воскресенье, 10 июля 2011 г.

Ə. Səədi. QURAN TƏFSİRİ, c. 1, 14-cü parça



     \_                           
 “ALİ-İMRAN”
(“İMRANIN AİLƏSİ”)
SURƏSİNİN TƏFSİRİ
          
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

   
 (1) “Əlif. Ləm. Mim”.

Bu hərflərin mənası Allahdan başqa heç kimə məlum deyil.
                               

(2) “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur”.
                          

(3) “O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqlə­məsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi – ”
                                      

(4) “daha əvvəl insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir”.

Uca Allah ən kamil həyat sürən Canlı olaraq müstəqil sürətdə Öz həyatını və bütün məxluqların varlığını təmin edir. O, onların dini və dün­yəvi işlərini idarə edir və Öz qədərini həyata keçirir. O, Öz Peyğəmbərinə (s.ə.s.) mütləq həqiqəti əks etdirən Kitab nazil etmişdir ki, ona şübhə et­mək olmaz. Bu Kitab əvvəlki səmavi Kitabların həqiqiliyini təsdiqlə­miş­dir. O, əvvəlki Kitablarda nazil edilmişlərə uyğun gələn Haqqı bəyan etmiş və əvvəlki elçilərin doğruçuluğunu  sübuta yetirmişdir.
Müqəddəs Qurana qədər nazil edilmiş Tövrat və İncil, peyğəmbər­lər silsiləsində sonuncu olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) gəlişinə qədər insanlar üçün doğru rəhbərlik kimi qalmış­dı. Ona nazil edilmiş Böyük Kitab doğru yol göstərən rəhbər oldu və onun sayəsində məxluqlar yanlışlıqlardan azad olmaq, cahillikdən qurtulmaq, həqiqəti yalandan, xoşbəxtliyi bədbəxtlikdən, doğru yolu – Cəhənnəmə aparan yollardan ayırmaq imkanı əldə etdilər. Kim bu Kitaba iman gətirib düz yolla ge­dibsə, o, həm bu dünyada və həm də Axirətdə böyük nemət və mükafat əldə etmişdir. Kim Allahın Müqəddəs Quranda və Allahın Elçisinin (s.ə.s.) dili ilə izah etdiyi ayələrə iman gətirməkdən boyun qaçırmışdırsa, o, özünü çox ağır cəzaya məhkum etmişdir. Axı Allah nəhəng hakimiy­yətə sahibdir və hər bir itaətsiz quldan intiqam almağa qadirdir.

ﭼﭽﭾﭿ  ﮀ ﮁﮂﮃﮄ     

(5) “Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz”.

                                                        
(6) “Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətli­dir, Müdrikdir”.

Uca Allahın mükəmməl hakimiyyətinin dəlili, Onun məxluqlarının hər birinin haqqında hərtərəfli biliyə malik olmasıdır, çünki nə göylərdə və nə də yerdə heç nə Ondan gizlənə bilməz. Ona hətta ana bətnində olanlar da məlumdur və orada O, məxluqlarını istədiyi şəklə salır. O, onları kişi və qadın, erkək və dişi kimi yaradır, bəzilərinin simasını kamil və nöqsansız, digərlərini isə qüsurlu və nöqsanlı yaradır və onların hamısı Onun ecazkar hikmətinə müvafiq olaraq mərhələlər üzrə inkişaf edirlər. O, Öz yaratdıqlarına, onları xəlq etdiyi andan onların tam yox olmasına qədər, fasiləsiz qayğı göstərir. Heç kim Onun bu hakimiyyətinə şərik deyil və heç kimin onunla bərabər ibadət olunma haqqı yoxdur. Allahdan başqa ilah yoxdur, O Öz hakimiyyəti sayəsində bütün yaratdıqlarını Özünə tabe etmişdir. O, bütün nöqsanlardan və qınaqlardan ucadır və O, ancaq ilahi hikmətinə əsasən yaradır və hökm verir.

                                                           ﯕﯖﯗ                                           

(7) “Kitabı sənə nazil edən Odur. O Kitabın hər qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlbində əyrilik olanlar fitnə-fəsad törət­mək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər”

Uca Allah bu gözəl ayədə Özünün Əzəməti, Öz hakimiyyətinin mükəmməlliyi və özünəbəsliyi haqqında xəbər verir. Müdrik nəsihətlər­dən, bəlağətli ayələrdən, yığcam hekayət­lərdən və faydalı hökmlərdən ibarət olan və başqa Kitablara üstün gələn bu Böyük Kitabı O, təklikdə nazil etmişdir. Bu Kitabın ayələri içərisində elə aydın mənalı vəhylər vardır ki, onları  mənalarının əksinə izah etmək mümkün deyil. Lakin on­la­rın arasında məcazi məna daşıyan (mütəşabeh) ayələr də var ki, onları eyni zamanda bir neçə formada şərh etmək olar və onların səhihliyini ancaq aydın ifadə edilmiş ayələrin müqayisəli şəkildə tutuşdurulması ilə müəyyənləşdirmək mümkündür.
Qəlbində xəstəlik olanlar – öz bəd niyyətlərinə görə haqdan yayı­nanlar, mütəşabeh ayələrin dalıyca düşərək, onları öz yanlış fikirlərini və nöqsanlı baxışlarını əsaslandırmaq üçün istifadə edirlər. Bu üsulla onlar fitnə-fəsad yayır, Allahın Kitabını təhrif edir və onu öz istəklərinə uyğun tərzdə yozurlar. Onlar azğınlıq içində sərgərdan gəzir və ətrafdakıları da yoldan sapdırırlar. Əsaslı biliklərə malik olan və qəlbi bilik və imanla do­lu möminlərə gəldikdə isə, onlar yaxşı işlər görür, müdrik qərarlar qəbul edir və qəti inanırlar ki, Müqəddəs Quran bütövlüklə Allah tərəfindən na­zil edilmişdir. Onlar bilirlər ki, bütün ayələr – açıq  və məcazi mənalı ayə­lər – həqiqidirlər və bir-birilərinə zidd ola bilməzlər.
Onlar bilirlər ki, aydın ifadə edilmiş ayələrin mənası heç bir şübhə doğurmur və onu kamil bilik və müdrikliyə sahib olmayanları çaşdıran mütəşabeh (məcazi mənalı) ayələrin şərhi ilə müqayisə edirlər. Aydın və mütəşabeh ayələrin müqayisə edilməsi sayəsində bütün Quran vəhyləri tamamilə aydınlaşır və buna görə onlar Müqəddəs Quranı bütöv və tamamilə qəbul edir­lər. Lakin bu faydalı bilikləri təkcə düzgün düşüncə və təfəkkür qabiliyyətinə malik olan ağıllı kişilər mənimsəyirlər.
Bütün deyilənlərdən aydın olur ki, aydın və məcazi mənalı ayələrin müqayisə edilməsi – dərrakəli insanların xüsusiyyətidir, təkcə məcazi ayə­lərin ardıyca düşmək isə, baxışları yanlış olan, sağlam düşüncə qabiliyyəti olmayan bəd niyyətli insanları fərqləndirən əlamətdir.
Sonra Allah bildirir ki, mütəşabeh ayələrin yozumunu Ondan başqa heç kim bilmir. Bu halda yozum dedikdə, həqiqəti hərtərəfli dərk etmək və vəhyin ən dərin mənalarını anlamaq nəzərdə tutularsa, belə tərcümə doğrudur, çünki belə biliklərə sahib olan təkcə Allahdır. Yox, əgər yozum dedikdə ayənin mənası nəzərdə tutulursa, onda bu ayəni aşağıdakı kimi tərcümə etmək daha düzgün olardı: “Qəlbi kənara meyl edənlər məcazi ayələrin ardıyca gedirlər ki, fitnə-fəsad yaysınlar və istədikləri yozu­ma nail ol­sunlar, halbuki Allahdan və əsas bilikləri bilənlərdən başqa heç kim bunun yozumunu bilmir”. Bu sözlərdə əsaslı biliklərə malik olanların, Quranın və Sünnənin həm aydın və həm də məcazi mətnlərini düzgün anlamaq qabiliyyəti olan İslam alimlərinin ünvanına tərif vardır.

                                  
(8) “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəl­bimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqə­tən, Sən Bəxşedənsən”.

 Bu ayələrdə söhbət, yanlış baxışlara etiqad edənlər və doğru yolla gedənlər arasında həddin müəyyənləşdirilməsi məsələsinə aid olduğuna görə, Uca Allah bildirir ki, bilik sahibi olan möminlər həmişə Ona dua edirlər ki, onları imanlarında möhkəmlətsin və O, onları doğru yola yö­nəltdikdən və əməllərini islah etdikdən sonra, onların qəlbini həqiqət­dən yayındırıb azdırmasın, axı onların Rəbbinin mərhəməti və nemətləri həd­siz dərəcədə böyükdür.
Başqa ayələrdə isə Allah ürəklərin azğınlığa meyl etməsinin sə­bəbləri haqqında xəbər verir. Bu səbəb – insanların özlərinin bəd əməl­lə­ridir və buna görə Uca Allah buyurur: “...Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəlt­məz” (Saff, 61/5).
“Bir surə nazil edildiyi zaman onlar: “Sizi kimsə görürmü?” – deyə bir-birilərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan ad­am­lar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmiş­dir” (Tövbə, 9/127).
“Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmə­dikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgər­dan dolaşan vəziyyətdə tərk edərik” (Ənam, 6/110).
Əgər qul öz Rəbbindən üz döndərirsə və düşmənini özünə hami seçirsə, əgər o, haqqı görərək onu qəbul etməkdən boyun qaçırırsa, əgər o, açıq-aşkar yalana üstünlük verirsə, onda Allah onu özünün çevrildiyi tə­rəfə döndərir. Onun qəlbini isə, Allah, bir cəza kimi, həqiqətdən yayın­dı­rır, çünki o özü həqiqətdən yayınmağı üstün tutmuşdu. Allah onunla za­lım­casına davranmır, o, özü özünə qarşı zalımlıq edir. Buna görə, o, özün­dən başqa, heç kimi qınamamalıdır. Bu barədə ən yaxşı bilən Allahdır.

        ﯿ                             
(9) “Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilmə­yən bir gündə insanları bir yerə Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!”

Bu – dərin biliklərə malik insanların sözləridir. O sözlər yenidən dirilmə və əməllərə görə əvəzin veriləcəyi gerçəkliyini ehtiva edir, o insanların Axirət həyatına qəti iman gətirdiklərini və Allahın Öz vədini mütləq yerinə yetirəcəyini sübut edir. Bu o deməkdir ki, dərin biliklərə malik olan möminlər dirildiləcəklərini bilərək çalışır və ona hazırlaşırlar, çünki əsil möminliyin əsasını təşkil edən dirilməyə və əməllərin əvəzini almağa iman insanda yaxşılıq etmək meyli və cinayət törətməmək istəyi – xeyirxahlığın və müvəffəqiyyətin rəhni olan iki güclü hiss yaradır.

                                            

(10) “Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yana­ca­ğıdırlar”.
                                     

(11) “Onların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əmə­linə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir”.

Uca Allah Qiyamət gününü yada saldıqdan sonra, bildirir ki, Allaha iman gətirməyi rədd edən və elçiləri yalan söyləməkdə günahlan­dıran kafirlər mütləq Cəhənnəmə düşəcəklər, çünki nə var-dövlət, nə öv­lad­ları heç nə ilə onlara Onun verəcəyi cəzadan xilas olmağa kömək edə bilməyəcəklər. Onlara bu dünyada da, Allahın ayələrinə iman gətirmək­dən boyun qaçırmış Fironun və bütöv xalqların başına gətirilmiş, əzaba qatlaşmağa və bədbəxtliyə düçar olacaqlar, çünki Allahın belə insanları dünyəvi cəzalara məruz qoyması onların birbaşa Axirət həyatındakı cəzalarla bilavasitə bağlı olmasına görədir. Allah şiddətli Cəzaverəndir və insanlar Onun dəhşətli intiqam alacağı­na laqeyd münasibət bəsləməməli və kafirliyin və haqqı danmağın təhlükəsini layiqincə qiymətləndirmə­mək­dən çəkinməlidirlər.

                                 
(12) “Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanacaqsınız! Ora nə pis yataqdır!”

ﭿ                                                                   

(13) “Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görür­dülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır”.

Bu ayə möminlər üçün müjdə və kafirlər üçün qorxuducu xəbər­darlıq oldu və sonunculara vəd edildi ki, onlar elə bu dünyadaca mütləq məğlubiyyətə uğradılacaqlar. Sonradan hər şey Allahın öncədən dediyi kimi oldu və kafirlər, tarixdə o vaxtadək eşidilməmiş bir tərzdə, məğlub edildilər.
Uca Allah Bədr döyüşünü Onun Elçisinin (s.ə.s.) doğruluğunu təsdiq edən möcüzələrin­dən biri etdi. O döyüş, Muhəmməd Peyğəmbərin (s.ə.s.) düz yol tutduğuna, onun (s.ə.s.) düş­mənlərinin isə yalana etiqad etdiklərinə parlaq bir nümunə oldu. Bu döyüşdə üz-üzə iki qoşun dayan­mışdı. Müsəlmanların sayı üç yüz on nəfərdən bir az çox idi, pis silah­lanmış və pis təchiz olunmuşdular, kafirlərin sayı isə min nəfərə çatırdı. Onlar hamısı yaxşı hazırlanmış, silahlanmış və döyüş üçün zəruri olan hər şeylə təchiz edilmişdilər. Buna baxmayaraq, Allah möminlərə yardım gös­tərdi və öz Rəbbinin iradəsi ilə onlar kafirləri sarsıdıcı məğlubiyyətə uğratdılar ki, bu da, bütün sağlam ağıl sahibləri üçün ibrət dərsi oldu. Əgər İslam dini, yalanın onun qarşısında dayana bilmədiyi haqq din olmasaydı, kafirlər öz açıq-aşkar üstünlüklərinə görə bu döyüşdə qələbə çalardılar.

                              ﮭﮮﮯ                    

(14) “Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstə­ril­mişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahın­dadır”.

Bu və bundan sonrakı ayələrdə Uca Allah bildirir ki, insanlar gələ­cək Axirət həyatı qarşısında dünyəvi həyata üstünlük verirlər. Uca Allah həmçinin izah edir ki, yerdəki məskənlə Axirət aləmindəki həyat arasında nəhəng bir fərq vardır. Adamların gözlərini qamaşdıran dünyəvi zövq on­la­ra xoş gəlir və onların ürəklərini özünə bağlayır. Hər bir adam, onun ən əziz istəklərindən birinə və ən yüksək məqsədinə çevrilmiş saydığımız dünyəvi nemət növlərindən birinə aludə olur, halbuki, əsil həqiqətdə, on­lar ancaq cüzi əhəmiyyətə malik və keçicidir və tez də yoxa çıxar.

                                                              

(15) “De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür”.

Uca Allah bildirir ki, əgər insan Allahdan qorxarsa və Ona layi­qincə ibadət edərsə, onda o, yerdə mövcud olan bütün ləzzətlərdən dəfə­lərlə yaxşı mükafata nail olar. Belə insanlar cürbəcür həzzverici ləzzət­lərdən zövq alacaq, əbədi səadətdən və gözlərin görmədiyi, qulaqların eşitmədiyi və təsəvvür edilməsi belə mümkün olmayan ecazkarlıqlardan məmnuniyyət duya­caqlar. Onlar Allahın lütfkarlığını qazanacaqlar ki, bu hər hansı mükafatdan yaxşıdır. Bunlarla yanaşı onlar bütün nöqsanlardan və qüsurlardan azad və kamil əxlaqa və gözəl simaya malik pak zövcələrlə əylənməkdən zövq alacaqlar. Bir sıra keyfiyyətlərin inkarı həmişə digərlə­ri­nin təsdiqini nəzərdə tutur və buna görə Cənnət zövcələrinin qüsurlarının olmaması onlarda ən gözəl keyfiyyətlərin varlığına dəlalət edir.
Allah qullarını müşahidə edir və onların xəlq edildiyi məqsədə müvafiq olaraq fəaliyyət göstərmələrinə imkan verir. Əgər insana bəxtə­vər möminlik nəsib olarsa, onda Allah ona əbədi Son həyat naminə çalış­mağa və dünyəvi nemətlərdən istifadə etməyə kömək göstərir ki, o, ancaq Ona yaxşı ibadət etsin və müti olsun. Əgər insana bədbəxt günahkarlıq nəsib olarsa və o, haqdan dönərsə, onda Allah ona günah etməyə, dünyəvi həyatdan ləzzət almağa, onu son məskəni sayaraq öz ümidlərini onunla bağlamağa mane olmur.

                              

(16) “O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi  Od əzabından qoru!” – deyirlər”.

Dərin biliklərə və möhkəm imana sahib olan möminlər özlərinin imanı sayəsində Allaha yaxınlaşmağa səy göstərirlər ki, Onun əfvinə layiq olsunlar və Cəhənnəm cəzasından xilas edilsinlər. Allah qullarının həqiqi iman və şərəfləndirdiyi xeyirxah əməllərlə Ona yaxınlaş­ma­larını xoşlayır. O, belə qullarına ən gözəl nemətlərini bəxş edir ki, onlar kamil mükafatlar əldə etsinlər və cəzadan qurtula bilsinlər. Sonra Allah bu möminlərin gözəl keyfiyyətlərini təsvir edərək buyurur:

              

(17) “onlar səbir edən, doğru danışan, müti olan, malından Allah yolunda xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kim­sələrdir”.

