суббота, 23 июля 2011 г.

Ə. əs-Səədi, Təfsir, 2-ci cild, 4-cü parça





! W×óéWTÿ SÄWÙTTmï`ðm– JðS/@… WÔSªQS£Ö@… SÓéSÍW~WTÊ :…V¢†WÚ $`yST`‰TY–RK… N…éSTÖ†WTÎ ‚W ðy<ÕYÆ $:†TWTÞVÖ ðÐPVTßMX… ðŒßKV… ñyHTTVPÕWÆ g‡éS~SçÅT<Ö@… (109)

 (5.109) “Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyu­ra­caq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri bilən ancaq Sənsən! – deyə cavab verəcəklər”.

Fövqəluca Allah bu ayədə Qiyamət günündən və həmin gün baş verəcək dəhşətli hadisələrdən xəbər verir. Allah bütün elçilərini (onlara salam olsun) toplayacaq və onlardan soruşacaq: “Sizin millətləriniz sizə nə cavab verdilər?” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bütün biliklər Sənə məxsusdur və Sən bu barədə daha yaxşı bilirsən! Sən qeybi və aşkarda olan hər şeyi bilirsən”.


<¢XM… WÓ†WTÎ JðS/@… øW©~YÅHTWTÿ WÝ`TŠ@… WØWTÿó£WÚ ó£TS{<¢@… øYWÙ`ÅYTß ðÐ`~VÕWÆ uøVÕWÆWè ðÐYŽWŸYÖ.Wè <¢XM… ðÐPRŽŸQWTÿVK… X—èS£YTŠ X§SŸSÍ<Ö@… ñyPYÕVÑSTŽ ð§†QWÞÖ@… Á YŸ`äWÙ<Ö@… $¾„`äW{Wè <¢MX…Wè ðÐTST`ÙPVÕWÆ ðˆHTWTY|<Ö@… WàWÙ<ÑY™<Ö@…Wè WàHTúW¤óéQWÖ@…Wè $WÔ~Y•ßæg‚ô@…Wè <¢MX…Wè SÌRÕím<ðž WÝYÚ XÜkJg¹T<Ö@… YàLWTTTT`~WäWÒ X¤`kTJð¹Ö@… øYpߢXM†YTŠ SœSÉÞWWTÊ †WTä~YÊ SÜéRÑWWTÊ …W=¤`kTðº $øYpߢXM†YTŠ SL÷X¤`iTSTŽWè WãWÙ`{VK‚ô@… ð¯W£`TŠVK‚ô@…Wè $øYpߢXM†YTŠ <¢MX…Wè S“X£óSTŽ uøWTŽóéWÙ<Ö@… $øYpߢXM†YTŠ <¢MX…Wè ñŒpTÉTTVÉW{ õøYÞWTŠ WÔÿYò;.W£TóªMX… ðÐÞWÆ <¢XM… ySäWTT`LùTY– gŒHTWTgÞQ~W‰<Ö@†YTŠ WÓ†WÍWTÊ WÝÿY¡PVÖ@… N…èS£WÉVÒ óØSä`ÞYÚ óÜMX… :…V¡HTWå ‚PVMX… c£Tó™Yª cûkY‰TQSÚ (110)
 (5.110) “(Ey Elçim!) Xatırla ki, o gün (Qiyamət günü) Allah belə buyu­racaq: “Ey Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adam­­larla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrət­mişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”

Allah Məryəm oğlu İsaya (ə) buyurur ki, ona və onun anasına göstərdiyi nemətini qəlbi və ürəyi ilə yadına salsın və Ona bu nemətinə görə minnətdarlıq etsin və ondan (ə) tələb olunan nə varsa yerinə yetirsin.
Ona doğrudan da, başqa məxluqların layiq görülmədiyi mərhəmət edilmişdi. Fövqəluca Allah onu (ə) təmizləyən, ona Allahın hökmlərini yerinə yetirmək və insanları Onun yoluna dəvət etmək üçün qüvvət verən Ruh və Vəhyi ilə himayə etmişdi. Belə bir rəy var ki, Müqəddəs Ruh – mələk Cəbraildir ki, ona peyğəmbərə kömək göstərmək, onu hər yerdə müşayiət etmək və çətin anlarda ruhlandırmaq tapşırılmışdı.
Allah İsaya (ə) hələ beşikdə olanda da, yetkin çağında da insanlarla danışmaq imkanı vermişdi. Burada söhbət adi bəşəri nitqdən deyil, onu deyənə və eşidənə fayda verən söz haqqındadır. Belə söz – Allaha dəvətdən ibarət idi. Ruhən sarsılmaz elçilərdən olan öz qardaşları kimi, İsa peyğəmbər (ə) yetkin yaşında insanlarla faydalı söhbətlər edir, onlara Allahın vəhyini çatdırır, onları xeyirli işlər görməyə və bəd əməllərdən çəkin­məyə dəvət edirdi. Lakin o, başqa elçilərdən onunla fərqlənirdi ki, hələ körpəlik çağında beşikdə olarkən o demişdi: (Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqi­qə­tən, Allahın quluyam. O mənə Kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!”  (Məryəm, 19/30-33). 
Allah ona (ə) Kitabı və Hikməti öyrətdi. Burada Kitab adı altında həm əvvəlki Səmavi Vəhylər, onların arasında xüsusi yer tutan Tövrat və həm də İncil nəzərdə tutul­muşdur. Bu da ona imkan verdi ki, İsrail oğulları arasında, Musadan (ə) sonra ən bilikli peyğəmbərlərdən biri olmağa imkan verdi. Hikmət adı altında isə burada Allahın şəriətinin sirlərini bilməsi, dini hökmlərin xeyrini və mahiyyətini dərk etməsi, dəvət etmək bacarığı, insanlara təlim vermək və zəruri olan hər şeyi layiqincə yerinə yetirmək nəzərdə tutulurdu.
Allahın icazəsi ilə o (ə), gildən cansız quşa bənzər bir şey düzəldir və ona üfür­dükdən sonra o canlı quşa çevrilirdi. Allahın izni ilə o (ə) qoturları, görməkdən və gözdən məhrum olanları sağaldırdı. Allahın mərhəməti sayəsində o, ölüləri dirildirdi. Belə qəribə möcüzələri etməyə heç bir həkim və heç bir insan qadir deyil. Bunların vasitəsilə Allah İsa peyğəmbərə (ə) kömək edir və onun çağırışının haqq olduğunu təsdiq edirdi.
Allah, onun (ə) gətirdiyi həqiqətin açıq-aşkar möcüzələrlə təsdiq edilməsinə və hər bir insanın ona iman gətirməli olmasına baxmayaraq, onu adi bir sehrbaz adlandıran İsrail oğulları ara­sından olan kafirlərin ona (ə) qarşı fitnə-fəsad törətmək istə­yənlərinin qar­şısını aldı. Onlar hətta peyğəmbəri (ə) öldürmək niyyətindəydilər və öz planlarını həyata keçirməyə başlamışdılar, lakin Allah kafirləri ondan (ə) uzaqlaşdırdı və onu onlardan qorudu.
O, bununla Öz qulu və elçisinə iltifat göstərir və onu, ona bəxş etdiyi nemətlərə görə minnətdar olmağa və ondan tələb olunanların hamısını yerinə yetirməyə çağırır. Peyğəmbər  (ə) isə öz borcunu kamil şəkildə yerinə yetirdi və möhkəm iradəli elçilərdən olan qardaşları kimi səbirlilik göstərdi.

<¢MX…Wè ñŒ`~Wš<èVK… øVÖXM… WÝGTTQXTÿX¤…WéW™<Ö@… óÜKV… N…éSÞYÚ…ƒò øYŠ øYÖéSªW£YTŠWè Nv…éTSTÖ†WTÎ †QWÞWÚ…ƒò `ŸWTäpT®@…Wè †WTÞPVTßVK†YTŠ WÜéSÙYÕTó©SÚ (111)
(5.111) “Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim müsəlman olmağımıza şahid ol!” – deyə cavab vermişdilər.

Allah İsa peyğəmbərə (ə) ardıcıllar və köməkçilər yönəlt­məklə ona göstərilən lütfkarlığı unutmamasını əmr edir. Həvari­lərə təlqin edilmişdi ki, Allaha və Onun elçisinə (ə) iman gətir­sinlər, daha doğrusu, Allah onların qəlbinə iman salmış və onu özlərinin əqidəsi etmə­lərini əmr etmişdi. Bu hökm Allahın vəhyi ilə İsa peyğəmbərə (ə) nazil edilmiş və onun vasitəsilə həvarilərə çatdırılmışdı.
Həvarilər bu çağırışa qulaq asmış və demişdilər: “Biz iman gətirdik! Bizim müsəlman olmağımıza şahid ol!” Onlar özlərində həm xeyirxah əməllərdə təcəssüm edən itaətkarlığı və həm də qəlblərində gizlədikləri və onları münafiqlikdən və imanın azal­masından qoruyan həqiqi etiqadı bir yerdə cəmləşdirmişdilər.
Əlavə etmək lazımdır ki, köməkçiləri həvari adlandırırlar. Bir Quran ayəsində deyilir: “İsa onların küfrünü (inanmadıq­larını) hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim ola­caqdır?” - deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz – müsəlmanlarıq!” (Ali-İmran, 3/52).

<¢XM… WÓ†WTÎ fûéQSTÿX¤…WéW™<Ö@… øW©~YÅHTWTÿ WÝ`TŠ@… ðyWTÿó£TWÚ `ÔWå SÄ~Y¹Wp©WTÿ ðÐQSTŠð¤ ÜKV… WÓQX¥WÞSTÿ †WÞT`~VÕWÆ _áWŸMXTú:†WÚ WÝYQÚ Yò$:†WÙJð©Ö@… WÓ†WTÎ N…éSÍPVTŽ@… JðW/@… ÜMX… ØSÞTS{ WÜkYÞYÚ`ëTQSÚ (112)

 (5.112) “Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):” Əgər mömin­si­nizsə, Allahdan qorxun!” – demişdi”. 

Həvarilər öz peyğəmbərlərinə bu sualı Allahın qüdrətinə şübhə etdiklərinə görə verməmişdilər. Onlarda belə bir istək yaranmışdı və onlar peyğəmbərdən bunu nəzakətlə soruşaraq tələbatlarının ödənilməsini istəmişdilər. Lakin belə bir möcüzənin göstərilməsi xahişi itaətkarlıqla və haqqa bağlılıqla uyuşmur və həm də həvarilərin sualı yanlış anlaşıla biləcəyinə görə İsa peyğəmbər (ə) onlara öyüd-nəsihət verir. O, onlara deyir ki, əgər onlar həqiqi mömindirlərsə, Allahdan qorxsunlar. Həqiqətən, iman insana Allahdan qorxmasına, Onun hökmlərinə tabe olmasına və möcüzə tələb etməməsinə kömək edir, çünki onun nəticələrinin necə ola biləcəyi qətiyyən məlum deyildir.

N…éSTÖ†WTÎ SŸÿX£STß ÜKV… WÔS{<K†PVTß †Wä`ÞTYÚ QWÝMXùWÙp¹WTŽWè †WTÞSTŠéSTÕSTÎ WØVÕ`ÅWTßWè ÜKV… `ŸTWÎ †WÞTWTpÎWŸW² WÜéRÑWTßWè †Wä`~VÕWÆ WÝYÚ WÝÿYŸXäHTPV­Ö@… (113)

(5.113) “(Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sa­­kit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcü­zəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq”.
Həvarilər deyirlər ki, onlar heç bir pis şey nəzərdə tutma­mışdılar və ən təmiz niyyətdə idilər. Onlar sadəcə olaraq yemək istəyirdilər və bu onu göstərir ki, onların buna ehtiyacı vardı. Bununla yanaşı, onlar öz gözləri ilə möcüzə görmək istəyirdilər ki, onların qəlbində inamı artırsın və imanlarını gördükləri ilə təsdiq olunan əminlik dərəcəsinədək qaldırsın. Allahın sevimlisi İbrahim (ə) də eynilə bu tərzdə, ölülərin necə dirildilməsini ona göstərməyi Rəbbindən soruşaraq, öz arzusunu bildirmişdi. Fövqəluca Allah buyurur: “(Ey Elçim!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə gös­tər!” – dedikdə (Allah): “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” – buyurmuş­du. (İbrahim:) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruş­dum)” - deyə cavab vermişdi...” (Bəqərə, 2/260).
Qulların biliklərini, etiqadını və imanını artırmağa həmişə ehtiyacları var və buna görə həvarilər dedilər ki, onlar elçilərinin bütün gətirdiklərinin doğruluğuna bir daha əmin olmaq istəyirdilər. Onlar istəyirdilər ki, onların xələflərinə fayda gətirəcək şeylərin şahidləri olsunlar. Onlar möcüzə həsrətində idilər və onu görüb həqiqəti insanlara çat­dırmaq və onun növbəti dəfə təsdiq olunmasını istəyirdilər.

WÓ†WTÎ øW©~YÆ SÝ`TŠ@… WØWÿó£WÚ JðySäPVÕÖ@… :†WTÞQWTŠW¤ `ÓX¥ßKV… †WÞT`~VÕWÆ _áWŸMXTú:†WÚ WÝQYÚ Yò:†WÙJð©Ö@… SÜéRÑWTŽ †WTÞVÖ …_Ÿ~TYÆ †WÞYÖQWèVK‚PY †WTßX£Yž…ƒòWè _àWÿ…ƒòWè $ðÐÞTQYÚ †WTpÞÎS¦`¤@…Wè ðŒßVK…Wè S¤`kTWž WÜkYTÎX¦.QW£Ö@… (114)
(5.114) “Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”

Məryəm oğlu İsa (ə) həvarilərinin sözlərini eşitdikdə və onların əsil mənasını anladıqda, o, onların xahişini yerinə yetirməyə razılaşdı və Allahdan xahiş etdi ki, onlara süfrə (yemək) nazil etsin və bu bütün iştirak edənlər üçün bayram və ziyafət və böyük bir möcüzə olsun ki, onu uzun illər boyu yaddan çıxarmasınlar.
Beləliklə, Fövqəluca Allah müsəlmanların bayramlarını və dini mərasimlərini Özünün möcüzələrinin və elçilərinin adətlərinin, onların düz yollarının və Allahın onlara göstərdiyi mərhəmətinin xatırlanması kimi müəyyən etdi.

WÓ†WTÎ JðS/@… øYPßMX… †WäSTÖQX¥WÞSÚ $óØRÑ`~VÕWÆ ÝWÙWTÊ ó£SÉ<ÑWTÿ SŸ`ÅWTŠ óØRÑÞTYÚ vøPYßMX†WTÊ ISãSTŠPY¡WÆRK… †_TŠ…W¡WÆ :‚P ,ISãSTŠPY¡WÆRK… …_ŸWšVK… WÝTYQÚ WÜkYÙVÕHTWTÅ<Ö@… (115)

(5.115) “Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!”

