воскресенье, 10 июля 2011 г.

Ə. Səədi. QURAN TƏFSİRİ, c. 1, 15-ci parça


ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ   ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ     ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯬ  ﯭ   ﯮ  ﯯ  ﯰ  
(140) “Əgər siz Uhud döyüşündə yara almışsınızsa,  o düşmən qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlu­biy­yəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gəti­rən­ləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir”.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ 

(141) “Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin”.

Allah məğlubiyyətə uğramış müsəlmanlara təskinlik verərək, belə məğlubiyyətin olduqca böyük faydası olduğunu izah edir. Əgər onları məğlubiyyətə uğratmışdılarsa, müşriklər onlardan da əvvəl belə bir məğ­lu­biyyətə uğradılmışdılar. Hər iki tərəf bir-birilərinə son dərəcə ağır zər­bələr endirmişdilər. Lakin müsəlmanların üstünlüyü ondadır ki, onlar Allah­dan kömək alacaqlarına ümid bəsləyirlər, lakin kafirlər buna bel bağla­mırlar. Uca Allah buyurur: “Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. Lakin siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrik­dir” (Nisa, 4/104).
Məğlubiyyətin yenə bir faydası ondadır ki, Allah maddi nemətləri təkcə iman gətirənlərə və möminlərə deyil, kafirlərə və fasiqlərə də bəxş edir. İnsanlar yer üzündə dəyişən uğurla hökmranlıq edirlər: bu gün bir qismi üstünlük əldə edir, sabah isə başqaları. Bu onunla izah olunur ki, bu dünya həyatı fani və keçicidir. O, bütövlüklə iman gətirmiş şəxslər üçün təyin olunmuş Axirət həyatından fərqlidir.
Məğlubiyyətin və aldanmanın bir faydası da ondadır ki, bu zaman Allah əsil möminləri münafiqlərdən fərqləndirir, çünki əgər müsəlmanlar bütün döyüşlərdə qələbə çalsaydılar İslam dinini onu istəməyənlər də qəbul edərdi. Lakin bəzən müsəlmanlar məğlubiy­yətə məruz qalır və ağır günlər keçirməli olurlar ki, bu da onlara, həm bədbəxtlik və həm də xoş­bəxtlik anlarında İslam dininə sadiq qalan möminlərlə bu keyfiyyətlərə malik olmayan münafiqlərin arasındakı  həddi öyrənməyə imkan verir.
Məğlubiyyətin bir faydası da ondadır ki, həlak olan müsəlmanlara şəhid ölümü nəsib olur. Şəhidlər Allah dərgahında ən yüksək dərəcələrdən birini tuturlar ki, oraya qalxmaq ancaq xüsusi əməllər sayəsində müm­kündür. Allah mömin qullarına göstərdiyi lütfkarlığı ilə onlara belə əməl­ləri izah etmişdir, onlar insanın nəfsi üçün məşəqqətli olsa da, insanlara yüksək dərəcələri fəth etməyə və əbədi səadətə qovuşmağa imkan verir ki, bu da insanın bütün həyatı boyu can atdığı məqsəddir. İnsanlar özlərinə qarşı zalımlıq etdikdə və Allah yolunda mübarizədən çəkindikdə Allah onlara nifrət bəsləyir. Uca Allah buyurur:  “Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların dö­yüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər, siz də oturun!” – deyildi” (Tövbə, 9/46).
Məğlubiyyətin bir faydası da Allahın möminləri günahlar­dan və nöqsanlardan təmizləməsindədir. Buradan aydın olur ki, şəhid ölümü və Allah yolunda döyüşdə iştirak etmək sayəsində insan nöqsanlarından xilas olur. Məğlubiyyətlərin sayəsində də Allah möminlərin sıralarını münafiq­lərdən təmizləyir. Müsəlman­­lar da onlardan xilas olaraq, əsil mömini münafiqdən fərqləndir­məyi öyrənirlər.
Məğlubiyyətlərin daha bir faydası da onların kafirlərin məhv edil­məsi və qəti surətdə qırılması üçün səbəb olmasıdır. Kafirlər müsəlmanlar üzərində qələbə çalaraq, özbaşınalıq etməyə başlayır və bu dünyada ağır cəzaya layiq görülənədək günahkar əməllərini artırırlar və bu özü də Allahın mömin qullara göstərdiyi lütfkarlıqdır.

ﭘ   ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ   ﭢ  ﭣ  ﭤ  ﭥ 
(142) “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsı­nız?”

Bu sual mənfi cavab verilməsini nəzərdə tutur və insanlar güman etməsinlər ki, heç bir zəhmət çəkmədən Cənnətə düşəcəklər. Allahın lütf­karlığını qazanmaq üçün onlar Onun yolunda əziyyətlərə qatlaşmalıdırlar, çünki Cənnət bağlarında ən lətafətli məmnuniyyətlər və ən gözəl olan şeylər toplanmışdır ki, ancaq onları əldə etmək xatirinə məxluqlar bir-biri­ləri ilə yarışa girə bilərlər. Vədə verilmiş şey nə qədər qiymətli olarsa, onu əldə etmə vasitələri bir o qədər qiymətli və ona nail olunmasının yolu bir o qədər çətin olur və buna görə də istirahət etməyə layiq olmaq üçün on­dan imtina etmək, səadətə nail olmaq üçün isə səadətdən imtina etmək lazımdır. Ağıllı adamların qismətinə dünyəvi çətinliklər düşdükdə, onlar özlərini həmin çətinliklərə səbatla sinə gərməyə alışdırırlar və bu zaman onlar səbir etdiklərinə görə hansı mükafatı ala biləcəklərini düşünür və bu çətinlikləri Allahın neməti kimi qarşılayır və onlara xüsusi əhəmiyyət vermirlər. Həqiqətən, bu – Allahın nemətidir və O, onu istədiyinə bəxş edir.

ﭦ  ﭧ ﭨ  ﭩ  ﭪ      ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ 
(143) Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. İndi isə siz onu öz gözlərinizlə gördünüz”.

Uca Allah bu ayədə həsrətində olduqları və əldə etmək istədikləri şey üçün layiqincə səbir etmədiklərinə görə müsəlmanları məzəmmət edir. Muhəmməd Peyğəmbərin (s.ə.s.) Bədr döyüşündə iştirak etməmiş bir çox səhabələri növbəti döyüş­lərdə iştirak etmək və öz qeyrətlərini göstərmək istəyirdilər. Amma onlar arzu etdikləri ilə qarşı-qarşıya gəldikdə lazım olan səbirlilik göstərmədilər. Onlar belə etməməli idilər, çünki döyüşdə iştirak etməyi özləri arzulamışdılar və istədiklərini də aldılar. Onlar səy göstərməli və nəyin bahasına olur olsun qələbə qazanmalıydılar.
Bu ayə onu göstərir ki, müsəlmanlara şəhid olmağı arzulamağa icazə verilir. Bu müddəanın ədalətli olması, Uca Allahın səhabələrin arzu­sunu bəyənməsi və onları buna görə qınamaması ilə təsdiq olunur. Allah onları təkcə özlərinin can atdığı məqsədə arzu­la­dıqlarına uyğun olmayan qaydada yanaşdıqlarına görə qınayır. Bunun ən yaxşısını bilən isə Allahdır.
ﭳ  ﭴ    ﭵ    ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭽ  ﭾ  ﭿ   ﮀ   ﮁ  ﮂ  ﮃ  ﮅ  ﮆ  ﮇ  ﮈﮉﮊ ﮋﮌﮎ ﮏﮐﮑ 
(144) “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gə­lib gediblər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar”.

Muhəmməd Allahın elçilərinin birincisi deyildi. O, özündən əv­vəlki sələfləri kimi bir elçi idi və onların vəzifəsi Rəbbin öyüd-nəsi­hət­lə­rini insanlara çatdırmaq və Onun hökmünü yerinə yetirməkdi. Onlar ölməz deyildilər, çünki ölməzlik Allahın hökmlərinin yerinə yetirilmə­sinin vacib şərti deyildi. İnsanlar üçün vacib olan bütün zamanlarda və hər hansı şəraitdən asılı olmayaraq öz Rəbbinə ibadət etməkdir və buna görə də, əgər Allahın Elçisi (s.ə.s.) ölərsə və yaxud öldürülərsə, insanlar dini inkar edərək, Allah yolunda mübarizədən əl çəkərək və ya onun təbliğ etdiyi digər göstərişlərini unudaraq geriyə dönməmə­lidirlər. ­Əgər onlar geriyə çəkilərlərsə, ancaq özlərinə pislik edərlər, çünki Uca Allahın qullarına ehtiyacı yoxdur. O, Öz dinini yer üzündə mütləq bərqərar edər və Öz mömin qullarına güc və qüvvət verər.
Dinin əmrlərindən geri çəkilənləri məzəmmət etdikdən sonra, Uca Allah, Onun hökmlərini yerinə yetirməkdə davam edən, Öz Elçisi (s.ə.s.) ilə birlikdə mətinlik göstərən möminləri tərifləyir. Allah onları mükafat­lan­dıracağını vəd edir və onları qədirbilən qullar adlandırır, çünki minnət­darlıq – hər cür şəraitdə Uca Allaha ibadət və itaət etməklə özünü göstərir.
Allah bu gözəl ayəsi ilə qullarını, onlar hətta ən şöhrətli və ən böyük rəhbərlərini itirsələr belə, dindən və vacib hökmlərdən geri çəkil­mə­məyə çağırır. Buna görə müsəlmanlar elə etməlidirlər ki, hər bir fəaliy­yət sahəsində müəyyən sayda şəxslər olsun ki, onlar bu vəzifələri yerinə yetirə bilmək üçün kifayət etsinlər və əgər onlar həmin şəxslərdən birini itirdikdə, yerdə qalanlar itkinin yerini doldura bilsinlər.
Ayədən aydın olur ki, bütün müsəlmanlar yer üzündə Allahın dinini bərqərar etməli və, hökm sahibləri arasında fərq qoymadan, bunun xatirinə öz imkanları daxilində, mübarizə aparmalıdırlar. Məhz bu halda onların işləri qaydasına düşər.
Bu ayə həmçinin, Allahın Elçisinin (s.ə.s.) vəfatından sonra dindən üz döndərmiş mürtədlərlə döyüşən Siddiq Əbu Bəkrin və onun səhabələrinin üstünlüyünün ən böyük dəlilidir. Belə müsəlmanlar, onları ən şərəfli qullar adlandırılmağa layiq idilər.

ﮒ  ﮓ    ﮔ  ﮕ  ﮖ  ﮗ    ﮘ   ﮙ  ﮚ        ﮛ  ﮝ  ﮞ      ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ   ﮧ   ﮨ  ﮪ  ﮫ  ﮬ 
(145) “Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də Axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq”.

Uca Allah ayədə xəbər verir ki, hər bir insan Onun izni ilə müəyyən müddətə qədər qədəri və taleyinə uyğun olaraq yaşayır. Əgər insan ölməlidirsə, bunun üçün məlum bir səbəb olmasa da, o, hökmən ölər. Əgər o, sağ qalmalıdırsa, ölüm ona hər tərəfdən yaxınlaşsa da, o, bu dünyanı tərk etməz. İnsanın yaşamaq müddəti qurtarmayana qədər heç bir ölümcül təhlükə ona zərər vura bilməz, çünki Allah onun ölüm qədərini irəlicədən müəyyən etmiş və ona təyin olunmuş saatda ölmək sərəncamını vermişdir. Uca Allah bununla əlaqədar buyurur: “Hər millətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər” (Əraf, 7/34).
Sonra Uca Allah hər bir adamın həm bu dünyada və həm də Axirət həyatında, öz niyyətindən və istəyindən asılı olaraq, mükafat alacağından bəhs edir. Uca Allah buyurur: “Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti heç kəsə qadağan deyildir. Bax gör dünyada onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır” (İsra, 17/20-21).
Sonra Allah minnətdar qullarını mükafatlandıracağını vəd edir, lakin onların mükafatı haqqında xəbər vermir ki, bu da Onun əzəməti və səxavətinə dəlalət edir. Bura­dan aydın olur ki, mükafatın ölçüsü qulun minnətdarlığının və şükürünün nə dərəcədə kamilliyindən və gözəlliyin­dən asılı olacaqdır.

ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ     ﯓ  ﯔ         ﯕ  ﯖ  ﯗ    ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ   ﯞ  ﯟ  ﯡ  ﯢ  ﯣ  ﯤ 

(146) “Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruş­muşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəif­ləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir”

Allah möminlərə təskinlik verərək və onlara peyğəmbərlərdən nümunə götürməyi, onların etdiyi kimi rəftar etməyi buyurur. Bütün zamanlarda dindarlar çətinliklərlə üzləşərdilər, çünki Allahın göstərişi belə idi. Nə qədər peyğəmbərlər yaşamışlar və onlarla bir sırada peyğəm­bərlərin məktəbini keçmiş, iman və xeyirxah əməllər tərəfdarı ruhunda tərbiyə almış və onların çoxsaylı sadiq ardıcılları döyüşmüşdülər! Onlar həlak olur, yaralanır və digər maneələrlə toqquşurdular, lakin onlar yenə də ruhdan düşmür­dülər, qüvvədən məhrum edilmirdilər və öz düşmən­lərinə itaət etmirdilər. Əksinə, onlar səbirlilik, səbatlılıq və görünməmiş cəsurluq göstərirdilər. Axı Allah səbirli qullarını sevir.  

ﯥ  ﯦ    ﯧ   ﯨ   ﯩ  ﯪ  ﯫ  ﯬ   ﯭ  ﯮ  ﯯ  ﯰ   ﯱ  ﯲ    ﯳ  ﯴ  ﯵ  ﯶ     ﯷ  ﯸ  

(147) “Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməlləri­miz­də həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” – olmuşdur”.

Ən çətin anlarda onlar öz Rəbbindən onlara kömək etməsini, günahlarını bağış­lamasını və ifrat hərəkətlərinə görə onları cəzalandır­mamağını diləyirdilər. İfratçılıq (israf) adı altında həddi aşmaq və qada­ğan olunmuş əməllərə yol vermək nəzərdə tutulur. Onlar başa düşürdülər ki, günahlar və cinayətlər – insanı Allahın yardımından məhrum edən ən təhlükəli amillərdir. Onlar həmçinin dərk edirdilər ki, günahlardan və cinayət­lərdən xilas olma qələbənin rəhnidir və buna görə də onlar öz Rəbbinə onlara bağışlanma əta etməsi üçün yalvarırdılar.
Onlar sərf etdikləri güc və göstərdikləri səbir barəsində heç nə danışmırdılar. Onlar Allaha təvəkkül edir, atdıqları addımı təqdir etməyi və kafir düşmənlə üz-üzə qarşılaş­dıqda, onlara kömək göstərməyi Ondan xahiş edirdilər. Onlar özlərində birdəfəlik bir neçə gözəl keyfiyyətləri cəm etmiş, özlərini hiddətlənməkdən saxlamış, tövbə etmiş, bağışlanma dilə­miş və Allahdan onları müdafiə etməsini istəmişdilər. Təəccüblü deyil ki, O onlara zəfər qazandırmış və bu dünyada və həm də Axirətdə onları qəti uğur sahibi etmişdir. Məhz buna görə, sonra belə deyilir: 

ﯹ  ﯺ   ﯻ  ﯼ   ﯽ  ﯾ  ﯿ  ﰁ  ﰂ    ﰃ       ﰄ  
(148) “Beləliklə, Allah onlara həm dünya mükafatını, həm də gözəl Axirət  mükafatını verdi. Allah yaxşı iş görənləri sevir”.