Səbirli olmaq dedikdə, özünü Allaha xoş gələn işlərə həsr etmək, Onun rəğbətini qazanmaq nəzərdə tutulur. Möminlər Allahın hökmlərini səbirlə yerinə yetirirlər, səbirlə itaətsiz­­­likdən çəkinirlər və taleyin çətin­lik­lərinə mətanətlə üstün gəlirlər. Onlar sözlərində də, işlərində də doğruçu­durlar, onların zahiri görkəmi mənəvi simasına tamamilə uyğun gəlir, çünki onların doğru yolla getmək niyyəti səmimidir. Onlar müti olaraq və usanmadan Allaha tabe olur, Onun qarşısında öz itaətkarlığını büruzə verərək, qorxu hissi keçirirlər. Onlar öz əmlakını xeyirxah məqsədlərə xərcləyir və kasıbların, ehtiyacı olanların xeyrinə sədəqə verirlər. Bunlarla yanaşı, möminlər Allaha onları bağışlaması üçün, xüsusilə, sübh çağına yaxın vaxtda dua edirlər, çünki onlar Uca Allahdan əfv etməsini diləyəndə gecə namazları sübhə qədər uzanır.

                                                   

(18) “Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir”.

Qüdrətli Hökmdar, mələklər və elm sahibi olan qullar Allahın birli­yi və Onun ədalətlili­yindən ibarət olan ən böyük həqiqəti təsdiq etmək üçün bu şərəfli şəhadəti vermişlər. Bu şəhadət, İslam şəriətinin və Allahın əməllərə görə əvəz verməklə bağlı olan bütün qanunlarının ədalətliliyini və təkcə Onun ilahi qüdrətə, şöhrətə, hakimiyyətə, səxavətə, yaxşılığa, rəhmə, gözəlliyə və digər əzəmətli keyfiyyətlərə malik olduğunu qəbul et­məyi və həmçinin heç bir məxluqun nail ola bilməyəcəyi Allahın mütləq ka­milliyini qəbul etməyi nəzərdə tutur. Bundan başqa, yaradılmışlar Allahın Kamilliyini layiqincə nə dərk etmək, nə də tərifləmək bacarığına malik deyillər. 
Allahın ədalətliliyinə gəldikdə isə, əmr olunmuş bütün ibadət ayinləri və insanlar ara­sında qanuniləşdirilmiş münasibətlər və həmçinin dini hökmlər və qadağalar ədalətli və qərəz­siz­dir. Onlarda özbaşınalığa və ədalətsizliyə yer yoxdur, çünki onların hamısı hikmətli və kamildir. Məxluqlara xeyirxah və bəd əməllərinə görə əvəz verilməsi də ədalətli və qərəzsiz olacaqdır.
Uca Allah buyurur: “De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir...” (Ənam, 6/19). Tövhid, İslam dini və ədalətli əvəz, ən şübhəsiz bir həqiqətdir ki, şəkk gətirilməsi mümkün olmayan dəlillərlə təsdiq edilmişdir. Allah bu həqiqəti o qədər sübut və dəlillərlə əsaslandırmışdır ki, onları saymaq mümkün deyildir.
Bu ayə biliyin faydasını və şəriət alimlərinin üstünlüyünü xüsusilə vurğulayır, çünki Allah onları digər insanlardan ayırır və onların şahidli­yini Özünün və mələklərinin şahidliyi ilə yanaşı xatırladaraq, onların şəhadətini tövhidin, İslam dininin və əməllərə görə veriləcək əvəzin həqiqiliyini sübut edən ən böyük dəlillərdən biri kimi bəyan edir. Bu isə o deməkdir ki, insanlar onların ədalətli və doğru şahidliklərini qəbul etməyə borcludurlar. Bu həm də onu göstərir ki, İslam alimləri etibara layiqdirlər və insanlar onların ardıyca getməlidirlər. Məhz onlar təqlid olunmaq üçün nümunədir və bu, onların şöhrətini, böyüklüyünü və hətta təsəvvür etmək çətin olan yüksək mövqeyini təsdiq edir.

             ﭿ                                              
 (19) “Həqiqətən, Allah dərgahında qəbul olunan din – İslam­dır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir”.

Uca Allah bu ayədə bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təs­lim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar” (Ali-İmran, 3/85). Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.
Sonra Uca Allah bildirir ki, Kitab əhli həqiqəti bilirlər, lakin arala­rındakı ziddiyyətlərə görə, öz inadcıllıqları və zalımlıqları üzündən ondan yayınırlar. Onlara ixtilaf etməməyi və qəti olaraq həqiqi dinin ardıyca get­məyi məcburi edən elm çatdırılmışdır. Muhəmməd Peyğəmbərin (s.ə.s.) peyğəmbərliyinin başlanması ilə onlar onun (s.ə.s.) həqiqi peyğəmbər olduğunu bilmişdilər, buna baxmayaraq, həsəd, ədalətsizlik və Allahın ayələrini inkar etmələri onların haqqa tabe olmalarına imkan vermədi. Əgər insan Allahın vəhylərinə iman gətirməyi rədd edirsə, qoy o, yaxın haqq-hesab Saatını gözləsin, çünki o Saat mütləq gələcək və onda Allah bütün insanlara etdikləri əməllərinə görə əvəzlərini verəcəkdir.

                                                         

(20) “Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsa­lar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür”.

İslamın – Allahın yeganə gerçək dini olduğunu və Kitab əhlinin Muhəmməd Peyğəmbər­lə (s.ə.s.) açıqcasına mübahisə edərək, onun təli­mi­nin həqiqiliyinə əmin olduqdan sonra, ona iman gətirməkdən boyun qaçırdıqlarını izah etdikdən sonra, Uca Allah Öz Elçisinə (s.ə.s.) əmr edir ki, o özünün, Rəbbinə tam tabe olmağa razılaşan ardıcılları ilə bərabər, qəlbi və cismi ilə Allaha itaət etdiyini bəyan etsin.
Uca Allah ona (s.ə.s.) buyurur ki, Kitab əhlinə və həmçinin Müqəddəs Kitab verilməmiş savadsız ərəblərə və digər xalqlara desin: “Əgər siz İslamı qəbul etsəniz, onda düz yolla gedəcək, doğru rəhbərliyə və haqqa nail olacaqsınız. Yox, əgər üz çevirsəniz, onda Allahın qarşısın­da cavab verməli olacaqsınız. Mən sizə, sadəcə, mənə vəhy olunmuş xəbəri çatdırıram və mən artıq öz vəzifəmi yerinə yetirdim və haqqı sizə çatdırdım”.

                           ﯡﯢﯣﯤ      
(21) “Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ”.

                          

(22) “Onların əməlləri həm bu dünyada, həm də Axirətdə heç olacaq, onların yardımçıları da olmayacaqdır”.

Burada Allahın ayələrinə iman gətirməyi rədd edən canilərdən bəhs edilir. Onlar Allahın elçilərini yalançılıqda günahlandırır və insanların qar­şı­larında ən çox borclu olduqları adamların əleyhinə ən dəhşətli cina­yət­lər törədirdilər. Onlar, səmavi dinlərin və sağlam ağıl sahiblərinin də­vət etdikləri ədaləti tələb edən Allah elçilərinin və mömin alimlərin çoxu­nu həyatdan məhrum edirdilər. Bu günahkarların əməlləri bu dünyada faydasız idi və Axirət həyatında da səmərəsiz olacaqdır, çünki onlar ancaq işgəncəli cəzalar qazanmışlar. Heç kim onları qisasdan xilas etməyəcək və heç kim onları amansız cəzadan qoruya bilməyəcək.

                                                       

(23) “Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunur­lar, sonra da onlardan bir dəstə haqdan üz çevirir”.

Doğrudanmı sən, Kitabdan bir hissə pay verilmiş insanları görmə­miş və onlara təəc­cüb­lənməmişdin? Onları, Allahın elçilərinə nazil etdiyi əvvəlki vəhylərini təsdiq edən Kitabına iman gətirməyə dəvət edəndə, onlar ondan üz döndərdilər və haqqa boyun əyməyi rədd etdilər. Onları, haqqa başqalarından daha yaxın olduqları və Muhəmmədin (s.ə.s.) təbliğ etdiyi təliminin gerçək olduğunu hamıdan yaxşı bildikləri halda, ondan dönməyə nə vadar etdi? Sonra Allah onların kafirliyinin iki səbəbi haq­qında xəbər verərək bildirir:

                                     

(24) “Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!” – demələrinə görədir. Onları öz dinlərində uydurduqları şeylər aldadıb yoldan çıxartdı”.

                      ﭿ                

(25) “Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topla­dı­ğımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?”

İlk səbəb o idi ki, onlar özlərini əmin-amanlıqda hiss edirdilər və xilas olacaqları barədə yalandan şahidlik edirdilər. Onlar elə zənn edir­dilər ki, guya Cəhənnəm alovu onlara ancaq bir-neçə gün ərzində  toxu­nacaq. Onlar, sanki Rəbbin niyyəti onların arzusundan asılıymış kimi, öz istəklərinə uyaraq, özləri özlərini məhkum etdilər. Onlar hətta belə demiş­dilər: “...Yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!..” (Bəqərə, 2/111). Lakin bu, onların dinə və sağlam düşün­cəyə zidd olan xülyası və arzusu idi.
İkinci səbəb isə şeytanın onları yoldan çıxartması və cinayətlərini onlara gözəl göstərməsi idi. Onlar Allahın ayələrini rədd edir, Ona böhtan atır və elə bilirdilər ki, düz hərəkət edirlər. Haqdan üz çevirənlərin cəzası belə olur. Qiyamət günü Allah bu mürtədləri bir yerə toplayıb hər kəsə layiq olduğunu verəndə və Öz ədalətli hökmünü çıxaranda onların halı necə olacaq? Onların cəzasının necə dəhşətli və onlara dəyəcək zərərin necə müdhiş olacağı və bunların sayəsində itirəcəkləri xeyir və mükafatlar barədə danışmağa ehtiyac yoxdur. Onlar öz əməllərinə layiq nəticələr alacaqlar, çünki Rəbb Öz qulları ilə ədalətsiz davranmır.

                                                                                          

(26) “De: “Ey mülkün Sahibi Allahım! Sən istədiyin kəsə mül­kü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəl­dir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqə­tən, Sən – Hərşeyəqadirsən”.

Uca Allah Öz Peyğəmbərinə (s.ə.s.) və onun ardıyca gedənlərə buyurur ki, Rəbb – Kainatın işlərinin sərəncamçısı olan Tənha Kəsdir ki, göy və yer aləmlərini idarə edir və mütləq hakimiyyətə malikdir. O, hakimiyyəti istədiyinə bağışlayır və istədiyini ondan məhrum edir, istədiyini ucaldır, istədiyini də alçaldır.
Kainatda baş verənlər Kitab əhlinin və ya başqa məxluqların arzu-istəklərinə tabe deyil, çünki bütün varlığın taleyi Allahın iradəsi və qərar­larından asılıdır. Heç kim Onun İradəsinə müqavimət göstərməyə və ya Onun Qədərinə təsir göstərməyə qabil deyil. O, zaman üzrə insanların taleyini idarə edir və zamanın özü Onun sərəncamındadır. Ən xeyirli və yaxşı olan şey Ondan başlanğıc alır, çünki təkcə O, qullarını nemətləndirir və mükafatlandırır. Şəri Allahın adları, sifətləri və əməlləri ilə əlaqələn­dirmək lazım deyil, lakin o da Onun tərəfindən xəlq edilmişdir və Onun müəyyənləşdirdiyi qədərdən və taledən asılıdır.
Allahın qədəri həm xeyri və həm də şəri ehtiva edir, çünki Onun mülkində ancaq Öz istədiyi baş verir. Lakin şəri Onunla əlaqələndirmək, məsələn: “Ey Rəbbimiz! Xeyir də, şər də Sənin Əlindədir” demək olmaz. Müsəlman, Allahın və Onun Elçisinin (s.ə.s.) bizə öyrətdiyi kimi, hər cür xeyrin Allahdan asılı olduğunu deməlidir.
Bəzi təfsirçilər qeyd etmişlər ki, şər də Allahın Əllərindədir, lakin bu əlavə, açıq-aşkar yanlışdır. Onlar hesab edirdilər ki, əgər insan ancaq xeyri Allahla bağlayarsa, bu, Allahın ümumiyyətlə qəza və qədəri ilə ziddiyyət təşkil edər, lakin biz belə əsassız iddiaları artıq izah etmişik.

                                                         

(27) “Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə he­sabsız ruzi verirsən”.

Allah günləri bir-biri ilə əvəz etmək sayəsində gecəni gündüzə, gündüzü də gecəyə qatır. Bunun nəticəsində günün bir vaxtı, günün başqa vaxtının azalması hesabına, artır və bu məxluqlara olduqca böyük fayda verir. Allah həmçinin ölüdən diri çıxarır, yəni, toxumları müxtəlif otlara, ağaclara çevirir və yaxud imansız adamı möminə döndərir, diridən də ölü çıxardır, yəni, ağaclarda və zəmilərdə toxumlar və taxıl yetişir və yaxud quşlar yumurtlayır. Allah bir-birinin ziddi olan şeyləri bir-birinə çevirir və istənilən maddə və materiya Onun hakimiyyəti altındadır.
Allah bildirir ki, O, heç bir hesab çəkmədən istədiyi kəsə ruzi verir. Bir başqa ayədə isə bu dünyada qismət əldə etməyə səbəb olan amillər haqqında bəhs edilir. Uca Allah buyurur: “...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur” (Talaq, 65/2-3). Bax elə buna görə, qullar ancaq Allahdan ruzi istəməli və dünya malını əldə etməyə kömək göstərən işlər görməlidirlər.

                                                            

(28) “Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istis­nadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır”.

Allah möminlərə kafirləri, möminlərin yerinə, özlərinin dostları və hamiləri hesab etməyi qadağan etmiş və onları belə bir addım atmamaq barədə xəbərdar etmişdir, çünki möminlər bir-birinin dostudur, Uca Allah isə onların Hamisidir. İnsan kafirlərə yaxınlaşmağa başladıqda, onun Allaha heç bir dəxli olmur. Belə adam Allahdan üz döndərir, Allah da ondan üz döndərir. Bu barədə Rəbbimiz buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz” (Maidə, 5/51).
Əgər kimsə kafirlərə qarşı açıq düşmənçilik münasibətinin ona zərər verəcəyindən ehtiyat edərsə, onda ona onlarla sülh şəraitində yaşa­ma­ğa icazə verilir, lakin ürəkdə kafirlərə rəğbət bəsləmək qadağan edil­mişdir çünki əks halda o, onlara kömək və yardım etməyə başlayar.
Allah insanların Onun Özündən də çəkinmələrini tələb edir. Belə ki, insanlar, adamlara nisbətən, daha çox Ondan qorxmalıdırlar. Rəbb Öz qullarının işlərini təklikdə idarə edir və talelərini həll edir. Onlar təkcə Onun yanına qayıtmalıdırlar və bu baş verəndə, O, Allah qarşısında öz vəzifələrini yerinə yetirməyə üstünlük verənlərin və başqalarına nisbətən Ondan bərk qorxanların hər bir nəfərinə bol mükafatla lütfkarlığını göstə­rəcək. Kafirləri və onlarla dostluq edənləri, onları özlərinə yaxın və hami sayanları isə, O, hökmən dəhşətli cəzaya məruz qoyacaqdır.

         ﯿ                                           

(29) “De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir”.

Uca Allah bildirir ki, insanların qəlbindən keçənlər, onların öz his­lərini gizlətməsindən və açıq bildirməsindən asılı olmayaraq, büsbütün Ona məlumdur. Onun biliyi həm göylərdə və həm də yerdə bütün varlıq aləmini əhatə edir və heç nə Ondan gizli qala bilməz. Allah Hərşeyiəhatə­edən biliyi ilə yanaşı mükəmməl qüdrətə malikdir və buna görə heç nə Onun İradəsinə müqavimət göstərmək qabiliyyətində deyil.

                                                         

(30) “O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə ol­ma­sını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.

Qullarını Onu unutmamağa vadar edən qüdrəti və həddi-hüdudu olmayan sifətlərini xatırlatdıqdan sonra, Uca Allah, insanları öz Rəbbini daima yadda saxlamağa və Ondan qorxmağa məcbur edən yenə bir səbəb haqqında xəbər verir. Bu səbəb ondan ibarətdir ki, bütün yaradılmışlar mütləq Allahın yanına qayıdacaqlar və orada törətdikləri yaxşı və pis əməlləri ilə qarşılaşacaqlar. Bax o zaman möminlər özləri üçün tədarük etdikləri əməllərinə sevinəcəklər, zalımlar isə öz pis əməlləri ilə qarşılaş­maqdan xəcalət çəkəcək və öz əməllərinin onlardan sonsuzluğa qədər uzaq olmasını arzulayacaqlar.
Allahın qulu biləndə ki, dünya həyatı – onu, sadəcə, Rəbbinə apa­ran yoldur və o, hökmən Onun qarşısında duracaq və öz əməlləri ilə görüşəcək, onda o, ehtiyat tədbirləri görməli, onu rüsvay edə və cəzalan­dıra biləcək əməllərdən çəkinməli və özü üçün xoşbəxtlik əldə etmək və mükafat qazanmaqdan ötrü xeyirxah əməllər tədarük etməlidir.
Allah qullarına, Özünün əzəmətli sifətlərindən, kamil ədalətliliyin­dən və şiddətli cəza verəcəyindən xəbər verərkən, onları Özündən çək­indirir, hərçənd Rəbbin cəzası doğrudan da dəhşətli olsa belə, Allah yenə də Mərhəmətli və Rəhmlidir. Məhz Onun rəhmli olması və mərhəmət­li­liyi Onu qullarını qorxutmağa və onları azğınlıqdan və şərəfsizlikdən çəkin­dir­məyə sövq edir. Əbəs deyil ki, Cəhənnəmdə cəzalandırılma haqqında xatırladıqdan sonra Uca Allah bildirir: “...Allah Öz qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!” (Zumər, 39/16).
Allah Öz mərhəməti və rəhmi sayəsində insanlara böyük nemətlər əldə etməyə imkan verən əməlləri yüngülləşdirmişdir. O, mərhəməti və rəhmi sayəsində insanları bədbəxtliyə və möhnətə məhkum edən əməllər­dən xəbərdar edir və biz Uca Allahdan təvəqqe edirik ki, bundan sonra da bizə mərhəmətini göstərsin, bizi doğru yolla aparsın və Cəhənnəm oduna yönəldən bütün yollar­dan bizi qorusun!