Əgər insan ecazkar bir möcüzənin şahidi olursa, zalımlıq edərək və inadcıllıq göstərərək iman gətirməkdən boyun qaçırırsa, onda o, şiddətli əzab verən cəzaya və sərt intiqama layiqdir. Buna görə, Fövqəluca Allah yemək süfrəsi nazil etməyə söz verir və bundan sonra iman gətirməyənləri belə cəza ilə cəzalandıracağı ilə hədələyir. Lakin Allah onu onlara nazil etməsini göstərmir.
Belə bir rəy var ki, o, göndərilməmişdir, çünki həvarilər həmin şərtlərlə razılaş­ma­mışlar. Bu rəy onunla təsdiq olunur ki, xristianların əlində olan İncildə bu hadisə xatırlanmır.
Başqa bir rəyə görə isə, Allahın vədinə müvafiq olaraq yemək süfrəsi nazil edilmişdir, çünki O, Öz vədlərini pozmur. Əgər o, xristianların əlində olan İncillərdə xatırlanmırsa, onda ola bilsin ki, o, Kitabın xristianlar tərəfindən unudulmuş hissəsində qalsın. Bu hadisənin, ümumiyyətlə İncildə xatırlanmaması da mümkündür, lakin insanlar tərəfindən nəsildən nəslə rəvayət edilmişdir və Allah da qərara almışdır ki, bu kifayətdir. Bu nəticəyə, yemək süfrəsinin şahidləri olmaq istəyən həvarilərin sözləri əsasında gəlmək olar. Əslində baş verən hadisə haqqında ən yaxşı bilən Allahdır.

<¢MX…Wè WÓ†WTÎ JðS/@… øW©~YÅHTWTÿ WÝ`TŠ@… WØWTÿó£WÚ ðŒßVK…ƒò ðŒ<ÕSTÎ X§†QWÞÕYÖ øYTßèS¡YPVTŽ@… ƒøYQÚRK…Wè gÜ`kTWäHTVÖXM… ÝYÚ XÜèS  $JðY/@… WÓ†WTÎ ðÐWÞTHTW™`‰TSª †WÚ SÜéRÑWTÿ vøYÖ óÜKV… WÓéTSÎVK… †WÚ ð¨`~TVÖ øYÖ &J]ÌW™YTŠ ÜMX… ñŒÞRÒ ISãS<ÕSTÎ `ŸTWÍWTÊ I&SãWT`ÙYÕWÆ SØVÕ`ÅWTŽ †WÚ øYÊ øY©pTÉWTß :‚WWè ñyVÕ`ÆKV… †WÚ Á &ðÐY©pTÉWTß ðÐPVTßMX… ðŒßKV… SØHTTVPÕWÆ g‡éS~SçÅT<Ö@… (116)  †WÚ ñŒ<ÕSTÎ óØSäVÖ ‚PVMX… :†WÚ øYÞWTŽó£WÚVK… ,-YãYTŠ XÜKV… N…èSŸS‰T`Æ@… JðW/@… øQYTŠW¤ &óØRÑQWTŠW¤Wè ñŒÞS{Wè óØXä`~VÕWÆ …_Ÿ~TXäW® †QWÚ ñŒ`ÚS  $óØXä~TYÊ †QWÙVÕWTÊ øYÞWT`T~PVTÊWéWTŽ ðŒÞRÒ ðŒßKV… ðˆ~YTÎQW£Ö@… &óØXä`~VÕWÆ ðŒßVK…Wè uøVÕWÆ QXÔRÒ xòpøW® dŸ~XäW® (117)  ÜMX… óØSä`TŠPY¡WÅSTŽ óØSäPVßXM†WTÊ $ðÏS †WT‰YÆ ÜMX…Wè ó£YpÉçÅWTŽ óØSäVÖ ðÐPVTßXM†WTÊ ðŒßKV… S¥ÿX¥WÅ<Ö@… Sy~YÑW™<Ö@… (118)

(5.116) “(Ey Elçim!) Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəd­dəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim nəfsimdə olan hər şeyi bilirsən, mən isə Sənin nəfsində olanı bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!”
(5.117) “Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!”
(5.118) “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)”.

Bu, Allahı üç üqnimin üçüncü şəxsiyyəti kimi adlandıran xristianların qınan­masıdır. Allah bunu İsa peyğəmbərə (ə) xəbər verdikdə, o, belə baxışlara heç bir aidiyyəti olmadığını bildirdi. O dedi: “Ey Rəbbim! Sən bu mənfur sözlərdən sonsuzluğa qədər uzaqsan və Sən, Əzəmətinə yaraşmayan hər şeydən ucasan. Mən insanlara mənə yad olan və mənim haqqım çatmayan şeyləri deyə bilməzdim. Nə yaxın mələklər, nə peyğəmbərlər, nə də hər hansı məxluqlar ilahiləşdirilməyə layiq deyillər, çünki onları hamısı – itaətdə olan qullar və aciz varlıqlardır. Əgər mən belə bir şey desəydim, Sənə bu onsuz da agah olacaqdı, çünki Sən mənim nəfsimdə olanları, mənim etdiklərimi incəliklərinə qədər bilirsən. Sən qeybi və gizli olanları Bilənsən!”
Bu sözlərdə Məsihin öz Rəbbi ilə ünsiyyətdə riayət etdiyi kamil davranış qaydaları özünü büruzə verir. O demir ki, heç belə sözlər söyləməmişəm. Lakin onun danışığından aydın idi ki, o (ə), onun yüksək məqamı ilə bir araya sığışmayan heç bir söz söyləməmişdir. Bundan başqa, belə bir şey heç mümkün deyildi. O (ə) ən mükəmməl şəkildə Rəbbin hər cür qüsurdan pak olduğunu vurğulayır və bildirir ki, elm  təkcə Ona – qeybi və aşkarda olanları Bilənə məxsusdur.
Sonra o (ə) izah edir ki, məhz o İsrail oğullarına əmr vermişdir. O deyir: “Mən onlara ancaq Sənin mənə buyurduqları demişəm. Mən – Sənin iradənə müti olan qulam və mən Sənə itaətsizlik etmərəm. Mən onlara əmr etmişəm ki, təkcə Sənə ibadət etsinlər və sədaqətlə xidmət göstərsinlər. Bu o deməkdir ki, mən onlara məni və ya anamı ilahlaşdırmağı qadağan etdim və onlara açıqlamışam ki, mən ancaq asılı olan bir qulam. Mən onlara bəyan etmişəm ki, onların Rəbbi həm də mənim Rəbbimdir. Mən onların arasında olduğum müddətdə əməllərinin şahidi idim və onlardan kimin mənim hökmlərimi yerinə yetirdiyinə və kimin bunu etmədiyinə şahidlik edə bilərəm. Sən məni (dünyadan) rahatlığa qovuşdurduqdan sonra, Sən onları, onların məxfi saxladıqları düşüncələrini və gizli niyyətlərini müşahidə edirdin. Sən bütün varlıq haqqında Öz elmin, eşitməyin və görməyinlə şahidlik edirsən. Sən bilmək lazım gələn hər şey haqqında bilirsən, eşitmək lazım gələn hər şeyi eşidirsən və görmək lazım gələn hər şeyi görürsən. Sən təkbaşına Öz qullarına layiq olduqlarının əvəzini verirsən, çünki onlarda gizlədilən xeyir və şər Sənə məlumdur. Sən onları cəzalandırmaq üçün hakimiyyətə maliksən, axı onlar – Sənin qullarındır. Sən onlara onların özlərindən daha çox mərhəmət göstərirsən. Sənə onların əməlləri məlumdur və əgər onlar itaətsizlik edən təkəbbürlü insanlar olmasaydılar Sən onları cəzalandırmazdın. Lakin Sən onları bağışlaya bilərsən, axı Sən – Qüdrətli və Müdriksən. Sənin bağışlaman Sənin mükəmməl qüdrətinin nəticəsidir. Sən, öz zəifliyi və gücsüzlüyü üzündən bağışlayan kəslərə oxşamırsan. Sən Müdriksən və sənin müdrikliyin Səndən öz əməlləri ilə bağışlanmağa layiq olanları bağışlamağını tələb edir”.

WÓ†WTÎ JðS/@… …W¡HTWå S×óéWTÿ SÄWÉÞWTÿ WÜkYÎYŸHTJð±Ö@… &óØSäSTÎ`Ÿg² óØSäVÖ tŒHTQWTÞW– ÷X£`•WTŽ ÝYÚ †äYpT™WTŽ S£HTWTpäßVK‚ô@… WÝÿYŸYÕHTWTž :†WTä~YÊ _&…ŸTWTŠKV… ƒøY¶QW¤ JðS/@… óØSä`TÞWÆ N…éS¶W¤Wè &SãT`TÞWÆ ðÐYÖ.V¢ S¦óéWÉ<Ö@… SØ~YÀ¹WÅ<Ö@… (119)
(5.119) “Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danı­şan­lara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər göz­ləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!”

Qiyamət günü başlayanda Fövqəluca Allah qullarından kimin uğur qazanacağını, kimin məhv olacağını, kimin əbədi bədbəxtliyə məhkum ediləcəyini, kimin isə xoşbəxt olaca­ğını bəyan edəcəkdir. Həmin gün doğruçuluq əməlləri, sözləri və niyyətləri doğru yola və haqq rəhbərliyə uyğun gələn doğruçu insanlara fayda verəcəkdir. Qiyamət günü onlar belə doğruçuluğun bəhrələrini görəcək və Allah onları gerçək bir yerdə Qüdrətli Hökmdarın yanında məskunlaşdıracaqdır Onlar çaylar axan Cənnət bağlarına düşəcəklər və orada əbədi qalacaqlar. Allah onlardan razı olacaq, onlar da Ondan razı qalacaqlar. Bu böyük uğur olacaqdır. O ki qaldı yalançılara, onları başqa qismət gözləyir. Onların yalanı və iftiraları onlara böyük ziyan vuracaq və onlar yaramaz əməllərinin bəhrələrini dadacaqlar.
YãPVÕYÖ ñÐ<ÕSÚ g‹.WéHTWÙQW©Ö@… X³`¤KKV‚ô@…Wè †WÚWè &QWÝXä~YÊ WéSåWè uøVÕWÆ QXÔRÒ xòpøW® =S£ÿYŸWTÎ (120)

(5.120) “Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!”

Allah göylərdə və yer üzərində hökmrandır, çünki O, onları yaratmış və Öz Qədər, din və ədalətli əvəz vermə Qanunlarına müvafiq olaraq idarə edir. O, bütün varlıqlar üzərində hakimdir və Ona görə mümkün olmayan bir şey yoxdur. Əksinə, bütün məxluqlar Onun iradəsinə baş əyir və hökmlərinə tabedirlər.



b    \
  “ƏL-ƏNAM”
(“MÜLK”)
SURƏSİNİN ŞƏRHİ

            

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

SŸ`ÙW™<Ö@… YãPVÕYÖ ÷Y¡PVÖ@… WÌVTÕWž g‹.WéHTWÙQW©Ö@… W³`¤KKV‚ô@…Wè  WÔWÅW–Wè gŒHTWÙSTÕJñÀ¹Ö@… $W¤éPRÞTÖ@…Wè JðyRT’ WÝÿY¡PVÖ@… N…èS£WÉVÒ óØXäQYTŠW£YŠ fûéSTÖYŸ`ÅWTÿ (1)

(6.1) “Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar”.

Fövqəluca Allah bəyan edir ki, Özünün kamil sifətlərinə və əzəmətli özəlliklərinə görə ümumiyyətlə və sadalanan əməllərinə görə isə xüsusilə Ona həmd edilməsinə layiqdir. O, Onun hüdudsuz qüdrətini, mükəmməl elmini, hər şeyi əhatə edən mərhəmətini və kamil müdrikliyini təsdiq edən göyləri və yeri yaratmasına görə Özünü tərifləyir. Bununla yanaşı onlar Onun Vahid Xaliq və Hökmdar olmasının dəlilləridir.
Allah Özünü qaranlığı və işığı yaratdığına görə tərifləyir. Qaranlıq və işıq həm maddi (gecə və gündüz, günəş və ay) və həm də mənəvi (nadanlıq, şübhələr, müşrikliyin, günahların və laqeydliyin zülməti və elmin, imanın, etiqadın, mütiliyin nuru) ola bilər.  
Bütün deyilənlər onu göstərir ki, Fövqəluca Allah ibadətə və həm də ən səmimi xidmət (qulluq) edilməsinə layiqdir. Lakin bu aydın dəlillərə baxmayaraq, kafirlər Onu yaratdıqları ilə bərabər tutmaqda davam edirlər. Onlar öz bütlərinə ehtiram bəsləyir və onlara, təkcə Ona ibadət etməli olduqları kimi ibadət edirlər, halbuki bütlərin məziyyətlərinin Rəbbin kamil sifətləri ilə heç bir oxşarlığı yoxdur. Həqiqətən də, onlar zəif və köməksizdirlər və çoxlu qüsurlara malikdirlər.
Qeyd etmək lazımdır ki, Allah çoxsaylı zülmətlərin (qaran­lıqların) mövcud olmasını və ancaq tək bir işığın (nurun) varlığını xatırladır, çünki zülmətin çoxlu mənbələri və yolları olduğu halda, Allaha doğru aparan işıqlı yol birdir. O haçalanmır və müvafiq əməlləri dərk etməyə əsaslanır. Fövqəluca Allah buyurur: “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (Ənam, 6/153).

WéSå ÷Y¡PVÖ@… ØRÑWÍVÕWž ÝYQÚ xÜkYº JðyRT’ uvøWµWTÎ _$„W–VK… bÔW–VK…Wè øQZÙW©QSÚ I$SâWŸÞYÆ JðyRT’ `ySßKV… WÜèS£WT`ÙWTŽ (2)

 (6.2) “Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!”

Allah sizin ulu babanız Adəmi gildən yaratmış, sonra isə sizin Yerdə yaşama müddətinizi müəyyən etmişdir. Siz həmin müddət ərzində nemətlərdən zövq alacaqsınız və Onun elçilərinin sizin aranızda təbliğ etdiklərinə sadiqliyiniz sınaqdan keçirilə­cəkdir. O (Müqəddəs və Müdrik Allah), sizə hər ağıllı olmaq istəyənin ağıllanması üçün lazım olan qədər ömür bəxş edəcəkdir. Allah Qiyamət günü üçün də vaxt müəyyən etmişdir. Yaradıl­mışlar oraya dünya həyatından ayrıldıqdan sonra düşürlər ki, etdikləri yaxşı və pis əməllərə görə əvəzini alsınlar. Lakin bu qüsursuz izahata və inandırıcı sübutlara baxma­yaraq, siz yenə də Allahın vədinə və təhdidinə şübhə gətirməkdə davam edirsiniz və Qiyamət günü əvəz veriləcəyinin həqiqiliyinə əmin deyilsiniz.