Onlar bu dünyada, qələbə, zəfər və bollu qənimətlə məmnun oldu­lar, Axirət həyatında isə öz Rəbbindən gələn böyük uğur və lütfkarlıqdan və əbədi səadətdən məm­nun qalacaqlar ki, bu da onları heç vaxt nə kədər­ləndirəcək və nə də qüssələn­dir­əcək. Onlar buna, öz Rəbbinə səmimiy­yətlə xidmət etdiklərinə görə, nail olacaqlar və O da onları ən gözəl müka­fatla təltif edəcəkdir, axı O, Ona layiqincə ibadət edən və yara­dılmışlara yaxşılıq göstərən qullarını sevir. Əgər insan, keçmiş zamanlarda mömin­lərin etdikləri kimi, Onun düşmənləri ilə döyüşərsə, onda O da yaxşılıq edər.
ﭑﭒﭓﭔ ﭕ  ﭖﭗ    ﭘﭙ  ﭚ  ﭛ  ﭜﭝ  

(149) “Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geriyə qaytarar və siz də ziyana uğramış halda geriyə qayıdar­sınız”.
ﭞ  ﭟ  ﭠ  ﭢ   ﭣ  ﭤ  ﭥ 

(150) “Xeyr! Allah sizin Himayədarınızdır. O, kömək edənlərin ən yaxşısıdır”.
ﭦ   ﭧ  ﭨ  ﭩ  ﭪ      ﭫ  ﭬ    ﭭ  ﭮ   ﭯ  ﭰ  ﭱ  ﭲ   ﭳ  ﭵ  ﭶ  ﭸ     ﭹ  ﭺﭻ 
(151) “Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlbinə qorxu salacağıq. Onların sığına­caqları yer Oddur. Zalım­la­rın məskunlaşacağı  yer necə də pisdir!”

Allah kafirlərə (münafiqlərə və ya müşriklərə) tabe olmağı möm­in­lərə qadağan edir, çünki onlar möminlərə pislikdən başqa heç nə arzula­mırlar və onları kafirliyə yönəldəcəklərinə ümid bəsləyirlər. Lakin nəti­cədə əlləri boşa çıxacaq və zərərə uğrayacaqlar.
Allah xəbər verir ki, möminlər Onun himayəsi altındadır. Bunu bildirdikdən sonra, O, Öz mərhəməti ilə möminlərin taleyi haqqında qayğı çəkəcəyinə və onları hər hansı şərdən qoruyacağına söz verir və həmçinin onları tək Onun köməyinə və himayəsinə ümid bəsləməyə və məxluqlara bel bağlamamağa çağırır. Mömin qullarını himayə edərək, Allah onların kafir düşmənlərinin ürəyinə dəhşətli qorxu salacağını vəd edir və bu minvalla onların bir çox məkrli niyyətlərinin qarşısını alır.
Müşriklər Uhud döyüşündən sonra, bir-biri ilə məsləhətləşərək müsəlmanları qəti surətdə məhv etmək niyyətində olduqları zaman, Uca Allah Öz vədini yerinə yetirir. Onlar demişdilər: “Biz bu qədər müsəlmanı qırdıqdan və onları sarsıdıcı məğlubiyyətə məruz qoyduqdan sonra niyə qayıtmalıyıq? Biz niyə onları axıradək qırmadıq?” Lakin Allah onların ürə­yinə qorxu saldı və onlar dilxor halda evlərinə qayıtdılar.
Şübhəsiz ki, bu, Allahın əzəmətli köməyinin özünü göstərməsiydi. Biz artıq demişdik ki, möminlər Onun köməyi sayəsində kafirləri ya sar­sı­dıcı məğlubiyyətə uğradırlar, ya da onlar məyus əhval-ruhiyyəylə qayıdır­lar. Bu halda Onun köməyi ikinci növə aiddir.
Sonra Allah niyə kafirlərin ürəyinə qorxu saldığından bəhs edir. Bu­nun səbəbi onların məxluqları Allaha bərabər tutmaları, inandırıcı dəlillərə və sübutlara istinad etmədən bütlərə ibadət etməklə, öz pozğun və alçaq nəfslərinə yol verməklə Vahid və Rəhmli Rəbbin himayəsindən boyun qaçırmalarıdır.
Müşrik möminlərdən qorxmaya bilmir, çünki o, istinad edə biləcəyi möhkəm dayaqdan və çətin anda daldalana biləcəyi sığınacaqdan məhrumdur. Bu dünyada onun vəziyyəti belədir. Axirət aləmində isə, onun vəziyyəti daha da ağırlaşacaq və dəhşətli olacaqdır. Onun yeganə daldalanacağı yer əbədi tərk edə bilməyəcəyi Cəhənnəm olacaqdır. İnsan­ların öz zalımlığı və kin-küdurəti üzündən layiq olduqları Cəhənnəm necə də pisdir!
ﭼ  ﭽ  ﭾ   ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮄ  ﮅ  ﮆ   ﮇ  ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ   ﮏ  ﮐ  ﮒ  ﮓ  ﮔ   ﮕ  ﮖ   ﮗ  ﮘ  ﮙ  ﮛ  ﮜ  ﮝ  ﮞ   ﮠ  ﮡ  ﮢ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ      ﮩ 

(152) “Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barə­sində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də Axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün onlardan uzaqlaşdırdı. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır”.

Allah sizə verdiyi vədini yerinə yetirərək, düşmənin həmləsinin qarşısını almaqda sizə kömək etdi. Müşriklər sizdən qaçırdılar və siz də onlardan çoxunu kəsib-doğradınız. Lakin sizin bu müvəffəqiyyətiniz sizə zərər vurdu və düşmənlərinizə üzərinizdə qələbə çalmağa kömək etdi. Siz özünüzü zəifləmiş hiss edərək ruhdan düşdükdə, Allaha itaətsizliyə və bir-birinizlə mübahisəyə başladınız, halbuki sizə bir yerdə olmaq və müxtəlif rəylər söyləməmək əmr olunmuşdu. Sizlərdən bəziləri dedilər: “Biz Peyğəmbərin (s.ə.s.) tutmağı əmr etdiyi mövqedə qalmalıyıq”. Digərləri isə bəyan etdilər ki: “Əgər düşmən artıq qaçmaqla canını qurtarırsa, biz bu mövqeyi niyə saxlamalıyıq. İndi biz heç nədən qorxmamalıyıq”.
Siz Allahın Elçisinin (s.ə.s.) sözündən çıxdınız və müşriklərin məğlub olduğunu görüb onun (s.ə.s.) əmrini yerinə yetirmədiniz. Siz bunu görməyi çox arzu edirdiniz. Lakin siz, Allahın arzu etdikləri uğuru bəxş etdiyi insanların vəzifəsinin, həmişə başqalarının vəzifəsindən üstün oldu­ğunu unutdunuz. Siz Allaha və Onun Elçisinə (s.ə.s.) o zaman itaət etmə­liydiniz və bütün digər hallarda da belə etməyə borclusunuz. Bəziləriniz dünyəvi nemətlər əldə etmək istəyirdi və bu istək onları Elçiyə (s.ə.s.) itaətsizlik etməyə səbəb oldu. Amma aranızda elələri də var idi ki, onlar ancaq Axirət həyatını arzulayırdılar və onlar onun (s.ə.s.) əmrini axıradək yerinə yetirdilər və öz mövqelərini tərk etmədilər.
Siz əmri pozduqda, Allah sizi düşməndən üz döndərməyə məcbur etdi, bu isə müşrikləri ruhlandırdı. Allah sizi sınağa çəkdi ki, möminləri kafirlərdən, müti möminləri isə itaətsizlik edənlərdən fərqləndirsin ki, siz də bu bədbəxtliyin vasitəsilə öz günahlarınızı yuyasınız. Allah artıq sizi bağışlamışdır, axı O, möminlərə qarşı rəhmlidir.
Rəbb həmişə iman gətirmişlərə böyük mərhəmət göstərir. O, onlara İslama gəlməyə kömək edir, onlara dinin qanunlarını öyrədir, onların gü­nahlarını bağışlayır və çətinlikləri, bəlaları əzmlə keçirdiklərinə görə on­ları mükafatlandırır. Onlar əmin-amanlıq və xoşbəxtliyə görə minnətdarlıq bildirəndə, Allah onları minnətdarlıqlarına görə də mükafatlandırır. Onlar çətinliklərin öhdəsindən səbrlə gələndə, O, onları səbirlilik göstərdiklərinə görə də mükafatlandırır.
Sonra Uca Allah, onların döyüş meydanından necə qaçdığını və bu hərəkətlərinə görə onları qınadığını müsəlmanlara xatırladır. Allah buyu­rur:

  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ     ﮱ  ﯓ  ﯔ  ﯕ  ﯖ   ﯗ  ﯘ  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ   ﯞ  ﯟ  ﯠ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ  
  
(153) “O zaman Peyğəmbər arxanızdan sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən düşməndən qaçırdınız. Allah da sizi qə­minizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklə­rinizdən xəbərdardır”.

Siz qaçırdınız və bir-birinizə də baxmırdınız. Siz hətta başınızı da döndərmirdiniz, çünki sizin yeganə arzunuz qaçıb xilas olmaq və ölümdən canınızı qurtarmaq idi, halbuki sizi elə də böyük bir təhlükə izləmirdi. Siz düşmənlə üzbəüz dayanan və döyüşdə bilavasitə iştirak edən ilk sıralarda deyildiniz. Amma bu zaman müşriklərin yaxınlığında olan Allahın Elçisi (s.ə.s.) uca səslə çağırırdı: “Allahın qulları, yanıma gəlin!” Lakin siz hət­ta çevrilib ona tərəf heç baxmadınız və ona tərəf atılmadınız. Sizin ancaq qaçmağınız sizi qınamağa kifayət edərdi, amma sizin Allahın Elçisinin (s.ə.s.) çağırışına cavab verməməyiniz daha böyük danlağa layiqdir, hal­bu­ki siz onu (s.ə.s.) öz canınızdan artıq sevməlisiniz.
Allah bir müsibətin ardıyca sizə digərini göndərdi, çünki bir bəla­nın ardıyca başınızın üstünü başqa bir fəlakət çulğadı. Siz qələbəni əldən verdiyinizə, bol qənimətdən məhrum olduğunuza və məğlubiyyətə uğradı­ğınıza kədərlənmişdiniz. Amma sizin üçün ən böyük bədbəxtlik Peyğəmbərin (s.ə.s.) ölümü haqqında xəbər oldu. Sonradan Allahın sizə rəhmi gəldi və belə etdi ki, siz bu bəlalardan faydalı nəticələr çıxartdınız. Allah, sizin qələbəni əldən verdiyinizə, qənimətlərdən məhrum olduğu­nuza, məğlub edildiyinizə və öldürülmüş və yaralanmış halda böyük itkilər verdiyinizə görə kədərlənməməyinizi istəyirdi. Allahın Elçisinin (s.ə.s.) həlak olmaması haqqında xəbər sizə digər müsibətləri asanlıqla keçirməyə kömək etdi. Siz onun sağ qalmasına çox sevindiniz, çünki onun (s.ə.s.) mövcudluğu sizə təsəlli idi və sizə böyük fəlakətlərdən və ciddi sınaqlardan çıxmağa kömək edirdi.
Allaha and olsun ki, çətinliklər və sınaqlar özündə çoxlu sirr giz­lə­dir və böyük fayda verir. Bu, Allahın sizin aşkarda etdiyiniz bütün əməllə­riniz, rəftarınız və qəlbinizdə gizlətdiyiniz niyyətləriniz haqqında hərtə­rəfli biliyə malik olması ilə əlaqədardır. Sizin etdiyiniz bütün işlər Allaha məlumdur.
Bu ayənin başqa bir şərhi mövcuddur. Onda deyilir ki, Allah müsəlmanlara müsibəti ona görə düçar etmişdi ki, onlar əldən çıxardıq­larına və məğlubiyyətlərinə görə kədərlənməsinlər. Həmin şərhə uyğun olaraq, Allah onlara müsibət və bədbəxtlik gətirmişdir ki, onların qəlbi çətinliklərə alışsın və onlar bədbəxtliklər zamanında səbr etməyə öyrən­sinlər və əzab-əziyyəti ağrısız keçirə bilsinlər.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ   ﭤ  ﭥ  ﭦ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ   ﭰ  ﭱ   ﭲ  ﭳ        ﭴ  ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ   ﭾ  ﭿ  ﮀ        ﮁ  ﮂ  ﮃ    ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮉ  ﮊ  ﮋ              ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ   ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ   ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ 
(154) “Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canla­rının hayına qaldı. Onlar: “Bizim üçün bu işdə bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizidə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb ölə­cək­ləri yerlərə ge­dər­dilər. Allah sizin köks­lərinizdə olanları sınamaq, qəlb­ləri­niz­də olanları təmizlə­mək üçün belə etdi. Allah köks­lərdə olanları bilir”.

Müsəlmanları həyəcan bürüdükdən sonra, Allah onların ürəyinə rahatlıq saldı və onların bəziləri hətta mürgülədilər. Qətiyyən şübhə yox­dur ki, Allah bu sayaqla onlara böyük lütfkarlıq göstərir, ürəklərini möh­kəmləndirir və onların inancını artırır. Qorxuya düşmüş adamın qəlbi qor­xu ilə dolu olduğuna görə, o mürgüləməyə qadir olmur. Qorxu­dan qur­tulduqda isə, o, mürgüləyə bilər.
Allah yer üzündə təkcə Onun dinini bərqərar etmək, Onun və Onun Elçisinin (s.ə.s.) mərhəmətini qazanmaq və mömin qardaşlarına xeyir vermək niyyətində olan iman sahiblərini ancaq mürgüyə verdi. Yerdə qalanlarına gəldikdə isə, onlar ancaq özlərini düşünməklə məşğul idilər. Onları müsəlmanların taleyi narahat etmirdi, çünki onlar münafiq və ya kəmetiqad adamlardılar. Onlar, mömin müsəlmanlar kimi, rahat mür­güləyə bilməzdilər. Onlar ancaq belə deyirdilər: “Məgər biz qələbə çala bilərdikmi?” Onların sualı nəzərdə mənfi cavab tuturdu və bu da ona dəla­lət edirdi ki, onlar Allah, İslam və Muhəmməd Peyğəmbər (s.ə.s.) haqqın­da layiqincə düşünmürdülər. Onlar güman edirdilər ki, Allah Öz Elçisinə (s.ə.s.) ona həvalə edilmiş vəzifəsini tam yerinə yetirmək üçün kömək etməyəcək və onların müşriklərə məğlub olmaları Allahın dininə son qoyacaqdır.
Uca Allah onların zənnini rədd etdi, çünki qərarı O, təklikdə qəbul edir. Bu, Allahın qədərinə və bütün şəriət qanunvericiliyinə aiddir. Bütün varlıq qədərdən və taledən asılıdır və Allahın mömin və itaətkar qulları, çoxsaylı çətinlikləri aradan qaldırmalı olsalar da, son qəti qələbə hökmən onlara məxsus olacaqdır.
Sonra Allah xəbər verir ki, münafiqlər ürəklərində gizlətdiklərini ətraflarındakılara bildirmirdilər. Allah onların məhz nəyi ürəklərində giz­lət­diklərini də izah edir. Onlar belə fərz edirdilər ki, əgər müsəlmanlar onların dediklərinə qulaq assaydılar və onlarla məsləhətləşsəydilər, döyüş meydanında qırılmazdılar. Onların belə mühakimə yürütmə­ləri, Allahın qədərini rədd etmələrinin, Allahın Elçisinin (s.ə.s.) qərarını və onun səha­bələrini axmaq hesab etmələrinin və özlərindən razı olmalarının sübu­tu­dur.
Uca Allah onların mühakiməsini rədd edərək bildirir ki, əgər onlar öldürülmək təhlükəsindən daha az ehtiyat etdikləri evlərində hətta oturub qalsaydılar belə, qədərinə həlak olmaq yazılmış kəslər, hökmən evlərin­dən çıxıb nəşləri qalacaq yerə gedərdilər. Yer üzündə yaranan səbəblər, hətta ən mühümləri, insana o vaxt fayda verə bilər ki, onlar Allahın qədə­rinə və taleyə zidd olmasın. Əgər onlar bunlara zidd olarsa, onda insanın taleyinə təsir göstərə bilməz, çünki məxluqların həyatı və ölümü Lövhi-məhfuzda yazılanlardan bilavasitə asılıdır.
Allah qullarını sınağa çəkir ki, onların arasından münafiqləri, qəlb­lərində iman və cüzi etiqad olanları aşkar etsin. Allah məxluqlarının qəlbini şeytanın təhriklərindən və onların nəticəsi olan müxtəlif nalayiq xüsusiyyətlərdən təmizləyir. Məxluqlarının  qəlbində gizlənən nə varsa Allaha məlumdur. Lakin Allahın elmi və hikməti Ondan tələb edir ki, insanların qəlbində gizli saxladıqları niyyətlərini aşkar edən hadisələri öncədən müəyyənləşdirsin.