                                             
(31) “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.

Bu ayə Allahı həqiqətən sevən insanları, Onu ancaq sözdə sevən günahkarlardan fərq­lən­dirmək üçün meyardır. Ona bəslənən əsil məhəb­bə­tin əlaməti Muhəmməd Peyğəmbərin (s.ə.s.) yolu ilə getməkdir, çünki onun (s.ə.s.) hökmlərinin yerinə yetirilməsi və kəlamlarından istifadə etmək – Allahın məhəbbətinə layiq olmaq və Onun mərhəmətini qazan­maq üçün yeganə vasi­tədir. İnsan, Quranın və Muhəmməd Peyğəmbərin (s.ə.s.) kəlamlarından ibarət olan Sünnəsi­nin gerçəkliyini qəbul etməzsə, onların hökmlərini yerinə yetirməzsə və qadağan etdiyi günahlar­dan çəkinməzsə, Allahın məhəbbətinə layiq ola, Onun mərhəmətini qazana və Onun mükafatını əldə edə bilməz.
O, əgər belə etsə, onda Allah onu hökmən sevər, onu, sevdiyi qul­la­rını layiq gördüyü mükafatlarla təltif edər, onun günahlarını bağışlayar və naqisliklərinin üstünü örtər. Yaxşı, bəs onda insan Muhəmməd Peyğəmbər­in (s.ə.s.) yolu ilə necə getməlidir? Sanki bu suala cavab ola­raq, sonra Uca Allah buyurur:

  ﭿ                      

(32) “De: “Allaha və göndərdiyi Elçiyə itaət edin!” Əgər üz dön­dərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz”.

Müsəlman Allaha və Elçisinə (s.ə.s.) itaət etmək üçün şəriətin tə­ləb­lərini yerinə yetirməli, günahlardan çəkinməli və Quranla Sünnənin bütün müddəalarını qəbul etməlidir. Əgər insan bunu etməkdən boyun qaçırırsa, onda o, kafir olur; Allah isə kafirləri sevmir.

                               

(33) “Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi”.

                

(34) “Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah Eşidəndir, Biləndir”.

Uca Allahın seçilmiş qulları var və O, onları seçərək digər məxluq­larından uca tutmuş, onlara yüksək keyfiyyətlər və gözəl məziyyətlər vermiş, faydalı biliklər və xeyirli əməllərlə şərəfləndirmiş və qəribə xüsu­siyyətlərlə mükafatlandırmışdır. Bu ayədə Allah, əzəmətli və qüsursuz keyfiyyətlərə malik kamil insanların böyüdüyü qüdrətli ailələri xatırladır. Alicənablıq, fədakarlıq, comərdlik və möminlik kimi keyfiyyətlər bu ailə­lərdən çıxmış kişi və qadınlara nəsildən nəslə ötürülmüşdür və bu, Allahın onlara olan mərhəməti və səxavəti idi.
Allahın gözəl adları arasında – Eşidən, Bilən də vardır. Allahın mərhəmətinə və başqa­la­rından yüksək üstünlüyə kimin layiq olması Ona məlumdur və O, Öz qullarını Özünün ilahi hikmətinə uyğun olaraq müka­fat­landırır.

                                             

(35) “Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.

Allah seçdiyi ailələrin şöhrəti və əzəməti haqqında xəbər verdikdən sonra, bu ailələrə mənsub olan Məryəm və onun oğlunun hekayətini danışır. Allah onların tarixini əvvəldən axıra kimi rəvayət edir. Bu tarix, İmranın zövcəsinin bir dəfə Allaha mütiliklə ibadət etdiyi zamandan baş­lamışdı. O, Allaha dua edərək, uşağını Allahın, həmişə ibadət edənlərlə dolu olan, məscidinin xidmətçisi olmasını nəzir etmişdi. O, çalışırdı ki, Rəbbin məbədinin əzəmətini və Ona tam itaətini xüsusilə əks etdirən faydalı sözlər söyləmək vasitəsilə Allaha yaxınlaşsın. O, Allahdan xahiş etmişdi ki, onun nəzirini qəbul etsin və ümid edirdi ki, etdiyi hərəkət pak imanının və səmimiyyətinin nəticəsi olduğu üçün ona faydalı bar və mükafat gətirəcəkdir.

                                                        

(36) “Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, - “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm”.

Bu sözlərdə təəssüf və məyusluq hiss olunur. Bunun səbəbi isə qadının söz verdiyi nəzirlə bağlı idi. O istəyirdi ki, dünyaya gətirdiyi uşaq oğlan və kifayət qədər güclü olsun ki, məbəddə xidmət edə və onun nəzi­rini yerinə yetirə bilsin. Bu işi ancaq kişi bacara bilərdi, qadın onu bacar­mazdı. Lakin Allah anaya təsəlli verərək onun nəzirini qəbul etdi və dün­ya­ya gələn qızcığaz sonralar çox kişiləri ötüb keçdi. Bundan əlavə, o, əksər kişiləri ötüb geridə qoydu və kişilərin layiq görülə bilmədiyi bir şərəfə nail oldu.

                                 ﯿ                                             

(37) “Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyəyə həvalə etdi. Zəkəriyyə hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında rusi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?”  Məryəm dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”.

Allah Məryəmin anasının niyyətini qəbul etdi və onun qızını heyrət ediləcək bir tərzdə tərbiyələndirdi. O, dindarlıq və yüksək əxlaqlılıq ruh­unda tərbiyə aldı və bunun sayəsində onun davranışı qüsursuz, sözləri və əməlləri isə möminliyin təcəssümü oldu. Məryəm kamilliyə nail oldu, Allah Zəkəriyyə peyğəmbəri onun himayəçisi təyin etmişdi. Allah, özləri kamilliyə çatmış  və ətrafındakılara da möminliyə nail olmağa kömək gös­tərən salehlərdən tərbiyə almış adamlara böyük mərhəmət göstərir.
Uca Allah Zəkəriyyə və Məryəmə bəslədiyi qayğısı sayəsində, ona, heç bir çətinlik ver­mə­dən, ruzisini çatdırırdı. Bu, bir ənam idi ki, Allah onu quluna bəxş etmişdi. Məryəm çox dua edirdi və vaxtının çoxunu ibadətgahda keçirirdi və hər dəfə Zəkəriyyə oraya onun yanına gələndə, Məryəmin yanında yemək üçün hazır vəziyyətdə olan cürbəcür ləzzətli şeylər görürdü. O, bir dəfə soruşdu: “Ey Məryəm! Bu sövqatlar haradan­dır?” O da belə cavab vermişdi: “Onları mənə Allah bəxş etmişdir. Axı O, istədiyi kimsəyə hesabsız ruzi verir”.

                                       

(38) “Elə oradaca Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.

Zəkəriyyə Allahın Məryəmə əta etdiyi mərhəmətini gördükdə, o qərara aldı ki, Uca Allah­dan bir uşaq istəsin, hərçənd onun vəziyyətində olan insanlar zürriyyətlərinin olacağına ümid bəsləmirlər.

                                             

(39) “O, mehrabda durub namaz qılarkən mələklər onu ça­ğır­dılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmü­nün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.

Yəhya, adı Məryəm oğlu İsa olan Allahın Kəlməsinin həqiqət olduğunu təsdiq etməli idi. Əməlisaleh Yəhya peyğəmbərin zühur edəcəyi haqqında müjdə həm də özündə Məryəm oğlu İsa məsihin peyğəmbər­liyini ehtiva edir və onun Sözünün doğruluğunu təsdiqləyirdi.
Qüdrətli Allahın qayğısı nəticəsində Məryəm oğlu İsanın şərəflən­dirildiyi Allah Sözü əzəmətlidir. O, Allahın məxluqları yaratdığı vasitə ilə bağlı hökmlər sırasına daxildir. Bununla əlaqədar Uca Allah buyurur: “Həqiqətən, Allah yanında İsanın məsəli, Adəmin məsəli kimi­dir. Allah onu torpaqdan yaratdı, sonra ona “Ol!” – dedi, o da oldu” (Ali-İmran, 3/59).
Yəhyanın qismətinə – Allahın elçilərinin ən fəzilətli və ən şərəflilə­rindən biri olmaq, əməlisalehliyin ən yüksək pilləsinə qalxmaq və mətin bir kişi kimi böyümək düşürdü. Belə bir rəy var ki, “xasur” sözü “uşağı olmayan və qadınlara maraq duymayan insan” mənasını verir. Baş­qa bir şərhə görə isə, həmin söz “günahlardan qaçan və zərər verə bilən şiddətli həvəsdən çəkinən qüsursuz adam” mənasındadır. Sonuncu izah daha münasibdir.

                ﭿ                      

(40) “O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zöv­cəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini edər”.

Zəkəriyyəyə iki səbəb uşağı olmasına mane olmuşdu və o, mane­ələrin mövcud olmasına baxmayaraq, uşağının necə olacağını bilmək istəyirdi. Allahın müdrikliyi isə tələb edirdi ki, Kainatda baş verən ha­disələr yaxşı məlum olan qanunauyğunluqlara tabe olsun. Lakin Allah möcüzələr törətməyə qadir olduğu üçün O, Öz istədiyini həyata keçirir. Bütün hadisələr Onun hakimiyyəti altındadır və Onun arzu etməsindən asılıdır və hadisənin hər hansı mürəkkəbliyi Onun üçün heç bir çətinlik təşkil etmir.
                                              

(41) “O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. Allah dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Həmin vaxtda Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”

Zəkəriyyə müjdəyə daha da sevinməsi üçün Allahdan xahiş edir ki, ona bir möcüzə göstərsin. O, Rəbbinin dediyi sözlərin doğruluğuna əmin idi, amma insan Allahın mərhəmətinin əlamətlərini görəndə qəlbi fərəh­lənir, ürəyi rahatlanır. Allah bir əlamət kimi onun insanlarla üç gün işarə­lərlə danışacağına və Onu hər günün əvvəlində və sonunda tərifləməsinə hökm verir.
Üç gün ərzində susmaq əmri, hətta çox yaşlı qocanın və qısır qadının da uşaqları ola biləcəyini ona xatırlatdı. Onun üçün bir əlamət də onun insanlarla danışa bilmədiyi halda, dilinin daima Allahı zikr etməklə və tərifləməklə məşğul olması idi. Bu, Zəkəriyyəni olduqca sevindir­mişdi və o, Allaha həmdüsəna etməyə, şəfəq qaralarkən və dan yeri ağararkən Onu çoxlu-çoxlu zikr etməyə başladı.
Yəhya peyğəmbərin doğulması, İmran qızı Məryəmin Zəkəriyyəyə gətirdiyi bərəkətin nəticəsi idi. Çünki Allahın, qulu Məryəmə bəxş etdiyi hesabsız gözəl qismət peyğəmbəri itaətkarlıq və mütiliklə Allaha müraciət etməyə sövq etdi. Şübhəsiz ki, bütün səbəblər və zəruri şərtlər Allah tərə­findən yaradılır, amma O, savab qazandıran əməlləri Öz qulları ilə əlaqə­ləndirir ki, onların şan-şöhrətini artırsın və mükafatlarını çoxaltsın.

                           

(42) “Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və aləmlərin qadınlarından üstün etdi”.

Uca Allah bir daha buyurur ki, Məryəm özünü ibadətə həsr edərək kamilliyə və böyük yüksəkliklərə ucalmağı bacardı. Mələklər ona dedilər: “Ey Məryəm! Allah səni seçmiş, sənə gözəl keyfiyyətlər və mükəmməl əxlaq bəxş etmişdir. Allah səni pis adətlərdən təmizləmiş aləmlərin qadınlarından yüksəyə qaldırmışdır”.
Muhəmməd Peyğəmbər (s.ə.s.) demişdir: “Çox kişilər kamilliyə nail olmuşlar, amma qadınlar arasında buna təkcə İmran qızı Məryəm; Müzahimin qızı Asiyə və Xuveylidin qızı Xədicə nail olmuşlar. Aişə isə, sarid[1] bütün ləzzətli yeməklərdən üstün olduğu kimi, qalan bütün qadınlardan üstündür”.
ﮯﮰﮱﯓ ﯔﯕﯖ 

(43) “Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedən­lərlə birlikdə rükuya get!”

Mələklər Məryəmi çağırdılar ki, o, Allahın mərhəmətinə sevinsin, Ona həmd etsin, Onun qarşısında öz borcunu yerinə yetirsin və Ona layiqincə xidmət etsin. Onlar ona tapşırdılar ki, çoxlu savab işlər görsün, Allahın qarşısında müti olsun, daima Ona itaətkar olsun və Ona ibadət edənlərlə birlikdə namaz qılsın. O, ona nə tapşırılmışdısa, yerinə yetirdi və kamilliyə nail olaraq, çoxlarını ötüb keçdi.

                                               

(44) “Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin”.

Bu hekayət, Quranın digər çoxsaylı rəvayətləri kimi, Muhəmmədin (s.ə.s.) peyğəmbərli­yinin həqiqiliyinin ən böyük dəlillərindən biridir. Bu əhvalat insanlara keçmiş günlərin hadisələri haqqında müfəssəl və səhih, artırmadan və azaltmadan məlumat verir. Bu isə o deməkdir ki, Peyğəmbər (s.ə.s.) bildiklərini vəhy yolu ilə Qüdrətli və Müdrik Rəbbin­dən əldə edirdi, insanlar­dan öyrənmirdi. O, Məryəmin anası qızını İsrail oğullarının yanına gətirəndə, onlar ağsaqqalları­nın qızına kimin himayə edəcəyi və məsləhətçisi olacağı barədə bir-biriləri ilə mübahisə etməyə başlayanda, onların arasında deyildi. Onlardan hər biri bu xeyirxah işi yerinə yetirmək və Allahdan mükafat qazanmaq istəyirdi və uzun-uzadı mübahisə, onlar püşk atmaq qərarına gəldik­­dən sonra kəsildi. Onlar öz qələmlərini atdıqdan sonra, püşk Zəkəriyyəyə düşdü. Beləliklə də Allah ona və Məryəmə böyük lütfkarlıq göstərdi.
Muhəmməd Peyğəmbər (s.ə.s.) bu hadisələrin şahidi deyildi, in­san­lara çatdırmaq üçün onların barəsində heç nə bilə bilməzdi. Təkcə Allah ona bu hekayəti xəbər verə bilərdi. O, Quran hekayətlərini nazil edir ki, insanlar onlardan faydalı nəticələr çıxarsınlar. Bu nəticələrdən ən mühü­mü isə, Allahın təkliyinin, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinin, öldük­dən sonra dirilmənin və İslam dininin digər əsas müddəalarının həqiqi­li­yinin etiraf edilməsidir.

                                      ﯿ        

(45) “O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və Axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır”.
ﭑﭒﭓﭔ ﭕﭖﭗ  

(46) “O, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”.

Həm bu dünyada və həm də Axirət həyatında Məsihin qismətinə insanlar arasında yüksək səviyyədə ehtiram edilən şəxs olmaq nəsib edilmişdi. Ona Allahın yaxınlarından biri olmaq və ən yüksək pillələrdən birini tutmaq qismət olunmuşdu. Şübhəsiz ki, bu müjdə heç bir digər sevindirici xəbərlərə bənzəmirdi. Xəbərdə deyilirdi ki, Məsih beşikdə ikən insanlarla danışacaq. Bu isə Allahın möcüzələrindən biri və Onun Məryəmə və həmçinin bütün qalan insanlara göstərdiyi mərhəmətiydi. Məsih böyüyəndə də insanlarla danışacaqdı. Sonuncu, onun peyğəm­bər­lik təbliğatını və nəsihətlərini nəzərdə tutur.
Körpənin beşikdə heyranedici nitqi möcüzə idi və onun doğru­çu­lu­ğunun və peyğəmbər­liyinin dəlili və həmçinin onun, adamlar tərəfindən nahaq ittiham etdikləri anasının iyrənc günaha aidiyyəti olmadığının təsdiqi idi. Böyüdükdən sonra Məsihin söylədikləri moizələr insanlara böyük faydalar verirdi, axı o, Rəbb ilə bəşəriyyət arasında vasitəçi idi, ona onlara vəhyləri çatdırmaq, onlara dini və Allahın qanunlarını öyrətmək tapşırılmışdı. O, ürəyi Allah haqqında biliklərlə və Ona məhəbbətlə dolu olan salehlərdən idi və dili daima Allahı zikr etməklə, Ona həmdüsənalar yollamaqla məşğuldu. Salehlər bütün varlıqları ilə yorulmadan savab işlər görür və Rəbbə qulluq edirlər.

                                                        

 (47) “Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övla­dım ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istə­dik­də ona ancaq “Ol!” – deyir, o da olur”.

 Məryəm ona bir kişi toxunmadığı halda uşağı olacağına təəccüb­lən­mişdi. Lakin Allah, qulları öz Rəbbinin hüdudsuz qüdrətinə əmin olsunlar və heç kimin Onun iradəsinə müqavimət göstərə bilməyəcəyini başa düşsünlər deyə, istədiyini edir.
ﭳﭴﭵﭶﭷ

(48) “Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək”.