WéSåWè JðS/@… Á g‹.WéHTWÙQW©Ö@… ÁWè $X³`¤KKV‚ô@… SØVÕ`ÅWTÿ óØS{QW£TYª óØS{W£`äW–Wè SØVÕ`ÅWTÿWè †WÚ WÜéS‰Y©<ÑWTŽ (3)

 (6.3) “Göylərdə də, yerdə də yalnız O – Allahdır! Sizin giz­lində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!”

Allah göylərdə də, yerdə də Müqəddəsdir. Ona yaxın olan mələklər və elçilər, saleh insanlar, şəhidlər və möminlər – göylərin və yerin bu və digər məskunları Ona ibadət edir, Onun əzəməti önündə itaət edir və Onun qüdrəti qarşısında baş əyirlər. O, onların gizlətdiyi və ya aşkarda etdikləri və nail olduqları hər şeyi bilir. Qoy onlar özlərini Ondan və Onun mərhəmətindən uzaqlaş­dıran günahlardan və hər hansı digər addımlardan çəkinsinlər. Qoy onlar özlərini Ona və Onun mərhəmətinə yaxınlaşdıran əməllər etməyə can atsınlar.
†WÚWè yXä~YŽ<K†WTŽ óÝTYQÚ xàTWTÿ…ƒò óÝYQÚ gŒHTWTÿ…ƒò óØXäQYTŠW¤ ‚PVMX… N…éST߆VÒ †Wä`ÞTWÆ WÜkY¶X£`ÅSÚ (4)

 (6.4) “Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!”

Fövqəluca Allah, Rəbbin ayələrindən heç bir fayda götürməyən müşriklərin, nümunəvi cəzalandırılmasına layiq görülənə qədər, nifrəti, kafirliyi və qərəzkarlıqları barədə xəbər verir. Onlara haqqı təsdiq edən və onları onu qəbul etməyi və ona boyun əyməyi vacib edən təkzibolunmaz möcüzələr göstərilmişdi, lakin onlar dəlillərə diqqət yetirmədilər və onlara heç bir əhəmiyyət vermədilər. Onların qəlbi əks səmtə can atırdı və onlar haqqa arxa çevirdilər.

`ŸTWÍWTÊ N…éSTTŠPV¡VÒ QXÌW™<Ö@†YŠ †WQÙVÖ ó$ØSåƒò:†W– ðÇóéTW©WTÊ `ØXä~YŽK<†WTÿ N…Së;HTTWT‰?TßVK… †WÚ N…éST߆VÒ -YãYŠ WÜèSòX¥`äWT`©WTÿ (5)
(6.5) “Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. (Mü­şriklərin) məsxərəyə qoyduqlarının (Quranın müsəlmanların qalib gələcəyi, müş­riklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!”

Həqiqət insanlardan ona itaət edilməsini və Allaha göstərdiyi köməyə və zəruri iza­hat­la­rına görə minnətdarlıq bildirilməsini tələb edir. Kafirlər isə öz Rəbbinin lütfünə tamamilə başqa tərzdə cavab verdilər və bununla da sərt cəzaya layiq oldular. Tamamilə az bir müddət keçdikdən sonra onlar əmin olacaqlar ki, məsxərəyə qoyduqları əsil həqiqət imiş, çünki Allah onların yalanını və iftiralarını ifşa edəcəkdir. Onlar dirildilmənin, Cənnət bağlarının və Cəhənnəmin gerçəkliyinə istehza edirdilər, amma Qiyamət günü başladıqda onlara deyəcəklər: “Bu sizin (dünyada) yalan hesab etdiyiniz həmin cəhənnəm odudur!” (Tur, 52/14).
Fövqəluca Allah belə buyurur: “Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” – deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allah Qiyamət günü ölüləri qəbirlərindən çıxarıb diril­dəcəyi haqda) doğru vəd vermişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz! (Allah hər bir mömini və kafiri öləndən sonra dirildəcəkdir ki,) ixtilafda olduqları məsələləri izah etsin və (Qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər”.  (Nəhl, 16/38-39).

óØVÖKV… Np…èW£WTÿ óØVÒ †WÞT<ÑVÕ`åVK… ÝYÚ yXäYÕ`‰TWTÎ ÝYQÚ xÜó£TWTÎ óØSäHTPVTÞPVÑPVÚ Á X³`¤KKV‚ô@… †WÚ `yVÖ ÝPYÑWÙSTß `yRÑPVÖ †WTÞ<ÕWª`¤VK…Wè ƒò:†WÙJð©Ö@… ØXä`~TVÕWÆ …_¤…W¤`ŸTYQÚ †WTÞ<ÕWÅW–Wè W£HTWTpäßVK‚ô@… ÷X£`•WTŽ ÝYÚ óØXäY`™WTŽ ØSäHTWTÞ<ÑVÕ`åVK†WTÊ óØXäYTŠéSTßS¡YŠ †WTß<K†W­ßVK…è ?ÝYÚ óØYåYŸ`ÅWTŠ †[TTßó£TWTÎ WÝÿX£Wž…ƒò (6)

(6.6) “Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (üm­mət­ləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüv­vət və sərvət) ver­mişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərinin, sarayları­nın və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq”.
Allah bu ayədə insanlara buyurur ki, qədim xalqlar haqqında hekayətlərdən faydalı nəticələr çıxartsınlar. O, onlara möhlət verdikdən, var-dövlət, övladlar və əmin-amanlıq əta etdikdən sonra onları bir-birinin ardınca məhv etmişdir. Səmadan onlar üçün bol yağış yağdırılmışdı, yerdə isə onlar üçün bol sulu çaylar salınmışdı ki, onların sayəsində Allahın istədiyi taxıl və meyvələr yetişdirsinlər. Onlar bu nemətlərdən ləzzət alır və ürəkləri istədikləri şeylərdən yeyirdilər, lakin nazil etdiyi nemətlər üçün Ona təşəkkür etmək istəmirdilər. Kef çəkmək onları özünə o dərəcədə aludə etmişdi ki, onlar təkcə öz nəfslərini düşünməyə başlamışdılar. Allahın elçiləri onların yanına gəldikləri zaman, onları qəbul etmədən rədd etdilər və hətta yalançı adlandırdılar və belə olduqda, Allah onları günahlarına görə məhv etdi və onlardan sonra insanların yeni nəsillərini yaratdı. Allah kafirlərin nəsilləri ilə – həm birinci və həm də sonuncularla, bax, belə rəftar etdi. Qoy insanlar Allahın onlara rəvayət etdiyi hekayətlər üzərində düşünsünlər!

óéTVÖWè †WÞT<ÖQW¥WTß ðÐ`~TVÕWÆ †_T‰HTWTYÒ Á w§†Vºó£TYÎ SâéS©WÙVÕWTÊ óØXäÿYŸ`TÿKV†YŠ ðÓ†WÍVÖ WÝÿY¡PVÖ@… Nv…èS£WÉVÒ óÜMX… :…W¡HTWå ‚PVMX… c£T`™Yª bÜkY‰QSÚ (7)
(6.7) “(Ey Elçim!) Əgər sənə kağız üzərində bir Kitab nazil etsəydik və kafirlər əlləri ilə ona toxunmuş olsaydılar belə, yenə də: “Bu, açıq-aydın bir sehr­dir” – deyərdilər”.

Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) kafirlərin möhkəm inadkarlığından xəbər verir və izah edir ki, onların haqqı danması peyğəmbər dəvətinin qüsurları ilə və ya onun onlar üçün dərk olunmazlığı ilə bağlı deyildir. Onların ədavətinin səbəbi zalımlıqlarında və ədalət­sizliklərindədir və bu xislətlə artıq heç nə etmək mümkün deyil. Əgər Allah onların əlləri ilə toxuna və yaradılmasına əmin ola biləcəkləri kağızda Səmavi Kitab nazil etsəydi belə, kafirlər onsuz da ədalətsiz davranacaq və bunu açıq-aydın bir sehrbazlıq adlandıra­caqdılar. Bundan da daha böyük möcüzə nə ola bilərdi? Əllə toxunulması mümkün olan və heç olmazsa bir qətrə ağlı olan insanın belə rədd etməyi boynuna götürmədiyi həqiqəti inkar edənlərin sözlərindən də dəhşətli nə ola bilər?!

N…éSTÖ†WTÎWè :‚WóéTVÖ WÓX¥ßKR… Yã`~TVÕWÆ $bÐVÕWÚ óéTVÖWè †WÞT<ÖW¥ßVK… †_|VÕWÚ ƒøYµSÍPVÖ S£`ÚKKV‚ô@… JðyRT’ ‚W WÜèS£VÀ¹ÞSTÿ (8)
 (6.8) “Onlar dedilər: “Məgər ona (Həzrəti Muhəmmədə peyğəmbər­liyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk gön­dərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi”.

Səbəbi nadanlıq və məntiqi təfəkkürdən xali olan müş­riklər inadkarlıq göstərərək, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına onun vəzifəsini yerinə yetirməyə kömək edən  mələyin göndərilməməsinə təəccüb edirdilər. Onlar belə güman edirdilər ki, Allah Öz vəhylərini ancaq mələklər vasitəsilə göndərir və adi bir insan olan Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini qəbul etmirdilər. Allah isə onlara ayədə izah edir ki, insanlar arasından elçinin seçilməsi Onun qullarına mərhəmətinin və rəhminin təzahürüdür, çünki insanlar mü­­kəmməl bilik və tam əminlik əsasında qeybə iman gətirmək imkanı əldə etmişdilər.
Əgər Allah vəhylərini insanlara mələklər vasitəsilə göndərsəydi, onda onların imanı gerçək biliklərə istinad edə bilməzdi. Əksinə, onların imanı adi olan bir şeyin qəbul olunması kimi təsəvvür edilərdi ki, bu da özlüyündə insanlara heç bir fayda gətirmir. Lakin ən başlıcası, kafirlərin əksəriyyəti, onsuz da, bundan sonra da iman gətirməkdən boyun qaçıracaqdılar və belə olduqda, Allah mütləq hökm çıxararaq təxirə salmadan onları həlak edərdi. Onda müşriklərdən heç birinə möhlət verilməzdi, çünki Allah həmişə möcüzə göstərilməsini tələb edən və sonra ona inanmayanların hamısı ilə belə rəftar edir.
Allah insanlar arasından onlara elçi göndərdikdə, onu açıq-aşkar möcüzələrlə qüvvətləndirdikdə və naşükürlərə və kafirlərə möhlət verdikdə onlar daha çox fayda­lanırlar. Allah bilir ki, insanlar üçün belə olması daha yaxşıdır və ona görə də onlara rəhm edir.  Kafirlərin onlara mələk göndərilməsi tələbinə gəldikdə isə belə tələblər çox təhlükəlidir, əgər onlar bunu başa düşsəy­dilər!... Amma hətta Allah onlara mələk göndərsəydi də, onlar ondan bilik ala bilməzdilər və belə bir sınağa dözməzdilər, çünki onların imkanları olduqca məhduddur. Bax buna görə sonra Fövqəluca Allah belə buyurur:

óéTVÖWè SãHTWTÞ<ÕWÅW– †_|VÕWÚ SãHTWTÞ<ÕWÅW•PVÖ ¾„TTS–W¤ †WÞTTp©W‰TVÕVÖWè yXä`~TVÕWÆ †QWÚ fûéS©Y‰<ÕWTÿ (9)

(6.9) “Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düş­dük­ləri şübhəyə salardıq”.

Allahın müdrikliyi insanlara göndərilən elçinin insan olmasını  tələb edirdi və hətta əgər Allah yer üzünə mələk nazil etsəydi belə, o özünü onsuz da kişi qiyafəsində təqdim etməliydi. Lakin belə olduqda insanlar çaşıb qalardılar. Bunun səbəbi isə onların özlərində olardı, axı onlar özləri üçün şübhəli bir yolu üstün tutmuşdular ki, bu yolda həqiqəti açıq-aşkar görmək mümkün deyildi. Haqq onlara düz yolla gələndə onlar doğru rəhbərlikdən istifadə etmədilər, halbuki bir çox başqaları onun sayəsində həmin yolu tutmuşdular. Onlar öz günahlarında özləri müqəssirdirlər, çünki qarşılarında olan və doğru yola aparan qapıları bağlamış və azğınlığa aparan qapıları isə laybalay açmışdılar.

YŸWÍVÖWè WL÷X¥`äSTT`ª@… wÔTTSªS£YŠ ÝYQÚ ðÐYÕ`‰TWTÎ ðˆW™WTÊ fÛTÿY¡PVÖ@†YŠ N…èS£YWª ySä`ÞYÚ †QWÚ N…éST߆W{ -YãYŠ WÜèSòX¥`äWT`©WTÿ (10)

(6.10) “Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyul­muşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi”.

Ayədə Allahın aydın möcüzələrlə gələn əvvəlki elçilərini rədd etmiş, hətta onları və dəvətlərini məsxərəyə qoymuş qədim xalqları yer üzündən yox edən cəza haqqında Fövqəluca Allah rəvayət edərək Elçisinə (ona Allahın salavatı və salamı olsun!) təsəlli verir və onun (ona Allahın salavatı və salamı olsun!) düşmənlərini hədələyir. Allah onları kafirliklərinə və həqiqəti danma­larına görə qorxunc cəza ilə tələf etmişdir. Onlar veriləcək amansız cəzaya istehza etmiş, lakin o cəza onları hər tərəfdən bürümüşdür. Qoy kafirlər bundan sonra da haqqı inkar etməkdən çəkinsinlər ki, onlardan əvvəlkilərin başına gələnlər onların başına gəlməsin!