ﮥ  ﮦ  ﮧ  ﮨ    ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ     ﮱ  ﯔ  ﯕ  ﯖ  ﯗ  ﯙ  ﯚ  ﯛ  ﯜ     ﯝ 

(155) “Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir”.

Uca Allah ayədə Uhud döyüşü zamanı qaçmağa üz tutan müsəlmanların vəziyyəti barədə xəbər verir. Onlar şeytanın təhriki ilə belə davrandılar. Şeytan onların bəzilərinin törətdiyi günah əməllərin sayəsində onları tovlaya bildi. Onlar özləri şeytana onların qəlbinə girməyə şərait yaratdılar və öz günahları ilə ona hərəkət etmək imkanı verdilər, axı günahlar və itaətsizlik şeytanın insana gizlicə yaxınlaşdığı qapıdır. Lakin əgər onlar özlərini Rəbbə itaət etmək vasitəsilə qorusaydılar, şeytan onları tovlaya bilməzdi, Uca Allah şeytana deyib: “Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır” (Hicr, 15/42).
Allahın gözəl adları arasında – Bağışlayan və Həlim də vardır. O, günahkarları bağışlayır, onları tövbə etməyə və bağışlanma üçün Ona dua etməyə ruhlandırır, onları günahlarını yuyan sınaqlara məruz qoyur. O, itaətdən çıxmışları cəzalandırmağa tələsmir, əksinə, onlara möhlət verir və onları dəvət edir ki, tövbə edib, Ona doğru yönəlsinlər. Onlar tövbə edərək düz yola qayıtdıqda, O, onlarla, sanki günahkar deyilmişlər və səhvlər etməmişlər kimi davranır. Belə xeyirxahlığa görə həmd təkcə Ona məxsusdur!

ﯞ   ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ   ﯥ  ﯦ  ﯧ        ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ   ﯴ  ﯵ  ﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯼ  ﯽ  ﯾﯿ   ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄ 

(156) “Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə belə etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür”

Uca Allah bu ayədə iman gətirmiş qullarına Rəbbinə iman gətir­məkdən boyun qaçıran və Allahın qədərini qəbul etməyən münafiqlərə və digər kafirlərə oxşamağı qadağan edir. Müsəlmanlara hər hansı bir işdə, xüsusilə də, Allahın qədərinə münasi­bətdə, kafirlərə oxşamaq qadağan olunur.
Müsəlmanlar ticarətlə əlaqədar səfərlərdə və yaxud hərbi yürüş­lərdə həlak olduqda, münafiqlər qədər barədə din və ya qan qardaşları ilə mübahisəyə başlayırlar və deyirlər: “Onlar bizimlə qalsaydılar, ölməz və həlak da olmazdılar”. Şübhəsiz ki, onların dedikləri yalandır, çünki Allah xəbər vermişdir ki, əgər onlar evlərində otursaydılar belə, ölüm kimə qis­mət idisə, onlar hökmən həlak olacaqları yerə gedəcəkdilər. Buna bax­ma­yaraq, belə inkarçılıq münafiqlərə fayda vermir, amma onların sözləri və iddiaları qəlblərində ancaq qəm-qüssə doğurur və kədərlərini artırır.
Saleh möminlər isə qəti bilirlər ki, hər şey Allahın qədərinə uyğun olaraq baş verir. Onlar qədərə inanır və ona tabe olurlar, Allah isə onların qəlbini düz yola yönəldir, onları mətinləşdirir və istənilən çətinliklərini asanlaşdırır.
Sonra Allah münafiqlərin sözlərini bir daha təkzib edərək bildirir ki, təkcə O, həyat verir və ölüm göndərir. O, yaratdıqlarının taleyinə tək­ba­şına sərəncam çəkir və heç bir ehtiyatlılıq insanı qədərdən xilas edə bil­məz. O, qullarının əməllərinə nəzarət edir və münafiqləri törətdikləri cina­yətlərə və kafirliyə görə mütləq möhkəm cəzalandıracaqdır.

ﰅ  ﰆ  ﰇ  ﰈ  ﰉ   ﰊ  ﰋ  ﰌ    ﰍ  ﰎ  ﰏ  ﰐ  ﰑ  ﰒ  ﰓ  
(157) “Əgər siz Allah yolunda öldü­rü­lər və ya ölərsinizsə, bilin ki, Allahın gü­nahınızdan keçməsi və sizə mərhə­mət gös­tərməsi ka­firlərin yığdıqları şey­lər­dən daha xeyirlidir”.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ 

(158) “Ölsəniz də, öldürülsə­niz də, müt­ləq Allahın dərga­hına gə­tirilib cəm olunacaq­sınız”.

Uca Allah bildirir ki, Allah yolunda həlak olmaq və ya hərbi yür­üşdə ölüm nə qüsur və nə də pis bir hadisə deyildir. Əksinə, möminlər be­lə ölüm xatirinə bir-biriləri ilə yarışmalıdırlar, çünki o, Allahın mərhəmə­tinə və bağışlamasına nail olmağa imkan verir. O, insanların yığdığı bu dünyanın bütün xəzinələrindən yaxşıdır.
Yadda saxlamaq lazımdır ki, ölümlər müxtəlifdir, lakin hər bir insan bütün hallarda hökmən Allahın yanına qayıdacaq və öz əməllərinə görə əvəzini alacaqdır. İnsan Onun himayəsini axtarmaq istəmədiyi halda hara qaça bilər? İnsan Allaha sığınmazsa, kim onu müdafiə edə bilər?!!

ﭙ  ﭚ  ﭛ   ﭜ  ﭝ  ﭞ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ   ﭧ   ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ  ﭮ  ﭯ  ﭱ  ﭲ   ﭳ  ﭴ  ﭵ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻ 

(159) “Allahın mərhəməti sa­yə­sində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hök­mən sənin ət­rafından dağılışar­dı­lar. Sən onla­rın günahından keç, Allah­dan on­ların bağış­lan­malarını dilə və gö­rəcəyin işlər barədə onlarla məs­ləhət­ləş. Qəti qərara gəldikdə isə Allaha tə­vəkkül et! Həqiqətən, Allah təvək­kül edən­ləri sevir”.

Ey Muhəmməd! Allah səni ətrafdakılarına xeyirxah və mərhəmətli olmağı öyrə­dərkən, sənə və səhabələrinə böyük iltifat göstərmişdir. Sən insanlarla çox nəzakətli davranırdın və adamlar da sənin gözəl keyfiyyət­lərini görüb, ətrafında cəmləşdilər, səni sevdilər, sənə itaət etməyə başla­dılar. Əgər sən xoşagəlməz xasiyyətə malik, daşürəkli olsaydın, onda onlar səndən üz döndərərdilər, axı yaramaz əxlaq ətrafdakıları insandan uzaqlaşdırır və onlarda ona qarşı ikrah hissi oyadır.
Yer üzündəki hökmdar gözəl əxlaqa malik olduqda, o, insanları Allahın dininə cəlb etməyə nail olur və onlarda İslamı öz əqidəsinə çe­vir­mək arzusu oyadır. Bununla da o, tərifə və xüsusilə mükafatlandırılmaya layiq görülür. Ruhani rəhbər pis əxlaq sahibi olduqda isə, o, insanları dindən ayırır və onlarda ona qarşı ikrah hissi yaradaraq, qınanmağa və xüsusi cəzaya məhkum edilir.
Əgər belə sözlər məsum Elçiyə (s.ə.s.) yönəldilirsə, onda bəs, yerdə qalan başqa insanlar haqqında nə demək olar. Həqiqətən, hər bir insan Peyğəmbərin (s.ə.s.) gözəl əxlaqi keyfiyyətlərindən nümunə götürməli və ətrafındakılarla onun kimi davranmalıdır. Hər bir kəs xeyirxah, nəzakətli və hörmət sahibi olmalıdır ki, Allahın əmrini yerinə yetirə və Allahın qullarını İslama cəlb edə bilsin.  
Sonra Uca Allah Öz Elçisinə (s.ə.s.) tapşırır ki, onunla təmasda olan insanların xətalarını bağışlasın və Allah qarşısında vəzifələrini yerinə yetirən zaman diqqətsizlik göstərənlərin bağışlanması üçün Ona dua etsin. Allah ona insanlarla yumşaq davranmağı, xeyirxahlıq etməyi və müzakirə edilməsi, nəzərdən keçirilməsi və ətraflı düşünülməsi vacib olan məsə­lə­lərdə müsəlmanlarla məsləhətləşməyi əmr edir. Dində və dünyəvi fəaliy­yət­də belə məsələlərin  müzakirəsi böyük fayda verir. Bunun bütün üstün­lüklərini sayıb qurtarmaq, sadəcə, mümkün deyil.
Birincisi, məsələlərin birgə müzakirəsi ibadət hesab olunur ki, o, məxluqları Allaha yaxınlaşdırır.
İkincisi, o, insanlara təskinlik verir və onları bəd fikirlərdən xilas edir. Əgər hökmdar və yaxud rəhbər işçi mövcud vəziyyəti onlarla müza­kirə etmək üçün müdrik və ləyaqətli insanları toplayırsa, onda onlar ona məhəbbət və hörmətlə yanaşırlar. Onlar başa düşürlər ki, o, öz bildiyi kimi rəftar etmir, tabeliyində olanların mənafelərinin qayğısını çəkir. Onlara aydın olur ki, o, onlara xeyir diləyir və onlar da səylə işləməyə başlayır və onun tapşırıqlarını qüsursuz icra edirlər. Əgər hökmdar və ya rəhbər belə etmirsə, onda tabeliyində olanlar heç vaxt onu səmimiyyətlə sevməz və tabe olmazlar. Tabeçilikdə olanlar onun əmrlərini hətta yerinə yetirsələr belə, bunu layiqincə etməyəcəklər.
Üçüncüsü, məsələlərin birgə müzakirəsi insanlara təfəkkürü inkişaf etdirməkdə kömək edir, çünki onlar öz ağlını, onun xəlq edildiyi məqsəd üçün istifadə edirlər.
Dördüncüsü, müzakirə, düzgün qərar qəbul etmək üçün insanlara kömək edir, çünki ümumi səylər nəticəsində qəbul edilmiş qərarlarda na­dir hallarda səhvə yol verilir. Əgər belə qərar hətta düzgün olmadıqda və insana qarşıya qoyulan məqsədə tam nail olmağa imkan vermədikdə belə, o buna görə qınağa layiq görülmür.
Qeyd etmək lazımdır ki, əgər Allah ən ağıllı, ən düşüncəli və sağ­lamfikirli insan olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) özünə adamlarla məsləhətləşməyi əmr edirsə, onda bu hökm bütün qalan müsəlmanlara da aiddir.
Sonra Uca Allah bildirir ki, müsəlmanlar məsləhətləşdikdən və qəti qərara gəldikdən sonra, Onun qüdrətinə və hakimiyyətinə sığınmalı və ümidlərini öz bacarıqları və imkanları ilə əlaqələndirməməlidirlər, çünki Allah Ona pənah gətirənləri və Onun yardımını diləyənləri sevir.

ﭼ  ﭽ     ﭾ   ﭿ  ﮀ  ﮁ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ   ﮊ  ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ 

(160) “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bil­məz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvək­kül etsinlər!”

Əgər Allah sizə kömək və yardım göstərərsə, düşmənlər, dünyanın hər tərəfindən saysız-hesabsız qoşun yığsalar da və ən kamil silahlarla silahlansalar da, sizə qalib gələ bilməzlər, çünki Allaha qarşı heç kim duruş gətirə bilməz. O, qullarını mütləq haki­miy­yəti ilə idarə edir və məx­luqlarının taleyini həll edir. Heç bir canlı varlıq Onun iradəsinin ziddinə olaraq yerindən tərpənməyə və ya durduğu yerdə farağat dayanmaya qadir deyil­dir. Əgər Allah sizi köməkdən məhrum etsə və sizi öz çətinliklə­rinizlə tək-tənha qoysa, hətta yaradılmışların hamısı köməyinizə gəlsələr də siz hökmən zərərə uğrayarsınız.
Buradan belə bir nəticəyə gəlmək olar ki, müsəlmanlar kömək göstərməsi üçün Allaha dua etməli, ümidlərini Ona bağlamalı, öz güc və imkanlarına güvənməməlidirlər. Bu ayədə idarə olunan söz idarə edənin qabağında qoyulduğu üçün bu o deməkdir ki, möminlər məxluqlara deyil, təkcə Allaha təvəkkül etməlidirlər. Onlara yaxşı məlumdur ki, Allah Yeganə Köməkçidir və Ona iman bəsləmək – tövhidin təzahürüdür və o, qullara müqəddəs məqsədə çatmağa kömək edir. Eyni zamanda məxluq­la­ra ümid etmək – şirkin özünüifadəsidir ki, o, nəinki heç bir fayda vermir, əksinə insana çox böyük ziyan vurur. Bir sözlə, bu ayə Allaha təvəkkül etmək və ümid bəsləmək hökmündən ibarətdir və insanın ümid etmə gücünün onun imanının gücündən asılı olduğunu izah edir.

ﮑ  ﮒ       ﮓ    ﮔ   ﮕ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮟ  ﮠ  ﮡ   ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ 

(161) “Peyğəmbərə əmanətə xə­ya­nət etmək yaraşmaz. Əma­nətə xəyanət edən kimsə Qiya­mət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməl­lə­rinin əvəzi tam veriləcək və onlara zülm edil­mə­yəcəkdir”.