             ﭿ                                                                                                 
   (49) “Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyə­cək­dir: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gə­tirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlə­rinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər mö­min­sinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır”.

                                            

(50) “Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin”.
                  

(51) “Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur”.

Allah, əvvəlki səmavi Kitablara bənzəyən Kitabı Məsihə təlim etdi, ona insanlar arasında ədalətlə mühakimə yürütməyi öyrətdi və peyğəm­bərlik verdi. Allah onu İsrail oğullarının yanına göndərdi və açıq-aşkar ayələrinin və inandırıcı dəlillərinin köməyi ilə ona yardım etdi. Onların sayəsində o, insanlara özünün, həqiqətən, Allahın elçisi olduğunu sübut edən möcüzələr göstərdi. Allahın iradəsi ilə gildən quşabənzər bir şey dü­zəldib ona üfürən kimi, o şey canlı quşa çevrildi. Allahın iradəsi ilə, o, nəinki görməkdən, hətta gözdən məhrum olan insanlara da görmə qabi­liyyəti qaytarır və cüzamlıları sağaldırdı. Allahın iradəsi ilə o, ölüləri diril­dir və insanlara evlərində yedikləri və saxladıqları şeyləri xəbər verirdi.
Allah ona, Onun peyğəmbərlərinə verdiyi iki növ xarüqəladə və ecazkar möcüzə bəxş etmişdi. O, ona peyğəmbərlik və din bağışlamışdı ki, onu insanlar arasında təbliğ etsin. Onun dini Tövratın və əvvəlki peyğəmbərlərin dini idi və bu onun əsil peyğəmbərliyinin ən böyük dəlili idi. Əgər o, həqiqəti danışmasaydı, dediyi sözləri mütləq Allahın əvvəlki elçilərinin təbliğ etdiklərinə zidd olar və onun baxışları əvvəlki səmavi təlimlərdən öz əsas və ikinci dərəcəli müddəaları ilə fərqlənərdi. Lakin onların təlimləri arasında oxşarsızlıq yox idi və bu da ona dəlalət edirdi ki, o, həqiqətən, Allahın elçisidir və onun təlimi, şübhə edilməyən bir haqdır. Bundan başqa, o, israillilərə əvvəlcə haram edilmiş şeylərin bir hissəsini halal etdi və onların dini vəzifələrini asanlaşdırdı.
O, insanları təqvalı olmağa, ona itaət etməyə və təkcə Allaha – bütün insanların Rəbbinə ibadət etməyə dəvət edirdi, çünki şəriki olmayan Vahid Allaha ibadət və Allahın elçilərinə tam itaət bütün peyğəmbərlərin və elçilərin təbliğatının əsasını təşkil edir. Budur Cənnət bağlarına aparan düz yol!

                                           ﯿ      

(52) “İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”
                       

(53) “Ey Rəbbimiz! Biz Sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”

İsrail oğullarının İsa peyğəmbərə münasibəti müxtəlif oldu. Onlar­dan bəziləri ona iman gətirdilər, digərləri isə iman gətirməyi rədd edərək, onu yalançı saydılar, anasını isə əxlaqsızlıqda və zinakarlıqda ittiham etdilər. Yəhudilər məhz belə rəftar etdilər. Peyğəmbər xalqının ona iman gətirməkdən boyun qaçırdığını və onun moizələrini rədd etdiyini hiss etdikdə, o, İsrail oğullarını ona yardım göstərməyə çağırdı. Belə olduqda, həvarilər Allahın dinini müdafiə edəcəklərini ona vəd edərək, ondan xahiş etdilər ki, onların müti müsəlman olmalarına şahidlik etsin.
Allah həvarilərə və İsa peyğəmbərə böyük iltifat göstərərək, onları ona iman gətirməyə, itaət etməyə və lazımi kömək etməyə ruhlandırdı. Buna görə, onlar Allahın nazil etdiyi nə vardısa, hamısına iman gətirməyi, Onun elçisinə itaət etməyi öhdələrinə götürdülər və Ondan xahiş etdilər ki, onları, tövhid tərəfdarı olduqlarını bəyan edənlərin və Allahın peyğəm­bəri­nin doğruçuluğuna və Onun dininin haqq olduğuna şahidlik edənlərin sırasına yazsın.
              

(54) “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır”.

İsa (ə) hiss etdi ki, İsrail oğullarının əksəriyyəti ona iman gətirmək­dən boyun qaçırır, onun əleyhinə fitnə-fəsad hazırlayır, hiylə qururlar. Allah isə onlara qarşı hiylə qurdu, axı O, hiylə­gər­lərin ən Xeyirlisidir. Yəhudilər peyğəmbəri öldürməyi və çarmıxa çəkməyi düşünmüşdülər, Qüdrətli Allah isə, onlara onun qiyafəsində bir başqasını təqdim etdi.

                                                              ﭿ             

(55) “O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qo­yub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sə­nin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edə­cə­yəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdü­yü­nüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm”.

Mürtədlər İsa peyğəmbər hesab etdikləri kəsi tutaraq onu edam et­di­lər və nəşini çarmıxa çəkdilər, Allah isə peyğəmbərini Öz yanına yük­səltdi və ağır cinayət törətmiş kafirlərdən xilas etdi. Qiyamət günü başla­mazdan öncə İsa peyğəmbər (ə) yerə qayıdacaq və İslamın qanunları əsa­sında ədalətli hökmlər çıxaracaq. O, donuzları məhv edəcək, xaçları sındı­ra­caq və Muhəmməd Peyğəmbərin (s.ə.s.) hökmlərini yerinə yetirəcək və onda yalançılar başa düşəcəklər ki, onlar nə dərəcədə azdırılmış və alda­dıl­mışlar, nə dərəcədə yalançı və haqsız olmuşlar.
Bu ayədə İsa peyğəmbərin (ə) ardıcılları adı altında Allahın azğın bidətçilər üzərində qələbə bəxş etdiyi, haqq dini qəbul etmiş əməlisaleh insanlar nəzərdə tutulur. Muhəmməd (s.ə.s.) milləti gələndən bəri İsa peyğəmbərin yeganə sadiq ardıcılları müsəlmanlar olmuşlar ki, Allah da onlara bütün kafirlər üzərində zəfər çalmağa və Muhəmməd Peyğəmbərin (s.ə.s.) dinini yer üzündə təsdiq etməyə kömək göstərmişdir. Uca Allah bu­­yurur: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd et­mişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üz­ünün varisləri edəcək, onlar üçün Özünün bəyəndiyi dinini möhkəm­ləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Nur, 24/55).
Allahın müdrikliyi həmişə ədalət təcəssümü olduğu üçün tələb edir ki, O, dininin həqiqi tərəfdarlarına açıq-aydın kömək göstərsin və Allahın hökmlərinə, qadağalarına riayət etməkdən boyun qaçıran, dini ehkamları kənara qoyan və günah işlətməyə cəsarət edənləri düşmənin gözü qarşı­sında cəzalandırsın və alçaltsın.
                              
(56) “Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verə­cə­yəm. Onların köməkçiləri də olmayacaq”.

                            
(57) “Allah iman gətirib saleh əməllər işlədənlərin mükafat­la­rını tam verəcəkdir. Allah zalımları sevmir”.

Bu iki ayədə Uca Allah insanları əməllərinə görə gözləyən əvəz barədə izahat verir. Bu ittihamnamə əvvəlki səmavi dinlərin, sadalanan key­fiyyətlərə malik olan bütün tərəfdarlarına aiddir. Bütün elçilərin Ağa­sı­nın (s.ə.s.) və Allahın son Peyğəmbərinin (s.ə.s.) gəlişindən sonra, onun peyğəmbərlik səlahiyyəti ilə bütün əvvəlki kitabları qüvvədən saldı, onun dini isə bütün əvvəlki dini qanunları ləğv etdi. Buna görə, İslam dininə eti­qad etməkdən boyun qaçıran hər bir kəs, mütləq məhvə məhkum olun­muşlar arasında olacaqdır.
               
(58) “Bunlar sənə oxuduğumuz ayələrdən və Hikmətli Zikr­dən­dir”.
       
Bu Əzəmətli Quran insanların ilk və sonrakı nəsillərinin hekayət­lərindən və həmçinin peyğəmbərlər və elçilər haqqında tarixdən ibarətdir. O, Allahın aydın ayələrindən ibarət olmaqla qullara, onların ehtiyacı ol­du­ğu hər şeyi xatırladır. O, hikmət və aydınlıq təcəssümüdür, onun hekayət­ləri gerçək və hökmləri gözəldir.

                                            
(59) “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu”.

Məryəm və onun oğlu haqqında gerçək rəvayətdən sonra, Uca Allah izah edir ki, İsa peyğəmbər (ə) sadəcə bir qul idi, Allah isə ona böyük lütfkarlıq göstərmişdi. Bu peyğəmbərin (ə) ilahlaşdırılması Allaha, Onun bütün peyğəmbərlərinə və hətta İsa peyğəmbərin özünə də böhtan­dır. Onu öz allahları sayan günahkarlar şübhəli və qüsurlu dəlillərə istinad edirlər. Onların sübutları ədalətli olsaydı, onda Adəmin allah olmağa haq­qı daha çox olardı, axı Allah onu atasız və anasız yaratmışdı. Buna bax­ma­yaraq, bütün adamlar onu adi bir insan və Allahın qullarından biri hesab edirlər. Bax buna görə də, İsanın atasız və qəribə halda doğuluşuna əsaslanan ilahlaşdırılması haqqında bəyanatlar yalan və tamamilə əsas­sızdır.
                 

(60) “Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edən­lərdən olma”.

Şübhə edilməsi mümkün olmayan haqq İsa peyğəmbərin (ə) aşa­ğı­dakı sözlərində öz əksini tapmışdır: “Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha iba­dət edin!” – demişəm. Nə qədər ki, onların arasında idim, mən on­lara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən” (Maidə, 5/117).
                                                          

(61) “Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınları­mızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.

Bir dəfə Muhəmməd Peyğəmbərin (s.ə.s.) yanına Nəcrandan xristi­anların nümayəndələri gəlmişdi. Peyğəmbər (s.ə.s.) onlara İsanın təkcə Allahın qulu və Onun elçisi olması barədə inandırıcı dəlillər gətirdi, lakin onlar inadkarcasına öz yanlış baxışlarını müdafiə etməkdə davam etdilər. Onlar həqiqəti aydınlaşdırdılar, lakin onların öz baxışlarına olan tərs və fanatikcəsinə münasibəti haqqa itaət etmələrinə mane olurdu. Onlar İsanın Allah olduğuna təkid etməkdə davam edirdilər. Belə olduqda, Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) əmr edir ki, yalançılara Allahın lənət etməsi təklifi ilə onlara müraciət etsin.
Allahın Elçisi (s.ə.s.) onlara söz verir ki, öz ailəsini və öz oğullarını gətirsin və onlara da təklif edir ki, öz ailələri və oğulları ilə birlikdə gəl­sinlər ki, Uca Allahdan yalançıları cəzalandırmasını və onlara lənət etmə­sini bir yerdə xahiş etsinlər. Xristianlar onun təklifini qəbul edib-etməmək haqqında öz aralarında məsləhətləşdilər və qərara gəldilər ki, onu qəbul etməsinlər, axı onlar çox gözəl bilirdilər ki, Muhəmməd (s.ə.s.) Allahın əsil peyğəmbəridir. Onlar başa düşürdülər ki, onun təklifini qəbul etmək özlərini, öz övladlarını və öz arvadlarını məhvə məhkum etmək idi və buna görə onlar onunla sülh müqaviləsi bağladılar, adambaşına can vergi­si ödəməyə razılılaşdılar və xahiş etdilər ki, onlara qarşı döyüş əməliy­yatları aparılmasın. Bu şərtlər Peyğəmbəri (s.ə.s.) qane etdi və o, onlara təzyiq göstərməkdən vaz keçdi, çünki o, istənilən nəticəyə nail olmuşdu. İnsanlar həqiqəti dərk etdilər və xristianların inadkarlıq və kafirlik etdik­lərini aydınlaşdırdılar, çünki onlar yalançılara Allahın lənətini çağırmaq­dan boyun qaçırmışdılar və əslində bununla ədalətsiz insan olduqlarını etiraf etmişdilər.

                                      
(62) “Həqiqətən, bu, gerçək bir hekayətdir. Allahdan başqa ilah yoxdur. Şübhəsiz ki,  Allah Qüdrətlidir, Müdrikdir”.
              

(63) “Əgər onlar üz döndərsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır”.

İnsanlar, həqiqət onlara aydın olduqdan sonra, ondan üz döndərir və öz azğın baxış­la­rın­dan əl çəkmirlərsə, onda onlar fitnəkar və fasiqdirlər və bu, Allaha gün kimi aydındır. Onun qüdrəti o dərəcədə əzəmətlidir ki, bütün məxluqat Onun qarşısında itaət edir, yerin və göylərin sakinləri Ona tabe olurlar. Bunlarla yanaşı O, kamil müdrikliyə malikdir və bunun sayəsində hər şeyi öz yerində yerləşdirir.

                                               ﭿ                         

(64) “De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi çərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, de: “Şahid olun ki, biz müsəlman­larıq!”

Muhəmməd Peyğəmbər (s.ə.s.) bu şərəfli ayənin mətnini Kitab əhli­nin hökmdarlarına yolladığı dəvət məktublarında əks etdirərdi. Bəzən o (s.ə.s.), bu ayəni sübh namazının sünnəsinin birinci və ya ikinci rükə­tində oxuyardı. O (s.ə.s.), bu sözlərdə, bütün peyğəmbərlərin və elçilərin təbliğ etdikləri vahid dinə çağırış, şərik qoşmadan, təkcə Allaha ibadət et­mək zəruriyyətinin izahı və bütün insanların adi adam, Müqəddəs Allahın sifətlərinə və xüsusiyyətlərinə malik olmadıqla­rının təsdiqi olduğu üçün belə edərdi.
Ey möminlər!
Əgər Kitab əhli və yerdə qalan bütün adamlar sizin çağırışınıza ta­be olurlarsa, onda onlar düz yolla gedirlər. Yox əgər onlar üz döndərsələr, onda onlara əmr edin ki, sizin artıq İslama daxil olduğunuza şahidlik etsinlər. 
                                     

(65) “Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşir­si­niz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anla­mırsınız?”

                                          

(66) “Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşir­siniz? Allah bilir, siz bilmirsiniz!”

                                                
(67) “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi”.

                                

(68) “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah mömin­lərin Himayədarıdır”.

Bütün dini icmaların nümayəndələri – yəhudilər, xristianlar, müş­riklər və müsəlmanlar – bəyan edirlər ki, onlar İbrahim peyğəmbərin yolu ilə gedirlər. Lakin Uca Allah bildirir ki, İbrahimə ən yaxın olan adamlar – Muhəmməd Peyğəmbər (s.ə.s.), onun ardıcılları və habelə, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinə qədər yaşamış İbrahim peyğəmbərin (ə) özünə sadiq olan ardıcıllarıdır. Yəhudilərə, xristianlara və müşriklərə gəldikdə isə, onların İbrahimə heç bir aidiyyəti yoxdur, çünki onun dini, bütün elçilərə və bütün Səmavi Kitablara iman gətirməyə əsaslanan təmiz tövhid dini idi.
Belə təmiz baxışlara etiqad edənlər təkcə müsəlmanlardır. Yəhudi­lə­rin və xristianların da özlərini İbrahimin tərəfdarları adlandırmalarına baxmayaraq, yaxşı məlumdur ki, həm yəhudi və həm də xristian dini, Allahın bu sevimlisinin vəfatından çox əsrlər keçdikdən sonra təşəkkül tapmışlar. Bəs niyə yəhudilər və xristianlar onların yalanını və uydurma­larını ifşa edən baxışları ilə əlaqədar mübahisələrini davam etdirirlər? Onlar bildikləri şeylər haqqında mübahisə edə bilərdilər. Bəs niyə onlar, baxışlarının yanlışlığının, təfərrüatı ilə araşdırılmasına qədər, aydın olduğu halda, mübahisə edirlər?
Buradan belə bir nəticə çıxır ki, insanlar bilmədikləri şey barəsində mübahisə etməməli və hətta danışmamalıdırlar. Allahın möminləri himayə etməsi müddəasından da aydın olur ki, qulun imanı gücləndikcə, Allah Öz mərhəməti sayəsində ona daha çox himayədarlıq edir, onun taleyini yün­gülləşdirir və onu çətinliklərdən qurtarır.

                                 
(69) “Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar və bunu da hiss etmirlər”.
   ﯿ                  

(70) “Ey Kitab əhli! Haqqa şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?”

                            
(71) “Ey Kitab əhli! Nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?”

                                                  

(72) “Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və günün sonunda inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr”.

                                         ﭿ                                   

(73) “Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin və yaxud müsəlmanlar Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədi­yinə verir! Allah hər şeyi Əhatəedəndir, Biləndir”.

                         

(74) “O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir”.