`ÔSTÎ N…èS¤kTYª Á X³`¤KKV‚ô@… JðyRT’ N…èS£TTñÀ¹Tß@… ðÈ`~TVÒ W܆VÒ SàW‰YÍHTWÆ WÜkYŠPY¡VÑSÙ<Ö@… (11)

 (6.11) “(Ey Elçim!) De: “Yer üzünü dolaşın və sonra görün ki, (pey­ğəm­bərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”

Ey kafirlər! Əgər siz əvəz veriləcəyinin doğruluğuna şübhə edirsinizsə, onda yer üzündə gəzib dolaşın və sonra yalançıların aqibətinin nə ilə sonuclandığına baxın! Siz ancaq nümunə olaraq cəzalandırılıb məhv edilmiş xalqların və qəbilələrin sür-sümüyün­dən başqa bir şey tapmazsınız. Onların evləri boşalmış və bir zaman onlarda şənlənən və əylənən sahiblərsiz qalmışdır. Onlar Qüdrətli Hökmdar tərəfindən məhv edilmiş və onların haqqında gəzən əhvalatlar ağıllı insanlar üçün ibrət nümunəsi olmuşdur.
Fövqəluca Allah yer üzündə gəzib səyahət etməyi təkcə vücudla deyil, həm də qəlbən yerinə yetirməyi buyurmuşdur ki, insanlar gördükləri hər şeydən ibrət dərsi ala bilsinlər. Əgər onlar sadəcə ətrafa baxmaqla qane olsalar və özləri üçün faydalı nəticələr çıxarmasalar, edəcəkləri səfərlər onlara fayda verməyəcək.

ÔSTÎ ÝWÙPYÖ †QWÚ Á g‹.WéHTWÙQW©Ö@… $X³`¤KKV‚ô@…Wè ÔTSÎ &YãPVÕYPÖ ðˆWTVÒ uøVÕWÆ YãY©pTÉWTß &WàWÙTT`šQW£Ö@… óØRÑPVÞWÅWÙ`•W~VÖ uøVÖXM… YzóéWTÿ YàWÙHTW~YÍ<Ö@… ‚W ðˆ`TÿW¤ &Yã~YÊ fÛTÿY¡PVÖ@… Nv…èS£Y©Wž óØSäW©SÉßKV… `ySäWTÊ ‚W fûéSÞYÚ`ëSTÿ  (12) ! ISãTVÖWè †WÚ WÝVÑWª Á XÔT`T~PVÖ@… &X¤†WTäPVÞÖ@…Wè WéSåWè SÄ~YÙJð©Ö@… ñy~YÕWÅ<Ö@… (13)

(6.12) “De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Özü­nə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!”
(6.13) “Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, biləndir”.

Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur ki, müşrikləri tövhidin gerçəkliyinə əmin etsin və onlardan göylərin və yerin Yaradıcısı, Hökmdarı və Hakiminin kim olduğunu soruşsun. Müşriklər çox yaxşı bilirlər ki, bu sifətlərə Sahib olan yalnız Allahdır və onlar bunu inkar etməyəcəklər. Əgər onlar Onu Kainatın Yeganə Hökmdarı və Hakimi qəbul etsələr, onda onlar niyə Tək Ona ibadət və səmimi qəlbdən qulluq etməyə razılaşmırlar?!
Onun mütləq hakimiyyəti, Onun ilahi mərhəməti ilə əhatə olunmuş göy və yer aləmlərinə şamildir. O, Kainatı Öz Mərhəməti və xeyirxahlığı ilə sarmış və Onun Mərhəmətinin həmişə Onun Qəzəbinə üstün gəlməsini istəmişdir. O, Öz qullarını Öz səxavətin­dən məhrum etməkdən daha çox, onları mükafatlandırmağı sevir. O, mərhəmət qapılarını bütün qullarının qarşısında açmışdır, təkcə onların günahları o qapıları onların qarşısında bağlayır. O, qullarını həmin qapılardan girməyə dəvət edir, amma onların itaətsizliyi və nöqsanları o qapıları tapmaqda onlara mane olur.
Sonra Allah and içir ki, Qiyamət günü insanları mütləq bir yerə toplayacaq və həqiqətən, Onun sözləri ən doğru sözlərdir. O, Öz vədinin gerçəkliyini o qədər dəlil və sübutlarla təsdiq edir ki, o, artıq hiss olunan və ya əllə toxunula bilən həqiqətə çevrilir. Lakin zalım insanlar kafirlikdən başqa hər şeydən əl çəkirlər. Onlar Allahın məxluqlarını diriltmək bacarığını inkar edir, itaətsizlik burulğanına batır, kafirliyə etiqad göstərməyə cəsarət edir və həm yer üzündə və həm də öləndən sonra üçün özlərinin xoşbəxtliyinə islaholunmaz zərbə vururlar. Məhz buna görə Allah buyurur ki, öz mənliyini itirmiş günahkarlar heç vaxt iman gətirməzlər.
Bu gözəl surə tövhidin həqiqiliyini sübut edən müxtəlif məntiqi dəlillər və inandırıcı mətnlərdən ibarətdir. Hətta demək olar ki, surə bütövlüklə Allahın Təkliyinə və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini inkar edən müşriklərin baxışlarının təkzib edilməsinə həsr olunmuşdur.
Surənin yuxarıdakı ayələrində, Allah doğru yolu aydınlaş­dır­mağa və müşriklikdən əl çəkməyə imkan verən həqiqətləri xatırladır. Fövqəluca Allah həm də yada salır ki, gecə və gündüz məskunla­şan­ların hamısı Ona mənsubdur. Onun hakimiyyəti bütün məxluqlara: insanlara, cinlərə, mələklərə, heyvanlara və həmçinin cansız əşyalara da aiddir. Bütün yaradılmışlar Onun qullarıdır və öz Əzəmətli Rəbbinin və Qüdrətli Hökmdarının iradəsinin hakimiyyəti altındadırlar.
Məgər məntiqi sübutlar və müqəddəs mətnlər[1] insanları, özlərinə nə xeyir və nə də zərər verə bilməyən qullara ibadət etməyə yönəldir? Məgər onlar xeyir verməyə və zərər vurmağa qadir olan Yaradana, Hakimə, Hökmdara və Tək Allaha səmimi qulluq etməkdən boyun qaçırmağa dəvət edir? Bəlkə, elə sağlam düşüncə və qüsursuz təhtəlşüur[2] təkcə Ona məhəbbət və qorxu hissi bəsləyərək, Bir Allaha, aləmlərin Rəbbinə səmimi ibadətə çağırır və tək Ona ümid edir?!
Həqiqətən, O, Ona hər cür mümkün olan dildə ən müxtəlif istəklərlə müraciət edən məxluqlarının səslərini eşidir. O, baş verən və baş verəcək hər şey haqqında öncədən bilir. O, baş verməyəcək şeyləri də bilir və hətta onlar baş versəydi, hansı formada ola biləcəyini də bilir. Ona bütün aşkarda olanlar və gizli qalanlar agahdır.

`ÔSTÎ W¤`kTVçÆVK… JðY/@… S¡YPVTŽVK… †^Q~TYÖWè X£Yº†WTÊ g‹.WéHTWÙQW©Ö@… X³`¤KKV‚ô@…Wè WéSåWè SØYÅp¹TSTÿ ‚WWè %ñyWÅp¹TSTÿ `ÔSTÎ õøTPYßMX… ñ‹ó£TYÚRK… óÜKV… fûéS{KV… ðÓPVèKV… óÝWÚ $ðyVÕT`ªVK… ‚WWè UfÛWTßéRÑWTŽ WÝYÚ WÜkYÒX£pT­SÙ<Ö@… (14)

(6.14) “(Ey Elçim!) De: “Mən göyləri və yeri Yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşrik­lərdən olma!” (deyə buyuruldu)”.

Ey Muhəmməd! Müşriklərə de ki: “Məgər mən köməksiz məxluqları özümə köməkçi və hami edərəmmi?! Mən Fövqəluca Allahdan başqa heç kimi özümə hami saymıram, çünki O, təkbaşına göyləri və Yeri yaratmışdır. O, onları yaratmış və idarə edir. O, məxluqlarına ruzi verir, lakin Özü qidalanmağa heç bir ehtiyac duymur. Məgər mənə yaraşar ki, zəngin və hər cür tərifəlayiq Xaliqdən və Yedizdirəndən başqa kiminsə mənə hima­yəçilik edəcəyinə ümid bağlayım?! Mənə əmr edilmişdir ki, tövhid əqidəsi daşıyan və Allaha müti olan ilk müsəlman olum, çünki mən Rəbbimin hökmlərinə, bütün insanlardan daha çox səylə itaət etməliyəm. Ona şərik qoşanlarla, onlarla həmfikir olanlarla olmaq və yığıncaqlarda yanlarında oturmaq mənə qadağan edilmişdir. Bu hökmlər – mənim üçün ən vacibdir”.

`ÔSTÎ õøTPYßMX… ñdžWžVK… óÜMX… ñŒ`~fTT±WÆ øTQYTŠW¤ ð‡…W¡WÆ ]zóéTWTÿ xy~YÀ¹WÆ (15)

ÝQWÚ pÇW£p±STÿ SãTT`ÞTWÆ x¡TTMXùWÚóéTWTÿ `ŸTWÍWTÊ I&SãTTWÙYšW¤ ðÐYÖ.V¢Wè S¦óéWTÉ<Ö@… SÜgk‰SÙ<Ö@… (16)

(6.15) “De: “Əgər mən Rəbbimə asi olsam, Böyük günün (Qiyamət gününün) əzabından qorxaram”.
(6.16) “O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (uğurdur). 

İnsan Allaha şərik qoşaraq Ona itaət etməzsə, onda o, özünü Cəhənnəmdə əbədi işgəncələrə məhkum edir və Qüdrətli Rəbbin qəzəbini özünə qarşı yönəldir. Bu, belə bir gündə baş verəcək ki, o günün cəzasından qorxmaq və çəkinmək lazımdır, çünki əgər insan həmin günün cəzasından xilas olarsa, o, hökmən əfv edilər və əgər o, həmin gün qurtuluşa nail olarsa, o, əsil uğur qazanar. Əgər o, həmin günün cəzasından xilas ola bilməzsə, məhv olmuşların və bədbəxtlərin arasına düşər.

ÜMX…Wè ðÐ`©W©`ÙWTÿ JðS/@… Qw£ñµYŠ ð„TWTÊ ðÈY®†W{ ,ISãTVÖ ‚PVMX… $WéSå ÜMX…Wè ðÐ`©W©`ÙWTÿ w¤`kTWmgîž WéSäWTÊ uøVÕWÆ QXÔRÒ xòpøTW® c£ÿYŸWTÎ (17)
(6.17) “Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!”

Tövhidin gerçəkliyinin dəlillərindən biri ondan ibarətdir ki, təkcə Fövqəluca Allah insanları bədbəxtçilikdən xilas edir və onları xeyir və əmin-amanlıqla təmin edir. O, insanlara dilənçilik, xəstəlik, müsibət, qəm, kədər və yaxud hər hansı digər bədbəxtçilik nəsib edərsə, onda heç kim onu həmin əzablardan qurtara bilməz. Əgər Allah istəsə ki, insana yaxşılıq əta etsin, bilin ki, O, bütün varlıqlar üzərində hökmrandır. Tək O, fayda verməyə və ya zərər vurmağa qadirdir, bu isə o deməkdir ki, yalnız O, ibadətə və sitayişə layiqdir.

WéSåWè S£Yå†VÍ<Ö@… ðËóéTWTÊ -&YâY †W‰YÆ WéSåWè SØ~YÑW™<Ö@… S¤gk‰W<Ö@… (18)
(6.18) “O Öz qulları üzərində mütləq Hakimidir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!”

Allahın izni olmadan bir məxluq belə nə qərar qəbul etməyə, nə hərəkət və ya istirahət etməyə qadir deyildir. Nə hökmdarlar, nə də onların təbəələri Onun mülkünü tərk etməyə və Onun asılılığından qurtulmağa qadir deyillər, çünki onların hamısı Ona tabedirlər. O, təkbaşına məxluqlarını Özünə tabe edir və onların hamısı Onun qarşısında məsuliyyət daşıyırlar və bu isə o deməkdir ki, təkcə O, ibadətə layiqdir. O, hökm verir və qadağan edir, mükafatlandırır və cəzalandırır, yaradır və ilahi müdrikliyinə tam uyğun olaraq öncədən müəyyənləşdirir. O, bütün sirlərdən və gizli niyyətlərdən agahdır və ən az gözə görünən əməllər haqqında bilir və bu da həmçinin həqiqi tövhidi təsdiq edir. 

`ÔSTÎ Jñ÷VK… ]òpøTW® S¤WiTT`{KV… $_áWŸTHTWäTW® XÔSTÎ J$ðS/@… =SŸ~XäW® øYÞ`~TWTŠ ó&ØRÑWTÞ`T~WTŠWè ƒøYšèRK…Wè JƒøVÖXM… …W¡HTWå SÜ…ƒòó£TSÍ<Ö@… ØS{W¤Y¡ßRKg‚ -YãYŠ ?ÝWÚWè &WçÄVÕWTŠ óØRÑPVÞMXúVK… WÜèSŸWäpT­WVÖ UfûKV… WÄWÚ JðY/@… ZàWäYÖ…ƒò &uüW£`žKR… ÔSTÎ :‚PV &SŸWäpT®VK… `ÔSTÎ †WÙPVTßXM… WéSå bãHTVÖXM… bŸYš.Wè øYÞPVTßXM…Wè còv÷X£WTŠ †QWÙQYÚ WÜéRÒX£pT­STŽ (19)

(6.19) “De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”

