£WpTÉWTÿ øVÕWÆ JðY/@… $ð‡Y¡W|<Ö@… óØSåS£WT‘T`{KV…Wè ‚W WÜéSTÕYÍ`ÅWTÿ (103)

(5.103) “Bəhirə, saibə, vəsilə və hamı (onların) heç birisini Allah (sizin üçün mü­əyyən edib) qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydu­rurlar. Onların (kafirlərə uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) dərk etmirlər”.

Allah, Onun iradəsinin əleyhinə olaraq dini qanunlar uyduran və Onun halal etdiyindən bəzi şeyləri qadağan edən müşrikləri qınayır. Onlar öz nöqsanlı baxışlarına istinad edərək özləri özlərinə bəzi heyvanlardan istifadə etməyə qadağa qoymuşdular və onlar üçün xüsusi adlar tapmışdılar ki, bu, Allahın nazil etdiklərinə tamamilə zidd idi. Məhz buna görə O buyurur ki, bəhirə, saibə, vəsilə və ham barədə heç bir hökm çıxarmamışdır. 
“Bəhirə” dişi dəvə idi və müşriklər onu müqəddəs hesab edirdilər. Onlar onun qulağını yarıb ona minməyi, onunla yük daşımağı qadağan etmişdilər. Müəyyən yaşa çatan dişi dəvəni, inəyi və ya qoyunları “saibə” adlandırır və onları müqəddəs sayırdılar. Müşriklər onlara minmir, onlarla yük daşımır və ətlərini yemirdilər. Həmçinin müşriklər mallarından nəzir etdiklərini  nəzarətsiz buraxaraq ona da “vəsilə” adı qoyurdular. Müşriklər “ham” deyə adlandırdıqları dəvəni onlara məlum səbəblərə görə minilməkdən və yük daşıdılmaqdan qoruyurdular.
Müşriklər bu qadağaları əllərində heç bir sübut və dəlilləri olmadan qoymuşdular. Onlar Allaha böhtan atırdılar və bunun səbəbi də onların nadanlığı və düşüncəsizliyiydi. Buna görə də Allah buyurur ki, onların əksəriyyəti dərrakəsiz adamlarıydılar. Onlar müqəddəs mətnlərə və ağıllı dəlillərə istinad etmir və cahillik və ədalətsizlik üzərində qurduqları öz baxışları ilə azdırılırdılar.

…V¢XM…Wè WÔ~YÎ `ySäVÖ N…óéVÖ†WÅWTŽ uøVÖXM… :†WÚ WÓW¥ßKV… JðS/@… øVÖMX…Wè XÓéSªQW£Ö@… N…éSTÖ†WTÎ †WTÞST‰ó©Wš †WÚ †WTß`ŸW–Wè Yã`~VÕWÆ &:†WT߃ò:†WŠ…ƒò óéVÖWèVK… W܆VÒ óØSåSê:†TŠ…ƒò ‚W WÜéSÙVÕ`ÅWTÿ †_TLTTT`~TW® ‚WWè WÜèSŸWpTäWTÿ (104)
 (5.104) “Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – de­yil­di­yi zaman: “Atalarımızın getdiyi yol bizə yetər” – deyə, cavab verirlər. Bəs ata­ları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!”

Müşriklərə Allahın nazil etdiyinə və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) tərəf gəlmələrini təklif etdikdə, onlar boyun qaçırır və “Ata-babalarımızın etiqad etdiyi din, o hətta doğru olmasa da və Allahın cəzasından qurtulmağa kömək etməsə də, bizə bəsdir” sözləri ilə üz döndə­rir­dilər. Əgər onların ata-babaları ağıllı və elm sahibləri olsaydılar, onda onların bu dedikləri daha az təhlükəli olardı, lakin onların ata-babaları elmə malik olmayan düz yolla getməyən ağılsız axmaqlardılar.
Vay o şəxsin halına ki, doğru biliklərdən məhrum və sağlam düşüncəyə malik olmayan insanlara kor-koranə tabe olur! Vay o şəxsin halına ki, Allahın nazil etdiyini rəhbər tutmaqdan və Allahın elçilərinin yolu ilə getməkdən boyun qaçırır, halbuki məhz bu yol insanın qəlbini biliklə, imanla, düzlüklə və etiqadla doldurur.

†WäQSTÿKV†H;TTWTÿ WÝÿY¡PVÖ@… N…éSÞTWÚ…ƒò óØRÑ`~VÕWÆ $óØRÑW©SÉßKV… ‚W ØS{QS£ñµWTÿ ÝQWÚ QWÔTW¶ …V¢XM… &`yTS`TÿWŸWT`å@… øVÖXM… JðY/@… óØRÑSÅY–ó£WÚ †_TÅ~YÙW– ØRÑSLùgTQ‰WTÞS~WTÊ †WÙYTŠ óØSÞRÒ WÜéSTÕWÙ`ÅWTŽ (105)
 (5.105) “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!”