“Qulul” sözü “qənimətin bir hissəsinin gizlədilməsi”, “xidməti və­zi­fədən sui-isti­fadə edilməsi” mənalarını bildirir. Alimlər belə davran­ma­ğın qəti surətdə qadağan olun­ması məsələsində həmrəydirlər və belə cina­yət ağır günahlar sırasına daxildir. Bu müd­də­anın lehinə şərh etdiyimiz gözəl ayə və digər mətnlər dəlalət edir.
Uca Allah bildirir ki, Peyğəmbərə (s.ə.s.) hərbi qəniməti mənim­səmək və ya öz mövqeyindən mənfəət məqsədilə sui-istifadə etmək müna­sib olmaz, çünki bu ağır günah və pis nöqsandır. Allah Öz peyğəmbər­lə­rini onları ləkələyə və ya rüsvay edə bilən hər şeydən qorumuşdur. O, onlara ən gözəl əxlaqi məziyyətlər nəsib etmiş və onların qəlbini isə ən pak və nöqsansız etmişdir. Allah onları qüsurlardan xilas etmiş və onları ilahi vəhyin daşıyıcıları və böyük müdrikliyin mənbəyi etmişdir. Uca Allah buyurur: “...Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir...” (Ənam, 6/124).
İnsanın Allahın elçilərindən biri ilə tanış olması kifayət edər ki, onların məsumluğuna və paklığına iman gətirsin. Düşmənlər onları günah və cinayət işlətməkdə ittiham etdikdə, onların öz günahsızlığını sübuta yetirməyə ehtiyacı yoxdur, çünki onların peyğəmbərlik faktı istənilən buna bənzər ittihamları təkzib edir. Buna görə də, Quran ayəsinin mətnin­dən aydın olur ki, hərbi qənimətin bir hissəsinin peyğəmbər tərəfindən qa­n­unsuz mənimsənilməsi tamamilə inanılmaz bir şeydir. Allahın peyğəm­bər seçdiyi bir insan belə əmələ yol verməz.
Sonra Allah hərbi qənimətin bir hissəsini mənimsəyən günahkarları hədələyərək bildirir ki, Qiyamət günü onlar oğurladıqları heyvanı və ya mənimsəyib gizlətdikləri qiymətli şeyləri dallarına atıb sürüyə-sürüyə gətirəcəklər və bu mallar onlara ağır əzab verəcəkdir. Hər bir kəs, ya istər fırıldaqçı olsun, ya da mömin, törətdiyi əməllərinə görə hökmən mükafat və ya cəza alacaqdır. Heç kim insanlarla ədalətsiz davranmayacaq, nə onların günahlarının ağırlığını artırmayacaq, nə də xeyirxah əməllərinin dəyərini azaltmayacaq.
Quran ayələrinin necə dəqiq olması üzərində fikirləşin. Bu gözəl ayədə Allah hərbi qənimətin bir hissəsini gizlədən günahkarların cəzalan­dırılacağını xatırladaraq bildirir ki, Qiyamət günü onlar mənimsəyib giz­lətdikləri mallarla dayanacaqlar. Sonra O, bildirmək istəyir ki, onlar müt­ləq bunun əvəzini bütövlüklə alacaqlar. Bu, belə bir yanlış təsəvvür oyada bilər ki, başqaları etdiklərinin əvəzini natamam alacaqlar və buna görə də Allah bu ayəyə ümumi məna verərək, onu həm hərbi qəniməti gizlədən­lərə və həm də bütün qalan insanlara aid edir.

ﮩ  ﮪ  ﮫ   ﮬ  ﮭ   ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ  ﯖ    ﯗ    ﯘ 
(162) “Məgər Allahın razılı­ğını qazan­maq üçün gedən kimsə, Allahın qəzə­binə gələn və sığı­nacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilər­mi? Ora nə pis qayıdış yeridir!”

Uca Allah bu ayədə Onun mərhəmətini qazanmağa can atan və xeyirxah əməllər işləyən insanlarla, bu keyfiyyətlərə malik olmayan, günah işlədən və Rəbbinin qəzəbini özünə yönəldənlər arasında böyük fərqin mövcud olması haqqında xəbər verir. Allahın hökmü, Onun hikməti və qullarının fitrəti tələb edir ki, belə adamların arasında çox böyük fərq olsun. Bir başqa ayədə deyilir: “Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər! İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında əbədi ziyafət gözləyir. Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer Od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız Odun əzabını dadın!” – deyiləcəkdir” (Səcdə, 32/17-20).


ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯞ  ﯟ   ﯠ  ﯡ  ﯢ

(163) “Onlar Allah dərga­hında müxtəlif dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!”

Məxluqların tutacaqları yerlər və dərəcələr, onların əməlləri arasın­dakı fərqlər qədər əhəmiyyətli olacaqdır. Allahın mərhəmətinə nail olmaq istəyən möminlər yüksək dərəcələrə qalxmaq və füsunkar otaqlara düş­mək istəyəcəklər və elə buna görə də, Allah Öz lütfkarlığı və səxavəti ilə onlardan hər birini, etdikləri əməllərinə uyğun mükafat­landıracaqdır. Allahın qəzəbinə səbəb olan günahkarlar isə özlərini Cəhənnəmin dibinə uğradacaqlar və orada törətdikləri cinayətlərə görə layiq olduqları yerləri tutacaqlar. Allah insanların əməllərini müşahidə edir və heç nə Hərşeyibilən Yaradanın nəzərindən yayınmır. Onsuz da, onların Lövhi-məhfuzda öncədən müəyyən olunub yazılmış əməlləri Ona əzəldən məlum idi. Bununla yanaşı isə, Allah etibarlı və alicənab mələklərinə əmr etmişdi ki, onları yazıb saxlasınlar və ciddi qeydiyyatını aparsınlar.

ﯣ  ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ  ﯬ  ﯭ      ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ      ﯴ  ﯵ  ﯶ          ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯼ  

(164) “Allah möminlərə, öz ara­ların­dan onlara Allahın ayə­ləri­ni oxuyan, on­ları günahlar­dan tə­mizləyən, onlara Ki­tabı və Hik­məti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhə­mət göstər­mişdir. Hal­bu­ki əvvəl­lər onlar açıq-ay­dın azğınlıqda idilər”.

Burada söhbət Allahın qullarına göstərdiyi ən böyük nemətindən gedir. Onu, tam ədalətlə, Allahın bütün digər lütfkarlıqlarının əsası adlan­dır­maq olar. Bu – Allahın şərəfli Elçisinin (s.ə.s.) gəlişi idi ki, onun va­sitəsi ilə Allah insanları azğınlıqdan və həqiqi məhv olmaqdan xilas etdi.
O, insanlara onların öz içərisindən Elçi (s.ə.s.) göndərdi. Onlar onun əsli-nəcabətini, məziyyətlərini bilir və dilini də başa düşürdülər. O, onların xalqı arasından və qəbiləsindən çıxmışdı. O, onlara sidq ürəklə xeyirxahlıq arzulayır, onlara acıyır və onlarla nəzakətlə rəftar edirdi. O, onlara Allahın ayələrini oxuyur və Vəhyin mətnini və mənalarını öyrədir, onları bütpərəstlikdən, itaətsizlikdən, alçaq xislətlərdən və naqis əxlaqdan  təmizləyir və həmçinin onlara Müqəddəs Quranı təlim edirdi.
Başqa bir təfsirə görə, burada ayələr adı altında kainatda baş verən əlamətdar hadisələr, kitab adı altında isə sözləri yazmaq bacarığı nəzərdə tutulur. Buradan belə bir nəticəyə gəlmək olar ki, Allahın Elçisi (s.ə.s.) insanları yazı qaydalarını və savad öyrənməyə dəvət edir və bunun sayəsində onlar müxtəlif biliklərə nail olmağı və onları saxlamağı öyrənirdilər. O, insanlara hikməti öyrədir. Bu sözün altında Peyğəmbərin (s.ə.s.) Sünnəsi, hər şeyi öz yerinə qoymaq və İslam şəriətinin sirlərini dərk etmək bacarığı nəzərdə tutulur. Sünnə də Müqəddəs Quranla yanaşı vəhydir.
Muhəmməd Peyğəmbər (s.ə.s.) Allahın hökmlərini və onların tətbi­qi qaydalarını öz səhabələrinə öyrədirdi. O, onlara dini hökmlərdən fay­dalı nəticələr çıxarmaq bacarığı aşılayırdı ki, məhz onun öyrətdiyi möh­təşəm biliklər sayəsində müsəlmanlar bütün digər insanları ötüb keçdilər və müdrik alimlər və ruhani müəllimlər səviyyəsinə yüksəldilər, halbuki, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinə qədər onlar açıq-aşkar yanlış bax­ış­lara malik idilər. Onlar Allaha doğru aparan yolu tanımır və qəlbi nəcib­ləşdirən, onu pak­laş­dıran əməllərdən xəbərsizdilər. Bundan başqa, onlar elə hərəkətlərə yol verirdilər ki, öz cahillikləri üzündən onların doğru və gözəl olduğunu zənn edirdilər, halbuki, bəzən bunlar sağlam düşüncəyə sığışmayan əməllər olurdu.

ﯽ  ﯾ  ﯿ  ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄ  ﰅ   ﰇ  ﰈ  ﰉ  ﰊ  ﰋ  ﰍ  ﰎ  ﰏ  ﰐ         ﰑ  ﰒ  ﰓ  

(165) “Siz onların başına iki­qat müsibət gətirmiş olduğu­nuz halda, başınıza bir mü­sibət gəl­diyi za­man: “Bu, haradan gəldi?”– söy­lədiniz. De ki: “Bu, sizin özü­nüz­dəndir!” Həqiqə­tən, Allah hər şeyə qadirdir”.

Uca Allah, Uhud döyüşü zamanı sarsıdıcı məğlubiyyətə uğradıq­dan və təxminən yetmiş nəfər səhabə itirdikdən sonra, mömin qullarına təsəlli verir.
Ey müsəlmanlar! Bu məğlubiyyətə qədər siz bütpərəstləri iki qat artıq müsibətə düçar edərək yetmiş qureyşli ağsaqqalını öldürmüş və yet­miş döyüşçünü də əsir almışdı­nız. Bu sizin əziyyətinizi bir qədər yün­gül­ləşdirməli və narahatçılığınızı azaltmalıdır. Ən başlıcası isə, sizinlə büt­pərəstlər arasında böyük fərqin olmasıdır, çünki həlak olmuş müsəlmanlar Cənnətə düşəcəkləri halda, öldürülən bütpərəstlər Cəhənnə­mə vasil ola­caqlar.
Siz sual verirsiniz ki, bu bədbəxtlik niyə sizi tutdu və niyə siz məğlub oldunuz. Bunun səbəbi sizin özünüzdədir, axı siz özünüz Allahın Elçisinin (s.ə.s.) hökmü ilə əlaqədar höcətləşməyə başladınız, siz istədiyi­niz şeyi görəndə ona (s.ə.s.) itaətsizlik etdiniz. Bu məğlubiyyətdə özünüz­dən başqa heç kimi qınamayın və sizi alçalda bilən əməllərdən özünüzü qoruyun. Yadda saxlayın ki, Allah bütün varlıq üzərində hökmrandır və Onun haqqında Ona yaraşmayan tərzdə düşünməyin. O, sizə qələbə bəxş edə bilərdi, lakin ilahi hikməti Ondan tələb edirdi ki, sizi sınağa çəksin və sizə müsibət nəsib etsin. Uca Allah buyurur: Döyüşdə kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah istə­səydi, onlardan döyüşsüz də  intiqam alardı. Lakin O, sizi bir-birinizlə sınağa çəkmək üçün belə etdi. Allah Öz yolunda öldürülənlərin əməl­lərini heç vaxt boşa çıxartmaz” (Muhəmməd, 47/4).

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ      ﭚ 

(166) “Uhudda iki qoşunun üz-üzə gəl­di­yi gün sizə üz ver­miş müsibət Alla­hın izni ilə oldu ki, möminləri aşkara çı­xartsın”

ﭛ  ﭜ  ﭝ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ   ﭦ ﭧﭩﭪﭫﭬﭭ ﭯﭰ     ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭶ  ﭷ  ﭸ  ﭹ      ﭺ  ﭻ  ﭽ  ﭾ  ﭿ   ﮀ  ﮁ 

(167) “və münafiqləri bəlli et­sin. Onla­ra: “Gəlin, Allah yo­lunda dö­yüşün, ya­xud heç ol­masa müda­fiədə durun!”– de­yildi. On­lar: “Döyüş olacağını bilsəy­dik sizin ardınızca gedər­dik”– dedilər. Onlar o gün iman­dan çox küfrə yaxın idilər. On­lar qəlblərində olmayanı ağız­ları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlət­diklərini çox yaxşı bilir”.

Allah bildirir ki, Uhud döyüşü günü, müsəlmanların qoşunu bütpə­rəstlərin qoşunu ilə üz-üzə gələndə, müsəlmanlar Onun razılığı ilə məğlu­biyyətə uğradılar və itki verdilər. Bu hadisə Onun qədərinə müvafiq ola­raq baş vermişdi, ondan qaçınmaq olmazdı – o, mütləq baş verməliydi.
Allah bildirir ki, münafiqlərə Onun yolunda döyüşmək təklif olun­muşdu ki, İslamı müdafiə etsinlər və Rəbbin mərhəmətini qazansınlar. Onlar döyüşdə iştirak etməklə, hətta yaxşı niyyətdə olmasalar da, öz şəhərini, öz yaxın adamlarını qoruya bilərdilər. Lakin onlar döyüşməkdən boyun qaçırdılar və bu hərəkətlərini doğrultmaq üçün gətirdikləri bəha­nədə bildirdilər ki, əgər onlar döyüşün baş tutacağına əmin olsaydılar, hökmən müsəlmanlarla birgə yürüşə çıxardılar. Onların sözləri yalan idi, çünki hamıya gün kimi aydın idi ki, bütpərəstlər əvvəllər məğlub edildiklərinə görə möminlərə qarşı amansızcasına nifrət bəsləyirlər. Onlar bilirdilər ki, müşriklər öz var-dövlətindən keçərək, əllərindən gələni etmişdilər ki, böyük və yaxşı təchiz olunmuş ordu toplasınlar. Onlar özlərinin bu qoşunu ilə yola çıxmışdılar ki, möminlərlə onların öz şəhərində döyüşsünlər və onlarla əlbəyaxa olmaq arzusu ilə yanırdılar.
Məgər bu cür hazırlıqdan sonra, özü də, müsəlmanlar müşriklərlə açıq ərazidə döyüşmək üçün artıq Mədinəni tərk etdikləri bir halda, onlarla müşriklər arasında döyüş olmayacağını təsəvvür etmək mümkün idimi? Buna baxmayaraq, münafiqlər güman edirdilər ki, onların özlərini beləcə doğrultması möminləri aldatmağa kömək edəcək. Döyüşdə mömin­lərlə birlikdə iştirakdan boyun qaçıraraq, onlar o gün imandan çox küfrə yaxın düşdülər.
Münafiqlərin dilləri ilə dediklərini ürəkləri demirdi. Bu xüsusiyyət bütün müna­fiq­lərə məxsus olan xislətdir. Onlar ətraflarındakıları öz bəla­ğətli nitqləri və nümayişkaranə əməlləri ilə aldatmağa cəhd göstərərək, ürəklərində tamamilə əks duyğular gizlədirlər. Onlar deyirdilər ki, döyü­şün baş tutacağı onlara məlum olsaydı, hökmən müsəlmanların ardıyca gedərdilər. Lakin döyüşün labüdliyi onlara çox gözəl məlum idi. Allaha isə münafiqlərin insanlardan nəyi gizlətdiyi aydındı və buna görə də Allah münafiqlərin sirrini möminlər qarşısında ifşa edərək onları cəzalandırır.
Bu ayələrdən belə bir qayda irəli gəlir ki, ağır xətanın qarşısını almaqdan ötrü ondan yüngül bir xəta işlətməyə və yaxud daha faydalı bir iş görmək imkan olmadıqda, daha kiçik bir xeyirxahlıq etməyə icazə verilir. Bu onunla izah edilir ki, münafiqlərə din uğrunda döyüşmək hök­mü verilmişdi. Onlar bundan boyun qaçırdıqda, heç olmazsa, öz uşaqlarını və öz vətənini müdafiə etmək üçün vuruşa bilərdilər.
ﮂ  ﮃ  ﮄ ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮋ  ﮌﮍﮎ  ﮏﮐﮑﮒﮓ 

(168) “Evlərində oturub öz qar­daşları ba­rəsində: “Əgər on­lar bizə qulaq asmış ol­saydılar, öl­dürül­məzdi­lər”– söylə­yənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaq­laşdırın!”