Qoy doğru yolun və haqq Təlimatın izah edildiyi kafirlər onlara təqdim olunmuş əzəmətli meyardan istifadə etsinlər və  qoy söyləsinlər görək, kimin şahidliyi ən mühümdür? Şübhəsiz ki, ən vacib olan Allahın şəhadətidir, çünki heç kimin şahidliyi Onun şahidliyindən üstün olmağa qadir ola bilməz. O, Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunu artıq təsdiq etmiş və onun (ona Allahın salavatı və salamı olsun!) söylədiklərini və əməllərini bəyənmişdir. Fövqəluca Allah belə buyurur: “Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurar­dıq)! Sonra onun şah damarını qopardar­dıq! Heç biriniz (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz” (Haqqə, 69/44-47).
Allah – Müdrik və Əzəmətli Rəbdir. Onun ilahi müdrikliyi və hüdudsuz qüdrəti Ona yol vermir ki, Ona böhtan atan yalançıların sözlərini təsdiq etsin. Əgər insan yalandan: “Allah onu elçi göndərmişdir, ona insanlar arasında təbliğ etməyi tapşırmışdır və onun hökmünə tabe olmayanları öldürməyə, onların mal-mülkünü mənimsəməyə və qadınlarını kölə götürməyə icazə vermişdir” – deyə, bəyan edərsə, onda Allah heç vaxt onun bəyanatlarını qəribə möcüzələr və aydın ayələr vasitəsilə təsdiq etməz. O, ona kömək etməz və onun düşmənlərini və əleyhdarlarını Öz yardımından məhrum etməz. Bundan da inandırıcı sübut nə ola bilər?!
Sonra Allah bildirir ki, Müqəddəs Quran bəşəriyyətə onun rifahı üçün nazil edil­mişdir ki, onun vasitəsilə insanlar əzabverici cəzadan çəkindirilsin. İstənilən çəkindirmə, çəkinilməsi lazım gələn şey barədə xatırlatmaqdan, azdırılmaqdan və bu xəbərdarlıqla qorxudulmaqdan və insanın bu xəbərdarlıqdan istifadə edə bilməsi üçün qəlb və bədənlə yerinə yetirilməsi zəruri olan sözlərin və əməllərin izah edilməsindən ibarətdir. Quran insanları Qiyamət gününün başlanmasınadək xəbərdar edir və onu öyrənmək istəyən hər kəs onda olan və bilməsinə ehtiyac duyduğu ilahi həqiqətlərinin izahını hökmən tapacaqdır.
Allah, Özünün Tək Allah olması haqqındakı şəhadətini – bütün şəhadətlərdən ən əzəmətli şəhadəti izah etdikdən sonra, Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, Vəhyi inkar edən və Onun elçilərini yalançı sayan kafirlərə belə desin: “Doğrudanmı siz Allahla bərabər digər allahların mövcudluğuna şəhadət verməyə hazırsınız? Siz buna hətta şahidlik etsəniz də mən onu etmərəm!”
Beləliklə, sözü ən doğru olan aləmlərin Rəbbi və məxluqların ən alicənabı, doğruçuluğu inandırıcı və təkzibedilməz dəlillərlə təsdiq edilən şahidlik edir ki, Allaha şərik qoşmadan təkcə Ona ibadət etmək lazımdır. Qoy indi hər kəs bu şahidliyi, ağılları bulanıq, qarma-qarışıq etiqadlı, sağlam təfəkkürlü insanlarda gülüş doğuran qüsurlu baxışlara malik və yaramaz xasiyyətli müşriklərin şahidliyi ilə müqayisə etsin. Onların şahidliyi nöqsansız təhtəlşüura[3] əksdir, onların Allahla bərabər digər allahların mövcud­lu­ğu haqqındakı bəyanatları isə ziddiyyətlidir. Onların gətirdikləri “sübutlarına” nəinki tamamilə inandırıcı deyil deməyə, onları hətta şübhəli adlandırmağa belə ehtiyac yoxdur.
Qoy ağıllı qərar qəbul etməyə qadir olan hər kəs bu şahid­liklərdən birinə üstünlük versin. Biz isə üstünlüyü Allahın üstün tutduğu Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) veririk ki, bizə onun yolu ilə getmək əmr olunmuşdur. Biz, bir Allahın varlığını qəbul edirik ki, Ondan başqa ibadətə və sitayişə layiq olan yoxdur və Ondan başqa digər yaradanlar və hökmdarlar da yoxdur. Biz, Allaha şərik qoşulan hər hansı bütü, heykəli və digər uydurulmuş tanrıçaları inkar edirik. Bu etiraf – Tək Allahın ilahiliyinin etirafı və qalan bütün yaradılmışların ilahiliyinin inkarı – həqiqi tövhidin mahiyyətidir.

WÝÿY¡PVÖ@… ñySäHTWTÞ`T~WTŽ…ƒò ðˆHTWTYÑ<Ö@… ISãWTßéSTÊX£`ÅWTÿ †WÙVÒ WÜéSTÊX£`ÅTWÿ 'SØSåƒò:†WTÞ`TŠVK… WÝÿY¡PVÖ@… Nv…èS£Y©Wž `ØSäW©SÉßKV… `ySäWTÊ ‚W WÜéSÞYÚ`ëSTÿ (20)

(6.20) “Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını ta­nı­dıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!”

Tövhidin gerçəkliyi haqqında Öz şəhadətini və Elçisinin (ona Allahın salavatı və salamı olsun!) şəhadətini və həmçinin heç bir elmi olmadan tövhidi inkar edən müşriklərin şəhadətini açıqla­dıqdan sonra, Fövqəluca Allah bildirir ki, Kitab əhli – yəhudilər və xristianlar – təkcə Ona ibadətin haqq olduğundan, öz doğma oğullarını tanıdıqları kimi, agahdırlar. Onlar tək Ona ibadət etməyin zəruriliyinə, öz doğma övladlarına, xüsusilə, bir qayda olaraq, ataları ilə birlikdə olan oğullarına şübhə etmədikləri kimi, şübhə etmirlər.
Başqa bir şərhə görə isə, bu ayədəki əvəzlik[4] Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aiddir. Ondan aydın olur ki, Kitab əhli onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin həqiqiliyinə şübhə etmirlər, çünki sonuncu peyğəmbərin xüsusiyyətləri haqqında öncə vəhy edilən çoxsaylı xəbərlər[5] onlara məlumdur və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məziyyətlərinə tamamilə uyğundur və başqa heç kimə uyğun gəlmir. Şübhəsiz ki, hər iki şərh bir-biri ilə qarşılıqlı bağlıdır.
Sonra Allah xəbər verir ki, əgər insanlar imanı və tövhidi unudurlarsa, halbuki insanlar məhz onlara görə xəlq ediliblər, onda Şan-şöhrətli Hökmdarın mərhəmətindən məhrum edilirlər. Onlar – islahedilməz kafirlərdir və əgər insan imandan məhrum­dursa, onda onu gözləyən təsəvvür olunmayan dərəcədə böyük zərər və uğursuzluq haqqında hətta heç soruşmaya da dəyməz.

óÝWÚWè ñyVTÕ<ÀºKV… XÝQWÙYÚ uüW£WTpÊ@… øVÕWÆ JðY/@… †[TTŠY¡VÒ `èVK… ð‡PV¡VÒ ,-%YãYHTWTÿ†LWTTYŠ ISãTPVßMX… ‚W S˜TYpÕÉSTÿ WÜéSÙYÕHTJðÀ¹Ö@… (21)

(6.21) “Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”

Burada sadalanan keyfiyyətlərdən birinə malik olanlardan daha zalım insan yoxdur. Onda eyni zamanda Allaha həm böhtan atan və həm də Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi ayələri yalanlayan kəslər haqqında nə demək ola? Belə adam ən qəddar zalımdır və heç vaxt uğur qazana bilməz. Bu, Allaha yalan istinad etməyə çalışanların və Onun şəriklərinin və ya köməkçilərinin olduğunu iddia edənlərin, başqa ilahlara ibadəti zəruri sayanların, Allahın zövcəsi və ya oğlu olduğuna inananların, Allahın elçilərinin (Allahın onlara salamı olsun) gətirdiyi və onlardan sonra onların dini varislərinin təbliğ etdikləri haqqı dananların hamısına aiddir.

W×óéWTÿWè óØSåS£S­`™WTß †_TÅ~YÙW– QWØRT’ SÓéSÍWTß WÝÿY¡PVÕYÖ Nv…éTS{W£`®VK… WÝ`TÿVK… SØRÒSê:†W{W£TS® WÝÿY¡PVÖ@… óØSÞRÒ WÜéSÙSÆ`¥WTŽ (22)

(6.22) “O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!”

Ayədə Fövqəluca Allah müşrikləri Qiyamət günü gözləyən aqibət haqqında xəbər verir. Onları qınayacaq və Allaha qoşduqları şərikləri haqqında onlardan soruşacaqlar. Şübhəsiz ki, Onun şəriki yoxdur, lakin müşriklərdən bu barədə soruşacaqlar, çünki onlar böyük bir yalan uyduraraq şəriklərin olduğunu söyləyirdilər.
JðyRT’ `yVÖ ÝRÑWTŽ óØSäSWTÞ`YÊ :‚PVMX… ÜKV… N…éSTÖ†WTÎ ðJY/@…Wè †WÞTQYTŠW¤ †WÚ †PVÞTTRÒ WÜkYÒX£pT­SÚ (23)

 (6.23) “Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” de­m­ək­dən başqa heç bir çarələri qalmayacaq”.

Onları sınayacaq və ibadət etdikləri “ilahlar” haqqında soruşacaqlar, lakin onlar Allaha şərik qoşduqlarını inkar edəcəklər. Onlar and içəcəklər ki, heç vaxt bütpərəst və müşrik olmayıblar.

ó£TñÀ¹ß@… ðÈ`T~VÒ N…éSTŠW¡VÒ uvøVÕWÆ &óØXäY©ñTÉßKV… QWÔTTW¶Wè ØSä`ÞTWÆ †QWÚ N…éST߆VÒ WÜèS£WpTÉWTÿ (24)

 (6.24) “Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!”

Gör onların davranışı necə də biabırçıdır! Allaha and olsun ki, onlar yalan uydururlar və bu yalan onları böyük ziyana uğradacaq və onlara nəhəng zərər vuracaq, çünki onların Allahla bərabər ibadət etdikləri onlardan üz döndərəcək və onları tərk edəcəklər. Həqiqətən, Allah onların uydurduqlarından sonsuzluğa qədər uzaqdır!
ØSä`ÞYÚWè ÝQWÚ SÄTYÙWT`©WTÿ $ðÐ`~TVÖMX… †WTÞ<ÕWÅW–Wè uøVÕWÆ `ØXäYTŠéSTÕSTÎ ZàPVÞY{VK… ÜKV… SâéSäWÍpTÉWTÿ õøYÊWè óØXäYß…V¢…ƒò …_&£pTTÎWè ÜMX…Wè Np…èW£WTÿ QWÔS{ xàTTWÿ…ƒò ‚PV N…éSÞYÚ`ëSTÿ &†WäYŠ uvøPVWš …V¢XM… ðÏèSò:†W– ðÐWTßéSTÖYŸHTW•STÿ SÓéSÍWTÿ WÝÿY¡PVÖ@… Nv…èS£WÉVÒ óÜMX… :…W¡HTWå :‚PVMX… S¤kY¹HTTWªVK… WÜkYÖPVèVK‚ô@… (25)
 (6.25) “(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlman­lara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcət­lə­şərlər. Kafir olanlar: ”Bu, qədimlərin əfsanələrin­dən (nağıllardan) başqa bir şey de­yildir!” - deyərlər”.

Müşriklərin arasında elələri də var ki, onlar bir sıra hallarda sənin xütbələrini dinləməyə gəlirlər. Lakin onlar bunu həqiqəti öyrənməyə və ona itaət etməyə can atdıqları və xoş niyyətdə olduqları üçün etmirlər və elə ona görə də xütbələri dinləmək onlara fayda vermir. Onların ürəkləri pərdə ilə örtülmüşdür və o, onlara Allahın sözlərini başa düşməyə imkan vermir və Allahın sözlərini belə günahkarlardan qoruyur, onların qulaqları isə kar edilmişdir ki, onlara xeyir gətirən sözləri eşitməsinlər.
Gördükləri istənilən möcüzə onları onsuz da möminlərə çevirməyəcək, çünki onların zalımlığı və inadkarlığı son həddə çatmışdır. Onlar haqqa dəlalət edən açıq-aydın ayələrə tabe olmaq istəmirlər və onların həqiqiliyini qəbul etmirlər. Əksinə, müşriklər öz yalançı baxışlarını qorumaqda davam edərək, həqiqəti təkzib edə biləcəklərinə ümid bəsləyirlər. Onlar bəyan edirlər ki, göydən nazil edilən vəhylər qədim xalqların, insanlar tərəfindən yazılmış nağıllarından götürülmüşdür. Onlar vəhyləri, Rəbbin elçiləri tərəfindən gətirilmiş Allahın sözü hesab etmirlər və bunun səbəbi onların kafirliyindədir. Məgər keçmişdən və gələcəkdən verilən xəbərlərdən ibarət olan, peyğəmbərlərin və elçilərin gətirdiklərini və təbliğ etdikləri həqiqəti, qərəzsizliyi və mütləq ədaləti izah edən Kitab qədim xalqların nağılları ola bilərmi?!

óØSåWè WÜóéTWä`ÞTWTÿ SãT`ÞTWÆ fûóéTWLTT`ÞTWTÿWè $SãT`ÞTWÆ ÜMX…Wè WÜéRÑYÕ`äSTÿ :‚PVMX… óØSäW©SÉßKV… †WÚWè WÜèS£SÅpT­WTÿ (26)

 (6.26) “(Müşriklər özlərinə uyanları Quranı) dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar”.

Allaha şərik qoşan və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) yalançı sayan müşriklər, nəinki azğınlıq zülməti içində özləri dolaşır, həm də başqalarını azğınlığa salırlar. Onlar insanları həqiqi Təlimdən istifadə etməyə mane olur, xəbərdar edir və hətta ondan uzaqlaşdırırlar. Lakin onlar öz əməlləri ilə nə Allaha və nə də Onun mömin bəndələrinə ziyan vura bilmirlər. Müşriklər ancaq özlərini məhv edir, lakin bunu başa düşmürlər.

                                                        ﭘﭙ                     

(6.27) “(Ey Elçi!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!”
(6.28) “Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsay­dılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!”

Fövqəluca Allah bu ayələrdə Qiyamət günü özlərinin Odpüskürən Cəhənnəm qarşısına düşdüklərini görəcək müşrik­lərin vəziyyəti barədə xəbər verir. Onları Cəhənnəm qarşısında saxlayacaqlar ki, tənə və danlaqlara qulaq assınlar. Bu, dəhşətli bir səhnə və ürəkparçalayan bir tamaşa olacaq. Onlar kafirliyə etiqad etdiklərini və Allaha itaət etməkdən yayındıqlarını boyunlarına alacaq və onları yenidən Yer üzünə qaytarmağı diləyəcəklər. Onlar bir daha heç vaxt Allahın ayələrini inkar etməyəcəklərinə və əsil mömin olacaqlarına söz verəcəklər, lakin onlar bunu ona görə edəcəklər ki, əvvəllər gizli saxladıqları artıq onlara bəyan olacaq.
Onlar çox vaxt başa düşürdülər ki, yalançılıq edirlər, lakin onlar bunu öz ürəklərində gizlədirdilər. Yaramaz niyyətli olmaları onlara yalandan əl çəkməyə imkan vermir və onların qəlbini xeyirxahlıq etməkdən döndərirdi və buna görə hətta Axirət günü onların vədləri yalan olacaqdır. Müşriklər ancaq onlara doğru yönəlmiş cəzanı özlərindən uzaqlaşdırmaq üçün vədə verəcəklər və əgər onları geri döndərsəydilər, yenə də qadağan olunmuş əməllərə yol verərdilər, çünki onlar – yalançıdırlar.

Nv…éSTÖ†WTÎWè óÜMX… ƒøgå ‚PVMX… †WTÞSTŽ†W~TWš †WTp~TJñߟÖ@… †WÚWè SÝ`™WTß WÜkYT’éSÅ`‰TWÙYŠ (29)                           ﭺﭻ ﭿﮀﮁ       

(6.29) “(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”.
(6.30) “Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək) haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz kafirliyə görə dadın əzabı!”.