Allah möminlərə səhvlərini düzəltməyə can atmalarını əmr edir ki, kamilliyə nail olsunlar və doğru yolla sədaqətlə getsinlər. Əgər onlar islah olsalar və möminliyə ucalsalar, onda doğru yoldan çıxan və haqq dinə etiqad etməkdən boyun qaçıran azmışlar artıq bir daha onlara zərər vura bilməzlər, ancaq özlərinə ziyan edərlər. 
Bu o demək deyil ki, qul ətrafındakıları yaxşı işlər görməyə və pis əməllərdən çəkindirməyə çağırmaqdan boyun qaçırarsa, özünə zərər vurmaz, çünki insan bütün zəruri hallarda belə davranmayınca, doğru yola tam gələ bilməz. Əgər o, insanları qına­nılan əməllərdən əli və ya dili ilə çəkindirməyi bacarmırsa, onda o, onları itaətsizliklərinə ürəyində məzəmmət etməlidir və ancaq belə olduğu halda, ətrafdakıların yolunu azması ona zərər verməz. Qiyamət günü başladıqda isə bütün məxluqlar Fövqəluca Allahın hüzurunda toplanacaq və O, onlara etdikləri bütün yaxşı və pis əməlləri haqqında xəbər verəcəkdir.

†WäQSTÿKV†H;TTWTÿ WÝÿY¡PVÖ@… N…éSÞWÚ…ƒò SáWŸTHTWäW® óØRÑYÞ`T~WTŠ …V¢XM… W£WµWš SØS{WŸWšKV… ñ‹óéWÙ<Ö@… WÜkYš YàQW~g²Wé<Ö@… g܆TWTpÞT’@… …WèV¢ xÓ`ŸWÆ óØRÑÞTQYÚ `èVK… gÜ…W£Wž…ƒò óÝYÚ óØRÒX¤`kTWçÆ óÜMX… `ySßKV… óØST`TŠW£W¶ Á X³`¤KKV‚ô@… ØRÑ`TW‰HTW²VK†WTÊ SàTTW‰~g±SQÚ &g‹óéWÙ<Ö@… †WÙSäWTßéS©X‰ím`ðš ?ÝYÚ YŸ`ÅWTŠ YáléVÕJð±Ö@… g܆WÙY©pTÍS~WTÊ YJð/@†YTŠ XÜMX… `yST`‰TWTŽ`¤@… ‚W ÷X£WpT­WTß -YãYTŠ †_TÞWÙWT’ óéVÖWè W܆VÒ …V¢ *uøWTŠó£STÎ ‚WWè ñySTT`|WTß WáWŸTHTWäW® JðY/@… :†TPVßXM… …^¢XM… WÝYÙPVÖ WÜkYÙYT’›‚@… (106)

 (5.106) “Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub saxlayın və onları: “Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət ver­mə­rik) və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq”, - deyə Allaha and içdirin!”

Fövqəluca Allah hekayət formasında iki şahidin iştirakı ilə vəsiyyət edilməsinə hökm verir. İnsan ölümünün yaxınlaşdığını hiss edir və onun əlamətlərini görürsə, onda o, iki nəfər etibara layiq müsəlmanı şahid çağırmaqla vəsiyyətini yazmalıdır. Zəruriyyət yarandıqda və müsəlmanlar olmadıqda, iki nəfər yəhudinin, xristianın və yaxud digər din tərəfdarlarının şahidliyi ilə razılaşmaq mümkündür.
Fövqəluca Allah, ölüm insanı hətta səfər zamanı yaxaladıqda da vəsiyyət üçün insanları çağırmağı əmr etmişdir. Bu o deməkdir ki, belə şəraitdə onların şahidliyi qəbul edilmə­lidir. Onların şahidliyinin doğruluğuna əmin olmaqdan ötrü onları, insanların ehtiram göstərdikləri proses olan namazdan sonra saxlamalıdırlar ki, onlar şahidliklərinin doğru olması, təhrif edilməməsi və dəyişilməməsi barədə Allaha and içsinlər. İnsanlar şahidlərə şübhə etdikdə onlar bunu etməlidirlər. Əgər onlara inanırlarsa, and içməyə ehtiyac qalmır. And içərkən onlar deməlidirlər: “Biz yalan danışmırıq və andımıza görə dünyəvi mənfəə­ti satın almırıq və hətta bu bizim öz qohumumuza aid olsa belə, biz öz qohumu­muzun maraqlarını güdmərik. Biz öz şahidliyimizi Allah qarşısında gizlətmirik. Əksinə, biz eşitdiklərimizi olduğu kimi çatdırırıq. Əgər biz onu gizlətsək - əsil günahkarlarıq”.