Münafiqlər nəinki döyüşdə iştirak etməkdən boyun qaçırdılar, onlar Allahın qədərini və taleyini də rədd etdilər. Allah onların iddiasını təkzib edərək, təklif edir ki, əgər onlar doğru danışırlarsa və həlak olmuş müsəl­man­lar da münafiqlərin məsləhətlərinə qulaq asıb həqiqətən ölümdən yaxa qurtara bilərdilərsə, qoy onda onlar ölümü özlərindən uzaqlaşdırsınlar. Şübhəsiz ki, onlar ölümü özlərindən uzaqlaşdıra bilməzdilər və belə bir qüdrətə də malik deyildilər.
Buradan belə bir nəticə çıxır ki, Allahın qulu eyni zamanda həm mömin və həm də kafir insanın xüsusiyyətlərinə malik ola və onlardan biri digərlərinə üstün gələ bilər.

ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ    ﮙ  ﮚ  ﮛ  ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢ 
(169) “Allah yolunda öldürü­lən­ləri əsla ölmüş sanma. Ək­sinə, onlar diridir­lər; özlərinin Rəbbi yanında onlara ruzi ve­rilir”.

ﮣ   ﮤ   ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ     ﮭ  ﮮ  ﮯ  ﮰ    ﮱ  ﯓ  ﯔ    ﯕ  ﯖ  ﯗ  

(170) “Onlar Allahın Öz lüt­fün­dən on­lara verdiyi nemət­lərə se­vi­­nir, ar­xala­rınca gəlib hələ onlara çatmamış kəs­lərin heç bir qorxu ilə qar­şılaşmaya­caq­larına və onla­rın kədərlən­mə­yə­cəklə­ri­nə fərəh­lə­nir­lər”.

  ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ    ﯣ  ﯤ 
(171) “Onlar Allahın nemə­tinə, lütfkar­lı­ğına, həm də Allahın mö­min­lərin mü­­kafatını heçə çı­xarmayacağına se­vinirlər”.

Bu şərəfli ayələr şəhidlərin üstünlüyünü xüsusilə vurğulayır və Allahın onlara bəslədiyi böyük şəfqət hissindən bəhs edir. Onlar diri müsəlmanlar üçün təsəlli və onların yaxınlarının ölümü ilə əlaqədar baş sağlığı sözlərini əvəz edir. Bu ayələrdə Allah yolunda fəal vuruşmağa və özünə şəhid ölümü arzulamağa çağırış vardır.
Müsəlmanlar, Allahın kəlamını şərəfləndirməyə can atan və dinin düşmənləri ilə döyüşlər zamanı həlak olan döyüşçüləri ölmüş saymama­lı­dırlar. Onlara, şəhidlərin həyatın gözəlliklərindən ayrılmaları barədə və, cihadda iştirakdan yayınan və Allah yolunda şəhid olmaqdan çəkinən qor­xaqların ayrılmaq istəmədikləri nemətlərdən daha həzz ala bilməyəcəkləri barədə düşünmək yaraşmaz. Əslində, şəhid olanlar, məxluqların nail olmaq üçün yarışmaq istəyəcəkləri ən həzzverici səadəti artıq qazanmış və Allahın mübarək dərgahında öz Rəbbinin yaxınlığında əbədi həyata qov­uş­muşlar. Buradan belə bir nəticə çıxır ki, onlar Onun hüzurunda yüksək mövqe tutur və Onun yaxınları olmaq şərəfini qazanırlar. Şəhidlər orada müxtəlif nemətlərdən elə bir ləzzət alırlar ki, onu ancaq onlara bu sədə­qəni bəxş edən Rəbbin Özü təsvir edə bilər. Şəhidlər hədsiz dərəcədə gö­zəl, sayı-hesabı bilinməz, əzəmətli, mükəmməl və qüsursuz olan bu hə­diy­yə və nemətlərə o dərəcədə sevinirlər ki, hətta onların baxışlarında və qəlblərində nəşə və həzz öz əksini tapır.
Allah şəhidləri onlara həm cismani və həm də mənəvi ləzzət verən nemətlərlə mükafatlandırır və onlar Allahın bu mərhəmətinə sevinirlər. Bütün bunlardan şəhidlərin həyatı xoşbəxtlik və səadətlə dolub-daşır. Şəhidlər, həm də, onların ardıyca gəlib onlara qoşulacaq davamçıları üçün sevinirlər. Onlar bir-biri ilə söhbətlərində, qorxudan və kədərdən xilas olacaq qardaşlarının da onlara qoşulacağını yada salırlar. Şəhidlər bundan fərəhlənir və sevinirlər ki, nə onlar və nə də onlara qoşulacaq qardaşları bir daha heç bir bədbəxt hadisə və acı xəbərlə üzləşməyəcəklər və şəhid­ləri çulğayan bu şadlıq hissi onların təntənəsini mütləqləşdirir. Onlar bir-birini böyük mükafatla – möminləri təltif etməyi unutmayan Rəbbin mər­hə­məti və onlara göstərdiyi lütfkarlığı ilə təbrik edirlər. Əksinə, O, müka­fatları daha da artırır, Öz qullarına minnətdarlıq edir və Öz lütfü ilə onlara, hətta öz səyləri ilə layiq olmadıqları halda belə, nemətlər bəxş edir.
Bu ayələr dünyadan ayrılandan sonra Qiyamət gününədək qalına­caq bərzəx aləmində xoşbəxtliyin gerçəkliyinə dəlalət edir. Ayələr, şə­hid­lərin Rəbbin dərgahında ən uca məqamlardan birini tutduqlarını, mömin­lər öldükdən sonra, onların ruhlarının bir-biri ilə görüşməsini və hətta bir-birinə baş çəkməsini təsdiq edir.

ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ    ﯬ  ﯭ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ    ﯴ  ﯵ  

(172) “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəm­bəri­nin də­vətini qə­bul etdilər. İçərilərindən yaxşı işlər gö­rən­lər və Allah­dan qorxanlar üçün bö­yük bir mükafat vardır”.

ﯶ  ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯼ  ﯽ  ﯾ  ﯿ      ﰀ  ﰁ  ﰂ  ﰃ  ﰄ  ﰅ  ﰆ  ﰇ  

(173) “Bəzi adamlar onlara: “Ca­maat si­zə qarşı ordu topla­yıb­dır, onlardan qor­xun!”– de­dilər. Bu, onların imanını da­ha da ar­tırdı və onlar: “Allah bizə ye­tər. O nə gözəl Qoruyan­dır!”– dedi­lər”.

Muhəmməd Peyğəmbər (s.ə.s.) Uhud döyüşündən qayıtdıqdan son­ra səhabələrini yeni yürüşə hazırlaşmağa çağırdı. Onlar aldıqları yaralara baxmayaraq, Allahın və Onun Elçisinin (s.ə.s.) çağırışına cavab verərək səfərə yola düşdülər. Xəmrə əl-Əsəd adlı yerdə adamlara rast gəldilər. Onlar xəbər verdilər ki: “Qureyşlilər sizinlə döyüşməyə hazırlaşıblar və bu dəfə sizi tamamilə məhv etmək istəyirlər”. Onlar müsəlmanları qor­xutmaq istəyirdilər, lakin onların sözləri səhabələrin imanını artırdı və onları Allah daha da əzmlə təvəkkül etməyə yönəltdi. Səhabələr onlara belə cavab verdilər: “Bütün mühüm məsələlərdə Allahın bizi himayə et­məsi bizə kifayət edər. Biz öz taleyimizi Ona həvalə edirik, çünki O, Öz qullarını hamıdan yaxşı idarə edir və onların mənafeləri haqqında qayğı çəkir”.

ﭑ  ﭒ   ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ   ﭚ  ﭛ  ﭝ  ﭞ  ﭟ   ﭠ  ﭡ 

(174) “Onlar özlərinə heç bir pis­lik to­xunmadan, Allahın ne­məti və mərhə­mə­ti sayəsində geri dön­dülər və Alla­hın razı­lı­ğına tabe oldular. Allah böyük lütf sahibidir”.

Allahın Elçisinin (s.ə.s.) öz səhabələri ilə birlikdə yeni yürüşə çıxması və bundan əvvəlki döyüşdə iştirak etmədiklərindən peşman olan Mədinə sakinləri haqqında xəbər müşriklərə çatdıqda, Allah onların ürəyi­nə qorxu saldı və onlar Məkkəyə qayıtmağı qərara aldılar. Möminlər isə Mədinəyə Allahın bəxşişləri və səxavəti ilə qayıtdılar. O, onları, çətinlik­lərə baxmayaraq Rəbbə pənah aparıb, yürüşə çıxmağa ruhlandırdı. O, Allah yolunda vuruşan döyüşçülərə tam haqq veriləcəyini təyin etmişdi. Səhabələrin Ona səmimiyyətlə itaət etmələri və günahdan çəkinməyə cəhd göstərmələri sayəsində onlar daha böyük mükafata layiq görüldülər.

ﭢ  ﭣ  ﭤ    ﭥ  ﭦ    ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ    ﭬ  ﭭ  
(175) “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Mömin­si­nizsə, onlardan qorxmayın, Mən­dən qorxun!”

Müşriklər müsəlmanları qorxudurdular ki, xalq onlarla döyüşməyə hazırlaşmışdır və şeytanlar da öz əlaltılarının – kafirlərin və münafiqlərin ürəyinə qorxu salırdılar. Allah da müsəlmanlara əmr edirdi ki, müşriklər­dən – şeytanın əlaltılarından qorxmasınlar, çünki onların taleləri və əməl­ləri Onun iradəsi və qədərindən asılıdır. Təkcə Allahdan qorxmaq lazım­dır, çünki O, Onun qarşısında qorxu hissi keçirən və çağırışlarına cavab verən Öz sevimli qullarına yardım göstərir.  
Bu ayə təkcə Allahdan qorxmağın zəruri olduğunu xüsusilə qeyd edərək açıqlayır ki, Onun qarşısında qorxu keçirmək imanın vacib tələb­lərindən biridir. Qulun imanı güclü olduqca, o, öz Rəbbindən daha çox qorxur, həm də bu qorxu insanlara günahlardan çəkinməyə kömək etdikdə o, tərifə layiq görülür.

ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭵ  ﭶ  ﭷ  ﭸ   ﭹ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮄ  ﮅ    ﮆ  ﮇ 

(176) “Küfrə can atanlar səni kə­dər­lən­dirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bil­məzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib et­mə­sin. Onlar üçün böyük bir əzab vardır”.

Peyğəmbər (s.ə.s.) mümkün olan hər şeyi edirdi ki, adamları doğru yola yönəltsin və onlar haqq təlimə qulaq asmaqdan boyun qaçırdıqda məyus olurdu. Məhz buna görə, Allah ona (s.ə.s.) əmr edir ki, müşriklərin küfrə qarşısıalınmaz etiqad etmək arzularından kədərlənməsin. Onlar, Öz dinini möhkəmləndirməyi, Elçisinə (s.ə.s.) kömək göstərməyi və Öz təşəbbüsünü onların yardımı olmadan sona çatdırmağı öhdəsinə götürmüş Allaha bir qətrə belə zərər vura bilməzlər.
Ey Muhəmməd! Onlara baş qoşma və əməllərinə əhəmiyyət vermə. Onlar ancaq özlərinə ziyan vurur, çünki özlərini bu dünyada imandan məhrum edərək, Axirətdə özlərini ağrılı cəzaya məhkum etmişlər. Allah onlara nifrət bəsləyir və onları gələcək həyatda mükafatlandıracağını düş­ün­mür. Buna görə, Allah sevimli qullarını və xeyir dilədiyi kimsələri ruh­landırdığı kimi, onlara yaxşı əməllər işlətməyə kömək göstərmir. O, onlarla ədalət və hikmətlə rəftar edir, axı Ona məlumdur ki, onlar düz yolla getməyə layiq deyillər və doğru nəsihətlərə qulaq asmaq istəmirlər. Bunun səbəbi onların pozğun əxlaqında və bəd niyyətlərindədir.

ﮈ  ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ     ﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ 
(177) “Doğrudan da, imanı əl­dən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları üzü­cü bir əzab göz­lə­yir”.

Allah xəbər verir ki, əgər insanlar, pullarını mal almağa sərf edən tacirin arzuladığı kimi, iman qarşısında üstünlüyü küfrə verir və ona eti­qad edirlərsə, onlar Allaha heç bir zərər vurmurlar. Onlar öz əməlləri ilə ancaq özlərinə zərər vurur və özlərini iztirablı cəzaya məhkum edirlər. Məgər onlar Ona iman gətirməkdən tamamilə boyun qaçırdıqda Rəhmana zərər vura bilərlərmi? Onun onlara qətiyyən ehtiyacı yoxdur və Öz dini üçün öz Rəbbinin işini müdafiə etmələrinə razılıq verilmiş saleh, nəcib, dərrakəli və sağlam düşüncəli igid kişilər hazırlamışdır.
Bir başqa ayədə deyilir: “De: “İstər ona inanın, istərsə də inan­mayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” – deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır” (İsra, 107-109).

ﮕ  ﮖ  ﮗ  ﮘ      ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮟ    ﮠ  ﮡ  ﮢ  ﮣ   ﮥ  ﮦ  ﮧ  ﮨ 
  
(178) “Kafirlər elə güman et­mə­sinlər ki, Bizim onlara möh­lət verməyimiz xe­yirlərinədir. Biz onlara ona görə möhlət veri­rik ki, gü­nahlarını daha da artır­sın­lar. Onlar üçün alçaldıcı bir əzab ha­zır­lanmışdır”.

Qoy öz Rəbbinə iman gətirməkdən imtina edən, Onun dini ilə düş­mənçilik edən və Onun Elçisinə (s.ə.s.) qarşı vuruşan kafirlər elə fikirləş­mə­sinlər ki, Biz onları bu dünyada cəzalandırmırıq, onların kökünü kəs­mirik; onların ömrünü uzadırıq ki, uğursuzluqlarını çoxaldaq və onları daha sərt cəzalara düçar edirik. Biz zalımlara möhlət veririk ki, onların azğınlığı və kafirliyi daha da artsın və sonra onları hökmən Öz Qüdrətli və Hökmlü Çəngimizlə yaxalayaq. Qoy onlar ixtiyarlarına verilən möhlət­dən özlərini gözləsinlər və elə düşünməsinlər ki, Böyük və Uca Rəbbi aldada bilərlər!