Onlar dirildiləcəklərini inkar edir və deyirdilər: “Təkcə dünya həyatı vardır və biz yaradılmışıq ki, bu dünyada yaşayaq. Biz heç vaxt dirildilməyəcəyik!” Lakin, sən onları Rəbbi qarşısında saxlandıqları zaman görsəydin, qarşında dəhşətli bir mənzərə açılardı. Onları danlayacaq və məzəmmət edəcəklər: “Məgər gördüyünüz bu cəza həqiqi deyilmi?” Ancaq belə olduqda, onlar gerçəkliyi etiraf edəcəklər. Lakin bu, onlara fayda verməyəcək və onlar kafir olduqları üçün cəzanı dadmalı olacaqlar.

`ŸTWÎ W£TTY©Wž WÝÿY¡PVÖ@… N…éSTŠPV¡VÒ Yò:†WÍYÕYŠ Y$ãPVÕÖ@… uvøPVWš …V¢XM… SØSTp䎃ò:†TW– SàWƆJð©Ö@… ^àWpTTçÅWTŠ N…éSTÖ†WTÎ †WÞWTŽW£`©W™HTWTÿ uøVÕWÆ †WÚ †WTÞ<ºQW£WTÊ †WTä~YÊ óØSåWè WÜéSTÕYÙmïm`ðš óØSåW¤ð…¦`èVK… uøVÕWÆ &óØYåX¤éSäñÀº ‚VKV… ƒò:†TWª †WÚ WÜèS¤X¥Wÿ (31)

(6.31) “Allahın hüzurunda duracaqlarını inkar edən kimsə­lər, həqiqətən, zi­ya­na uğra­mış­lar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günah­larını dalla­rında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlə­ri­mi­zə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!”

Allahla görüşəcəklərini yalan hesab edən insanlar mütləq böyük zərərə uğraya­caq və hər cür yaxşılıqlardan məhrum ediləcəklər. Kafirlik onları əxlaqsız cinayətlər və ağır günahlar törətmə­yə vadar edir və buna görə cəza anı onları ən pis vəziyyətdə, ən yaramaz əməllər törətdikləri şəraitdə, qəflətən yaxalayır. Bu zaman kafirlər təəssüflənir və törətdikləri haqqında deyirlər: “Dünyada əlimizdən çıxanlara görə vay bizim halımıza!” Lakin bu barədə peşmançılıq çəkmək artıq çox gecdir və onlar öz murdar yüklərini çiyinlərində daşımalıdırlar. Bu yük onlara ağır gəlsə də, ondan xilas ola bilməyəcəklər. Onlar Cəhənnəmə əbədi qalmaq üçün düşəcək və Qüdrətli Hökmdarın tükənməz qəzə­binə uğrayacaqlar.

†WÚWè SáléW~W™<Ö@… :†WTp~ßJñŸÖ@… ‚PVMX… tˆYÅVÖ $céT`äVÖWè S¤…PVŸÕVÖWè SáW£Yž›‚@… c¤`kTWž WÝÿY¡PVÕPYÖ %WÜéSÍQWTWÿ ð„WTÊKV… WÜéSTÕYÍ`ÅWTŽ (32)

(6.32) “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”

Dünya həyatı, mahiyyət etibarı ilə, oyun və kefdir: bədən üçün – oyun, qəlb üçün isə kefdir. O, insanları başlarını itirməyə məcbur edir, onların qəlbi kefə-işrətə bəslə­dik­ləri məhəbbətdən dolub daşır və onların bütün fikirləri təkcə onun haqqında düşünməklə məşğul olur. Balaca uşaqları oyuncaqlar əyləndirdiyi kimi, insanları da kef çəkmək cəlb edir. Əgər insan təqvalıdırsa, Axirət həyatı onun üçün bu dünya həyatından öz keyfiy­yət­lərinə və uzunmüddətliliyinə görə daha gözəl olacaqdır. Sonuncuda insanın qəlbinin arzuladığı bütün mümkün nemətlər bir yerə toplanacaqdır ki, insan onları gördükdə heyran olacaq və onlar insana hədsiz sevinc və ləzzət bəxş edəcəkdir. Amma bu nemətlər heç də hamıya nəsib olmayacaqdır – o nemətlər təkcə Allahın hökmlərini yerinə yetirən və Onun haramlarından çəkinən təqvalı möminlərə nəsib olacaqdır. Doğrudanmı insanlar bu iki həyatdan hansına üstünlük vermək lazım olduğu haqqında düşünmək və onu anlamaq qabiliyyətinə malik deyillər?

`ŸTWTÎ SØVÕ`ÅWTß ISãPVTßMX… ðÐSTßS¥`™W~VÖ ÷Y¡PVÖ@… $WÜéSTÖéSÍWTÿ óØSäPVTßXM†WTÊ ‚W ðÐWTßéSTŠPY¡VÑSTÿ QWÝYÑHTVÖWè WÜkYÙYÕHTJðÀ¹Ö@… gŒHTWTÿ†LWTYŠ JðY/@… WÜèSŸW™`•WTÿ (33)

 (6.33) “Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədər­lən­dirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.

Ey Muhəmməd! Bizə məlumdur ki, kafirlərin sənin haqqında dedikləri səni kədərləndirir və incidir. Biz sənə layiqincə səbir etməyi tapşırmışıq və bunu ona görə etmişik ki, sən uca yüksəkliklərə nail olasan və böyük uğur qazanasan. Elə düşünmə ki, imansızlar belə dəhşətli sözləri sənə sənin peyğəmbərliyinin haqq olmasına şübhə etdikləri üçün deyirlər. Onlar səni yalançı saymırlar. Əksinə, onlar sənin haqlı olduğuna inanırlar, sənin əməllərin və rəftarın haqqında bilirlər. Sənə peyğəmbərlik verilənə qədər onlar səni əbəs yerə “əmin” və “etibara layiq olan” adı ilə adlandırmırdılar. Onların sözləri sənin vasitənlə Allahın onlara göstərdiyi ayələrini inkar etmələri izah olunur.

`ŸTWÍVÖWè pŒWTŠPY¡RÒ bÔSªS¤ ÝYQÚ ðÐYÕ`‰TWTÎ N…èS¤Wið±WTÊ uøVÕWÆ †WÚ N…éSTŠPY¡RÒ N…èS¢èKR…Wè uvøPVWš óØSäHùWTŽKV… &†WTßS£p±WTß ‚WWè ðÓPYŸW‰SÚ gŒHTTWÙYÕVÑYÖ &JðY/@… `ŸTWÍVÖWè ðσò:†TW– ÝYÚ O÷MX†WT‰PVTß fûkYÕWªó£TSÙ<Ö@… (34)
(6.34) “Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət veril­dikləri şeylərə dözdülər. Nəhayət, Bizim kömə­yimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı”.

Sənə qədər də kafirlər Allahın elçilərini yalançı adlandırar­dılar, onlar isə kafirlərin etdikləri haqsızlığa və təhqirlərə səbirlə dözürdülər. Sən də onlar kimi səbirli ol və sən hökmən, onlar kimi, qələbə çalarsan. Sənə elçilərimiz haqqında hekayətlər artıq məlumdur, onlar sənin qəlbini möhkəmlətməli və sənə inam verməlidir.
ÜMX…Wè W܆VÒ W¤SiTVÒ ðÐ`~TVÕWÆ óØSäS¶…W£`ÆXM… XÜXM†WTÊ ðŒ`ÅV¹WTT`ª@… ÜKV… WøYçÅWT`‰WTŽ †_TTÍWÉWTß Á X³`¤KKV‚ô@… `èVK… †_ÙPVÕTSª Á Yò:†WÙJð©Ö@… ØSäW~YŽ<K†WWTÊ &xàWTÿ†LWgTTŠ óéTVÖWè ƒò:†TW® JðS/@… óØSäWÅWÙW•VÖ øVÕWÆ &uüWŸSä<Ö@… ð„TWTÊ QWÝWTßéRÑWTŽ WÝYÚ WÜkYÕXäHTW•<Ö@… (35)

(6.35) “Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir möcüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmələrini istədiyini) bilməyənlərdən olma!”

Sən onları düz yola gətirməyə səy göstərir və onları haqq dinə döndərmək istə­yirsən, lakin onların dinə qarşı nifrəti səni çətinliyə salmaqda davam edirsə, onda sən bütün imkanlarından istifadə et ki, Allahın düz yola gətirmək istəmədiklərini düz yola gətirəsən. Əgər sən yerdə bir lağım tapıb və ya göyə nərdivanla çıxıb onlara möcüzə gətirə bilsən, gətir, hətta bu da onlara fayda verməz. İnadkarlıq edən allahsızları doğru yola gətirə biləcəyinə ümid bəsləmə. Allah istəsəydi, onları düz cığıra salardı, lakin Allahın hikməti tələb edir ki, onlar azğın halda qalsınlar. Sənə isə, bunun mahiyyətini anlamayan və hər şeyi öz yerində qoymayan cahillər arasında olmaq yaraşmır.

! †WÙPVßXM… ñˆ~X•WT`©WTÿ WÝÿY¡PVÖ@… 'WÜéSÅWÙ`©WTÿ uøWTŽóéTWÙ<Ö@…Wè SØSäS‘WÅ`‰TWTÿ JðS/@… QWØRT’ Yã`~TVÖMX… WÜéSÅW–ó£TSTÿ (36)

(6.36) “(Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar”.

Ey Peyğəmbər! Təkcə o şəxslər sənin çağırışına cavab verə, sənin peyğəmbərliyini qəbul edə, hökmlərinə və qadağalarına itaətkarlıq göstərə bilər ki, onlara fayda verən şeylərə bütün qəlbi ilə diqqət yetirə bilsinlər. Belə insanlar dərrakəli və dinləmək qabiliyyətinə malik olanlardır.
Burada dinləmək qabiliyyəti adı altında, möminlərin də, kafirlərin də bacardığı sadəcə qulaqları ilə eşitmək deyil, ürəkdən qulaq asmaq və çağırışa cavab vermək qabiliyyəti nəzərdə tutulur. Fövqəluca Allah həqiqəti, öz işlərinə görə məsuliyyət daşıyan bütün məxluqlarının nəzərinə çatdırmışdır. Onların hamısı Onun ayələrini eşitmişlər və əgər onlar ayələri qəbul etməkdən boyun qaçırmışlarsa, öz hərəkətlərinə bəraət qazandıra bilməyəcəklər.
Sonra Allah bildirir ki, ölülər dirildiləcək və Onun hüzuruna qaytarılacaqlar. Bir şərhə görə, bu sözlərin mənası bundan əvvəlki ifadənin mənası ilə müqayisə edilməlidir, yəni peyğəmbər çağırışına ancaq canlı qəlbə malik olan insanlar cavab verə bilərlər, çünki qəlbi artıq ölmüş kəslər onlara xoşbəxtlik və xilas gətirə bilən şeyləri başa düş­mürlər. Onlar peyğəmbər çağırışına diqqət yetir­mirlər və onun hökmlərinə itaət etmirlər, Qiyamət günü başlandıqda isə Allah onları dirildəcək və Öz dərgahında toplayacaq.
Ayənin açıq-aydın mənasına istinad edən başqa bir şərhə görə isə Fövqəluca Allah ayədə diril­dilmənin gerçəkliyini təsdiq edir və Qiyamət günü ölüləri dirildəcəyini və sonra da onlara etdikləri əməllər barədə xəbər verəcəyini vəd edir. Bu halda, şərh etdiyimiz ayə qulları Allahın və Onun Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) çağırışına cavab verməyə ruhlandırır və onları itaətsizlik göstərməkdən çəkindirir.

N…éSTÖ†WTÎWè ð‚óéTVÖ WÓQX¥STß Yã`~TVÕWÆ bàTTWÿ…ƒò ÝYQÚ -&YãYQTŠQW¤ `ÔSTÎ UfûMX… JðW/@… e¤Y †WTÎ uvøVÕWÆ ÜKV… WÓPX¥WTÞSTÿ ^àTWTÿ…ƒò QWÝYÑHTVÖWè óØSåW£W‘p{KV… ‚W WÜéSÙVÕ`ÅWTÿ (37)

(6.37) “(Məkkə müşrikləri) dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onla­rın çoxu (belə bir möcüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başla­rına gələcək müsibət və fəlakəti) bilməz!”

Ey Muhəmməd! Sənin gətirdiyin dinə iman gətirməkdən inadkarcasına boyun qa­çıran kafirlər, öz fərasətsiz ağıllarına və pozğun istəklərinə əsaslanaraq, görmək istədik­ləri möcüzəni Allahın nazil etməməsindən hiddət­lənmişlər.
“(Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxar­ma­yınca sənə iman gətirmə­yəcəyik. Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ey Elçim!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxlu­qata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)” (İsra, 17/90-93).
Allah insanlara istənilən möcüzə göstərməyə qadirdir, axı Onun qüdrətinin həddi-hüdudu yoxdur. Məgər ola bilər ki, bütün yaradılmışların Onun qarşısında itaət etdikləri və Onun hökmranlığının bütün varlıqlara aid olduğu bir halda, başqa cür mümkündürmü?! Lakin insanların  əksəriyyəti biliyə malik deyil. Onlar öz nadanlıqları üzündən, onlara bədbəxtlik gətirə bilən möcüzələr göstərilməsini tələb edirlər. Axı əgər onlar bu möcüzələri gördükdən sonra da iman gətirməkdən boyun qaçırsalar, onlar elə o saat cəzalandırılacaqlar. Allahın müəyyən etdiyi  dəyişməz qaydaları belədir!
Əgər onlar haqqı tanımalarına və doğru yolu aydınlaşdı­racaqlarına imkan verəcək möcüzələr görmək istəyirlərsə, onda Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) artıq onlara öz təliminin gerçəkliyini təsdiq edən təkzibolunmaz möcüzələr göstərmiş və inandırıcı dəlillər gətirmişdir. Bunun sayəsində Allahın qulları hər hansı bir dini məsələ ilə əlaqədar, onların qəlbində şübhəyə yer qoymayan çoxsaylı məntiqi sübutlar və inandırıcı mətnlər tapa bilərlər.
Şan-şöhrəti mübarək Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) ən gerçək təlim və haqq dinlə göndərmiş və onun həqiqi peyğəmbərliyini aydın ayələrlə təsdiq etmişdir ki, həlak olanlar tam aydınlıq içində həlak olsunlar, həyatda qalanlar da tam aydınlıq içində yaşasınlar! Eşidən və Bilən Rəbbin Şanı Ucadır.