Allah müsəlmanlara, onlara qarşı düşmənçilik əhval-ruhiyyəsində olan və onları ən yaramaz üsullarla azdırmağa cəhd edən Kitab əhlinin fitnə-fəsad hazırlaması haqqında xəbər verməklə böyük lütfkarlıq göstərir. Onlardan bəziləri hətta bir-birinə deyirlər: “Gəlin günün əvvəlində İslama iman gətirək və günün sonunda isə imandan üz döndərək. Müsəlmanların arasında elə adamlar var ki, sizi bilikli və savadlı sayırlar və əgər onlar sizin belə etdiyinizi görsələr, onda öz dinlərinə şübhə etməyə başlayarlar. Onlar fikirləşərlər ki, siz onda əvvəlki Kitablara zidd olan dəyərsiz ba­xışlarla rastlaşmasaydınız İslam dinindən heç vaxt əl çəkməzdiniz”.
Onlar müdhiş fitnəkarlıqlar törədirlər, lakin Uca Allah istədiyini doğru yola yönəldir. O təkbaşına Öz mərhəmətinin və səxavətinin sərən­camçısıdır, istədiklərinə onları bəxş edir. O, müsəlmanlara, onlara qədər heç kimin layiq görülmədiyi xüsusi lütfkarlıq göstərməyi istəmişdir. Məkrli kafirlər anlaya bilmirlər ki, Allahın gerçək dini insanların qəlbinə daxil olduqda, zaman keçdikcə onlar daha böyük iman və əqidə sahibi olurlar, hər hansı şübhə isə, onları dinin qanun­la­rından daha möhkəm yapışmağa və Allaha həmd etməyə, Onu, saysız-hesabsız nemətlə­rinə və mərhəmətinə görə tərifləməyə yönəldir.
Kitab əhli istəmir ki, müsəlmanlar, onların vaxtilə aldıqlarını alsın­lar. Məhz buna görə, onlar Rəbbin qarşısında müsəlmanlarla höcətləşirlər. Buradan aydın olur ki, onların bəd əməllə­rinin səbəbi həsəd, ədalətsizlik və günahkarlıqlarının ifşa olunacağından ehtiyat etmələridi. Bu barədə Uca Allah buyurur: “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qay­tarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadir­dir” (Bəqərər, 2/109).

                                                                                                

(75) “Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət et­sən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytar­maz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah ol­maz!” – deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər”.

Uca Allah bildirir ki, Kitab əhli arasında elələri var ki, onlara etibar edilməsinə layiqdirlər və əgər onlara böyük miqdarda pul etibar etsən, onu hökmən öz sahibinə qaytararlar. Ancaq onların arasında elə məkrli fasiq­lər də var ki, özgəsinin malına, hətta onun çox az olmasına baxmayaraq, qəsd etməyə hazırdırlar. Öz iyrənc məkrliliyinə və xəyanətkarlığına bax­ma­yaraq, onlar əməllərini uydurma sübutlarla doğrultmağa cəhd edərək belə deyirlər: “Biz onların malını mənimsəyəndə günah işlətmirik, çünki o, bizim üçün toxunulmaz deyil”. Onlar Allaha şər atmağa cəhd göstə­rirlər, halbuki, onlar, belə cinayətlərinə görə məsuliyyət daşıya­caq­larını yaxşı bilirlər. Onlar, etibar etdiklərinə görə, ərəblərə nəinki xəyanət edir və nifrətamiz münasibət bəsləyir, həmçinin şüurlu surətdə Allaha böhtan atırlar. Onlar öz cahilliyinə və sapqınlığına görə belə hərəkət edən adamlara qətiyyən oxşamırlar.

                   

(76) “Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şübhəsiz ki, Allah müttəqi­ləri sevir”.

Yox-yox! Onların sözləri sonsuzluğa qədər həqiqətdən uzaqdır, buna görə də, müttəqi mömin ancaq Allahın qarşısında və Onun qullarının qarşısında öz vəzifələrini qüsursuz yerinə yetirən şəxsdir və məhz belə insan Allahın məhəbbətinə layiqdir. Əgər insan başqa cür hərəkət edirsə, insanlar qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmirsə və Allahdan layiqincə qorxmursa, onda o, Allahın nifrətinə düçar olur və ən əzabverici cəzaya məhkum edilir.

                                                        ﯿ                       
(77) “Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün Axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır”.

Əgər insanlar dini dünya nemətlərinə satırlarsa, keçici maddi zövqə üstünlük verirlərsə, yalandan and içmək və öz öhdəliklərini yerinə yetir­məmək hesabına varlanırlarsa, onda Allah Qiyamət günü onlarla danışma­yacaq və hətta onların üzünə belə baxmayacaq. Allah onları təmizləməyə­cək və əzabverici cəzaya məruz qoyacaq, çünki onlar Onun qəzəbinə layiqdirlər, özlərini amansız cəzaya düçar etmişlər, Allahın mükafatından və mənəvi təmizlənməsindən məhrum olmuşlar. Axirət həyatında onlar cinayətlərin və ağır günahların rəzalətinə bürünəcəklər.

                                                                    

(78) “Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitab­dan hesab edəsiniz deyə, Kitabı oxuyarkən dilləri ilə təhrif edirlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!” – deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar”.

Kitab əhli arasında elə adamlar var ki, Allahın Kitabını təhrif edə­rək onu düzgün oxumur ki, insanlar onların oxuduqlarını Səmavi Vəhyin sözləri kimi qəbul etsinlər. Onlar Vəhyin mətnini və mənasını yanlışlaş­dırır, lakin bu müdhiş cinayətlə də kifayətlənmirlər. Onlar öz uydurma­larının Müqəddəs Kitabdan götürüldüyünü göstərməyə çalışırlar, halbuki bu, açıq-aydın yalandır. Onlar törətdiklərinin ağırlığını və əməllərinin nəticələrini dərk edərək Allaha açıq şəkildə böhtan atırlar.

                                                ﭿ                                                      

(79) “Heç kimə yaraşmaz ki, Allah ona Kitab, Hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!” – desin. Əksinə, o deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyr­ən­diyiniz şeyin sayəsində din xadimi olun!”

                                 
(80) “O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?”

Əgər Allah kiməsə vəhy göndəribsə, Kitabı ona öyrədibsə, ona peyğəmbərlik bəxş edibsə və ona dini hakimiyyət veribsə, onda o, heç vaxt insanlara ona, digər peyğəmbərlərə və ya mələk­lərə ibadət etməyi əmr etməz. O, heç vaxt bu varlıqların ağa olmalarını təbliğ etməz, çünki belə baxışlar əsil kafirlikdir. Məgər Allah ona, belə baxışlarla bir araya sığmayan İslamı öyrətdiyi halda, o, insanları buna (küfrə) dəvət edə bi­lərmi? Məgər o, bu dinə zidd olan bir şeyi təbliğ edə bilərmi?! Belə bir şey mümkün deyildir, çünki Allahın peyğəmbərlərinə əta etdiyi mövqe, aşıladığı əqidə və çox yüksək əxlaqi keyfiyyətlər onların özünü ən mü­kəmməl surətdə Ona ibadət etməyə və öz Tək və Qüdrətli Rəbbi qarşı­sında müti olmağa məcbur edir.
Nəcran sakinləri belə bir cavabı aldılar. Onlar öz yanlış fikirlərinə o dərəcədə aludə olmuş və o dərəcədə təkəbbürlü idilər ki, belə demişdilər: “Ey Muhəmməd! Doğrudanmı sən bizi sənə ibadət etməyə dəvət edirsən?” Yaradan, onların sözlərini təkzib edərək, bildirir ki, onların etirazları da, kafir sələflərinin etirazları kimi, yalan və əsassız idi.

                                                                           

(81) “Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və Hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz” – deyə əhd almış və: “Razı­sınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?” – demişdi. Onlar: “Razıyıq!” – demişdilər. Allah da: “Şahid olun, Mən də sizinlə bəra­bər şahid olanlarda­nam” – demişdir”. 

ﯡﯢﯣﯤﯥﯦﯧﯨ   

(82) “Bundan sonra üz döndərənlər – məhz onlar fasiqlərdir”.

Uca Allah bildirir ki, bütün peyğəmbərlər Allahla sərt əhd bağla­mışdılar. Kitab və Hikmət nazil edilməsi onlara nümayiş etdirilən bir lütfkarlıq idi və bunlar peyğəmbərləri Onun qarşısında götürdükləri öhdə­likləri mükəmməl tərzdə yerinə yetirmələri üçün əsas yaradırdı. Həmin əhdə müvafiq olaraq hər bir peyğəmbər özündən sonra gələn peyğəmbərə iman gətirməli, o, insanlara müraciət etdikdə isə, ona kömək göstəril­məliydi ki, əvvəlki Kitabların doğruluğu təsdiq edilsin və onların arasında tövhid dini, haqq, ədalət və hər bir səmavi şəriətə xas olan digər mühüm baxışlar yayılsın. Peyğəmbərlər belə şərtlərə razılaşmışdılar və bu əhdi yerinə yetirəcəklərini öhdələrinə götürmüşdülər, məhz onda Allah onları bu əhdin doğruluğuna şahidlik etməyə dəvət etmişdi. Bundan başqa, Allah onların razılığına Özü şahidlik etmişdi və bu əhdi pozmağa cəsarət edə bilənin hər birini çox ciddi hədələmişdi.
Bu ayələrdən aydın olur ki, bütün peyğəmbərlər vahid bir yolla gediblər, bir dini təbliğ ediblər və öz aralarında ixtilaf etməyiblər. Onların hər biri, Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməyi və ona (s.ə.s.) kömək etməyi öhdələrinə götürməkdə bir-birilərinə bənzəyirlər. Əgər bir insan özünü Allahın peyğəmbərlərinin ardıcılı adlandırırsa, onda onların dini – Allahın əmri ilə etiqad edəcəyinə razılıq verdiyi və öhdəlik götür­dü­yü – İslam dinidir. Əgər o, Muhəmməd Peyğəmbərin (s.ə.s.) yolu ilə getməkdən boyun qaçırırsa və özünü digər peyğəmbərlərin davamçısı adlandırırsa, onda o, ancaq fasiqdir, Allaha itaətdən yayınır və əslində, özünü ardıcılı adlandırdığı peyğəmbəri təkzib və inkar edir.
Bu ayə Kitab əhlini və Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməyən bütün digər millətlərin nümayəndələrinin hamısını öz cahil­liklərinə görə bəraət almaq imkanından məhrum edir. Buradan aydın olur ki, insanlar, elçilərdən sonuncusu və ən şərəfli olanına – Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirmədikcə, özlərini ardıcılları adlandırdıqları elçilərə lazımınca iman gətirə bilməzlər.

                                   

(83) “Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar”.

                    ﭛﭜﭝﭞ                                     

(84) “De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!”

                              

(85) “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”.

Biz “əl-Bəqərə” surəsində artıq qeyd etmişdik ki, bunlar – Allahın müsəlmanlara iman gətirmələrini əmr etdiyi əsas baxışlardır*. Bütün Müqəddəs Kitablar və Allahın elçiləri onları təbliğ etmişlər. Bu müd­də­alar hər bir insanın müqəddəs məqsədinə çevrilməlidir, onlar İslam dini­nin gerçək əsaslarıdır. İnsan onlara etiqad etmək istəmədikdə, Allah onun əməllərini rədd edir və o, ümid bağlaya biləcəyi dinindən məhrum olur.
Həqiqi imanı rədd edib ondan üz döndərən şəxs haraya yönəlir? Doğrudanmı o, ağaclara, daşlara və ya oda ibadət edəcəkdir? Ya da o, mirzələri, rahibləri və xaçları ilahlaşdırmağa başlayacaqdır? Bəlkə, aləm­lərin Rəbbinin mövcudluğunu danacaqdır? Ola da bilsin ki, şeytanın uy­durduğu yalançı dinlərə etiqad etməyi üstün tutacaq? Həqiqətən, insan bu yollardan birini seçsə, Axirət həyatında ziyana uğrayanlardan olacaq­dır.

    ﭿ                                       

(86) “İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər oldu­ğu­na şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz”.

                    
(87) “Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir”.

                       

(88) “Onlar bu lənətə həmişəlik qərq ediləcəklər. Onların əzabı yüngülləşdiril­məyə­cək və onlara möhlət də verilməyəcək”.

                         

(89) “Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir”.

Allahın dininə iman gətirdikdən, onu qəbul etdikdən və Allahın Elçisinin (s.ə.s.) həqiqi peyğəmbər olduğunu təsdiq etdikdən sonra, öz öhdəliklərini pozaraq geriyə dönən adamları Allahın doğru yola yönəlt­məsini təsəvvür etmək mümkün deyil. Belə adamlar haqqı şüurlu surətdə təkzib edirlər və əgər kimsə bu addımı atırsa, onda Allah da onu baş-ayaq edir*. İnsanlardan haqqı şüurlu surətdə danmasına və yalanı üstün tutma­sına görə belə intiqam alınır. Allah, sadəcə, onları üz tutduqları səmtə yönəldir.
Onlar Allahın, mələklərin və bütün insanların lənətinə düçar olur­lar. Onlar əbədi olaraq o lənətə qərq olurlar və əbədi əzabkeşə çevrilirlər. Allahın cəzası onları bir dəfə yaxalayan kimi, onlar artıq bir daha rahatlıq bilmir və onlara möhlət verilmir; axı Allah onlara, ağılları başlarına gəl­məsi üçün, kifayət qədər uzun ömür vermişdi. Bundan başqa, Nəsihətve­rən onlara qisas alınacağı barədə xəbərdarlıq etmişdi. Bu təhdidedici xəbərdarlıq hamıya aiddir, təkcə sonradan kafirliklərindən tövbə edib öz günahkar əməllərini islah edənlər, nöqsanlarını düzəldənlər istisna təşkil edir. Allah belə insanların əvvəl törətdiyi günahları və yol verdiyi qüsur­ları bağışlayır.

                                 
(90) “Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır”.

                                                             

(91) “Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birin­dən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onla­ra sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olma­yacaqdır”.

İnsan iman gətirməkdən boyun qaçırırsa və öz inkarçılığında inadla qalırsa və bu onda daha da dərinləşir və ölənə qədər ondan əl çəkmirsə, onda o, düz yolunu azmış günahkardır, bədbəxtlik yoluna qədəm qoymuş­dur və ən əzabverici cəzaya layiqdir. Ona Allahın cəzasından xilas olmağa heç kim kömək etməyəcək və hətta o, amansız cəzadan qaçmaq üçün dünya dolusu qızıl fidyə versə də, bu ona fayda verməyəcəkdir. Allah bizi kafirlikdən və onun bütün bənzərlərindən saxlasın!

                                   
(92) “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir”.

Möminlik – bütün saleh əməlləri özündə birləşdirən anlayışdır. Bu – Cənnət bağlarına aparan yoldur. Lakin insan onun üçün dəyərli olan şeylərdən ianə verənə qədər və ona məxsus olan ən qiymətli və əziz saydığı malından sədəqə paylayana qədər, bu yola qədəm qoya bilməz. İnsan üçün çox xoşladığı və əziz olan ən qiymətli əşyalarından ianə vermək onun möminli­yinin, əxlaqlılığının və rəhmdilliyinin ən böyük dəlilidir.
Əgər insan Allahı, məhəbbəti hər insanın qəlbinə hopdurulmuş maddi zənginlikdən daha güclü sevirsə, bu onun Ona olan səmimi məhəb­bətini təsdiq edir. Əgər o, məhəbbətində özündən çox Allahı üstün tutursa, onda o, kamilliyin ən yüksək zirvəsinə nail olur. Əgər o, ianə kimi ən qiymətli malını paylayır və Allahın qullarına xeyirxahlıq göstərirsə, onda O, hökmən ona Öz mərhəmətini göstərər və onu saleh əməllərə və yüksək əxlaqlılığa yönəldər ki, bunları başqa yolla əldə etmək, sadəcə, mümkün deyildir.
Bundan əlavə, əgər insan belə ianələr edirsə, deməli o, digər saleh əməllər də yerinə yetirir və bir çox başqa yaxşı məziyyətlərə də malikdir. Hərçənd insana əziz olan şeylərdən ehtiyacı olanlara paylamaq ən gözəl­dirsə də, Uca Allah qullarının ən qiymətli və o qədər də qiymətli olmayan əşyalarından verdikləri bütün böyük və kiçik ianələrdən agahdır. O, hər bir xeyriyyəçiyə onların əməlinə müvafiq olaraq həm bu dünyada layiqli mükafat və həm də Axirət həyatında əbədi səadət bəxş edir.

                                                  ﭵﭶ        ﭺ ﭻ    
(93) “Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxu­yun!”
      ﭿ                    

(94) “Bundan sonra Allaha qarşı yalan uyduranlar – məhz onlar zalımlardır”.

Yəhudilərin İsanın (ə.) və Muhəmmədin (s.ə.s.) peyğəmbərliyini inkar etmələrinin səbəb­lərindən biri o idi ki, onlar dini hökmlərin ləğv olunmasını qəbul etmirdilər. Onlar güman edir­dilər ki, bir peyğəmbərin şəriəti ondan əvvəlki peyğəmbərin şəriətindən heç vəchlə fərqlənmə­mə­li­dir. Belə olduqda, Allah nümunə göstərərək onların zənninin yanlış oldu­ğunu onlara izah edir. Bu onlara yaxşı məlumdur. İsrail oğullarına Tövrat nazil edilənə qədər hər cür qida maddəsini yeməyə (İsrail təxəllüslü Yaqub peyğəmbərin xəstəliyi ilə əlaqədar yemədiyi bir sıra ərzaq malları istisna olmaqla) icazə var idi. Tövrat isə israillilərə əvvəllər icazə verilmiş bir çox ərzaq mallarını yeməyi qadağan etdi. Əgər israillilər bunu inkar etsələr və dini qadağaların və icazələrin ləğv olunmadığı iddiasının üst­ündə təkidlə dayansalar, onda qoy Tövratı gətirib, öz dediklərinin doğru­lu­ğunu sübut etsinlər. 
Buradan aydın olur ki, öz doğruçuluğunu sübut etmək üçün ən yaxşısı, müqabil tərəfin qəbul etdiyi və təkzib etmədiyi dəlillərdir. Əgər bundan sonra o, haqqı qəbul edirsə, qoy necə is­tə­yir belə də hərəkət etsin. Yox, əgər o, haqqa tabe olmaqdan boyun qaçırırsa və belə izahatı qə­bul etmirsə, onda onun yalanı və ədalətsizliyi və habelə baxışlarının şərli olması ifşa ediləcəkdir. Məhz bu, yəhudilərin başına gəlmişdi.