ﮩ  ﮪ         ﮫ  ﮬ ﮭ  ﮮ  ﮯ   ﮰ  ﮱ  ﯓ  ﯔ    ﯕ  ﯖ  ﯗ  ﯙ  ﯚ   ﯛ  ﯜ   ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯧ  ﯨ   ﯩ  ﯫ  ﯬ  ﯭ  ﯮ  ﯯ ﯰ  ﯱ 

(179) “Allah pisi yaxşıdan ayır­mayın­ca möminləri sizin oldu­ğu­nuz vəziyyət­də tərk edən de­yildir. Allah sizə qeybi bil­dirən deyildir. La­kin, Allah Öz elçi­lərindən istə­diyini seçər. Odur ki, Alla­ha və Onun elçi­lərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər”.

İlahi hikməti Allaha yol verməz ki, möminləri onların aralarındakı yalançılar və münafiqlərlə başlı-başına buraxsın və bun görə O, nadürüst adamları vicdanlılardan, möminləri – münafiqlərdən, doğru danışanları isə yalançılardan ayırır. Allahın müdrikliyi Ona imkan vermir ki, digər məx­luq­ların gizlətdikləri haqqında qeybə aid bilikləri Öz qullarına bildirsin. Bu müdriklik Ondan tələb edir ki, qullarını imtahana çəksin və müxtəlif yoxlamalara məruz qoyaraq, yaramazların və vicdanlıların arasındakı fər­qin özü-özünü büruzə verməsinə nail olsun.
Bu məqsədlə Allah elçilər göndərir və insanlara onlara tabe olmağı və inanmağı əmr edərək, iman və təqva sahibi olanlar üçün böyük mü­kafat müəyyənləşdirir. O istəyir ki, adamlar elçilərə müxtəlif münasibət bəsləsinlər və itaət edənlərə və etməyənlərə, iman gətirənlərə və müna­fiq­lərə, müsəlmanlara və kafirlərə ayrılsınlar. O, bunları ona görə istəyir ki, insanların bir qismi mükafata layiq olsunlar, digərləri isə özlərini cə­za­ya məhkum etsinlər ki, bütün məxluqlar da Onun ədalətinə, mərhə­mətinə və müdrikliyinə əmin ola bilsinlər.

ﯲ   ﯳ  ﯴ  ﯵ  ﯶ    ﯷ  ﯸ  ﯹ  ﯺ  ﯻ  ﯼ     ﯽ  ﯿ  ﰀ  ﰁ   ﰂ  ﰄ  ﰅ  ﰆ  ﰇ  ﰈ  ﰉ   ﰋ  ﰌ  ﰍ  ﰎ  ﰐ  ﰑ   ﰒ  ﰓ  ﰔ  

(180) “Allahın Öz lütfündən bəxş etdi­yini xərcləməyə xəsis­lik edən­lər elə gü­man etməsin­lər ki, bu, on­ların xeyrinə­dir. Əksinə, bu, onlar üçün pisdir. On­ların xəsislik et­dikləri şey qiyamət gü­nü boyun­larına do­la­nacaqdır. Göylərin və yerin mi­rası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbər­dardır”.

Allahın var-dövlət, cəmiyyətdə yüksək vəzifə, bilik və bir çox di­gər nemətlər bəxş etdiyi, onları, özünə zərər vurmadan başqaları ilə bölüş­mək hökmü verdiyi, Allahın hökmünü yerinə yetirməyən, onlara göstə­ri­lən səxavəti özlərində saxlayan, Allahın qullarına yaxşılıq etməyə simiclik edən – böyük mərhəmət göstərilmiş xəsis adamlar qoy fikirləşməsinlər ki, onlar öz xeyirlərinə çalışırlar. Əksinə, onlar öz imanlarına, maddi yaşayış­larına zərər vurur və hazırda və gələcəkdə olacaq nə varsa, hamısını məhv edirlər.
Qiyamət günü yığdıqları var-dövlət onların boyunlarına dolanacaq və onlara böyük əzab-əziyyət verəcək. Bir səhih hədisdə deyilir: “Qiya­mət günü xəsis adamın var-dövləti onun qarşısında dazbaş ilan surə­tində dayanacaq. O, onun boynuna dolaşacaq, sonra onun ağzının künc­lərindən tutub deyəcək: “Mən – sənin var-dövlətinəm! Mən – sənin daş-qaşınam!” Deyilənləri təsdiq edərək, Peyğəmbər (s.ə.s.) yuxarıdakı ayəni oxudu.
Günahkarlar düşünürdülər ki, xəsislik onlara fayda verəcək və şərəf gətirəcək, lakin hər şey əksinə oldu, çünki xəsislik və simiclik onlara ən böyük ziyan vurdu və  cəzalandırılmalarına səbəb oldu.
Allah – səltənətin Vahid Hökmdarıdır və bütün Kainatın zənginliyi, son nəticədə, təkcə Ona qalacaqdır. Qullar isə bu dünyanı, bir dirhəmi və hər hansı başqa əşyası belə olmadan, tərk edəcəklər. Uca Allah buyurur: “Şübhəsiz ki, Yerə və onun üstündə qa­lanlara təkcə Biz sahib çıxa­cağıq.  Onların qayıdışı Bizə olacaqdır” (Məryəm, 19/40).
Xatırlanan bu məsələlər barəsində bir düşünün! Onlar hər bir insanı, onlara bəxş edilmiş nemətləri sərf etməkdə xəsislik göstərməməyə məcbur edir. Allah əvvəlcə yada salır ki, insanın var-dövləti və mal-mülkü ona Rəbbin mərhəməti sayəsində əta edilmişdir və onun əbədi mülkiyyəti deyildir. Axı Allahın lütfü olmasaydı, o, heç vaxt onu əldə edə bilməzdi. Buna görə, bu neməti ətrafdakılara verməkdən boyun qaçırmaqla, o, əslində, onlara Allahın mərhəmətini və yaxşılığını göstərməkdən imtina edir, halbuki Onun insana olan xeyirxah münasibəti həmin insana da Allahın qullarına yaxşılıq etməyi həvalə edir. Uca Allah əbəs deməmişdir: “Allahın sənə verdiyi ilə Axirət yurduna can at... Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad tö­rətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir” (Qəsəs, 28/77).
İnsan dərk edəndə ki, əldə etdiyi mal-mülk – Allahın mərhəmə­tindəndir, o, başqa insanlara, əgər bu ona heç bir ziyan vurmursa, kömək etməkdən boyun qaçırmamalıdır. Bu, onun qəlbini nəcibləşdirir, malını paklaşdırır, imanını artırır və onu müsibətlərdən saxlayır.
Sonra Allah xatırladır ki, qulların malik olduqları bütün var-dövlət mütləq Ona qaytarılacaq. Uca Allah Kainatın bütün var-dövlətinin vari­sidir, axı O, irsə ən yaxşı sahib olandır. Buna görə də, tamamilə ağlasığ­maz bir şeydir ki, sədəqə verməkdə xəsislik edəsən və var-dövlətdən bərk-bərk tutub saxlayasan, halbuki o, səni onsuz da tərk edəcək və başqasına qismət olacaqdır.
Nəhayət, Allah labüd olan əvəz haqqında xəbərdarlıq edir, çünki məxluqların etdiyi hər şey Ona məlumdur. Bütün əməllər haqqında kamil biliyə malik olaraq Allah mütləq xeyirxah əməllərə görə yaxşılıq edəcək və cinayətlərə görə cəzalandıracaqdır. Əgər insan, heç olmazsa bir qətrə iman sahibi də olsa, o, sədəqə verməkdə ləngiməməlidir, çünki onun əvəzində ona bol mükafat veriləcəkdir. İnsan, onu əzab-əziyyətə düçar edəcək maddi nemətləri əlində cəmləşdirməklə kifayətlənməməlidir.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ  ﭛ   ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ     ﭣ  ﭤ    ﭥ  ﭦ  ﭧ  ﭨ 
(181) ““Allah kasıbdır, biz isə varlı­yıq!”– deyənlərin sözünü Allah eşitdi. Biz onların dedik­lə­rini və haqsız olaraq pey­ğəmbər­ləri öldürmələrini yaza­caq və onlara deyəcəyik: “Da­dın yandırıb-yaxan Odun əzabını!”
ﭩ  ﭪ  ﭫ  ﭬ    ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ 

(182) “Bu, öz əllərinizlə etdi­yiniz əməl­lərə görədir. Yoxsa Allah qullarına zülm edən de­yildir”.

Uca Allah bu ayələrdə ağızlarından çirkin, qorxulu və mənfur sözlər çıxarmağa cəsarət etmiş qaba cinayətkarlardan bəhs edir. Allah onların sözlə­rini eşitmiş, onları yazmış və onları bu mürtədlərin yaramaz əməlləri ilə birlikdə hökmən saxlayacaqdır. Onların günahlarından biri, onlara səmimi qəlbdən yaxşılıq istəyən peyğəmbərləri qətlə yetirmələri idi.
Onlar mütləq ən ağır cəza alacaqlar və onların: Allah kasıbdır, onlar isə varlıdırlar demələrinə cavab olaraq, onlara şölələnən Odu dadmağı əmr edəcəklər. Alov onların bədənini yandıracaq, öz dilləri ilə onları dəlib de­şəcək və ürəklərinə qədər keçəcək.. Amma Allah tərəfindən verilən hətta belə dəhşətli cəza da ədalətsiz olmayacaqdır, çünki O, heç vaxt Öz qullarına əziyyət vermir və zorakılıqdan sonsuzluğa qədər uzaqdır. Günahkarlar bu qisasa, onların cəzalandırılmasına və mükafatdan məhrum edilməsinə səbəb olan pozğun və biabırçı əməllərinə görə layiq görülmüşlər.
Quran şərhçilərinin sözlərinə görə bu ayə belə dəhşətli sözlər söylə­miş bir qrup yəhudi barədə nazil edilmişdir. Onlardan biri Mədinədən yəhudi ağsaqqalı və alimi Fənxas b. Azura olmuşdur. Allahın: ““Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar...” (Bəqərə, 2/245) və “...Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin...” (Muzzəmmil, 73/20), ayələrini eşidib, o, qürrələnərək, bildirmişdi ki, Allah kasıbdır, onlar isə varlıdırlar.
Allah bu sözləri xəbər verərək, bildirir ki, bu, yəhudilərin ilk yaramaz əməli deyil, onlar əvvəllər də belə dəhşətli cinayətlər edərdilər və hətta Allahın elçilərini zalımcasına qətlə yetirərdilər. Allah peyğəmbərlərin öldü­rül­məsini zalımlıq adlandıraraq, bununla nəzərə çatdırmaq istəyir ki, bu cinayətin əxlaqsız əməl olması yəhudilərə məlum idi. Onların cinayətinin səbəbi cahillik və yanlışlıq deyildi, səbəb – onların əxlaqsızlığı və inadkarlığı idi.
ﭳ  ﭴ  ﭵ         ﭶ  ﭷ  ﭸ    ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ       ﭿ  ﮀ  ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ      ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ ﮏ  ﮐ  

(183) “Onlar dedilər: “Allah biz­dən əhd almışdı ki, heç bir elçiyə, odun yan­dıracağı bir qur­ban gə­tir­məyincə inan­ma­yaq”. De: “Mən­dən əvvəl də sizə el­çilər açıq-aydın dəlil­lərlə və dediyiniz qur­banla gəl­miş­dilər. Əgər doğru danı­şanlarsı­nızsa, onda nə üçün onları öl­dü­rür­dünüz?”

Uca Allah, Ona çox böyük iftira atmış yalançılar barədə xəbər verir ki, guya Allah onlarla əhd bağlamış və onlara tapşırmışdır ki, heç bir elçiyə, odda yandırılan bir qurban ver­mə­yincə, inanmasınlar. Onlar Allaha böhtan ataraq öz müdhiş iftiraları ilə peyğəmbərlik nişanələrinin hüdudlarını daralt­dılar. Onlar, odda yandırılan qurbanlıq görmədikcə, elçilərə iman gətirmək­dən boyun qaçırırdılar və iddia edirdilər ki, bu qayda ilə öz Rəbbinə itaət və Ona verdikləri əhdə riayət edirlər. Yaxşı məlumdur ki, Allah Özünün bütün elçilərinə dəlillələr və möcüzələr bəxş etmişdir. Onların hər biri kifayət edərdi ki, insanlar onlara inanaraq həqiqi dinə gəlsinlər və bu möcüzələr o mürtədlərin dedikləri ilə heç məhdudlaşmırdı da.
Bununla belə, zalımlar öz uydurduqları yalanla da qane olmurdular və buna görə də Allah Öz Elçisinə (s.ə.s.) buyurur ki, desin: “Mənə qədər də sizə, onların gerçəkliyini təsdiq edən aydın dəlillərlə elçilər gəlirdi. Onların arasında odun yandırdığı qurbanı gör­müş­dünüz. Əgər siz  odun yandırdığı qurbanı göstərən o elçilərə doğrudan da inanan idinizsə, həmin elçiləri niyə öldürürdünüz? Bu ancaq sizin yalanınızı, sizin inadkarlığınızı və sizin məntiqsizliyinizi ifşa edir”.

ﮑ  ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ      ﮚ  ﮛ  ﮜ    ﮝ 
  (184) “Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əv­vəl açıq-aydın dəlillər, müqəd­dəs ya­zılar və nur sa­çan Kitab­la gəlmiş elçiləri də yalançı hesab etmiş­dilər”.

Ey Muhəmməd! Allaha iman gətirməmək və Allahın elçilərini tanı­mamaq zalım adamlara məxsusdur və onlardan əskik olmayan bir xislət­dir. Onlar elçilərə inanmaqdan imtina edirlər, lakin bunu, peyğəmbərlərin təbliğ etdiklərindən xəbərdar olmadıqlarına və ya onların dəlillərinin doğ­ruluğuna şübhələndiklərinə görə belə etmirlər, axı Allahın elçiləri onlara təkzibolunmaz məntiqli dəlillər və müqəddəs mətnlər təqdim edirdilər. Onlar o zalımlara səmadan nazil edilmiş kitabları göstərirdilər ki, bunları ancaq Allahın elçiləri əldə edə bilərdilər. Onlar insanları dini hökmlərin və gerçək əhvalatların vəhy edildiyi və həmçinin gözəl məntiqi dəlillərin izah edildiyi Kitabları oxumağa öyrədirdilər. Əgər zalımlar belə ecazkar xüsusiyyətlərə malik olan elçiləri inkar etməyə alışmışdılarsa, onda onla­rın rəftarı səni kədərləndirməməli və onların taleyi də səni narahat etmə­məlidir.

ﮞ  ﮟ  ﮠ  ﮡ   ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮩ  ﮪ   ﮫ  ﮬ   ﮭ  ﮮ  ﮯ  ﮰ  ﯓ  ﯔ  ﯕ      ﯖ  ﯗ  ﯘ  ﯙ 
(185) “Hər bir kəs ölümü da­da­caqdır. Lakin Qiyamət günü mü­­kafatlarınız si­zə tam verilə­cəkdir. Kim Oddan uzaq­laşdı­rılıb, Cən­nətə daxil edilərsə, o uğur qazan­mış olar. Dünya həyatı isə al­da­dıcı ləzzətdən başqa bir şey de­yildir”. 