†WÚWè ÝYÚ xàTPVTŠ:…W  Á X³`¤KKV‚ô@… ‚WWè w£MXù;HTTðº S¤kY¹WTÿ Yã`~TWš†WÞmîWg– :‚PVMX… eØWÚRK… &ØRÑSTÖ†WT‘`ÚVK… †QWÚ †WTÞ<ºQW£WTÊ Á gˆHTWTYÑ<Ö@… ÝYÚ xòp&øTW® JðyRT’ uøVÖXM… `ØXäQYTŠW¤ fûèS£W­mïm`ñš (38)

 (6.38) “Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləş­dirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniy­yətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir”.

Yerdə məskunlaşan və göydə uçan bütün canlı varlıqlar, ev heyvanları, vəhşi heyvanlar və quşlar cəm halındadırlar və insan cəmiyyətinə bənzərlər. Axı Allah onları Öz qüdrəti və Öz yenilməz iradəsi sayəsində onları xəlq etmişdir və bu, həmçinin bütün bəşəriyyətə münasibətdə də qeyd-şərtsiz şamil və icra edilir. O, Öz Kitabında heç nəyi unutmamışdır. O, Qorunan Lövhəsində[6] bütün mühüm və ya azəhəmiyyətli hadisələri yazmışdır və onların hər biri, Qorunan Lövhədə Qələmin yazdığına tam uyğun olaraq baş verir.
Bu ayə ilk Kitabın Kainatda baş verən hər şey haqqında məlumatı özündə əks etdirdiyinə dəlalət edir. Buna iman isə Allahın qədərinə və taleyə imanın ibarət olduğu dörd tərkib hissədən birini təşkil edir. Allahın bütün varlığı əhatə edən biliyinə iman; Allahın bütün məxluqlara aid yazısı; Onun iradəsinin bütün baş verənlərə qeyd-şərtsiz şamil olması; və Onun bütün məxluqları və onların əməllərini yaratması bu tərkib hissələrə aiddir.
Digər bir şərhə görə isə, bu ayədə Kitab adı altında Müqəddəs Quran nəzərdə tutulur. Belə olduqda, onun mənası aşağıdakı ayənin mənasına oxşayır: “...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl, 16/89).
Sonra Allah xəbər verir ki, bütün xalqlar nəhəng və qorxunc bir meydanda Onun qarşı­sında toplanacaqlar və o zaman Allah Öz mərhəməti və ədalətinə müvafiq olaraq hər bir insana layiq olduğunun əvəzini verəcək. Onun çıxardığı hökmə görə məxluq­ların birinci və sonrakı nəsilləri, göylərin və yerin bütün sakinləri Onu tərifləyəcəklər.

WÝÿY¡PVÖ@…Wè N…éSTŠPV¡ðÒ †WÞYHTWTÿ†LWTTYŠ JbyS² cØ<ÑSTŠWè Á %gŒHTWÙSTÕJñÀ¹Ö@… ÝWÚ MX†W­WTÿ JðS/@… Sã<ÕYÕpµSTÿ ÝWÚWè <K†W­WTÿ Sã<ÕWÅmïm`ð– uøVÕWÆ x·.W£g² xy~YÍWTT`©QSÚ (39)

(6.39) “Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər”.

Allah Onun ayələrini yalan sayan və Onun elçilərini inkar edən kafirlərin vəziyyətini izah edir. Onlar özləri qarşılarında düz yola aparan qapını bağlamış və onları məhvə aparan qapıları açmışlar. Onlar həqiqəti söyləmək zəruriyyəti yarandıqda, ona qarşı kar və lal olurlar, çünki onların bütün danışıqları yalan və faydasızdır. Onlar cahillik, imansızlıq, zalımlıq, inadkarlıq və itaətsizlik zülmətinə dalmışlar, çünki Allah Özü onları azğınlığa salmaq istəmişdir. O, kimi doğru yola yönəltməyi, kimi də azğınlığa salmağı təkbaşına qərara alır. Bu zaman O, həmişə mərhəməti və müdrikliyinə əsaslanır. 

`ÔSTÎ óØRÑWT`TÿƒòW¤VK… óÜMX… óØRÑHùWTŽVK… ñ‡…W¡WÆ JðY/@… `èVK… SØRÑ`TWTŽVK… SàWƆJð©Ö@… W¤`kTVçÆVK… JðY/@… WÜéSÆ`ŸTWTŽ ÜMX… `ySÞRÒ WÜkYÎYŸHTW² (40)

(6.40) “(Müşriklərə) de: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiya­mət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru da­nışan­larsınızsa (deyin görək)!”

Ey Elçi! Öz “tanrıçalarını” Allahla bərabər tutan müşrik­lərdən soruş ki, Allahın cəzası onları haqlayanda və ya Qiyamət saatı başlayanda onlar öz bütlərinimi çağıra­caqlar? Doğrudanmı onlara böyük bir fəlakət düçar olanda və ondan xilas olmaq istəyəndə köməyə bütlərini və heykəllərini çağıracaqlar? Ya da onlar təkcə öz Rəbbinə, Həqiqi və Açıq-aşkar Hökmdar olana pənah aparacaqlar?

`ÔWTŠ Sâ†PVTÿMX… WÜéSÆ`ŸTWTŽ ñÈY­<ÑW~VÊ †WÚ WÜéSÆ`ŸTWTŽ Yã`~TVÖMX… ÜMX… ƒò:†TW® WÜóéTW©ÞWTŽWè †WÚ WÜéRÒX£pT­STŽ (41)

(6.41) “Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yal­vardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unu­dar­sınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)”

Siz çətin anlarda öz tanrıçalarınızı unudursunuz, çünki sizə çox gözəl məlumdur ki, onlar fayda vermir, ziyan vurmur və nə də həyatı, ölümü və dirilişi idarə etmirlər. Sizə bir bədbəxtlik üz verdikdə, səmimi olaraq dualarınızla Allaha müraciət edirsiniz, çünki sizə həmçinin məlumdur ki, təkcə O, fayda gətirir, ziyan vurur və ehtiyacı olanların dualarının əvəzini verir. Bəs onda siz əmin-amanlıqda həzz aldığınız zaman niyə Ona şərik qoşursunuz? Siz məntiqi dəlillərə və ya Müqəddəs Kitablara istinad edirsiniz? Siz öz əməllərinizin ədalətli olduğunu əsaslandıra bilərsinizmi? Yainki siz Allahın Özünü aldatmağa cəhd göstərirsiniz?

`ŸTWÍVÖWè :†TWTÞ<ÕWª`¤VK… uvøVÖXM… xyWÚRK… ÝYQÚ ðÐYÕ`‰TWTÎ ySäHTWTßp¡TWžVK†WTÊ Yò:†TWª<K†W‰<Ö@†YŠ Yò:…Jð£JðµÖ@…Wè óØSäPVÕWÅVÖ WÜéSÆQW£WµWWTÿ (42)  :‚ðóéTVÕWTÊ <¢XM… ØSåƒò:†TW– †WÞTTSª<K†WŠ N…éSÆQW£WµWTŽ ÝYÑHTVÖWè pŒW©WTÎ óØSäSŠéSTÕSTÎ WÝTQWTÿW¦Wè ñySäVÖ SÝHTð¹`T~TPV­Ö@… †WÚ N…éST߆W{ fûéSTÕWÙ`ÅWTÿ (43)
 (6.42) “Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar”.
(6.43) “Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri bəzəkli göstərdi”.

Biz elçilərimizi qədim xalqlara və insanların əvvəlki nəsillərinə göndərdik, lakin onlar elçilərimizi yalançı adlandırıb, ayələrimizi rədd etdilər. Biz onları dilənçiliyə, xəstəliklərə, bəlalara və afətlərə düçar etdik. Amma bütün bu bədbəxtliklər onlara qarşı mərhəmətimizdən irəli gəlirdi, çünki belə çətinliklər onları dözülməz anlarda Qarşımızda itaət etməyə məcbur qoyurdu və onları Himayəmizə sığınmağa vadar edirdi. Buna bax­mayaraq, onların qəlbi bu sınaqlardan ancaq sərtləşirdi və onlar haqqa meyl etməkdən qaçırdılar. Şeytan onlara qüsurlu əməllərini bər-bəzəkli göstərir və onlar da inanırdılar ki, həqiqi dinə etiqad edirlər. Şeytan onların ağlı ilə əyləndiyi vaxt ərzində onlar öz yalanla­rından çox az müddətdə ləzzət ala bildilər.

†QWÙVÕWTÊ N…éS©WTß †WÚ N…èS£Pg{S¢ -YãYŠ †WTÞ`™WWTÊ `yXä`~TVÕWÆ ð‡.Wé`TŠVK… QXÔS{ ]òpøTW® uvøPVWš …V¢XM… N…éSšX£WTÊ :†WÙYŠ Nv…éTSŽèRK… ØSäHTWTßp¡TWžVK… ^àWTpçÅWTŠ …W¢MX†WTÊ ØSå WÜéS©YÕ`T‰SQÚ (44)
 (6.44) “(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular”.

Onlara verilən öyüd-nəsihətləri unutduqları zaman, Biz bu dünyanın, onları haqqa etinasız edən nemət və kef qapılarını qarşılarında laybalay açdıq. Lakin onlara bəxş edilmiş nemətlərə sevindikləri anda, Biz onları cəzaya düçar etdik və bu, onları gözləmə­dikləri halda sarsıtdı və xoşbəxt sonluğa gəldikləri ümidindən məhrum etdi. Həqiqətən, bu, ən əzablı cəzadır. O, günahkarı dərdsiz-qəmsiz əyləndiyi və özünü tam əmin-amanlıq içində hiss etdiyi anda qəfildən yaxalayır. Bu ona görə belədir ki, günahkarın əzabları daha dəhşətli, onun bədbəxtliyi isə daha böyük olsun.

WÄTY¹SÍWTÊ S£YŠ…W  YzóéTWÍ<Ö@… WÝÿY¡PVÖ@… N…&éSÙVÕVÀº SŸ`ÙW™<Ö@…Wè YãPVÕYÖ Jg‡W¤ WÜkYÙVÕHTWÅ<Ö@… (45)

(6.45) “Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!”

Zalımlar amansız cəzaya məruz qoyuldular və bu onların həyat yolunu bağladı. Həmd olsun Allah, aləmlərin Rəbbinə! O, Özünün qədəri ilə kafirləri məhv edir və bu­nunla da Öz  ayələrini izah edir. O, Öz dostlarına mərhəmət göstərir, düşmənlərini alçal­dır, elçilərinin təbliğ etdiklərinin hamısının gerçəkliyini təsdiq edir.

`ÔSTÎ `yST`TÿƒòW¤VK… óÜMX… W¡WžVK… JðS/@… óØRÑWÅ`ÙTWª óØS{W£HTW±`TŠVK…Wè WØWWžWè uøVÕWÆ ØRÑYTŠéSTÕSTÎ óÝQWÚ dãHTVÖXM… S¤`kTWTçÆ JðY/@… ØRÑ~YŽK<†WTÿ Y%ãYŠ ó£TRÀ¹ß@… ðÈ`T~W{ ñÇQX£W±STß gŒHTWTÿ›‚@… JðyRT’ óØSå WÜéSTÊYŸp±WTÿ (46)
(6.46) “(Ey Elçim!)De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər”.
Fövqəluca Allah bildirir ki, O – nəinki Vahid Yaradan və Kainatın Hökmdarıdır, həm də müqəddəsləşdirilməyə və ibadətə layiq olan Tək Allahdır. O, insanları eşitməkdən və görməkdən məhrum etməyə, onların qəlbinə möhür vurmağa qadirdir və onlar eşitmək­dən, görməkdən və ağıldan məhrum ediləcəklər. Bəs onda məhrum edildiklərini insanlara kim qaytara bilər? Allahdan başqa, heç kim! Bəs onda onlar niyə Onunla bərabər, Allah istəmədikcə heç bir şeyə qabiliyyətləri çatmayan məxluqlara ibadət edirlər?
Bu dəlil tövhidin gerçəkliyini sübuta yetirir və müşrikliyin əsassızlığını ifşa edir və buna görə də, sonra Allah haqqa işıq saçan və cinayətkarların yollarını aşkara çıxaran müxtəlif ayələr üzərində düşünməyi əmr edir. Lakin yenə də belə mükəmməl izahlara baxmayaraq, insanlar Onun ayələrindən üz döndərməkdə davam edirlər.
`ÔSTÎ óØRÑWT`TÿƒòW¤VK… óÜMX… óØRÑHùWTŽVK… ñ‡…W¡WÆ JðY/@… ZàWpTçÅWTŠ `èVK… ZáW£`äW– `ÔWå ñÐWTÕ`äSTÿ ‚PVMX… S×óéTWÍ<Ö@… fûéSÙYÕHTJðÀ¹Ö@… (47)
 (6.47) “De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?”

Allahın cəzası insanları qəflətən, onlar onu gözləmədikləri vaxtda yaxalaya bilər. Lakin ola da bilər ki, onlar bundan əvvəl onun əlamətlərini görüb, o cəzanın yaxınlaş­dı­ğını anlasınlar. İstənilən halda o cəza təkcə zalımları məhv edəcək, çünki onların zülmkarlığı və inadkarlığı amansız cəzalandırılmaya layiqdir. Qoy insanlar zalımlıq etməkdən çəkinsinlər ki, onlara əbədi fəlakət və sonsuz bədbəxtliklər düçar olmasın.

†WÚWè SÔYªó£TSTß WÜkYÕWªó£TSÙ<Ö@… ‚PVMX… WÝÿX£PY­W‰TSÚ $WÝÿX¤Y¡ÞSÚWè óÝWÙWTÊ WÝWÚ…ƒò W˜VÕp²VK…Wè ð„TWTÊ dÇóéTWž óØXä`~TVÕWÆ ‚WWè óØSå WÜéSßW¥Tmïmð`š (48)  WÝÿY¡PVÖ@…Wè N…éSTŠPV¡VÒ †WÞYHTWTÿ†LWTTYŠ SØSäJñ©WÙWTÿ ñ‡…W¡WÅ<Ö@… †WÙYŠ N…éST߆VÒ WÜéSÍS©pTÉWTÿ (49)
 (6.48) “Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”
(6.49) “Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!”

Fövqəluca Allah xəbər verir ki, bütün peyğəmbərlər (insanlara) müjdə ilə və xəbərdarlıq etmələri üçün göndərilmişlər. Elçilərin hamısına izah edilmişdi ki, kimə müjdə verməli və kimi nə ilə sevindirməlidirlər və müjdəyə layiq olmaq üçün qullar hansı əməlləri yerinə yetirməlidirlər. Onlara həmçinin izah edilmişdi ki, kimi xəbərdar edib çəkindir­məli, nədən çəkindirməli idilər və qullar hansı əməlləri törədəndə qorxunc xəbərdarlığa layiq görülürlər.
Lakin insanların heç də hamısı elçilərin (onlara Allahın salamı olsun!) çağırışına cavab vermirdilər və buna görə onlar iki qismə ayrılırdılar. Onlardan bəziləri Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirir, öz baxışlarını, əməllərini və niyyətlərini islah edib düzəldirlər. Belə insanlar onları qarşıda nə gözlədiyindən qorxmayacaq və əvvəllər etdiklərinə görə kədərlənməyəcəklər. Digərləri isə Allahın ayələrini yalan saydılar və özlərini, Ona itaət etməkdən boyun qaçırdıqlarına görə, dadmalı olacaqları cəzaya məhkum etdilər.