óÜXM†WTÊ W£Y‘SÆ uvøVÕWÆ †WÙSäPVTßKV… :†TPVÍW™WTóª@… †_TÙ`T’MX… gÜ…W£Wž†LWTTWTÊ g܆WÚéSÍWTÿ †WÙSäWÚ†WÍWÚ WÝYÚ WÝÿY¡PVÖ@… VPÌW™WTóª@… SØXä`~VÕWÆ XÝHTWT~VÖ`èVK‚ô@… g܆WÙY©pTÍS~WTÊ YJð/@†YTŠ :†TWTÞSŽWŸHTWäW­VÖ SQÌWšKV… ÝYÚ †WÙXäYTŽWŸHTWäW® †WÚWè :†TWTÞ`TÿWŸWTT`Æ@… :†TPVßXM… …^¢XM… WÝYÙPVÖ WÜkYÙYÕHTJðÀ¹Ö@… (107)  ðÐYÖ.V¢ uvøWTß` KV… ÜKV… N…éSTŽ<K†WTÿ YáWŸHTWäPV­Ö@†YTŠ uøVÕWÆ :†TWäXä`–Wè `èVK… Nv…éSTʆWWTÿ ÜKV… PV W£STŽ =SÝHTWÙ`TÿVK… WŸ`ÅWTŠ %óØXäYÞHTWÙ`TÿVK… N…éSÍPVTŽ@…Wè JðW/@… %N…éSÅWÙóª@…Wè SJðJðS/@…Wè ‚W ÷YŸ`äWTÿ W×óéWÍ<Ö@… WÜkYÍY©HTWÉT<Ö@… (108)
 (5.107) “Əgər onların (bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə) günah qazandıqları bəlli olsa, o zaman onların yerini (həmin şahidlər tərəfindən) haqsızlığa məruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası almağa daha layiq) olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq”,- deyə Allaha and içərlər”.
(5.108) “Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermə­ləri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!”