Bu gözəl ayə dünya nemətlərinə tamah salmamağa çağırır, çünki onlar fani və keçici, dünya həyatı isə bütövlükdə maddi həzlə aldan­maq­dan ibarətdir. Dünya nemətləri öz nəşəsi və ləzzəti ilə insanları tamahlan­dırmaqla onları azdırır və bundan sonra insanlar onlardan ayrılaraq əbədi məskənə köçürlər. Orada hər kəs dünya həyatında etdiyi yaxşı və yaman əməllərinə görə əvəzini bütünlüklə alır. İnsan Cəhənnəmdən qorunmağa və Cənnət bağlarına girməyə nail olduqda, o, böyük uğur qazanır, müdhiş cə­zadan xilas olur və səadət bağlarında məskunlaşır ki, orada gözlərin gör­mədiyi, qulaqların eşitmədiyi və hətta insanın təsəvvürünə belə gətir­mə­diyi şeylər cəmləşdirilmişdir. Ayədən aydın olur ki, insan Cəhənnəm­dən çıxarılıb Cənnət bağlarına salınmazsa, o, heç vaxt uğur əldə edə bil­məz. Belə olduqda, o, əbədi bədbəxtçiliyə və sonu tükənməz cəzaya məh­kum ola­caqdır.
Bu ayədə Məhşər günü başlanana qədər davam edəcək məm­nun­luğa və ölümdən sonra cəzalandırılmaya incə bir eyham vardır. İnsanlar törətməyə imkan tapdıqları bir sıra əməllərinə görə bu aralıq dünyada (bərzəxdə) layiq olduqları əvəzi qismən alırlar. Belə bir nəticəyə, insan­ların ancaq Qiyamət günü tam əvəz alacaqları haqqında rəyə görə, gəlmək mümkündür; bərzəx aləmində isə onlar etdiklərinin əvəzini qismən ala­caqlar. Əvəzin bir qismini də insanlar bu dünyada ikən alırlar. Uca Allah buyu­rur: “Ən böyük əzabdan əvvəl Biz onlara mütləq ən kiçik əzab­dan dünya əzabından daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar” (Səc­də, 32/21). 
  ﯛ  ﯜ  ﯝ      ﯞ  ﯟﯠﯡﯢﯣ   ﯤﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ   ﯬ  ﯭ  ﯮ  ﯯ  ﯰ  ﯱ   ﯲ   ﯳ     ﯴ  
(186) “Siz hökmən malınız və canı­nız­la sınaqdan keçiriləcək­si­niz. Sizdən əv­vəl Kitab veri­lən­­lərdən və müşriklər­dən bir çox əziyyət­verici sözlər eşidə­cəksiniz. Əgər səbr edib Allah­dan qorx­sanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllər­dəndir”.

Uca Allah möminlərə bildirir ki, var-dövlət hökmən onlar üçün bir aldanma vasitəsi olacaqdır, çünki onlar onu Allah yolunda vacib və kön­üllü sədəqələr verməklə sərf etməlidirlər. Onları azdıran səbəblərdən biri də özləri olacaqlar, axı onlar, insanların əksəriyyəti üçün ağır olan vəzi­fələri yerinə yetirməli idilər. Onlar döyüşdə iştirak etməli, çətinliklərə və məhrumiyyətlərə qatlaşmalı, ölümlə üz-üzə gəlməli, əsir düşməli, yarala­nıb xəstələnməli olacaqdılar və bütün bunlara ya onların özləri, ya da əzizləri məruz qalacaqdılar. Kitab əhlindən və müşriklərdən isə onlar çox­lu xoşagəlməz sözlər eşitməliydilər – onları, onların dinini, Kitabını və Elçi­sini (s.ə.s.) təhqir edəcəkdilər. Allah bu barədə mömin qullarına xəbər verir. Sınaqlar və aldanmalar onlara böyük fayda gətirir.
Birincisi, ilahi hikməti tələb edir ki, belə sınaqlar vasitəsilə həqiqi möminləri yalançılardan ayırsın.
İkincisi, Allah Öz qulları üçün sınaqdan keçməyi öncədən müəy­yən edir ki, onlara nemətlərini bəxş etsin, onları yüksəltsin, onların gü­nahlarını yusun, imanını artırsın və etiqadını kamilləşdirsin. Allah mömin­lərə olacaq labüd çətinlikləri bildirir ki, onlar baş verdikdə möminlər Allahın və Onun Elçisinin (s.ə.s.) doğruçuluğuna əmin ola bilsinlər. Bununla əlaqədar Uca Allah buyurur: “Möminlər müttəfiqləri gör­dük­də: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı” (Əhzab, 33/22).
Üçüncüsü, Allah gələcək sınaqlar haqqında ona görə xəbər verir ki, möminlər öz talelərinə itaətkar olsunlar və qismətlərinə sınaqdan çıxmaq düşəndə lazımi qədər səbir edə bilsinlər, axı əgər onlar sınaqlara hazırlaş­salar, onlardan uğurla çıxmaq asan olar. Şübhəsiz ki, bundan ötrü onlar dö­zümlü, səbatlı və təqvalı olmalıdırlar. Onlar əmlakları və öz canları ilə bağlı sınaqlardan səbirlə keçməli, zalımların verdiyi əziyyətə mətinliklə sinə gərməli və bu zaman təkcə Allahdan qorxmalıdırlar. Bu isə o demək­dir ki, möminlər ancaq Onun xatirinə səmimi qəlbdən səbirli olmalı, bunun vasitəsi ilə Ona yaxınlaşmağa can atmalı və yol verilən əməllərin həddini aşmamalı, Allahın düşmənlə­rindən intiqam almaq lazım gəldikdə və müsəlmanlara təhqirlərə dözmək qadağan olduğu hallarda lüzumsuz səbirlilik göstərməməlidir.
Möminlər qətiyyət göstərməli və səbirli olmaqda və təqvalılıqda hətta bir-biriləri ilə rəqabət aparmalıdırlar. Lakin bu, ancaq qəti niyyətə və yüksək məqsədə malik olan şəxslərə nəsib olur. Elə buna görə Uca Allah buyurur: “Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (Fussilət, 41/35).

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ       ﭚ  ﭛ  ﭜﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ    ﭢ  ﭤ  ﭥ  ﭦ  ﭧ 
(187) “O zaman Allah Kitab ve­ri­lən­lərlə əhd bağlayıb: “Siz o Kitabı mütləq insanlara ay­dınlaş­dıracaqsınız və onu giz­lət­məyə­cək­siniz!”– deyə bu­yurdu. Onlar isə bu əhdi qulaq­ardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir!”

“Əhd” sözü ilə Uca Allahın Kitab verdiyi və bilik nazil etdiklə­rin­dən Onun aldığı mühüm və ciddi vədə ifadə edilmişdir. Bu əhdə görə, onlar insanlara ehtiyacları olduğu və Allahın onlara öyrətdiyi hər şeyi izah etməyi Onun qarşısında söz vermişdilər. Onlar vəd etmişdilər ki, aldıqları biliyi gizlətməyərək, ətrafdakılarla bölüşəcək, xüsusilə də, şərait onları haqqı izah etməyə vadar etdikdə, onlar özləri buna maraq göstərəcəklər. Belə bir vəziyyətdə gerçək biliyə malik olan hər bir kəs, zəruri izahat verməyə və həqiqəti yalandan fərqləndirməyə kömək göstərməyə borclu­dur.
Möminlər öz vəzifələrini vicdanla yerinə yetirirdilər və Allahın onlara öyrətdik­lərini, Onun razılığını qazanmağa can ataraq, ətrafdakılara qayğı göstərərək və həqiqi biliyi, günah olduğu hallarda gizlətməyərək, insanlara öyrədirdilər. Kitab əhlinə - yəhudilərə və xristianlara – və onlara oxşar günahkarlara gəldikdə isə, onlar Allahla bağ­la­­dıqları əhdi bir kənara ataraq ona heç bir əhəmiyyət vermədilər. Onlar həqiqəti gizlət­məyə və yalanı isə yaymağa başladılar, kobud cinayətlər törətməyə cəsarət etdilər, Allah və Onun məxluqları qarşısında öz vəzifələrinə laqeyd yanaşdılar. Onlar gizlətdik­­ləri həqiqi biliyə görə cüzi qazanc – hakimiyyət və nifrətamiz zənginlik əldə etdilər ki, bəziləri bunlara, öz nəfslərinə uyan və həqiqət qarşısında üstünlüyü ehtiraslarına qurban verən əxlaqsız günah­karların əli ilə nail olurlar.
Onların nifrətamiz faydalarla qane olaraq və əbədi xoşbəxtlik və bütün dini və dünyəvi işlərində uğur qazana biləcəkləri həqiqəti izah etməkdən boyun qaçıraraq əldə etdikləri necə də pisdir! Amma əslində məhz bu, insanın ən böyük və ən müqəddəs məqsədi olmalıydı. Onlar heç bir dəyəri olmayan baxışlara üstünlük verərək, özlərinin talesizliklərindən və alçaqlıqlarından və həmçinin, xəlq edildiklərindən başqa bir şeyə layiq olmadıqlarına görə, uca və yüksək əxlaqi dəyərlərə malik dini rədd etdilər.



ﭨ  ﭩ  ﭪ  ﭫ     ﭬ   ﭭ  ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ   ﭶ  ﭷ  ﭸ  ﭺ  ﭻ  ﭼ  ﭽ 

(188) “Törətdikləri əməllər­dən fərəhlə­nən və etmədikləri işlərə görə tərif olun­mağı xoşlayan kim­sələrin əzabdan qur­tula­caq­larını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlan­mışdır”.

İnsanlar arasında elələri var ki, onlar öz qüsurlu əməllərinə və yalançı kəlamlarına sevinirlər. Onlar etmədikləri yaxşı işə görə və demə­dikləri doğru sözlərə görə təriflənməyi sevirlər. Onlar nəinki pis işlər gö­rür və pis sözlər danışır, həm də buna sevinirlər və yerinə yetirmə­dikləri xeyirxah işlər üçün təriflənmələrini xoşlayırlar. Buna görə, onların iztirab­dan xilas olacaqları haqqında düşünməyə belə dəyməz. Əksinə, onlar cəzalandırıl­mağa layiqdirlər və ona məruz qoyulacaqlar.
Bu gözəl ayə, əldə etdikləri biliyə sevinən və Allahın Elçisinə (s.ə.s.) tabe olmaq istəməyən və öz əməllərinin və mülahizələrinin doğru olduğunu güman edən Kitab əhlinə aiddir. Eyni şeyi dinə yenilikçilik gəti­rən və ya bidətçi çıxışları edən hər hansı bidət əhli haqqında da demək olar. Beləsi etdiklərinə sevinərək, başqalarını da eynilə davranmaya çağı­rır və özünün haqlı olduğunu zənn edir. Bütün bidətçilər, həqiqətən də, belə keyfiy­yətlərə malikdirlər.
Bu ayədən belə bir nəticə çıxarmaq olar ki, əgər bir insan, onun, nümayiş etdirmək və şöhrətpərəstlik məqsədilə deyil, səmimiyyətlə Allah xatirinə həyata keçirdiyi yaxşı əməllərinə görə təriflənməyi xoşlayırsa, onda o, qınağa layiq görülmür. Əksinə, müsəlman buna can atmalıdır, çün­ki Allah, belə xeyirxahlıqlar edənləri və faydalı nəsihətlərlə çıxış ed­ən­ləri mükafatlandıracağını vəd etmişdir. Allah bu qaydada Öz seçilmiş qul­larını mükafatlandırmışdır və onlar özləri Ondan bunu xahiş etmişlər.
İbrahim peyğəmbər (ə.) demişdir: “Sonra gələnlər arasında hə­mi­şə yad edilim deyə mənə yaxşı ad qismət et!” (Şuəra, 26/84).
Uca Allah buyurur: “aləmlər içində Nuha salam olsun! Həqiqə­tən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq” (Saffat, 37/79-80).
Digər bir ayədə xəbər verilir ki, Rəhmanın qulları deyirlər: “...Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan, 25/74). Yaxşı şöhrət – Yaradanın qullarına bəxş etdiyi və onları həmd və şükür etməyə yönəldən nemətidir.
ﭾ  ﭿ    ﮀ  ﮁ  ﮃ  ﮄ  ﮅ          ﮆ  ﮇ  ﮈ 

(189) “Göylərin və yerin hökm­­ranlığı Allaha məxsusdur. Allah hər şeyə qa­dir­dir”.

Allah göylərin, yerin və onlarda olan bütün məxluqların Hökmdarı­dır. O, onları Öz kamil qüdrəti və fövqəladə məharəti sayəsində idarə edir və heç kim Ona maneçilik törədə və ya Ondan qaçıb qurtula bilməz.

ﮉ  ﮊ      ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ  ﮑ     ﮒ  ﮓ  ﮔ 
(190) “Doğrusu, göylərin və ye­rin xəlq edilməsində, gecə ilə gün­düzün bir-bi­rini əvəz etmə­sində ağıllı adamlar üçün dəlillər var­dır”.
ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ      ﮚ  ﮛ  ﮜ  ﮝ   ﮞ  ﮟ  ﮠ     ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩ       ﮪ  
(191) “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uza­nanda da Allahı yad edir, göy­lərin və yerin yaradılması haq­­qında düşü­nür­ və deyirlər: “Ey Rəbbi­miz! Sən bunları əbəs yerə xəlq etmə­misən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!”

ﮫ  ﮬ   ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯔ  ﯕ  ﯖ    ﯗ  ﯘ 
(192) “. Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların kö­məkçiləri olmaz”.

ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ    ﯠ  ﯡ  ﯢ  ﯤ  ﯥ  ﯦ  ﯧ  ﯨ  ﯩ    ﯪ  ﯫ  ﯬ  ﯭ  ﯮ 

(193) “Ey Rəbbimiz! Həqiqə­tən, biz: “Rəbbinizə iman gə­tirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günah­ları­mızı bizə bağışla, təqsirləri­mizdən keç və canımızı itaət­kar­larla bir yerdə al!”