           ﮏ ﮐ            

(95) “De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dini­nin ardıyca gedin. O, müşriklərdən deyildi”.

Allah həmişə ancaq həqiqəti söyləyir. Kimin nitqi ümumiyyətlə Onun nitqindən doğru ola bilər? O, bu vəhyində Muhəmmədin (s.ə.s.) pey­ğəmbərliyinin gerçəkliyinin dəlillərini izah edir, onun təbliğatının doğ­ru­luğunu təsdiq edir və Allahın Elçisini (s.ə.s.) yalançı hesab edən və onun dəvətini rədd edən Kitab əhlinin azğın baxışlarının yanlışlığını ifşa edir.
Muhəmməd Peyğəmbər (s.ə.s.) Allahın gerçəkliyini bəyan edərək, insanları özünün haqlı olmasında, dağların və güclü insanların qarşısında itaət etməyə hazır olduqları inandırıcı sübutlar və dəlillərlə əmin edir. Bundan sonra bütün bəşəriyyət İbrahimin yolu ilə getməli və təkcə bir olan Allaha şərik qoşmadan ibadət etməli, Onun göndərdiyi bütün elçiləri qəbul etməli, Onun nazil etdiyi bütün Kitabları qəbul etməli, bütün yanlış və təhrif edilmiş dinlərdən uzaqlaşmalıdır, axı İbrahim peyğəmbər tövhid­lə bir araya sığmayan nə var idisə, hamısından uzaqlaşırdı və onun büt­pərəstlik və müşriklərlə heç bir əlaqəsi yox idi.

                            

(96) “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu gös­tərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir”.

                                                                     
(97) “Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora­ya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəəbəni) ziyarət et­mək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında bor­cudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur”.

Uca Allah – yer üzündə Ona ibadət və Onu zikr etmək üçün qur­duğu Məscidülharamın əzəməti haqqında xəbər verir. Bu məscid məxluq­lara böyük fayda verir və iri miqyasda nemət bəxş edir. Onda Allahın sevimlisi İbrahimin yüksək məqamını və onun həcc ziyarəti zamanı etdiyi əməlləri və həmçinin bütün elçilərin ağası və başçısı olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) yüksək məqamını xatırladan aydın əlamətlər vardır. Bu məscid haram edilmiş torpaqda yerləşir və insan bu torpağa ayaq basdıqda, Allahın qədərinə, İslam şəriətinin və dininin ehkamlarına müva­fiq olaraq, əmin-amanlığa qovuşur.
 Məscidülharamın sadalanan ümumi özəlliklərini və onunla bağlı ikinci dərəcəli ehkam­ları nəzərə alaraq, Uca Allah, öz əməlinə məsuliyyət daşıyan və imkanı olan bütün kəslərin Məkkəyə həcc ziyarəti etməsini məcburiləşdirmişdir. Bunun üçün adamlara bəs edir ki, imkan tapıb Məkkəyə qədər istənilən nəqliyyat vasitəsilə gəlsin və özü ilə ona zəruri olan ərzağını götürsün. Bu ayədə elə sözlər xatırlanır ki, onlar həm hal-hazırda mövcud olan və həm də gələ­cəkdə olacaq nəqliyyat vasitələrinə aiddir.
Müqəddəs Quranın möcüzələrindən biri də onun ehkamlarının bütün zamanlar və istənilən şərait üçün tətbiq olunarlığıdır. Bundan başqa, insanlar bu hökmlərə riayət etmədikcə, öz işlərini tam qaydaya sala bil­məzlər. İnsan onlara tabe olduqda və onları layiqincə yerinə yetirdikdə, o, doğru yolla gedən möminlərdən biri olur. Əgər o, onlara itaət etməkdən boyun qaçırırsa və Məkkəyə həcc ziyarəti etmək istəmirsə, onda o, dinin ağuşundan çıxır və kafir olur, axı Allahın Öz qullarına ehtiyacı yoxdur.

                            

(98) “De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?”

                                        ﯿ   

(99) “De: “Ey Kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışıb iman gətirənləri Allah yolun­dan sapdırırsınız?” Halbuki, Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”.

Allah artıq əvvəlki ayələrdə Kitab əhli üçün, onlar Muhəmməd Peyğəmbərə (s.ə.s.), öz oğullarını tanıdıq­ları kimi, bələd olmalarına baxmayaraq, İslamın həqiqi din olmasını təsdiq edən inandırıcı dəlillər gətirmişdi. Bu ayələrdə Onun möcüzələrinə iman gətirməkdən boyun qaçırt­dıq­larına və insanlara Onun yolu ilə getməyə mane olduqlarına görə, Allah inadkarlıq edən Kitab əhlini qınayır. Bunun səbəbi savadsız Kitab əhlinin öz mirzələrinə və din alimlərinə kor-koranə tabe olmalarıdır. Onların cinayəti Uca Allaha məlumdur və buna görə də onların hər birin­dən layiq olduqları əvəz çıxılacaqdır.

                                     
(100) “Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstə­yə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra belə, döndərib kafir edərlər”.

                                          

(101) “Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə ol­duğu bir vaxtda, siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağ­lanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar”.

Kitab əhlinin yanlış baxışlarını ifşa edərək və onları kafirliyə və inadkarlıqlarına görə qınayaraq, Uca Allah öz mömin qullarını onların aldada biləcəyindən xəbərdar edir, çünki onların arasında elə adamlar var ki, müsəlmanlara zərbə vurmağa, onları iman gətirdiklərindən sonra kafir­liyə döndərməyə can atırlar.
Ey möminlər! Allah sizə dindarlıq lütf etmiş, Öz dininin möcüzə­lərini göstərmiş, onun gözəlliyini və üstünlüyünü sizə izah etmiş və sizə Öz Elçisini (s.ə.s.) göndərmişdir ki, sizə fayda verməyə yarayan əməlləri göstərsin. Sizə onun ətəyindən möhkəm yapışmaq imkanı verilmişdir. Məgər Kitab əhli bütün bunlardan sonra sizi öz dininizdən döndərə bilər­mi? Həqiqətən də, əgər din möhkəm və nurlu özül üzərində qurulmuşsa, o, hökmən insanların qəlbini özünə cəlb edər və qullara ən şərəfli yüksəkliklərə nail olmağa və onların ən müqəddəs arzularının həyata keçməsinə imkan yaradar.
Sonra Allah xəbər verir ki, insan Ona təvəkkül edərsə və Onun himayəsinə sığınarsa, onda O, onu mütləq doğru yola yönəldər. Bu söz­lərdə Allaha təvəkkül etməyə çağırış əks olunmuşdur, çünki məhz belə etdikdə əmin-amanlıq əldə etmək və düz yola çıxmaq olar.

                          

(102) “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”

                                  ﭿ                                                    

(103) “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalan­mayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz”.

Bu ayələrdə Allah Öz mömin qullarını Onun böyük mərhəmətinə görə razılıq bildirməyə və minnətdarlıq etməyə, Ondan layiqincə qorxma­ğa, Ona qüsursuz itaət etməyə və Onun sözündən çıxmamağa və bunları Onun xatirinə səmimiliklə yerinə yetirməyə dəvət edir. Allah insanlara hə­qiqi dinə etiqad göstərməyi və Allahın Öz qullarına uzatdığı və Onun Özünə aparan ipindən, yeganə vasitə kimi, möhkəm yapışmağı əmr edir. Bu ip – Allahın dini, Onun Kitabıdır və insanlar onun ətrafında, firqələrə bölünmədən, birləşməli və ta ölənə qədər bu yolla getməlidirlər.
Allah müsəlmanlara, O, onlara Özünün bu böyük lütfünü göstərənə qədər, onların hansı vəziyyətdə olduqlarını xatırladır. Onlar dağınıq halda idilər və bir-biriləri ilə düşmənçilik edirdilər, lakin Allah Öz dininin vasi­tə­silə onlara birləşmək üçün yardım göstərmiş, onların ürək­lərini həma­həng edərək onları qardaşlaşdırmışdır. Onlar Cəhənnəm uçurumunun kən­a­rında ol­duq­ları halda, Allah onları böyük müsibətdən xilas edərək, xoş­bəxtlik və uğur yoluna yönəlt­mişdir. Bu qayda ilə O, insanlara Öz ayələ­rini izah edir ki, onlar Ona minnətdarlıqlarını bildirib, düz yolla getsinlər və Onun ipindən möhkəm yapışsınlar.

                                   

(104) “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işləri görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”.

Allah müsəlmanlara dinə möhkəm etiqad etməyi tapşırır və dini vəzifələrin yerinə yetirilməsinin ən mühüm amili olaraq dəvətçi qrupla­rının təşkilini göstərir. Belə qrupların yaradılması kifayət edir ki, o biri müsəlmanlar bu işdən azad edilsinlər. Dəvətçilər dini yayaraq ətrafdakıları xeyirli əməllərə çağırmalı və insanlara dinin əsas və ikinci dərəcəli məsə­lə­lərini öyrətməlidirlər. Onlar insanları elə əməllər etməyə dəvət etməli­dirlər ki, bu əməllər şəriət və ağıl sahibləri tərəfindən bəyənilmiş olsun və həm də onları şəriətin qınadığı əməllərdən çəkindirsin. Belə insanlar mütləq uğur qazananlardan olacaq, çünki onlar istədiklərini əldə edəcək və hər cür dəhşətli və xoşagəlməz şeylərdən xilas olacaqlar.
Bu dəvətçilər sırasına daxil olanlar İslam alimləridir. Onlar bilik əldə edərək şəriəti insanlara təlim edir, mühazirələr oxuyur və ümumiy­yətlə milləti bütövlükdə və ayrı-ayrı insanları isə tək-tək tərbiyələndi­rirlər. Onlar ətrafdakıları namaz qılmağa, zəkat verməyə, digər dini vəzifələri yerinə yetirməyə və qınanılan əməllərdən saqınmağa dəvət edirlər. Milləti və ya hər hansı fərdi xeyirxahlığa dəvət edən, ətrafında­kılara faydalı nəsihətlər verən hər bir müsəlman sözsüz ki, belə dəvətçi­lərdəndir.

                             

(105) “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir”.

Allah, dini dərk etdikdən və aydın ayələri gördükdən sonra firqə­lərə ayrılanların yolu ilə getməyi qadağan edir. Bildikləri onları dinin tələblərinə riayət etməyə sövq etdirməli və onları birləşdirməli idi, lakin onlar ixtilafa düşdülər və müxtəlif təriqətlərə bölündülər. Onlar həqiqəti bilmədiklərinə və nadanlıqlarına görə deyil, bilərəkdən belə etdilər. Onla­rın rəftarı bəd niyyətlərinin və bir-birilərinə zalım münasibətin nəticəsi idi. Belə insanlara böyük cəza hazırlanmışdır. Buna görə, sonra Allah bu böyük cəzanın başlayacağı və əzabverici cəzanın kafirləri yaxalayacağı vaxt haqqında izah verir.

                                        

(106) “O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qa­ra­la­caqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!” – deyiləcəkdir”.

                         

(107) “Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında ola­caq və orada əbədi qalacaqlar”.

 Allah Qiyamət günü xoşbəxt və bədbəxt insanlar arasında olacaq fərqi bildirir. Həmin gün, Allaha iman gətirmiş və elçilərin doğruçuluğunu qəbul etmiş, Allahın hökmlərini yerinə yetirmiş və Onun qoyduğu qada­ğanlardan çəkinmiş xoşbəxt möminlərin üzü nurlanacaqdır. Allah onları Cənnət bağlarına daxil edəcək, onları Özünün hər cür nemətləri ilə mü­ka­fatlandıracaq və onlar orada əbədi qalacaqlar. Elçiləri yalançı hesab edən, Allahın hökmlərinə itaətsizlik göstərən, dini bölərək çoxsaylı təriqətlər yaradan bədbəxt günahkarların üzü isə qaralacaqdır. Onları: “Doğrudanmı siz iman gətirdikdən sonra kafir oldunuz? Doğrudanmı siz haqq din əvə­zinə kafirliyi üstün tutdunuz?! İman gətirməkdən boyun qaçırtdığınıza görə dadın cəzanı!” – sözləri ilə qınayacaqlar.

                    ﯿ      

(108) “Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət ola­raq oxuyuruq. Allah aləmlərə haqsızlıq etmək istəmir”.

                            

(109) “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və axırda bütün işlər Allaha qaytarılacaqdır”.

Uca Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil etdiyi ayələrini şərəfləndirir. Onların sayəsində həqiqəti yalandan, dindar möminləri isə Allahın düşmənlərindən ayırmaq olar. Quran ayələri bəziləri üçün hazır­lan­mış mükafatlardan və digərləri üçün də onları gözləyən cəzalardan bəhs edir. Ayələr belə əvəzin Uca Allahın mərhəmətinə, ədalətinə və müd­rikliyinə müvafiq olduğunu izah edir. O, heç vaxt Öz qullarını incit­mir, onların xeyirxah saleh əməllərinin əhəmiy­yətini əskiltmir, onları baş­qalarının əvəzinə cəzalandırmır və başqalarının əməllərinə görə onları mə­s­uliyyətə cəlb etmir.
Allah Özünün hökmlərini və dinin tələblərini xatırladıqdan sonra, Özünün göylər və yer üzərində hüdudsuz hakimiyyətindən bəhs edir. O, bildirir ki, yaratdıqlarının bütün əməlləri Ona tərəf dönür və O, xeyirxah əməllərinə görə möminləri mütləq mükafatlandıracaq və günahkarları isə itaətsizliklərinə görə cəzalandıracaqdır. Allah Özünün üç növ qanunlarını tez-tez xatırladır ki, onları qullarına anlatsın. O, Mütləq Hökmdardır; O, ilahi qədərinin qanunlarına, dinin qanunla­rına və ədalətli intiqam qanunla­rına əsaslanır və O, bu dünyada da, Axirətdə də Öz məxluqlarının taleyini Özü həll edir. Yaradılmışların özlərinə gəldikdə isə, onlar Onun qərarla­rın­dan asılıdırlar və heç bir hakimiyyətə malik deyillər.
                                                       

(110) “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli millət­siniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksə­riyyəti isə haqq yolunu azmış fasiqlərdir”.

              ﭿ              
(111) “Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz”.

Allah bildirir ki, İslam milləti öz keyfiyyəti və xüsusiyyətlərinə görə bütün digər millətlərdən üstündür. Müsəlmanlar ən səmimi və xeyirxah insanlardır. Onlar yaxşılıq etməyi sevir, ətrafdakıları buna dəvət edir, onlara həqiqəti öyrədir, bəyənilən işlər görməyi məsləhət görür və onları qınanılan əməllərdən çəkindirirlər. Onlar nəinki insanlara kamilliyə nail olmağa kömək edir, öz imkanları daxilində onlara fayda verməyə səy göstərirlər, hətta özləri də, Allaha iman gətirərək və bu dinin vacib tələb­lərini yerinə yetirərək, kamilləşməyə nail olmağa çalışırlar.
Ey müsəlmanlar! Əgər Kitab əhli sizin iman gətirdiyinizə iman gətirsəydi, onda onlar doğru yolla gedərdilər və öz xeyirləri üçün çalışar­dılar. Lakin onlardan çox az bir hissəsi haqq dini mənimsəyirlər, çünki onların əksəriyyəti fasiqlərdir. Onlar Allaha və Onun Elçisinə (s.ə.s.) ita­ətdən boyun qaçırır, möminlərə qarşı döyüşür və hər vasitə ilə onlara zi­yan vurmağa cəhd göstərirlər. Lakin onlar, öz yaramaz danışıqları ilə narahatçılıq törətməkdən başqa, möminlərə heç bir zərər vura bilməzlər. Onlar müsəlmanlarla vuruşmaya hazırlaşdıqda, geriyə qayıtmağa məcbur olur və köməksiz qalırlar.
Bu öngörüm doğru çıxmışdı, çünki hər dəfə Kitab əhli müsəlman­larla döyüşməyə cəhd edəndə, onlar geriyə dönməli olurdular, Uca Allah isə onlara qalib gəlməkdə möminlərə kömək edirdi.

                                                                                              
(112) “Onlar harada olursa olsunlar, Allahın və mömin insan­ların himayəsində olanlar istisna olmaqla, onlara həmişə zəlillik qis­mət olar. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yox­sulluq üz vermişdir. Bu cəza ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar”.