Əgər dolayı sübutlar hər iki şahidin yalan danışdıqlarını və onlara bəslənən etibara xəyanət etdiklərini göstərərsə, onda mərhumun varislərindən olan iki nəfər ən yaxın qohumlarından olan kişi Allaha and içməli və deməlidirlər: “Bizim şahidliyimiz onların şahidliyindən etibarlıdır, çünki onlar yalan danışdılar, vəsiyyəti təhrif etdilər və onlara göstərilən etibara xəyanət etdilər. Əgər biz də ədalətsizcəsinə rəftar etsək haram edilmiş hədləri aşmış olar və yalançı şahidlik edər və əsil zalımlardan olarıq”.
Bu şahidliyin mahiyyətini, onun təsdiq olunmasını və şahidlərin yalanı aşkar edildiyi təqdirdə mərhumun qohumları tərəfindən onun təkzib edilməsinin mümkünlü­yünü açıqlayaraq, Fövqəluca Allah buyurur ki, belə hallar şahidləri həqiqəti söyləməyə sövq edir. Əks halda onların andları mərhumun varisləri tərəfindən qəbul olunmaya və təkzib edilə bilər. Allah haqq Təlimi dinləmək və göstərdiyi səmt ilə getmək istəməyən fasiqləri doğru yola yönəltmir.
Bütün bu deyilənlərdən aydın olur ki, əgər ölüm insanı səfər zamanı və ya digər oxşar hallarda, yəni yanında iki şahid və ya etibar ediləsi insanlar olmadıqda haqlayarsa, onda o, iki ədalətli müsəlmanın iştirakı ilə vəsiyyət edir. Ancaq o təkcə iki nəfər kafir şahid tapa bildikdə, ona onların iştirakı ilə vəsiyyət etməyə icazə verilir. Lakin onlar kafir olduqlarına görə mərhumun varisləri onların doğruçuluğuna şübhə edə bilərlər və belə olduqda, şahidlər namazdan sonra onlara göstərilən etibara xəyanət etmədiklərinə, yalan söyləmədiklərinə, vəsiyyəti dəyişmədiklərinə və təhrif etmədiklərinə görə and içməli­dir­lər. Bu andla şahidlər istənilən şübhəni özlərindən uzaqlaşdıra bilərlər. Lakin əgər mər­humun qohumları onlara inanmasalar, çünki dolayı sübutlar yalan şahidlik etdiklərinə işarə edəcək, onda mərhumun varislərindən iki nəfər istəyərsə, onların şahidliyinin əvvəlkilərin şahidliyindən daha doğru olacağına və əvvəlki şahidlərin xəyanət etdikləri və yalan danışdıqlarına Allah qarşısında and içə bilərlər. Bu halda onların iddiası təmin edilməlidir.
Bu kəramətli ayələr Təmim əd-Dari və Adiy b. Bəddanın başına gəlmiş və əl-Ədə­vinin vəsiyyətinin onlara çatdırılmasına dair məşhur əhvalatla əlaqədar nazil edilmişdi, amma bu barədə ən yaxşısını bilən Allahdır. Bu kəramətli ayələrdə gəldikdə isə onlardan bir sıra hökmlər çıxartmaq olar.
1. Vəsiyyətnamənin tərtib edilməsi şəriətlə qanuniləşdi­rilmişdir və ölüm ayağında olan şəxs bunu yerinə yetirməlidir.
2. İnsanın ölüm ayağında belə, şüuru özündə olduğu halda, tərtib etdiyi vəsiyyət­namə hüquqi qüvvəyə malikdir.
3. Vəsiyyətnamənin təsdiq olunması üçün iki ədalətli kişinin iştirakı zəruridir.
4. Ölüm ayağında və digər hallarda vəsiyyətnamənin şahidləri, son zəruriyyət kimi, kafirlərdən də ola bilər. İmam Əhməd bu rəyin tərəfdarıdır. Bir çoxları isə güman edirdilər ki, bu hökm ləğv edilmişdir, lakin onların iddiaları əsassızdır.
5. Buradan aydın olur ki, digər məsələlər üzrə də, əgər başqa şahidlər yoxdursa, kafirlərin şahidliyi qəbul oluna bilər. Bu rəyin tərəfdarı şeyxülislam İbn Teymiyyədir.
6. Müsəlmana, onun üçün təhlükəli olmadıqda, kafirlə səfərə çıxmağa icazə verilir.
7. Şəriət ticarət səfərinə çıxmağa icazə verir.
8. Varislər şahidlərin doğruçuluğuna şübhələndikdə, lakin onları yalançılıqda gün­ahlandırmağa əllərində sübut olmadıqda, şahidləri namazdan sonra saxlayaraq, Fövqəluca Allahın xatırlatdığı kimi, onlardan and içmələrini tələb edə bilərlər.
9. Əgər onlar şahidlərin nə yalan danışdığına, nə də doğruçuluğuna şübhə etmirlərsə, onda şahidləri namazdan sonra saxlamağa və onlardan şəhadətlərini andla təsdiq etməyi tələb etməyə ehtiyac yoxdur.
10. Şahidlik edilməsi mühüm əməldir, çünki Allah onu Özünə aid etmişdir. Bu isə o deməkdir ki, insanlar etdikləri şahidliyə diqqətlə yanaşmalı və şəhadət verdikdə ədalətli olmağa riayət etməlidirlər.
11. Əgər şahidlərin doğruçuluğuna şübhə etmək mümkün­dürsə, onda sözlərinin doğru və ya yalan olduğunu aşkar etmək üçün onları sınamağa və istintaq yolu ilə dindirməyə də icazə verilir.
12. Sübutlar vasitəçilərin[5] yalançılığına işarə etdikdə, mər­humun iki ən yaxın qohumu Allaha and içməlidirlər ki, onların şahidliyi daha doğrudur və əvvəlki şahidlər onlara göstərilən etibara xəyanət etmiş və yalan danışmışlar. Sonra isə onlar iddia etdiklərini ala bilərlər və onların dediklərinin andları ilə təsdiq etdikləri dolayı dəlilləri, bu halda birbaşa sübutlar rolunu oynayır.



[1] Kursiv mənimdir. F.S.
[2] Yəni, şəriət üzrə. F.S.
[3] Ayənin fərqli tərcüməsi mənimdir. Z.B. və V. M. tərcüməsi belədir: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”(?). Ayənin son, kursivlə verilən hissəsi namazın huşu ilə qılınması tələbinə uyğun olmadığı üçün, anlaşılmazdır. Ayənin əslində belə bir söz və ya söz birləşməsi yoxdur. Təfsirin mətnindən də aydın  olur ki, ayədə “rüku halında  zəkat vermək” ifadəsi ilə bağlı şərhə yer verilməmişdir. F.S.
[4] Buraya həmçinin hər hansı əşyaların vasitəsi ilə fala baxmağı da aid etmək olar. F.S.
[5] Burada mərhumun ölüm ayağında vəsiyyətnaməsini təsdiq edən şahidlər nəzərdə tutulur. F.S.

1 комментарий:

  1. Bu parçanı bloqa qoyarkən, anlaya bilmədiyim səbəb üzündən ərəb şriftləri mətndə olan formada düşmədi. Düşünürəm ki, əsas mətnlə qane olmaq bəs edər.

    ОтветитьУдалить