ﯯ  ﯰ  ﯱ  ﯲ   ﯳ  ﯴ  ﯵ   ﯶ  ﯷ  ﯸ  ﯺ  ﯻ  ﯼ  ﯽ  ﯾ  
(194) “Ey Rəbbimiz! Öz elçi­lə­rinin va­si­təsi ilə bizə vəd et­diklə­rini ver və Qi­yamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”

Uca Allah bu ayələrdə bildirir ki, göylərin və yerin yaradılmasında və həmçinin gündüzlə gecənin bir-birini əvəz etməsində ağıllı insanlar üçün dəlillər vardır. Allah bu ifadəsi ilə qullarını fərasətli olmağa, Onun dəlilləri və Kainatın yaradılması üstündə düşünməyə çağırır. O, bu də­lil­lə­rin çoxsaylı və çoxtərəfliliyini vurğulayaraq onların nəyə işarə etdiklərini bildirmir. Bunun səbəbi ondadır ki, onların arasında baxanları heyrətə salan, düşünənləri inandıran, doğruçu insanların qəlbini özünə cəzb edən və ağıllı insanların diqqətini həqiqi dəyərlərə yönəldən son dərəcə gözəl dəlillər vardır.
Onların hər biri haqqında ayrıca danışmaq mümkün deyil, çünki məxluqlar onları saymağa və ya öz təfəkkürü ilə heç olmazsa onların bir hissəsini dərk etməyə qadir deyillər. Onlardan ümumiyyətlə bəhs etdikdə isə, qeyd etmək lazımdır ki, yaradılmış varlıqların ecazkar və möhtəşəm ölçüləri və həmçinin müəyyən qaydaya uyğun yerdəyişməsi və hərəkəti Yaradanın əzəmətinə, hüdudsuz hakimiyyətinə və mütləq qüdrətinə dəla­lət edir. Yaradılmışlara xas olan dəqiqlik, kamillik və zəriflik Onun müd­rik­liyinə, hər şeyi əhatə edən elminə, Onun hər şeyi öz yerində qoymaq qabiliyyətinə şahidlik edir. Bəzi məxluqların digərlərinə verdiyi çox bö­yük fayda Onun hüdudsuz mərhəmətinin sübutudur və onları Ona həmd və şükür etməyə borclu edir. Bütün deyilənlər birlikdə ona dəlalət edir ki, yaradılmışlar öz Xaliqi və Yaradanı ilə rabitə axtarmalı, Onun lütfkarlı­ğını qazanmağa səy göstərməli və nə göylərdə, nə də yerdə nə özünə, nə də ətrafındakılara ən kiçicik fayda verməyə belə qabil olmayanları Ona şərik qoşmamalıdır. Lakin bu dəlillər ancaq ağıllı insanlar üçün nəzərdə tutulmuşdur, çünki təkcə onlar dəlillərdən fayda çıxarırlar və onları təkcə gözləri ilə deyil, həm də təfəkkürləri ilə görməyə cəhd göstərirlər. 
Sonra Allah buyurur ki, düşüncəli insanlar istənilən vəziyyətdə: ayaq üstə, oturduğu və ya böyür üstə uzandığı halda Onu xatırlayırlar. Bu, Allahı dillə və qəlblə, həmçinin namazda bütün formalarda zikr edilmə­si­nə aiddir. Məlumdur ki, onu ayaq üstdə qılmaq lazımdır, lakin namaz qılan bunu edə bilmədikdə, onda ona oturaraq namaz qılmağa icazə verilir. Əgər o, bunu da edə bilmirsə, onda böyür üstə uzanaraq namaz qılınmasına yol verilir.
Allah bildirir ki, ağıllı insanlar göylərin və yerin yaradılması üzə­rində düşünürlər və bu vasitə ilə Kainatın nəyin xatirinə xəlq edildiyini müəyyənləşdirirlər. Buradan aydın olur ki, düşüncə ibadət formasıdır və Allahın Özünə yaxın saydığı və hikmətli biliklər əta etdiyi məxluqlarını fərq­lən­dirən əlamətdir. Onlar bu dünyanın yaradılışı üzərində fikirləşir və başa düşürlər ki, Allah onu nahaq yerə yaratmamışdır. Onlar deyirlər: “Ey Rəbb! Sən Sənin əzəmətinə yaraşmayan hər şeydən sonsuzluğa qədər uzaqsan və buna görə də Kainatı haqla haqq xatirinə yaratmısan. Bundan başqa, onu, Haqqın Özü xəlq etmişdir. Bizi günahlardan xilas et və bizi yaxşı əməllər işləməyə ruhlandır ki, biz Cəhənnəm cəzasından qurtulaq”. Onlar əslində, Allahdan onları Cənnət bağlarına daxil etməyi diləyirlər, çünki Cəhənnəm cəzasından xilas olma Cənnətə düşməyi nəzərdə tutur. Eyni zamanda onların qəlbləri qorxu ilə doludur və buna görə onlar, ilk növbədə, ən vacib hesab etdikləri barədə danışırlar.
Onlar deyirlər: “Ey Rəbb! Sən Cəhənnəmə vasil olan hər bir kəsi böyük rüsvayçılığa düçar edirsən, çünki Cəhənnəm sakinləri Sənin qəzə­binə və həmçinin mələklərin və əməlisaleh möminlərin qəzəbinə düçar olurlar. Onların nəsibi, azad və ya xilas olmaq mümkün olmayan şərəfsiz­likdir. Bu zalım insanlara cəzadan xilas olmağa heç kim kömək etməyə­cəkdir”. Bu o deməkdir ki, günahkarlar Cəhənnəmə öz ədalətsizlikləri və zalımlıqları üzündən düşürlər.
İman sahibləri deyirlər: “Ey Rəbb! Biz Muhəmmədin (s.ə.s.) çağı­rı­şını, haqq dini təbliğ etdiyini və insanları dini onun əsas və ikinci də­rəcəli müddəaları ilə qəbul etməyə dəvət edən çağırışını eşitdik. Biz lən­­gimədən ona iman gətirdik. Bizim günahlarımızı bağışla, nöqsanları­mızı təmizlə və bizi möminlərlə bir yerdə rahatla!”
Bu duadan aydın olur ki, Allah əməlisaleh insanlara böyük lütf­karlıq göstərmişdir. Onlar Allahın nemətlərinə sevinir və öz Rəbbinə yaxınlaşmaq, günahlarının və nöqsanlarının bağışlanmasını istəmək üçün o nemətlərdən istifadə edirlər. Xeyirxah əməllər həmişə cinayətləri və günahları yuyur və əgər Allah insanlara haqq din nəsib edərsə, onda O, hökmən onları hər hansı təhlükədən xilas edər. Bu duadan həm də aydın olur ki, əməlisaleh insanlar Allahdan onları yeni faydalı işlər görməyə ruhlandırmasını və günahlardan uzaqlaşdırmasını diləyirlər, çünki ancaq belə insan möminliyə nail ola və ta ölümünə qədər bu yolda sabit qala bilər.
Saleh insanlar imanlarını sabitləşdirməsi və onları bir də heç vaxt bu lütfündən məhrum etməməsi haqqında xahişləri ilə yanaşı, Allahdan onları mükafatlandırması və Öz elçilərinin vasitəsi ilə etdiyi vədini ger­çək­ləşdirməsi üçün yalvarırlar. Burada söhbət möminlərə bu dünyada qələbə və zəfər veriləcəyi və gələcək həyatda isə mərhəmət və Cənnət bağlarının bəxş ediləcəyi vədindən gedir.

ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ   ﭛ  ﭜ  ﭝ  ﭟ  ﭠ  ﭡ  ﭣ  ﭤ  ﭥ   ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ     ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ   ﭵ     ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  
(195) “Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən yaxşı iş­lər görən istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-biri­nizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziy­yətə düçar olanların, vuruşanla­rın və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağac­ları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahın­dadır”.

Allah möminlərin Ona ibadət vasitəsi olan dualarında kömək haq­qında yalvarış­larını artıq qəbul etmişdir və vəd etmişdir ki, mömin ki­şilərin və mömin qadınların mükafatlarını itirməyəcək. Onlar layiq olduq­ları mükafatı bütünlüklə alacaqlar. Buna görə, mükafatlandırma və cəza­lan­dırma haqqında hökm bütün insanlar üçün qərəzsiz olacaq.
Əgər insan köç etmiş və Allah yolunda məhrumiyyətlərə məruz qalaraq məc­buriyyət üzündən öz mənzilini tərk etmişsə, döyüşlərdə iştirak edərək həlak olmuşsa, əgər o, iman ilə hicrətini uyğunlaşdırmağı bacar­mış­sa, öz Rəbbinin mərhəmətinə təvəkkül edərək doğma torpağından və var-dövlətindən ayrılmışsa və Onun yolunda döyüşlərdə iştirak etmişsə, onda Uca Allah hökmən onun günahlarını bağışlayacaq və onu altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Bu, Allahın mükafatı ola­caq­dır. O, Öz qullarını hətta ən kiçik yaxşılıqlarına görə də səxavətlə təltif edir. Onun mükafatı - ən yaxşı mükafatdır, çünki O, Özündə gözlərin gör­mədiyi, qulaqların eşitmədiyi, insanın heç xəyalına belə gətirmədiyi şey­lə­ri ehtiva edir. Allahın mükafatına nail olmaq istəyən, Ona layiq olan əməl­lər yerinə yetirərək və imkanı daxilində Ona yaxınlaşaraq, mükafatını qoy Allahdan istəsin.

ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮄ      ﮅ  ﮆ  ﮇ 

(196) “Qoy kafirlərin diyarbə­diyar gə­zib dolaşması səni al­dat­masın!”
ﮈ  ﮉ     ﮊ  ﮋ  ﮌ  ﮎ  ﮏ  ﮐ 

(197) “Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhən­nəm­dir. Ora nə pis ya­taqdır!”

Bu ayələrin mənası ondadır ki, qoy möminlər kafirlərin keçici dünya nemətlərindən zövq almasına və yer üzündə maneəsiz gəzərək qa­zanclı ticarət etmələrinə, mal-mülk yığmalarına, kef çəkmələrinə, öz gü­cü­nə aludə olmalarına və hərdən bir də bütün digər insanlardan üstün ol­ma­larına görə heç kədərlənməsinlər. Bütün bunlar – ancaq uzun sürməyən səfakeşlikdir. Əslində, onlar dünya nemətlərindən çox az bir vaxtda həzz alacaq və sonra uzun sürən və üzücü cəzaya məruz qalacaqlar. Kafirlərə qismət olan ən yaxşı şey – dünya nemətləridir və insanlar onların sonunun nə ilə qurtaracağına artıq əmin ola bilmişlər.

ﮑ  ﮒ  ﮓ     ﮔ  ﮕ  ﮖﮗ  ﮘ  ﮙ  ﮚ   ﮛ  ﮜ      ﮝ  ﮞ  ﮟ  ﮠ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ 

(198) “Öz Rəbbindən qorxan­ları ağac­ları altından çay­lar axan Cən­nət bağları gözləyir ki, onlar orada əbədi qalacaq­lar. Bu, Allah­dan bir ziyafətdir. Allahın dərga­hında olan nemət­­lər möminlər üçün daha xeyir­lidir”

Əgər insanlar öz Rəbbindən qorxur və haqq dinə etiqad edirlərsə, onda, bu dünya həyatının əzəməti və yer nemətləri ilə bərabər onlar çaylar axan Cənnət bağlarını da mütləq alacaqlar və oralar müttəqilərin əbədi məskəni olacaqdır. Hətta əgər onlar bu dünyada müəyyən çətinliklərlə, məhrumiyyətlər və bədbəxtliklərlə üzləşsələr də, bütün bu əziyyətlər əbədi səadət, firavan həyat və möhtəşəm sevinc duyğusu ilə müqayisədə çox əhəmiyyətsiz görünür və sınaq simasında lütfkarlığı əks etdirir. Məhz buna görə, Allah bəyan edir ki, dindar bəndələri üçün Onun mükafatı ən yaxşısından olacaqdır. Onların qəlbinin nəcibliyi xeyirxah sözlərində və əməllərində öz inikasını tapmışdır, Rəhmli və Həlim Rəbb onlara böyük mükafat və əbədi uğur bəxş etmişdir.

ﮨ  ﮩ   ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰﮱﯓ  ﯔﯕﯖﯗﯘﯙ  ﯚ  ﯛ  ﯜ   ﯝ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯥ  ﯦ   ﯧ  ﯨ  ﯩ 

(199) “Həqiqətən, Kitab əhlin­dən elələ­ri də var ki, Allaha müti ola­raq həm Allaha, həm sizə nazil edilənə, həm də öz­­lə­rinə nazil edi­lənə iman gəti­rir, Alla­hın ayə­lərini ucuz qiy­mətə satmırlar. Onların öz Rəbbi yanında müka­fatları var­dır. Şüb­həsiz ki, Allah tez haqq-he­sab çəkəndir”.

Kitab əhli arasında elələri də var ki, Allah onları yaxşı əməllər et­mə­yə ruhlan­dır­mışdır. Onlar Ona və müsəlmanlara nazil edilənə və o cüm­lədən onların özünə nazil edilənə iman gətirmişlər. Təkcə belə iman insana fayda verə bilər, çünki əgər insan bəzi elçilərə və bəzi Kitablara iman gətirib, başqa elçiləri və Kitabları inkar edərsə, onda onun imanı tamamilə faydasızdır.
Burada söhbət imanı kamil və həqiqi olan Kitab əhlindən gedir. O iman onlara xeyir verir, onlarda Allah qarşısında qorxu oyadır, onları Onun böyüklüyü qarşısında itaət etməyə məcbur edir və onları Onun hökm və qadağanlarına riayət etməyə və Onun hədlərini aşmamağa yönəl­dir. Onlar həqiqətən də Kitab əhli və biliklərin mühafizləri adlandırılmağa layiqdirlər, axı Uca Allah buyurur: “...Allahdan Öz qulları arasında an­caq alimlər qorxarlar...” (Fatir, 35/28).
Onların Allah qarşısında qorxusu o dərəcədə kamildir ki, onlar Allahın ayələrini ucuz qiymətə satmaq istəmirlər. Onlar şeylərin həqiqi dəyərini başa düşür və dərk edirlər ki, əgər insan əhəmiyyətsiz nemətlərlə qane olursa, öz alçaq ehtiraslarına yol açırsa  və həqiqətdən üz döndərirsə, onda onu ən böyük bir itki gözləyir. Onlar anlayırlar ki, haqq - ən böyük sərvət və bu dünyada və ölümdən sonra uğur qazanmanın rəhnidir və buna görə də, onlar ona üstünlük verir, onu ətraflarındakılara izah edir, təbliğ edir və insanları uydurmalardan xəbərdar edirlər.
Allah belə insanlara bol-bol mükafat və gözəl hədiyyələr bəxş edəcəyinə vədə verir və bildirir ki, bu çox yaxın vaxtlarda olacaqdır. Allah tez haqq-hesab çəkəndir və heç kimə elə gəlməsin ki, Onun vədi çox ləng gerçəkləşir. Nə baş verməlidirsə, hökmən baş verəcəkdir və özü də çox tezliklə.
ﯪ  ﯫ  ﯬ  ﯭ   ﯮ  ﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ  
(200) “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sər­həd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapası­nız!”
                
Allah möminləri xoşbəxtlik və uğur qazana biləcəkləri yola yönəl­məyə çağırır. Bu yol səbirli olmaqdan ibarətdir. Bu sözlə insan qəlbi üçün o qədər də asan olmayan hökmlərin yerinə yetirilməsi nəzərdə tutulur. Bunu yerinə yetirməkdən ötrü isə insan günahlardan qaçmalı, müsibətlər zamanı dözümlülük göstərməli və dinin ağır tələblərini həyata keçirmə­lidir, axı Allah bütün hallarda səbirli olmağı əmr etmişdir.
O, əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səb­rini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və hə­mişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xid­mət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan ver­məmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyə­vi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edə­cəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas ola­caqlar. Bu ayədən aydın olur ki, insan səbirli olmasa, uğur əldə edə və düşmənlərdən qoruna bilməz. Ancaq bu vəzifələri yerinə yetirənlər uğur qazanarlar. Əgər kimsə onları tam və ya qismən icra etməzsə, o, hökmən uğurdan məhrum olar. Bizə isə, təkcə Allah kömək edə bilər, çünki Ondan güclü və qüdrətli kimsə yoxdur!

 Surənin sonu

1 комментарий:

  1. Mətnin müəyyən hissəsi görünmədikdə, onu kölgələndirsəniz, o oxunar hala gələcək. F.S.

    ОтветитьУдалить