  Uca Allah xəbər verir ki, yəhudilər – alçaldılmış xalqdır. Onlar hər yerdə qorxu içində yaşamağa məcburdurlar və onlar öz təhlükəsiz­liyini ancaq sülh müqavilələri sayəsində təmin etməyə nail ola bilirlər. Bunun üçün onlar İslamın hökmlərinə itaət etməli və müsəlmanlara can vergisi verməli olurdular. Bəzən onlar başqa xalqların himayədarlığından istifadə edirdilər ki, bu keçmiş və müasir tarixin çoxsaylı nümunələri ilə təsdiqlənir. Hətta son illərdə yəhudilərin müvəqqəti olaraq Fələstin tor­paq­larına sahib çıxmaları, təkcə onlar üçün bütün zəruri şəraiti yaradan qüdrətli dövlətlərin köməyi ilə mümkün ola bilmişdir.                 
Allah yəhudilərə qarşı qəzəblənərək, onları alçalmaya və kasıbla­mağa ona görə məruz qoyur ki, onlar Allahın ayələrinə iman gətirməkdən boyun qaçırır və peyğəmbərləri insafsız­ca­sına öldürürdülər. Bu cinayətlər onların nadanlığının və məlumatsızlığının deyil, onların zalımlığının və inadkarlıqlarının nəticəsiydi. Yəhudilər öz Rəbbinə itaətdən boyun qaçır­mış, cinayətlər törətmiş və buna görə ən ağır cəzaya layiq ediliblər. Allah onlarla ədalətsiz davranmamışdı və onları törətmədikləri cəzaya görə cəzalandırmamışdı. O, onları ədalətsizliklərinə, zalımlıq­larına, kin-küdu­rətlərinə, Allahın elçilərinə iman gətirmədiklərinə və yaramaz cinayətlə­rinə görə sərt cəzaya düçar etmişdi.
                                     
(113) “Hamısı eyni deyillər. Kitab əhli içərisində haqdan möh­kəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar”.

                                      

(114) “Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işləri görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdən­dir”.

                            

(115) “Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır”.

Uca Allah Kitab əhlinin yolunu azmasını xatırlatdıqdan sonra, on­ların arasından doğru yolla gedənlərin məziyyətləri və əməllərindən bəhs edir. Onların arasında elələri var ki, dinin fərz və nafilə hökmlərini qüs­ur­suz yerinə yetirirlər. Onlar Allaha və Axirət gününə inanır, xeyirxah əməllər etməyi əmr edir və günahlardan çəkindirirlər. Bununla əlaqədar Uca Allah buyurur: “Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə insanları doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər” (Əraf, 7/159).
Onlar təkcə xeyirxah əməllər etməklə qane olmurlar – belə əməlləri etməyə tələsirlər, bu isə o deməkdir ki, onları əməlisalehlik, mükafatı əl­dən qaçırmamağa can atmaq və yaxşı işləri, onların vacib şərtlərinə və bəyənilən tələblərinə riayət edərək, layiqincə yerinə yetirmək kimi keyfiy­yətlərlə səciyyələndirmək olar.
Uca Allah belə insanlardan hər hansı böyük və ya kiçik sədəqəni qəbul edir, çünki bu əməllər onların imanının və səmimiyyətinin nəticə­sidir. Allah belə əməlləri rədd etmir və onların əvəzi ödənilmədən unu­dulmasına yol vermir. O, müttəqilər, xeyirxah əməl işləyənlər və Onun mərhəmətini qazanmaq məqsədilə və Onun mükafatına ümid bəsləyərək günahdan çəkinənlər haqqında hər şeyi bilir.

ﭑﭒ  ﭓ ﭔﭕﭖﭗ        ﭚﭛﭜﭞﭟﭠ  ﭣﭤﭥ  

(116) “Kafirlərin malları da, övladları da onlara Allahın qarşı­sında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar”.
                    ﭰﭱﭲﭳ                    

(117) “Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər”.

Uca Allah izah edir ki, Onun ayələrini inkar edən və Allahın elçilərini yalançı sayan kafirləri heç kim Onun əlindən qurtara bilməz. Allah qarşısında heç kim onlara kömək etməz və heç kim onlara havadar çıxmaz. Hətta ən çətin anlarda güvəndikləri var-dövlət və övladları onlara heç bir rahatlıq gətirə bilməyəcəklər, öz yalanlarını ört-basdır etmək ümidi ilə bu dünyada verdikləri bütün ianələr faydasız və puç olacaq. Onların məsəli sərt şaxtalı küləyin və ya odlu qasırğanın məhv etdiyi taxıla bənzər. Bunun əsil səbəbi – onların ədalətsizliyi və zalımlığıdır. Allah onlarla ədalətsiz davranmayacaq və onları etmədikləri günahlara görə cəzalandırmayacaq. Əksinə, onlar özləri özlərinə zülm etmişlər.
Quranın buna bənzər bir ayəsində deyilir: “Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər...” (Ənfal, 8/36).

ﭿ                                                                                .

(118) “Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sı­xın­tıya düşməyinizi istəyərlər. Düşmənçi­likləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”.

                                                                
(119) “Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan Kitabların hamısına inanırsınız. On­lar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” – deyirlər, təklikdə qal­an­da isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qə­zəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanı bilir”.

Allah qullarını kafirlərlə dostluq etməmək barədə xəbərdar edir və müsəlmanlara onları, öz sirrini və ya digər müsəlmanların sirlərini etibar etmək mümkün olan yaxınları və ya yaxın dostları kimi hesab etməyə qadağa qoyur. Bununla yanaşı Allah qullarına kafirlərlə yaxın dostluqdan niyə çəkinməli olduqlarını da aydınlaşdırır.
Ey möminlər! Kafirlər heç vaxt sizə zərbə vurmaq imkanını əldən buraxmırlar. Onların sözləri və dedikləri böhtanları sizə qarşı onların amansız nifrət bəslədiklərini təsdiq edir, onların ürəklərində gizlənən nif­rət və kin isə, onların sözlərindən və rəftarından hiss etdiyiniz qərəzli mü­na­sibətdən daha da şiddətlidir. Allah əsil vəziyyəti sizə olduğu kimi izah edir və əgər siz ağıllı və sağlam təfəkkür sahibisinizsə, onda hər şey sizə gün kimi aydın olacaqdır.
Gəlin bu məsələyə digər tərəfdən yanaşaq. Əgər sizə məlum olsa ki, onlar dini məsələlərdə haqdan son dərəcə yayınmışlar və sizə yaxşı əməllərinizə görə minnətdar olmaq istəmirlər, onda siz niyə kafirləri sev­məli və onları öz yaxın dostlarınız və yaxınlarınız kimi hiss etməlisiniz? Siz qəti olaraq Allahın elçilərinin yolu ilə gedirsiniz, Allahın göndərdiyi bütün peyğəmbərlərə inanırsınız və Onun nazil etdiyi bütün Kitabları qəbul edirsiniz, amma onlar isə ən şərəfli Kitaba və ən şərəfli Elçiyə (s.ə.s.) iman gətirməkdən boyun qaçırırlar. Siz onlara səmimiyyətlə ürə­yi­yananlıq edirsiniz, onlara xeyirxahlıq diləyirsiniz, amma onlar bu hisslərin cüzi bir qismini də sizə bəsləmirlər. Doğrudanmı siz, sizi sevməyənləri və qarşınızda riyakarlıqla yaltaqlananları sevə bilərsiniz? Onlar sizinlə rast­laşanda iman gətirdiklərini bildirirlər. Öz həmkarları ilə təklikdə qalanda isə, onlar sizə və dininizə olan qəzəb və hiddətlərindən barmaq­larının ucu­nu çeynəyirlər. Qoy onlar İslamın əzəmətini və kafirliyin alçaqlığını öz gözləri ilə görüb əmin olduqda nifrətdən çatlayıb ölsünlər. Bu onlara çox xoşagəlməz şeylərin acısını udduracaq və onda onlar öz kinindən öləcək və niyyət etdiklərini törədəcəklərindən də əl çəkə bilməyəcəklər.
Allah, insanların qəlbində gizlənən hər şeydən xəbərdardır və buna görə də O, iman gəti­rən qullarına, İslam dini ilə düşmənçilik edən kafir­lərin və münafiqlərin əsil niyyətləri və hisslərini açıqlayaraq izah edir.

                                                  
(120) “Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”.

Ey müsəlmanlar! Siz özünüzü yüksəklikdə hiss etdikdə və ya qələ­bə çaldıqda, xoşbəxt bir həyat yaşadıqda və nemətlərdən həzz aldıqda, kafirlər olduqca kədərlənirlər. Düşmənləriniz sizə üstün gəldikdə və müsibətlər sizi haqladıqda, onlar şadyanalıq edir və sevinirlər. Həqiqətən, belə rəftar ancaq ən qəddar düşmənlərə xasdır.
Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gə­tirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onla­ra zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.

                  ﯿ          
(121) “O zaman sən Uhuddakı döyüşdən ötrü möminləri möv­qe­lərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. O, Eşidəndir, Biləndir!”

Burada Muhəmməd Peyğəmbərin (s.ə.s.) müsəlmanlarla birlikdə, qoşunları Uhud dağının yaxınlığında dayanmış müşriklərə qarşı dö­yü­şə getməsindən bəhs edilir. Peyğəmbər (s.ə.s.) müsəlmanları döyüş mövqe­lərində yerləşdirdikdən sonra, onların arasında vəzifələrini müəy­yən­ləşdirdi və onları döyüş qaydasında düzdü. Bu onun (s.ə.s.) həm siyasətdə və həm də döyüş sənətində heyranedici qabiliyyətə və kamil biliklərə malik olduğunu təsdiq edirdi. Peyğəmbərin (s.ə.s.) məziyyətləri doğrudan da bütün sahələr üzrə qüsursuz idi. Allah isə Eşidəndir və Biləndir və heç bir şey Onun nəzərindən yayına bilməz.

                          
(122) “O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idi­lər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər”.
Döyüş zamanı Bəni-Sələmə və Bəni Xarisə qəbilələri ruhdan düşməyə hazır idilər, lakin Yaradan onlara rəhm edərək, qayğılarına qaldı və onlara yardım etdi. Qoy iman gətirənlər Bir Olan Allaha təvəkkül et­sinlər, axı onlar belə etsələr, O, hökmən onlara kifayət qədər kömək gös­tərər və həm dində və həm də bu dünyada hər hansı narahatçılıqlardan xilas edər.
Bu və buna bənzər ayələr, (gücü insanın imanından asılı olan) Allaha təvəkkülün zəru­riyyətini xüsusilə vurğulayır. Təvəkkül qulun, Rəb­binin ona uğur qazanmaqda kömək edəcəyinə və onu hər cür xoşagəl­məz hadisələrdən qoruyacağına bəslədiyi ümididir.

                      

(123) “Siz zəif olduğunuz halda Allah Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz”.

Ühüd döyüşləri zamanı müsəlmanlara düçar olmuş böyük bəlanı xatırladıqdan sonra Uca Allah Bədrdəki qələbini və həmin döyüşdə onlara göstərdiyi lüffünü də yada salır ki, onlar təsəlli tapsınlar və öz Rəbbinə minnətdarlıq etsinlər. Bədr döyüşləri zamanı müsəlmanların sayı az idi və onlar pis təchiz olunmuşdular. Onların qoşununun sayı cəmisi 310 nəfər­dən bir qədər çox idi, silahları köhnəlmiş və az sayda olduğu halda, düş­mən qoşununun sayı min nəfərə çatırdı və onların hamısı yaxşı silah­lanmış və təchiz edilmişdilər. Qoy müsəlmanlar Allahdan qorxsunlar və Rəbbə minnətdar osunlar ki, O, onlara düşmən üzərində qələbə bəxş etdi.

                                   
(124) “O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?”

ﭻﭼﭽﭾﭿﮀ ﮁﮂ                

(125) “Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlamış beş min mələklə sizə yardım edər”.

Söhbət cəsarəti və igidliyi ilə xüsusi qeyd olunmuş mələklərdən gedir. Alimlər mələk­lərin döyüşdə bilavasitə iştirak edib etməməsi məsə­ləsi barəsində müxtəlif rəylər bildirmişlər. Bəzi təfsirçilər hesab edirdilər ki, mələklər döyüşdə bilavasitə iştirak etmişdilər, lakin əksəriyyə­ti­nin rəyinə görə Allah mömin qullarının ruhunu möhkəmlətmək və müşriklərin ürəyinə qorxu salmaq istəyirdi ki, bu şərhin xeyrinə aşağıdakı ayə dəlalət edir:
                                          

(126) “Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allah­dan­dır”.
                          

(127) “Bu ona görə idi ki, Allah bununla kafirlərin bir bölüyünü qırğına versin və ya onları darmadağın etsin ki, məyus halda geri dönsünlər”.

Bu ayələrdən aydın olur ki, qul dünyəvi səbəblərə deyil, Qüdrətli Allaha təvəkkül etməlidir, hərçənd dünyəvi səbəblər, xüsusilə də onların bolluğu, insanın qəlbinə təskinlik gətirir və əməlisaleh yoldan yayınma­mağa kömək edir. Allah mütləq Öz iman gətirmiş qullarına qələbə bəxş edəcək və bunun nəticəsində ya kafirlərin bir qismi həlak olar, ya da onlar döyüş meydanından acıqlı və arzu etdiklərini əldə edə bilmədiklərinə görə məyus halda qayıdarlar. Xəndək döyüşü zamanı məhz belə olmuşdu – kafirlər özlərinin tezliklə qazanacaqları qələbənin intizarında olduqları bir zamanda, Allah onları kor-peşman və azğınlıq içində geri qayıtmağa məcbur etdi.

                                
(128) “Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar”.

Uhud döyüşü zamanı Muhəmməd Peyğəmbər (s.ə.s.) yaralandı. Onun qabaq dişi sındırılmış və başı yarılmışdı və o (s.ə.s.), ucadan səs­lənərək demişdi: “Öz Peyğəmbərinin üzünü yaran və onun ön dişini sındıran insanlar necə uğur qazana bilərlər!” Həmin vaxt Uca Allah bu ayəni nazil edərək, ona anlatdı ki, təkcə Rəbb qərar qəbul edir və məxluqlarının talelərinə sərəncam çəkir. Peyğəmbər (s.ə.s.) insanların talelərinə sərəncam verə bilməz, çünki o özü (s.ə.s.) Allahın qullarından biridir. Tamamilə bütün yaradılmışlar Onun qullarıdır,Onun qərarlarından asılıdırlar və onlara təsir etmək bacarığına malik deyillər.
Allahın Elçisi (s.ə.s.) o insanları lənətləyərək, onların bir daha qələ­bə qazannacağını və düz yola gəlməyəcəyini düşünmüşdü, halbuki Allah onları bağışlaya və onların müsəlman olmasına kömək edə bilərdi. Sonra­dan elə belə də oldu – Allah onların əksəriyyətini doğru yola yönəltdi və onlar İslamı qəbul etdilər. Lakin O istəsəydi, onlar cəzanın acısını dadar­dılar, axı onlar artıq zalımlıq etmişdilər – cəzaya və onlardan intiqam alınmağa layiq idilər.

                                    

(129) Göylərdə və yerdə nə varsa, Allahındır. O, istədiyini ba­ğışlayar, istədiyinə də əzab verər. Allah Bağışlayandır, Rəhmlidir”.

Uca Allah bəyan edir ki, O, yer və göy aləmlərini təkbaşına idarə edir. O, istədiyinin tövbəsini qəbul edir, onların günahlarını bağışlayır. Kimi də istəyirsə, Öz köməyindən məhrum edir və cəzalandırır. Onun ayrılmaz sifətləri – yaradıcılığı gedişatında və qərar qəbul edərkən gös­tər­diyi hər şeyi bağışlaması və kamil rəhmdilliyidir. O, peşman olan günah­karları bağışlayır və Allahın mərhəmətinə layiq saleh əməllər işlədənlərin günahından keçir. Belə əməllər haqqında Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun” (Ali-İmran, 3/132).

                             

(130) “Ey iman gətirənlər! Dəfələrlə artırırlmış olan sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız”.

                 

(131) “Kafirlər üçün hazırlanmış Oddan çəkinin”.

      ﯿ      

(132) “Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun”.