ÔSTÎ :‚PV SÓéSTÎVK… `yRÑVÖ ÷YŸÞYÆ SÝMXú:…W¥Wž JðY/@… :‚WWè SØVÕ`ÆKV… ðˆ`~TWçÅ<Ö@… :‚WWè SÓéSTÎVK… óØRÑVÖ øYPßMX… d$ÐVÕWÚ óÜMX… SÄTY‰PVTŽVK… ‚PVMX… †WÚ uvøWšéTSTÿ &JðøVÖXM… `ÔSTÎ `ÔWå ÷XéWp©WTÿ uøWÙ`ÆVK‚ô@… &S¤kg±W‰<Ö@…Wè ð„WTÊKV… WÜèS£PVÑWÉWWTŽ (50)
 (6.50) “De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demi­rəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”

Kafirlər Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) tələb edirdilər ki, onlara müəyyən möcüzələr göstərsin və belə hesab edirdilər ki, o (ona Allahın salavatı və salamı olsun!) onlara özünə (ona Allahın salavatı və salamı olsun!) ibadət etməyi təklif edir. Belə olduqda, ona (ona Allahın salavatı və salamı olsun!) əmr edildi ki, onlara desin: “o (ona Allahın salavatı və salamı olsun!), Allahın mülkünün və səxavətinin sərəncam çəkəni deyil və qeybi də bilmir, çünki bu keyfiyyətlərə malik olan yalnız Allahdır.
Fövqəluca Allah buyurur: “Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Fatir, 35/2);
“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açar­ları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar...” (Cinn, 72/26-27).   
Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) həmçinin aşağıdakıları demək buyurulmuşdu: “Mən özümü qüdrət sahibi olan və hər cür tapşırığı yerinə yetirən mələk adlandırmıram. Mən, Allahın məni qoyduğu yerdən daha yüksək bir mövqeyə iddia etmirəm. Mənim vəzifəm mənə nazil edilən Vəhyə əməl etməkdir. Mən ona uyğun olaraq hərəkət edirəm və bütün insanları da buna dəvət edirəm. Əgər siz mənim əsil vəziyyətimi bilirsinizsə, onda bəs siz məndən niyə məndən mənim heç vaxt etməyəcəyim əməli tələb edirsiniz? Məgər insandan aidiyyəti olmayan bir şeyi tələb etmək olarmı? Niyə mən sizi Vəhylə aldığıma dəvət edəndə, niyə siz mənə, mənə xas olmayan vəzifəni öhdəmə götürməyi təklif edirsiniz? Məgər sizin bu hərəkətiniz zalımlığın, inadkarlığın və kobudluğun təzahürü deyilmi? Siz mənim xütbələrimi qəbul edib, mənə Vəhylə nazil olana tabe ola bilərsiniz və ya ondan boyun qaçıra bilərsiniz, lakin bu iki əməl arasında fərq tamamilə aydındır. Məgər korla görəni müqayisə etmək olarmı?! Məgər siz düşünmür və hər şeyi öz yerinə qoya bilmirsiniz? Doğrudanmı siz həqiqətən üstünlük verilməli olan şeyə üstünlük verməyəcəksiniz?”

`¤Y¡ßVK…Wè YãYŠ WÝÿY¡PVÖ@… WÜéSTʆWWTÿ ÜKV… Nv…èS£W­mïm`ñš uøVÖXM… *`yXäYQTŠW¤ ð¨`T~VÖ ySäVÖ ÝYQÚ -YãTYTßèS  ÂtøYÖWè ‚WWè cÄ~YÉTW® óØSäPVÕWÅVPÖ WÜéSÍQWTWTÿ (51)
(6.51) “Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Quran­la) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!”

 Bu Quran – bütün insanlar üçün öyüd-nəsihətdir, lakin təkcə Rəbbinin qarşısında toplaşacaqları gündən qorxanlar ondan faydalanarlar. Bu insanlar qəti əmindirlər ki, onlar bu maddi dünyanı tərk edib əbədi məskənə köçəcəklər və buna görə onlar özləri ilə yol üçün onlara fayda verən şeylər götürməlidirlər. Bununla yanaşı, onlar, yolçuya zərər verə biləcək hər şeydən uzaq qaçırlar. Onlar başa düşürlər ki, heç bir məxluq onlara istədiklərini əldə etməyə və təhlükələrdən qorunmağa kömək edə bilməz. Heç kim onlara havadar çıxa bilməz, çünki yaradılmışlar Kainatda baş verən proseslər üzərində hakimiyyətə malik deyillər. Öyüd-nəsihət insanda Allah qarşısında qorxu hissi oyatdığı üçün, Quranın öyüd-nəsihətləri sayəsində onlar Allahın hökmlərini yerinə yetirməyə başlayır və Onun haramlarından uzaq gəzirlər.
‚WWè Y S£p¹WTŽ WÝÿY¡PVÖ@… WÜéSÆ`ŸTWÿ ySäQWTŠW¤ YálèWŸWçÅ<Ö@†YŠ JgøY­WÅ<Ö@…Wè WÜèSŸÿX£STÿ I$SãWä`–Wè †WÚ ðÐ`~TVÕWÆ óÝYÚ ØXäYŠ†fTT©Yš ÝYQÚ xòpøW® †WÚWè óÝYÚ ðÐYŠ†fTT©Yš yXä`~TVÕWÆ ÝYQÚ xòpøTW® óØSåW S£TTp¹WTWTÊ WÜéRÑWWTÊ WÝYÚ fûkYÙYÕHTJðÀ¹Ö@… (52)

(6.52) “(Ey Elçim!)Rəbbinin Camalını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərinin sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də onları qovsan zalımlardan olarsan”.

Allaha səmimiyyətlə ibadət edənləri öz yığıncaqlarından qovma və başqa adamlarla müsahibələrinə üstünlük vermə, sübh çağı və günəş qürub etməzdən əvvəl Ona ibadət edənləri, namazları zamanı və başqa şəraitdə Onu zikr edənləri və Ona dua edənləri özündən uzaqlaşdırma! Onlar ancaq Onun xatirinə, heç bir tamah məqsədi güdmədən  belə səmimi səy göstərirlər. Buna görə onlar sənin onları qovmağına və onlardan üz çevirməyinə layiq deyillər. Əksinə, onlar sənin dostluğuna, məhəbbətinə və sənin onlara mehribanlıq göstərməyinə layiqdirlər, axı onlar bəşəriyyətin ən yaxşı nümayəndələridir. Hərçənd onlar yoxsuldur, ətrafdakılar onlara həqarətlə baxırlar, amma onlar şərəfli və ləyaqətli insanlardır. Sən onlar üçün məsuliyyət daşımırsan, onlar da sənə görə məsuliyyət daşımırlar. Hər bir insan öz hesabını alacaq və özünün yaxşı və pis əməllərinə görə özü cavab verəcək. Lakin əgər sən onları qovsan, onda ədalətsiz zalımlardan olarsan.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ən kamil surətdə Allahın iradəsinə tabe oldu, ehtiyac içində olan möminlərlə birgə çox oturar və onlara mehribanlıqla yanaşardı. O, onlara xoş rəftar göstərər, ehtiramlarını saxlayar və özündən kənara qoymazdı. Onlar hətta başqalarından daha tez-tez onun yığıncaqlarında iştirak edərdilər.
Bu ayənin nazil edilməsi bir neçə qureyşlinin və ya başqa qəbilələrdən olan tərbiyə görməmiş ərəbin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) müraciəti ilə əlaqədar idi. Onlar demişdilər: “Əgər sən istəyirsən ki, biz sənə iman gətirək və ardınca gedək, onda öz dilənçi səhabələrini yanından qov, çünki biz utanırıq ki, ərəblər bizi onlarla birlikdə əyləşən görsünlər”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) istəyirdi ki, onlar İslamı qəbul etsinlər və onun ardınca getsinlər və buna görə onun (ona Allahın salavatı və salamı olsun!) başından bir fikir keçdi ki, onların təklifi ilə razılaşsın, lakin Fövqəluca Allah onu (ona Allahın salavatı və salamı olsun!) bu fikrinə görə məzəmmət edir. Məhz bu barədə şərh olunan ayədə və bir sıra digər vəhylərdə bəhs olunur.  

ðÐYÖ.W¡W{Wè †PVÞTTWWTÊ ØSäWµ`ÅWTŠ w´`ÅW‰YŠ Nv…éSTÖéSÍWT~PYÖ Yò:‚WSë;HTTWåVK… UfÛWÚ JðS/@… yXä`~VÕWÆ ?ÝYQÚ %:†WÞYTÞ`~TWTŠ W¨`~VÖVK… JðS/@… WØVÕ`ÆVK†YŠ WÝÿX£Y|HTTPV­Ö@†YŠ (53)

(6.53) “Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar de­sin­lər: “Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlardır­mı? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”

Allah bəzi qullarını varlı və bəzilərini kasıb, bəzilərini tanınmış, digərlərini isə aşağı təbəqədən etməklə onları azdırmağa çalışır. O, kasıblara və aşağı təbəqədən olan insanlara iman bəxş edəndə, bu, varlılar və məşhur adamlar üçün azdırma rolunu oynayır. Əgər onlar doğrudan da həqiqəti bilmək və ona itaət etmək istəyirlərsə, onda onlar haqq dinə müraciət edir, İslamı qəbul edir və yanlarında oturanların özlərindən daha aşağı mövqe tutmalarına və ya daha az var-dövlətə malik olmalarına diqqət yetirmirlər. Əgər onlar haqqa doğru can atmırlarsa, onda belə bir maneə onları doğru yolla getməkdən saxlayır. Belə insanlar ləyaqətsiz hesab etdikləri kəslər haqqında ikrah hissi ilə söylənir və təsəvvür edə bilmirlər ki, Allah niyə məhz o kasıblara lütfkarlığını göstərmişdir. Bu, onlara düz yola gəlməyə mane olur və bunun səbəbi onların alicənablıqdan və mənəvi paklıqdan məhrum olmalarındadır.
Onlar Allahın qərarına etiraz edirlər ki, O, onları yönəltməkdənsə, kasıbları doğru yola yönəltmişdir. Lakin Allah onların etirazlarını rədd edərək bildirir ki, O Özü daha yaxşı bilir ki, Onun qullarından kim ona bəxş edilən nemətə görə minnətdardır və xeyirxah işlər görmək üzrə öz vəzifələrini yerinə yetirməyə hazırdır. Bu cür saleh insan­lara O, mərhəmət göstərir, naşükür olan və minnətdarlıq etməyən hər kəsi isə mərhə­mə­tindən məhrum edir. O, müdrikdir və layiq olmayanlara iltifatını göstərmir. Onun qərarlarına qarşı etiraz edən insanlar, Onun haqq iman bəxş etdiyi və həqiqətən şükür edən qullar olan kasıb və varlılara qətiyyən bənzəmirlər.
Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətkar möminləri qovmağı qadağan edərək,  Fövqəluca Allah onlara ehtiram göstərməsini, nəzakət və hörmətlə yanaşmasını əmr edir:

…V¢XM…Wè ðσò:†W– fÛTÿY¡PVÖ@… WÜéSÞYÚ`ëSTÿ †WÞYHTWTÿ†LWTTYŠ `ÔSÍWTÊ eØHTVTÕTWª $óØRÑ`~TVÕWÆ ðˆWTVÒ óØRÑQSŠð¤ uøVÕWÆ YãY©pTÉTWTß $WàWÙTT`šQW£Ö@… ISãPVTßVK… óÝWÚ ðÔYÙWÆ `ØRÑÞYÚ …=ƒò;éTTSª xàVÕHTWämîWg– JðyRT’ ð‡†WTŽ ?ÝYÚ -YâYŸ`ÅWŠ W˜VÕp²VK…Wè ISãPVTßVK†WTÊ c¤éSÉWTçÆ cy~YšQW¤ (54)

(6.54) “Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən O Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”

Möminlər yanına gələndə onlarla görüşərək, salam ver və onları xoş sözlərlə qarşıla, onlara əmin-amanlıq dilə. Onlara elə sözlər de ki, onların qətiyyətini artırsın, Allahın hədsiz lütfkarlığına və bol nemətlərinə layiq olmalarını arzulasınlar. Bu gözəl məqsədə nail olmaq üçün onları hər cür imkanlardan istifadə etməyə dəvət et. Onları günah işlətməkdən çəkindir və etdikləri günahlara görə peşmançılıq çəkmələrini əmr et ki, Rəbbin bağışlamasına və mərhəmətinə layiq ola bilsinlər. O, Özünə Rəhmli olmağı buyurmuşdur və əgər siz öz cahilliyiniz üzündən pislik etmiş olsanız, tövbə edib əməllərinizi düzəltməlisiniz. Bu zaman sadəcə günah etməmək kifayət deyil, günahlardan birdəfəlik əl çəkməli, törədilən əməllərə qəlbən təəssüflənməlisiniz və bundan sonra Allahın fərz qıldığı hökmlərini yerinə yetirməli, işlərinizdə olan, qəlbən və hərəkətinizlə yol verdiyiniz çatışmazlıqları islah etməlisiniz. Əgər belə etsəniz, onda Allah hər birinizi Öz mərhəməti ilə himayəsi altına alar və vəzifələrinizi yerinə yetirmə dərəcəsindən asılı olaraq sizə bağışlanma əta edər.



[1]Müqəddəs mətn” dedikdə, naslar (yəni Quran ayələri və İslam Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) hədisləri nəzərdə tutulur. Tərc. F. S.
[2] Təhtəlşüur – şüuraltı (rus dilində: «подсознание»), insan təfəkkürünün ruhi aləmlə bağlı xüsusi forması. F.S.
[3] Burada: İnsanın sağlam təxəyyülü, haqq elmə əsaslanan təfəkkürü. F.S.
[4] Qrammatik kateqoriya mənasında. F.S.
[5] Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gələcək son elçi olması haqqında Uca Allahın əvvəlki peyğəmbərlərə nazil etdiyi Kitablardakı məlumatlar nəzərdə tutulur. F.S.
[6] Lövhi-Məhfuz. F.S.

Комментариев нет:

Отправить комментарий