Bu təfsirin giriş hissəsində deyilmişdi ki, qul Allahın hökmləri və qadağanlarına riayət etməli və onların başqa insanlar tərəfindən yerinə yetirilməsinin qayğısına qalmalıdır. Əgər Uca Allah dini ehkamların icra edilməsini insanın öhdəsinə verirsə, onda o, hər şeydən öncə, bu dini hökmlərin mənasını anlamalı və hədlərini bilməlidir və ancaq bundan sonra o, onları layiqincə yerinə yetirə bilər. O, zəruri olan şeyləri öyrənib başa düşdükdən sonra bu hökmləri yerinə yetirməli və bu işdə ətraf­dakı­lara yardım göstərməlidir. O, bunun üçün əlindən gələn hər şeyi etməli və itaətkar qul olması üçün Allaha dua etməlidir. Eyni şeyi dini qadağalar haqqında da demək lazımdır, çünki qul özü üçün, hər şeydən əvvəl, onla­rın hüdudlarını aydınlaşdırmalı, onların təsir dairəsini və nəyə aid olmadı­ğını başa düşməlidir. O, bu haramları pozmaqdan ciddi-cəhdlə uzaq olma­ğa çalışmalı və bununla bağlı Rəbbindən kömək diləməlidir. Allahın hökmləri və haramlarına qarşı münasibətdə bu prinsipə əsalanılmalıdır.
Şərh etdiyimiz bu ayələrdə belə hökm və haramlar öz əksini tap­mışdır. Allah həmin ayələrdə xeyirxah əməllər etməyə çağırır və belə edənləri mükafatlandıracağını bildirir və həm də günah işlətməyi qadağan edir. Allahın bu ayələri niyə Uhud döyüşü haqqında hekayətdə yerləşdir­mə­sinin səbəbini ən yaxşı bilən O Özüdür. Lakin bizə görə, bunun səbəbi, Allahın mömin qullarına, onlar səbirli və təqvalı olduqları təqdirdə, onlara düşmənləri üzərində qələbə bəxş edəcəyi və düşmənlərini Öz yardımından məhrum edəcəyi vədi ilə əlaqədardır. Uca Allah buyurur: “...Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz...” (Ali-İmran, 3/120).
“Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlamış beş min mələklə sizə yardım edər” (Ali-İmran, 3/125).
Bu vəhylərdən sonra qulların qəlbi təqvalı saleh insanlara xas olan keyfiyyətlər haqqında bilmək arzusu və qələbə çalmağa, uğur qazanmağa və xoşbəxtlik əldə etməyə imkan verən istəklə doldu və sanki buna görə şərh edilən ayələrdə Allah təqvalılığı müəyyənləşdirən ən mühüm hökm­lə­ri yada salır, çünki əgər insan onları yerinə yetirərsə, o, Allahın qalan ehkamlarını daha asanlıqla həyata keçirə bilər.
Dediklərmiz həm də onunla təsdiq olunur ki, Qurandan götürülmüş qısa bir parçada Allah təqvalılığı üç dəfə xatırladır. Uca Allah buyurur: “...Dəfələrlə artırırlmış olan sələmi yeməyin! Allahdan qorxun...” (Ali-İmran, 3/130);
“Kafirlər üçün hazırlanmış Oddan çəkinin” (Ali-İmran, 3/131);
“Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazır­lan­mış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin” (Ali-İmran, 3/133).
Bir şeyə diqqət yetirmək lazımdır ki, bu ayələr möminlərə müraci­ətlə başlayır. Quran hökmləri və qadağanları belə başladıqda, bu o demək olur ki, məhz iman, insanı bu hökmləri yerinə yetirməyə və haramlara riayət etməyə yönəldən amildir, çünki mömini yaxşı işlər görməyə vadar edən hər bir şeyin qəti olaraq qəbul edilməsinə iman deyilir.
Uca Allah möminlərə müraciət edərək, dəfələrlə artırılmış sələmi yeməyi onlara qadağan edir. Cahillik dövründə ərəblər arasında müamilə vermək – sələmçilik geniş yayılmışdı. Bu günah olan əməli dini hökmlərə əhəmiyyət verməyən kəslər bu günə qədər davam etdirirlər. Onlar ehtiyacı olan insanlara faizlə borc pul verir və onun qaytarılması müddəti yetiş­dikdə, deyirlər: “Sən borcunu qaytarmalısan, bunu etməsən, borcun ödə­nil­məsi müddətini uzadar və qaytaracağının miqdarını da artırarıq”. Kasıbların müddətin uzadılmasına həmişə ehtiyacları olduğundan borcun miqdarının artırılmasına razılaşırlar ki, müvəqqəti də olsa, təsəlli tapsınlar. Bunun nəticəsində onların borc öhdəlikləri dəfələrlə çoxalırsa da, onlar bundan heç bir fayda əldə edə bilmirlər.
Uca Allah sələmi ikiqat və dəfələrlə artırılmış adlandırır ki, bu günahın ağırlığının sələmin ölçülərindən asılı olduğunu xüsusilə nəzərə çatdırsın. Sələmçiliyin və müamiləçiliyin qadağan olmasının hikməti də elə bu sözlərdən irəli gəlir. Allah onları ona görə haram etmişdir ki, sələm insanlara qarşı zalımlıqdır. O, borc sahiblərinə borcunu ödəmək imkanı olmayanlara, onların borc öhdəliklərini artırmadan hökmən möhlət ver­mələrini əmr etmişdir. Borc verən borclu şəxsi öz borcunu faizlə qay­tarmağa məcbur etdikdə, böyük zalımlığa yol vermiş olur.
Hər bir təqvalı mömin sələmdən çəkinməli və ona yaxınlaş­ma­malıdır. Belə günahlardan qaçma təqvalılığın vacib tələblərindəndir, axı məhz təqva müvəffəqiyyətin rəhnidir. Allah Öz qullarına təqvalı olmağı buyurmuşdir ki, onlar uğur əldə edə bilsinlər və onlara həm də Cəhənnəm odundan qorunmağı tapşırmışdır, çünki o, kafirlər üçün hazır­lanmışdır. Buna görə, onlar, insanları Cəhənnəmə düşməyə məhkum edən imansız­lıqdan və müxtəlif ağırlıqlı günahlardan əl çəkməlidirlər.
İstənilən günah, xüsusilə, ağır cinayətlər, insanı imansızlığa sürük­ləyir. Bundan baş­qa, onlar, Allahın hazırladığı Cəhənnəm alovuna atacağı kafirləri fərqləndirən əlamətlərdir. İnsan günahlardan və itaətsizlikdən qaçındıqda, o, Cəhənnəmdən xilas olur və özünü Qüdrətli Hökmdarın qəzəbindən qoruyur.
Eyni zamanda yaxşı əməllər və xeyriyyə işləri Rəhmanın mərhə­mətini qazanmağa, Cənnət bağlarına düşməyə və Allahın lütfünə layiq olmağa kömək edir. Məhz buna görə, müsəlmanlara əmr edilmişdir ki, Allaha və Onun Elçisinə (s.ə.s.) itaət etsinlər, şəriət hökmlərini yerinə yetirsinlər və haramları pozmasınlar ki, onlar əfv edilsinlər.
Allaha itaətkarlıq və Onun Elçisinə (s.ə.s.) itaətkarlıq Allahın mərhəmətini qazanmağın amilləridir və buna görə Uca Allah buyurur: “Bizim üçün bu dünyada da yaxşılıq yaz, Axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” Allah dedi: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam. O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gör­dük­ləri Elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xi­las edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”” (Əraf, 156-157).

                          

(133) “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin”.

                                  

(134) “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mal­larından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağış­layırlar. Allah yaxşı iş görənləri sevir”.

Uca Allah Ondan bağışlanma və eni göylərə və yerə bərabər olan Cənnəti istəməyə can atmağı əmr edir. Əgər onun eni bu hüdudlardadırsa, onda uzunluğu barədə nə demək olar. O, müttəqi dindarlar üçün hazırlan­mışdır, onlar onun sakinləri olacaqlar, çünki məhz xeyirxah əməllər insanı Cənnət bağlarına gətirib çıxarır.
Uca Allah Öz müttəqi qullarının xüsusiyyətlərini təsvir edərək, bildirir ki, onların vəziyyəti ağır olanda da, firavanlıq içində yaşadıqda da qurban verirlər. Onlar bolluq içində yaşadıqda, Allah yolunda çoxlu var-dövlət xərcləyirlər. Ehtiyac içində olduqda isə, ən cüzi miqdarda da qur­ban verməkdən belə çəkinmirlər. Bununla yanaşı, ətrafdakılar onları  hid­dət­­ləndirdikdə onlar öz qəzəblərini ram edirlər. Qəzəblənmək – qəlbin acıqdan kin-küdurətlə dolmasıdır ki, o, insanı onu incidən adamdan sözlə və ya bir əməllə əvəz çıxmağa sövq edir. Lakin Allahdan qorxan – müt­tə­qi müsəlmanlar insan təbiətinin tələbatına uyğun olaraq rəftar etmirlər, onlar öz qəzəblərini cilovlayırlar. Onlar səbr edir və təhqir edənə pisliklə cavab vermirlər. Onlar insanları və onları sözlə və ya əməllə incidənləri bağışlayırlar.
Təhqir edən adamı bağışlamaq hiddəti sadəcə saxlamaqdan daha çətindir və buna görə bağışlama qisas almaqdan əl çəkməyi və alicənab­lıqla üzürxahlıq etməyi nəzərdə tutur. Belə bir addımı atan şəxslər, əlbəttə ki, gözəl əxlaqa malik olan və pis mənəvi keyfiyyətlərdən xilas olmuş insanlardır. Onlar Allahla əhd bağlayır, Allahın qullarına mərhəmətlə ya­na­şır, onlara güzəştə gedir, xeyirxahlıq göstərir və pislik etmək istəmirlər ki, əvəzində Allah da onları bağışlasın. Onlar ancaq öz Səxavətli Rəbb­in­dən mükafat alacaqlarını gözləyir və zavallı qullardan mükafat əldə edə­cək­lərinə ümid bəsləmirlər. Uca Allah bu ayəni əbəs yerə buyurmayıb: “Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir” (Şura, 42/40).
Allah, qəzəbin qarşısını almaq və təhqir edəni bağışlamaq haqqında xatırladıqdan sonra, daha gözəl, yüksək və şərəfli bir keyfiyyəti yada salır. Bu – yüksək əxlaqi keyfiy­yətdir və Uca Allah yaxşılıq edənləri sevir. Yük­sək əxlaqi keyfiyyət Yaradana ibadətdə və məxluqlara yaxşı münasi­bət bəsləməkdə özünü büruzə verir. Yaradana ibadətdə yüksək əxlaqi key­fiyyət haqqında Muhəmməd Peyğəmbər (s.ə.s.) demişdir: “Sən Allaha elə ibadət etməlisən ki, sanki Onu görürsən və əgər sən Onu görməsən də, O, səni onsuz da görür”.
Məxluqlara yaxşı münasibət bəsləməyə gəldikdə isə, yüksək əx­laqlı insan dini və dünyəvi məsələlərdə ətrafdakılara fayda verməli, dini və dünyəvi işlərdə onları şərdən qorumalı, onları yaxşı işlər görməyə və pis əməllərdən çəkinməyə dəvət etməli, biliksizləri öyrətməli və səhlənkar günahkarlara nəsihət etməli, cəmiyyət arasında və təklikdə aparılan söh­bətlərdə insanlara yaxşı məsləhətlər verməli, onların birləşməsinə kömək göstərməli və vəziyyətindən və xasiyyətlərindən asılı olmayaraq onlara vacib və nafilə sədəqə verməlidir. Məxluqlara xeyirxahlıq etmək üçün müsəlman alicənab və səxavət sahibi olmalı, ürəksındıran söz və hərə­kət­lərdən çəkinməli, ətrafdakıların təhqir­lərinə səbirlilik göstərməli, çünki Uca Allah bu ayələrdə Öz müttəqi qullarını bu keyfiy­yətlərlə səciyyə­lən­dirmişdir. Əgər insan bu qaydada davranarsa, o, Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini layiqincə yerinə yetirər.

                                     ﭻﭼﭽﭾﭿ   ﮀﮁ    ﮃﮄ 
(135) “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm et­dikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - gü­nahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklə­rinə görə israr etməzlər”.
                                      

(136) “Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları  altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”

Uca Allah bu ayələrdə, müttəqi qullarının günah və cinayət etdik­lərindən sonra öz Rəbbindən dərhal üzr istəmələri haqqında xəbər verir. Günah əməllər törətdikdə, müsəlmanlar tövbə etməyə və Allahdan bağış­lanma diləməyə tələsirlər. Onlar öz Rəbbini, Onun itaətsizlik göstərənlərə gəldiyi hədə-qorxunu və möminlərə vəd etdiyi mükafatı yada salırlar. Onlar Allahdan günahlarını bağışlamasını və qüsurlarını örtməsini xahiş edirlər və qəti qərara gəlirlər ki, bir daha itaətsizliyə qayıtmasınlar, törət­diklərinə isə peşman olduqlarını bildirirlər.
İnsanlar yuxarıda sadalanan keyfiyyətlərə malik olduqda, bunun əvəzi Allahdan alacaqları bağışlanma olacaqdır ki, onun sayəsində də hər cür dəhşətli və xoşagəlməz şeylərdən xilas ediləcəklər və Cənnət bağları olacaqdır ki, orada əbədi rahatlıqdan ləzzət almaq imkanına və böyük xoş­bəxtliyə və nemətə qovuşacaqlar. Onları orada əzəmətli saraylar, füsunkar ucaboylu xidmətçilər, ecazkar meyvə ağacları və bəxtəvərlik məskənləri arasından şırıltı ilə axan çaylar gözləyir. Onlar Cənnət bağlarını heç vaxt tərk etməyəcəklər və özlərinə bundan başqa mükafat da arzulamayacaqlar, çünki Cənnətdə alacaqları zövq onları heç vaxt usandırmayacaqdır.
Zəhmət adamlarının mükafatı necə də gözəldir! Onlar çətin olma­yan xeyirxah işlər görməklə yanaşı eyni zamanda böyük mükafatlara layiq edilirlər. Gündüz gecədən əfzəldir və zəhmət sahiblərinin mükafatı da Axirət həyatında daha zəngin və daha kamil olacaqdır.
Sünnə və camaat əhli bu gözəl ayələrə istinad edərək, əməllərin imanın tərkib hissəsi olduğunu sübuta yetirirlər. Qeyd edək ki, mürciə­çilər[2] bu baxışları qəbul etmirlər. Bu ayəni əl-Hədid surəsinin oxşar ayə­si ilə müqayisə etdikdə bu dəlilin mənası aydınlaşır: “Rəbbiniz tərəfin­dən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun Elçisinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin...” (Hədid, 57/21). Burada Cənnətə düşməyin səbəbi kimi, Allaha və Onun Elçisinə (s.ə.s.) iman gətirilməsi əsas götürülür, amma şərh etdiyimiz ayədə isə belə səbəb kimi müttəqilik adlandırılmışdır. Əgər nəzərə alınsa ki, Allah sədəqə verənləri və digər yaxşı əməllər işləyənləri müttəqi qullar adlandırır, onda elə məhz onlar əsil möminlərdir.

                         ﮠ ﮡ         
(137) “Sizdən öncə də neçə-neçə ilahi qanunlar olub keçmişdi. Odur ki, yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə olmuşdur”.

Bu və Uhud döyüşü ilə əlaqədar nazil edilmiş sonrakı ayələrdə Uca Allah mömin qullarına təsəlli verir. O bildirir ki, möminlərin bir çox nəsilləri və hətta bütöv xalqlar imtahana çəkilmişlər və kafirlərlə vuruş­mağa məcbur olmuşlar. Allah müttəqi möminlərə qəti qələbə bəxş edənə qədər onlar dəyişən uğurla vuruşmuşlar. Son nəticədə kafirlərə həmişə bədbəxtlik qismət olmuşdur. Çünki Allah onları Öz ilahi yardımından məhrum edərək, Öz elçilərinə və onların davamçılarına kömək göstər­miş­dir. Əgər müsəlmanlar yer üstündə gəzib-dolaşsalar və gördükləri üzə­rində ürəkdən düşünsələr, onlara aydın olar ki, kafirlər bu dünyada həmişə müxtəlif cəzalara məruz qalmışlar. Onların məskənləri xarabazarlığa çevrilmişdir və hər bir kəsə mə­lum­dur ki, onlar nəhəng itkilərə uğramış, qüdrətini, hakimiyyətini, əzəmətini və fəxr etdikləri mal-mülklərini itir­mişlər. Məgər bütün bunlar Allahın elçilərinin dəvət etdikləri hər şeyin həqiqət olduğuna böyük bir sübut deyilmi?!!

              

(138) “Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir”.

İlahi hikməti tələb edir ki, Allah Öz qullarını sınaqdan keçirsin, həqiqi möminləri yalançılardan ayırsın və buna görə də, O, kafirlərin cə­za­landırılmasını insanlar üçün bir açıqlama adlandırır. Bu cəzalandırma – həqiqəti yalandan və xoşbəxt dindarları bədbəxt günahkarlardan fərqlən­dirməyə imkan verən aydın dəlildir. Allahdan qorxan qullar üçün isə, o, etibarlı rəhbərlik və öyüd-nəsihətdir, çünki təkcə onlar Allahın ayələrin­dən faydalanırlar və bu onları doğru yolla aparır və azmaqdan qoruyur. O ki qaldı bütün digər insanlara, onlara görə Allahın cəzası – sadəcə bir açıqlamadır ki, onları, Allah qarşısında, nadanlıqlarına görə özlərini doğ­rultmaq imkanından məhrum edir. Bunun sayəsində, hər bir həlak olan tam aydınlıq içində həlak olur. Belə bir təfsirə uyğun olaraq, burada şəxs əvəzliyi, Allahın kafirləri məruz qoyduğu cəzaya işarə edir.
Başqa bir şərhə görə isə, o, Əzəmətli Qurana və hikmətli nəsihətə aiddir, çünki Müqəddəs Kitab bütün insanlar üçün sadəcə açıqlama olduğu halda, təkcə müttəqi qullar üçün – rəhbərlik və nəsihətdir. Bu şərhlərin hər ikisi doğrudur.

                                  

(139) “Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaq­sınız”.

Uca Allah bu ayəni göndərmişdir ki, mömin qullarını ruhlandırsın və onların iradəsini möhkəmlətsin və niyyətlərini təsdiq etsin.
Ey möminlər! Qoy xoşagəlməz hadisələrdən və çətinliklərlə qar­şı­laşarkən taqətdən düşməyəsiniz, qəlbiniz isə kədərlənməsin. Ürəyiniz qəm-qüssəylə dolarsa və bədəniniz zəifləyərsə, bu sizin bədbəxtliyinizi artırar və düşmənlərinizə sizin üzərinizdə üstünlük əldə etməyə kömək edər. Mərd olun və səbirli davranın, qəm-qüssəni özünüzdən uzaq qovun və düşmənlərinizə qəti müqavimət göstərin. Sizə zəiflik göstərmək və kədərlənmək yaraşmır, çünki siz həmişə yüksəkdəsiniz. Siz doğru iman sahibisiniz, Allahın köməyinə və sizi mükafatlandıracağına ümid bəslə­yirsiniz. İman gətirən Allahın həmişə həm bu dünyada və həm də Axirət həyatında onu mükafatlandıra­cağını gözləyir və buna görə ona ruhdan düşmək yaraşmır.


[1] Peyğəmbərimizin (s.ə.s.) dövründə ləzzətli ət yeməkləri çeşidlərindəndir. F.S.
* Quran müddəaları, İslam prinsipləri. Tərc. F.S.
* Yəni, işlərini tərsinə çevirir. Tərc. F.S.
[2] Mürciə təriqətinə mənsub olan bidətçilər. F.S.

Комментариев нет:

Отправить комментарий